Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3984/2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh1 və digərlərinə qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: paylı mülkiyyətdə olan əşyanın hərracda satılması 19.12.2024 Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin Mülki kollegiyasının 2(108)117/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 19 dekabr 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəb ul etdi. İşin halları
1. Naxçıvan şəhəri, B.ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 138.40 kv.m, torpaq sahəsinin ölçüsü 0.0565 ha olan fərdi yaşayış evi mülkiyyət hüququ üzrə 2/5 hissədə X3, 1/5 hissədə Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
2. Naxçıvan şəhəri, Bəhruz ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 138.4 kv.m, torpaq sahəsinin ölçüsü 0.0565 ha olan fərdi yaşayış evi mülkiyyət hüququ üzrə 2/5 hissədə X3, 1/5 hissədə Cavabdeh1 və 2/5 hissədə isə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
3. Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-31/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə X3 İddiaçı və Cavabdeh1 qarşı paylı mülkiyyətin naturada ayrılması tələbinə dair iddiası rədd edilmişdir.
4. Naxçıvan Şəhər Məhkəməsinin 2(078) -178/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı payın dəyərinin ödənilməsi tələbinə dair iddiası rədd edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı, Cavabdeh1 və Cavabdeh2 paylı mülkiyyətlərində olan Naxçıvan şəhəri, X ünvan 1 ünvanında yerləşən 0.0565 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 138.40 kv.metr olan fərdi yaşayış evinin qiymətləndirilməklə açıq hərracda satılması və ona düşən hissədə payının alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Naxçıvan şəhəri, Bəhruz ünvan 1 ünvanında yerləşən ev atası X 198 9-cu il tarixdə öləndən sonra miras qalmışdır. Naxçıvan şəhər 1 saylı Dövlət Notariat Kontoru tərəfindən xx.xx.2016-cı il tarixdə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən mübahisə predmeti olan evin 1/5 hissəsinin qardaşı Cavabdeh1, 2/5 hissəsinin digər X1na və 2/5 hissəsinin isə ona verildiyini, ona verilmiş 2/5 hissədə paya dair xx.xx.2020-ci il tarixdə Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətindən çıxarış almışdır. X1 ondan əvvəl həmin daşınmaz əmlakda payının naturada ayrılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etsə də, Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(078)-31/2021 nömrəli qətnaməsi ilə tərəflər arasında müəyyən olunmuş payların təcrid olunmuş qaydada ayrılaraq bölünməsi texniki cəhətdən mümkün olsada, X fərdi yaşayış evində olan 2/5 pay hissəsinə uyğun olaraq yaşayış evinin naturada bölünməsi mümkün olmadığından iddiasının rədd edildiyini, qətnamə qanuni qüvvəsini aldıqdan sonra yenidən iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mübahisə predmeti olan 0.0565 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 138.40 kv.metr olan fərdi yaşayış evindən yaşayış evi paylı mülkiyyət olduğundan onun 2/5 hissədə payının dəyərini təşkil edən 32.000 manatın digər mülkiyyətçilər Cavabdeh1 və X2 müştərək qaydada alınıb ona verilməsi barədə tələbinə Naxçıvan Şəhər Məhkəməsində xx.xx.2022ci il tarixdə baxılaraq iddianın rədd olunması barədə qətnamə qəbul edildiyini, paylı mülkiyyət hüququ əsasında üçünün mülkiyyətində olan daşınmaz əmlakın qiymətləndirilməklə açıq hərracda satılmasını və satış pulunun mülkiyyətçilər arasında paylara mütənasib surətdə bölüşdürülməsini istədiyini göstərərək, İddiaçı, Cavabdeh1 və X3 paylı mülkiyyətlərində olan mübahisəli 0.0565 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 138.40 kv.metr olan fərdi yaşayış evinin qiymətləndirilməklə açıq hərracda satılması və ona düşən hissədə payının alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. Naxçıvan Muxtar Respublikasının Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-5/2024 nömrəli, 15 aprel 2024-cü il tarixli qətnaməsi ilə (hakim Q.Məmmədov) iddia təmin edilmiş, Naxçıvan şəhəri, Bəhruz ünvan 1 ünvanda yerləşən 0.0565 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 138.4 kv.metr olan fərdi yaşayış evi açıq hərracdan satılması və satış pulunun İddiaçı, Cavabdeh1 və X5 arasınd a paylarına mütənasib surətdə bölüşdürülməsi qət edilmişdir.
8. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, əgər payın naturada ayrılmasına qanunla yol verilmirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir.
9. Məhkəmə qeyd etmişdir ki, mülkiyyətçilər arasında razılıq əldəedilmədiyi və payların naturada ayrılması mümkün olmadığı halda, əmlakın hərracdan satılması və əldə olunan məbləğin mülkiyyətçilər arasında paylarına mütənasib şəkildə bölünməsi zəruridir. Əmlakın açıq hərracdan satılmasını yalnız mülkiyyətçi öz payının ayrılmasını və kompensasiya almasını tələb etdikdə istəyə bilər, amma iddiaçı bu cür tələb irəli sürmədikdə, məhkəmə kompensasiyanın ödənilməsini müəyyən edə bilməz.
10. Məhkəmə toplanmış sübutlara, izahatlara hüquqi qiymət verərək belə nəticəyə gəlmişdir ki, iddia təmin edilməklə, tərəflərin paylı mülkiyyətlərində olan mübahisəli ünvanda yerləşən 0.0565 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 138.4 kv.metr olan fərdi yaşayış evi açıq hərracdan satılmalı və satış pulu onların arasında paylarına mütənasib surətdə bölüşdürülməlidir. Beləki, tərəflər razılıq əldə edə bilmədik də, əşyanın mülkiyyətçisi evin naturada məhkəmə qaydasında bölünməsini tələb edə bilər. Məhkəmə araşdırması zamanı tərəflər öz aralarında razılığa gəlməmişlər. Mülkiyyətçiyə düşən pay əvəzinə pul kompensasiyasının ödənilməsi isə yalnız payın naturada ayrılması mümkün olmadıqda və o nun razılığı ilə həyata keçirilə bilər.
11. Məhkəmə öz hüquqi mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 130cu maddəsinin 9-cu hissəsinə, Mülki Məcəllənin 213.1, 213.2, 215.2, 220.1, 220.2, 220.3, 220.4, 220.5, 220.6, 223.4-cü, habelə Mülki Prosessual Məcəllənin 119.1, 217.3, 217.4, 218.3-cü maddələrinə istinad etməklə əsaslandırılmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat
12. Cavabdeh1 apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, işin hallarına nəzərə almımış, iş üzrə düzgün olmayan qət namə qəbul etmişdir.
14. Naxçıvan MR Ali Məhkəməsi Mülki kollegiyasının 2(108)-117/2024 nömrəli, 22 avqust 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər V.Quliyev (sədrlik edən və məruzəçi), F.Abbasov və S.Bəylərli) Cavabdeh1 apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-5/2024 nömrəli, 15 aprel 2024-cü il tarixli qətnaməsinə dəyişiklik edilərək, Naxçıvan şəhəri, Bəhruz ünvan 2 ünvanda yerləşən 0.0565 ha torpaq sahəsinin və onun üzərində yerləşən ümumi sahəsi 138.40 kv.metr olan fərdi yaşayış evinin ilkin satış qiymətinin 125.000 manat müəyyən edilməsi qət edilmişdir.
15. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində qeyd etdiyi məhkəməqiymətləndirmə ekspertizasının keçirilməsindən imtina olunması ilə bağlı dəlilinə münasibətdə qeyd etmişdir ki, m ülki iş materiallarına əsasən, işə baxan birinci instansiya məhkəməsi tərəfindən iki dəfə fərqli tarixlərdə (xx.xx.2023 və xx.xx.2024) mübahisəli yaşayış evinin qiymətləndirilməsinin təşkil edilməsi üçün qərardad qəbul edilərək iş üzrə icraat dayandırılmış, lakin proses iştirakçıları tərəfindən qiymətləndirmə ilə bağlı müvafiq xidmət haqqının ödənilməsindən imtina edildiyi üçün mübahisəli yaşayış evinin qiymətləndirilməsi həyata keçirilməmişdir.
16. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinə baxılması zamanı Naxçıvan Muxtar Respublikası AliMəhkəməsinin Mülki kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(108)-117/2024 nömrəli qərardadına istinad edərək qeyd etmişdir ki, iddiaçının vəsatəti təmin edilərək, mülki iş üzrə mübahisəli yaşayış evinin qiymətləndirilməsinin təşkiledilmə si qərara alınmış və qiymətləndirilmənin aparılması Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə həvalə edilmişdir. Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən xx.xx.2024-cü il tarixdə Ali Məhkəmənin Mülki kollegiyasına təqdim olunan arayışa əsasən, Naxçıvan şəhəri, Bəhruz ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin bazar dəyəri 125.000 manat olaraq müəyyən edilmişdir.
17. Məhkəmə kollegiyası mülki işinmateriallarına istinad edərək qeyd etmişdir ki, iddiaçı iddia tələbində müvafiq ünvanda yerləşən torpaq sahəsi və fərdi yaşayış evinin qiymətləndirilməklə açıq hərracda satılmasını və ona düşən payın alınaraq verilməsini xahiş etmişdir. Lakin işə baxan birinci instansiya məhkəməsi tərəfindən qiy mətləndirilmə ilə bağlı təyin edilmiş ekspertizaların keçirilməsindən müəyyən səbəbdən imtina edilsə də, məhkəmə qətnaməsi ilə iddianın təmin edilməsi qərara alınmışdır.
18. Məhkəmə kollegiyası gəldiyi nəticə ilə bağlı Azərbaycan Respublikasının Mülki Məcəllənin 220.2, 220.4, 220.5, 220.6-cı, habelə Mülki Prosessual Məcəllənin 384.0.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri
19. Cavabdeh1 (vəkili Vəkil) kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin tamamilə ləğv edilərək, iddiaçının sözügedən ünvanda yerləşən 0.0565 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 138.40 kv.metr olan fərdi yaşayış evinin qiy mətləndirilməklə açıq hərracda satılması və ona düşən hissədə payının alınaraq ona verilməsi barədə iddia tələbinin rədd edilməsi haqqında yeni qərar qəbul edilməsini xahiş etmişdir.
20. Cavabdeh kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, iş üzrə əhəmiyyətli olan halları tam, hərtərəfli və obyektiv araşdırmamışdır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
21. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
22. Maddə 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur.
23. Maddə 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləş dirilməklə (paylımülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgəmülkiyyət) ümumi mülkiyyətdə ola bilər.
24. Maddə 215.2. Paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər.
25. Maddə 220.1. Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər.
26. Maddə 220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər.
27. Maddə 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətç isi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir.
28. Maddə 220.4. Bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifad ə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər.
29. Maddə 220.5. Mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir.
30. Maddə 220.6. Bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər.
31. Maddə 223.4. Ümumi əşyanın bölünməsi və ondan pay ayrılması əsasları və qaydası bu Məcəllənin 220-ci maddəsinin müddəalarına əs asən müəyyənləşdirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
32. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
33. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
34. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
35. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
36. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
37. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
38. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
39. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt ə sas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
40. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
41. Hazırkı kassasiya şikayətində cavabdeh apellyasiya instansiyası məhkəməsinin qətnaməsini tam mübahisələndirdiyindən, qətnamənin ə saslılığı bütövlükdə yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüqüqi mövqeyi
42. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
43. Cavabdeh kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iddianın rədd edilməsi üçün əsasların olduğunu və sair göstərsə də, kassasiya instansiyası məh kəməsi onun bu dəlilləri ilə razılaşmır.
44. Belə ki, apellyasiya instansiyası məhkəməsi, cavabdehin kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərini araşdıraraq müəyyən etmişdir ki, Naxçıvan şəhəri, Bəhruz ünvan 2 ünvanda yerləşən 0.0565 ha torpaq sahəsi və onun üzərində inşa edilmiş ümumi sahəsi 138.4 kv.metr olan fərdi yaşayış evi mülkiyyət hüququ üzrə 2/5 hissədə X3, 1/5 hissədə Cavabdeh1 və 2/5 hissədə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
45. Həmçinin işə əlavə edilmiş qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə müəyyən olunmmuşdur ki, sözügedən daşınmaz əşyaların tərəflərin paylarına uyğun olaraq naturada ayrılması texniki cəhətdən mümkün olmamışdır. Eyni zamanda, paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən iddiaçı ya payının dəyəri ödənilməmişdir və nəticədə tərəflər arasında hazırkı mübahisə əmələ gəlmişdir. Halbuki, yuxarıda sadalanan normaların mənasına görə, paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Lakin, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər.
46. Göründüyü kimi, sözügedən ümumi əmlakların bölünməsi və ya onlardan iddiaçıya çatan payın ayrılması açıq-aşkar məqsədəuyğun deyil.
47. Bu səbəbdən də işə baxan məhkəmələr tərəfindən haqlı olaraq qeyd olunan əmlakların açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri olan tərəflər arasında onların pay larına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edilmişdir.
48. Apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin hazırda mübahisələndirilən əmlakların ilkin satış qiymətinin müəyyən edilməməsi ilə bağlı gəldiyi nəticə ilə razılaşmayaraq və Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən verilmiş 29 iyul 2024-cü il tarixli arayışa istinad edərək, sözügedən əmlakların ilkin satış qiymətini 125.000 manat məbləğdə müəyyən etmişdir.
49. Göstərilənlərə əsasən, kassasiya instansiyası məhkəməsi cavabdehin kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, onun kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq onlara düzgün hüquqi qiymət verildiyi üçün həmin dəlillərin təkrar araşdıralmasına lüzum yoxdur. Ona görə də kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
50. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Q ə r a r a aldı: Cavabdeh1 kassasiya şikayəti təmin edilməsin. İş üzrə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 22 avqust 2024-cü il tarixli, 2(108)-117/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.