Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4016/2021 12.07.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: əmlakın qanunsuz sahiblikdən geri tələb edilməsi, preyudisiya Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi, İddiaçı2 vəkili Vəkil1, Cavabdeh və vəkili Vəkil2 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3045/2021 nömrəli iş üzrə 07 aprel 2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəf indən verilmiş kassasiya şikayətinə dair işə 12 iyul 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları Bakı Şəhəri Əzizbəyov Rayonu İcra Hakimiyyətinin başçısının 30.12.1999-cu il tarixli, 1891 saylı sərəncamına əsasən, İddiaçı1 Şağan qəsəbəsi M-35 saylı sahədə fərdi ev tikmək üçün 1200 kvadrat metr torpaq sahəsi (bundan sonra - mübahisəli torpaq sahəsi) ayrılmışdır. 08.09.2009-cu ildə İddiaçı1 tərəfindən İddiaçı2 08.09.2079-cu il tarixədək mübahisəli torpaq sahəsinin 600 kvadrat metr hissəsində gələcəkdə inşa ediləcək tikililərə aid sənədləri toplamaq, təqdim etmək, özəlləşdirmək, reyestrdən çıxarış, forma 1 arayışı almaq, üzərində sərəncam vermək, satmaq, bağışlamaq, dəyişmək, ipoteka (girov) qoymaq, pulunu almaq, buna d air müqaviləni imzalamaq, bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar adından ərizə vermək və digər hərəkətləri etmək barədə etibarnamə verilmiş və İddiaçı2 orada fərdi yaşayış evi (bundan sonra – mübahisəli fərdi yaşayış evi) tikmişdir. 30.09.2019-cu il tarixdə İddiaçı2 qeyd olunan etibarnamə əsasında mübahisəli torpaq sahəsinin 300 kv.metrinə aid hissədə İddiaçı1 tərəfindən ona verilmiş səlahiyyətləri 08.09.2079-cu il tarixədək Cavabdeh etibar etmişdir. 24 iyun 2020-ci il tarixli ərizə əsasında sonuncu etibarnamə sonradan ləğv edilmişdir. Bakı Şəhəri Nərimanov RPİ-nin cinayət işinin başlanmasının rədd edilməsi haqqında 20.10.2020-ci il tarixli qərarı ilə Cavabdeh şikayət ərizəsi əsasında toplanmış materiallarda cinayət tərkibi olmadığından cinayət işinin başlanılması rədd edilmişdir. Q ərarda qeyd olunmuşdur ki, istintaq orqanı tərəfindən aparılmış araşdırma ilə müəyyən edilmişdir ki, sözügedən evin dəyəri, yəni 44300 ABŞ dolları məbləğində pulu evi almış Cavabdeh bacısı oğlu X4 vasitəsi ilə həmin məbləğdə pulun X2 iştirakı ilə X5 verildiyi öz təsdiqini tapmışdır. X3 izahatında göstərdiyi evin satılması ilə əlaqədar 75000 manat məbləğdə pulun X4 tərəfindən almamasını onun izahatından savayı təsdiq edə biləcək heç bir sübut müəyyən olunmamışdır. Bununla da, toplanmış materialda hər hansı bir cinayət hadisəsinin baş verməsi halı müəyyən edilməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçılar İddiaçı1 və İddiaçı2, Cavabdeh (bundan sonra – cavabdeh) qarşı iddia tələbi ilə məhkəməyə müraciət edərək cavabdehin ailə üzvləri ilə b irlikdə mübahisəli fərdi yaşayış evindən çıxarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2009-cu ilin avqust ayında İddiaçı1 mübahisəli torpaq sahəsini İddiaçı2 satmışdır. Lakin torpaq sahəsinə dair mülkiyyət hüququnu təsdiq edən sənəd olmadığından, alqı-satqının rəsmiləşdirilməsi mümkün olmamış və bu alqı-satqı 08 sentyabr 2009-cu il tarixdə verilmiş etibarnamə ilə rəsmiləşdirilmişdir. İddiaçı2 həmin torpaq sahəsində mübahisəli fərdi yaşayış evini tikdirmiş, həmin evi 2019-cu ilin sentyabr ayında cavabdehə 75000 manata satmışdır. Evin mülkiyyət hüququnu təsdiq edən sənəd olmadığından, alqı-satqı rəsmiləşdirilməsi mümkün olmamış və bu alqı-satqı 30 sentyabr 2019-cu il tarixdə verilmiş etibarnamə ilə rəsmiləşdirilmişdir. Cavabdeh ev əşy alarını gətirərək arvadı ilə birlikdə evə köçüb yaşamağa başlamış və evin pulunu tezliklə verəcəyini bildirmişdir. Bir neçə aydan sonra cavabdeh ona satılan evin pulunu ödəməkdən yayınmış, ödəməli olduğu 75000 manat məbləğində pulu ödəməmişdir. Məcburiyyət qarşısında qalaraq cavabdehə verilmiş etibarnaməni 24 iyun 2020-ci il tarixdə verilmiş ərizə əsasında ləğv etdirmişlər. Cavadeh iddiaya etiraz edərək göstərmişdir ki, mübahisəli evin alqı-satqısına dair İddiaçı2la deyil, onun qardaşı xxx razılaşmış və evin pulunu da ona ödəmişdir. İddiaçı2 ümumiyyətlə tanımamış, İddiaçı1 isə torpağın əvvəlki sahibi olmuşdur. Ona görə də, onların heç birinin hazırkı tələbi irəli sürmək üçün subyektiv hüquqları yoxdur. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(0 03)-2360/2020 nömrəli iş üzrə 26 noyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim S.Bəhramzadə) iddia qismən təmin edilərək, cavabdehin mübahisəli fərdi yaşayış evindən çıxarılması, iddia tələbinin qalan hissədə rədd edilməsi qət olunmuşdur. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, torpaq mülkiyyətçisinin öz torpaq sahəsindən istifadə edərək, orada tikinti işləri aparmaq hüququ tənzim edilir. Torpaq sahəsi mülkiyyətçisinin bu hüququ sahədə binalar və qurğular ucaltmaq, onları yenidən qurmaq və ya uçurmaq, öz sahəsində başqa şəxslərin tikinti aparmasına icazə vermək səlahiyyətlərini ehtiva edir. Belə tikililərin inşası üçün qaydalara əməl etməklə mülkiyyətçi öz mülkiyyətində olan torpaq sahəsində ucaltdığı binaya, qurğuya və digər daşınmaz əmlaka mülkiyyət hüq uqu əldə edir. Cavabdehin ailə üzvləri ilə birlikdə çıxarılması xahiş edilən fərdi yaşayış evi özbaşına tikili olsa da, İddiaçı2 sahibliyində olmaqla cavabdehlə aralarında olan razılığa əsasən şifahi qaydada satılmış və xxxxxtərəfindən ona etibarnamə verilmişdir. Razılığa görə cavabdeh İddiaçı2 75000 manat pul verməyi öhdəsinə götürmüşdür. Hazırda işin mübahisəli halı ondan ibarətdir ki, cavabdeh həmin pul məbləğinin xxxxx qardaşı xxxxxxxxadlı şəxsə bacısı oğlu vasitəsi ilə veridiyini və mübahisəli evin XXXa aid olmasını qeyd edir, İddiaçı2 isə həmin evin ona aid olmaqla razılığa əsasən cavabdeh tərəfidən ona evə köçdükdən sonra pulun ödənilməli olmasını, lakin ödənilməməsi səbəbindən verilmiş etibarnaməni ləğv etdiyini bildirir. Məhkəmə müəyyən etmişdir ki, həmin evin XXX adlı şəxs tərəfi ndən tikilməsi və onun sahibliyində olması təsdiqini tapmır. Həmin evə aid işıq sərfiyyatına görə verilmiş qəbzlərdə XXXun adının qeyd edilməsi evin onun olmasına əsası verən hal kimi qəbul edilə bilməz. Eyni zamanda cavabdehin müraciəti əsasında cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərarda XXX XXXun ifadəsində sonuncu qardaşı XXXin evinin satılması barədə qərara gəlməsini bildirmişdir. Eyni zamanda həmin evə dair İddiaçı2 da cavabeh tərəfindən evin qiyməti kimi razılaşdırılmış məbləğin ödənilməsi öz təsdiqini tapmamamışdır. Məhkəmə qeyd etmişdir ki, hazırkı halda məhz fərdi yaşayış evinin tikintisi üçün İddiaçı1 ayrılmış torpaq sahəsində etibarnamə əsasında faktiki sahibliyi həyata keçirməklə İddiaçı2 inşa etdiyi özbaşına tikiliyə öz əmlakı kimi sahiblik etmiş iddiaçının hə min əmlakı 3-cü şəxslərdən tələb etmək hüququ vardır. İddiaçı2 da öz növbəsində özbaşına tikilini əmlak kimi üzərində hüquqlarının qeydə alınması üçün müvafiq orqanlara müraciət etməyə hüququ (hazırda sübyektiv hüquqla əhatə olunmayan maraqları) olduğundan həmin tikilidən cavabdehin çıxarılması hissəsində iddiaçıların iddia tələbləri təmin edilməlidir. Tikintinin hazırda torpaqla birlikdə dövlət qeydiyyatına alınmaması, iddiaçılara qanunla ayrılmış olan torpaq sahəsində və orada İddiaçı2 tərəfindən inşa edilmiş və sahibliyində olan evdə digər şəxsin sahibinin iradəsi ziddinə orada yaşamasını təmin etmək qanuni və əsaslı hesab edilə bilməz. Məhkəmə öz mövqeyini, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəlləsi) 152.1, 157.8, 179.3, 180.1, 180.3, 240-cı maddələrinə istinadla əsaslandırmışdır. Qətnamədən İddiaçı2 apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın tam təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh də apellyasiya şikayəti verərək qətnamənin ləğv, onun evdən çıxarılması barədə iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-3045/2021 nömrəli iş üzrə 07 aprel 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – Z.Şirinov (sədrlik edən və məruzəçi), F.Talışinski və R.Eyvazov) apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə bi rinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edərək, cavabdehin apellyasiya şikayətinin subyektiv hüquqla bağlı dəlilinə münasibətdə qeyd etmişdir ki, mübahisəli fərdi yaşayış evi özbaşına tikilidir və onun alqı-satqısına dair razılıq şifahi şəkildə əldə olunmaqla İddiaçı2 tərəfindən onun adına verilmiş etibarnamə əsasında rəsmiləşdirilmişdir. Başqa sözlə, cavabdehin mübahisəli evə hüququnun yaranmasının əsası kimi istinad etdiyi etibarnanmə ona XXX XXX tərəfindən deyil, evin yerləşdiyi torpağa dair hüququ olan və evin faktiki sahibi olmuş İddiaçı2 tərəfindən verilmişdir. Cavabdehin evin alğı-satqısına dair XXX XXXla danışıqlar aparması və ya evə dair kommunal ödənişləri onun adından həyata keçirməsi isə həmin evlə bağlı hüquq sahibinin XXX olması qənaətinə gəlməyə imkan vermir. Qeyd olunanlar isə ona dəlalət edir ki, iddiaçılar, cavabdehin mübahisə predmeti olan fərdi yaşayış evin çıxarılması ilə bağlı hazırkı tələbi irəli sürmək üçün subyektiv hüquqa malik olmuşlar. Məhkəmə cavabdehin apellyasiya şikayətinin digər dəlillərinə (əşyanın dəyərinin ödənilməsi ilə bağlı) münasibətdə isə qeyd etmişdir ki, sübutetmə yükü baxımından bu halı, yəni aralarındakı alğı-satqı barədə razılaşmanın predmeti olan evin dəyərinin İddiaçı2 ödənilməsini sübuta yetirmək vəzifəsi cavabdehin üzərinə düşür. Cavabdeh bu faktın təsdiqi ilə bağlı özünün, bacısı oğlu xxxxxvə sonuncunun bir neçə dostunun şikayət ərizəsi əsasında polis şöbəsində araşdırma zamanı alınmış izahatlarına və evin pulu ödənilmədiyi halda iddiaçının onun adına etibarnamə verməsinin və oraya köçməsinə et iraz etməməsinin ağlabatan olmamasına istinad edir. Məhkəmə cavabdehin istinad etdiyi izhatları qeyd olunan mübahisəli halın təsdiqi üçün kifayət qədər mötəbər hesab etməyərək qeyd etmişdir ki, iş materiallarına cavabdehin özünün, bacısı oğlunun və ona yaxın şəxslərin bu məsələ ilə bağlı cavabdehin xeyrinə verdiyi izahatlarının doğruluğunu dəstəkləyəcək hər hansı sübut əlavə edilməmişdir. Eyni zamanda, cavabdeh ilk öncə mübahisə predmeti olan evin dəyərini özünə məxsus evin plana düşməsi nəticəsində ödənilmiş vəsait hesabına ödədiyini bildirmiş, sonradan izahatını dəyişərək, evinin pulu bacısı oğlunda olduğu üçün ona borclu olduğunu, buna görə də, evin dəyərini iddiaçının qardaşına onun ödədiyini bildirmişdir. Göründüyü kimi, cavabdehin izahatları ziddiyyətlidir, buna görə də, məhkəmə tərə findən inandırıcı hesab edilə bilməz. Məhkəmə kollegiyası öz mövqeyini Mülki Məcəllənin 152.1, 157.8, 180.1, 180.3, 240-cı maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 77.1-ci maddəsinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun M.Bağırovun şikayəti üzrə 30 iyul 2008-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri Cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin iddiaçılar a rasında şifahi alğı-satqı müqaviləsinin bağlandığını qəbul etdiyi halda satıcı İddiaçı1 hansı əsasla iddiaçı kimi tanıması məlum deyil. Çünki, İddiaçı1 artıq ona aid olmayan əmlaka dair iddia qaldırmaq hüququna malik deyil və cavabdehlə onun arasında heç bir mülki hüquq münasibəti olmamışdır. Bundan başqa, cavabdehin XXX XXXla şifahi alğı-satqı müqaviləsi bağladığını bildirməsinə baxmayaraq, məhkəmə iş üzrə həqiqəti müəyyən etmək və obyektiv qərar qəbul etmək üçün onu məhkəməyə dəvət edərək, dindirməmiş, hətta İddiaçı2 da məhkəmə iclasında iştirakını təmin etməmişdir. Eyni zamanda, cavabdeh yaşadığı fərdi yaşayış evinin XXX XXXun adına olduğunu, onun adından kommunal xərcləri ödədiyini və ödəniş qəbzlərini məhkəməyə təqdim etdiyi halda, məhkəmə bu dəlillə bağlı hərtərəfli araşdırma aparmam ışdır. Qeyd olunmalıdır ki, iddiaçı və cavabdeh əvvəlcədən tanış olmamış, o, İddiaçı2 ümumiyyətlə tanımamışdır. Belə olan halda, iddiaçının tanımadığı adama alqı-satqı pulunu, ən azından behi belə almadan evini verməsi, cavabdehin ailə üzvləri ilə birlikdə köçüb orada yaşaması, ona 59 il müddətinə etibarnamə verməsi və yaşadığı 11 ay müddətində iddiaçının bir dəfə belə olsun cavabdehdən hər hansı pul tələb etməməsi, cavabdehin evlə bağlı bütün kommunal xərcləri XXX XXXun adından ödəməsi həmin fərdi yaşayış evinin İddiaçı2 deyil, XXX XXXun sahibliyində olduğunu və cavabdehin bu evi 75.000 manat verib ondan almasını təsdiq edir. XXX XXX isə gizlənərək, bu məsələyə aydınlıq gətirmədiyindən cavabdeh hüquq mühafizə orqanlarına müraciət etmiş və Nərimanov RPİ İŞ-nin 20.10.2020-ci il tarixli qə rarında göstərilmişdir ki, cavabdeh mübahisəli fərdi yaşayış evini XXX XXXdan 75.000 manata almışdır. Bu qərar məhkəməyə təqdim olunmuş, lakin məhkəmə yalnız qərarın nəticə hissəsini qətnamədə göstərməklə kifayətlənmişdir. Digər tərəfdən, məhkəmə İddiaçı2 hüquqlarını müdafiə edərək, Mülki Məcəllənin 152.1, 157.8, 180.1-ci maddələrinə istinad edərək, yanlışlığa yol vermişdir. Belə ki, İddiaçı2 həmin hüquqları etibarnamə əsasında əldə etmişdir, cavabdeh də eyni qaydada həmin hüquqlara İddiaçı2 aldığı etibarnamə ilə sahib olmuşdur. Məhkəmə isə, bu maddi normalarla iddiaçının hüquqlarını müdafiə edərkən cavabdehin hüquqlarını hansı səbəbdən müdafiə etməməsini əsaslandırmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkə mə icraatı iştirakçılarının izahatları cavabdeh və vəkili məhkəmə kollegiyasında iclasında kassasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdilər. İddiaçı2 vəkili məhkəmə iclasında iizahat verərək kassasiya şikayətinin təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq digər iddiaçı hər hansı üzrlü səbəb göstərmədən Məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsini rəhbər tutaraq işə digər iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamas ına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Baxılan iş üzrə kassasiya şikayətində cavabdeh qətnamənin tam ləğv edilməsini xahiş etsə də, iddiaçılar qətnamədən kassasiya şikayəti vermədiklərindən qətnamə iddia tələbinin təmin olunmuş hissəsində yoxlanılır. Tətbiq edilən hüquq Mülki Məcəllə Maddə 152.1. Mülkiyyə t hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Maddə 180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslər in hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Maddə 240.1. Torpaq sahəsinin mülkiyyətçisi şəhərsalma və tikinti normalarını və qaydalarını, habelə torpaq sahəsinin təyinatı ilə bağlı tələbləri gözləmək şərti ilə sahədə binalar və qurğular ucalda bilər, onları yenidən qura və ya uçura bilər, öz sahəsində başqa şəxslərin tikinti aparmasına icazə verə bilər. MPM Maddə 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisələndirilən hissədə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin həmin hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və Məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası, həmçinin nəzərə alır ki, işin müəyyən edilmiş hallarına əsasən mübahisəli torpaq sahəsi yerli icra hakimiyyəti orqanının qüvvədə olan qərarı ilə fərdi ev tikmək üçün İddiaçı1 ayrıldığı üçün onun hazırkı iddianı qaldırmaqla bağlı subyektiv hüququ mövcud olmuşdur. Eyni zamanda MPM-in 82.4-cü maddəsinə əsasən məhz məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə baxılarkən preyudisial əhəmiyyətə malik olduğu üçün cinayət işinin başlanmasının rədd olunması barədə ibtidai araşdırma orqanının qərarı və ya iş üzrə gəldiyi qənaət mülki iş üzrə preyudisial əhəmiyyət daşımır. Belə qərar və ya həmin araşdırma zamanı verilmiş izahatlar, o cümlədən təqdim edilmiş sübutlar mülki işə baxarkən sübut növlərindən biri kimi digər sübutlarla birlikdə tədqiq edilə və qiymətləndirilə bilər. Hazırkı iş üzrə məhkəmələr tərəfindən müəyyən edilmişdir ki, istinad olunan qərarın qəbul edildiyi araşdırma zamanı İddiaçı2 evin dəyərinin Cavabdeh tərəfindən ona ödənildiyini etiraf etməmişdir. 20.10.2020-ci il tarixli qərardan da görünür ki, müstəntiq həmin məbləğin verildiyi barədə mövqeyini onunla əsaslandırmışdır ki, X3 izahatında göstərdiyi evin satılması ilə əlaqədar 75000 manat məbləğdə pulu X1 almamasını onun izahatından savayı təsdiq edə biləcək heç bir sübut müəyyən olunmamışdır. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hi ssədə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3045/2021 nömrəli iş üzrə 07 aprel 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə - iddianın təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4016/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-4016/2021
12.07.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver