Məhkəmə qərarları › İş №2(102)-403/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-403/2025

25.02.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-403/2025 25.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Cəlilabad rayon Dövlətəlibəyli kənd orta məktəbinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: işə bərpa, məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), X4 və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(*06)-**40/2024 nömrəli, 2* avqust 2024-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Mübahisəyə mahiyyə ti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər: 2. *5.09.2008-ci il tarixdə Nuriyev X3 rayon Cavabdehnə ibtidai sinif müəllimi vəzifəsinə təyin edilmişdir; 3. 0*.*0.20*6-cı il tarixdə Nuriyev X3 rayon Dövlətəlibyəli kənd tam orta məktəbinə direktor müavini vəzifəsinə təyin edilmişdir; 4. xx.xx.2023-cü il tarixli, 32 nömrəli əmrlə İddiaçı Təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsindən azad edilmiş və ixtisası üzrə müəllim saxlanılmışdır. Əsas kimi Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə və müvafiq sənədlərə istinad olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdeh Cəlilabad rayon Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cəlilabad rayonu Cavabdehn direktorunu n xx.xx.2023-cü il tarixli, 32 nömrəli əmrinin etibarsız hesab edilməsi və Təlim-tərbiyə işləri üzrə direktor müavini vəziəsinə bərpa olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddiaçı daha sonra iddianın həcminin artırılmasına dair ərizə verərək, Cəlilabad rayonu Dövlətəlibəyli kənd orta məktəbin direktorunun xx.xx.2022-ci il tarixli, 32 nömrəli əmrinin ləğv edilməsinə, Təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə bərpa olunmasına və məcburi iş buraxmağa görə əmək haqqının hesablanaraq (Təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə görə) ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, ixtisasca ibtidai sinif müəllimidir və Cəlilabad rayon Dövlətəlibəyli kənd orta məktəbində işləyir. Onun 7 ilini mə ktəbin Təlimtərbiyə işləri üzrə direktor müavini işləmiş və hazırda ixtisası üzrə müəllim işləyir. Əmək qanunvericiliyinə uyğun olaraq əmək müqaviləsi bağlanmış, işə götürənlə aralarında həmin müqavilə üzrə qarşılıqlı öhdəliklər müəyyən edilmişdir ki, o həmin öhdəlikləri lazımınca yerinə yetirmişdir. İşlədiyi müddət ərzində müqavilənin şərtlərinə əməl etmiş, işinə məsuliyyətlə yanaşmış və əmək intizamını pozmamışdır. Lakin Cəlilabad rayonu Dövlətəlibəyli kənd orta məktəbinin direktoru Nümayəndə2 xx.xx.2022-ci il tarixli, 32 nömrəli əmri ilə heç bir əsas olmadan məktəbin Təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsindən azad edilmişdir. Həmin vəzifədən azad edilməsi üçün heç bir əsas olmamışdır. Məktəbdə olan nöqsanları direktorun nəzərinə çatdırdığına və həmin nöqsanların aradan qald ırılmasını tələb etdiyinə görə məktəb direktoru ona qarşı qərəzli olmuş, onun (iddiaçının) barəsində mənfi fikir formalaşdırmağa çalışmış və əsassız olaraq onun işdən azad etmişdir. Belə ki, həmin nöqsanlarla bağlı Azərbaycan Respublikasının Prezidentinin Administrasiyasına müraciət ünvanlamış (iddiaçı), həmin müraciəti əsasında Cəlilabad rayon Cavabdehndə *2.05.2023-cü il tarixdə Lənkəran-Astara Regional Təhsil İdarəsi tərəfindən monitorinq aparılmış, monitorinq zamanı məktəb sənədlərinin aparılmasında, şagirdlərin dərsə davamiyyətində, işçilərin əmək intizamında bir sıra nöqsan və çatışmamazlıqlar aşkar edilmişdir. Aparılmış monitorinqin nəticələrinə əsasən Lənkəran-Astara Regional Təhsil İdarəsi tərəfindən yol verdiyi nöqsanlara görə Cavabdehn direktoru Nümayəndə2 barəsində intizam tənb ehi görülərək, artıq xərcləndiyi müəyyən edilmiş vəsaitin dövlət büdcəsinə qaytarılması təmin edilmiş və digər çatışmazlıqların aradan qaldırılması üçün aidiyyəti üzrə müvafiq göstərişlər verilməklə məktəbin ümumi fəaliyyəti nəzarətə götürülmüşdür. *6.06.2023-cü il tarixdə onun və məktəb müəllimlərinin iştirakları olmadan formal olaraq pedoqoji şuranın iclası keçirilmiş və həmin iclasda onun işdən azad edilməsi məsələsi müzakirə edilmişdir. Həqiqətdə isə belə bir iclas keçirilməmişdir. Bundan başqa, o Azərbaycan Respublikasının Prezidentinin Administrasiyasına müraciət ünvanladıqdan sonra məktəbin direktoru qərəzli olaraq ona şiddətli töhmət verilməsi barədə *5.05.2023-cü il tarixdə əmr vermişdir. Həmin əmrdən də onun (iddiaçının) sonradan məlumatı olmuşdur. Halbuki, həmin əmrin də veril məsi üçün heç bir əsas olmamışdır. Nəticədə isə heç bir əsas olmadan işdən azad edilmişdir. Qeyd edilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

8. Cavabdeh Cəlilabad rayon Dövlətəlibəyli kənd orta məktəbinin direktoru Nümayəndə2 iddiaya etiraz edərək göstərmişdir ki, İddiaçı məhkəməyə ərizə ilə müracət edərək bildirmişdir ki, guya cavabdeh onu səbəbsiz yerə və qanunsuz şəkildə işdən azad etmişdir. Azərbaycan Respublikası Təhsil Qanununun *.0.32-ci maddəsində göstərilir ki, Pedaqoji şura - ümum təhsil müəssisənin kollegial ali idarəetmə orqanıdır. Məktəbin Pedaqoji şurası İddiaçı fəaliyyətini iki dəfə müzakirə edərək onun pedaqoji və vəzifə səlahiyyətlərini layiqincə yerinə yetirməməsi barədə qərar qəbul etmişdir. O məktəbin direktoru olara q Azərbaycan Respublikası Əmək Məcəlləsinin 80-ci maddəsinin *-ci və 2-ci bəndinə və məktəbin *6 iyun 2023-cü il tarixlərdə keçirilmiş həmkarlar təşkilatının qərarına əsaslanaraq İddiaçı məktəbin Təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsindən azad etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, guya cavabdeh onu qərəzli şəkildə və qanunsuz işdən azad etmişdir, lakin qeyd etdiyi faktı təsdiq edəcək heç bir mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kollegiyasının 06.**.20*4-cü il tarixli Müəllimlərin etik davranış qaydalarının təsdiq edilməsi haqqında qərarı mövcuddur. Həmin qərarın bir neçə bəndi İddiaçı tərəfindən kobud şəkildə pozulmuşdur. Bundan başqa, iddiaçı vəzifə səlahiyyətlərini yerinə yetirməmişdir. Belə ki, məktəbdə keçiri lən X2 keçirilməsi və təşkilinə İddiaçı bir müavin kimi cavabdehdir. İddiaçı nəinki fənnlər üzrə X2 keçirilməsini təşkil etmiş o, heç özü tədris etdiyi fənnlərin X2 nəticələrini məktəbdə yaradılmış komissiyaya təqdim etməmişdir. Buna görə də, iddaçının barəsində Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kollegiyasının 06.**.20*4-cü il tarixli Müəllimlər Etik davranış qaydalarının təsdiq edilməsi haqqında qərarının 6.2-6.3.6-cı bəndlərini və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 80-ci maddəsinin *-ci və 2-ci bəndinə rəhbər tutaraq qanuna müvafiq şəkildə tədbir görmüşdür. Belə olan halda iddiaçının tələbi qanunsuz və əsassızdır.

9. Cəlilabad Rayon Məhkəməsinin (hakim Q.Paşayev) 2(073)-*930/2023 saylı, *3.*0.2023-cü il tarixli qətnaməsi ilə iddia təmin edilərək, İddiaçı Cəlilabad rayon Cavabdehn Təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsindən azad edilməsi haqqında xx.xx.2023-cü il tarixli, 32 saylı əmri ləğv edilmiş, Cəlilabad rayon Cavabdehn Təlimtərbiyə işləri üzrə direktor müavini vəzifəsinə bərpa edilmişdir.

10. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, İddiaçı əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi öz təsdiqini tapmamışdır. Həmçinin, Cəlilabad rayonu Dövlətəlibəyli kənd orta məktəbin direktorunun 20 iyun 2022-ci il tarixli, 32 saylı əmri Azərbaycan Respublikası Əmək Məcəlləsinin 84-cü maddəsində müəyyən edilmiş qaydada tərtib edilməmişdir. Cavabdeh tərəf iddiaçının işdən azad edilməsinə dair əmr verərkən əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilməsi qaydalarını tənzimləyən Əmək Məcəlləsinin 70-ci maddəsi nin “ç” bəndinə formal şəkildə istinad etsə də, iddiaçının əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmamışdır. Nəticədə, əmək müqaviləsinə xitam verilməsi ilə bağlı Əmək Məcəlləsində nəzərdə tutulmuş tələblər pozmuşdur.

11. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Əmək Məcəlləsinin *2, 62, 70 “ç”, 7*.2, 7*.3, 72, 76.2, 79, 84.*, *86, 226, 300-ci, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin *4.2, 77.*, 2*7.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

12. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı işə başladığı müddətd ən Təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsindən azad edildiyi müddətdə vəzifə funksiylarını icra etməmiş və rəhbərliyin etdiyi xəbərdarlıqlara, həmçinin ona verilmiş töhmətə məhəl qoymamışdır. Belə ki, o, xx.xx.2022-ci il tarixdə tədris və digər təlim-tərbiyə məşğələlərinin cədvəllərini *5.03.2022-ci il tarixədək tərtib etməli olduğu halda tərtib etməmişdir. Bundan başqa, o, məktəbin pedaqoji şurasının iş planına uyğun olaraq məktəbin İ-İV siniflərində Ana dilinin tədrisinin keyfiyyətinin yüksəldilməsi və şagirdlərin bilik səviyyəsini artırmaq məqsədi ilə ibtidai siniflərdə ana dili fənnindən monitorinqlərin hazırlanıb keçirilməsi və bu barədə hesabatın hazırlanıb *8.**.2022-ci il tarixədə keçirilən məktəbin pedaqoi şurasına təqdim etməmiş, məktəbin 9 və **-ci siniflərində burax ılış fənlərindən təlimin keyfiyyətinin yüksəldilməsi və şagirdlərin bilik səviyyəsini artırmaq məqsədi ilə məktəb rəhbərliyinin tapşırığının olmasına baxmayaraq Monitorinqlərin hazırlanıb keçirilməsini tərtib və təşkil etməmiş, 4, 9 və **-ci siniflərdə bütün fənlərdə, 5-8 və *0-cu siniflərdə buraxılış fənlərindən keçiriləcək X* (BSQ-nin 0*) keçirilmə cədvəlini tərtib etməmiş, məktəbin Pedaqoji Şurasının iş planına uyğun olaraq İ yarımilin yekunları və İİ yarım ildə qarşıda duran vəzifələr və ibtidai siniflərdə keçirilmiş BSQ-lərin yekun nəticələri barədə hesabatları hazırlayıb 3*.0*.2023-cü il tarixdə keçirilən məktəbin pedaqoji şurasına təqdim etməmiş, İV sinifdə tədris etdiyi musiqi, təsviri-incəsənət və fiziki tərbiyə fənlərindən keçirilən BSQ0* testlərini məktəbdə yaradılmış komissiyay a təhvil verməmiş, nəticədə Böyük Summativ protokolu yazılamamış, məktəbin 9 və **-ci siniflərində buraxılış fənlərindən təlimin keyfiyyətinin yüksəldilməsi və şagirdlərin bilik səviyyəsini artırmaq məqsədiilə monitorinqlərin hazırlanıb keçirilməsini bu günə kimi tərtib və təşkil etməmiş, İX sinifdə buraxılış imtahanlarına bir həftə qalmağına baxmayaraq imtahan fənlərindən təlimin keyfiyyətinin yüksəldilməsi və şagirlərin bilik səviyyəsini artırmaq məqsədilə monitorinqlərin hazırlanıb keçirilməsi tərtib və təşkil edilməmişdir. Məktəb rəhbərliyinin ona vermiş olduğu tapşırıqları icra etmədiyinə görə ümumi işi icrası təmin edilməmiş və buna görə də, məktəbin direktoru Nümayəndə2 töhmət verilməsi barədə əmr qəbul edilmiş və həmin əmrin 3.2-ci bəndində nöqsanların bilavasitə səbəbkarı olmuş ca vabdehin də barəsində tədbir görülməsi tapşırılmışdır. Bundan başqa, 4, 9 və **-ci siniflərində bütün fənlərdən 5-8 və *0-cu siniflərində buraxılış fənlərindən keçiriləcək X* keçirilmə cədvəlini tərtib etməmişdir. Bundan başqa, İV sinifdə tədris etdiyi musiqi, təsviri-incəsənət və fiziki tərbiyə fənlərindən keçirilən “BSQ-02” testlərini məktəbdə yaradılmış komissiyaya təhvil verməmiş, nəticədə Böyük Summativ protokolu yazılamamışdır. Əvvəlki tarixlərdə pozuntularına görə ona rəsmi xəbərdarlıq edilmiş, lakin həmin nöqsanları aktlaşdırılmadığından təqdim edilməsi mümkün olmur. Öhdəliyinin icrasından layiqincə gələ bilmədiyinə görə məktəb rəhbərliyi tərəfindən 03.*0.2022-ci il tarixdə ona töhmət verilmişdir. Həmin əmri mübahisələndirməmişdir. Göstərilən hərəkətləri azmış kimi cavabdeh tutduğu vəzifəsinə uyğun olmayan hərəkətlərə yol vermiş, o müxtəlif sosial şəbəkələrdə, hansı ki həmin şəbəkələr hər həs üçün, o cümlədən yetkinlik yaşına çatmayanlar üçün açıqdır, orada təlim-tərbiyə işləri üzrə direktor müavininə yaraşmayan ifadələrdən istifadə etməklə paylaşımlar etmişdir. Qəbul edilməlidir ki, belə bir şəxsin xüsusilə Təlim-tərbiyədən məsul vəzifəni tutması yolverilməzdir və bu dövlətin sağlam tərbiyədə olan uşaqların yetişməsi məqsədinə uyğun deyildir. Göstərilən nöqsanları ilə əlaqədar ondan izahat verilməsi istənilsə də, o izahat verməkdən imtina etmişdir.

14. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(*06)-**40/2024 saylı, 2*.08.2024-cü il tarixli qətnaməsi ilə (hakimlər P.Əhmədov - sədrlik edən və məruzəçi, T.Kərimov və C.İmanov) apellyasiya şikayəti təmin edilm iş, Cəlilabad Rayon Məhkəməsinin *3.*0.2023-cü il tarixli 2(073)-*930/2023 saylı qətnaməsi ləğv edilərək, iddia rədd edilmişdir.

15. Apellyasiya instansiyası məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, Cavabdeh *5.09.2022-ci il tarixli əmrindən görünür ki, təlim-tərbiyə və metodiki işləri təşkil etmək, tədris planları və proqramlarının yerinə yetirilməsi üzrə müəllimlərin və digər pedaqoji işçilərin metodiki fəaliyyətini istiqamətləndirmək, həmçinin zəruri tədris-metodiki sənədlərin işlənib hazırlanmasına, onların keyfiyyətinə məsuliyyət daşımaq, zərurət yarandıqda operativ surətdə tədris proqramlarında müvafiq dəyişikliklər aparılması üçün təkliflər vermək, təlim-tərbiyə prosesinin, həmçinin dərsdənkənar məşğələ, fakültativ saatlarının və dərnək məşğələlərinin keyfiyyətli təşkilini hə yata keçimək və şagirdlərin dövlət standartlarına uyğun təhsil almalarına nail olmaq, şagirdlərin meyl-maraqları əsasında təmayül istiqamətlərini müəyyənləşdirilmək, siniflərin optimal komplektləşdirilməsini təmin etmək, tədris və digər təlim-tərbiyə məşğələlərinin cədvəlini tərtib etmək, metodik şura və fənn metodbirləşmələrinin işinə rəhbərlik və nəzarəti həyata keçirmək, fənn kabinetlərinin qorunub saxlanması, zənginləşdirilməsi və səmərəli istifadəsini təmin etmək, təlim-tərbiyə prosesinin təkmilləşdirilməsi məqsədilə təkliflər vermək, qabaqcıl təcrübənin öyrənilməsi və yayılması, gənc müəllimlərlə və valideynlərlə pedaqoji işin təşkili istiqamətində fəaliyyət göstərmək, pedaqoji işçilərin attestasiyadan keçmələri üçün görülən hazırlıq işlərində iştirak etmək, onların təkmilləşmələrinə, ixtisasartırma və yenidənhazırlanma təhsilinə cəlb olunmalarına eləcə də, kadrların peşə ustalıqlarının artırılması üçün nəzərdə tutulan digər tədbirlərdə iştirakına nail olmaq, təlimin keyfiyyətinin yüksəldilməsi və şagirdlərin bilik səviyyəsinin artırılmasına məsuliyyət daşıyan şagirdlərin yarımillik, illik və yekun qiymətləndirilməsinin uçotunu aparır, “KSQ” və “BSQ”lərin təlimata müvafiq keçirilməsini təşkil etmək, təlim keyfiyyətinin idarə olunması məqsədilə vaxtaşırı monitorinqqiymətləndirmə aparılmasını təmin elmək məktətin Təlimtərbiyə üzrə direktor müavininin vəzifələridir.

16. Habelə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 20 dekabr 20*7-ci il tarixli *8-* nömrəli qərarından görünür ki, məktəbin əsasnaməsinə uyğun olaraq məktəbdə tə rbiyə işlərinə rəhbərlik, müəllimlərin, psixoloqların, tərbiyəçilərin, uşaq birliyi təşkilatının, sinif, dərnək rəhbərlərinin, valideyinlərin, ictimai təşkilatların, şagird özünüidarə orqanlarının və hüquq-mühafizə orqanlarının köməyi ilə şagirdlərin tərbiyə işinin təşkil edilməsi, gənclərin milli-mənəvi, əxlaqi dəyərlər zəmnində formalaşmasına, vətənpərvərlik ruhunda tərbiyə olunmasına, çağırışaqədərki hazırlığına, fiziki inkişafına və bədii-texniki yaradıcılığına, turizm, diyarşünaslıq və ekskursiya məsələlərinə rəhbərlik, müvafiq tədris müəssisələri, yaradıcılıq ittifaqları, idarə və təşkilatlarla əlaqə yaradıb, birgə kütləvi tədbirlər keçirilməsi, təhsil alan uşaqlar arasında hüquq pozuntuları və cinayətkarlıq hallarına qarşı geniş miqyaslı profilaktik işin təşkili və ona rəhbərlik etm ək Tərbiyə işləri üzrə direktor müavinin əmək funksiyasına daxildir.

17. İşdə olan sənədlərdən görünür ki, iddiaçı öz öhdəliklərinin icrasından layiqincə gələ bilmədiyinə görə dəfələrlə xəbərdarlıqlar və töhmət almışdır.

18. Hazırkı mübahisə üzrə nəzərə alınmalıdır ki, Lənkəran-Astara Regional Təhsil İdarəsinin 3* may 2023-cü il tarixli əmri ilə Cavabdehndə *2.05.2023-cü il tarixdə keçirilən monitoriqin nəticəsində həmin məktəbin direktoru Nümayəndə2 Azərbaycan Respublikası Əmək Məcəlləsinin *86-cı maddəsinin 2-ci hissəsinin “b” bəndinə uyğun olaraq sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir. Həmin əmrin 3-cü (3.* və 3.2-ci) bəndlərində göstərilmişdir ki, yol verilmiş nöqsanların aradan qaldırılması üçün işlər görülməsi, təhsildən yayınan şagirdlərin dərsə davamiyyətinin nəzarətdə s axlanılması və işə çıxmayan işçilər barədə qanunamüvafiq tədbirlərin görülməsinin təmin edilməsi, məktəbin tədris (təlim-tərbiyə) işləri üzrə direktor müavini İddiaçı və daxili intizam qaydalarının pozulmasında nöqsanlara yol vermiş şəxslər barəsində intizam tənbehi tədbirinin görülməsinin təmin edilməsi Cəlilabad rayonu üzrə təhsil sektoru və Cəlilabad rayon Cavabdeh direktoruna (Nümayəndə2) tapşırılmışdır. Cəlilabad rayon Cavabdeh üzrə Həmkarlar təşkilatının *6 iyun 2023-cü il tarixli 04 saylı protokolundan və Cəlilabad rayon Cavabdeh üzrə Pedaqoji şuranın *6 iyun 2023-cü il tarixli 06 saylı protokolundan çıxarışdan görünür ki, İddiaçı Təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsindən azad edilməsi qərara alınmışdır. Beləcə, xx.xx.2023-cü il tarixli 32 saylı əmrə əsasən İddiaçı T əlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsindən azad edilmiş və ixtisası üzrə müəllim saxlanılmışdır.

19. İşdən göründüyü kimi, xx.xx.2023-cü il tarixli 32 saylı əmr məktəbin Əmrlər kitabında qeydiyyata alınmışdır. Adıçəkilən əmrdə Lənkəran-Astara Regional Təhsil İdarəsinin 3* may 2023-cü il tarixli əmrinə istinad edilmiş və onunla əsaslandırılmışdır. Birinci instansiya məhkəməsi tərəfindən İddiaçı haqqında olan xx.xx.2023-cü il tarixli 32 saylı əmrin əsaslandırılmadığı göstərilmişdir ki, əmrdə Lənkəran-Astara Regional Təhsil İdarəsinin 3* may 2023-cü il tarixli əmrinə və ƏM-in 70-ci maddəsinin “Ç” bəndinə istinad edilmiş, lakin məhkəmə tərəfindən Lənkəran-Astara Regional Təhsil İdarəsinin adıçəkilən əmri əldə edilmədiyi üçün məktəbin xx.xx.2023-cü il tarixli 32 saylı əmrinə zəruri hüquqi qiymət verilməsi mümkün olmamışdır.

20. Kollegiya qeyd etmişdir ki, İddiaçı məhkəmə iclasında izahatında adıçəkilən məktəbdə *2 may 2023-cü il tarixdə Lənkəran-Astara Regional Təhsil İdarəsi tərəfindən aparılmış monitorinq zamanı məktəb sənədlərinin aparılmasında, şagirdlərin dərsə davamiyyətində, işçilərin əmək intizamında bir sıra nöqsan və çatışmamazlıqların aşkara çıxdığını, habelə məktəbdə davamiyyətə əmək funksiyası olaraq özü nəzarət etdiyi halda 9-*0-cu buraxılış siniflərinin hər birində 2-3 nəfər olmaqla şagirdlərin davamlı dərs buraxmaları və uzun müddət təhsildən yayınmalarının müəyyən edildiyini bildirmişdir.

21. Qeyd edilən hallarla bağlı İddiaçı dəfələrlə müvafiq qurumlara yazılı müraciətlərinin olmasına dair dəlili üzrə qeyd edilməlidir ki, iddiaçı məktəbin direktorun a məlumat verdiyini, hətta Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinə (Ombudsmana) şikayət etdiyini söyləsə də, bununla bağlı məhkəməyə heç bir sübut verməmişdir. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin Aparatından İddiaçı Heydərli oğluna ünvanlanmış xx.xx.2024-cü il tarixli 2-5/2-*-*6922/2024 nömrəli cavab məktubundan isə onun müraciətinin yalnız öz vəzifəsinə təkrar bərpa olunmağına köməklik göstərilməsi barədə olduğu görünür.

22. Beləliklə, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 20 dekabr 20*7-ci il tarixli *8-* nömrəli qərarı ilə tərbiyə işləri üzrə direktor müavini üçün müəyyən edilmiş əmək funksiyalarını, eləcə məktəbin *5.09.2022-ci il tarixli əmri ilə təlim-tərbiyə üzrə direktor müavini üçü n vəzifələri (xüsusilə də, zəruri tədris-metodiki sənədlərin işlənib hazırlanması, siniflərin optimal komplektləşdirilməsini təmin etmək və s.) lazımi qaydada icra etməmişdir və qeyd edilən əsaslardan xx.xx.2023-cü il tarixli 32 saylı əmr qanuni sayılmalıdır.

23. Məhkəmə kollegiyası gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının *25-ci, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının *25-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki-prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” *8 mart 20*9-cu il tarixli Qərarına, Əmək Məcəlləsinin 3.3, *0 “a”, *4.*, 42.*, 42.2, 45.*, 70, 72-ci, Mülki Prosessual Məcəlləsinin *4.2, 77.*, *07, **9, 372.*, 372.6, 372.7, 384.0.2, 385.*.*, 402.*-ci maddələrinə istinad la əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

24. İddiaçı (vəkili Vəkil) kassasiya şikayəti verərək, Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(*06)-**40/2024 saylı, 2*.08.2024-cü il tarixli qətnaməsinin ləğv edilməsi və İddiaçı iddiasının təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

25. İddiaçı kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Cəlilabad rayon Cavabdeh üzrə İddiaçı Təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsindən azad edilməsi barədə xx.xx.2023-cü il tarixli, 32 saylı əmri tamamilə qanunsuzdur. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası iş üzrə toplanmış sübutlara mülki-prosessual qanunvericliyin tələblərinə uyğun qiymət verməmiş, iş üçün mühüm əhəmiyyəti olan bü tün faktiki halları araşdırmamış, təqdim edilmiş sübutları düzgün qiymətləndirməmiş, maddi və prosessual hüquq normalarını səhv tətbiq etmişdir. Bununla da 2(*06)-**40/2024 saylı, 2*.08.2024-cü il tarixli qətnamənin ləğv edilməsi üçün kifayət qədər əsas yaratmışdır.

26. Cəlilabad rayon Cavabdeh direktor müavini İddiaçı verilmiş töhmət və xəbərdarlıq əmrləri, həmçinin onunla bağlanmış əmək müqaviləsinin ləğvi ilə bağlı əmək qanunvericiliyinin tələbləri kobud şəkildə pozulmuşdur. Şirvan Apellyasiya Məhkəməsi iş üzrə toplanmış sübutlara düzgün qiymət verməmiş və mülki-prosessual qanunvericiliyi səhv tətbiq etmişdir. Bu səbəbdən, 2*.08.2024-cü il tarixli qətnamənin ləğv edilməsi üçün əsas yaranmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

27. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi

28. Maddə 70, bənd “ç”. İşçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

29. Maddə *4.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

30. Maddə 77.*. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

31. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutu n məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

32. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

33. Maddə 4*6.*. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

34. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüq uq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

35. Kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

36. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarını n pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

37. Mübahisəyə mahiyyəti üzrə baxan apellyasiya məhkəməsi iş materiallarını araşdıraraq bu qənaətə gəlmişdir ki, iddiaçı özünün əmək funksiyası və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyindən onun Cəlilabad rayonu Cavabdeh direktor müavini vəzifəsindən azad edilməsi barədə xx.xx.2023-cü il tarixli, 32 nömrəli əmr əmək qanunvericiliyinə uyğun olmuşdur.

38. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaət ə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

39. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.

40. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

41. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

42. Göstərilənlərə əsasən və MPM-in 4*6, 4*7 və 4*9-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(*06)-**40/2024 nömrəli, 2* avqust 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar