Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4021/2025 03.02.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: borc müqaviləsi, öhdəliyin icra edilməməsi, iddia müddəti) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi hakim), Nurməmmədov Əhməd Güləhməd oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx. xx.2025-ci il tarixli, 2(106)-1555/2025 nömrəli qətnaməsindən iddiaçının kassasiya şikayətinə 03 fevral 2026-ci il tarixdə yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. "xxxx" Açıq Səhmdar Cəmiyyəti xx.xx.2014-cü il tarixli, ********* nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh illik 26 faiz dərəcəsi ilə 36 ay müddətinə 10000 ABŞ dolları məbləğində kredit vermişdir.
2. İddiaçı ASC Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının 22 dekabr 2017-ci il tarixli 49 nömrəli qərarı ilə müflis elan edilərək lisenziyası ləğv edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat 3. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu (bundan sonra “iddiaçı” və ya “Bank”) iddia ərizəsi ilə m əhkəməyə müraciət edərək Cavabdeh (bundan sonra “cavabdeh” və ya “borclu”) 5366,71 ABŞ dolları əsas borcun və ödənilmiş 111,24 manat məbləğində dövlət rüsumunun əvəzinin iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2014-cü il il tarixdə Bank tərəfindən cavabdehə 10.000 ABŞ dolları məbləğində pul verilmiş, cavabdeh orderə imza atmaqla pulun götürülməsini təsdiq etmişdir. Cavabdeh xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə iddiaçıdan kredit almaq hüququna sahib olduğu kimi, eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin cavabdeh iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə et sə də, kredit vəsaitinin ödəməli olmasına dair vəzifəsini yerinə yetirməmişdir. Hazırda Bank tərəfindən xx.xx.2014-cü il tarixli kredit müqaviləsinin və ona əlavə edilmiş sənədlərin məhkəməyə təqdim edilməməsinin səbəbi Bankın lisenziyasının Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının 22 dekabr 2017-ci il tarixli 49 saylı qərarı ilə ləğv edildikdən və müflis elan edildikdən sonra filialların bağlanması və filallarda olan sənədlərin məhv edilməsi, itirilməsi və ya korlanması olmuşdur. Qeyd edilən sənədlərin məlum səbəblərdən məhkəməyə təqdim edilməsi mümkün olmasa da, 10000 ABŞ dolları məbləğində pulun bankın kassasından alınmasını təsdiq edən kassa-məxaric orderi mötəbər sübut hesab olunaraq cavabdehin bütün hallarda Bank qarşısında öhdəliyinin yarandığını əks etdirir. Kassa-məxaric orderi – nağd vəsaitin kassadan məxaricini sübut edən sənəddir. Cavabdeh ümumilikdə 10.000 ABŞ dolları məbləğində pulu əldə edərək əsassız varlanmışdır. xx.xx.2025-ci il tarixli maliyyə arayışına əsasən xx.xx.2025-ci il tarixə cavabdehin əsas borcu 5.366,71 ABŞ dolları təşkil edir. Kredit müqaviləsinin şərtlərinin kobud şəkildə pozulması ilə əlaqədar Bank tərəfindən cavabdehə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına və bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdeh heç bir cavab verməmiş və kredit borcunun Banka qaytarılmasını təmin etməmişdir. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdeh tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdeh ona verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi.
5. Birinci instansiya məhkəməsində cavabdehin nümayəndəsi Nümayəndə1 iddya etiraz etmiş, həmçinin iddia müddətinin tətbiqi barədə verərək bildirmişdir ki, tərəflər arasında 2014-cü il tarixdə müqavilə imzalanmış və cavabdeh həmin müqavilə üzrə ödənişlərini etmişdir. Sonradan Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə kredit borcu ödənilmiş və cavabdeh artıq borcunun qalmadığını düşünmüşdür. Lakin iddiaçı illər sonra saxta və qanunsuz müqavilə ilə borc tələb edir. Odur ki, iddia müddəti tətbiq edilməklə iddia tələbinin rədd edilməsini xahiş etmişdir.
6. Füzuli Rayon Məhkəməsinin 2(064)- 1227/2025 nömrəli, 1 avqust 2025-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmiş, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilmişdir. (hakim Elmir İsmayılov)
7. Birinci instansiya məhkəməsi öz mövqeyini onunla əsaslandırmışdır ki, tərəflər arasında mülki hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olan mülki qanunvericiliyin tələbinə əsasən kredit münasibətlərindən yaranan mübahisələrə Mülki Məcəllənin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edildiyindən iddia müddətinin axımı xx.xx.2017-ci il tarixdən başlamış və xx.xx.2020-ci il tarixdə başa çatmışdır. Baxmayaraq ki, iddiaçı tərəfindən təqdim edilən xx.xx.2014-cü il tarixli kredit müqaviləsi qanunvericiliyin tələblərinə uyğun olaraq hüquqi şəxsin möhürü ilə təsdiqlənməmişdir, cavabdehin etibarn amə üzrə nümayəndəsi və vəkili Nümayəndə1 həmin müqavilənin mövcudluğunu təsdiqləyərək tərəflər arasında müqavilə münasibətlərinin yarandığını etiraf etmişdir.
8. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdeh tərəfindən iddiaçı ilə aralarında bağlanmış əqdin etibarlılığı təsdiq edildiyindən və iddiaçı tərəfindən tələblə bağlı iddia müddəti keçdiyindən həmin iddia tələbi rədd edilməlidir. Belə ki, tərəflər arasındakı kredit müqaviləsi xx.xx.2014-cü il tarixdə 36 ay müddətinə bağlanmışdır. Bundan sonra iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə xx.xx.2025-ci il tarixdə müraciət etmişdir. Göründüyü kimi, iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etdikdə artıq iddia müddətini ötürmüşdü. Buna görə də, iddia müddəti tətbiq edilməklə iddia ərizəsi rədd edilməlidir.
9. Birinci instansiya məhkəməsi iddia tələbinin əsası kimi iddiaçı tərəfindən təqdim edilən xx.xx.2017-ci il tarixli kredit və zaminlik müqaviləsi üzrə əlavə sazişlərə münasibətdə vurğulamışdır ki, həmin sazişlər qanunvericiliyin tələblərinə uyğun olaraq, yəni kreditorun imza və möhürü ilə təsdiqlənmədiyindən, həmçinin həmin sazişin mövcudluğu cavabdeh tərəfindən etiraf edilmədiyindən etibarsız əqdlər hesab olunur, bu da cavabdeh üçün heç bir hüquqi nəticə yaratmır.
10. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 337.1, 337.2, 337.3, 337.4, 375.2-ci maddələri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 3 iyun 2013-cü il tarixli və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2 aprel 2021-ci il tarixli qəralarında şərh edilən hüquqi mövqeyə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
11. İddiaçı apellyasiya şikayəti verərək, qətnaməsinin ləğv, iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır.
13. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kol legiyasının 2(106)-1555/2025 nömrəli xx.xx.2025-ci il tarixli qətnaməsi ilə (hakimlər - Tofiq Heydərov (sədrlik edən, məruzəçi), İlham Əsədov və Pərviz Əhmədov) apelyasiya şikayəti təmin edilməmiş, Füzuli Rayon Məhkəməsinin 2(064)-1227/2025 nömrəli, 1 avqust 2025-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.
14. Apellyasiya instansiyası məhkəməsi iddia müddətinin ötməməsi ilə bağlı şikayətin dəlilləri üzrə göstərmişdir ki, ********* saylı xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə əlavə saziş № 02 İmişli 28 aprel 2017-ci il və ********* saylı xx.xx.2014-cü il tarixli Zaminlik müqaviləsi üzrə əlavə saziş № 02 İmişli 28 aprel 2017-ci il dəyişikliklərin edilməsi kserosurət olmaqla tələbkar borclu və zamin tərəfindən imzalanmamış və Bank tərəfindən möh ürlə təsdiqlənməmişdir. Bu isə onu deməyə əsas verir ki, tərəflərin iradəsini azad şəkildə ifadə edən və qarşılıqlı hüquq və vəzifələrini müəyyənləşdirən müqavilə mövcud olmadığından cavabdehin hansı öhdəlikləri üzərinə götürməsi, bu öhdəliyi lazımınca yerinə yetirib-yetirməməsi və sair xüsusatları müəyyənləşdirmək mümkün olmamışdır. Həmin sazişin 2.1-ci bəndində qeyd olunur ki, bu saziş imzalandığı tarixdən qüvvəyə minir. Halbuki, qanunvericlik öhdəliyin əmələ gəlməsi əsaslarından biri kimi tərəflər arasında müqavilənin olmasını nəzərdə tutmuşdur. Yalnız bu halda kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Müqavilə olmadığı halda tərəflərdən hər hansı birinin üzərinə öhdəlik qoyulması (qaytarma öhdəliyi) mülki qanunvericiliyin tələblərinin pozulması kimi qiymətl əndirilə bilər.
15. Bundan başqa Azərbaycan Respublikası Ali Məhkəmənin vahid təcrübə yaradan oxşar mübahisələr üzrə çıxarılmış qərarlarında qeyd olunmuşdur ki, MPM-in 77.1-ci maddəsinə əsasən, iddiaçının öz tələbinin əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsi daşıdığı müəyyən edilmişdir. Kredit müqaviləsindən irəli gələn tələblər üzrə iddiaçı tərəfindən məhkəməyə həmin kredit müqaviləsi (əsli və ya lazımi qaydada təsdiq edilmiş surəti) və kredit məbləğinin cavabdehə verilməsini təsdiq edən sənədlər (kassa məxaric orderi və s.) təqdim edilməyibsə və təqdim edilmiş ödəniş qəbzlərindən onların hansı müqavilə üzrə ödənildiyi müəyyən olunmursa, öhdəliyin mövcudluğu sübuta yetirilmədiyindən bankların bu kateqoriya tələbləri rədd edilir. Bankın təqdim etdiyi hesabdan çıxarış və maliy yə arayışı isə birtərəfli qaydada tərtib edilmiş sənədlər olduğundan həmin halı təsdiq edən mötəbər sübutlar kimi qəbul edilmir (Ali Məhkəmənin 2(102)-1113/2021, 2(102)-2906/2021, 2-2(102)-239/2021, 2- 2(102)-402/2022 və 2(102)546/2023 nömrəli işlər üzrə qərarları).
16. Apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə birinci instansiya məhkəməsi haqlı olaraq ********* saylı xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə əlavə saziş № 02 İmişli 28 aprel 2017-ci il və ********* saylı xx.xx.2014-cü il tarixli Zaminlik müqaviləsi üzrə əlavə saziş № 02 İmişli 28 aprel 2017-ci il dəyişikliklərin edilməsi barədə müqavilələri kserosurət olması əsası ilə öhdəliyin mövcudluğu sübuta yetirilməməsi əsası ilə qəbul etməmiş, xx.xx.2014-cü il tarixli, ********* nömrəli kredit müqaviləsinin kserosur ət olmasına baxmayaraq cavabdehin həqiqətən xx.xx.2014-cü il tarixdə illik 26% dərəcəsi ilə 36 ay ödəmək şərti ilə 10000 USD məbləğində kredit götürdüyünü və müqavilə müddətində öhdəliyini yerinə yetirərək banka olan borcunu tam ödədiyini, bank qarşısında heç bir öhdəliyinin qalmadığını bildirməsini əsas götürərək, həmin müqavilənin kserosurət olmasına baxmayaraq cavabdeh tərəfindən etiraf edldiyindən sübut əhəmiyyəti olan sənəd kimi qəbul etmiş və cavabdehin nümayəndəsi tərəfindən iddiaçı "xxxx" ASC-nin müqavilə üzrə müddətin bitməsi tarixindən, yəni xx.xx.2017-ci il tarixdən keçən 3 (üç) il ərzində iddia qaldırmalı olduğu halda, 8 (səkkiz) ildən sonra iddia qaldırdığından iddia müddətinin tətbiqi barədə ərizəsini nəzərə almışıdr.
17. Göründüyü kimi iddiaçının xx.xx.2014-cü il tarixli kre dit müqaviləsi üzrə iddia müddətinin axımı son icra tarixindən, yəni xx.xx.2017-ci il tarixdən başlamış və xx.xx.2020-ci il tarixdə bitmiş, iddiaçı müqavilə tələbləri üzrə iddia müddətini keçirməklə, yəni müqavilə üzrə müddətin bitməsindən sonra xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət etmişdir.
18. Göstərilənlərə əsasən apellyasiya instansiyası məhkəməsi yekun dəyərləndirmə apararaq hesab etmişdir ki, iddiaçı bu cür tələblər üçün qanunla müəyyən edilmiş müqavilə tələbləri üzrə iddia müddətini ötürdüyündən, habelə mübahisə tərəfi olan cavabdeh iddia müddətinin tətbiqinə dair ərizə verdiyindən, iş üzrə iddia müddəti tətbiq edilərək, iddia müddətinin ötürülməsinə görə iddianın rədd edilməsi barədə birinci instansiya məhkəmsinin gəldiyi nəticə qanuni və əsaslıdır.
19. Apellyasiya instansiy ası məhkəməsi gəldiyi nəticəni Mülki Məcllənin 385.1, 442, 448.1, 368, 373.2, 375.1 və 377.1-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
20. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.
21. Kassasiya şikayəti iddia ərizəsi və apellyasiya şikayəti ilə analoji məzmunda əsaslandırılmaqla qeyd edilmişdir ki, mübahisələndirilən kredit üzrə xx.xx.2014-cü il tarixli 3/1/71749408 nömrəli kassa-məxaric orderinin əsli bankda saxlanılır və həmin kassaməxaric orderinin əsli elektron məhkəmə sisteminə skan edilərək yüklənmişdir. Lakin mə hkəmə kollegiyası tərəfindən çıxarılmış qətnamədə kassa-məxaric orderinin yalnız surətinin təqdim edildiyi qeyd edilmişdir. Halbuki elektron məhkəmə sistemində kassaməxaric orderinin əslinin mövcudluğu aydın şəkildə təsdiqlənir. Bununla yanaşı, nə birinci instansiya məhkəməsi, nə də apellyasiya instansiya məhkəməsi tərəfindən banka kassaməxaric orderinin əslinin kağız daşıyıcıda təqdim olunması üçün heç bir müraciət olunmamışdır. Odur ki, məhkəmənin iddiaçı bankdan kassa-məxaric orderinin əslinin kağız daşıyıcıda tələb etməməsi bu halın düzgün qiymətləndirilməməsinə səbəb olmuşdur. Göründüyü kimi, kassa-məxaric orderinin əslinin və digər müvafiq ödəniş sənədlərinin təqdim olunması, mübahisəli tələbin sübuta yetirilməsi üçün kifayət edir. Bu sənədlərin müvafiq qaydada təqdim edilməsi cavabd eh ilə bank arasında öhdəliyin mövcudluğunu və krediti almağa dair razılaşmanın gerçəkləşdiyini təsdiq edən mötəbər sübutdur. Bu səbəbdən cavabdehin öhdəliyi mövcud olmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
22. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə
368. Vaxt dövrü ilə müəyyənləşdirilmiş müddətin axımı təqvim tarixindən və ya müddətin başlanması üçün müəyyənləşdirilmiş hadisənin baş verməsindən sonrakı gün başlanır. Maddə 369.1. İllərlə hesablanan müddət müddətin sonuncu ilinin müvafiq ayında və günündə qurtarır. Yarım illə müəyyənləşdirilmiş müddətə aylarla hesablanan müddətlər üçün qaydalar tətbiq edilir. Həm də yarım il altı ay bərabər sayılır, yarım il isə ilin əvvəlindən hesablanmağa baş lanır. Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Maddə 372.2. hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Maddə 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan is tisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Maddə 739.1. (münasibətlərin yarandığı zaman qüvvədə olan redaksiyada) Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2. (münasibətlərin yarandığı zaman qüvvədə olan redaksiyada) Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. “Azərbayc an Respublikası Mülki Məcəlləsinin 375.2-ci və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 48.1.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 11 fevral 2022-ci il tarixli Qərarı İddia müddəti institutu tələb haqlarına şamil olunmaqla mülki münasibət iştirakçılarına pozulmuş hüquqlarının məhkəmə vasitəsi ilə müdafiəsi (borclunun öhdəliyini icra etməyə məcbur edilməsi) imkanının müəyyən müddətlə (zaman kəsiyi) məhdudlaşdırılmasını nəzərdə tutur. İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etm ək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 373.1, 373.3, 551.1, 551.2.1 və 553.1.1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından şərh olunmasına dair” Azərbaycan Respublikası Kons titusiya Məhkəməsi Plenumunun 15 fevral 2023-cü il tarixli Qərarı Məhkəmə müdafiəsi hüququ mütləq hüquq olmadığına görə müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər. Lakin yalnız qanunvericilik səviyyəsində müəyyən oluna biləcək belə məhdudiyyətlər Konstitusiyada təsbit olunmuş hüquq və azadlıqları ləğv edə bilməz. Bu məhdudiyyətlər məhkəmələr tərəfindən özbaşına deyil, hüququn təbiətinə uyğunlaşa bilən, müvafiq hüquqa mütənasib şəkildə və eyni zamanda, bu hüququn hüdudları kimi düzgün tətbiq edilməlidir. Məhkəmə müdafiəsi hüququ ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş məhdudiyyətlərdən biri də iddia müddətidir. İddia müddəti ilə bağlı məhdudiyyətlər bir neçə vacib məqsədə xidmət edir. Yəni hüquqi müəyyənliyi və qətiliyi təmin edir, cavabdehi “köhnəlmiş” təl əblərdən müdafiə edir və məhkəmənin uzaq keçmişdə baş verən hadisələr ilə bağlı, zaman keçdiyindən natamam və etibar doğurmayan sübutlar əsasında qərar qəbul edəcəyi təqdirdə yarana bilən ədalətsizliyin qarşısını alır. İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri oby ektiv əsaslarla həll etmək imkanı yaradır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin Plenumunun 2013-cü il 3 iyun tarixli Qərarı İşin məhkəmə baxışına hazırlığı zamanı hakimin tərəflərdən hər hansı birindən iddia müddətinin keçməsi ilə bağlı sübutları təqdim etməyi və ya izahat verməyi tələb etməsi yolverilməzdir. Əgər maraqlı tərəf, yəni cavabdeh iddia ərizəsinə qarşı verdiyi etirazda iddia müddətinin keçməsinə istinad edərsə, hakim işin məhkəmə baxışına hazırlığı qaydasında işin düzgün və vaxtında həllini təmin etmək üçün tərəflərin hər birinə iddia müddəti ilə bağlı müvafiq sübutların təqdim olunmasını təklif edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəf lərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418. 4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsi nin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
23. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
24. Kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirilib. Bu səbəbdən kollegiya qətnaməni tam yoxlayır.
25. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi 26 Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları da müəyyən edilmir. Bu baxımdan, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
27. Apellyasiya məhkəməsi iddia tələbi və apelyasiya şikayəti üzrə düzgün nəticəyə gəlib.
28. İddia tələbi öhdəlik münasibətlərindən irəli gəlib, kredit borcunun qaytarılması, tələbin ipoteka predmetinə yönəldilməsi barədədir.
29. İşin apellyasiya məhkəməsi tərəfindən müəyyən edilən halları da ondan ibarətdir ki, cavabdehlə xx.xx.2014-cü il ta rixdə 36 ay müddətinə bağlanmış, müqavilənin müddəti xx.xx.2020-ci il tarixdə bitmişdir. İddiaçı müqavilə tələbləri üzrə iddia müddətini keçirməklə, yəni müqavilə üzrə müddətin bitməsindən sonra xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət etmişdir. İddia müddətinin axımının dayanması və kəsilməsi də müəyyən edilməyib.
30. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmələr, o cümlədən apellyasiya instansiyası iddia müddətinin ötürülməsini müəyyən etdiyi üçün iddia müddətini nizama salan Mülki Məcəllənin yuxarıda qeyd edilən normalarının tətbiqi işin hallarına uyğun olmuşdur. Tətbiq edilən maddi hüquq normalarının dispozitiv şərtləri işin müəyyən edilmiş halları ilə uyğun gəlir.
31. Məhkəmə kollegiyası iddia müddəti ilə bağlı diqqəti Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “Azərb aycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 3 iyun 2013-cü il Qərarına da çəkir. X1 Məhkəməsinin hüquqi mövqeyinə görə “kredit müqaviləsində yalnız bu hüquq münasibətlərinə xas olan ayrı-ayrılıqda kredit müqaviləsinin qüvvədə olma müddəti və kreditin (əsas məbləğ və hesablanmış faizlərin) qaytarılması müddəti müəyyənləşdirilə bilər.
32. Buna görə, göstərilən müddətlər müqavilə üzrə müvafiq hüquqi nəticələrin yaranmasına səbəb olduğundan, nəzərə alınmalıdır ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və hesablanmış faizlər) müddəti isə kreditin alınmasını və müvafiq ödənişlərin müddətini əhatə edir.
33. Hüquqi təbiətinə görə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtını tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir.
34. Beləliklə, kredit münasibətləri müddətlidir və həyata keçirilmə müddəti vaxt çərçivəsi ilə təyin olunmuş müqavilə münasibətləridir. Kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklər, yəni əsas borcun ödənişləri ilə bağlı öhdəliklərin və kredit müqaviləsi üzrə faizlərin ödənilməsi ilə bağlı öhdəliklərin yerinə yetirilmə müddəti müqavilədə əvvəlcədən nəzərdə tutulmuş qaydaya uyğun olaraq müəyyən olunur.
35. Yuxarıda qeyd olunduğu kimi, şəxsin hüququ pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddət lərini şamil edir. Maraqlı tərəfin tələbi üzrə məcburiyyət tədbirlərinin tətbiqi hər zaman deyil, yalnız iddia müddətləri həddində mümkündür.
36. Bu mənada hüquqları pozulmuş şəxsin öz hüquqlarının bərpasını tələb etmək hüququnun vaxtında həyata keçirilməsinə zəmin yaradan iddia müddətinin axımının başlanğıcının müəyyən edilməsi xüsusi əhəmiyyət kəsb edir.
37. Kredit münasibətlərindən yaranan mübahisələrə MM-in 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir”.
38. Məhkəmə kollegiyası Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun qeyd edilən qərardakı hüquqi mövqeyi baxımından apellyasiya məhkəməsinin gəldiyi nəticəni əsaslı sayır və hesab edir ki, iddianı rədd edən birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlamaqla apellyasiya məh kəməsinin gəldiyi nəticə işin müəyyən edilmiş hallarına uyğun olmaqla qanuni və əsaslı olmuşdur.
39. Məhkəmə kollegiyası qeyd edir ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunu n “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair" 27 dekabr 2001-ci il tarixli Qərarı).
40. Mübahisələndirilən kredit üzrə xx.xx.2014-cü il tarixli 3/1/71749408 nömrəli kassa-məxaric orderinin əslinin bankda saxlanılması və bu səbəbdən cavabdehin öhdəliyinin mövcud olması barədə kassasiya şikayətinin dəlillərinə gəldikdə, qeyd edilməlidir ki, bu dəlillər əsassızdır. Belə ki, işdən görünür ki, məhkəmələr iddianı öhdəliyin mövcud olmaması əsası ilə deyil, iddia müddətinin ötməsinə görə təmin etməyiblər. Üstəlik, şikayətdə göstərlilənlərin əksinə olaraq, məhkəmələr də cavabdehin etibarnamə üzrə nümayəndəsi və vəkilinin həmin müqavilənin mövcudluğunu təsdiqləməsinə istinadən tərəflər arasında müqavilə münasibətlərinin yarandığını müəyyən etmişlər. Başqa sözl ə, şikayətin dəlilləri tam fərqli olmaqla, məhkəmələrin gəldiyi nəticə ilə təkzib edilir.
41. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
42. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-1555/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlansın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.