Məhkəmə qərarları › İş №2(102)-3973/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-3973/2020

18.08.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3973/2020 18.08.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi, Cavabdeh, cavabdehin vəkili Vəkil iştirakları ilə, Şəki Apellyasiya Məhkəməsinin MK-nın xx xxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(033)-1025/2019 nömrəli qətnaməsi ilə (hakim E.Məmmədov) ilk iddia qismən tə min edilərək Cavabdeh dəyəri 769 manat olan, 585 əyarlı, 17.1 qram çəkili 1 ədəd mafioz sep, dəyəri 693 manat olan, 583 əyarlı, 15.4 qram çəkili 1 ədəd kardinal sep, dəyəri 360 manat olan, 750 əyarlı, 5.1 qram çəkili 1 ədəd sırğa, dəyəri 260 manat olan 750 əyarlı, 5 qram çəkili 1 ədəd qırıq üçük (0,5 qram çıxılır), dəyəri 500 manat olan 916 əyarlı, 7.2 qram çəkili 1 ədəd Atatürk pulu, dəyəri 600 manat olan, 999 əyarlı, 8.8 qram çəkili 1 ədəd Avstriya pulu, dəyəri 450 manat olan, 750 əyarlı, 5.5 qram çəkili 1 ədəd brilyant tək qaş sırğa, dəyəri 120 manat olan 583 əyarlı, 1.6 qram çəkili 1 ədəd brilyant kişi üzüyü (1.2 qram qaş çıxılır), dəyəri 110 manat dəyəri olan, 585 əyarlı, 2 qram çəkili bir ədəd qara qaş üzük (0.7 qram çıxılır), dəyəri 1682 manat olan, 750 əyarlı, 63.9 qram çəkili 1 əd əd zəncir sep, dəyəri 300 manat olan 583 əyarlı 5 qram çəkili 1 ədəd brilyant romb üzük (0.3 qram çıxılır), dəyəri 490 manat olan 583 əyarlı 7.2 qram çəkili 1 ədəd brilyant qolbaq, dəyəri 300 manat olan, 585 əyarlı, 4.5 qram çəkili, 1 ədəd brilyant saat (6 qaş- 4 qram çıxılır), dəyəri 250 manat olan, 585 əyarlı, 3.7 qram çəkili 1 ədəd fantaziya üzük (0.3 qram çıxılır), dəyəri 220 manat olan 585 əyarlı, 3.6 qram çəkili 1 ədəd sep, dəyəri 110 manat olan, 585 əyarlı, 2.1 qram çəkili 1 ədəd kəpənək sırğa, dəyəri 95 manat olan, 585 əyarlı, 1.6 qram çəkili, 1 ədəd qolbaq, dəyəri 110 manat olan 585 əyarlı, 1.8 qram çəkili 1 ədəd sırğa (0.3 qram çıxılır), dəyəri 210 manat olan 585 əyarlı, 2 qram çəkili 1 ədəd brilyant klon (ağ qızıl, 2.1 qram çıxılır), dəyəri 1400 manat olan 750 əyarlı, 23.8 qram çəkili 1 ədəd qolbaq, dəyəri 500 manat olan 750 əyarlı 9.2 qram çəkili 1 ədəd sep kobra, dəyəri 500 manat olan 750 əyarlı 5.6 qram çəkili, 1 ədəd brilyant paxlava, dəyəri 600 manat olan 750 əyarlı, 6.8 qram çəkili 1 ədəd brilyant paxlava, dəyəri 360 manat olan 750 əyarlı, 4.3 qram çəkili 1 ədədbrilyant klon, dəyəri 1050 manat olan, 583 əyarlı, 12.5 qram çəkili 1 ədəd brilyant sırğa naturada, olmadıqda isə dəyəri alınaraq İddiaçıya verilməsi, ilk iddianın qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddianın əsassız olduğundan təmin edilməməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin MK-nın xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər M.Hüseynov (sədrlik edən, məruzəçi), E.Hüseynov və M.Hüseynov, 2(107)430/2020 saylı mülki iş) hazırki iş üzrə Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx x 2019-cu il tarixli, 2(033)-1025/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 25 ədəd olmaqla 235 qram 03 milliqram qızıl və 437 sot brilyantdan ibarət qızıl-zinət əşyalarının, olmadıqda isə dəyərinin qaytarılması və ya vurulmuş 5000 manat maddi və 10000 manat mənəvi ziyanın məbləğinin cavabdehdən alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıdan 37120 ABŞ dolları pulun alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları çıxarılmışdır. Kassasiya şikayətinin dəlilləri: Cavabdeh apelyasiya instansiya məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv, ilkin iddianın rədd və qarşılıqlı iddia tələbinin təmin edilərək 37120 ABŞ dolları İddiaçı Tariyel oğlundan onun xeyrinə tutulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Xa 2015-ci ilin iyul ayında aylıq 10 faiz 200 ABŞ dolları pul vermiş, X girov olaraq üç ədəd sadə üzük və bir ədəd sadə klonsep olan qızılları girov qoymuş, xx.xx.2015-ci ildə 1600 ABŞ dolları aylıq 10 faizə pul vermiş, bir ədad sadə qolbağ, bir ədəd boyun sepi, bir ədəd kolon qızılları girov qoymuş, xx.xx.2015-ci il tarixdə 500 ABŞ dolları aylıq 10 faizə borc vermiş, girov olaraq bir ədəd sadə qolbağ, iki ədəd sadə üzük, üç ədəd sırğa olan qızılları girov qoyulmuş, xx.xx.2016-cı ildə 300 ABŞ dolları aylıq 10 faizə pul vermiş, bir ədəd qızıl qadın saatı girov qo yulmuşdur. Qeyd edilən pul vəsaitlərinin hər biri yazılı qəbzlə verilmiş, cavabdeh həmin qəbzlərin surətlərinin iş materiallarında olduğunu və əslinin özündə olduğunu bildirmişdir. Bundan əlavə İddiaçı xx.xx.2015-ci il tarixdə 5300 ABŞ dolları borc olaraq ondan pul götürmüş, girov olaraq 235 qram 03 milli qramlıq qızıl əşyaları (həmin qızılların üstündə 437 sot briliyant qaşlı) 25 ədəd qızıl əşylarını girov qoymuşdur. Yuxarıda qeyd edilən qəbzlərdə belə razılaşmışlar ki, borc verilmiş məbləğlər qaytarılmadığı təqdirdə, 25 ədəd qızıl əşyaları satılsın. O, 5300 ABŞ dollarını İddiaçı aylıq 10 faizlə vermişdir. Onun məhkəməyə təqdim etdiyi qəbz əsli ilə təsdiq edilmişdir. Bundan əlavə, qeyd edilən borca görə X Rusiya Federasiyasından bank vasitəsi ilə cavabdehin adına pul məbləğləri göndərmişd i. Lakin həmin məbləğlər yalnız 5300 ABŞ dollarına görə deyil, əvvəlki illərdə aldığı girov qoyulmuş qızıl əşyaları və borc götürülmüş məbləğlərlə bağlı olmuşdur. Tərəflər pulların hansı müddətə verilməsini konkret müəyyən etməmişdirlər və həmin məbləğlərin qaytarılana kimi iddiaçının faiz ödəyəcəyinə dair razılaşmışdırlar. Həmçinin həmin borca görə X arvadı vasitəsi ilə cavabdehə 2970 ABŞ dolları göndərmiş və o həmin pulu borcun bir qisminin əvəzi kimi qəbul etmişdir. Lakin iddiaçı qeyd edilən borc məbləğini tam ödəməmişdir. Prosessual məsələlər: Cavabdeh və onun vəkili Vəkil kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin olunmasını xahiş etmişdirlər. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddənin tələbinə görə iclasın vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxsdən hər hansı birinin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Kassasiya şikayəti ilə bağlı məhkəmənin mövqeyi: Məhkəmə baxışında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, iddiaçı tərəfindən borc olaraq 5300 ABŞ dolları götürülmüş və ayrı-ayrı vaxtlarda Moskva şəhərindən “Sber Bank” vasitəsi ilə birbaşa cavabdehə 9538 ABŞ dolları göndərilmişdir. Beləliklə, borc alınmış 5300 ABŞ dolları müqabilində iddiaçı-cavabdeh tərəfindən cəmi 9538 ABŞ dollarının ödənildiyi iş materiallarında olan bank sənədləri, eyni zamanda 2970 ABŞ dolları manatın şəxsən ona Zaqatalada verilməsindən ibarət işin faktiki halları təsdiqini tapmış, cavabdeh-iddiaçı bunları mübahisələndirməmişdirlər. Lakin cavabdeh göndərilən pul məbləğinin müəyyən edilmiş faiz məbləğlərini ödəmədiyini bildirərək, 37120 ABŞ dollarının ödənilməli olmasını əsas gətirərək, qızılları qaytarmaqdan imtina etmiş, məhkəmə iclasında borc məbləğini hissə-hissə qaytardıqca qızılları da hissə-hissə qaytaracağını bildirmişdir. Halbuki, ümumilikdə 9538+2970=12508 ABŞ dolları pul iddiaçı tərəfindən ödənilmişdir. Cavabdeh bank ilə göndərilən pul vəsaitlərinin əvvəllər borca götürülmüş pul vəsaitləri üçün ödənildiyini, bir qisminin isə hazırkı borca aid olduğunu bildirmişdir. Lakin cavabdeh məhkəmə kollegiyasının iclasında bank v asitəsi ilə göndərilən məbləğlərin konkret olaraq hansı məbləği almadığını, həmin məbləğlərin hansı hissəsinin keçmiş borclara aid edilməsini əsaslandıra bilməmiş və bununla bağlı sübut irəli sürməmişdir. Bu səbəbdən məhkəmə kollegiyası qeyd edilən hallarla bağlı məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə lüzüm görməmişdir. Bundan əlavə, Cavabdeh iddiaçının göndərdiyi 5000 manat pulu ABŞ dollarına məzənnəsi ilə 2970 ABŞ dolları borc kimi qəbul etməsini təsdiq etmişdir. Lakin cavabdeh İddiaçı ödəməli olduğu məbləğin daha çox məbləğ təşkil etdiyini bildirsədə, bununla bağlı hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Ümumiyyətlə, araşdırma zamanı müəyən edilmidir ki, borc vəsaitinin verilməsi, alınmış pula görə faizlərin ödənilməsi, əmlakın girova qoyulması ilə bağlı b ütün hərəkətlər şifahi razılaşma ilə aparılmış, kimin kimə nə qədər pul verməsi, nə qədər faiz qaytarılması, əsas məbləğdən nə qədər pul qaytarılması kortəbii qaydada, tərəflərin özlərinin etimadına, inamına əsasən həyata keçirilmişdir. Ona görə hazırkı işdə mübahisəsiz bir məbləğ barədə yekun nəticəyə gəlmək çətinlik törədir. Bu isə tərəflərin sübutemə məsuliyyətini artırır. Qeyri-müəyyən halları sübut etmə yükü tərəflərin üzərinə düşdüyündən və bütün əməliyyatlar şifahi razılaşma ilə həyata keçirildiyindən cavabdeh tərəf daha artıq pul almaq iqtidarında olmasını sübuta yetirə bilmir. İşə baxan məhkəmələr haqlı olaraq alınması və qaytarılması etiraf olunan, təsdiq olunan məbləğləri nəzərə alaraq yekun nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası təqdim edilmiş sübutlar əsasında iddiaçının bo rc götürdüyü 5300 ABŞ dolları ilə bağlı Cavabdeh borcunun olmadığı və 37120 ABŞ dolları tələbinin qanunsuz və əsassız olduğu müəyyən etmişdir. Eyni zamanda qeyd edilmişdir ki, Cavabdeh kredit məbləğlərini faiz qarşılığında borc verməklə gəlir əldə etməsi üçün sahibkarlıq fəaliyyəti ilə məşğul olan və götürdüyü gəlirlərdən dövlət büdcəsinə müvafiq vergiləri ödəyən şəxs olmalıdır. Mülki Məcəllənin 302.1-ci maddəsinə əsasən bu yalnız xüsusi lisenziya əsasında fəaliyyət göstərən lombard fəaliyyətinə aid edilə bilər. Lakin, Cavabdeh hər hansı bir lisenziyası olmadığından həmin fəaliyyətlə məşğul olması qadağandır və iddiaçıdan faizlərlə borca verdiyi puldan artıq pul tələb etməsi qanunvericiliyin tələblərinə ziddir. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi iş üzrə mü əyyən etdiyi faktiki hallara maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Qətnamənin ləğv edilməsi və kassasiya şikayətinin təmin olunması üçün əsaslar olmadığından qətnamə dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin MK-nın hazırkı iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar