Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3997/2021 12.07.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı “X9” QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: kredit borcunun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, İddiaçının nümayəndəsi X1, iddiaçının nümayəndəsi və vəkili X2, Cavabdeh1 iştirakı ilə, Gəncə Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(104)-218/2020 nömrəli iş üzrə 17 noyabr 2020-ci il tarixli qətnaməsindən iddiaçı “X9” QSC və Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətləri üzrə işə 12 iyul 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları «X9 Azərbaycan» QSC-nin Gəncə filialı ilə cavabdeh oğlu arasında bağlanmış 14 may 2015-ci il tarixli Kredit Müqaviləsinə əsasən, borcluya 36 ay müddətinə illik 12,50 faiz ödəmək şərtilə 391853,8 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 5.1-ci bəndinə görə, əgər borcalan aldığı kreditin və ona hesablanmış faizlərin bu müqavilə ilə müəyyən edilmiş qaytarılması müddətlərini və şərtlərini pozduqda, gecikdirilmiş hər gün üçün gecikdirilmiş məbləğ üzrə illik 40% miqdarında cərimə ödəyir. «X9 Azərbaycan» QSC ilə cavabdeh oğl u arasında bağlanmış əlavə razılaşmaya əsasən tərəflər 14.05.2015-ci il tarixli 95614/01 nömrəli kredit müqaviləsi üzrə kreditin illik faiz dərəcəsini 11,5 faizə endirilməsi barədə razılığa gəlmişlər. «X9 Azərbaycan» QSC-nin Gəncə filialı ilə cavabdeh oğlu arasında bağlanmış 22 fevral 2017-ci il tarixli Kredit Müqaviləsinə əsasən, borcluya 12 ay müddətinə illik 17 faiz ödəmək şərtilə 84000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 5.1-ci bəndinə görə, əgər borcalan aldığı kreditin və ona hesablanmış faizlərin bu müqavilə ilə müəyyən edilmiş qaytarılması müddətlərini və şərtlərini pozduqda, gecikdirilmiş hər gün üçün gecikdirilmiş məbləğ üzrə illik 40% miqdarında cərimə ödəyir. «X9 Azərbaycan» QSC-nin Gəncə filialı ilə Cavabdeh4 arasında bağlanmış 14.05.2015-ci il tarixli ip oteka müqaviləsinə əsasən, 14.05.2015-ci il tarixli, 95614/01 nömrəli kredit müqaviləsində nəzərdə tutulmuş öhdəliklərin icrasının təminatı kimi Cavabdeh4 mülkiyyətində 0,04 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 133,7 kvadrat metr, yaşayış sahəsi 57 kvadrat metr, yardımçı sahəsi 76.7 kvadrat metr olan ünvan, ünvanında yerləşən 3 otaqlı, 1 mərtəbəli bağ evi ipoteka ilə yüklü edilmişdir. İpoteka predmetinin dəyəri müqavilə bağlanan zaman tərəflərin razılığı ilə 39000 manat müəyyən olunmuşdur. İddiaçının hüququ Azərbaycan Respublikası DƏDRX Gəncə Ərazi İdarəsi tərəfindən verilən 29.05.2015-ci il qeydiyyat tarixli RX seriyalı ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla qeydiyyata alınmışdır. «X9 Azərbaycan» QSC-nin Gəncə filialı ilə Cavabdeh1 arasında bağlanmış 14.05.20 15-ci il tarixli ipoteka müqavilələrinə əsasən, 14.05.2015-ci il tarixli, № 95614/01 nömrəli kredit müqaviləsində nəzərdə tutulmuş öhdəliklərin icrasının təminatı kimi Cavabdeh1 mülkiyyətində olan ümumi sahəsi 79,5 kvadrat metr, yaşayış sahəsi 28 kvadrat metr, yardımçı 51,5 kvadrat metr olan ünvan 8nında yerləşən 2 otaqlı mənzil, Gəncə şəhəri, Nizami rayonu, Yeni-Gəncə qəsəbəsi, 20A ünvanında 0.0202 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 546,8 kvadrat metr olan qeyri-yaşayış sahəsi ipoteka ilə yüklü edilmişdir. İpoteka predmetlərinin dəyəri müqavilə bağlanan zaman tərəflərin razılığı ilə müvafiq olaraq 49000 və 450000 manat müəyyən olunmuşdur. İddiaçının hüququ Azərbaycan Respublikası DƏDRX Gəncə Ərazi İdarəsi tərəfindən verilən 29.05.2015-ci il qeydiyyat tarixli RX seriyalı ******* nöm rəli və 01.03.2017-ci il qeydiyyat tarixli RX seriyalı ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla qeydiyyata alınmışdır. “X9 Azərbaycan» QSC-nin Gəncə filialı ilə Cavabdeh3 arasında bağlanmış 14.05.2015-ci il tarixli ipoteka müqaviləsinə əsasən, 14.05.2015-ci il tarixli, 95614/01 nömrəli kredit müqaviləsində nəzərdə tutulmuş öhdəliklərin icrasının təminatı kimi Cavabdeh3 mülkiyyətində olan ümumi sahəsi 104,7 kvadrat metr, yaşayış sahəsi 77,4 kvadrat metr, yardımçı sahəsi 27,3 kvadrat metr olan ünvan 3 ünvanında yerləşən 5 otaqlı mənzil ipoteka ilə yüklü edilmişdir. İpoteka predmetinin dəyəri müqavilə bağlanan zaman tərəflərin razılığı ilə 45000 manat müəyyən olunmuşdur. İddiaçının hüququ Azərbaycan Respublikası DƏDRX Gəncə Ərazi İdarəsi tərəfindən verilən 29.05.2015-ci il qeydiyyat tarixli RX seriyalı ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla qeydiyyata alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı “X9” QSC cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 qarşı iddia ərizəsi, sonradan isə iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müracitə edərək Cavabdeh1 14 may 2015-ci il tarixli, 95614/01 №-li Kredit müqaviləsi üzrə 350985,33 ABŞ dolları əsas kredit borcunun, 34830,19 ABŞ dolları əsas məbləğə hesablanmış faiz borcunun, 35694,31 ABŞ dolları hər gecikdirilmiş günə görə cərimə borcunun, cəmi 421509.83 ABŞ dolları, 22 fevral 2017-ci il tarixli 95614/04 №-li kredit müqaviləsi üzrə 77254,41 manat əsas kredit borcunun, 10935,43 manat əsas məbləğə hesablanmış faiz b orcunun, 8270,94 manat hər gecikdirilmiş günə görə cərimə borcunun, cəmi: 96460,78 manat məbləğində borcun, 240 manat ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsinə görə çəkilmiş xərc və dövlət büdcəsinə ödənilmiş 30 manat dövlət rüsumunun «X9 Azərbaycan» QSC-nin xeyrinə tutulması (ödənilməsi) barədə, habelə Banka olan borcun cavabdehdən tutulması ilə eyni zamanda ipoteka (girov) qoyulmuş Cavabdeh1 mülkiyyətinə 0.0202 ha torpaq sahəsində olan, ümumi sahəsi 546,8 kvadrat metr olan Gəncə şəhəri, Nizami rayonu, Yeni-Gəncə qəsəbəsi, 20A ünvanında yerləşəni mərtəbəli qeyri-yaşayış sahəsinə, Cavabdeh3 mülkiyyətinə olan, ümumi sahəsi 104,7 kvadrat metr, yaşayış sahəsi 77,4 kvadrat metr, yardımçı sahəsi 27,3 kvadrat metr olan ünvan 4 ünvanında yerləşən 5 otaqlı mənzilinə, Cavabdeh4 mülkiyyətinə 0.04 ha torpaq sahəsində olan, ümumi sahəsi 133,7 kvadrat metr, yaşayış sahəsi 57 kvadrat metr, yardımçı sahəsi 76,7 kvadrat metr olan ünvan, ünvanında yerləşən 3 otaqlı, 1 mərtəbəli bağ evinə, Cavabdeh1 mülkiyyətinə 0,04 ha torpaq sahəsində olan, ümumi sahəsi 29,4 kvadrat metr, yaşayış sahəsi 29,4 kvadrat metr olan ünvan 5 ünvanında yerləşən 1 otaqlı, 1 mərtəbəli fərdi yaşayış evinə, Cavabdeh1 mülkiyyətinə, ümumi sahəsi 79.5 kvadrat metr, yaşayış sahəsi 28 kvadrat metr, yardımçı 51,5 kvadrat metr olan ünvan 8nında yerləşən 2 otaqlı mənzilinə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin ipoteka müqaviləsinə əsasən tərəflər arasında razılaşdırılmış Cavabdeh1 məxsus olan Gəncə şəhəri, Nizami rayonu, Yeni-Gəncə cəsəbəsi, 20A ünvanında yerləşən əmlakın 450000 manat, Cavabdeh3 məxsus olan ünvan 4 ünvanında yerləşən əmlakın 53500 manat, Cavabdeh4 məxsus olan ünvan, ünvanında yerləşən əmlakın 42500 manat, Cavabdeh1 məxsus olan ünvan 7 ünvanında yerləşən əmlakın 20500 manat və Cavabdeh1 məxsus olan ünvan 8nında yerləşən əmlakın 40000 manat olmaqla açıq hərracdan satılması hesabına ödənilməsi, ipoteka ilə yüklü edilmiş əmlakların satışından əldə edilmiş məbləğ borc məbləğinin ödənilməsi üçün kifayyət etmədikdə məbləğin qalan hissəsi borcludan tutulması, ipoteka ilə yüklü edilmiş yuxarıda qeyd edilən qeyri-yaşayış və yaşayış sahələrindən istifadə hüququna xitam verilməklə qeyri-yaşayış və yaşayış sahələrinin 1 (bir) ay müddətində boşadılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin (hakim Afiq Hüseynzadə) 12 iyun 2018ci il tarixli 2(043)-1689/2018 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh1 14 may 2015-ci il tarixli, 95614/01 nömrəli kredit müqaviləsi üzrə 350985,33 ABŞ dolları əsas kredit borcu, 34830,19 ABŞ dolları əsas məbləğə hesablanmış faiz borcu, 500 ABŞ dolları cərimə olmaqla, cəmi 386315,52 ABŞ dollarının ödəniş anına manata məzənnəsi ilə manat ekvivalentində və 22 fevral 2017-ci il tarixli, 95614/04 nömrəli kredit müqaviləsi üzrə 77254,41 manat əsas kredit borcu, 10935,43 manat əsas məbləğə hesablanmış faiz borcu, 500 manat cərimə məbləği olmaqla, cəmi 88689,84 manat və məhkəmə xərci qismində 30 manat dövlət rüsumu və 240 manat ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsinə görə çəkilmiş xərclərin tutularaq, “X9” QSC-yə ödənilməsi, tutmanın öhdəliyin icrasını təmin etmək məqsədilə Cavabde h1 mülkiyyətində olan 0,0202 ha torpaq sahəsində, ümumi sahəsi 546,8 kvadrat metr Gəncə şəhəri, Nizami rayonu, Yeni-Gəncə qəsəbəsi, 20A ünvanında yerləşən qeyri-yaşayış sahəsinə, Cavabdeh3 mülkiyyətinə olan, ümumi sahəsi 104.7 kvadrat metr, yaşayış sahəsi 77.4 kvadrat metr, yardımçı sahəsi 27,3 kvadrat metr olan ünvan 4 ünvanında yerləşən 5 otaqlı mənzilinə, Cavabdeh4 mülkiyyətinə 0,04 ha torpaq sahəsində olan, ümumi sahəsi 133,7 kvadrat metr, yaşayış sahəsi 57 kvadrat metr, yardımçı sahəsi 76,7 kvadrat metr olan ünvan, ünvanında yerləşən 3 otaqlı, 1 mərtəbəli bağ evinə, Cavabdeh1 mülkiyyətində 0,04 ha torpaq sahəsində olan, ümumi sahəsi 29.4 kvadrat metr, yaşayış sahəsi 29,4 kvadrat metr olan ünvan 7 ünvanında yerləşən 1 otaqlı, 1 mərtəbəli fərdi yaşayış evinə, Cavabdeh1 mülkiyyətində, ümumi sahəsi 79,5 kvadrat metr, yaşayış sahəsi 28 kvadrat metr, yardımçı 51,5 kvadrat metr olan ünvan 8nında yerləşən 2 otaqlı mənzilinə yönəldilməsi, həmin əmlaklar açıq hərracda satılmaqla tələbin təmin edilməsi, ipoteka predmetlərinin ilkin satış qiyməti Cavabdeh1 məxsus olan Gəncə şəhəri, Nizami rayonu, Yeni-Gəncə qəsəbəsi, 20A ünvanında yerləşən əmlak 450000 manat, ünvan 7 ünvanında yerləşən əmlak 20500 manat, ünvan 8nında yerləşən əmlak 40000 manat, Cavabdeh3 məxsus olan ünvan 4 ünvanında yerləşən əmlak 53500 manat və Cavabdeh4 qızma məxsus olan ünvan, ünvanında yerləşən əmlak 42500 manat məbləğində müəyyən edilməsi, ipoteka predmetləri olan qeyri-yaşayış sahəsi və yaşayış sahələri açıq hərracda satıldıqda, müvafiq olaraq mülkiyətçi cavabdehlərin həmin mənzillərə istifadə hüququ itir ilmiş hesab edilməklə, ən geci bir ay ərzində mənzillərin və qeyri-yaşayış sahəsinin boşaldılması, iddianın qalan hissələrdə təmin edilməməsi qət edilmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh cavabdeh oğlu kredit müqaviləsi üzrə öhdəliklərini lazımi qaydada icra etməmişdir. Məhkəmə əsas və faiz borcunu iddiaçının tələb etdiyi həcmdə tutmuş, Mülki Məcəllənin 467-ci maddəsinə istinad edərək dəbbə pulunu azlatmışdır. Belə ki, məhkəmə tərəflərin mənafelərini nəzərə alaraq tənasübsüz sürətdə yüksək olan dəbbə pulunun miqdarının azaldılmasını məqsədəmüvafıq hesab etmiş, iddiaçının tələb etdiyi 14 may 2015-ci il tarixli kredit müqaviləsi üzrə 35694,31 ABŞ dolları dəbbə pulunu azaldaraq 500 ABŞ dolları məbləğində və 22 fevral 2017-ci il tarixli kredit müqaviləsi üzrə 82 70,94 manat dəbbə pulunu azaldaraq 500 manat məbləğində müəyyən etmişdir. Məhkəmə həmçinin ipoteka predmetlərinə yönəldilməsi hissədə də iddia tələbini təmin etmiş, ipoteka predmetlərinin ilkin satış qiymətlərini ipoteka müqavilələrində nəzərdə tutulmuş məbləğlərdə müəyyən etmişdir. Məhkəmə qeyd etmişdir ki, ipoteka ilə yüklü edilmiş qeyri-yaşayış və yaşayış sahələri kreditin qaytarılması üçün ipoteka qoyulduğundan həmin evə (mənzilə) tutma yönəldildikdə və o, satıldıqda, cavabdehlərin həmin evə istifadə hüququ itirilmiş hesab edilməklə, ən geci bir ay ərzində mənzildən və qeyri-yaşayış sahəsində çıxarılmalıdırlar. Lakin, iddia tələbi girov predmetlərinin açıq hərracdan satılmasından əldə edilmiş vəsait kredit müqavilələri üzrə üzrə borcun ödənilməsi üçün yetərli olmadıqda qalan məbləğin c avabdehin digər əmlakları hesabına təmin edilməsi hissəsində təmin edilməməlidir. Belə ki, həmin tələb icra tədbiri olmaqla, pulun tutulması üsulunu müəyyən etdiyindən həmin tələbin təmin edilməsinə zərurət yoxdur. Digər tərəfdən borc məbləğinin cavabdehdən tutulması məhkəmə qətnaməsi ilə qət edildiyindən, həmin nəticə ümumilikdə pul məbləğinin tutulmasını özündə ehtiva etməkdədir. Buna görə də, təkrar olaraq qeyd edilən tələb formasında qərarın verilməsinə ehtiyac yoxdur. Buna görə də məhkəmə hesab etmişdir ki, iddia tələbi həmin hissədə təmin edilməməlidir. Qətnamədən narazı qalan Cavabdeh1 apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edib məhkəmə-mühasibatlıq ekspertizasının rəyinə uyğun yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya instan siyası məhkəməsində icraat Apellyasiya instansiyası məhkəməsi tərəfindən məhkəmə-mühasibat ekspertizaları təyin olunmuş, Məhkəmə Ekspertiza Mərkəzinin 16.12.2019-cu il tarixli 8806 №-li ekspert rəyi ilə müəyyən olunmuşdur ki, 14.05.2015-ci il tarixli 95614/01 nömrəli kredit müqaviləsində qeyd olunan şərtlər nəzərə alınaraq Cavabdeh1 «X9» QSC-yə 347733,84 ABŞ dolları əsas və 34486,15 ABŞ dolları faiz borcu vardır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manatdır. Həmçinin Məhkəmə Ekspertiza Mərkəzinin 9/2253, 09.09.2020-ci il tarixli ekspert rəyi ilə müəyyən olunmuşdur ki, 22 fevral 2017-ci il tarixli 95614/014 saylı kredit müqaviləsinin şərtləri əsas götürülməklə, Cavabdeh1 24 may 2018-ci il tarixə banka 77254,40 manat əsas və 10940,81 manat faiz borcu vardır. Təqdim edilmiş ödəniş qəbzlərinə və hesabdan çıxarış məlumatlarına əsasən 22 fevral 2017-ci il tarixli, 95614/04 saylı kredit müqaviləsi üzrə 24.05.2018-ci il tarixdən sonra 16.07.2018-ci il tarixdə 23000 manat məbləğində ödəniş edilmişdir. Hazırki tədqiqatla hesablanma 24.05.2018-ci il tarixədək aparıldığından sonradan ödənilən 23000 manat məbləğində ödəniş hazırki hesablamada nəzərə alınmamışdır. Tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə təqdim edilmiş hesabdan çıxarış məlumatlarına əsasən bank tərəfindən kredit ödənişlərinin gecikdirilməsinə görə cərimə hesablanmamış və ödənilən kredit ödənişlərindən cəriməyə silinmə aparılmamışdır. Göstərilən səbəblərdən hazırki tədqiqatla 22 fevral 2017-ci il tarixli, 95614/04 saylı kredit müqaviləsi üzrə cərimə hesablanmamışdır. Cavabdeh1 ipoteka predmetlərinin dəyərini mübahisələndirdiyindən apellyasiya instansiyası məhkəməsi tərəfindən müstəqil qiymətləndirici dəvət olunmuş və «xxxx» MMC tərəfindən verilmiş rəylə müəyyən olunmuşdur ki, ünvan, ünvanında yerləşən 3 otaqlı, 1 mərtəbəli bağ evinin bazar qiyməti 40000 manat, likvid qiyməti 38000 manat; ünvan 4 ünvanında yerləşən 5 otaqlı mənzilin bazar qiyməti 50000 manat, likvid qiyməti 47500 manat, Gəncə şəhəri, Nizami rayonu, Yeni-Gəncə qəsəbəsi, 20A ünvanında yerləşən qeyri-yaşayış sahəsinin bazar qiyməti 626500 manat, likvid qiyməti 599000 manat və ünvan 8nında yerləşən 2 otaqlı mənzilin bazar qiyməti 70000 manat, likvid qiyməti 67000 manat təşkil edir (rəylərin əsli: 013/YKB/19, 22.01.2019-cu il, 014/YKB/19, 22.01.2019-cu il, 015/YKB/19, 22.01.2019-cu il və 016/YKB/19, 22.01.2019-cu il). Gəncə Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər – Nuru Quliyev sədrlik edən və məruzəçi, Şamil Rzaquliyev, Əlizamin Abdullayev) 17 noyabr 2020-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi qismən, 22 fevral 2017-ci il tarixli, 95614/04 nömrəli kredit müqaviləsi üzrə 500 manat dəbbə pulunun cavabdeh X3 tutulması hissəsində ləğv edilmiş və həmin hissədə yeni qətnamə çıxarılaraq iddia tələbi həmin hissədə təmin edilməmişdir. Qətnamə Cavabdeh1 14.05.2015-ci il tarixli, 95614/01 nömrəli kredit müqaviləsi üzrə yaranmış 350985,83 ABŞ dolları əsas borcun və 34830,19 ABŞ dolları faiz borcunun, həmçinin 22.02.2017-ci il tarixli 95614/04 nömrəli kredit müqaviləsi üzrə 77254,41 manat əsas borcun və 10935,43 manat faiz borcunun tu tulub «X9» QSC-yə verilməsi, ipoteka predmeti olan ünvan, ünvanında yerləşən 3 otaqlı, 1 mərtəbəli bağ evinin ilkin satıq qiymətinin 42500 manat, ünvan 4 ünvanında yerləşən 5 otaqlı mənzilin ilkin satış qiymətinin 53500 manat, Gəncə şəhəri, Nizami rayonu, Yeni-Gəncə qəsəbəsi, 20A ünvanında yerləşən qeyri-yaşayış sahəsinin ilkin satış qiyməti 450000 manat və ünvan 8nında yerləşən 2 otaqlı mənzilin ilkin satış qiymətinin 40000 manat müəyyən edilməsi hissəsində dəyişdirilmiş, Cavabdeh1 14.05.2015-ci il tarixli, 95614/01 nömrəli kredit müqaviləsi üzrə yaranmış 347733,84 ABŞ dolları əsas, 34486,15 ABŞ dolları faiz və 500 ABŞ dolları cərimə borcu olmaqla cəmi 382719,99 ABŞ dolları kredit borcu ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə Azərbaycan Respublikasının pul vahidi manatla miqdarı və 22.02.2017-ci il tarixli 95614/04 nömrəli kredit müqaviləsi üzrə yaranmış 66341,98 manat əsas kredit borcu tutulub «X9» QSC-yə verilsin. İpoteka predmeti olan ünvan, ünvan ünvanında yerləşən 3 otaqlı, 1 mərtəbəli bağ evinin ilkin satıq qiyməti likvid qiymətinə uyğun 38000 manat, ünvan 4 ünvanında yerləşən 5 otaqlı mənzilin ilkin satış qiyməti likvid qiymətinə uyğun 47500 manat, Gəncə şəhəri, Nizami rayonu, Yeni-Gəncə qəsəbəsi, 20A ünvanında yerləşən qeyri-yaşayış sahəsinin ilkin satış qiyməti likvid qiymətinə uyğun 599000 manat və ünvan 8nında yerləşən 2 otaqlı mənzilin ilkin satış qiyməti likvid qiymətinə uyğun 67000 manat müəyyən edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Qətnamə ilə həmçinin məhkəmə xərcləri ilə bağlı məsələlər həll edilmişdir. Məhkəmə gəldiyi nə ticəni onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi ümumilikdə hər iki kredit müqaviləsi üzrə yaranmış kredit borcunun cavabdehdən tutulması və tutmanın ipoteka predmetlərinə yönəldilməsi ilə bağlı düzgün nəticəyə gəlsə də, hər iki kredit müqaviləsi üzrə kredit borcunun məbləğləri və ipoteka predmetlərinin ilkin satış qiymətlərinin müəyyən edilməsi hissəsində səhvə yol vermişdir. Belə ki, birinci instansiya məhkəməsi 14.05.2015-ci il tarixli 95614/01 nömrəli kredit müqaviləsi üzrə 350985,33 ABŞ dolları əsas kredit borcu və 34830,19 ABŞ dolları faiz borcun, həmçinin 22.02.2017-ci il tarixli 95614/014 nömrəli kredit müqaviləsi üzrə 77254.41 manat əsas kredit borcu, 10935,43 manat əsas məbləğə hesablanmış faiz borcu və 500 manat cərimə borcunun cavabdehdən tutulması ilə bağlı id dia tələbini ətraflı araşdırmamış, 14.05.2015-ci il tarixli 95614/01 nömrəli və 22.02.2017-ci il tarixli 95614/014 nömrəli kredit müqavilələri üzrə borcun məbləğini dəqiq müəyyən etmək üçün müvafiq ekspertizalar təyin etmədən 14.05.2015-ci il tarixli 95614/01 nömrəli kredit müqaviləsi üzrə 350985,33 ABŞ dolları əsas kredit borcu və 34830,19 ABŞ dolları faiz borcun, həmçinin 22.02.2017-ci il tarixli 95614/014 nömrəli kredit müqaviləsi üzrə 77254,41 manat əsas kredit borcu, 10935,43 manat əsas məbləğə hesablanmış faiz borcu və 500 manat cərimə borcunun cavabdehdən tutulmasını qət etmişdir. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddia tələbində cavabdehdən 22 fevral 2017-ci il tarixli 95614/04 №-li kredit müqaviləsi üzrə 8270,94 manat dəbbə pulunun tutulması tələb edilməsinə bax mayaraq ekspert rəyi ilə tərəflər arasında bağlanmış həmin kredit müqaviləsi üzrə təqdim edilmiş hesabdan çıxarış məlumatlarına əsasən bank tərəfindən kredit ödənişlərinin gecikdirilməsinə görə cərimə hesablanmadığı və ödənilən kredit ödənişlərindən cəriməyə silinmə aparılmadığı səbəbinrdən hazırki tədqiqatla 22 fevral 2017-ci il tarixli, 95614/04 nömrəli kredit müqaviləsi üzrə cərimə hesablanmadığı müəyyən olunmuşdur. Buna görə də, iddiaçı həmin hissədə tələbini əsaslandıra və sübut edə bilmədiyindən və bununla bağlı məhkəməyə hər hansı mötəbər sübut təqdim etmədiyindən iddia tələbi 22 fevral 2017-ci il tarixli, 95614/04 nömrəli kredit müqaviləsi üzrə 8270.94 manat dəbbə pulunun tutulması hissəsində təmin oluna bilməz. Bundan başqa apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, i ddiaçı bank iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəni məhkəməyə təqdim etdikdən sonra, yəni 24.05.2018-ci il tarixdən sonra 16.07.2018-ci il tarixdə Cavabdeh1 22.02.2017-ci il tarixli kredit müqaviləsi üzrə borcundan ümumilikdə 23000 manat ödəniş etmişdir. Məhkəmə hesab etmişdir ki, cavabdehin ödədiyi 23000 manat tərəflər arasında bağlanmış 22.02.2017-ci il tarixli 95614/04 nömrəli kredit müqaviləsinin 8.2-ci bəndi və Mülki Məcəllənin 432.4-cü maddəsinə əsasən müəyyən edilmiş ardıcıllığa uyğun olaraq ilk öncə faiz məbləğinin və sonda əsas məbləğin ödənilməsinə yönəldilməlidir (23000 manat-10935,43 manat = 10912,43 manat; 77254,41-10912,43= 66341,98 manat). Məhkəmə ipoteka predmetlərini ilkin satış qiymələrini mütəxəssis rəylərində lan qiymətlərə uyğun olaraq müəyyən etmişdir. İddiaç ı (vəkil X4) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin iddia tələbinin təmin olunmayan hissəsində dəyişdirilərək iddia tələbinin tam təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh1 (Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətlərinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətlərinin dəlilləri İddiaçı kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi ekspert rəyini tədqiq edərək düzgün nəticəyə gəlməmişdir. Bankın tələbinə görə əsas borc 350985 ABŞ dolla rı, faiz borcu 40885 ABŞ dolları məbləğındə təşkil etmişdir. Bunu sübut edən hesab çıxarışları və məxaric, mədaxil sənədləri məhkəməyə təqdim edilmişdir. Lakin həmin sənədlərdəki məlumatlar ekspert tərəfindən qərəzli şəkildə nəzərə alınmamışdır. Məhkəmə isə açıq-aşkar qərəzli və əsassız ekspert rəyini yeganə mötəbər sübut kimi qəbul etməklə səhvə yol vermişdir. Məhkəmə ipoteka predmeti olan cavabdeh oğlunun məxsus ünvan ünyanında yerləşən 2 otaqlı mənzilin və ünvan ünvanında yerləşən qeyri-yaşayış sahəsinin ilkin satış qiymətini müəyyən edərkən məhkəmə icraatı zamanı əmlakın qiymətləndirilinəsi ilə bağlı qanuna zidd, həmçinin əmlakın qiymətini dəfələrlə şişirdərək yekun rəy vermiş “xxxx” MMC-nin 22.01.2019-cu il tarixli rəyini əsas götürərək qətnamə qəbul etmişdir və bu hissədə də düzgün olmayan nəticəyə gəlmişdir. Cavabdeh kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə onun ödədiyi 23000 ilk öncə faiz məbləğinin və sonda əsas məbləğin ödənilməsinə yönəldilməsi hisəsində düzgün nəticəyə gəlməmişdir. Belə ki, Mülki Məcəllənin 432.3-cü maddəsində göstərilir ki, əgər borclu kreditora bir neçə eyni növlü öhdəlik icra etməlidirsə və onun icra etdikləri bütün öhdəliklərin ödənilməsi üçün yetərli deyildirsə, icra zamanı borclunun özünün müəyyənləşdirdiyi öhdəlik ödənilir. Əgər borclu ödənilən öhdəliyi müəyyənləşdirməzsə, onda ödənilmə müddəti çatmış öhdəliklərdən müvafıq olaraq kreditorda daha az təminatı olan öhdəlik əvvəlcə ödənilir, bərabər təminatlı öhdəliklərdən borclu üçün daha ağır olanı, eyni dərəcədə ağır olan öhdəliklərdən daha köhnə öhdəlik, eyni müddətli öh dəliklərin isə hamısı ödənilir. İş materiallarından görünür ki, cavabdehin öhdəliyinin yaranma əsasları 14.05.2015-ci il tarixli, 95614/01 saylı və 22.02.2017-ci il tarixli, 95614/04 saylı kredit müqavilələridir. Məhkəmə kollegiyası cavabdehin özünün müəyyənləşdirdiyi kredit öhdəliyinin icrasını məhdudlaşdırmışdır. Bundan başqa məhkəmə onun müstəqil qiymətləndirici seçmək hüququnu məhdudlaşdırmışdır. «xxxx» MMC tərəfindən qiymətləndirilmiş daşınmaz əmlakların likvid və bazar dəyərləri reallıqda rəylə müəyyən edilmiş qiymətlərindən kəskin fərqlənir. Həmin daşınmaz əmlakların Gəncə şəhərindəki yerləşdikləri ərazilərin mövqeyi və şəraiti hər şeyi açıq-aşkar ifadə edir. Hal-hazırda həmin daşınmaz əmlakların real bazar qiymətlərini göstərsə, qeyd olunan rəqəmlər fantastik görsənə bilər. Bunun ü çün yenidən qiymətləndirilmə aparılmalıdır. b) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri Kassasiya şikayətlərinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçının nümayəndələri və vəkili məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini, cavabdehin kassasiya şikayətini əsassız hesab edərək rədd edilməsini xahiş etdilər. Cavabdeh1 məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-ci maddəsinə əsasən onun izahatı dinlənilmədi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə digər cavabdehlər gəlmədikləri üçün və gəlməmələrinin səbəbləri barədə məlumat vermədiklərind ən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Kassasiya baxışının hədləri MPM-nin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qi ymətləndirilməməlidir. İşdən görünür ki, iddiaçı qətnaməni iddia tələbinin apellyasiya instansiyası məhkəməsi tərəfindən rədd edilən hissəsini və ipoteka predmetlərinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsini, cavabdeh isə ödədiyi 23000 manatın onu borcuna silinməsi və poteka predmetlərinin ilkin satış qiymətinin müəyyən edilməsi hissələrdə mübahisələndirirlər. Ona görə də, qətnamə mübahisələndirirlən hissələrdə yoxlanılır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: 432.4-cü maddəsinə əsasən əgər borclu əsas öhdəliyin icrasından başqa, faizləri və xərcləri də ödəməlidirsə, bütün borcun ödənilməsi üçün yetərli olmayan öhdəliyin icrası əvvəlcə xərclərin hesabına, sonra faizlərin hesabına və nəhayət, əsas öhdəliyin hesabına daxil edilir. Borclunun müəyyənləşdirdiyi başqa qayda etibarsızdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizliyi) üçün məsuliyyət daşıyır; 462.1-ci maddəsinə görə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın ge cikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 467.2-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə əsasən borc verən pula mülkiyyət hüququnu borc alana keçirməyi, borc alan isə aldıqlarını müvafiq olaraq pul şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda o, kredit müqaviləsi adlandırılır. Mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan «İpoteka haqqında» Qanun: 34.1-ci maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması a nı əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması və ya əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması yaxud ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin yerinə yetirilməməsidir; 39.3-cü maddəsinə əsasən Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir; 39.3.3-cü maddəsinə əsasən ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir; Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisələndirirlən hissələrdə - mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirirlən hissələrdə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. İddiaçının kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə borc məbləğini müəyyən edərkən ekspert rəyinə istinad etmişdir. MPM-nin 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. İddiaçı ekspert rəyinin əsassız olduğunu göstərmiş, lakin etirazının əsası kimi istinad etdiyi bu hal ı əsaslandırmamışdır. Digər tərfədən iddiaçı ipoteka predmetlərinin ilkin satış qiymətlərinin yüksək olduğunu göstərmiş, lakin bu halı da əsaslandırmamış, ipoteka predmetlərinin qiymətinin əslində nə qədər olması barədə apellyasiya instansiyası məhkəməsinə hər hansı sübut təqdim etməmiş, ilkin satış qiymətləri ilə bağlı rəylərin mötəbərliliyinə şübhə doğuracaq halları şikayətində göstərməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi, qanunverici məhkəmənin üzərinə yalnız tərəflərin təqdim etdikləri süb utları araşdırıb, onlardan istifadə etmək vəzifəsini, tərəflərin üzərinə isə tələb və etirazlarının əsası kimi istinad etdikləri halları məhkəmədə sübut etmək vəzifəsini qoymuşdur. Apellyasiya instansiyası məhkəməsi işdə olan sübutları MPM-nin 88-ci maddəsinə əsasən qiymət vermiş, prosessual hüquq normaların pozulması və ya düzgün tətbiq edilməməsi müəyyən edilmir. Həmin normaya görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Cavabdehin kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə cavabdehin ödədiyi məbləği ilk növbədə faiz borcuna tutmaqda düzgün nəticəyə gəlmiş maddi hüqu q normasını düzgün tətbiq etmişdir. Cavabdehin istinad etdiyi Mülki Məcəllənin 423.1-ci maddəsinin tətbiqi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarından cavabdehin ödədiyi 23000 manat məbləğin onun hansı öhdəliyinə silinməsi barədə banka mürtaciət etməsi və bu müraciətin bank tərəfindən nəzərə alınmaması müəyyən edilmir. Cavabdeh bu barədə apellyasiya instansiyası məhkəməsinə hər hansı bir sənəd təqdim etməmişdir. Ona görə də, bank cavadehin ödədiyi məbləği eyni növlü, eyni təminatlı kredit müqavilələri üzrə ilk öncə faiz borcuna, sonra isə əsas borca hesablamaqda düzgün nəticəyə gəlmişdir. Cavabdehin məhkəmənin onun müstəqil qiymətləndirici seçmək hüququnu məhdudlaşdırması barədə dəlili də əsassızdır. Belə ki, cavabdeh ipoteka predmetlərinin ilkin satış qiymətinin müəyyə n edilməsini xahiş edərkən əmlakların məhz hansı qiymətləndirici tərəfindən aparılmasını göstərməmişdir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirirlən hissələrdə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayətləri təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası Qərara aldı: İddiaçı “X9” Qapalı Səhmdar Cəmiyyəti və Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(104)-218/2020 nömrəli iş üzrə 17 noyabr 2020-ci il tarixli qətnaməsi mübahisələndirirlən hissələrdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3997/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-3997/2021
12.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver