Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4034/2022 14.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki, Kommersiya və İnzibati kollegiyalarına daxil olan hakimlərin qarışıq tərkibinin İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ Açar sözlər: iş kommersiya məhkəməsinə aiddir Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyanın hakimi Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), İnzibati kollegiyanın hakimi Rəsulbəyova Nigar İmran qızı və Kommersiya kollegiyasının hakimi Məmmədli Bəhram Məmməd oğlundan ibarət qarışıq tərkibdə, İddiaçı Cavabdehnə qarşı borcun tutulması tələbinə dair Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-1334/2022 nömrəli iş üzrə 20 may 2022-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmi ş şikayətə 14 iyun 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi İşin halları
1. İddiaçı (bundan sonra – iddiaçı) Cavabdehnə (bundan sonra – cavabdeh və ya Cəmiyyət) qarşı xx.xx.2012-ci il tarixli borc müqaviləsi üzrə yaranmış borcun ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. Bakı Şəhəri Nəsimi Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) e-2(007)-1334/2022 nömrəli mülki iş üzrə 20 may 2022-ci il tarixli qərardadı ilə (hakim Ü.Yusifova) işin baxılması üçün məhkəmə aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
3. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 24.2, 26.1, 26.2, 32.3, 32.4-cü maddələrinə istina dla gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, Cəmiyyətin Nizamnaməsinə əsasən iddiaçı MMCnin təsisçilərindən biridir. Eləcə də, “Elektron məhkəmə” informasiya sistemindən sorğulanmış çıxarışla müəyyən edilmişdir ki, iddiaçının VÖEN-i mövcuddur və həmin VÖEN əsasında sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqdadır. Bundan başqa, məhkəmə proseslərində məlum olmuşdur ki, tərəflər arasındakı müqavilə kommersiya (sahibkarlıq) məqsədilə bağlanılmışdır. Belə ki, cavabdehin nümayəndəsi bildirmişdir ki, tərəflər arasında torpağın özəlləşdirilməsi məqsədilə borc müqaviləsi bağlanmışdır və həmin pul məbləği torpağın özəlləşdirilməsi üçün xərclənmişdir. Torpağı özəlləşdirməkdə məqsəd orada bazar tikmək və daha yüksək gəlir əldə etmək, yəni Cəmiyyətin maddi vəziyyətinin yaxşılaşdırılması olmuşdur.
4. Gös tərilənlərə əsasən, Məhkəmə hesab etmişdir ki, tərəflər arasında müqavilə kommersiya məqsədilə bağlanıldığından, mübahisənin tərəfləri MMC və VÖEN əsasında sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs olduğundan mübahisə kommersiya mübahisəsidir və ümumi məhkəmədə baxılması yolverilməzdir.
5. Həmin qərardaddan iddiaçı (vəkil Nümayəndə) tərəfindən verilmiş şikayət birinci instansiya məhkəməsinin 25 may 2022-ci il tarixli qərardadı ilə təmin olunmamış və baxılması üçün Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilmişdir.
6. Şikayət onunla əsaslandırılmışdır ki, iddiaçı fiziki şəxs olmaqla VÖEN-i yoxdur, sahibkar deyildir və cavabdehə aralarındakı müqavilə kommersiya məqsədilə bağlanmamışdır. Tətbiq edilən hüquq MPM
7. Maddə 24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkə məsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir.
8. Maddə 25.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır.
9. Maddə 26.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır.
10. Maddə 403-1.6. Kassasiya instansiyası məhkəməsində məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayətlərə mülki, kommersiya və inzibati kollegiyalara daxil olan hakimlərin qarışıq tərkibində tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçiril mədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan 10 gün müddətində baxılır.
11. Maddə 403-1.7. Kassasiya instansiyası məhkəməsi məhkəmə aidiyyəti məsələsini həll edərkən məhkəmələr tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Əsaslandırıcı hissə
12. Qarışıq məhkəmə tərkibi şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır.
13. Belə ki, MPM-in 24.2-ci maddəsinin tələbinə görə, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir.
14. Həmin Məcəllənin 25.1 və 26.1-ci maddələrinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. 15. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli qərarına müvafiq olaraq MPM-in 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliy yətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir (bənd 11). Bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmaması ndan asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır (bənd 12).
16. Məhkəmələrə izah edilir ki, işlərin məhkəmə aidiyyətinin müəyyənləşdirilməsi zamanı konkret kateqoriya işlər üzrə mübahisə predmetinə əsasən müstəsna məhkəmə aidiyyətinin müəyyən edilməsinin mümkünlüyü də nəzərə alınmalıdır. Mübahisə tərəflərinin subyekt tərkibindən asılı olmayaraq kommersiya hüquqi şəxsləri ilə bağlı korporativ tələblərə (təsisçiləri, üzvləri, iştirakçıları, idarəetmə orqanının nümayəndələri arasında və onlarla hüquqi şəxs arasında olan hüquqi şəxsin fəaliyyətindən irəli gələn tələblər) kommersiya məhkəmələri baxır (bənd 19 və 20).
17. Baxılan iş üzrə məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçı cavabdeh MMC-nin təsisçilərindən biridir və hazırkı iddia tələbi hüquqi şəxslə onun təsisçisi arasında bağlanmış borc müqaviləsindən irəli gəlir.
18. Bu baxımdan, hazırkı iddiaya hüquqi şəxsin təsisçisi ilə həmin hüquqi şəxs arasında yaranmış korporativ mübahisə kimi müstəsna olaraq kommersiya məhkəməsinə baxılmalıdır. Birinci instansiya məhkəməsi işin aidiyyəti üzrə kommersiya məhkəməsinə göndərilməsi barədə mahiyyəti üzrə düzgün qərar qəbul etmişdir.
19. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsində məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayətlərə mülki, kommersiya və inzibati kollegiyalara daxil olan hakimlərin qarışıq tərkibində tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan 10 gün müddətində baxılır (403-1.6). Kasasiya instansiyası məhkəməsi məhkəmə aidiyyəti məsələsini həll edərkən məhkəmələr tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (403-1.7). Kasasiya instansiya məhkəməsi məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayətə baxarkən işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi barədə qərardadı dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər (403-1.8.1).
20. Qarışıq məhkəmə tərkibi qeyd edilənləri nəzərə alaraq və MPM-in 403-1.6 və 403-1.8.1-ci maddələrini rəhbər tutaraq Qərara aldı: Cavabdeh şikayəti təmin edilməsin. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-1334/2022 nömrəli iş üzrə 20 may 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə