Məhkəmə qərarları › İş №2(102)-4021/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-4021/2023

31.10.2023 · Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4021/2023 31.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh2nə və Cavabdeh1 qarşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ İş № 2(102)-4021/2023 (Açar sözlər: alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, hüquqdan suiistifadə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər X24 (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və X5 ibarət tərkibdə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh2nə və Cavabdeh1 qarşı “torpağın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(10 7)-581/2023 nömrəli, 13 iyun 2023-cü il tarixli qətnaməsindən iddiaçılar İddiaçı1 və İddiaçı2 (vəkil X21) tərəfindən verilmiş kassasiya şikayətinə 31 oktyabr 2023-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. Şəki rayon Torpaq Şöbəsi tərəfindən 02 iyul 1999-cu il tarixdə verilmiş torpağa mülkiyyət hüququna dair KOD 40402037, JN 185 nömrəli, 12894 qeydiyyat nömrəli dövlət aktına əsasən, Şəki rayonu Aqrar İslahat Komissiyasının 11 iyul 1998-ci il tarixli, 54 saylı qərarı ilə İddiaçı1, İddiaçı2, X10 və X6 Şəki rayonu Sarıca kəndi ərazisində cizgidə göstərilən sərhədlər daxilində 11,67 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir.

2. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Ərazi İdar əsi tərəfindən 26 dekabr 2014-cü il tarixdə verilmiş arayışa əsasən İddiaçı1, İddiaçı2, X13 və X4 mülkiyyətində olan 11,67 hektar torpaq sahəsi üzərində 24 dekabr 2014-cü il tarixinə olan məlumata əsasən məhdudiyyət və yüklülük qeydə alınmamışdır.

3. Satıcılar İddiaçı1, İddiaçı2, X13 və X11 ilə alıcı Cavabdeh1 arasında bağlanmış, Şəki rayon 1 saylı Dövlət Notariat Kontoru tərəfindən təsdiq edilmiş, 4Ə-1582 reyestr nömrəli, 26 dekabr 2014-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən İddiaçı1, İddiaçı2, X13 və X3 rayon Torpaq Şöbəsi tərəfindən 02 iyul 1999-cu il tarixdə verilmiş JN 185, KOD 40402037 olan torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən onlara məxsus 11,67 hektar torpaq sahəsini 5.000 manata Cavabdeh1 satmışlar. Həmin müqavilə satıcı və digər satıcıların nümayəndəsi qismi ndə, satıcılar qrafasında İddiaçı1 tərəfindən imzalanmışdır.

4. Mingəçevir şəhər VVAQ Şöbəsi tərəfindən 28 mart 2001-ci il tarixdə verilmiş ölüm haqqında şəhadətnaməyə əsasən, 27 sentyabr 1988-ci il təvəllüdlü X13 22 fevral 2001-ci il tarixdə ölmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:

5. İddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi və vəkili Vəkil1 cavabdehlər Şəki Regional ASAN Xidmət Mərkəzində Notariat Ofisinə və Cavabdeh1 qarşı “torpağın alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə ünvan 1i ünvanında yerləşən, JN-185 KOD 40402037 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən 4 nəfərdən ibarət ailələrinin mülkiyyətində olan 11,67 hektar torpaq sahəsinin alqı-satqısına dair 26 dekabr 2014-cü il tarixli, 4Ə-1582 nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişlər.

6. İddia tələbi işin yuxarıda qeyd olunan hallarına istinad olunmaqla onunla əsaslandırılmışdır ki, Şəki rayon Aqrar İslahat Komissiyasının 11 iyul 1998-ci il tarixli, 54 saylı qərarı ilə İddiaçı1, İddiaçı2, X10 və X6 Şəki rayonu Sarıca kəndi ərazisindən 11,67 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ayrılmış, Şəki rayon Torpaq Şöbəsi tərəfindən onların adına bununla bağlı torpağa mülkiyyət hüququna dair JN-185 KOD 40402037 saylı dövlət aktı verilmişdir. Torpaq sahəsi mülkiyyətlərinə verildikdən sonra iddiaçılar bir müddət həmin torpaq sahəsindən istifadə etsələr də sonradan İddiaçı1 tərəfindən həmin 11,67 hektar torpaq sahəsi müvəqqəti istifadə üçün üçüncü şəx s X15 verilmişdir. Şifahi razılaşmaya əsasən İddiaçı1 tələb etdiyi məqamda X17 torpaq sahəsini geri qaytarmalı olmuşdur. X17 da İddiaçı1 aralarında olan müqavilənin rəsmiləşdirməsini təklif etmiş, bu səbəbli hazırda mübahisələndirilən 26 dekabr 2014-cü il tarixli alqı-satqı müqaviləsi imzalanmışdır. İddiaçı1 heç bir etibarnamə olmadan digər mülkiyyətçilərin də əvəzindən alqı-satqı müqaviləsini imzalamışdır. Həmçinin iddiaçıların övladları X13 2001ci ildə vəfat etməsinə baxmayaraq alqı-satqı müqaviləsində X7 da adı satıcı kimi qeyd edilməklə həmin müqavilə onun əvəzindən nümayəndəsi kimi İddiaçı1 tərəfindən imzalanmışdır. Yəni notarius tərəfindən İddiaçı1 oğlunun əvəzindən müqaviləyə imza etməsi tələb olunmuşdur. Alqı-satqı müqaviləsi imzalanan zaman notarius və üçüncü şəxs X17 həmin müqavi lənin formal bir sənəd olduğunu, torpaq sahəsi geri qaytarılan zaman ləğv olunacağını bilmişlər. 2021-ci ilin ikinci yarısında Arif X1 müraciət edərək torpaq sahəsinin geri qaytarılmasını təklif etsə də X17 bundan imtina etmişdir. Bu səbəbdən də iddiaçılar hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar.

7. Birinci instansiya məhkəməsində Cavabdeh1 iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, X17 onun qayınatasıdır. 2014-cü ilin oktyabr-noyabr aylarında Saleh Hüseynov onunla əlaqə saxlayaraq Şəki rayonu Sarıca kəndində 12 hektar torpaq sahəsinin satıldığını bildirmiş və gəlib həmin torpaq sahəsinə baxmasını ona təklif etmişdir. O, da Sarıca kəndinə gəlmiş, Saleh Hüseynovun, İddiaçı1 və Arifin yanında olan digər bir şəxsin iştirakı ilə gedib İddiaçı1 sa tdığı 12 hektar torpaq sahəsinə baxmışlar. O, yerində baxıb torpaq sahəsini bəyənmişdir. O, Arifdən dəqiqləşdirmə apardıqda Arif ailə üzvlərinin də razılığı ilə həmin torpaq sahəsini satdığını demişdir. Sənəd üzrə 11,67 hektar olan torpaq sahəsinin alqı-satqısına görə, hər hektarına görə 600 manat olmaqla torpaq sahəsində Arifə 7.200 manat pulu sayıb vermişdir. Arif də pulu ondan qəbul etmiş və bir nömrəli forma hazır olduqda bununla bağlı məlumat verəcəyini demişdir. Bundan bir müddət sonra ona Arifin satdığı torpaq sahəsinin alqı-satqıya hazır olması barədə məlumat verildiyindən o, əmisi oğlunun maşını ilə Şəki şəhərinə gəlmiş, elə əmisi oğlunun avtomaşını ilə notariat kontoruna getmişlər. Notariat kontorunda alqı-satqı müqaviləsi tərtib edilmiş, müqavilə şərtləri notarius tərəfindən oxu nmuş və o, alıcı qarafasında alqı-satqı müqaviləsini imzalamışdır. Satıcılar qrafasında isə alqı-satqı müqaviləsi İddiaçı1 tərəfindən imzalanmışdır. Onun notariusdan digər satıcılar tərəfindən Arifə etibarnamənin verilib-verilməməsini soruşmaq, notariusa hər hansı bir göstəriş vermək kimi bir səllahiyyəti olmamış, Arifin oğlu Fəridin vəfatından isə hazırkı mülki iş üzrə iddia ərizəsini aldıqda məlumatlı olmuşdur. Bundan başqa alqı-satqı müqaviləsi hər hansı bir müvvəqəti əsasla deyil, birdəfəlik bağlanmışdır. Həmçinin Arifin həmin ərəfələrdə icra nümayəndəsi işləməsi nəzərə alınaraq özünün etibarnaməni təsdiq etmək, beləliklə də etibarnaməni notariusa göstərmək imkanı olmuşdur. Torpaq sahəsini 7.200 manata almasına baxmayaraq alqı-satqı müqaviləsində onun 5.000 manata satılması kimi yazılm asını İddiaçı1 özü xahiş etmişdir. O, torpaq sahəsinin vicdanlı alıcısıdır. Həmçinin iddiaçılar tərəfindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müddət ötürülmüşdür. Məhkəmədən iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. Birinci instansiya məhkəməsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X17 izahat verərək bildirmişdir ki, İddiaçı1 uzun müddət Şəki rayonunun Qaratorpaq, Sarıca, Bolludərə kəndlərinin və Turan qəsəbəsinin icra nümayəndəsi vəzifəsində çalışmışdır. Bir sözlə İddiaçı1 ali təhsilli və savadlı bir şəxsdir. Həmçinin Arif işlədiyi müddətdə subsidiya və icarə işlərinə də baxmışdır. Eyni ərazidə yaşadıqlarından onun uşaqlıqdan İddiaçı1lə səmimi münasibətləri olmuşdur. 2014-cü ilin avqust sentya br aylarında Arif ona aqrar islahat zamanı özünə və ailəsinə verilmiş torpaq sahəsini satışa qoyduğunu bildirmişdir. O, da bu barədə kürəkəni Cavabdeh1 zəng vurub məlumat vermişdir. Bir müddət sonra yeznəsi Hümmət kəndə gəlmiş, o, kürəkəni Cavabdeh1, torpağı satan şəxs olaraq İddiaçı1 və Arifin yeznəsi Rəsulla birlikdə gedib Arifin satmaq istədiyi torpaq sahəsinə baxmışlar. Torpaq sahəsinə baxdıqdan sonra Ariflə Hümmət torpağın hər hektarını 600 manata olmaqla, ümumilikdə torpaq sahəsinin alqı-satqısını 7.200 manata razılaşdırmışlar. Arif ailə üzvlərinin də razılığı ilə həmin torpaq sahəsini satdığını demişdir. Kürəkəni Cavabdeh1 torpaq sahəsinin alqı-satqısı ilə bağlı 7.200 manat pulu elə oradaca İddiaçı1 vermişdir. Arif də Hümmətə torpaq sahəsinin sənədlərini hazırlayacağını, sənədlər ha zır olduqda isə notarial qaydada müqavilənin bağlanması üçün məlumat verəcəyini bildirmişdir. Bundan 10-15 gün müddət keçdikdən sonra Arif ondan Hümməti alqı-satqı üçün dəvət etməsini xahiş etmişdir. O, da bu barədə Hümmətə məlumat vermiş, Hümmət alqı-satqı üçün gəlmiş və notariat kontoruna getmişdir. Notariusda alqı-satqı müqaviləsi imzalanmış, lakin o, notariat kontorunda alqı-satqı müqaviləsi rəsmiləşdirilərkən iştirak etməmişdir. Sonradan onlar torpaq sahəsinə yerində baxanda Arif torpaq sahəsini müvəqqəti olaraq Turan qəsəbə sakini Şahir adlı şəxsin istifadəsinə verdiyini bildirmiş və 2015-ci ilin iyul-avqust aylarından etibarən, yəni həmin dövrün məhsul biçinindən sonra Hümmətin aldığı torpaq sahəsindən istifadə etməsini demişdir. Belə olub 2015-ci ilin iyul- avqust aylarından etib arən torpaq sahəsi alıcı Cavabdeh1 tam istifadəsindədir. Torpağın alqı-satqısı razılaşdırılarkən torpaq sahəsinin müvəqqəti alqı-satqı edilməsi barədə İddiaçı1 göstərdikləri isə həqiqəti əks etdirmir. Belə ki, əgər Arif və onun ailə üzvləri torpaq sahəsini müvəqqəti əsaslarla satsa idilər onda Hümmət kənddə eyni qiymətə satılan digər torpaq sahələrindən birini alacaqdı. Yəni həmin vaxt Arif tərəfindən torpaq sahəsi birfələlik əsasla satılmışdır. Torpaq sahəsinin sonradan geri qaytarılması ilə bağlı Arif tərəfindən heç bir təklif irəli sürülməmiş və ümumiyyətlə belə bir şifahi razlaşma olmamışdır. 2021-ci ilin sonlarında İddiaçı1 Mingəçevir şəhərində onunla görüşmüş və torpaq sahəsini geri qaytarmaq istədiyini bildirmişdir. O, da Arifə əgər oxşar ərazidən kənarda 12 hektar torpaq alacağı, y axud da 12 hektar torpaq sahəsinin dəyərinin bu günkü qiymətləri ilə ödəniləcəyi halda bunun müzakirə edilməsinin mümkün olduğunu, həmçinin torpaq sahəsinin onun deyil, kürəkəni Hümmətə aid olduğunu Arifə bildirmişdir. Cavabdeh1 dəyərini ödəməklə və notariatda alqı-satqı müqaviləsi imzalamaqla torpaq sahəsini almışdır. Odur ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 hazırkı iddia tələbləri əsasızdır. Məhkəmədən iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş edir.

9. Şəki Rayon Məhkəməsinin 2(075)-287/2022 nömrəli, 01 aprel 2022-ci il tarixli qətnaməsi ilə (hakim Elçin Mehdiyev) iddia təmin edilməmişdir.

10. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddiaçılar özlərinə və övladlarına məxsus olan torpaq sahəsinin alqı-satqısı ilə bağlı müqavilənin digər mülkiyyətç ilər adından yalnız İddiaçı1 tərəfindən imzalandığını, digər mülkiyyətçilər tərəfindən ona bununla bağlı heç bir etibarnamənin verilmədiyini, hətta mülkiyyətçilərdən olan X13 22 fevral 2001-ci il tarixdə vəfat etdiyi halda onun da nümayəndəsi qismində alqısatqı müqaviləsindəki imzanın İddiaçı1 tərəfindən icra edildiyini, alqı-satqı müqaviləsinin orada alıcı qismində qeyd edilmiş Cavabdeh1 tərəfindən deyil, üçüncü şəxs X17 tərəfindən imzalandığını, beləliklə də alqı-satqı müqaviləsinin qanunvericiliyin tələblərinə uyğun olmadan tərtib edilməsinə istinad edərək hazırki tələblə məhkəməyə müraciət etmişlər.

11. İddiaçı1 digər mülkiyyətçilərin adından heç bir etibarnamə olmadan, həmçinin 22 fevral 2001-ci il tarixdə vəfat etmiş X7 adından satıcıların nümayəndəsi qismində alqı-satqı müqaviləsini imzalamaqla, faktiki olaraq 7.200 manata satılmış torpaq sahəsinin dəyəri barədə müqavilənin məzmununda onun satış qiymətinin 5.000 manat təşkil etməsi barədə yanlış məlumatlar daxil edilməklə tərəflər arasında alqı-satqı müqaviləsi bağlanarkən bunun üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər pozulmuşdur. Lakin, iddiaçılar hazırkı tələbləri ilə bağlı məhkəməyə müraciət etmələri üçün qanunla nəzərdə tutulmuş müddəti ötürmüşlər.

12. Birinci instansiya məhkəməsi bildirmişdir ki, iddia müddətindən fərqli olaraq kəsici müddətlər bərpa olunmur. Bərpa olunmaq, kəsilmək və dayandırılmaq kimi xüsusiyyətlər iddia müddəti üçün xarakterikdir. Kəsici müddətin tətbiq edilməsi isə məhkəmənin səlahiyyətinə aid olub, həmin müddətin tətbiqi üçün mübahisə tərəfinin ərizə verməsi tələb olunmur.

13. İddia çı1 özü tərəfindən müqavilə imzalanmaqla, imzalandığı 26 dekabr 2014-cü il tarixdə həmin müqaviləni digər İddiaçı2 və övladı X6 təqdim və məzmunu barədə məlumat verməklə iddiaçıların, mübahisələndirdikləri 4Ə1582 nömrəli alqı-satqı müqaviləsindən onun imzalandığı 26 dekabr 2014-cü il tarixdəcə məlumatları olmuş, lakin bundan sonra bir il ərzində deyil, həmin tarixdən 7 ilə yaxın bir müddət keçdikdən sonra hazırkı iddia tələbi ilə məhkəməyə müraciət edilmişdir. Ona görə də məhkəmə hesab etmişdir ki, iddiaçılar hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmələri üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2-ci maddəsində müəyyən edilən bir illik kəsici müddəti ötürmüşlər.

14. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçıların cavabdehlər Şəki Regional “ASAN” Xidmət Mərkəzi ndə Notariat Ofisinə və Cavabdeh1 qarşı Şəki rayonu Sarıca kəndi ünvanında yerləşən, JN-185 KOD 40402037 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən 4 nəfərdən ibarət ailələrinin mülkiyyətində olan 11,67 hektar torpaq sahəsinin alqı-satqısına dair 26 dekabr 2014-cü il tarixli, 4Ə-1582 nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddiaları təmin edilməməlidir.

15. Birinci instansiya məhkəməsi mövqeyini, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1, 337.2, 337.3, 337.4, 337.5, 324.1, 324.2, 324.4, 329.2, 389.1, 389.2, 567-ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4, 372.1, 372.1, 372.7-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat:

16. Qətnamədən narazı qalan iddiaçılar və müstəqil tələb irəli sürməyən üçünçü şəxs X11, apellyаsiyа şikаyəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın təmin olunması barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişlər.

17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə işin hallarını araşdırarkən həqiqətə qismən nail olmuş, alğı-satqının etibarsızlığını müddət ötürülməsi ilə əlaqələndirmişdir. Halbuki, məhkəmə qətnaməsində İddiaçı2 və iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Aygül Məmmədəliyevanın imzalarının olmamasını onların mübahisələndirilən alğı-satqı aktından xəbərləri olmaması kimi yox, xəbərləri vardır kimi qiymətləndirmiş, bununla da səhvə yol vermişdir. İddiaçı1 müqavilə imzaladıqdan sonra evə gəlib müqavilə şərtlərini bütün müddəaları ilə İddiaçı2 və iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Aygül Məmmədəliyevaya izah etməsi iş materiallarında mövcud deyildir. Məhkəmə ancaq İddiaçı1 ifadəsinə əsaslanaraq belə qənaətə gəlmişdir. Lakin bu məqam da şübhəli olduğundan hazırki iş üzrə iddia müddətinin ötürülməsindən söhbət gedə bilməz. Bundan əlavə İddiaçı2 və Aygül Məmmədəliyeva onlara məxsus torpaq sahəsinin satılmasından mübahisə məhkəməyə verilərkən xəbərləri olmuşdur. Onlar ailələrinin mülkiyyətində olan JN-185 KOD 40402037 saylı torpağın mülkiyyət hüququna dair Dövlət Aktında göstərilən torpaq sahəsinin icarədə olduğunu, onlara məxsus olduğunu daim İddiaçı1 eşitmişlər və buna etirazları olmamışdır. Halbuki məhkəmə qətnaməsində bütün bu söylənənlər yanlış yorumlanmış, onlar tərəfindən söylənməyən fikirlər məhkə mə qətnaməsinə salınaraq sanki 7 il əvvəlki alğı-satqıdan onların xəbərləri varmış və onlar bu alğı-satqıya razıymış kimi qiymətləndirilmişdir. Bu hal da məhkəmə tərəfindən səhv yorumlanaraq qanunsuz qətnamə qəbul edilmişdir. Bundan başqa İddiaçı1 JN-185 KOD 40402037 saylı torpağın mülkiyyət hüququna dair Dövlət Aktı ilə həmin torpaq sahəsinin yalnız özünə aid hissəsinin satılması barədə sərəncam verə bilərdi, İddiaçı2 və Aygül Məmmədəliyevanın adından torpaq sahəsinin onlara məxsus hissəsinin satılması absurddur və qanunsuzdur. Məhkəmə bu halı öz qətnaməsində göstərsə də, yalan və aldadıcı ifadələrlə cavabdehlərin xeyrinə qanunsuz qətnamə qəbul etmişdir.

18. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə işin hallarını araşdırarkən həqiqətə qismən nail olmuş, alqı-satqının eti barsızlığını müddət ötürülməsi ilə əlaqələndirmişdir. Halbuki məhkəmə qətnaməsində İddiaçı2 və iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Aygül Məmmədəliyevanın imzalarının olmamasını onların mübahisələndirilən alqı-satqı aktından xəbərləri olmaması kimi yox, xəbərləri vardır kimi qiymətləndirmiş, bununla da səhvə yol vermişdir. İddiaçı1 müqavilə imzaladıqdan sonra evə gəlib müqavilə şərtlərini bütün müddəaları ilə İddiaçı2 və iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Aygül Məmmədəliyevaya izah etməsi iş materiallarında mövcud deyildir. Məhkəmə ancaq İddiaçı1 ifadəsinə əsaslanaraq belə qənaətə gəlmişdir. Lakin bu məqam da şübhəli olduğundan hazırki iş üzrə iddia müddətinin ötürülməsindən söhbət gedə bilməz.

19. Cavabdeh1 apellyasiya şikayətinə qarşı yazılı etiraz vermiş və e tirazını onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi ancaq İddiaçı1 ifadəsinə əsaslanaraq belə qənaətə gəlmişdir. Lakin bu məqam da şübhəli - olduğundan hazırki is üzrə iddia müddətinin ötürülməsindən söhbət gedə bilməz. İddiaçı1, İddiaçı2 rəsmi həyat yoldaşı və müstəqil tələb irəli sürməyən ücüncü şəxs Aygül Məmmədəliyevanın doğma atasıdır və onlar bir evdə yaşayırlar. İddiaçı1 birinci instansiya məhkəməsində ifadə verərək qeyd etmişdir ki, 2014-cü ildə məhz alqı-satqı müqaviləsi barədə evdə həyat yoldaşı İddiaçı2 və qızı Aygül Məmmədəliyevaya məlumat vermişdir. Bundan başqa hazırki iddia ilə əlaqəli birinci instansiya məhkəməsinin heç bir prosesində nə İddiaçı2, nə də Aygül Məmmədəliyeva iştirak etməmiş və İddiaçı1 verdiyi izahatı təkzib etməmişlər. Halbuki, iddia ərizəsin ə İddiaçı2 da imza atmışdır və ən azı birinci instansiya məhkəməsində keçirilən məhkəmə prosesinə gəlməli və indiki apellyasiya şikayətində yazdığı fikrini bildirməli idi. Hazırki mülki işə, Şəki Rayon Sarıca kənd sakinləri X12 və X8 şahid ifadələrinin (ərizələrinin) əlavə olunması və onların xx.xx.2022-ci il, saat 11:00-a təyin edilmiş məhkəmə prosesində canlı dindirilməsi zəruriyyəti yaranmışdır. Belə ki, sözügedən bu şahidlərin birinci instansiya məhkəməsinə gəlib canlı ifadə verməkləri üçün birinci instansiya məhkəməsində hakimə şifahi vəsatət vermişdir. Hətta onların şəxsiyyət vəsiqələrinin surətləri tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilmişdir. İddiaçı1 birinci instansiya məhkəməsində alqı-satqı müqaviləsi barədə evdə həyat yoldaşı İddiaçı2 və qızı Aygül Məmmədəliyevay a məlumat verməsi ifadəsini əsas gətirərək ehtiyac olmadığını bildirmiş və vəsatətini təmin etməmişdir.

20. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X17 apellyasiya şikayətinə qarşı yazılı etiraz verərək etirazında bildirmişdir ki, mübahisəli torpaq sahəsini iddiaçı hər hektarına 600 manat olmaqla, cəmi 7.200 manata alqı-satqı müqviləsi ilə satmışdır. Alqı-satqı müqaviləsinidə iddiaçı şəxsən notariusa gedərək, ailə üzvülərinin razılığı ilə imzalamışdır. Onlar torpağı icarayə götürməmişdilər. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

21. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi cəlb edilmiş X16 apellyasiya şikayətinə qarşı yazılı etiraz verərək etirazında bildirmişdir ki, iddiaçını tanımır və həmin torpaq sahəsini 46.800 ma nata Cavabdeh1 alqı-satqı müqaviləsi ilə almışdır. Apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

22. Apellyasiya baxışında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 12 saylı Şəki Ərazi İdarəsinin verdiyi xx.xx.2022-ci il tarixli məlumatından görünür ki, Bakı şəhəri 19 saylı notariat ofisinin xx.xx.2021-ci il tarixli, 4Ə-684 nömrəli müqaviləsinə əsasən, Cavabdeh1 Şəki rayonu Sarıca kəndində yerləşən 11,67 ha torpaq sahəsini X2, xx.xx.2022-ci ildə sonuncunun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat aparılaraq çıxarış verilmişdir. Hazırda həmin torpaq sahəsi Rövşən Mirzəyevin mülkiyyətindədir.

23. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-799/2022 nömrəli, 01 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər Mahir Əsədli (sədrlik edən və məruzəçi), Vəzirxan Məlikov və Ələddin Məcidov) apellyasiya şikayəti təmin edilərək, Şəki Rayon Məhkəməsinin 2(075)-287/2022 nömrəli, 01 aprel 2022-ci il tarixli qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilməklə, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Şəki Regional ASAN Xidmət Mərkəzində Notariat Ofisinə və Cavabdeh1 qarşı Şəki rayonu Sarıca kəndi ünvanında yerləşən, JN-185 KOD 40402037 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən 4 nəfərdən ibarət ailələrinin mülkiyyətində olan 11,67 hektar torpaq sahəsinin alqı-satqısına dair 26 dekabr 2014-cü il tarixli, 4Ə-1582 nömrəli alqı-satqı müqaviləsi etibarsız hesab edilmişdir.

24. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, birinc i instansiya məhkəməsi iddianı rədd edərkən əsassız və reallığa uyğun olmayan nəticəyə gəlmişdir. Şəki rayon Aqrar İslahat Komissiyasının 11 iyul 1998-ci il tarixli, 54 saylı qərarı ilə İddiaçı1, İddiaçı2, X10 və X6 Şəki rayonu Sarıca kəndi ərazisindən 11,67 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ayrılmış, Şəki rayon Torpaq Şöbəsi tərəfindən onların adına bununla bağlı torpağa mülkiyyət hüququna dair JN-185 KOD 40402037 saylı dövlət aktı verilmişdir. Həmin torpaq sahəsi 26 dekabr 2014-cü il tarixli, 4Ə-1582 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh1 satılmışdır. Mübahisəli birgə mülkiyyətdə olan torpaq sahəsini digər mülkiyyətçilər adından yalnız İddiaçı1 tərəfindən imzalanmışdır. Digər mülkiyyətçi İddiaçı2 tərəfindən ona bununla bağlı heç bir etibarnamə verilməmişdi r. Eyni zamanda mülkiyyətçilərdən olan X13 22 fevral 2001-ci il tarixdə vəfat etmişdir. Alqı-satqı müqaviləsi imzalanarkən iddiaçının ailə üzvlərinə məxsus torpaq sahəsi onların iradəsi ziddinə satılmışdır.

25. Apellyasiya instansiyası məhkəməsi hesаb etmişdir ki, birinci instansiya məhkəməsi iddianın rədd edilməsini qət etməklə düzgün nəticəyə gəlməmişdir. Qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnunsuz və əsаssız, mаhiyyəti üzrə isə düzgün olmamışdır. Buna görə də, alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə dair iddia təmin edilməlidir.

26. Apellyasiya instansiya məhkəməsi mövqeyini, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324, 337.2, 337.3, 337.4, 389.1-ci maddələri, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 33.1, 33.4-cü maddələrinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4, 384-cü maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsində birinci icraat:

27. Qətnamədən Cavabdeh1 (Vəkil3) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.

28. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, işdəki məlumat və sənədlər onu təsdiq edir ki, 2014-cü ildə İddiaçı2 alqı-satqı müqaviləsi barədə məlumatı olmuşdur. İddiaçılar, iddia müddətini ötürmüşlər. Apellyasiya məhkəməsi işə baxarkən Azərbaycan RespublikasıMülki Məcəlləsinin birgə mülkiyyətə sərəncam verilməsinə dair normalarına (MM-nin 222) istinad etmək əvəzinə ümumi paylımülkiyyətə sərəncam verilməsinə dair normalara (MM-nin 215) istinad e tməklə maddi hüquq normalarını düzgün tətbiq etməmişdir.

29. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 222.2-ci maddəsinin məzmunundan da göründüyü kimi birgə mülkiyyətdə olan əşyaya dair sərəncamçılıq bütün mülkiyyətçilərin razılığı ilə hayata keçirilir və əmlaka dair sərəncam verilməsi haqqında əqdi mülkiyyətçilərdən hansının bağlamasından asılı olmayaraq bu razılıq ehtimal edilir. İddiaçı1 birgə mülkiyyətçi olaraq 26 dekabr 2014-cü ildə özü tərəfindən müqavilə imzalayarkən qanunvericiliyin tələbinə görə digər birgə mülkiyyətçilərin razılığının olması ehtimal edilir. Belə ki, İddiaçı1 məhkəmə iclası zamanı verdiyi izahatında bağladığı müqavilədən həmin gün digər birgə mülkiyyətçilərin xəbərinin olmasını qeyd etmişdir. Əgər digər birgə mülkiyyətçilər əqdin bağlanılmasına razı olmasaydıla r, bunun üçün 7 il gözləməz, dərhal məhkəməyə müraciət edərdilər. Ümumən qətnamə əsassız və qanunsuzdur. Belə ki, ümumiyyətlə apellyasiya məhkəməsi, maddi hüquq normanı doğru tətbiq etməmişdir.

30. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-440/2023 nömrəli, 27 fevral 2023-ci il tarixli qərarı ilə (hakimlər – Zaur Əliyev (sədrlik edən və məruzəçi), Əhməd Nurməmmədov və Abiddin Hüseynov) kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin 01 sentyabr 2022-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yeni apellyasiya baxışına göndərilmişdir.

31. Kassasiya instansiya məhkəməsi qeyd etmişdir ki, apellyasiya məhkəməsinin yalnız alqı-satqı müqaviləsi imzalanarkən iddiaçının ailə üzvlərinə məxsus torpaq sahəsinin onların iradəsi ziddinə satılması il ə bağlı halları və müqavilənin etibarsızlığına dair normaları göstərməklə mübahisəni həll etməsi düzgün və etibarlı nəticəyə gəlmək üçün yetərli olmamışdır. Çünki, bu xarakterli mübahisələrə baxılarkən göstərilənlərlə yanaşı səlahiyyətsiz şəxsin əşyaya sərəncam verməsi halında əqdi bəyənmə və hüquqdan sui-istifadə qadağası ilə bağlı qaydalar da nəzərə alınmalı, işin əhəmiyyət kəsb edən faktiki halları mülki qanunvericiliyin aidiyyəti normaları ilə birlikdə dəyərləndirilməklə qanuni və ədalətli nəticəyə gəlinməlidir.

32. Məhkəmə kollegiyası qeyd etmişdir ki, apellyasiya məhkəməsi tərəfindən ailə üzvlərinin kənd təsərrüfatı təyinatlı, özü də 11,67 hektar həcmində torpaq sahəsinin başqasına satılmasından xəbərdar olmamaları, habelə sakini olduqları kənddə həmin sahəni bir neçə il ərzində başq asının istifadə etməsini görməmələrinin mümkünlüyü (inandırıcılığı) qiymətləndirilməmiş, torpağa görə vergilərin kim tərəfindən ödənilməsi, (əgər varsa) dövlət tərəfindən verilən ödənclərin kim tərəfindən alınması və digər əhəmiyyət kəsb edən hallar tərəflərin iştirakı ilə tam və hərtərəfli yoxlanılmamış, tərəflərin razılaşma öncəsi və sonrakı hərəkətləri müqaviləni imzalamamış mülkiyyətçilərin (və ya onların vərəsələrinin) əqdi bəyənib-bəyənməmələri baxımından müzakirə edilməmişdir.

33. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, mübahisəli sahənin cavabdehə satılmasından müqaviləni imzalamamış mülkiyyətçi(lər)in məlumatlı olduqları, özlərinin davranışları ilə əqdi bəyənmələri müəyyən ediləcəyi halda, hazırkı iddianın irəli sürülməsinə, digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvə lki rəftara zidd hüququn həyata keçirilməsi, yəni hüquqdan sui-istifadə baxımından hüquqi qiymət verilməlidir. Apellyasiya instansiya məhkəməsində ikinci icraat:

34. İşə təkrarən apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən Cavabdeh1 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X17, birinci instasiya məhkəməsində verdikləri izahatla eyni məzmunlu izahat vermişlər. Cavabdeh1 əlavə olaraq bildirmişdir ki, 2015-ci ildən 2021-ci ilədək, yəni torpaq sahəsi onun tərəfindən özgəninkiləşdirinədək mübahisəli torpaq sahəsinə dair vergiləri özü ödəmiş və həmin torpaq sahəsinə dair subsidiyaları özü almışdır.

35. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-581/2023 nömrəli, 13 iyun 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Günay Cavadova (sədrlik edən və məruzəçi), Elçin Hüseynov və İmanverdi Şükürov) apellyasiya şikayətinin qismən təmin edilməsi, hazırki iş üzrə birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş 01 aprel 2022-ci il tarixli qətnamənin ləğv edilməsi və iş üzrə yeni qətnamənin qəbul edilməsi, iddiaçıların cavabdehlər Cavabdeh2nə və Cavabdeh1 qarşı “Şəki rayonu Sarıca kəndi ünvanında yerləşən, JN-185 KOD 40402037 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən 4 nəfərdən ibarət ailələrinin mülkiyyətində olan 11,67 hektar torpaq sahəsinin alğı-satqısına dair 26 dekabr 2014-cü il tarixli, 4Ə-1582 nömrəli alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə iddia tələbinin rədd edilməsi qət olunmuşdur.

36. Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normala rı düzgün tətbiq edilməmişdir. Belə ki, birgə mülkiyyətçilərdən birinin ümumi mülkiyyətdə olan əmlaka sərəncamla bağlı əqdi digər birgə mülkiyyətçilərdən hər hansı birinin razılığı olmadan bağlaması qanunvericiliyin məcburi göstərişlərinə zidd olduğu üçün etibarsızlıq halının yaranmasına səbəb olur. Lakin burada nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 358-ci maddəsinə əsasən, səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır. Əşyaya və ya hüquqa dair sərəncam verilməsi, əgər səlahiyyətli şəxs bunu bəyənirsə, etibarlı olur. Mülki Məcəllənin səlahiyyət verilməyən şəxsin əqd bağlaması adlanan 360.2-ci maddəsinə görə, təmsil edilən tərəfindən əqdin sonradan bəyənilməsi onun üçün əq din bağlandığı andan əqd üzrə mülki hüquq və vəzifələr yaradır, dəyişdirir və onlara xitam verir. Mülki hüququn bəyənmə - sonradan verilən razılıq institutunu nəzərdə tutan Mülki Məcəllənin 357-ci maddəsinə əsasən, əqd bağlanmasının bəyənilməsi, əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə (ex tunc) malikdir. Səlahiyyət verilməyən şəxsin bağladığı əqdin təmsil edilən tərəfindən bəyənilməsi, əqd bağlanan zaman əqdi bağlayan şəxsin səlahiyyətə malik olması kimi qiymətləndirilir və təmsil edilən şəxs üçün bütün müvafiq hüquqi nəticələrə (mülki hüquq münasibətinin əmələ gəlməsi, dəyişdirilməsi və ya xitamı) səbəb olur. Sonradan verilən razılığın nə zaman verilməsindən asılı olmayaraq, o əqdin bağlandığı an dan əqdin tərəfi hesab edilir. Hüquqi təbiətinə görə əqdin bəyənilməsi birtərəfli əqd olaraq qəbul edilir, belə ki, onun bağlanması üçün yalnız təmsil edilən şəxsin iradə ifadəsi zəruri və yetərlidir. Mülki Məcəllənin 355.2-ci maddəsinin “razılıq üçün müəyyənləşdirilmiş əqd formasına riayət edilməsi tələb olunmur” müddəası mahiyyət və məzmun etibarı ilə məhz bəyənmə hallarına aiddir. Bu nöqteyi-nəzərdən də hüquqi baxımdan məcburi forma şərtinə tabe tutulan müəyyən bir əqdə dair təmsil olunanın konkludent hərəkətləri və rəftarı (məsələn, uzun müddət ərzində əşyadan əqd üzrə qarşı tərəfin öz əşyası kimi fasiləsiz və bariz istifadəsinə etiraz etməməsi və s.) onun tərəfindən əqdin bəyənilməsinə dəlalət edir. Bu baxımdan, əqdin bağlanmasına zahirən razılığı olmayan ümumi mülkiyyət sahibinin b u əqddən xəbərdar olması və bəyəndiyini göstərən hərəkət və rəftarı işin hallarından bariz məlum olduğu təqdirdə, işin halları tam və hərtərəfli araşdırılıb bunlara hüquqi qiymət verilmədən, birgə mülkiyyətçilərdən hər hansı birinin imzasının olmamasına görə onun bu əqdə razılığının olmadığı qənaətinə gəlinməsi mülki hüququn vicdanlılıq və hüquqdan suiistifadənin yolverilməzliyi prinsiplərinə zidd nəticənin yaranmasına səbəb olar.

37. Məhkəmə kollegiyası qeyd etmişdir ki, işin mübahisəsiz halı ondan ibarətdir ki, iddiaçılar və iş üzrə 3-cü şəxs Aygül Məmmədəliyeva ailə üzvləridirlər və torpağın yerləşdiyi Şəki rayonu Sarıca kəndinin sakinləridirlər. İddiaçı1 tərəfindən ailə üzvlərinə verilmiş torpağın satılmasına dair notarial qaydada müqavilə bağlanmış və sahə 2014-cü ildən cavabdehin sah ibliyində və istifadəsinə verilmişdir. İddiaçı1 birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli iclasında bildirmişdir ki, alqı-satqı müqaviləsi imzalanan gün onun bir nüsxəsini evə aparmış, müqaviləni həm arvadı İddiaçı2, həm də Aygül Məmmədəliyevaya göstərmiş, müqavilənin məzmunu barədə məlumat vermiş, arvadı və qızı müqavilə ilə tanış olmuşlar. Qeyd olunanlara qiymət verən məhkəmə kollegiyası bildirirmişdir ki, ailə üzvləri olan iddiaçılar və 3-cü şəxs Aygül Məmmədəliyevanın kənd təsərrüfatı təyinatlı, özü də 11,67 hektar həcmində torpaq sahəsinin başqasına satılmasından xəbərdar olmamaları, habelə sakini olduqları kənddə həmin sahəni bir neçə il (7 il) ərzində başqasının istifadə etməsini görməmələri inandırıcı və ağlabatan deyil. Göstərilənlərələ bağlı iddiaçıların məhkəmələr ə yanlış məlumat vermələri həmçinin keçən 7 il ərzində torpaq sahəsinin qaytarılması ilə bağlı keçmiş mülkiyyətçilərin hər hansı addım atmamaları ilə təsdiq olunur. Bundan başqa, işdə olan sənədlərdən (Şəki rayon Qayabaşı Bələdiyyəsinin xx.xx.2022-ci tarixli, 04 nömrəli arayışı və Şəki şəhər İcra Hakimiyyəti başçısının Qayabaşı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli, 10 nömrəli arayışı) və Cavabdeh1 verdiyi məlumatdan görünür ki, mübahisəli torpaq sahəsinə dair alqı-satqı müqaviləsi bağlandıqdan sonra torpağa görə vergilər Cavabdeh1 tərəfindən ödənilmiş, həmçinin əmlakla bağlı onun adına subsidiyalar ayrılmışdır. Bu baxımdan, əqdin bağlanmasına zahirən razılığı olmayan ümumi mülkiyyət sahibi olan iddiaçıların və 3-cü şəxs Aygül Məmmədəliyevanın bu əqddən xəbərdar olmaları və bəyəndikləri işin araşdırılmış halları ilə müəyyən olunur.

38. İşin faktiki hallarına əsasən məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçıların hazrıkı iddia tələbi üzrə birgə mülkiyyətdə olan əmlakın özgəninkiləşdirilməsində bütün paylı mülkiyyətçilərin sırf yazılı qaydada razılığı ifadə edilmədiyinə görə İddiaçı2 və 3-cü şəxs Aygül Məmmədəliyeva tərəfindən bəyənilməmiş hesab edilməsi barədə dəlilləri əsaslı hesab edilə bilməz. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, iddia əsassızdır. Apellyasiya şikayətinin dəlilləri isə qismən əsaslıdır.

39. Apellyasiya instansiya məhkəməsi mövqeyini, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 16.1, 152.5, 213.1, 213.2, 213.6, 222,2, 22.3, 337.1, 337.5, 355.1, 355.2, 357, 358.1, 358.2, 360.2, 560.2, 560.2, 5 60.3.4-cü maddələri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.1, 14.2, 76.1, 77.1, 88, 217.1, 217.3, 384.0.2-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:

40. Qətnamədən iddiaçılar (vəkil Nümayəndə) kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin tam ləğv edilməsi və işin yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasınıi xahiş etmişlər.

41. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı2 və onun yetkinlik yaşına çatmış qızı X9 şəhərində yaşamış və hazırda da yaşamaqdadır. Onların müqavilədən və müqaviləyə atılmış imzalardan xəbəri olmamışdır. Müqavilədə onların iradə ifadəsi yoxdur və onların bu müq avilədən xəbəri olmaması səbəbindən hərəkətsiz qalmışlar və müqavilənin etibarsızlığı ilə bağlı iddia qaldırmamışlar. Onlar tərəfindən bu cür qanun pozuntusu aşkarlanan kimi məhkəmədə iddia qaldırmışlar. Bundan başqa, məhkəmə iclasında reallıqda qətnamədə göstərilməyən sübutlar araşdırılmış, lakin əsas sübutlar isə araşdırılmadan üzərindən keçilmişdir. Cavabdeh tərəfindən heç bir sübut təqdim edilməməsinə baxmayaraq məhkəmə cavabdehin əvəzindən öz fikrini ifadə etmişdir. Halbuki, bu cür sübutları təqdim etmək tərəflərin hüququdur. Kassasiya şikayətinə qarşı verilmiş etirazın dəlilləri:

42. İddiaçılar tərəfindən verilmiş kassasiya şikayətinə qarşı Cavabdeh1 yazılı etiraz vermiş, etirazında kassasiya şikayətinin dəlillərinin əsassız olduğunu qeyd edərək, kassasiya şikayətinin təmin edilməm əsini, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi.

43. Maddə 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda suiistifadə edilməsinə yol verilmir.

44. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şə xslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

45. Maddə 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur.

46. Maddə 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər.

47. Maddə 213.6. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi ümumi mülkiyyətdə olan əşya barəsində üçüncü şəxslərə qarşı tələblər irəli sürə bilər. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi əmlakı yalnız bütün mülkiyyətçilərin xeyrinə tələb edə bilər.

48. Maddə 222.2. Birgə mülkiyyətdə olan əşyaya dair sərəncamçılıq bütün mülkiyyətçilərin razılığı ilə həyata keçirilir və əmlaka dair sərəncam verilməsi haqqında əqdi mü lkiyyətçilərdən hansının bağlamasından asılı olmayaraq bu razılıq ehtimal edilir.

49. Maddə 222.3. Birgə mülkiyyətin hər bir mülkiyyətçisi, əgər bütün mülkiyyətçilərin razılaşmasından ayrı qayda irəli gəlmirsə, ümumi əşyaya dair sərəncam verilməsi haqqında əqdlər bağlaya bilər. Birgə mülkiyyətin mülkiyyətçilərindən birinin ümumi əmlaka dair sərəncam verilməsi ilə əlaqədar bağladığı əqd həmin mülkiyyətçinin lazımi səlahiyyətlərinin olmaması mülahizələrinə əsasən qalan iştirakçıların tələbi ilə yalnız o halda etibarsız sayıla bilər ki, əqdin başqa tərəfinin bunu bildiyi və ya bilməli olduğu sübuta yetirilsin.

50. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

51. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.

52. Maddə 355.1. Əgər əqdin etibarlığı üçüncü şəxsin razılığından asılıdırsa, onda həm razılıq, həm də razılıqdan imtina istər bir tərəfin, istərsə də digər tərəfin qarşısında ifadə edilə bilər.

53. Maddə 355.2. Razılıq üçün müəyyənləşdirilmiş əqd formasına riayət edilməsi tələb olunmur.

54. Maddə

357. Əqd bağlanmasının bəyənilməsi (sonradan verilən razılıq), əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyə nləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə malikdir.

55. Maddə 358.1. Səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır.

56. Maddə 358.2. Əşyaya və ya hüquqa dair sərəncam verilməsi, əgər səlahiyyətli şəxs bunu bəyənirsə, etibarlı olur.

57. Maddə 360.2. Təmsil edilən tərəfindən əqdin sonradan bəyənilməsi onun üçün əqdin bağlandığı andan əqd üzrə mülki hüquq və vəzifələr yaradır, dəyişdirir və onlara xitam verir.

58. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.

59. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razıl aşmalar və hərəkətlər isə etibarsızdır.

60. Maddə 560.3.4. Digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə əsaslarından biridir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

61. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

62. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

63. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

64. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsasl andırır.

65. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

66. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

67. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

68. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

69. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Maddə

420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya baxışının hədləri:

70. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq z ərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

71. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçılar tərəfindən tam mübahisələndirildiyindən hazırki kassasiya baxışının hədlərini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:

72. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiya məhkəməsi, bunda n əvvəl işə baxmış kassasiya instansiya məhkəməsinin qərarında şərh edilən göstərişlərinə əməl etmişdir. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

73. Belə ki, məhkəmə kollegiyasının qənaətinə görə işə mahiyyəti üzrə baxan apellyasiya instansiyası məhkəməsi işlə bağlı sübutetmə yükünü düzgün bölüşdürmüş və səlahiyyətləri çərçivəsində təqdim olunmuş sübutlara hüquqi qiymət vermişdir.

74. İşin apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, Şəki rayon Aqrar İslahat Komissiyasının 11 iyul 1998-ci il tarixli, 54 saylı qərarı ilə İddiaçı1, İddiaçı2, X10 və X6 Şəki rayonu Sarıca kəndi ərazisindən 11,67 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ayrılmış, Şəki rayon Torpaq Şöbəsi tərəfindən onların adına bununla bağlı torpağa mülkiyyət hüququna dair JN-185 KOD 40402037 saylı dövlət aktı verilmişdir. Birgə mülkiyyətçilərdən Fərid Məmmədəliyev 2001-ci ildə vəfat etmişdir. Mərhumun birinci növbə vərəsələri onun valideynləri, hazırki iş üzrə iddiaçılardır. Həmin torpaq sahəsi 26 dekabr 2014-cü il tarixli, 4Ə-1582 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh1 satılmışdır. Hazırda iddiaçılar özlərinə və övladlarına məxsus olan torpaq sahəsinə dair bağlanmış alğı-satqı müqaviləsinin digər mülkiyyətçilər adından yalnız İddiaçı1 imzaladığını, digər mülkiyyətçilər tərəfindən ona bununla bağlı səlahiyyət verilmədiyini, h ətta mülkiyyətçilərdən biri olan və xx.xx.2001-ci il tarixdə vəfat edən Fərid Məmmədəliyevin adı qarşısındakı imzanın İddiaçı1 icra etdiyini, habelə alğı-satqı müqaviləsinin alıcı qismində çıxış edən Cavabdeh1 tərəfindən deyil, üçüncü şəxs Saleh Hüseynov tərəfindən imzalandığını bildirərək, beləliklə də alğısatqı müqaviləsinin qanunvericiliyin tələblərinə uyğun olmadan tərtib edilməsini iddia edərək, müqavilənin etibarsız hesab edilməsi barədə hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişlər.

75. Apellyasiya instansiya məhkəməsi iddianın rədd edilməsi ilə bağlı gəldiyi nəticəni hazırki qərarın 36-38-ci paraqraflarında qeyd olunan şəkildə əsaslandırmaqla hesab etmişdir ki, mübahisəli torpaq sahəsinə dair alqı-satqı müqaviləsi bağlandıqdan sonra torpağa görə vergilər Cavabdeh1 tərəfindən ödənilmiş, həmçinin əmlakla bağlı onun adına subsidiyalar ayrılmışdır. Bu baxımdan, əqdin bağlanmasına zahirən razılığı olmayan ümumi mülkiyyət sahibi olan iddiaçıların və 3-cü şəxs Aygül Məmmədəliyevanın bu əqddən xəbərdar olmaları və bəyəndikləri işin araşdırılmış halları ilə müəyyən olunur.

76. Mülki Məcəllənin əqdlərin etibarsızlığı anlayışı və onun nəticələrini müəyyən edən 337-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Qeyd edilən maddədə etibarsızlıq hallarının iki növü göstərilmişdir. Bunlar mübahisə edilən əqdlər və əhəmiyyətsiz əqdlərdir. Tərəfin iradə ifadəsinin zədələnmiş olduğu hallarda (hakimiyyətdən sui-istifadə, aldatma, zorakılıq, hədə, vacib əhəmiyyətli yanılma və s. nəticəsində) əqdlər mübahisələndirilməklə etibars ız hala gəlir. İradə ifadəsi zədələnmiş şəxsin əqdi mübahisələndirməsinə qədər həmin əqd etibarlı əqd kimi qəbul edilir və müvafiq hüquqi nəticələrə səbəb olur. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsız hesab edilir. Tərəflər arasında əqdin etibarsızlığı ilə bağlı mübahisə yaranarsa, məhkəmə qərarı əsasında əqdin etibarsızlığı halının mövcud olub-olmadığı müəyyən edilə bilər.

77. Bu baxımdan kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və yuxarıda qeyd olunanları nəzərə alıb hesab edir ki, iddiaçıların kassasiya şikayətində qeyd olunan dəlillər apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq, işin hallarına düzgün hüquqi qiymət verildiyi üçün həmin dəlilləri araşdırmağa lüzum yoxdur. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.

78. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətinin əksər dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur.

79. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmi n Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. 80. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı h esab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

81. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.

82. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

83. Göst ərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-581/2023 nömrəli, 13 iyun 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar