Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4028/2022 03.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh2 Qapalı Səhmdar Cəmiyyəti, Cavabdeh1 Məhdud Məsuliyyətli Cəmiyyət və Yasamal rayon İcra şöbəsinə qarşı iş üzrə QƏRARİ İş № 2(102)-4028/22 (Açar sözlər: hərracın etibarsız hesab edilməsi, subyektiv hüquq) Bakı şəhəri 03 oktyabr 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh2 QSC-yə, Cavabdeh1-yə və Yasamal rayon İcra şöbəsinə qarşı “hərracın etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı A pellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2095/2022 nömrəli, 5 mart 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 3 oktyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı №0207896 saylı çıxarışına əsasən Bakı şəhəri, Yasamal rayonu, Heydər Hüseynov küçəsi, ev 1 xüsusi mülkiyyət hüququ ilə xx.xx.2011-ci il tarixdə X2 adına rəsmiləşdirilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05 mart 2018-ci il tarixli 2(103)2898/2018 saylı icra vərəqəsinə əsasən həmin ev ipote ka predmeti kimi hərraca çıxrılmış, təkrar hərrac baş tutmadığıdan cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyəti 157 781 manata evi almış, hərracın yekunları barədə 18 mart 2019-cu il tarixli 35 saylı Protokol tərtib edilmişdir.
2. X2 cavabdehlər Cavabdeh1-yə, Cavabdeh2 QSC-yə və Bakı şəhəri Yasamal rayon İcra və Probasiya şöbəsinə qarşı (Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı ərazi idarəsi müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində cəlb edilməklə) “hərracın nəticələrinə dair yekun protokolun etibarsız hesab edilməsi” tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 31 oktyabr 2019-cu il tarixli 2(103)-13481/2019 saylı qətnaməsi təmin edilməmiş, qətnamə qanuni qüvvəyə minmişdir. İş üzrə qəbu l edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdehlər Cavabdeh2 QSC-yə, Cavabdeh1-yə və Yasamal rayon İcra şöbəsinə qarşı “hərracın etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05 mart 2018-ci il tarixli 2(103)- 2898/2018 saylı icra vərəqəsinə və cavabdeh Yasamal rayon İcra və Probasiya Şöbəsinin 17 yanvar 2019-cu il tarixli xx/xx-231384/8-1374 saylı sifarişinə əsasən xüsusi mülkiyyət hüququ ilə X4 məxsus olan Bakı şəhəri, Yasamal rayonu, Heydər Hüseynov küçəsində 0,080865 ha torpaq sahəsində yerləşən, ilkin satış qiyməti 247 500 manat olan, 1 saylı evin ipoteka predmeti olan "A" tikilisinin (ev 1 A) cavabdeh “X3" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən keçirilmiş h ərracının etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Yasamal rayonu, Heydər Hüseynov küçəsi, ev 1 xüsusi mülkiyyət hüququ ilə qohumu X4 məxsus olsa da, həmin evdə qeydiyyatdadır və ailəsi ilə birgə yaşayır. Evə istifadə hüququ olsa da, ev hərracda satılarkən onun istifadə hüququ nəzərə alınmayıb, hərrac və onun yekunları ona yeni məlum olub.
5. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(005)-3282/2021 nömrəli iş üzrə 21 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim S.İ.Ədilova) iddia tələbi rədd edilmişdir.
6. Məhkəmə kollegiyası müəyyən etmişdir ki, hərrac təşkilatı tərəfindən qanunvericiliyin tələblərinə uyğun olaraq hərracın keçirilməsini t əşkil edilmiş və bununla əlaqədar tərəflərin rəsmi qeydiyyatda olduqları ünvanlara müvafiq bildirişlər göndərilmiş, “Kaspi” qəzetində elanlar verilmişdir. Nəticədə ipoteka predmeti olan əmlak hərracda satılmamış və qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq tələbkar Cavabdeh2 QSC-nə təklif olunmuş, tələbkar isə həmin əmlakı qəbul edərək balansına götürmüşdür. Belə olan halda, məhkəmə hesab edir ki, ipoteka ilə yüklü edilmiş X2 mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, H.Hüseynov küçəsi, 1 saylı evin “A” tikilisi “İcra haqqında” Azərbaycan Respublikası Qanununun, “İpoteka haqqında” Qanunun və Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq maddələrinin tələblərinə uyğun olaraq hərrac vasitəsilə özgəninkiləşdirilmişdir. Bu səbəbdən də iddia tələbi həmin hissədə əsassız olduğundan təmin edilməməlidir.
7. Məhkəmə həmçinin qeyd etmişdir ki, hazırkı mülki mübahisə Azərbaycan Respublikası MPM-in 82.3-cü maddəsi də tətbiq olunmaqla iddia tələbi rədd olunmalıdır. Çünki eyni predmet üzrə iddiaçı X2 Cavabdeh1-yə Cavabdeh2 QSC-yə və Bakı şəhəri Yasamal rayon icra və probasiya şöbəsinə qarşı (Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı ərazi idarəsi müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində cəlb edilməklə) “hərracın nəticələrinə dair yekun protokolun etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilməmiş, qətnamə qanuni qüvvəsini almışdır. Göründüyü kimi qeyd edilən qətnamə ilə hazırda mübahisələndirilən hallar araşdırılmış və həmin mübahisəli hallara hüquqi qiymət verilm işdir.
8. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 415.2, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 82.3, 106.1, 119.2, 217.2, 217.4, “İpoteka haqqında” Qanunun 41.2, 41.3, 42.1, 42.3, 42.4, 42.6, 42.8, “İcra haqqında” Qanunun 53.2, 62.2-ci maddələrinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 23 fevral 2016-cı il tarixli Qərarına istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
9. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. Apellyasiya şikayəti onunla əsaslandrılmışdır ki, hərracın keçirilərək evin satılması onların evdən istifadə hüquqları nı pozmuşdur. Ona görə də, qətnamə ləğv edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair" xx.xx.2016-cı il tarixli qərarını mübahisəli hala tətbiq edərək səhvən belə nəticəyə gəlmişdir ki, onun cavabdehlər arasında əvvəllər eyni mübahisəyə baxılması barədə qüvvəyə minmiş məhkəmə qərarı vardır. Ona görə də, həmin mübahisəyə baxıla bilməz. Halbuki, belə qərar yoxdur. Mülki Məcəllənin 228.3-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsindən istifadə hüququ alğı-satqının, girovun və icarənin müstəqil predmeti ola bilməz. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququ olan şəxs, mülkiyyətçi də daxil olmaqla istənilən şəxsdən həmin yaşayış binasına olan hüququnun pozulmasını aradan qaldırmağı tələb edə bilər. Mülki Məcəllənin 228.4-cü maddəsinə görə yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir.
11. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(103)-2095/22 nömrəli iş üzrə 05 mart 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – F.Ş.Talışinski (sədrlik edən və məruzəçi), A.N.İmanov və Q.A.Əsgərov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
12. Apellya siya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarı ilə razılaşmış və ona əsaslanmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin hazırkı mübahisəli münasibətlərinə uyğun əsaslandırılmışdır, apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilən birinci instansiya məhkəməsinin araşdırma predmeti olan hallara dair dəlil əks edilməmiş və münasibətləri tənzimləyən mülki qanunvericiliyin tələblərinə müvafiq təkzibedici sübutlar araşdırmaya təqdim edilməmişdir.
13. Qeyd edilmişdir ki, ipoteka predmeti olan evdə yaşayışın olması mülkiyyətçi ilə olan mülki münasibətlərdir və cavabdehlərin vəzifələrin əhatə etmir. Ümumiyyətlə, iddiaçı iddia tələbi üzrə hər bir cavabdeh ə qarşı yönələn tələbin nədən ibarət olması və onlara münasibətdə mülki hüquq pozuntusunun nədən ibarət olduğunu əks etdirməmişdir.
14. Məhkəmə qərarlarının icrası məcburiliyi və sui-istifadənin yolverilməzliyi üzrə yüksək qanunvericiliyin göstərişləri iddiaçının məsuliyyət həddindən kənar səbəblərdən öncə öz ehtimal edilən hüquqlarına müvafiq cavabdehlərdən - kim tərəfindən vəzifələrinin vicdanla yerinə yetirilməməsini sübut etməlidir. Qanunvericilik hərracın keçirilməsi barədə yaşayış sahəsindən istifadə hüququ olan və ya mənzilə qeydiyyatı olan şəxslərin hərracın keçirilməsi barədə məlumatlandırmanı nəzərdə tutmamışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
15. İddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və işin yenidən baxılm ası üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.
16. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, o və alə üzvlərinin ev ipoteka ilə yüklü edilərkən yaşayış hüquqları olmuş, razılıqları alınmamış, həmin evdən çıxarılmaları barədə qətnamə yoxdur, evdən yaşayış sahəsindən istifadə hüquqları vardır, istifadə hüquqlarından notarial qaydada imtina etməmişlər. Mülki Məcəllənin 228.2 və 228.4-cü maddəsi mübahisəyə tətbiq edilməmişdir.
17. Həmçinin tərəflər arasında həmin mübahisəyə baxılması barədə qanuni qüvvəyə minmiş qətnamə yoxdur. Məhkəmələr Mülki Prossesual Məcəllənin 82.3-cü maddəsini mübahisəyə düzgün tətbiq etməmişdilər. b)
18. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq “İpoteka h aqqında” Qanun
19. Maddə 42.1. Hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracd a iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir.
20. Maddə 59.1. Yaşayış evi və ya mənzil ipoteka qoyulduğu halda, ona tutma yönəldildikdə və o satıldıqda bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, həmin evdə və ya mənzildə qeydiyyatda olan şəxslərin çıxarılması üçün əsas deyildir.
21. Maddə 59.3. İpoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki:
22. Maddə 59.3.1. yaşayış evi və ya mənzil ipotek a müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya
23. Maddə 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:
24. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
25. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
26. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəm ə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
27. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
28. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
29. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
30. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə ola n prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
31. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
32. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
33. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
34. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418. 4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
35. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
36. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, ara şdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
37. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
38. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə apelyasiya instansiyası məhkəməsinin iddianın rədd edilməsi barədə birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlayarkən haqlı olmuş, maddi hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.
39. Belə ki, hər kəs özünün subyektiv hüqu qunun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. İddia etmək hüququ məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İddianın təmin edilməsi hüququ isə iddia tələblərinin məhkəmə vasitəsilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğunu və onun cavabdeh tərəfindən pozulması faktı müəyy ən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər.
40. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. 41. “İpoteka haqqında” Qanunun hərrac keçirilən zaman qüvvədə olan redaksiyasının 42.1-ci maddəsində müvafiq bildirişlərin təsdiq etmə üsulu ilə ipotekasaxlayana və ipotekaqoyana çatdırılması vəzifəsi nəzərdə tutulmuşdur. Qanunverici hərracın keçirilməsinə dair bildirişin bu şəxslərə göndərilməsini (həm də müəyyən müddət daxilində göndərilməsini) müəyyən etməklə, onsuz da ipoteka qoymaqla, məhrumiyyətə məruz qalmış ipoteka qoyana müəyyən müddət verməklə, məhz onun özü tərəfindən ipoteka predmetinin alınmasına şərait yaradır.
42. Hazırki iddianı ipotekaqoyan yox, həmin evdə qeydiyyatda olan və istifadə hüququnun olmasını iddia edən şəxs qaldırmışdır. İstinad olunan qanun normasına əsasən hərrac təşkilatının bu şəxslərə hərrac barədə müvafiq bildirişin təsdiq etmə üsulu ilə çatdırmaq vəzifəsi yoxdur.
43. X1 isə eyni predmetli müvafiq iddiası qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə təmin edilməmişdir.
44. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 415.2-ci maddəsinin mübahisəyə tətbiqinə gəldikdə isə, bu norma hərracların keçirilməsinin ümumi qaydasını müəyyən edir və qanunvericilikdə ayrı qayda nəzərdə tutulmadığı halda tətbiq edilir. İpoteka qoyulmuş hərracların hərracda satılması qaydasını isə “İpoteka haqqında” Qanunun 42-ci maddəsi tənzimləyir.
45. Bundan başqa, məhkəmə kollegiyası qeyd edir ki, ipoteka predmetinin hərracda saılması zamanı həmin evdə qeydiyyatda olan şəxslərin hüquqları “İpoteka haqqında ” Qanunun 59.1-ci maddəsi ilə tənzimlənir. İpoteka qoyumuş evə tutma yönəldilməsi və onun satılması bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, həmin evdə və ya mənzildə qeydiyyatda olan şəxslərin çıxarılması üçün əsas deyildir.
46. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı məhz iddiada göstərdikləri əsaslarla Mülki Məcəllənin 416-cı maddəsinə əsasən hərracın etibarsız hesab edilməsini tələb etmək hüququ olan maraqlı şəxs hesab edilmir və onun hazırki iddianı qaldırmağa subyektiv hüququ yoxdur.
47. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur və qətnamənin ləğv olunması üçün əsas yoxdur.
48. Məhkəmə kollegiyası mübahisəyə Mülki Prossesual Məcəlləsinin 82.3-cü maddəsinin düzgün tətbiq edilməməsi və ipotekaqoyan Tahir Məmmədlinin eyni cavabdehlərə qarşı eyni predmet barəsində iddiasının rədd edilməsi barədə qanun qüvvəyə minmiş məhkəmə qətnaməsi iə müəyyən edilən halların hazırki iş üzrə preyudisiya təşkil etməməsi barədə kassasiya şikayətinin dəlili ilə razılaşsa da və apellyasiya məhkəməsi iddiaçının bu dəlilinə qətnaməsində qiymət verməsə də, bu prossesual hüquq normasının düzgün tətbiq olunmaması düzgün o lmayan qətnamənin qəbuluna səbəb olmadığından qətnamənin ləğvinə əsas vermir.
49. Buna görə də, iddiaçının kassasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
50. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2095/2022 nömrəli iş üzrə 05 mart 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.