Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-3981/2025 26.12.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARDADİ Açar sözlər: kassasiya şikayətinin qeyri-mümkünlüyü, kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verildikdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 4 noyabr 2025-ci il tarixli 2(103)1232/2025 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: Kassasiya şikayəti Azərbaycan Respublikası Mülki Pr osessual Məcəlləsinin (bundan sonra – MPM) tələblərinə cavab vermədiyindən qeyri-mümkün hesab edilməlidir. Belə ki, MPM-in 405.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin qərardadından işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində kassasiya şikayəti verilə bilər. İş materiallarından görünür ki, apellyasiya instansiyası məhkəməsinin qərardadı 2025-ci il 21 noyabr tarixdə cavabdeh İddiaçı informasiya sistemində yaradılan elektron kabinetinə yerləşdirilmişdir. Bununla da qərardaddan şikayət verilməsi üçün qanunla nəzərdə tutulan 10 günlük prosessual müddət 1 gün ötürülmüşdür. Eyni zamanda İddiaçı müddətin bərpası barədə vəsatət verməmişdir. Göründüyü kimi, İddiaçı kassasiya şikayətini 10 günlük müddət ərzində verməmiş, müddətin bərpası ilə bağl ı müraciət etməmiş, apellyasiya məhkəməsi də müddətin ötübötməməsinə qiymət verməmişdir. Nəticədə prosessual müddət ötürülməklə verilən kassasiya şikayəti kassasiya instansiyasına göndərilmişdir. MPM-in 408.1.4-cü maddəsinə əsasən kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. MPM-in 404-1.2-ci maddəsinə əsasən işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qeyrimümkün hesab edilməli, kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə Bakı Apel lyasiya Məhkəməsinə göndərilməlidir. Şikayət verən şəxs prosessual müddətlərlə bağlı qanunvericiliyin tələblərini nəzərə almaqla MPM-in 408.5-ci maddəsinə uyğun olaraq nöqsanları aradan qaldırdıqdan sonra yenidən ümumi qaydada kassasiya şikayəti ilə müraciət edə bilər. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən və MPM-in 404-1.2, 408.1.4 və 408.3cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 4 noyabr 2025-ci il tarixli 2(103)1232/2025 nömrəli qərardadından İddiaçı verdiyi kassasiya şikayəti qeyri-mümkün hesab edilsin. Kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3981/2025
Ali Məhkəmə Qərardad — İş №2(102)-3981/2025
26.12.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haq
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver