Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-4034/2023 22.09.2023 ALİ MƏHKƏMƏ QƏRARDAD Kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi hakim), Hüseynov Abiddin Qabil oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-1446/2023 nömrəli, 14 iyun 2023-cü il tarixli qətnaməsindən Cavabdeh kassasiya şikayətlərini nəzərdən keçirərək, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qızıl-zinət, cehiz və geyim əşyalarının alınması, həmin əşyaların naturada alınması mümkün olmadıqda onların pul ilə dəyəri, cəmi 8076 manat və birgə nikah dövründə atasından cavabdehə alınıb verdi yi 4000 manatın, məhkəməyə ödənilmiş 77 manat dövlət rüsumunun və mediasiya xidməti üçün ödədiyi 50 manat dövlət rüsumunun, cəmi 12.203 manat məbləğində pulun alınaraq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ağdam Rayon Məhkəməsinin (hakim E.Bayramov) xx.xx.2023-cü il tarixli, 2(013)629/2023 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh - 1. komplekt 27 qram, 583 əyar, 1 dəst (briliyant qaşlı) (sırqa, üzük, boyunbağı, qolbağı) (1 qram 100 manat) - 2700 manat dəyərində, 2. 1 ədəd 4,5, qram 583 əyarlı nişan üzüyü (briliyant qaşlı) - 800 manat dəyərində, 3. 1 ədəd 21 qram, 583 əyarlı boyunbağı (hədiyyə) – 1680 manat dəyərində, 4. 1 ədəd 5 qram, 583 əyarlı üzük (hədiyyə) 400 manat dəyərində, 5. 1 ədəd 5,5 qram, 583 əyarlı üzük (hədiyy ə) 440 manat dəyərində, 6. 1 ədəd 3,2 qram, 583 əyarlı üzük (hədiyyə) – 256 manat dəyərində cəmi məbləğ 6276 manat məbləğ və 1. 1 ədəd tozsoran 140 manat dəyərində, 2. 1 ədəd ütü 50 manat dəyərində, 3. 1 ədəd mobil telefon A10 (qırmızı rəngli) 280 manat dəyərində, 4. 3 ədəd yorğan 3 X 60= 180 manat dəyərində, 5. döşək 2 ədəd X 80=160 manat dəyərində, 6. yastıq 3 ədəd X 30 = 90 manat dəyərində, 7. fen 2 ədəd (hava ütü) X 30=60 manat dəyərində, 8. geyim əşyaları gödəkçə 2 ədəd, toy donu 2 ədəd, cəmi 600 manat dəyərində, 9. ayaqqabı 4 cüt, çanta 3 ədəd, kofta 5 ədəd, cəmi 240 manat dəyərində cəmi 1800 manat məbləğdə əmlaklar, yaxud da onların ümumilikdə dəyəri 6276+1800 manat 8076 (səkkiz min yetmiş altı) manatın alınıb İddiaçı verilməsi, Cavabdeh 100 manat 76 qəpik (bir yüz manat yetmiş altı qəpik) pulun alınıb iddiaçıya verilməsi qət edilmiş, iddia tələblərinin qalan hissəsi rədd edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək, Ağdam Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(013)-629/2023 nömrəli qətnaməsinin ləğv edilərək iddianın rədd edilməsini xahiş etmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər L.Süleymanov (sədrlik edən və məruzəçi), İ.Həsənov və Ş.Rzaquliyev) (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(104)-1446/2023 nömrəli mülki iş üzrə 14 iyun 2023-cü il tarixli qətnaməsi ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş Ağdam Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(013)-629/2023 nömrəli qətnaməsi iddianın qismən təmin edilmiş hissəsində dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-1446/2023 nömrəli, 14 iyun 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi və işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qeyri-mümkün hesab edilməlidir. Belə ki, kassasiya şikayəti öyrənilərkən müəyyən olunmuşdur ki, kassasiya şikayəti mülki prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsi ilə verilmiş, lakin kassasiya şikayətini yalnız cavabdehin adından vəkili Vəkil imzalamışdır. İş materiallarından müəyyən olunur ki, cavabdeh tərəfindən vəkilə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM) 74.2-ci maddəsi ilə nəzərdə tutulmuş səl ahiyyətlər, o cümlədən məhkəmə aktlarından kassasiya şikayətinin verilməsi səlahiyyəti, müvafiq etibarnamə iş materiallarına və “Elektron məhkəmə” informasiya sisteminə əlavə edilməmişdir. Həmçinin, dövlət rüsumunun ödənilməsi barədə 24 iyul 2023-cü il tarixli (qəbz nömrəsi:**********) qəbzdən görünür ki, kassasiya şikayətinə görə cəmi 25 manat məbləğində dövlət rüsumu ödənilmişdir. “Dövlət Rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.6-cı maddəsinə əsasən kassasiya şikayətinə baxılması üçün müəyyən edilmiş dövlət rüsumunun 50 faizi miqdarında, dövlət rüsumu ödənilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti üzrə dövlət rüsumu qanunla müəyyən edilmiş məbləğdən az ödənildiyindən və müvafiq etibarnamə iş materiallarına və “Elektron məhkəmə” informasiya sisteminə əlavə edilmədiyindən kassasiya şikayəti geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 407.4-cü maddəsinə əsasən şikayətə vəkilin orderi və dövlət rüsumunun ödənilməsini sübut edən sənəd əlavə olunur. Həmin Məcəllənin 408.1.3-cü maddəsinə əsasən kassasiya şikayətinə vəkilin orderi və müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsi barədə sənədlər əlavə edilməmişsə, kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. Həmin Məcəllənin 408.3-cü maddəsinə əsasən kassasiya şikayətinin qaytarılması barədə qərardad çıxarılır. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən hesab edir ki, hazırki iş üzrə cavabdehin kassasiya şikayətinin mümkünlüyü üçün əsaslar mövcud olmadığından, onun icraata qəbulundan imtina edilməli, kassasiya şi kayətinin qaytarılması məsələsinin həlli üçün mülki iş apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır. Şərh edilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 408.1.3 və 411-ci maddələrini rəhbər tutaraq qərara aldı: Cavabdeh (Vəkil) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)1446/2023 nömrəli, 14 iyun 2023-cü il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti qeyri mümkün hesab edilsin. Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin qaytarılması məsələsinin həlli üçün mülki iş Gəncə Apellyasiya Məhkəməsinə göndərilsin.
Məhkəmə qərarları › İş №2(102)-4034/2023
Ali Məhkəmə Qərardad — İş №2(102)-4034/2023
22.09.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver