Məhkəmə qərarları › İş №2(102)-3986/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-3986/2024

12.12.2024 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahis
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3986/2024 12.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı1 Cavabdehnə qarşı iddiası ilə bağlı birinci mülki iş, İddiaçı2 Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia ilə bağlı ikinci mülki iş üzrə QƏRARİ (Açar sözlər: öhdəliyin icrası, qeyri-yaşayış sahəsinin təhvil verilməsi; Preyudisiya; öhdəliklərin icrasının həvalə edilməsi, mülkiyyətə maneənin aradan qaldırılm) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Xıdırov Əhliman Mehman oğlu, X1 ibarət tərkibdə, İddiaçı1 Cavabdehnə qarşı “qeyri-yaşayış sahəsinin sahibinə təhvil verilməsi” tələbinə dair iddiası ilə bağlı birinci mülki iş, İddiaçı2 Cavabdehnə qarşı “öhdəliklərin icrasının həvalə edilməsi, mülkiyyətə maneənin aradan qaldırılması” tələbinə dair iddiası ilə bağlı birləşdirilmiş ikinci mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-35/2024 nömrəli, 22 iyul 2024-cü il tarixli qətnaməsindən birinci iş üzrə İddiaçı1 (Vəkil4) və ikinci iş üzrə İddiaçı2 (Vəkil3) tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə 12 dekabr 2024-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. Abşeron rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2014-cü il tarixli, 147 saylı Sərəncamına əsasən, Xırdalan şəhəri, H.Əliyev prospekti 1 ünvanında yerləşən 6 girişli, zirzəmili, 16 mərtəbəli yaşayış binalarının tikintisinə icazə "x xxx" MMC-yə verilmişdir.

2. Abşeron rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2016-cı il tarixli, 38 saylı Sərəncamına əsasən, Abşeron RİH Başçısının 147 saylı, xx.xx.2014-cü il tarixli "xxxx" MMC-yə Xırdalan şəhərində çoxmərtəbəli yaşayış binalarının tikintisinə icazə verilməsi barəsindəki sərəncamına uyğun olaraq Xırdalan şəhəri, H.Əliyev prospekti ilə M.Hüseynzadə küçəsinin kəsişməsində tikintisinə icazə verilmiş 6 girişli, zirzəmili, 16 mərtəbəli yaşayış binalarından ibarət kompleksin A və B bloklarının tikintisinə icazə "xxxx" MMC-yə verilmişdir.

3. Abşeron rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2019-cu il tarixli, 16 saylı Sərəncamına əsasən, Abşeron RİH Başçısının 147 saylı, xx.xx.2014-cü il tarixli "xxxx" MMC-yə Xırdalan şəhərində çoxmərtəbəli yaşayış binalarının tikintisinə icazə v erilməsi barəsindəki sərəncamına uyğun olaraq Xırdalan şəhəri, H.Əliyev prospekti ilə M.Hüseynzadə küçəsinin kəsişməsində tikintisinə icazə verilmiş 6 girişli zirzəmili 16 mərtəbəli yaşayış binalarından ibarət kompleksin B və C bloklarının tikintisinə icazə Cavabdeh MMC-yə verilmişdir.

4. X12 ilə "xxxx" MMC arasında bağlanan xx.xx.2016-cı il tarixli Mənzil Tikintisi haqqında müqaviləyə əsasən, "xxxx" MMC Abşeron rayon İH Başçısının xx.xx.2014-cü il tarixli, 147 saylı sərəncamı ilə inşa etdiyi ünvan 1 ünvanı İV-V blok 2-ci mərtəbəsində yerləşən izolə olunmuş qeyri-yaşayış sahəsini X7 təhvil verməyi, Müzəffər Məmmədli isə müqavilədə göstərilmiş məbləği tamamilə ödəməyi və qeyri-yaşayış sahəsini qəbul etməyi öhdəsinə götürmüşdür. Müqavilənin 3.1-ci bəndində qeyri-yaşayış sahəsi 956 kv.metr gö stərilmişdir. Müqavilənin 3.3-cü bəndinə əsasən, qeyri-yaşayış sahəsinin ümumi dəyəri tam ödənilmişdir. xx.xx.2016-cı il tarixli X20 əsasən, Müzəffər Məmmədli "xxxx" MMC-nin hesabına qeyri-yaşayış sahəsi üçün tam ödəniş etmişdir.

5. X12 ilə "xxxx" MMC arasında bağlanan xx.xx.2017-ci il tarixli Qeyri-Yaşayış Tikintisi haqqında müqaviləyə əsasən, "xxxx" MMC Abşeron rayon İH Başçısının xx.xx.2016-cı il tarixli, 38 saylı sərəncamı ilə inşa etdiyi ünvan 1 ünvanı A və B blok 2-ci mərtəbəni bir pay kimi Müzəffər Məmmədliyə təhvil verməyi, Müzəffər Məmmədli isə müqavilədə göstərilmiş məbləği tamamilə ödəməyi və qeyri-yaşayış sahəsini qəbul etməyi öhdəsinə götürmüşdür. Müqavilənin 3.1-ci bəndində qeyri-yaşayış sahəsi 780 kv.metr, əlavə 176 kv.metr lift və pilləkən yeri göstərilmişdir. xx.xx.2017-ci il tarixli X20 əsasən, Müzəffər Məmmədli "xxxx" MMC-nin hesabına 780 kv.m qeyri-yaşayış sahəsi üçün ilkin ödənişi tam ödəmişdir.

6. Xəzər rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş ölüm haqqında şəhadətnaməyə əsasən, X12 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. 7. 28.07.2021-ci il tarixli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən, xx.xx.2021-ci il tarixdə vəfat etmiş X4 vəsiyyətnamədə göstərilən əmlakının vərəsəsi İddiaçı2dur və o, miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak - "xxxx" MMC tərəfindən xx.xx.2016-cı il tarixdə Müzəffər Məmmədliyə verilmiş 044 nömrəli müqaviləyə əsasən Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə 1 ünvanında yerləşən yaşayış binasında 5-ci blok, 12-ci mərtəbəsindəki ümumi sahəsi 120,69 kv.metr olan 3 otaqlı 329 nömrəli mənzildəki kooperativ paydan ibarətdir.

8. Bakı şəhəri 19 saylı Notariat Ofisi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş 69 nömrəli arayışa əsasən, Müzəffər Məmmədlinin vəfat etməsi ilə əlaqədar vərəsəsinin ərizəsi əsasında xx.xx.2021-ci il tarixində vərəsəlik işi açılmış və vərəsələrin dairəsi müəyyən olunmuşdur. İddiaçı2 mərhum Müzəffər Məmmədlinin yeganə vərəsəsi kimi tanınmışdır. 9. "xxxx" MMC və İddiaçı1 arasında bağlanan 04 aprel 2016-cı il tarixli qeyri-yaşayış tikintisi haqqında müqaviləyə əsasən, "xxxx" MMC Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə 1 ünvanında inşa etdiyi yüksək mərtəbəli yaşayış binasının B bloku üzrə 2ci mərtəbəsində sahəsi 334 kv.metr təşkil edən qeyri-yaşayış sahəsini 200.400 manat qarşılığında İddiaçı1 verilməyi öhdəsinə götürmüşdür. Maliyyə arayışına əsasən "xxxx" MMC şirkətinə məxsus Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə 1 ünvanında inşa edilən yaşayış binasının 4-cü blok, 2-ci mərtəbəsində sahəsi 334 kv.metr təşkil edən qeyriyaşayış sahəsinin pay dəyəri payçı İddiaçı1 tərəfindən 200.400 manat tam ödənilmişdir.

10. Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin 2(004)-493/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən, iddiaçı "xxxx" MMC-nin cavabdehlər X7 və X10 qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair ik iddia ərizəsi rədd edilmiş, iddiaçı Müzəffər Məmmədlinin cavabdeh "xxxx" MMC-yə qarşı cavabdehin üzərinə müqavilə bağlanması vəzifəsinin qoyulması tələbinə dair qarşılıqlı iddia ərizəsi rədd olunmuşdur.

11. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4 560/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən, apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin 2(004)-493/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

12. Abşeron Rayon Məhkəməsinin 2(012)-1698/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən, iddiaçı Cavabdeh MMC-nin cavabdeh Müzəffər Məmmədliyə qarşı iddia ərizəsinin “25 yanvar 2017-ci il tarixli kassa mədaxil orderi qəbzinin etibarsız hesab edilməsi, əmlakın sahibliyə qaytarılması“ hissəsində iddia tələbi təmin edilməmişdir.

13. Abşeron Rayon Məhkəməsinin 2(012)-3220/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən, X5 Cavabdeh MMC-yə qarşı iddiası təmin edilərək, xx.xx.2016-cı il tarixli müqaviləyə əsasən Abşeron rayonu Xırdalan şəhəri, M.Hüseynzadə 1 ünvanında inşa edilən yaşayış binasının 4-cü blok, 2-ci mərtəbəsində sahəsi 334 kv.m. təşkil edən qeyri-yaşayış sahəsinin Cavabdeh MMC tərəfindən Araz Abduləzimova təhvil verilməsi qət olunmuşdur.

14. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-1608/2022 nömrəli, 22 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə, apellyasiya şikayətləri təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin 2(012)-3220/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

15. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)1888/2023 nömrəli, 26 aprel 2023cü il tarixli qərarı ilə hüquq və vəzifələrinə toxunulan şəxs İddiaçı2 tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsi, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasını 2(105)- 1608/2022 nömrəli, 21 fevral 2023cü il tarixli qərardadının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. 16. "xxxx" MMC (icraçı) ilə X13 (payçı) arasında bağlanılmış xx.xx.2014-cü il tarixli MMC-nin tikilməkdə olan binasında qeyri-yaşayış sahəsi almaq haqqında müqaviləyə əsasən, müəssisə payçıya ünvan 4 ünvanında inşa edilən yaşayış binasının 2-ci mərtəməsində 335 kv.metr qeyri-yaşayış sahəsinin verilməsi, payçı isə həmin qeyriyaşayış sahəsini qəbul etməyə və həmin sahənin təyin edilmiş dəyərini vaxtında ödəməyə zəmanət verir.

17. X14 tərəfindən imzalanmış, "xxxx" MMC-nin möhürü ilə təsdiq edilmiş xx.xx.2014-cü il tarixli maliyyə arayışına əsasən, İddiaçı1 14 aprel 2014-cü ildə ünvan 1 ünvanda 5 blokun 2 mərtəbəsində yerləşən, "xxxx" MMC-dən ümumi sahəsi 335 kv.metr olan qeyri-yaşayış s ahəsini almış və 335.000 manat məbləğində pul ödəmişdir. “Şirkətə borcu yoxdur” (əlyazma ilə qeyd olunmuşdur). İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci iş üzrə. Birinci instansiya məhkəməsində icraat:

18. İddiaçı1 (bundan sonra birinci iş üzrə iddiaçı) Cavabdehnə (bundan sonra birinci və ikinci iş üzrə cavabdeh) qarşı “qeyri-yaşayış sahəsinin sahibinə təhvil verilməsi” tələbinə dair iddia ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh MMC-nin üzərinə 5 sentyabr 2019-cu il tarixli, 010 nömrəli müqavilə üzrə öhdəliyi olan Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə 1 ünvanında inşa etdiyi yüksək mərtəbəli yaşayış binasının B bloku üzrə 2-ci mərtəbəsində sahəsi 264 kv.metr təşkil edən qeyri-yaşayış sahəsinin ona təhvil verilməsi vəzifəsinin qoyulması barədə qətnamə qəbul ol unmasını xahiş etmişdir.

19. İddia tələbi onunla əsaslandırılmışdır ki, onunla "xxxx" MMC arasında bağlanmış 4 aprel 2016-cı il tarixli müqaviləyə əsasən iddiaçı həmin cəmiyyətin Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə 1 ünvanında inşa etdiyi yüksək mərtəbəli yaşayış binasının B bloku üzrə 2-ci mərtəbəsində sahəsi 334 kv.metr təşkil edən qeyri-yaşayış sahəsini dəyərini tam ödəməklə əldə etmiş, bununla bağlı ona müvafiq maliyyə arayışı verilmişdir. Daha sonra "xxxx" MMC adını Cavabdeh MMC-yə dəyişmişdir. İddiaçının cavabdehə yazdığı 06 iyul 2019-cu il tarixli ərizəyə əsasən həmin qeyri-yaşayış sahəsinin 70 kv.metr hissəsi 009 nömrəli 4 sentyabr 2019-cu il tarixli müqaviləyə əsasən X2 adına rəsmiləşdirilib və bu barədə ona müqavilə, maliyyə arayışı verilmişdir. Bundan sonra, tərəflərin bağladığı müqavilə cavabdeh tərəfindən yenilənərək həmin ünvandakı 264 kv.metr qeyri-yaşayış sahəsi iddiaçının adına rəsmiləşdirilmiş, bununla bağlı maliyyə arayışı verilmişdir. Daha sonra, cavabdeh müqavilənin şərtlərini pozmuş, bina tikilib başa çatdıqdan sonra həmin qeyri-yaşayış sahəsini iddiaçıya təhvil verməmiş, müqavilə üzrə üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Cavabdehə bununla bağlı pretenziya məktubu göndərilsə də, o, hər dəfə müxtəlif bəhanələrlə həmin qeyri-yaşayış sahəsini iddiaçıya verməkdən boyun qaçırmışdır. Bununla da məhkəməyə müraciət etmək zərurəti yaranmışdır.

20. Cavabdeh MMC-nin direktoru R.Tağıyev məhkəməyə ərizə ilə müraciət edərək, iddia ərizəsini qəbul etdiyini və qeyri-yaşayış sahəsini iddiaçıya təqdim etməyə hazır olduğunu bildirmiş və məhkəmə iclasına cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir.

21. Abşeron Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) 2(012)-1312/2020 nömrəli, 21 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim Cəmilə Səfiyeva), iddia tələbi təmin edilmiş, 05 sentyabr 2019-cu il tarixli, 010 nömrəli müqaviləyə əsasən Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə 1 ünvanında inşa edilən yaşayış binasının 4-cü blok, 2-ci mərtəbəsində sahəsi 264 kv.metr təşkil edən qeyri-yaşayış sahəsinin Cavabdeh MMC tərəfindən İddiaçı1 təhvil verilməsi qət edilmişdir.

22. Birinci instansiya məhkəməsinin iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edib ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir.

23. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 157.2, 442, 448.1, 448.2, 568.1, 568.2-ci maddələrinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.3 və 217.4-cü maddələrinə istinad edərək əsaslandırmışdır. İkinci iş üzrə. Birinci instansiya məhkəməsində icraat:

24. İddiaçı2 (bundan sonra ikinci iş üzrə iddiaçı) Cavabdehnə qarşı “öhdəliklərin icrasının həvalə edilməsi, mülkiyyətə maneənin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2016-cı il tarixdə "xxxx" MMC ilə X12 arasında bağlanılmış və xx.xx.2017-ci il tarixdə "xxxx" MMC ilə Müzəffər Məmmədli arasında bağlanılmış (yenilənmiş) müqavilələr üzrə öhdəliklərin yerinə yetirilməsi vəzifəsinin - Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə 1 ünvanı A və B blok, İİ (üst) mərtəbəni 1 pay kimi, ümumi sahəsi 780 kv.metr, 176 kv.metr əlavə lift və pilləkən yeri olmaqla, cəmi 956 kv.m. qeyri-yaşayış sahəsinin ona təhvil verilməsi və mülkiyyətə yaranan maneənin aradan qaldırılması vəzifəsinin cavabdehə həvalə olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

25. İddia tələbi onunla əsaslandırılmışdır ki, Müzəffər Məmmədli iddiaçının atasıdır. xx.xx.2016-cı il tarixdə "xxxx" MMC ilə Müzəffər Məmmədli arasında bağlanılmış mənzil tikintisi haqqında müqaviləsinə əsasən, "xxxx" MMC Abşeron Rayon İH başçısının xx.xx.2014-cü il tarixli, 147 saylı sərəncamı ilə Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə 1 ünvanında İV-V blok, İİ mərtəbə Qeyri-yaşayış sahəsi izolə olunmuş bir pay kimi Müzəffər Məmmədliyə verməyi öz öhdəsinə götürmüşdür. Qeyri-yaşayış sahəsi 956 kv.m-dir, Müzəffər Məmmədli qeyri-yaşayış sahəsi üçün tam ödəniş etmişdir. xx.xx.2017-ci il tarixdə "xxxx" MMC ilə Müzəffər Məmmədli arasında bağlanılmış qeyriyaşayış tikintisi haqqında müqaviləsinə əsasən "xxxx" MMC Abşeron Rayon İH başçısının xx.xx.2016-cı il tarixli, 38 saylı sərəncamı ilə Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə 1 ünvanı A və B blok, İİ (üst) mərtəbəni bir pay kimi Müzəffər Məmmədliyə verməyi öz öhdəsinə götürmüşdür. Qeyri-yaşayış sahəsinin ümumi sahəsi 780 kv.metr, 176 kv.metr əlavə lift və pilləkən yeri təşkil edir. Müzəffər Məmmədli 780+176 kv.m üçün ilkin ödəniş tam ödənilmişdir. Atası ilə "xxxx" MMC ilə arasında müqavilənin bağlanması belə olmuşdur ki, şirkətin təsisçisinin və adının dəyişdirilməsi səbəbindən "xxxx" MMC (təsisçi X6) ilə xx.xx.2016-cı il tarixdə bağlan mış müqavilənin eyni məzmunda təkrarı xx.xx.2017-ci il tarixli müqavilə ilə yenilənmişdir. Sonradan "xxxx" MMC adını Cavabdeh MMC-yə dəyişmişdir. Bundan sonra, Cavabdeh MMC ilə iddiaçının atası arasında müqavilənin etibarsızlığı ilə bağlı çoxsaylı məhkəmə çəkişmələri olmuş, iddialar təmin edilməmişdir. X19 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Atasının yeganə vərəsəsi kimi iddiaçı tanınmışdır. Bu yaxınlarda qeyri-yaşayış sahəsinə baxış keçirərkən iddiaçıya məlum olmuşdur ki, onlara məxsus obyektdə təmir-tikinti işləri aparılır. Cavabdeh MMC tərəfindən obyekt özbaşına şəkildə arakəsmələrlə hissələrə bölünür. Baxmayaraq ki, obyektin dəyəri tam ödənilib, ona pay hüququ əldə edilib, iddiaçıya həmin obyektdən istifadədə maneələr yaradılır. Dəfələrlə, cavabdehə müraciət etsə də, heç bir müsbə t nəticəsi olmamışdır. Bu isə nə müqavilə şərtlərinə, nə də mülki qanunvericiliyin tələblərinə cavab vermir. Cavabdehin qeyd edilən hərəkətləri, müqavilə şərtlərini pozması iddiaçının maraqlarına toxunur, buna görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

26. Daha sonra iddiaçı iddia ərizəsinə əlavə verərək, xx.xx.2016-cı il tarixdə "xxxx" MMC ilə Müzəffər Məmmədli arasında bağlanılmış 044 saylı, xx.xx.2016-cı il tarixdə "xxxx" MMC ilə Müzəffər Məmmədli arasında bağlanılmış və xx.xx.2017-ci il "xxxx" MMC ilə Müzəffər Məmmədli arasında bağlanılmış (yenilənmiş) müqavilələr üzrə öhdəliklərin yerinə yetirilməsi vəzifəsinin - Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə 1 ünvanı 5-ci blok, 12-ci mərtəbə, ümumi sahəsi 120,69 kv.metr olan 329 nömrəli mənzilin və Abşeron rayonu, Xır dalan şəhəri, M.Hüseynzadə 1 ünvanı A və B blok, İİ (üst) mərtəbəni 1 pay kimi, ümumi sahəsi 780 kv.metr, 176 kv.metr əlavə lift və pilləkən yeri olmaqla, cəmi 956 kv.m. qeyri-yaşayış sahəsinin ona təhvil verilməsi və mülkiyyətə yaranan maneənin aradan qaldırılması vəzifəsinin cavabdehə həvalə olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

27. Cavabdeh MMC-nin nümayəndəsi və vəkili X11 məhkəmə iclasında iddia tələbini qəbul etməyərək iddianın rədd edilməsini xahiş etmiş və izahatında bildirmişdir ki, qeyd edilən qeyri-yaşayış və yaşayış sahələri ilə bağlı tərəflər arasında məhkəmə prosesləri olmuşdur. Əslində həmin sahələrin pulu MTK-ya ödənilməmişdir. Bunu iddiaçı tərəf də bilir.

28. Abşeron Rayon Məhkəməsinin 2(012)-4031/2021 nömrəli, 11 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim Cəmilə Səfiyeva), iddia təmin edilmiş, xx.xx.2016-cı il tarixdə "xxxx" MMC ilə Müzəffər Məmmədli arasında bağlanılmış və xx.xx.2017-ci il "xxxx" MMC ilə Müzəffər Məmmədli arasında bağlanılmış (yenilənmiş) müqavilələr üzrə öhdəliklərin yerinə yetirilməsi vəzifəsi - Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə 1 ünvanı A və B blok, İİ (üst) mərtəbəni 1 pay kimi, ümumi sahəsi 780 kv.metr, 176 kv.metr əlavə lift və pilləkən yeri olmaqla, cəmi 956 kv.m. qeyri-yaşayış sahəsinin və ünvan 1 ünvanı V blok 12-ci mərtəbəsində yerləşən 329 nömrəli izolə olunmuş 3 otaqdan ibarət mənzilinin iddiaçıya təhvil verilməsi və mülkiyyətə yaranan maneənin aradan qaldırılması vəzifəsi cavabdehin üzərinə qoyulmuş, Cavabdeh MMC-dən 20 manat dövlət rüsumunun tutulub İddiaçı2 ödənilməsi qət edilmişdir.

29. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, mərhum Müzəffər Məmmədli tərəfindən mübahisəli qeyri-yaşayış sahəsinin və mənzilin dəyəri tam olaraq cavabdehə ödənilmişdir. İddiaçı tərəfindən mübahisəli sahə ilə bağlı öhdəlik tam yerinə yetirilmişdir. Cavabdeh tərəf qeyd edilən müqavilələri mübahisələndirsə də, müqavilələrin etibarsızlığı barədə hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Əksinə mübahisəli qeyriyaşayış sahələrinə dair tərəflər arasında bağlanan müqavilələrin etibarsızlığı ilə bağlı cavabdehin iddia tələbləri Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-493/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə təmin edilməmişdir, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4560/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qətnaməsindən görünür ki, apellyasiya şikayəti təmin edi lməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-493/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamə hazırda qüvvədədir. Mübahisəli mənzil sahəsi ilə də yenə iş materiallarından göründüyü kimi cavabdeh tərəfin etirazı formal xarakter daşıyır.

30. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 399.1, 421.1, 442.1, 152.5, 152.6, 152.7, 157.2-ci maddələri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2, 216-220, 227-ci maddələri ilə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat:

31. Abşeron Rayon Məhkəməsinin 2(012)-4031/2021 nömrəli xx.xx.2021-ci il tarixli qətnaməsindən narazı qalan Cavabdeh MMC apellyasiya şikayəti verərək, birinci instansiya məhkəm əsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

32. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, əslində qeyri-yaşayış sahəsi və mənzillə bağlı onlara hər hansı ödəniş olmamışdır. Belə olan halda isə, müqavilə və kassa mədaxil orderinin başqa əqdi pərdələmək və görünüş üçün bağlandığı, eləcə də etibarsız olduğu öz təsdiqini tapır. Belə ki, birinci instansiya məhkəməsində hazırkı işə baxan hakim nəzərə almamışdır ki, öz icraatında olan digər bir işdə sözügedən mübahisəli sahə ilə bağlı qəbul etdiyi 21 oktyabr 2020-ci il tarixli, 2(012)-1312/2020 nömrəli qətnaməsi isə ilə İddiaçı1 iddia tələbini təmin etmiş, 5 sentyabr 2019-cu il tarixli 010 nömrəli müqaviləyə əsasən Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə 1 ünvan ında inşa edilən yaşayış binasının 4-cü blok, 2-ci mərtəbəsində sahəsi 264 kv.m. olan qeyri-yaşayış sahəsinin Cavabdeh MMC tərəfindən İddiaçı1 verilməsini qət etmişdir. Qeyd etmək lazımdır ki, həmin qətnamə qanunu qüvvəsini almış və mübahisəli qeyri-yaşayış sahəsi İddiaçı1 verilmiş və onun tərəfindən təmir olunaraq istifadəsindədir. Həmçinin, birinci instansiya məhkəməsində hazırkı işə baxan hakim nəzərə almamışdır ki, elə öz icraatında olan mübahisəli sahə ilə bağlı digər 2(012)-3220/2020 saylı mülki iş üzrə 30 Sentyabr 2020-ci il tarixli qətnamə qəbul edərək iddiaçı X5 iddiasını təmin etmiş, 04 Aprel 2016-cı il tarixli müqaviləyə əsasən Abşeron rayon Xırdalan şəhəri M. Hüseynzadə 1 ünvanında inşa edilən yaşayış binasının 4-cü blok, 2-ci mərtəbəsində sahəsi 334 kv.metr təşkil edən qeyriya şayış sahəsinin Cavabdeh MMC-tərəfindən X8 verilməsi barədə qətnamə qəbul etmişdir. Həmin qətnamə də, digəri kimi qanuni qüvvəsini almış və icra olunması üçün icra şöbəsinə göndərilmişdir.

33. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiya məhkəməsi) 2(105)-471/2022 nömrəli, 15 mart 2022-ci il tarixli (hakimlər Lətifə Məmmədova (sədrlik edən və məruzəçi), Telman Quliyev və Gülnarə Tağızadə) qətnaməsi ilə, apellyasiya şikayəti təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin 2(012)-4031/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

34. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq ilk öncə qeyd etmişdir ki, iddiaçının mərhum atası ilə bağlanmış müqavilələr hal-hazırda qüvv ədədir, cavabdeh tərəfindən məhkəmə qaydasında mübahisələndirilsə də ləğv olunmamışdır.

35. Məhkəmə kollegiyasının mövqeyi ondan ibarət olmuşdur ki, cavabdeh tərəf apellyasiya şikayətinin dəlillərini əsaslandıra bilməmiş, buna dair hər hansı bir rəsmi sənəd təqdim edə bilməmişdir. Mübahisəli sahənin digər şəxsə satılması ilə bağlı apellyasiya şikayətinin dəlilinə münasibət bildirən məhkəmə kollegiyası, bunu iddianın təmin edilməməsi üçün əsas hesab etməmişdir. Məhkəmə kollegiyası bununla bağlı qeyd etmişdir ki, iddiaçının müqaviləsi qüvvədə olduğu halda həmin qeyri-yaşayış sahəsinin digər şəxsə satılması qanununvericiliyin və eyni zamanda iddiaçının mənafeyinə ziddir.

36. Məhkəmə kollegiyası onu da qeyd etmişdir ki, məhkəmə iclasında cavabdehin nümayəndəsi yeni tikiləcək binalarda iddiaçıy a qeyd olunan ölçüdə qeyri-yaşayış sahəsinin verilməsi şərti ilə iddiaçı ilə barışmağa razı olduqlarını bildirmişdir ki, bu da dolayısı ilə iddianın etirafı kimi qəbul edilə bilər.

37. Apellyasiya instansiyası məhkəməsinin öz mövqeyini Mülki Məcəllənin 152.1, 152.5, 152.6, 152.7, 157.2, 178.8, 399.1, 421.1, 442.1-ci maddələrinə və Mülki Prosessual Məcəllənin 119.2, 384.0.1, 385.2-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsindəki birinci icraat:

38. Qətnamədən Cavabdeh MMC (Vəkil4 Zakir qızı) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin 15 mart 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

39. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, hazırkı mübahis ə üzrə nəzərdə tutulan qanunvericilik normalarına iddiaçı tərəfindən riayət edilməmişdir. İddiaçı tərəfindən cavabdehə podrat müqaviləsinə əsasən podratçı ilə razılaşdırılmış muzd ödənilməmişdir və buna görə də podratçı bəhsi gedən qeyri-yaşayış sahəsinə mülkiyyət hüququnu sifarişçiyə verməmişdir. Yəni, podrat müqaviləsi üzrə öhdəliklər sifarişçi tərəfindən icra edilmədiyindən, podratçı tərəfindən də icra edilməmiş və beləliklə iddiaçı mənzilə dair mülkiyyət və sahiblik hüququ əldə etməmişdir. Mübahisə predmeti olan əmlak 04 aprel 2016-cı ildə "xxxx" MMC tərəfindən İddiaçı1 satılmışdır və həmin şəxs hazırda həmin ünvanda yaşayır. Lakin, məhkəmələr İddiaçı1 maraqlı şəxs kimi işə cəlb etməyərək mühüm prosessual pozuntuya yol vermişlər. Müqavilədə göstərilən 956 kv.metr sahə mövcud deyil. Bel ə ki, binada iki blok üzrə qeyri-yaşayış sahəsinin ümumi sahəsi 668 kv.metrdir. Maddi və prosessual hüquq normalarının pozulması, düzgün tətbiq olunmaması, eləcə də maddi və prosessual hüquq normalarının tətbiqi üzrə vahid məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qətnaməsinin ləğvi üçün əsasdır və hazırkı işdə də məhkəmə işdə iştirak etməyə cəlb edilməmiş şəxslərin hüquqlarının pozulmasına səbəb olan qətnamə qəbul etdiyi üçün, şikayətin dəlillərindən asılı olmayaraq apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməlidir.

40. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2(102)3971/2022 nömrəli, 17 oktyabr 2022-ci il tarixli (hakimlər Zaur Əliyev (məruzəçi), Abiddin Hüseynov və Əhməd Nurməmmədov) qərarı ilə, kas sasiya şikayəti qismən təmin edilərək, apellyasiya instansiyası məhkəməsinin 15 mart 2022-ci il tarixli qətnaməsi qismən - qeyriyaşayış sahəsinə aid hissədə ləğv edilmiş və həmin hissədə işin yeni apellyasiya baxışına göndərilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

41. Kassasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, apellyasiya instansiya məhkəməsinin “iddiaçının müqaviləsi qüvvədə olduğu halda həmin qeyri-yaşayış sahəsinin digər şəxsə satılması qanunvericiliyin tələblərinə və iddiaçının mənafeyinə zidd olması” mövqeyi cavabdehin irəli sürdüyü dəlilə münasibətdə qəbul edilən bir əsaslandırma hesab oluna bilməz. Belə ki, “Elektron məhkəmə” informasiya sistemində imzalanmış, Abşeron Rayon Məhkəməsinin 2(012)-3220/2020 nömrəli, xx.xx. 2020-ci il tarixli qətnaməsi ilə, X5 Cavabdeh MMC-yə qarşı iddiası təmin edilərək, xx.xx.2016-cı il tarixli, əsasən Abşeron rayonu Xırdalan şəhəri, M.Hüseynzadə 1 ünvanında inşa edilən yaşayış binasının 4-cü blok, 2-ci mərtəbəsində sahəsi 334 kv.m. təşkil edən qeyri-yaşayış sahəsinin MMC tərəfindən Araz Abduləzimova; Abşeron Rayon Məhkəməsinin 2(012)-1312/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə, İddiaçı1 Cavabdeh MMC-yə qarşı iddiası təmin edilərək, xx.xx.2019-cu il tarixli 010 nömrəli müqaviləyə əsasən Abşeron rayonu Xırdalan şəhəri, M.Hüseynzadə 1 ünvanında inşa edilən yaşayış binasının 4-cü blok, 2-ci mərtəbəsində sahəsi 264 kv.m. təşkil edən qeyriyaşayış sahəsinin MMC tərəfindən İddiaçı1 təhvil verilməsi qət olunmuşdur. Qeyd olunan məhkəmə aktlarının və şəxslərin adların ın apellyasiya şikayətində göstərilməklə, qətnamənin onların maraqlarına toxunduğu xüsusi şəkildə vurğulansa da, apellyasiya instansiyası məhkəməsi bu xüsusat üzrə lazımi araşdırma aparmamış, bu barədə sübutların təqdim olunmasını, zəruri olduqda X5 və İddiaçı1 işə cəlb edilmələrini və iddiaya münasibətlərinin öyrənilməsini tərəflərlə müzakirə etməmiş, sözügedən məhkəmə aktlarındakı sahələrlə hazırkı işdə iddiaçıya təhvil verilməsi qət olunmuş sahələrin üst-üstə düşüb düşməməsini aydınlaşdırmadan sözügedən dəlilə qiymət verməyə çalışmışdır. Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat:

42. Abşeron Rayon Məhkəməsinin 2(012)-1312/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qətnaməsindən qətnamə hüquq və vəzifələrinə toxunulan şəxs İddiaçı2 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələblərinin təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

43. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Müzəffər Məmmədli İddiaçı2 atasıdır. xx.xx.2016-cı il tarixdə "xxxx" MMC ilə Müzəffər Məmmədli arasında bağlanılmış mənzil tikintisi haqqında müqavilə ilə "xxxx" MMC Abşeron rayonu, Xırdalan şəhəri, M. Hüseynzadə 1 ünvanında İV-V blok, İİ mərtəbə qeyri-yaşayış sahəsi izolə olunmuş bir pay kimi Müzəffər Məmmədliyə verməyi öz öhdəsinə götürmüşdür. Qeyri-yaşayış sahəsi 956 kv.m-dir, Müzəffər Məmmədli qeyri-yaşayış sahəsi üçün tam ödəniş etmişdir. xx.xx.2017-ci il tarixdə "xxxx" MMC ilə Müzəffər Məmmədli arasında qeyri-yaşayış tikintisi haqqında müqavilə bağlanmış, "xxxx" MMC Abşeron rayonu, Xırdalan şəhəri, M. Hü seynzadə 1 ünvanı A və B blok, İİ (üst) mərtəbəni bir pay kimi Müzəffər Məmmədliyə verməyi öz öhdəsinə götürmüşdür. Qeyri-yaşayış sahəsinin ümumi sahəsi 780 kv.metr, 176 kv.metr əlavə lift və pilləkən yeri təşkil etmiş, Müzəffər Məmmədli tərəfindən 780+176 kv.m. üçün ilkin ödəniş tam ödənilmişdir. Müzəffər Məmmədli ilə "xxxx" MMC aralarında yenidən müqavilənin bağlanması səbəbi belə olmuşdur ki, şirkətin təsisçisinin və adının dəyişdirilməsi səbəbindən "xxxx" MMC (təsisçi X6) ilə xx.xx.2016-cı il tarixdə bağlanmış müqavilənin eyni məzmunda təkrarı xx.xx.2017-ci il tarixli müqavilə ilə yenilənmişdir. Sonradan "xxxx" MMC adını Cavabdeh MMC-yə dəyişmişdir. Bundan sonra Cavabdeh MMC Müzəffər Məmmədliyə qarşı müqavilənin etibarsızlığı ilə bağlı çoxsaylı məhkəmə iddiaları qaldırmış, Cavabdeh MMC bağlanmış müqavilələri mübahisələndirmiş, lakin heç bir iddia təmin edilməmişdir. Müzəffər Məmmədli xx.xx.2021-ci ii tarixdə vəfat etmişdir. İddiaçı2 Müzəffər Məmmədlinin yeganə vərəsəsi kimi tanınmış və ona qanun üzrə vərəsəlik haqqında şəhadətnamə verilmişdir. Bu yaxınlarda qeyri-yaşayış sahəsinə baxış keçirərkən məlum olmuşdur ki, İddiaçı2 məxsus obyektdə təmir-tikinti işləri aparılır, "xxxx" adı altında obyektə reklam lövhələri yerləşdirib, obyekti əşyalarla təchiz etməyə başlayıb. "xxxx" MMC-nin obyektdən çıxarılması barədə Abşeron Rayon Məhkəməsində iddia qaldırılmış, həmin iş üzrə məhkəmə prosesində hazırkı qətnamənin mövcudluğu müəyyən olunmuşdur. Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə 05 sentyabr 2019-cu il tarixli, 010 nömrəli müqaviləyə əsasən Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə 1 ünvanında inşa edilən yaşayış binasının 4-cü blok, 2-ci mərtəbəsində sahəsi 264 kv.metr təşkil edən qeyri-yaşayış sahəsi Cavabdeh MMC tərəfindən İddiaçı1 təhvil verilməsi qət edilmiş, təhvil verilməsi nəzərdə tutulan qeyriyaşayış sahəsi İddiaçı2 məxsus 956 kv.m. (780+176 kv.m.) qeyri-yaşayış sahəsinin bir hissəsini - 264 kv.metr hissəsini təşkil edir (digər hissəsi də eyni məhkəmənin başqa bir qətnaməsi ilə digər şəxsə verilmişdir). Birinci instansiya məhkəməsi İddiaçı2 məxsus qeyriyaşayış sahəsini hazırkı iş üzrə iddiaçıya təhvil verməklə, ondan əvvəl bağlanmış və mötəbərliyi məhkəmə qətnamələri ilə təsdiq edilmiş digər bir müqavilənin icrasına maneə yaratmışdır. Birinci instansiya məhkəməsi lazımi diqqətlilik göstərməyərək, əslində tərəflər aras ında olmayan mübahisəni həll etmişdir. Belə ki, iş materiallarından görünür ki, cavabdeh tərəf heç bir “müqavimət” göstərmədən iddianı qəbul etmişdir. Əgər tərəflər arasında mübahisə yox idisə və ya əmlak cavabdeh tərəfindən mübahisəsiz qaydada iddiaçıya təhvil veriləcəkdirsə, bu zaman süni məhkəmə mübahisəsinin qaldırılması nəyə xidmət edir? Təbii ki, burada məqsəd Cavabdeh MMC-nin qanunsuz əməllərinə, yəni özgəsinə məxsus olduğunu bildiyi halda əmlakın ikinci dəfə başqasına satılmasına məhkəmə qaydasında, gələcəkdə preyudisial kəsb edəcək “qanuni don” geyindirmək olmuşdur. Heç təsadüfi deyildir ki, qətnamə çıxarıldıqdan az sonra əmlak yenidən özgəninkiləşdirilmişdir.

44. Abşeron Rayon Məhkəməsinin 2(012)-4031/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsindən Cavabdeh MMC apellyasiya ş ikayəti verərək, birinci instansiya məhkəməsinin qətnamənin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

45. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisəli qeyri-yaşayış sahələrinə dair tərəflər arasında bağlanılan müqavilələrin etibarsızlığı ilə bağlı cavabdehin iddia tələbləri Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-493/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4560/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qətnaməsindən görünür ki, apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-493/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamə hazırda qüvvədədir, mübahisəli mənzil sahə si ilə də yenə iş materiallarından göründüyü kimi cavabdehin etirazı formal xarakter daşıyır. Birinci instansiya məhkəməsi nəzərə almayıb ki, Cavabdeh MMC Müzəffər Məmmədliyə qarşı “əqdin etibarsız hesab edilməsi və əmlakın sahibliyinə qaytarılması” tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edib və "xxxx" MMC ilə cavabdeh Müzəffər Məmmədli arasında bağlanmış 25 yanvar 2017-ci il tarixli müqavilənin və həmin tarixli kassa mədaxil orderi qəbzinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş edib. Abşeron Rayon Məhkəməsinin 2(012)-1698/2020 nömrəli, 19 mart 2020-ci il tarixli qətnamə və qərardadından verilmiş şikayətlər üzrə işə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilib. Sumqayıt Apellyasiya Məhkəməsinin 02 İyun 2020-ci il tarixli qərar dadı ilə Cavabdeh MMC-nin şikayəti təmin olunaraq Abşeron Rayon Məhkəməsinin 2(012)-1698/2020 nömrəli, 19 mart 2020-ci il tarixli qərardadı ləğv edilərək Cavabdeh MMC-nin Müzəffər Məmmədliyə qarşı “əqdin etibarsız hesab edilməsi və əmlakın sahibliyinə qaytarılması” tələbinə dair mülki iş sonrakı prosessual hərəkətlərinin edilməsi üçün Abşeron Rayon Məhkəməsinə qaytarılıb. Abşeron Rayon Məhkəməsinin 2(012)1698/2020 nömrəli, 30 sentyabr 2020-ci il tarixli qərardadı ilə Cavabdeh MMC-nin cavabdeh Müzəffər Məmmədliyə qarşı iddia ərizəsinin 25 yanvar 2017-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi tələbinə dair iddia icraatına xitam verilməsi qərara alınıb. Abşeron Rayon Məhkəməsinin 2(012)-1698/2020 saylı, 30 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh MMC-nin cavabdeh Mü zəffər Məmmədliyə qarşı iddia ərizəsinin 25 yanvar 2017-ci il tarixli kassa mədaxil orderi qəbzinin etibarsız hesab edilməsi, əmlakın sahibliyinə qaytarılması” hissəsində iddia tələbinin təmin edilməsi qət edilmişdir. Həmin qərardad və qətnamədən şikayət və apellyasiya şikayətləri verilib və Sumqayıt Apellyasiya Məhkəməsinin icraatındadır. Həmin iş üzrə yekun məhkəmə qərarı qəbul edilməyib. Buna görə də məhkəmə hazırkı işin icraatını dayandırılmalı idi. Lakin məhkəmə bunu etməyib. Hazırkı iş üzrə məhkəmə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-493/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qətnaməsi və Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4560/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qətnaməsinə istinad edərək iddianın təmin edilməsi nəticətəsinə gəlib. Bakı şəhəri Yas amal Rayon Məhkəməsinin 2(004)-493/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən iddiaçı Cavabdeh MMC-nin cavabdehlər Müzəffər Məmmədliyə və X10 qarşı “əqdin etibarsız hesab edilməsi tələbinə dair” ilk iddia ərizəsi, iddiaçı X9 Cavabdeh MMC-yə qarşı “cavabdehin üzərinə müqavilə bağlanması vəzifəsinin qoyulması tələbinə dair qarşılıqlı iddia ərizəsi rədd olunub və Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4560/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılıb. Lakin Abşeron Rayon Məhkəməsi nəzərə almayıb ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsində baxılan 2(004)-493/2019 saylı iş üzrə mərhum Müzəffər Məmmədlinin Cavabdeh MMC-yə qarşı iddia tələbi təmin olunmay ıb. Məhkəmə həmin qətnamə üzrə Cavabdeh MMC-yə münasibətə gəldikdə isə nəzərə almayıb ki, Bakı şəhəri, Yasamal Rayon Məhkəməsində iş üzrə tələb başqa olub və buna görə də Cavabdeh MMC Müzəffər Məmmədliyə qarşı “əqdin etibarsız hesab edilməsi və əmlakın sahibliyinə qaytarılması” tələbi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edib. Məhkəmə hesab edib ki, xx.xx.2017-ci il tarixli müqaviləyə əsasən qeyri-yaşayış sahəsinin və mənzilin dəyəri Müzəffər Məmmədli tərəfindən tam ödənilib, onun tərəfindən öhdəlik tam yerinə yetirilib. Lakin məhkəmə nəzərə almayıb ki, mərhum Müzəffər Məmmədli qeyd edilən qeyri-yaşayış sahəsi və mənzillə bağlı Cavabdeh MMC-nə pul ödəməyib. Ümumiyyətlə Cavabdeh MMC ilə aralarında müqavilələr mövcud deyil. Məhkəmə nəzərə almayıb ki, Müzəffər Məmmədlinin qeyri-yaşayış sahə si və mənzillə bağlı pul ödəməməsi barədə yetəri qədər sübutlar var. Hətta bunu şahidlər də təsdiq edə bilər. Əslində məhkəmə həmin sübutları hərtərəfli və dəqiq araşdırmaqla və onlarla qiymət verməklə müəyyən edə bilərdi ki, hazırkı iddiaçının mərhum atası tərəfindən pul ödənilməyib. Belə olan halda Müzəffər Məmmədlinin adına yazılmış xx.xx.2016-cı və xx.xx.2017-ci il tarixli kassa mədaxil orderi qəbzləri etibarsızdır, buna görə də mənzil və qeyri-yaşayış sahəsi üzrə müqavilələrin də özü-özlüyündə etibarsızlığı müəyyən edilir. Müqavilələrin etibarsız olması digər sübutlarla da müəyyən edilir. Belə ki, işdən də görünür ki, Müzəffər Məmmədlinin adına xx.xx.2016-cı il və xx.xx.2017ci il tarixli müqavilələr yazılır. xx.xx.2016-cı il tarixli müqavilədən də görünür ki, müqavilənin "xxxx" MMC-ni n təsisçisi X6 imzalayıb. X3 təsisçi kimi həmin müqaviləni Cəmiyyətin adından imza etmək səlahiyyəti olmayıb. Həmin vaxt Cəmiyyətin qanuni təmsilçisi (direktoru) X13 olub. Belə olan halda xx.xx.2016-cı il tarixli müqavilə də özüözlüyündə saxtadır və ona görə də etibarsızdır. xx.xx.2017-ci il tarixli müqavilədən də görünür ki, mübahisəli qeyri-yaşayış sahəsinin ümumi sahəsi 780 kv.metr, 176 kv.metr əlavə lift və pilləkən təşkil edir, yəni cəmi 956 kv.metrdir. Lakin məhkəmə nəzərə almayıb ki, həmin bloklar üzrə göstərilən sahə mövcud deyil. İki blok üzrə qeyri-yaşayış sahəsinin ümumi sahəsi 668 kv.metrdir. Məhkəmə nəzərə almayıb ki, həmin müqavilənin etibarsızlığı sahəyə görə də müəyyən edilir. Bundan başqa hazırkı işə baxan Abşeron Rayon Məhkəməsi nəzərə almayıb ki, elə öz icraatında olan m übahisəli sahə ilə bağlı 2(012)1312/2020 nömrəli mülki iş üzrə xx.xx.2020-ci il tarixli qətnamə qəbul edərək İddiaçı1 iddiasını təmin edərək 05 sentyabr 2019-cu il tarixli, 010 saylı müqaviləyə əsasən Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə 1 ünvanında inşa edilən yaşayış binasının 4 blok, 2-ci mərtəbəsində sahəsi 264 kv.metr təşkil edən qeyri-yaşayış sahəsinin Cavabdeh MMC tərəfindən İddiaçı1 verilməsini qət edib. Həmin qətnamə qanuni qüvvəsini alıb və Abşeron Rayon İcra və Probasiya Şöbəsi tərəfindən icra edilərək mübahisəli qeyriyaşayış sahəsi Cavabdeh MMC tərəfindən İddiaçı1 təhvil verilib. Bu barədə 12 avqust 2021-ci il tarixli akt tərtib olunub. Hazırda həmin sahə İddiaçı1 tərəfindən istifadə olunur. Bundan başqa hazırkı işə baxan məhkəmə nəzərə almayıb ki, elə öz icraatında ol an mübahisəli sahə ilə digər 2(012)-3220/2020 nömrəli mülki iş üzrə 30 sentyabr 2020-ci il tarixli qətnamə qəbul edilərək iddiaçı Araz Abduləzimovun iddiası təmin edilərək 04 aprel 2016-cı il tarixli müqaviləyə əsasən Abşeron rayonu, Xırdalan şəhəri, M. Hüseynzadə 1 ünvanında inşa edilən yaşayış binasının 4 və 2-ci mərtəbəsində sahəsi 334 kv.metr təşkil edən qeyri-yaşayış sahəsinin Cavabdeh MMC tərəfindən Araz Abduləzimova verilməsi qət edilmişdir. Məhkəmə nəzərə almayıb ki, "xxxx" MMC və "xxxx" başqa şirkətlərdir. Qeyd olunan qanuni qüvvəsini alan qətnamələr üzrə hazırda qəbul edilmiş məhkəmə qətnaməsi İddiaçı1 və Abduləzimov Əzim oğlunun maraqlarına toxunur.

46. Apellyasiya baxışı zamanı Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-103/2023 nömrəli, 07 mart 2023-cü il ta rixli qərardadı ilə İddiaçı1 Cavabdeh MMC-yə qarşı “qeyri-yaşayış sahəsinin sahibinə təhvil verilməsi” tələbinə dair 2(105)-103/2023 nömrəli mülki iş Sumqayıt Apellyasiya Məhkəməsinin icraatında olan İddiaçı2 Cavabdeh MMC-yə qarşı “öhdəliklərin icrasının həvalə edilməsi, mülkiyyətə maneənin aradan qaldırılması” tələbinə dair 2(105)-411/2023 nömrəli digər mülki işlə baxılmaq üçün bir icraatda birləşdirilərək həmin işlərə bir icraatda 2(105)-103/2023 nömrə ilə baxılması qərara alınmışdır.

47. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-103/2023 nömrəli, 30 mart 2023-cü il tarixli qərardadı ilə İddiaçı1 Cavabdeh MMC-yə qarşı qeyriyaşayış sahəsinin sahibinə təhvil verilməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 2(012)1312/2020 nömrəli, xx.xx.2020-ci il tari xli qətnaməsindən qətnamə hüquq və vəzifələrinə toxunan şəxs İddiaçı2 tərəfindən və İddiaçı2 Cavabdeh MMC-yə qarşı öhdəliklərin icrasının həvalə edilməsi, mülkiyyətə maneənin aradan qaldırılması tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 2(012)-4031/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətləri üzrə birləşdirilmiş icraat, iddiaçı X5 Cavabdeh MMC-yə qarşı qeyri-yaşayış sahəsinin sahibinə təhvil verilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-1608/2022 nömrəli, 22 sentyabr 2022-ci il tarixli qətnaməsindən üçüncü şəxs İddiaçı2 tərəfindən verilmiş kassasiya şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin icraatında olan 2(102)-1888/2023 nömrəli mülki iş üzrə ye kun məhkəmə aktı qəbul edilənədək dayandırılması qərara alınmışdır.

48. Məhkəmə kollegiyası mübahisəli qeyri-yaşayış sahələrinin üst-üstə düşübdüşməməsini araşdırması üçün ekspertizalar təyin etmiş və müvafiq rəylər alınmışdır.

49. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının qərardadı əsasında əldə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli ekspert rəyində qeyd edilmişdir ki, Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə 1 ünvanında inşa edilən yaşayış binasının B blokunun 2-ci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsinin faktiki ümumi sahəsi 572,9 kv.m. olduğu müəyyən edilir. Həmçinin Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə 1 ünvanında inşa edilən yaşayış binasının A blokunun, eləcə də 4-cü və 5-ci bloklarının 2-ci mərtəbəsində yerləşən qeyri-yaşayış sahələri təqdim olunmadığından, həmin blokların faktiki sahələrini müəyyən etmək mümkün olmadı. İnşa edilən yaşayış binasının B blokun 2-ci mərtəbəsində yerləşən lift və pilləkən yerinin faktiki ümumi sahəsi 29,3 kv.m. təşkil etdiyi müəyyən olunur.

50. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının qərardadı əsasında əldə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli ekspert rəyində qeyd edilmişdir ki, Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə 1 ünvanında inşa edilən A və B saylı (faktiki olaraq 4-cü və 5-ci blokunun) yaşayış binasının 2-ci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsinin ümumi sahəsi 1042,6 kv.m. təşkil etdiyi müəyyən edilir. Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüs eynzadə 1 ünvanında inşa edilən yaşayış binasının A blokunun (faktiki olaraq 4-cü blokunun) 2-ci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsinin fakitki ümumi sahəsi 469,7 kv.m. təşkil etdiyi müəyyən edilir. Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə 1 ünvanında inşa edilən yaşayış binasının B blokunun (faktiki olaraq 5-ci blokunun) 2-ci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsinin faktiki ümumi sahəsi 572,9 kv.m., o cümlədən layihə üzrə qeyri-yaşayış sahəsi 469,7 kv.m. və layihədən kənar inşa olunmuş tikilinin ümumi sahəsi 103,2 kv.m. təşkil etdiyi müəyyən edilir. Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə 1 ünvanında inşa edilən yaşayış binasının layihə üzrə A bloku, faktiki istifadədə olan 4-cü blokla və layihə üzrə B bloku faktiki istifadədə olan 5-ci blokla bütövlükdə üst-üstə dü şür və eynilik təşkil etdiyi müəyyən olunur. Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə 1 ünvanında inşa edilən yaşayış binasının A blokun 2-ci mərtəbəsində yerləşən lift və pilləkən yerinin faktiki ümumi sahəsi 29,3 kv.m. təşkil etdiyi müəyyən olunur. Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə X8 təhvil verilmiş Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə 1 ünvanında inşa edilən yaşayış binasının 2-ci mərtəbəsində sahəsi 334 kv.m təşkil edən qeyri-yaşayış sahəsinə dair sxem olmadığından, həmin 334 kv.m. qeyri-yaşayış sahəsinin faktiki A və ya B blokunda yerləşib-yerləşməməsini müəyyən etmək mümkün olmadı.

51. Sumqayıt Apellyasiya Məhkəməsinin sorğusu əsasında əldə edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəl irlər Baş İdarəsinin Hüquqi şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin xx.xx.2024-cü il tarixli məktubuna və ona əlavə edilmiş sənədlərinə əsasən, "xxxx" MMC xx.xx.2014-cü ildə qeydiyyata alınmış, nizamnamə kapitalındakı 100 faiz payı X8 məxsusdur, qanuni təmsilçisi Araz Abduləzimovdur.

52. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-35/2024 nömrəli, 22 iyul 2024 il tarixli qətnaməsi ilə (hakimlər Lalə Rəhimli (sədrlik edən və məruzəçi), Ayaz Mahmudov və Fuad Məmmədov) İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin 2(012)-1312/2020 nömrəli, xx.xx.2020-ci il tarixli və Abşeron Rayon Məhkəməsinin 2(012)-4031/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnamələri ləğv edilərək, iş üzrə yeni qətnamə qəbul edilməsi, İddiaçı1 “Cavabdeh MMCnin üzərinə 05 sentyabr 2019-cu il tarixli, 010 nömrəli müqavilə üzrə öhdəliyi olan Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə 1 ünvanında inşa etdiyi yüksək mərtəbəli yaşayış binasının B bloku üzrə 2-ci mərtəbəsində sahəsi 264 kv.metr təşkil edən qeyri-yaşayış sahəsinin ona təhvil verilməsi vəzifəsinin qoyulması barədə” iddiasının təmin olunmaması, İddiaçı2 iddiasının qismən təmin edilməsi, Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə 1 ünvanında inşa edilmiş yaşayış binasının A(4) blokunun 2-ci mərtəbəsində yerləşən 135,7 kv.metr qeyri-yaşayış sahəsinin, B(5) blokunun 2-ci mərtəbəsində yerləşən 469,7 kv.metr qeyri-yaşayış sahəsinin Cavabdeh MMC tərəfindən İddiaçı2 təhvil verilməsi və maneələrin aradan qaldırılm ası, İddiaçı2 iddiasının qalan qeyriyaşayış sahəsinə aid hissədə təmin olunmaması qət edilmişdir.

53. Apellyasiya instansiya məhkəməsi ilk öncə qeyd etmişdir ki, tərəflər arasında bağlanmış müqavilələr podrat müqavilələrinin ünsürlərini özündə əks etdirir və qanunvericinin tələbinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi və sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.

54. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, İddiaçı1 birinci instansiya məhkəməsinə təqdim etdiyi iddia ərizəsində yalnız xx.xx.2016-cı və xx.xx.2019-cu il tarixli müqavilələrinə istinad etsə də, apellyasiya icraatı zamanı ünvan 4 ünvanında inşa edilən yaşayış binasının 2-ci mərtəməsində 335 kv.metr qeyri-yaşayış sahəsinin verilməsinə dair "xxxx" MMC ilə İddiaçı1 arasında bağ lanmış, direktor X13 tərəfindən imzalanmış və "xxxx" MMC-nin möhürü ilə təsdiq edilmiş xx.xx.2014-cü il tarixli müqaviləni təqdim etmişdir.

55. Məhkəmə kollegiyası ilk növbədə İddiaçı1 "xxxx" MMC ilə olan xx.xx.2016-cı il tarixli müqaviləyə, Cavabdeh MMC ilə olan xx.xx.2019-cu il tarixli müqaviləyə və "xxxx" MMC ilə olan xx.xx.2014-cü il tarixli müqavilələrin etibarlılığına hüquqi qiymət verməyi zəruri hesab edib və qeyd etmişdir ki, birinci instansiya məhkəməsi mülki işə baxarkən, qətnaməsində yalnız xx.xx.2016-cı il və xx.xx.2019-cu il tarixli müqavilələri göstərmişdir. Məhkəmə kollegiyası xx.xx.2016-cı il tarixli müqaviləyə hüquqi qiymət verərək, hesab etmişdir ki, həmin müqavilənin sonuncu səhifəsində payçı İddiaçı1 aid qrafada şəxsiyyət vəsiqəsinin verilmə tarixi (xx.xx.2017-ci il) mü qavilənin tarixindən sonrakı tarixi əhatə etdiyindən, həmin müqavilənin geri tarixlə tərtib olunması qənaətinə gəlməyə imkan verir.

56. Belə olan halda məhkəmə kollegiyası hesab etmişdir ki, xx.xx.2016-cı il tarixli müqavilədən irəli gələn hüquq əsasında bağlanmış Cavabdeh MMC ilə olan xx.xx.2019-cu il tarixli müqavilə də etibarlı sayıla bilməz. Məhkəmə kollegiyası həmçinin belə nəticəyə gəlmişdir ki, həmin müqavilələrin qanunvericiliyin tələblərinin pozulması ilə geri tarixlə bağlanması və etibarsız olması apellyasiya icraatı zamanı İddiaçı1 tərəfindən təqdim olunmuş "xxxx" MMC ilə olan xx.xx.2014-cü il tarixli müqavilənin də etibarlığını şübhə altına almağa imkan verir və həmin müqavilənin eyni qaydada geri tarixlə bağlanmasını istisna etmir.

57. Digər tərəfdən məhkəmə kollegiyası Müzəff ər Məmmədlinin "xxxx" MMC ilə olan xx.xx.2016-cı il tarixli və "xxxx" MMC ilə olan xx.xx.2017-ci il tarixli müqavilələrə hüquqi qiymət verərək qeyd etmişdir ki, həmin müqavilələrin bağlanmasında qanunvericiliyin qaydaları pozulmamış, müqavilələrin etibarlılığını şübhə altına alan hər hansı hal müəyyən edilməmişdir. Əksinə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli və Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnamələri ilə Cavabdeh Müzəffər Məmmədliyə qarşı müqavilənin və kassa mədaxil orderi qəbzinin etibarsız hesab edilməsinə dair iddia tələbləri rədd olunmaqla, etibarlı sayılmışdır.

58. Məhkəmə kollegiyası X17 ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqaviləyə hüquqi qiymət verərək, hesab etmişdir ki, həmin müqavilə Müzəffər Məmmədl inin müqavilələrində göstərilən tarixlərdən sonrakı tarixdə bağlandığından, qeyd edilən qeyri-yaşayış sahəsi ilə bağlı müqavilə bağlanarkən, İddiaçı2 də iradə ifadəsinin zəruri olduğu halda, onun iştirakı olmadan, qanunvericiliyin tələbləri pozulmaqla bağlanılmışdır.

59. Sadalanan xüsusatlara və qanunvericilik aktı normalarına əsasən məhkəmə kollegiyası hesab etmişdir ki, mübahisəli qeyri-yaşayış sahəsinə dair X17 ilə Cavabdeh MMC arasında bağlanmış müqavilə, Müzəffər Məmmədlinin müqavilələri qanunla müəyyən edilmiş qaydada ləğv edilmədən, Azərbaycan Respublikası Mülki Məcəllə ilə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış, eyni zamanda həmin müqavilə İddiaçı2 mübahisəli qeyri-yaşayış sahəsinin satılmasına dair iradəsini ifadə etməmişdir.

60. Məhkəmə kollegiyası həmçinin hesab etmişdir ki, mübahisəni həll edərkən qanuni qüvvəyə minmiş Abşeron Rayon Məhkəməsinin 2(012)-3220/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qətnaməsi nəzərə alınmalıdır. Həmin qətnamənin məzmununa görə, xx.xx.2016-cı il tarixli müqaviləyə əsasən Abşeron rayonu Xırdalan şəhəri, M.Hüseynzadə 1 ünvanında inşa edilən yaşayış binasının 4-cü blok, 2-ci mərtəbəsində sahəsi 334 kv.m. təşkil edən qeyri-yaşayış sahəsinin Cavabdeh MMC tərəfindən Araz Abduləzimova təhvil verilməsi qət olunmuşdur.

61. Məhkəmə kollegiyası mübahisəli qeyri-yaşayış sahələrinin üst-üstə düşübdüşməməsini araşdırması üçün ekspertizalar təyin etmiş, əldə olunmuş ekspert rəyləri ilə müəyyən olunmuşdur ki, hazırkı mülki iş üzrə mübahisəli qeyri-yaşayış sahəsi Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə 1 ünvanında inşa edilmiş yaşayış b inasının 4 və 5-ci (A və B) blokların 2-ci mərtəbəsində yerləşir. Həmin qeyri-yaşayış obyektinin layihə üzrə sahəsi hər blokda 469,7 kv.metr, cəmi 939,4 kv.metr təşkil edir.

62. Məhkəmə kollegiyası qanuni qüvvəyə minmiş qətnamə ilə, Araz Abduləzimova ayrılmış 334 kv.metr qeyri-yaşayış sahəni nəzərə alaraq hesab etmişdir ki, İddiaçı2 iddiası qismən təmin edilməli, A(4) blokundan 135,7 kv.metr (469,7-334=135,7), B(5) blokundan 469,7 kv.metr qeyri-yaşayış sahəsi Cavabdeh MMC tərəfindən İddiaçı2 təhvil verilməlidir. Kollegiya lift və pilləkən sahələri ilə bağlı qeyd edir ki, həmin sahələr ümumi istifadədə olan sahələr olduğundan, həmin sahələrə dair müqavilənin şərti özü-özlüyündə əhəmiyyətsiz olduğundan, bu hissədə İddiaçı2 iddiası təmin oluna bilməz.

63. Apellyasiya instansiya məhkəməsi öz m övqeyini Mülki Məcəllənin 324.1, 324.2, 324.4, 324.5, 337.1, 337.3, 385, 386.1, 425.1, 425.2, 442, 448.1, 752.1, 752.2-ci və Mülki Prosessual Məcəllənin 14.1, 14.2, 77.1, 88, 101.7, 102.2, 217.3, 217.4, 218.3, 384.0.2, 385.1.1 - 385.1.4 və 420-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:

64. Qətnamədən birinci iş üzrə İddiaçı1 (Vəkil4) və ikinci iş üzrə İddiaçı2 (Vəkil3) ayrı-ayrılıqda kassasiya şikayətləri vermişlər.

65. Birinci iş üzrə İddiaçı1 kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, onun iddia tələblərinin təmin edilməsini, ikinci iş üzrə İddiaçı2 iddia tələblərinin rədd edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

66. Kassasiya şikayəti onun la əsaslandırılmışdır ki, məhkəmə mübahisəyə göstərilən maddələri düzgün tətbiq etməmişdir. Belə ki, apellyasiya instansiya məhkəməsinin şikayət olunan qətnaməsinin 17-ci səhifəsində “apellyasiya instansiyanın mövqeyi” hissəsinin 86, 87, 88-ci bəndlərində məhkəmə İddiaçı1 "xxxx" MMC ilə olan xx.xx.2016-cı il tarixli, Cavabdeh MMC ilə olan xx.xx.2019-cu il tarixli və "xxxx" MMC ilə olan xx.xx.2014-cü il tarixli müqavilələrin etibarlılığına hüquqi qiymət verməyi zəruri hesab etmişdir və həmin müqavilələrin etibarlılığına hüquqi qiymət verərək xx.xx.2016-cı il tarixli müqavilənin sonuncu səhifəsində payçı İddiaçı1 aid qrafada şəxsiyyət vəsiqəsinin verilmə tarixi (xx.xx.2017-ci il) müqavilənin tarixindən sonrakı tarixi əks etdiyindən həmin müqavilənin geri tarixlə tərtib edilməsi qənaətinə g əlmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab etmişdir ki, xx.xx.2016-cı il tarixli müqavilədən irəli gələn hüquq əsasında bağlanmış Cavabdeh MMC ilə olan xx.xx.2019-cu il tarixli müqavilə də etibarlı sayıla bilməz. Məhkəmə kollegiyası həmçinin belə nəticəyə gəlmişdir ki, həmin müqavilələrin qanunvericiliyin tələblərinin pozulması ilə geri tarixlə bağlanması və etibarsız olması apellyasiya icraatı zamanı İddiaçı1 tərəfindən təqdim olunmuş "xxxx" MMC ilə olan xx.xx.2014-cü il tarixli müqavilənin etibarlılığını şübhə altına almağa imkan verir və həmin müqavilənin eyni qaydada geri tarixlə bağlanmasını istisna etmir. məhkəmə tərəflər arasında əhəmiyyətsiz əqd hesab etdiyi xx.xx.2016-cı il tarixli müqavilənin bağlanmasına qədər mövcud olan münasibətləri araşdırıb hüquqi qiymət verməli id i. Məhkəmə kollegiyası Mülki Məcəllənin 337.1; 337.3-cü maddələrinə istinad edərək İddiaçı1la bağlanmış hər üç müqaviləni əhəmiyyətsiz əqd hesab etmişdir. Lakin məhkəmə öz qətnaməsində bu müqavilələrin əhəmiyyətsiz əqdin hansı növlərinə aid olmasını əsaslandırmamışdır. Belə ki, əgər həmin müqavilələr uydurma əqddirsə, onda məhkəmə yenə də öz mövqeyini Mülki Məcəllənin 404-cü maddəsinə istinad etməklə, yəni təkcə müqavilədəki ifadələrin hərfi mənasına görə deyil, bu maddədə göstərilmiş qaydada qiymətləndirməli idi. Lakin məhkəmə yalnız müqavilədəki, söz və ifadələrin hərfi mənasına görə qiymətləndirmişdir.

67. İkinci iş üzrə İddiaçı2 kassasiya şikayətində apellyasiya instansiya məhkəməsinin qətnaməsinin İddiaçı2 iddiasının təmin edilməyən hissədə ləğv edilməsini və iddia tələbləinin həmin h issədə də təmin edilməsinə dair yeni qərar qəbul olunmasını xahiş etmişdir.

68. Kassasiya şikayəti onunla əsaslndırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi Mənzil Məcəlləsinin 35.1-ci maddəsini hazırkı mübahisəyə düzgün tətbiq etməmişdir. Belə ki, qeyd edilən maddə “yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlərə həsr olunmuşdur. Başqa sözlərlə, burada maddi-hüquq norması qeyri-yaşayış sahəsi ilə bağlı olmayıb, bilavasitə mənzillərin hissəsi olmayan və binada məhz mənzillərə (yaşayış sahələrinə) xidmət etmək üçün nəzərdə tutulan obyektləri ehtiva edir. Apellyasiya instansiyası məhkəməsinin mənzillərə (yaşayış sahəsinə) aid olan Mənzil Məcəlləsinin 35.1-ci maddəsi ni, İddiaçı2 mülkiyyətində olan qeyri-yaşayış sahəsinə aid pilləkən sahələrinə tətbiq etməklə düzgün nəticəyə gəlməmişdir. apellyasiya instansiyası məhkəməsi əvvəlcə düzgün olaraq qeyd etmişdir ki, “Göründüyü ki, birinci instansiya məhkəməsi mülki işə baxarkən, qətnaməsində yalnız xx.xx.2016-cı il və xx.xx.2019-cu il tarixli müqavilələri göstərmişdir. Məhkəmə kollegiyası xx.xx.2016-cı il tarixli müqaviləyə hüquqi qiymət verərək, hesab edir ki, həmin müqavilənin sonuncu səhifəsində payçı İddiaçı1 aid qrafada şəxsiyyət vəsiqəsinin verilmə tarixi (xx.xx.2017-ci il) müqavilənin tarixindən sonrakı tarixi əhatə etdiyindən, həmin müqavilənin geri tarixlə tərtib olunması qənaətinə gəlməyə imkan verir” (Qətnamə 87-ci bəndi). “Belə olan halda kollegiya hesab edir ki, xx.xx.2016-cı il tarixli müqavil ədən irəli gələn hüquq əsasında bağlanmış Cavabdeh MMC ilə olan xx.xx.2019-cu il tarixli müqavilə də etibarlı sayıla bilməz. Məhkəmə kollegiyası həmçinin belə nəticəyə gəlir ki, həmin müqavilələrin qanunvericiliyin tələblərinin pozulması ilə geri tarixlə bağlanması və etibarsız olması apellyasiya icraatı zamanı İddiaçı1 tərəfindən təqdim olunmuş "xxxx" MMC ilə olan xx.xx.2014-cü il tarixli müqavilənin də etibarlığını şübhə altına almağa imkan verir və həmin müqavilənin eyni qaydada geri tarixlə bağlanmasını istisna etmir.” (Qətnamə 88-ci bəndi). Lakin, yuxarıda göstərilənləri, yəni İddiaçı1 2017-ci ildə aldığı şəxsiyyət vəsiqəsinin məlumatlarının 2016-cı il tarixli müqavilədə qeyd edilməsini və bununla da müqavilənin saxtalaşdırıldığını müəyyən edən apellyasiya instansiyası məhkəməsi heç b ir məhkəmə iclasında iştirak etməyən Araz Abduləzimovla eyni tarixdə, yəni xx.xx.2016-cı il tarixdə tərtib olunmuş müqavilənin də mötəbər olmadığına diqqət yetirməmiş, bu hissədə yalnız mülkiyyətçi İddiaçı2 iştirakı olmadan qəbul edilmiş Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsinə əsaslanmaqla kifayətlənmişdir. Bununla da, apellyasiya instnasiyası məhkəməsi bu hissədə İddiaçı2 mülkiyyət hüquqlarının pozulması ilə nəticələnən qətnamə qəbul etmişdir. Apellyasiya instansiyası məhkəməsi Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsinin preyudisial əhəmiyyətini vurğulayarkən, bununla bağlı olan 82.3-cü maddənin mühüm şərtlərini də nəzərə almalı idi. Apellyasiya məhkəməsi nəzərə almamışdır ki, İddiaçı2 Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətna məsi qəbul edilən iş üzrə tərəf olmamış, sonuncu ümumiyyətlə həmin işdə iştirak etməmişdir. Bu səbəbdən, qeyd edilən qətnamənin preyudisiallığı sonuncuya aid edilə bilməz. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi.

69. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.

70. Maddə 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər.

71. Maddə 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir.

72. Maddə 324.5. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir.

73. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

74. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.

75. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.

76. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

77. Maddə

385. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

78. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

79. Maddə

404. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqav iləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.

80. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

81. Maddə 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hə rəkətlərdən çəkinməlidirlər.

82. Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir.

83. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

84. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.

85. Maddə 752.2. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

86. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

87. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

88. Maddə 76.2. Məlumatlar yazılı və maddi sübutlara, ekspertləri n rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

89. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

90. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

91. Maddə 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.

92. Maddə 102.2. Məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya eks pertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər.

93. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

94. Maddə 218.1 Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.

95. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

96. Maddə 416.1. Kassa siya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

97. Maddə 417.1.1. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

98. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.

99. Maddə

420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Ka ssasiya baxışının hədləri:

100. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

101. Hazırkı kassasiya şikayətində qətnamə birinci iş üzrə iddiaçı və ikinci iş üzrə iddiaçı tərəfindən onlara aid hissədə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı həmin hissədə qismən yoxlanılır. Kasasiya instansiyası məhkəməsi nin mövqeyi:

102. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İşə əvvəl baxmış kassasiya instansiya məhkəməsinin göstərişlərinə apellyasiya instansiya məhkəməsi tərəfindən əməl olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

103. Kassasiya şikayətlərinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə ko llegiyası kassasiya şikayətlərinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.

104. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 105. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

106. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi n əticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.

107. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.

108. Bu səbəbdən, kassasiya şikayətləri təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməs i dəyişdirilmədən saxlanılmalıdır.

109. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Birinci iş üzrə iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. İkinci iş üzrə iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-35/2024 nömrəli, 22 iyul 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar