Məhkəmə qərarları › İş №2(102)-3990/2021

Ali Məhkəmə Qərardad — İş №2(102)-3990/2021

26.08.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-3990/2021 26.08.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi, məruzəsi ilə, Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1 iştirakı ilə açıq məhkəmə iclasında, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 02 fevral 2021-ci il tarixli, 2(103)1301/2021 saylı qərardadından Cavabdeh kasasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 02 oktyabr 2020-ci il tarixli qərardadı ilə İddiaçı Cavabdeh qarşı “əmlak bölgüsü” iddiasına dair mülki iş üzrə İddiaçı ərizəsi təmin edilərək, hazırki mülki işə mahiyyəti üzrə baxılıb qurtaranadək Quba rayonu, Zizik kəndində yerləşən Cavabdeh mülkiyyətində olan 0,12 ha və 0,10 ha həyətyanı torpaq sahələrinin üzərinə həbs qoyulması qərara alınıb. Qərardaddan Cavabdeh şikayət verib. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 02 fevral 2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilmədən, iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 02 oktyabr 202-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılıb. Cavabdeh qərardaddan kasasiya şikayəti verib. 26 may 2021-ci il tarixdə Cavabdeh kasasiya şikayəti mülki işlə birlikdə Ali Məhkəməyə daxil olub və Ali Məhkəmənin hakiminin 14 iyul 2021-ci il tarixli qərardadı ilə kasasiya şikayəti icraata qəbul edilərək, işə kasasiya qaydasında baxılması 31 avqust 2021-ci il tar ixə, saat 10:35-ə təyin edilib. Kasasiya instansiyası məhkəməsi məruzəçini dinləyib, mülki iş materiallarını nəzərdən keçirib hesab edir ki, aşağıdakılara görə mülki işin icraata qəbul edilməsinə dair Ali Məhkəmənin hakiminin 14 iyul 2021-ci il tarixli qərardadı ləğv edilməli və mülki iş baxışdan çıxarılaraq sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün Bakı Apelyasiya Məhkəməsinə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 402-ci maddəsinə əsasən, apelyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kasasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kasasiya şikayə ti verilə bilər. Göründüyü kimi mülki prosessul qanunvericilikdə qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmə barədə məhkəmənin qəbul etdiyi qərardadlardan kasasiya şikayətinin verilməsi nəzərdə tutulmayıb. Apelyasiya instansiyası məhkəməsi, Cavabdeh iş üzrə Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 02 fevral 2021-ci il tarixli qərardaddan verdiyi kasasiya şikayətinin mümkünlüyünü Mülki Prosessual Məcəllənin 402, 407, 408 və 409-cu maddələrinin tələbləri baxımdan yoxlamadan və ümumiyyətlə mülki prosessual qanunvericilikdə iddianı təmin etmə tədbirləri barədə qərardadlardan kasasiya şikayətinin verilməsinin nəzərdə tutulmamasına əhəmiyyət vermədən, kasasiya şikayətini geri qaytarmaq əvəzinə onu mülki işlə birlikdə baxılması üçün Ali Məhkəməyə göndərib. Mül ki Prosessual Məcəllənin 417.1.7-ci maddəsində göstərilir ki, kasasiya məhkəməsi işə baxarkən, kasasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin kasasiya şikayəti ilə apelyasiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi kasasiya baxışından çıxarmaqla apelyasiya instansiyası məhkəməsinə qaytara bilər. Bu baxımdan kasasiya instansiyası məhkəməsi hesab edir ki, Cavabdeh kasasiya şikayətinin icraata qəbul edilməsinə dair Ali Məhkəmənin hakiminin 14 iyul 2021-ci il tarixli qərardadı ləğv edilməli, mülki iş kasasiya baxışından çıxarmalı və sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün Bakı Apelyasiya Məhkəməsinə qaytarılmalıdır. Şərh olunanlara əsasən v ə Azərbaycan Respublikası MPM-nin 417.1.7-ci maddəsinin tələblərini rəhbər tutaraq kasasiya instansiyası məhkəməsi QƏRARA A L D İ: İddiaçı Cavabdeh qarşı “əmlak bölgüsü” iddiasına dair mülki iş üzrə Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 02 oktyabr 2021-ci il tarixli qərardadından Cavabdeh verdiyi kasasiya şikayətinin icraata qəbul edilməsinə dair Ali Məhkəmənin hakiminin 14 iyul 2021-ci il tarixli qərardadı ləğv edilsin, mülki iş kasasiya baxışından çıxarılaraq sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün Bakı Apelyasiya Məhkəməsinə qaytarılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar