Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4008/2025 15.01.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: kassasiya şikayətinin verilməsi üçün prosessual müddətin bərpasından imtina, kassasiya şikayətinin qaytarılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Şamayev Elşad Yaquboviç (sədrlik edən və məruzəçi), Xıdırov Əhliman Mehman oğlundan və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 04 dekabr 2025-ci il tarixli, 2(106)1390/2025 nömrəli qərardadından Cavabdeh1 tərəf indən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları:
1. Salyan Rayon Məhkəməsinin 17 aprel 2025-ci il tarixli, 2(057)-801/2025 nömrəli qətnaməsi ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin iddia tələbinin təmin edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 24 yanvar 2024-cü il tarixli kredit müqaviləsi üzrə 31380,76 manat əsas, 1441,93 manat faiz, 7,95 manat cərimə və ödənilmiş 188,49 manat dövlət rüsumu olmaqla, cəmi 33019,13 manatın tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir.
2. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 22 sentyabr 2025-ci il tarixli, 2(106)-1390/2025 nömrəli qətnaməsi ilə Cavabd eh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
3. Qeyd olunan qətnamədən Cavabdeh1 nümayəndəsi, vəkil Nümayəndə1 tərəfindən 26 noyabr 2025-ci il tarixdə kassasiya şikayəti verilmişdir.
4. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 27 noyabr 2025-ci il tarixli, 2(106)-1390/2025 nömrəli qərardadı ilə kassasiya şikayəti geri qaytarılmışdır.
5. Cavabdeh1 nümayəndəsi, vəkil Nümayəndə1 təkrarən kassasiya şikayəti və buraxılmış müddətin bərpası barədə ərizə ilə məhkəməyə müraciət etmişdir.
6. Ərizə onunla əsaslandırılmışdır ki, Elektron Məhkəmə Sistemi (EMS) vasitəsilə şikayət təqdim edərkən texniki nasazlıqlar (sistemin işləməməsi, sənədlərin yüklənməməsi və s.) səbəbindən kassasiya şikayəti ilk dəfə vaxtında göndərilməmişdir.
7. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 04 dekabr 2025-ci il tarixli, 2(106)-1390/2025 nömrəli qərardadı ilə (hakim T.Heydərovun sədrliyi və məruzəsi ilə, hakimlər İ.Əsədov və T.Əhmədov) apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə1 tərəfindən kassasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpası barədə verilmiş ərizə təmin edilməmiş, kassasiya şikayəti və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır.
8. Qərardad onunla əsaslandırılmışdır ki, texniki nasazlıqlar səbəbindən sistemin işləməməsi barədə hər hansı sübut kassasiya şikayətinə əlavə edilməmişdir. Digər tərəfdən vəkil Nümayəndə1 kassasiya şikayəti verilən zaman hər hansı texniki problemlə üzləşdiyini ilk dəfə kassasiya şik ayəti verərkən müddətin bərpası barədə ərizə verərək həmin ərizə vasitə ilə əsaslandıra bilərdi.
9. Apellyasiya instansiyası məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10-1.3, 128.3, 129.1, 133.1, 400, 402.2.3, 405.0.1, 408.1.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:
10. Cavabdeh1 kassasiya şikayəti verərək, Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 04 dekabr 2025-ci il tarixli, 2(106)-1390/2025 nömrəli qərardadının ləğv edilməsi və apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.
11. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi tərəfindən Mülki P rosessual Məcəllənin 10-1.3, 128.3, 129.1, 133.1, 402.2.3, 405.0.1, 408.1.4-cü maddəsinin tələbləri pozulmuşdur.
12. Belə ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən Cavabdeh1 tərəfindən kassasiya şikayəti verilməsi üçün vəkillə 21 noyabr 2025-ci il tarixdə müqavilə bağlanılmış və dərhal bu şikayət Elektron Məhkəmə Sistemində yerləşdirilmişdir. Ali Məhkəməyə müvafiq olaraq 95 manat kassasiya şikayəti verilməsi üçün dövlət rüsumu da ödənilmişdir. Kassasiya şikayəti Cavabdeh1 SİMA imzası ilə sistemə daxil olunmaqla hazırlanmışdır. İşə əlavə edilən şikayət hazırlandıqdan sonra vəkil Nümayəndə1 əlavə edilmişdir. İmzalanma mərhələsinə gəldikdən sonra SİMA imza ilə imzalamaq mümkün olmamış və 22 noyabr 2025-ci il tarixdə sim nömrə, ASAN imza alınmış və həmin gün Salyan regional Asa n Xidmət Mərkəzində ASAN imza sertifikatı əldə edilmiş və kassasiya şikayəti Cavabdeh1 tərəfindən imzalanmışdır. Vəkil olaraq imzalamaq istəyərkən yenidən texniki qüsurla rastlaşmışdır. Göründüyü kimi Elektron Məhkəmə Sistemi ilə şikayətin göndərilməsi üçün bütün zəruri işlər görülmüşdür. Məsələnin həlli yalnız Elektron Məhkəmə Sistemi ilə olduğundan bütün işlər bu istiqamətdə görülmüşdür. Texniki problem sadəcə olaraq şənbə və bazar günlərinə düşdüyündən, burada 2 gün müddət ötürülməsinə səbəb olmuşdur. Belə ki, 22 noyabr və 23 noyabr 2025-ci il tarixlər şənbə və bazar günləri olduğundan Elektron Məhkəmə Sisteminin qaynar xətti ilə əlaqə yaratmaq mümkün olmamışdır. 24 noyabr 2025-ci il tarixdə saat 10.55-də 887 qaynar xətlə əlaqə yaradılmış vəkil tərəfindən kassasiya şikayətinin imzalana bilinmədiyi məlumat verilmişdir. Saat 11.00-da yenidən əlaqə saxlanılmış və 1 dəqiqə 12 saniyəlik danışıq aparılmış və Elektron Məhkəmə Sistemi əməkdaşları “anydesk” proqramı ilə problemi özləri yoxlamalı olduqlarını bildirmişlər. 11.01-də təkrar əlaqə saxlanılmış və qaynar xəttin əməkdaşı “anydesk” proqramı ilə ötürülmüş kod vasitəsilə vəkil Nümayəndə1 elektron kabinetinə daxil olaraq problemi həll etməyə çalışılmışdır. Müraciət 7 dəqiqə ərzində öyrənilmiş və həll edilməsi üçün kompüter mütəxəssisinə müraciət edilməli olduğu bildirilmişdir. 11.17-də +**********77 nömrəli telefondan yenidən əlaqə saxlayaraq 4 dəqiqə 6 saniyəlik müraciət yenidən araşdırılmış və problemin aradan qaldırılacağı bildirilmişdir. 25 noyabr 2025-ci il tarixdə artıq elektron məhkəmə sistemindən cavabın gecikdiyini görüb dərhal vəkil müraciəti edilmiş və məhkəmədən xahiş edilmişdir ki, “Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-1390/2025 saylı qətnaməsindən Cavabdeh1 elektron məhkəmə kabinetindən istifadə etməklə tərəfimizdən kassasiya şikayəti verilmiş və Cavabdeh1 tərəfindən imzalanmışdır. Faktiki vəziyyətdə vaxt ötürülməmişdir. Elektron Məhkəmə Sistemində imza natamam kimi göstərilir. Vəkil olaraq texniki səbəbdən 4 gündən artıq tarixdən kassasiya şikayətini tam olaraq imzalaya bilmirik xahiş edirik məni təcili olaraq elektron məhkəmə sisteminə daxil edəsiniz. Ərizədə qeyd olunan məhkəmə işinin seçilmiş tərəfinə vəkil kimi əlavə etməyinizi xahiş edirəm.” Elektron Məhkəmə İnformasiya Sisteminə vəkil olaraq daxil edildikdən dərhal sonra kassasiya şikayətinin imzalanması mümkün olmuşdur. İmza etdikdən s onra +**********77 nömrəli telefondan zəng edilmiş və 1 dəqiqə 12 saniyəlik danışıq olmuş və vəkil olaraq problem aradan qaldırılmasının gecikdiyi üçün və müddətin ötürülməməsi üçün vəkil tərəfindən ərizə ilə Elektron Məhkəmə Sisteminə müraciət edildiyi və Elektron Məhkəmə Sisteminə daxil edildiyi bildirilmiş və bundan sonra imzalaya biləcəyi barədə məlumat verilmişdir. Hazırda Elektron Məhkəmə Sistemində olan natamam imzalanmış kassasiya şikayəti qalmışdır və problem həllini tapmamışdır. Elektron Məhkəmə Sistemindən ekran görüntüsü ilə də və ödənilən rüsumla da müəyyən etmək mümkündür ki, imzalama texniki səbəbdən yaranmış problemlə əlaqədar olmuş, 21 noyabr 2025-ci il tarixdə Cavabdeh1 kassasiya şikayətini hazırlamış, SİMA imza ilə imzalaya bilmədiyindən 22 noyabr 2025-ci il tarixdə ASAN imza nömrə və sertifikatı almaqla imzalamış və vəkil tərəfindən göstərilən texniki problemə görə imzalamaq mümkün olmadığından üzürlü səbəbdən ötürülmüşdür.
13. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.
14. Kassasiya şikayətinə etiraz verilməmişdir. Tətbiq edilən hüquq:
15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yar adılan elektron kabinet vasitəsilə həyata keçirilir. 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. 135.1-ci maddəsinə əsasən bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak ed ən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər. 135.5-ci maddəsinə əsasən bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. 135.6-cı maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. 405.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddəti ndə kassasiya şikayəti verilə bilər. 408.1.4-cü maddəsinə əsasən kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa, kassasiya şikayəti qaytarılır. 408.5-ci maddəsinə əsasən bu Məcəllənin 408.1.1-408.1.5 və 408.1.7-ci maddələrində göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra, şikayəti verən şəxs yenidən ümumi qaydada kassasiya şikayəti ilə müraciət edə bilər. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
16. Avropa Məhkəməsi “Ryabıx Rusiyaya qarşı” və “Kot Rusiyaya qarşı” işlərdə xatırlatmışdır ki, hüquqi müəyyənlik prinsipi tələb edir ki, hər hansı tərəf araşdırmaların yenidən açılmasına sadəcə olaraq yenidən baxılma və işin təzədən araşdırılması üçün çalışmamalıdır. Qəti və məcburi məhkəmə qərarlarının ləğv olunması və ya dəyişdirilməsi səlahiyyəti fundamental səhvləri düzəltmək üçün istifadə edilməli, lakin təzə araşdırmanın keçirilməsinə x idmət etməməlidir. Yenidən araşdırma gizli şikayəti təşkil etməməli və məsələyə iki baxışın mövcudluğunun sadəcə olaraq mümkünlüyü yenidən baxılma üçün əsas deyildir. Bu prinsipdən kənaraçıxmalar yalnız əhəmiyyətli və qarşısıalınmaz xarakterli hallardan irəli gələn zərurətlə əlaqədar haqlı ola bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
17. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qərardadından cavabdehin verdiyi kassasiya şikayətinin dəlilləri əsassızdır.
18. Belə ki, yuxarıda qeyd olunan hüquq normalarının məzmunundan göründüyü kimi, vaxtında şikayət verilməməsi və prosessual müddətin buraxılması müəyyən hüquqi nəticələr yaradır. Belə ki, şikayətin verilmə müddətinin keçməsi ilə qətnamə qanuni qüvvəyə minir və icraya yönəldilir, prosessual müddət in bitməsi ilə müvafiq prosessual hərəkətləri etmək hüququ keçmiş olur və prosessual müddətin bərpası üçün müddəti buraxmış şəxs özünün subyektiv mülahizələrini deyil, konkret üzrlü səbəbləri təqdim etməyə borcludur.
19. Buraxılmış müddətin bərpası haqqında ərizədə onun buraxılmasının səbəbləri izah edilməli və ərizəçinin bu səbəbləri üzrlü hesab etməsinin əsasları göstərilməlidir. Həmin müddətdə müvafiq prosessual hərəkətləri yerinə yetirməsinə maneçilik yaradan istənilən həyati hal üzürlü səbəb hesab edilə bilər. Bu zaman konkret haldan çıxış etmək zəruridir (məsələn şəxsin xəstəliyi, ailənin xəstə üzvünə qulluq etmənin zəruriliyi, müddətli xidməti ezamiyyət və s.).
20. Hazırkı işin materiallarından mübahisəsiz olaraq müəyyən olunur ki, Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasını n 22 sentyabr 2025-ci il tarixli qətnaməsi Cavabdeh1 “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılmış elektron kabinetinə 24 sentyabr 2025-ci il tarixdə yüklənilməklə, ona rəsmi qaydada təqdim olunmuşdur.
21. Həmçinin müəyyən olunur ki, Cavabdeh1 adından nümayəndəsi, vəkil Nümayəndə1 tərəfindən kassasiya şikayəti 26 noyabr 2025-ci il tarixdə, yəni mülki prosessual qanunvericiliyində müəyyən olunmuş prosessual müddətin ötürülməsi ilə “Elektron Məhkəmə” İnformasiya Sisteminə yerləşdirilmiş və bu əsasla Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 27 noyabr 2025-ci il tarixli qərardadı ilə həmin kassasiya şikayəti geri qaytarılmışdır.
22. Cavabdeh tərəfindən təkrarən kassasiya şikayəti verilərkən təqdim etdiyi müddətin bərpasına dair ərizəsinin, habelə hazırkı şikayətinin dəlillər inə görə, qətnamədən ilk kassasiya şikayətinin verilmə müddətinin buraxılmasının səbəbi “Elektron Məhkəmə” İnformasiya Sistemində yaranmış texniki nasazlıq olmuşdur.
23. Lakin, cavabdehin kassasiya şikayətinin qanunla müəyyən olunmuş müddət ərzində İnformasiya Sisteminə yüklənməsinin kassatorun səhvindən deyil, məhz bu Sistemdə yaranmış nasazlıqla baş verməsini təsdiq edən sübut apellyasiya instansiyası məhkəməsinə təqdim olunmamışdır.
24. Kassasiya şikayətinin dəlilləri üzrə məhkəmə kollegiyası həmçinin qeyd edir ki, cavabdehin vəkilinin “Elektron Məhkəmə” İnformasiya Sisteminin qaynar xətti ilə telefon əlaqəsi saxlaması həmin Sistemdə texniki xətanın baş verməsini, yəni müddətin kassatorun təqsiri və səhvi olmadan buraxılmasının sübutu kimi qiymətləndirilə bilməz. 25. “X1 şikayəti ilə əl aqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarındakı hüquqi mövqe ondan ibarət olmuşdur ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada ü zürlülük, göstərilən meyarların sərhədində dayanan elə inkarolunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın.
26. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, kassator tərəfindən müddətin ötürülməsini üzrlü edən, onun iradəsi və hərəkətlərindən asılı olmayan səbəblərə istinad edilmədiyindən və belə səbəblərə dair sübutlar apellyasiya məhkəməsinə təqdim edilmədiyindən müddətin bərpasına dair ərizəsi əsassız olmuşdur.
27. Odur ki, kassasiya şikayətinin buraxılmış prosessual müddətin bərpasından imtina edilməsindən və kassasiya şikayətinin qaytarılmalı olmasından ibarət apellyasiya instansiyası məhkəməsinin qənaəti qanuni və əsaslı olm uşdur. Kassasiya şikayətində göstərilənlər qanuni və əsaslı qərardadın ləğvi üçün əsas ola bilməz. Apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişiklik edilmədən, kassasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır.
28. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 04 dekabr 2025-ci il tarixli, 2(106)-1390/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.