Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3970/2025 03.02.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı LPO İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı iş üzrə QƏRARİ Kateqoriya (açar sözlər): kredit borcunun qaytarılması, sübutların qiymətləndirilməsi, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Həsənov Rəşad Məmməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, iddiaçı LPO İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 27 avqust 2025-ci il tarixli 2(104)1124/2025 nömrəli qətnaməsindən iddiaçı LPO İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş kassasiya şikayətinə 3 fevral 2026-cı il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları qərarı qəbul etdi: İşin halları: 1. xx.xx.2015-ci il il tarixdə İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh 9000 ABŞ dolları məbləğində kredit verilmişdir.
2. Əmanətlərin Sığortalanması Fondu tərəfindən Cavabdeh, zaminlər X2 və X1 borcun ödənilməsi barədə 4 oktyabr 2024-cü il tarixli, 12-5/2-Ə-41-2610/2024 nömrəli bildiriş ünvanlanmaqla xəbərdarlıq edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat
3. İddi açı LPO İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh qarşı iddiа ərizəsi ilə məhkəməyə mürаciət edərək, Cavabdeh cəmi 9007,46 manat əsas borcun və iş üzrə ödənilmiş 110,08 manat dövlət rüsumunun tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddia tələbi işin faktiki halları uyğun əsaslandırılaraq əlavə olaraq qeyd edilmişdir ki, bank tərəfindən xx.xx.2015-ci il tarixli kredit müqaviləsinin və ona əlavə edilmiş sənədlərin məhkəməyə təqdim edilməməsinin səbəbi İddiaçı ASC-nin lisenziyasının Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının 22 dekabr 2017-ci il tarixli 49 saylı qərarı ilə ləğv edildikdən və müflis elan edildikdən sonra filialların bağlanması və filallarda olan s ənədlərin məhv edilməsi, itirilməsi və ya korlanması olmuşdur. Qeyd edilən sənədlərin məlum səbəblərdən məhkəməyə təqdim edilməsi mümkün olmasa da, 9000 ABŞ dolları məbləğində pulun bankın kassasından alınmasını təsdiq edən kassa-məxaric orderi mötəbər sübut hesab olunaraq cavabdehin bütün hallarda Bank qarşısında öhdəliyinin yarandığını əks etdirir. Kassa məxaric orderi-nağd vəsaitin kassadan məxaricini sübut edən sənəddir. Hər hansı bir məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır. Avropa İnsan hüquqları Məhkəməsinin bir çox qərarlarında da (“Delcourt Belçikaya qarşı” iş üzrə xx.xx.1970-ci il tarixli, “Piersack Belçikaya qarşı” iş üzrə xx.xx.1982-ci il tarixli, “X4rşı” iş üzrə xx.xx.1984cü il tarixli qərarları) ifadə olunmuş mövqeyinə görə “ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görülməlidir. xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2024-cü il tarixə Cavabdeh əsas borcu 9007,46 manat təşkil edir. Bank tərəfindən cavabdehə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına və bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdeh Banka heç bir cavab verməmiş və kredit borcunun Banka qaytarılmasını təmin etməmişdir. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdeh tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. 5. 9 oktyabr 2024-cü il tarixli, 12-5/2-Ə-23-3007/2024 nömrəli arayışa əsasən İddiaçı ASC ilə Cavabdeh arasında bağla nmış 25 yanvar 2017-ci il tarixli, ******* nömrəli kredit müqaviləsi üzrə 3 oktyabr 2024-cü il tarixə 9007,46 manat əsas, 5224,77 manat faiz borcu, 5355,91 manat cərimə borcu gecikdirilmiş vaxt üçün hesablanmış 1227,50 manat faiz borcu olmaqla cəmi 20815,64 manat borcu yaranmışdır.
6. Bərdə Rayon Məhkəməsinin 13 mart 2025-ci il tarixli e-2(021)-724/2025 nömrəli qətnaməsi ilə (hakim Fuad Babaşov) iddia təmin edilməmişdir.
7. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı LPO İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Əmanətlərin Sığortalanması Fondu Cavabdeh 9.007,46 manat məbləğində borclu olduğunu iddia etsə də, bununla bağlı məhkəməyə heç bir mötəbər sübut, xüsusilə də kredit müqaviləsi və kassa məxaric orderinin əslini təqdim etməmişdir. İddiaçı iddia ərizəsinə cavabdeh ilə aralarınd a bağlanmış kredit müqaviləsini, borcun verilməsinə əsas olan sənədləri əlavə etməmişdir.
8. İddiaçı iddia tələbini əsaslandırarkən iş materiallarına əlavə etdiyi kassa məxaric orderinə istinad etsə də, həmin kassa məxaric orderi kserosurət olmaqla orderin əslini və ya notariat qaydada təsdiq edilmiş surətini iş materiallarına əlavə etməmişdir. Yalnız işdə hesabdan çıxarış və maliyyə arayışı vardır ki, həmin sənədlərə istinad etməklə cavabdehdən pul tutulması əsassızdır və qanunaziddir. Məhz bu səbəbdən iddia tələbi rədd edilməlidir.
9. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 425.1, 442, 443, 445.1 və 739.1-ci maddələri, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya i nstansiyası məhkəməsindəki icraat
10. İddiaçı LPO İddiaçı ASC apellyasiya şikayəti verərək, Bərdə Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(021)-724/2025 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. Apellyasiya şikayəti işin faktiki hallarına və iddia tələbinə uyğun əsaslandırılmaqla əlavə olaraq qeyd edilmişdir ki, xx.xx.2015-ci il tarixli kassa məxaric orderi ilə borclu Cavabdeh bank tərəfindən 9000 ABŞ dolları məbləğində kredit verilmiş və borclu həmin krediti aldığını öz imzası ilə təsdiq etmişdir. Pulun alınmasını təsdiq edən kassa məxaric orderi mötəbər sübut olduğundan cavabdehin iddiaçı qarşısında öhdəliyinin yaranmasını əks etdirir. Bundan başqa, işdə olan hesabdan çıxarışda da qeyd edilmişdir ki, c avabdeh kredit müqaviləsi üzrə müxtəlif tarixlərdə müəyyən ödənişlər etmişdir. Bu, bank ilə cavabdeh arasında öhdəlik münasibətlərini sübut etmişdir.
12. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək qeyd etmişdir ki, ona, xx.xx.2015-ci ildə İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən 9.000 ABŞ dolları kredit verilmişdir. O, kassa məxaric orderinə imza etməklə həmin pulu almışdır. Qeyd olunan krediti tam ödəmişdir, onun banka borcu yoxdur. Ona görə də, apellyasiya şikayətinin təmin edilməməsini və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
13. Məhkəmə kollegiyasının sorğusu əsasında əldə edilmiş Mərkəzləşdirilmiş Kredit Reyestrindən çıxarışdan görünür ki, LPO İddiaçı ASC, cavabdeh (borcalan) Cavabdeh qeyd olunan xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə 9000 ABŞ dolları borcu tam ödənilmişdir.
14. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-1124/2025 nömrəli, 27 avqust 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər F.Mehdiyev (sədrlik edən və məruzəçi), R.Muradov və M.Mustafayev) iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək yeni qətnamə qəbul edilmiş və iddia tələbi təmin edilməmiş, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilmişdir.
15. Məhkəmə kollegiyası öz mövqeyini onunla əsaslandırmışdır ki, işə baxılan zaman məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar araşdırılmamış, qətnamədə göstərilmiş nəticələr işin h allarına uyğun gəlməmişdir. Beləliklə məhkəmə maddi və prosessual hüquq normalarına uyğun qiymət verməmiş və bununla da həmin normaların tələblərini pozmuşdur.
16. Belə ki, iddiaçı LPO İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun məhkəməyə təqdim etdiyi xx.xx.2015-ci il tarixli **********52 USD nömrəli kassa-məxaric orderindən görünür ki, xx.xx.2015-ci il il tarixdə İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh 9.000 ABŞ dolları verilmiş, cavabdeh həmin orderə imza etmiş və həmin vəsaiti almışdır. Bank tərəfindən sözügedən xx.xx.2015-ci il tarixli kredit müqaviləsi iddia ərizəsinə əlavə edilməmiş, bunun səbəbi kimi İddiaçı ASC-nin lisenziyasının Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının 22 dekabr 2017-ci il tarixli 49 saylı qərarı ilə ləğv edildikdən və müflis elan edildikdən sonra filialların bağlanması və filiallarda olan sənədlərin məhv edilməsi, itirilməsi və ya korlanması göstərilmişdir. İşə əlavə edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2024-cü il tarixə Cavabdeh əsas borcu iddia tələbi üzrə 9.007,46 manat təşkil etmişdir. Birinci inctansiya məhkəməsi kredit müqaviləsinin mülki işə əlavə edilməməsi və subutların mövcud olmaması əsası ilə iddianı təmin etməmişdir.
17. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq qeyd etmişdir ki, işə apellyasiya instansiyasında baxılarkən, məhkəmə kollegiyasının sorğusu əsasında əldə edilmiş Mərkəzləşdirilmiş Kredit Reyestrindən çıxarışdan müəyyən edilir ki, cavabdeh (borcalan) Cavabdeh baxılan iş üzrə qeyd olunan xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə görə 9000 ABŞ dolları borcu tam ödənilmişdir. Göründüyü kimi, Cavabdeh bank qarşısında öhdəliyini icra etmiş, banka olan borcunu tam şəkildə ödəmiş və heç bir öhdəliyi qalmamışdır. Bununla da iddia tələbi yuxarıda qeyd olunanlara əsasən təmin edilə bilməz.
18. Məhkəmə kollegiyası öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 390.1, 425.1, 442, 443.1, 445.1, 445.2, 448.1,449.1, 739.1, 742.1-ci, Mülki Prosessual Məcəllənin 372.6, 372.7, 384.0.2, 402.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
19. İddiaçı LPO İddiaçı ASC (Vəkil) kassasiya şikayəti verərək, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-1124/2025 nömrəli xx.x x.2025-ci il tarixli qətnaməsinin ləğv edilərək, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.
20. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, həm birinci instansiya məhkəməsi, həm də apellyasiya instansiyası məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmamış, mübahisə predmeti ilə bağlı tərəflər arasında yaranmış qarşılıqlı münasibətlər üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Nəticədə iddiaçının qanunvericiliklə müəyyən olunmuş hüquqları kobud şəkildə pozulmuş, cavabdehin bank qarşısında olan öhdəliklərini sonradan icra etməməsi üçün şərait yaradılmışdır. Halbuki məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına uyğun olaraq qiymət verməli idi və heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi olmamışdır.
21. İş materiallarına əlavə edilmiş xx.xx.2015-ci il tarixli, **********52 nömrəli kassa-məxaric orderindən müəyyən edilmişdir ki, həmin tarixdə İddiaçı ASC tərəfindən Cavabdeh 9.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Bu kredit öhdəliyi üzrə xx.xx.2017-ci il tarixdə Əlavə saziş bağlanmış və həmin sazişə əsasən qalıq borc məbləği manata konvertasiya edilərək 10.294,55 manat müəyyən edilmişdir. Bununla da ilkin olaraq ABŞ dolları ilə verilmiş kredit üzrə qalıq borc manatla ifadə edilmiş, cavabdehin dollar hesabı üzrə borcu tam şəkildə bağlanmış, nəticədə həmin hesab sıfırlanmış və borcun qalığı manat hesabına yönləndiri lmişdir. Sonradan cavabdeh tərəfindən müxtəlif tarixlərdə və məbləğlərdə ödənişlər həyata keçirilmiş, həmin ödənişlərdən sonra qalıq əsas borc 9.007,46 manat təşkil etmişdir. Bu məbləğ hazırda Mərkəzləşdirilmiş Kredit Reyestrində “işlək” (aktiv) statusda olan manat hesabında əks etdirilmiş və iddia ərizəsində tələb edilən əsas borc məbləği ilə tam eynilik təşkil etmişdir. Şikayətə əlavə edilmiş MKR məlumatları və hesabdan çıxarışlar da göstərilən halları təsdiq etmişdir. Bu vəziyyət cavabdehin mövcud öhdəliyinin ləğv edilməsi deyil, həmin öhdəliyin yeni şərtlərlə, başqa valyutada davam etdirilməsi kimi qiymətləndirilməli olmuşdur.
22. Cavabdehin manat kredit hesabının işlək (aktiv) vəziyyətdə olduğu müəyyən edilmiş və bu hal eyni kredit öhdəliyinin davamı kimi qiymətləndirilməli olmuşdur. Buna baxmayaraq, məhkəmə kollegiyası MKR çıxarışına formal yanaşaraq dollar kreditinin bağlanmasını səhvən borcun tam ödənilməsi kimi qiymətləndirmişdir. Bu baxımdan məhkəmənin borc öhdəliyinin mövcud olmaması barədə nəticəsi qanuna əsaslanmamışdır, çünki borc öhdəliyi tam ödənilməmiş, yalnız yeni valyutada və fərqli şərtlərlə davam etmişdir. Nəticə etibarilə, MKR çıxarışına əsaslanaraq borc öhdəliyinin mövcud olmadığı qənaətinə gəlinməsi sübutların qiymətləndirilməsi prinsipinin pozulması ilə nəticələnmişdir. Həmçinin müəyyən edilmişdir ki, Mərkəzləşdirilmiş Kredit Reyestri sistemində fiziki və hüquqi şəxslərin kredit təşkilatlarından götürdükləri bütün cari və keçmiş kreditlər, o cümlədən kredit məhsulları və onların təminatları haqqında məlumatlar toplanmışdır. MKR-dən əldə edilən çıx arış borcalanların bütün kreditləri üzrə məlumatları əks etdirən hesabat xarakteri daşımış və öhdəliyin hüquqi statusunu müəyyən edən sənəd kimi qiymətləndirilə bilməzdi. MKR-də borcun bağlı və ya sıfır qalıq kimi görünməsi həmin öhdəliyin faktiki olaraq restrukturizasiya olunaraq başqa kredit hesabında aktivləşməsini də ifadə edə bilərdi. Buna görə də cavabdehin iddiaçı qarşısında mövcud olan kredit öhdəliyi qüvvədə qalmış və MKR məlumatlarının formal görünüşü bu borcun hüquqi mahiyyətini dəyişməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
23. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
24. Maddə 385.1 Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
25. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
26. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
27. Maddə
442. Öhdə liyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
28. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.
29. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.
30. Maddə 445.2.1 və 445.2.2. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.
31. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
32. Maddə 449.1. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir.
33. Maddə 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəs aiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür.
34. Maddə 742.1. Borcalan borcu (həmçinin faizləri və (və ya) haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada (bu Məcəllənin 740-cı maddəsi nəzərə alınmaqla) borcverənə qaytarmalıdır. Borc predmeti borcverənə və ya borcverənin göstərdiyi üçüncü şəxsə verildiyi gün, müqavilədə ayrı qayda nəzərdə tutulmamışdırsa, qaytarılmış hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada qaytarıldıqda, borcun qaytarıldığı gün borc məbləğinin borcverənin, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın və ya onun göstərdiyi üçünc ü şəxsin hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcverənin və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun qaytarıldığı gün hesab edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
35. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
36. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
37. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
38. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
39. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş h allara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
40. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
41. Maddə
416. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
42. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
43. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
44. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
45. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən bütövlükdə mübahisələndirildiyindən məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi
46. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq ihesab edir ki, aşağıdakı əsaslara iddiaçının kassasiya şikayəti təmin edilməklə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv olunaraq iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir.
47. Belə ki, apellyasiya məhkəməsi cavabdehin bank qarşısında öhdəliyinin tam icra olunması əsasə ilə iddianın rədd edilməsi qənaətinə gələrkən Mərkəzləşdirilmiş Kredit Reyestrindən əldə edilmiş çıxarışa istinad etmiş v ə həmin çıxarışda ABŞ dolları ilə olan kredit öhdəliyinin bağlanmış kimi göstərilməsini borcun tam ödənilməsi kimi qiymətləndirmişdir. Lakin kassasiya şikayətində qeyd edildiyi kimi, bu nəticə sübutların məcmu və hüquqi mahiyyəti baxımından düzgün qiymətləndirilməsinə əsaslanmamışdır.
48. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsinin müəyyən etdiyi mübahisəsiz hala görə xx.xx.2015-ci il il tarixdə İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh 9000 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh tərəfindən Mərkəzləşdirilmiş Kredit Reyestrindən əldə edilmiş çıxarışa həmin borcun bağlanması qənaətinə gələn məhkəmə borcun ödənilməsirnə dair cavabeh tərəfindən hər hansı sübutun təqdim olunmamasını nəzərrə almamış, Mərkəzləşdirilmiş Kredit Reyestrinə görə onun digər borclar ının olub-olmadığını, əgər vardırsa hansı əsaslara görə yarandığını müəyyən etməmişdir.
49. İddiaçı tərəf qeyd edir ki, cavabbeh tərəfindən ilkin olaraq ABŞ dolları ilə götürülmüş kredit üzrə 25 yanvar 2017-ci il tarixli əlavə saziş əsasında restrukturizasiya aparılmış, qalıq borc manatla ifadə edilərək yeni kredit hesabında rəsmiləşdirilmişdir. Bu hal dollarla olan kredit hesabının bağlanmasını ifadə etsə də, borc öhdəliyinin xitamı deyil, həmin öhdəliyin yeni valyutada və yeni şərtlərlə davam etdirilməsi anlamına gəlir.
50. Bu hal ABŞ dolları ilə verilmiş kreditin 25 yanvar 2017-ci il tarixli, ******* nömrəli kredit müqaviləsi üzrə 3 oktyabr 2024-cü il tarixə 9007,46 manat əsas, 5224,77 manat faiz borcu, 5355,91 manat cərimə borcu gecikdirilmiş vaxt üçün hesablanmış 1227,50 manat faiz bo rcu olmaqla cəmi 20815,64 manat borcdan 9007,46 manat əsas borc hissəsinin tələb olunmasında da özünü təzahür etdirir.
51. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən sübutlara obyektiv, hərtərəfli və tam qiymət verilməmiş, restrukturizasiya olunmuş kredit öhdəliyinin hüquqi mahiyyəti düzgün müəyyən edilməmiş, nəticədə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbləri pozulmuşdur.
52. Göstərilən prosessual pozuntu iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnmişdir və bu hal Mülki Prosessual Məcəllənin 418.3-cü maddəsinə uyğun olaraq məhkəmə aktının ləğv edilməsini zəruri edir.
53. Eyni zamanda, məhkəmə kollegiyası nəzərə alır ki, iş üzrə faktiki halların tam və düzgün müəyyən edilməsi, kredit münasibət lərinin davam edib-etmədiyinin aydınlaşdırılması, restrukturizasiya sənədlərinin və ödənişlərin hüquqi qiymətləndirilməsi kassasiya instansiyasının səlahiyyətlərinə aid olmayıb, apellyasiya instansiyası məhkəməsi tərəfindən həyata keçirilməlidir.
54. Bu səbəbdən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş kassasiya şikayətində göstərilən dəlillərə lazımi hüquqi qiymət verilməsi və sübutların məcmu halında araşdırılması üçün yeni apellyasiya baxışına qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı LPO İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsi n. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 27 avqust 2025-ci il tarixli 2(104)-1124/2025 nömrəli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.