Məhkəmə qərarları › İş №2(102)-4022/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-4022/2024

06.12.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4022/2024 06.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsinin Qax rayon Şöbəsinə, Cavabdeh4, X1, Cavabdeh5 qarşı iş üzrə QƏRARİ Açar sözlər: apellyasiya şikayətinin qeyri-mümkün hesab edilməsi. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xıdırov Əhliman Mehman oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsini n Qax rayon Şöbəsinə, Cavabdeh4, X1, Cavabdeh5 qarşı “1952-1959-cu illərdə X4 müddətsiz istifadəsinə verilmiş torpaq sahələrinin (xx.xx.1952-ci il tarixli torpaq aktına əsasən 25mx20m, xx.xx.1959-cu il tarixli müqaviləyə əsasən 25mx35m torpaq sahələrinin) Cavabdeh4, X2 və Cavabdeh5 olan hissələri həmin şəxslərin qanunsuz sahibliyindən geri alınaraq X4 qanun üzrə vərəsəsi olan ona verilməsi, Cavabdeh4, X2 və Cavabdeh5 göstərilən torpaq sahələrindən çıxarılması tələbi”nə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-1247/2024 nömrəli, 18 oktyabr 2024-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin Qax rayon Şöbəsinə, Cavabdeh4, X1, Cavabdeh5 qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək 1952-1959-cu illərdə X4 müddətsiz istifadəsinə verilmiş torpaq sahələrinin (xx.xx.1952-ci il tarixli torpaq aktına əsasən 25mx20m, xx.xx.1959-cu il tarixli müqaviləyə əsasən 25mx35m torpaq sahələrinin) Cavabdeh4, X2 və Cavabdeh5 olan hissələri həmin şəxslərin qanunsuz sahibliyindən geri alınaraq X4 qanun üzrə vərəsəsi olan ona verilməsi, Cavabdeh4, X2 və Cavabdeh5un göstərilən torpaq sahələrindən çıxarılması və Qax rayon X8 Komissiyasının 30 dekabr 2007-ci il tarixli qərarının X3 aid hissədə etibarsız hesab edilməsi və Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyatın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddiaçı xx.xx.2024-cü il tarixdə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək 1952-1959-cu illərdə X4 müddətsiz istifadəsinə verilmiş torpaq sahələrinin (xx.xx.1952-ci il tarixli torpaq aktına əsasən 25mx20m, xx.xx.1959-cu il tarixli müqaviləyə əsasən 25mx35m torpaq sahələrinin) Cavabdeh4, X2 və Cavabdeh5 olan hissələri həmin şəxslərin qanunsuz sahibliyindən geri alınaraq X4 qanun üzrə vərəsəsi olan ona verilməsi, Cavabdeh4, X2 və Cavabdeh5 göstərilən torpaq sahələrindən çıxarılması və Qax rayon X8 Komissiyasının 30 dekabr 2007-ci il tarixli qərarının X3 aid hissədə etibarsız hesab edilməsi və Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyatın eti barsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. Qax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(024)-385/2024 saylı qərardadı ilə (hakim M. Qarayev) iddia tələbi “Qax rayon X8 Komissiyasının 30 dekabr 2007-ci il tarixli qərarının X3 aid hissədə etibarsız hesab edilməsi və Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyatın etibarsız hesab edilməsi”nə dair hissəsi işə baxan məhkəməyə aid olmadığı üçün həmin hissədə iş üzrə icraata xitam verilmişdir.

4. Qax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(024)-385/2024 saylı qətnaməsi ilə (hakim M. Qarayev) iddianın təmin edilməməsi, iddiaçının cavabdehlərə qarşı “1952-1959-cu illərdə X4 müddətsiz istifadəsinə verilmiş torpaq sahələrinin (xx.xx.1952-ci il tarixli torpaq aktına əsasən 25mx20m, xx.xx.1959-cu il tarixli müqav iləyə əsasən 25mx35m torpaq sahələrinin) Cavabdeh4, X2 və Cavabdeh5 olan hissələri həmin şəxslərin qanunsuz sahibliyindən geri alınaraq X5 qanun üzrə vərəsəsi olan ona verilməsi, Cavabdeh4, X2 və Cavabdeh5un göstərilən torpaq sahələrindən çıxarılması tələbi”nə dair iddiası əsassız olduğundan rədd edilməsi, iddiaçının məhkəmədə iddia qaldırmaq üçün ödədiyi 100 manat dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat

5. İddiaçı Qax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(024)-385/2024 saylı qərardadından apellyasiya şikayəti verərək, qərardadın ləğv edilərək həmin hissədə işə mahiyyəti üzrə baxılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

6. İddiaçı şikayəti işlə birlikdə baxılması üçün Şəki Apellyasiya Məhkəməsin ə göndərilmişdir.

7. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-1247/2024 saylı, 18 oktyabr 2024-cü il tarixli qərardadı ilə (hakimlər E. Mehdiyev (sədrlik edən) Ə. Məcidov və Ə. Kərimov) iddiaçının apellyasiya şikayəti qeyri-mümkün hesab edilərək, mülki iş materialları ilə birlikdə birinci instansiya məhkəməsinə qaytarılması qət edilmişdir.

8. Apellyasiya instansiyası məhkəməsi mövqeyini əsaslandırarkən qeyd etmişdir ki, birinci instansiya məhkəməsi İddiaçı Qax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(024)-385/2024 saylı qərardadından verdiyi şikayətə baxaraq təmin etmədiyi təqdirdə apellyasiya məhkəməsinə göndərməli olduğu halda, şikayətə baxmadan, həmin şikayəti Qax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(024)-385/2024 saylı qətnaməsindən verilmiş şikayət kim i qəbul edərək iş materiallarını Şəki Apellyasiya Məhkəməsinə göndərmişdir.

9. Halbuki Qax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(024)-385/2024 saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayətin əvvəlində onun apellyasiya şikayəti olması qeyd edilsə də iddiaçının xahişi Qax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(024)-385/2024 saylı qərardadının ləğv edilməsi ilə bağlı olmuşdur. Birinci instansiya məhkəməsi şikayətin qətnamədən verilən şikayət olması qənaətinə gəlmişdirsə belə bu halı şikayəti baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərməmişdən əvvəl iddiaçı ilə dəqiqləşdirməli olmuşdur. Lakin qeyd edilən hallara riayət edilmədən şikayət iş materialları ilə birlikdə baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərməmişdir.

10. Göründüyü kimi, birinci instansi ya məhkəməsi tərəfindən İddiaçı iddia tələbinin “Qax rayon X8 Komissiyasının 30 dekabr 2007-ci il tarixli qərarının X3 aid hissədə etibarsız hesab edilməsi və Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyatın etibarsız hesab edilməsi”nə dair hissəsində iş üzrə icraata xitam verilmiş, iddiaçı həmin qərardaddan şikayət vermiş, birinci instansiya məhkəməsi isə İddiaçı şikayətinə baxmadan, iş materiallarını qərardaddan şikayətə baxılması üçün birbaşa apellyasiya məhkəməsinə göndərmişdir.

11. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, Qax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(024)-385/2024 saylı qərardadından İddiaçı şikayətinə baxılması ilə bağlı prosessual qanunvericiliyin tələbləri pozulmuşdur.

12. Yuxarıda göstərilənləri də nəzərə alan məhkəmə kоllegiyаsı hesаb edir ki, Qax R ayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(024)-385/2024 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayət üzrə аpellyаsiyаnın mümkünlüyü üçün əsаslаr оlmаdığınа görə аpellyаsiyа qeyri-mümkün hesаb edilməlidir.

13. Apellyasiya instansiyası məhkəməsi mövqeyinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (bundan sonra - MPM) 267.1, 268.1, 269, 366.2, 366.3, 366.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

14. İddiaçı (vəkili Vəkil) kassasiya şikayəti verərək, Şəki Apellyasiya MəhkəməsininMülki Kollegiyasının xx.xx.2024-cü il tarixli,2(107)- 1247/2024 saylı qərardadının tam ləğv edilməsi, apellyasiya şikayətinin mümkün hesab edilməsi barədə yeni qərar çıxarasınız.

15. İddiaçı kassasiya şikayətini onunla əsaslandırmışdır ki, mülki hüquqların məhkəmə müdafiəsi mülki qanunvericiliyin prinsiplərindən biridir.İddiaçı verdiyi apellyasiya şikayətinin geri qaytarılması üçün heç bir əsas olmadığı halda apellyasiya şikayəti qeyri mümkün hesab edilmiş və iddiaçının məhkəmə müdafiəsi hüququ pozulmuşdur.

16. Tərəflərindən apellyasiya şikayətinin geri qaytarılması üçün heç bir prosessual pozuntuya yol verilməmişdir. Apellyasiya şikayətinin qeyri mümkün hesab edilməsi üçün heç bir əsas yoxdur. Məhkəmə apellyasiya şikayətini icraata götürməli və işə mahiyyəti üzrə baxmalı idi.

17. Kassasiya şikayəti Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6.1, 6.1.9, 17.1, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 361, 362, 363 və 366.1-ci maddələrinə istinadla əsasland ırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

19. Maddə 267.1. Məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardaddan bu Məcəllədə göstərilmiş hallarda şikayət verilə bilər.

20. Maddə 268.1. Şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir.

21. Maddə 269.1. Şikayətə qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən 3 gün müddətində yazılı icraat qaydasında baxılır.

22. Maddə 269.2. Şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir.

23. Maddə 269.3. Əks təqdirdə bu şikayət baxıldıqdan so nra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə, bu Məcəllənin 32.5-ci maddəsində nəzərdə tutulmuş qaydada aidiyyət haqqında qərardaddan şikayət verildikdə isə həmin şikayət bu Məcəllənin 403-1.5-ci maddəsinin tələbləri izah edilməklə işdə iştirak edən şəxslərə rəsmi qaydada verilir və iş kasasiya instansiyası məhkəməsinə göndərilir.

24. Maddə 366.2. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər.

25. Maddə 366.3. Apellyasiyanın mümkünlüyü üzrə məhkəmə qərardad çıxarır.

26. Maddə 366.4. Apellyasiyanın qeyri-mümkün hesab edilməsi barədə qərardaddan kassasiya instansiyasına şikayət verilə bilər.

27. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

28. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

29. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.

30. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas o la bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

31. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

32. Kassasiya şikayətində qərardad tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassas iya instansiyası məhkəməsinin mövqeyi

33. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən prosessual hüquq normalarının tələblərini hazırkı mübahisəli məsələyə düzgün tətbiq edib və işdə kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadının kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

34. Kassasiya şikayətində apellyasiya şikayətinin qeyri-mümkün hesab edilməsi üçün əsasların olmadığı göstərilsə də kassasiya instansiyası məhkəməsi bu dəlillə razılaşmır.

35. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən İddiaçı iddia tələbinin “Qax rayon X8 Komissiyasının 30 dekabr 2007-ci il tarixli qərarının X3 aid hissədə etibarsız hesab edilməsi və Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyatın etibarsız hesab edilməsi”nə dair hissəsində xx.xx.2024-cü il tarixli, 2(024)-385/2024 saylı qərardadla iş üzrə icraata xitam verilmiş, iddiaçı həmin qərardaddan şikayət vermiş, birinci instansiya məhkəməsi isə İddiaçı şikayətinə baxmadan, iş materiallarını qərardaddan şikayətə baxılması üçün birbaşa apellyasiya məhkəməsinə göndərmişdir. Halbuki, Azərbaycan Respublikasının MPM-in 269-cu maddəsinin tələbinə əsasən şikayətə qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi 3 gün müddətində yazılı icraat qaydasında baxmalı, şikayəti əsaslı hesab etmədiyi təqdirdə şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərməli idi.

36. Ona gö rə də apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, Qax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(024)-385/2024 saylı qərardadından İddiaçı şikayətinə baxılması ilə bağlı prosessual qanunvericiliyin tələbləri pozulmuşdur.Göstərilənləri nəzərə alan apellyasiya instansiyası məhkəməsi hesаb etmişdir ki, Qax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(024)-385/2024 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayət üzrə аpellyаsiyаnın mümkünlüyü üçün əsаslаr оlmаdığınа görə аpellyаsiyа qeyri-mümkün hesаb edilməlidir.

37. Qeyd edilənlərə əsasən, kassasiya instansiyası məhkəməsi iddiaçının kassasiya şikayətlərinin dəlilləri ilə razılaşmır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi onun şikayəti üzrə apellyasiyanı qeyri-mümkün hesab edərkən düzgün nəticəyə gəlmiş və yuxarıda sadalanan mülki prosessual normaların tələblərini hazırkı mübahisəli məsələyə düzgün tətbiq etmişdir. Ona görə də kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır

38. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2024-cü il tarixli 2(107)1247/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar