Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-4015/2021 03.06.2021 ALİ MƏHKƏMƏ QƏRARDAD Kassasiya şikayətinin icraata qəbul edilməsindən imtina edilməsi barədə Mən, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimi Nurməmmədov Əhməd Güləhməd oğlu, X1 və Vəkil tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək, Müəyyən etdim: İddiaçı X2 Cavabdeh qarşı mülki iş üzrə X1 (Vəkil) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 2(103)-8323/2020 nömrəli iş üzrə 30 noyabr 2020-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermişlər. Kassasiya şikayəti Azərbaycan Respublikası MPM-nin tələblərinə cavab vermədiyindən icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, MPM-nin 403.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsinin qətna mələrindən və qərardadlarından tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər. İş materiallarından kassasiya şikayəti verən şəxs Xəyal Mehdiyevin tərəf və ya üçüncü şəxs olması və onun şikayətinə əsasən işə apellyasiya qaydasında baxılması müəyyən edilmir. İşdən görünür ki, X1 birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti vermiş, Bakı şəhər Xətai Rayon Məhkəməsinin 30.03.2021-ci il tarixli qərardadı ilə iş üzrə tərəf olmadığından, həmçinin qəbul edilmiş qətnamənin onun hüquq və vəzifələrinə toxunması halı müəyyən edilmədiyindən apellyasiya şikayəti geri qaytarılmışdır. X1 həmin qərardaddan şikayət verməmişdir. Sonradan X1 apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kas sasiya şikayəti vermiş, lakin apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin MPM-in tələblərinə uyğunluğunu yoxlamadan şikayəti baxılması üçün mülki işlə birlikdə Ali Məhkəməyə göndərmişdir. MPM-nin 408.1 və 408.1.1-ci madələrinə əsasən kassasiya şikayəti bu Məcəllənin 407.1-ci maddəsinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa kassasiya şikayəti qaytarılır. MPM-nin 408.2-ci maddəsinə görə, bu Məcəllənin 408.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. Göstərilənlərə əsasən, kassasiya şikayətinin icraata qəbul edilməsindən imtina edilməlidir. Odur ki, Azərbaycan Respublikası MPM-nin 403.1, 408.1.1 və 408.2-ci maddələrini rə hbər tutaraq, Qərara aldım: X1 (Vəkil) tərəfindən verilmiş kassasiya şikayətinin icraata qəbul edilməsindən imtina edilsin və iş kassasiya şikayətinin geri qaytarılması məsələsinə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov
Məhkəmə qərarları › İş №2(102)-4015/2021
Ali Məhkəmə Qərardad — İş №2(102)-4015/2021
03.06.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver