Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4035/2019 18.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X4, İddiaçı vəkili X2 və Cavabdeh2 vəkili X1 iştirakları ilə açıq məhkəmə iclasında, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 14 yanvar 2019-cu il tarixli, 2(103)71/2019 saylı qətnaməsindən İddiaçı kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri, Yasamal rayon Məhkəməsinin 11 iyul 2017-ci il tarixli, 2(004)-4423/2017 saylı qətnaməsi ilə (hakim A.Mirzəzadə) İddia çı cavabdehlər Cavabdeh2, X3 və Cavabdeh4 qarşı “ipoteka predmetinə tutmanın yönəldilməsi” barədə iddiası rədd edilib. İddiaçı təşkilat qətnamədən apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11 may 2018-ci il tarixli, 2(103)5125/2018 saylı qətnaməsi ilə (hakimlər N.Ş.Cəfərov, V.Ə.Baxışova və V.T.Həsənov) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı şəhəri, Yasamal rayon məhkəməsinin 11 iyul 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılıb. İddiaçı təşkilat qətnamədən kassasiya şikayəti verib. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 11 oktyabr 2018-ci il tarixli, 2(102)-6480/2018 saylı qərarı ilə (hakimlər Ə.A.Mirzəliyev sədrlik edən, məruzəçi, G.A.Quliyev və T.A.Qoldman) kassasiya şikayəti təmin edilərək, iş üzrə Bakı Apellyas iya Məhkəməsi Mülki Kollegiyasının 11 may 2018-ci il tarixli qətnaməsi ləğv edilib, mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılıb. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 14 yanvar 2019-cu il tarixli, 2(103)71/2019 saylı qətnaməsi ilə (hakimlər V.N.Sadıqov sədrlik edən, məruzəçi, A.Q.Hüseynov və A.N.İmanov) apellyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Bakı şəhəri, Yasamal rayon məhkəməsinin 11 iyul 2017-ci il tarixli qətnaməsi ləğv edilib, iş üzrə yeni qətnamə qəbul edilməklə, iddia rədd olunub. İddiaçı təşkilat qətnamədən kassasiya şikayəti verib. İŞİN HALLARİ İşdən görünür ki, iddiaçı təşkilat məhkəmədə cavabdehlərə qarşı “ipoteka predmetinə tutmanın yönəldilməsi” barədə iddia qaldıraraq, 12 mart 2013-cü il tarixli əsas kredit müqaviləsi ç ərçivəsində bağlanmış 11 avqust 2014-cü il tarixli əlavə kredit müqaviləsi üzrə kredit borcunun ipoteka predmeti olan Cavabdeh2 mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən mənzilə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması və mənzilin satılmasından əldə olunan pul vəsaiti hesabına kredit borcunun ödənilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 62.000 manat müəyyən edilməsi, tutmanın 12 fevral 2013-cü il tarixli ipoteka müqaviləsi üzrə ipoteka predmeti olan mənzilə yönəldikdən sonra orada yaşayan cavabdehlərin mənzildən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilib. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılılıb ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən, m addi, prosessual hüquq normalarının tələblərini pozaraq, işin faktiki halları üzrə səhv nəticəyə gəlib və işə əlavə edilmiş sübutlara düzgün hüquqi qiymət verməyib. Kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsi xahiş olunub. Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə iclasında İddiaçı vəkili x kassasiya şikayətində göstərilənlərə uyğun olaraq izahat verdi. Cavabdeh2 vəkili Xəqani Musayev məhkəmə iclasında kassasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, izahatında iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Cavabdehlər Əm inə Vahidova və Cavabdeh4 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də, üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. HÜQUQİ MƏSƏLƏLƏR Kassasiya instansiyası məhkəməsi məruzəçini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, apellyasiya instansiyası məhkəməsinin maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etməsini yoxlayıb hesab edir ki, aşağıdakılara görə kassasiya şikayəti təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfind ən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Belə ki, işdən görünür ki, 12 fevral 2013-cü il tarixli əsas kredit müqaviləsinə əsasən, iddiaçı təşkilat Cavabdeh1 60 ay müddətinə, 12 fevral 2018-ci il tarixədək, bu müqavilə çərçivəsində əlavə kredit müqavilələri bağlamaqla 36.000 manat kredit verməyi öhdəsinə götürüb. Müqavilənin şərtlərinə görə kredit müqaviləsi çərçivəsində Cavabdeh1 verilən kreditlər əlavə kredit müqaviləsinin bağlanması ilə rəsmiləşdirilməli və hər dəfə verilən kredit üzrə illik faiz dərəcəsi və digər spesfik şərtlər əlavə kredit müqavilələri ilə tənzimlənməlidir. Əlavə kredit müqavilələrində onun əsas kredit müqaviləsi çərçivəsində bağlanılmasına dair şərt nəzərdə tutulmalıdır. İddiaçı təşkilat öz mülahizəsinə əsasən Cavabdeh1 bu müqavilə də nəzərdə tutulan müddətdə və həmin bənddə müəyyən edilən kredit limitindən artıq olmayan məbləğdə dəfələrlə kredit verə və ya kreditin verilməsindən imtina edə bilər. Kredit verildiyi halda tərəflər arasında bağlanacaq əlavə kredit müqavilələrinin müddəti, əsas borcun ümumi məbləği bu müqavilə ilə müəyyən edilən kredit limitindən artıq ola bilməz. 07 avqust 2014-cü il tarixli sazişə əsasən, iddiaçı təşkilatla Cavabdeh1 arasında bağlanan 12 fevral 2013-cü il tarixli əsas kredit müqaviləsinə dəyişiklik edilərək, həmin müqavilə ilə müəyyən edilən kreditin məbləği artırılaraq 1.000.000 manat müəyyən edilib, kreditin müddəti 07 avqust 2019-cu il tarixədək uzadılıb. Kredit müqaviləsinin digər şərtləri dəyişdirilmədən saxlanılıb. 11 avqust 2014-cü il tarixli əlavə kredit müqaviləsinə əsasən, iddiaçı təşkilat tərəfindən Cavabdeh1 istehlak məqsədilə 36 ay müddətinə, illik 22 faiz ödənilməsi şərti ilə 63.500 ABŞ dolları kredit verilib. 16 mart 2015-ci il tarixli sazişə əsasən, iddiaçı təşkilatla Cavabdeh1 arasında bağlanan 11 avqust 2014-cü il tarixli kredit müqaviləsinə dəyişiklik edilərək, kredit müqaviləsində nəzərdə tutulan kreditdən istifadəyə görə faiz dərəcəsi dəyişdirilərək illik 20,5 faiz müəyyən edilib, eləcə də 1 ay güzəşt müəyyən edilməklə, kreditin müddəti 11 oktyabr 2018-ci il tarixədək uzadılıb. 12 fevral 2013-cü il tarixli ipoteka müqaviləsinə əsasən, Cavabdeh2 müqavilədə nəzərdə tutulan əsas kredit müqaviləsi üzrə və əsas kredit müqaviləsi ilə müəyyən edilmiş müddət və kredit limiti çərçivəsində bağlanacaq əlavə kredit müqavilələri üzrə Cavabdeh1 öhdəliklərinin i crasının təmin edilməsi üsulu kimi mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, xxx küçəsində yerləşən xxx saylı evin mənzilini iddiaçı təşkilatın xeyrinə ipoteka qoyub. Müqavilənin şərtlərinə görə 12 fevral 2013-cü il tarixli əsas kredit müqaviləsi üzrə iddiaçı təşkilat tərəfindən Cavabdeh1 60 ay müddətinə verilən 36.000 manat kreditin təmin edilməsi üsulu kimi 12 fevral 2018-ci il tarixədək əsas kredit müqaviləsi çərçivəsində əlavə kredit müqavilələri bağlanılmaqla kredit verilməsi nəzərdə tutulub. Cavabdeh1 isə krediti və kreditdən istifadəyə görə əlavə kredit müqavilələrində nəzərdə tutulan faizləri əlavə kredit müqavilələrinin ayrılmaz hissəsi olan ödəniş cədvəlində göstərilmiş ödəniş tarixindən gec olmayaraq iddiaçı təşkilata ödəməyi öhdəsinə götürüb. İpoteka predmeti əsas kredit müqaviləsi üzrə və əsas kredit müqaviləsi ilə müəyyən edilən müddət və kredit limiti çərçivəsində bağlanacaq əlavə kredit müqavilələri üzrə Cavabdeh1 öhdəliklərinin icrasının təmin edilməsi üsuludur. Buna uyğun olaraq bu müqavilədə göstərilən mənzilə dair iddiaçı təşkilatın ipoteka hüququ əsas kredit müqaviləsi çərçivəsində Cavabdeh1 neçə dəfə kredit verilməsindən asılı olmayaraq əsas kredit müqaviləsi çərçivəsində əlavə kredit müqavilələri bağlanılmaqla sonuncu tərəfindən alınan bütün kreditlər üzrə öhdəliklərə şamil olunur. 07 avqust 2014-cü il tarixli sazişə əsasən, tərəflər arasında bağlanan 12 fevral 2013-cü il tarixli ipoteka müqaviləsi, 12 fevral 2013-cü il tarixli əsas kredit müqaviləsinə edilmiş 07 avqust 2014-cü il tarixli sazişə əsasən həmin əsas kredit müqaviləsinin limiti artı rılaraq 1.000.000 manat, müddəti isə 07 avqust 2019-cu il tarixədək müəyyən edilib. Sazişin şərtlərinə görə, 12 fevral 2013-cü il tarixli ipoteka müqaviləsinin predmeti kimi Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, xxx küçəsində yerləşən xxx saylı evin mənzili çıxış edir və Cavabdeh2 ipoteka predmeti olan mənzilə tutma yönəldikdə və o, satıldıqda mənzili tərk etməyi öhdəsinə götürüb. Göründüyü kimi ipoteka müqaviləsi və ipoteka müqaviləsinə dəyişiklik edilməsinə dair saziş borclu Cavabdeh1, ipoteka qoyan Cavabdeh2 və ipoteka saxlayan iddiaçı təşkilatın səlahiyyətli nümayəndəsi tərəfindən imzalanmaqla, iddiaçı təşkilatın dairəvi möhürü ilə təsdiq edilib. Eləcə də mənzil ipoteka qoyularkən orada qeydiyyatda olanlar, yəni Cavabdeh4 və Əminə Vahidova mənzilin ipoteka qoyulması na notarial qaydada yazılı razılıq verməklə, mənzilə tutma yönəldikdə və o, satıldıqda mənzili tərk edəcəklərinə dair üzərlərinə yazılı öhdəlik götürmüşlər. 11 avqust 2014-cü il tarixli əlavə kredit müqaviləsinin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlinə görə, borclu Cavabdeh1 kredit borcunu hər ay 2.426 ABŞ dolları, sonuncu ay isə 2.370 ABŞ dolları ödəməklə qaytarmağı öhdəsinə götürüb. Əlavə kredit müqaviləsinə edilmiş dəyişiklikdən sonra tərtib edilmiş ödəniş cədvəlinə əsasən, borclu Cavabdeh1 kredit borcunu 16 mart 2015-ci il tarixdən başlayaraq, birinci ay 921 ABŞ dolları əsas borc ödənildikdən sonra isə, hər ay 1.810 ABŞ dolları, sonuncu ay 1.789 ABŞ dolları ödəniş etməklə qaytarmağı öhdəsinə götürüb. Borclu Cavabdeh1 sonuncu dəfə 18 yanvar 2016-cı il tarixdə 602 ABŞ dolları ödəni ş edib, həmin vəsait də tam olaraq onun faiz borcuna silinib və 05 mart 2016-cı il tarixdə Cavabdeh1 ölüb. 02 mart 2017-ci il tarixli maliyyə arayışına görə, mərhum Cavabdeh1 11 avqust 2014-cü il tarixli əlavə kredit müqaviləsinə əsasən iddiaçı təşkilata 35.193,79 ABŞ dolları əsas, 6.453,53 ABŞ dolları faiz və 1.132,42 ABŞ dolları cərimə olmaqla, cəmi 42.779,74 ABŞ dolları ödənilməmiş kredit borcu vardır. Bundan başqa işdən görünür ki, borclu Cavabdeh1 hazırki iddia verilməmişdən əvvəl öldüyü üçün Bakı şəhəri, Yasamal rayon məhkəməsinin 11 iyul 2017-ci il tarixli qərardadı ilə mülki işin icraatına kredit borcunun tutulması hissəsində xitam verilib və sonradan həmin qərardad yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilmədən saxlanılıb. Əvvəla, apellyasiya instansiyası məhkəməsi kas sasiya instansiyası məhkəməsinin bundan əvvəlki 11 oktyabr 2018-ci il tarixli qərarında şərh edilən göstərişlərə əməl etməyib, kassasiya instansiyası məhkəməsinin qərarında şərh edilən göstərişləri qətnaməyə köçürməklə öz vəzifəsini bitmiş hesab edib və həmin göstərişlər üzrə heç bir araşdırma aparmayıb. Halbuki, MPM-nin 420-ci maddəsinin mənasına görə, kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Digər tərəfdən iddia ərizəsindən görünür ki, iddiaçı təşkilatın cavabdehlərə qarşı hazırkı tələbləri “kredit müqaviləsi üzrə kredit borcunun ipoteka predmeti olan mənzilə yönəldilməsindən, həmin mənzilin açıq hərracdan satılmasından, mənzilin satılmasından əldə edilən pul vəsaiti hesabına kredit borcunun ödənilmə sindən, ipoteka predmetinin ilkin satış qiymətinin 62.000 manat müəyyən edilməsindən və ipoteka predmeti olan mənzilə tutma yönəldikdən sonra orada yaşayanların mənzildən çıxarılmaların”dan ibarətdir. Göründüyü kimi 12 fevral 2013-cü il tarixli ipoteka müqaviləsi və sonradan həmin müqaviləyə əlavə olaraq bağlanan 07 avqust 2014-cü il tarixli saziş hazırki işə baxılmasının predmeti olmayıb və hazırda iddiaçı təşkilat mərhum Cavabdeh1 kredit borcu üzrə tutmanın ipoteka predmeti olan mənzilə yönəldilməsini tələb edir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsindən fərqli əsaslara və “İpoteka haqqında” Qanunun 10, 34.1.1, 34.1.2-ci maddələrinin və digər normaların tələblərinə istinad edərək, gəldiyi nəticəni ilddiaçı təşkilatla borclu Cavabdeh1 arasında bağlanan 11 avqust 2014-cü il tarixli əlavə kredit müqaviləsinin ipoteka qoyan Cavabdeh2 məsuliyyətinin artmasına və onun üçün digər əlverişsiz nəticələrə səbəb olması və sair ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə və hüquqi əsaslandırma ilə razılaşmır və ilk növbədə qeyd edir Mülki Məcəllənin 460.1ci maddəsində öhdəliklərin icrasının girov, zaminlik, ipoteka və digər üsullarla təmin edilməsinin mümkünlüyü nəzərdə tutulub.Kredit xətti müqaviləsinin gələcəkdə qarşılıqlı öhdəlik münasibətlərinin ümumi şərtlərini müəyyən edən əqd olmasını nəzərə alaraq, tərəflər öz aralarında həmin öhdəliklərin icrasının təminat üsullarını müəyyən edə bilərlər. Öhdəliklərin icrasının təmin edilməsinin əsas üsullarından biri kimi ipoteka çıxış edir. Girov və ipo teka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur (Mülki Məcəllənin 269.1-ci maddəsi). Girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın. Girov və ipoteka müqavilə üzrə əmələ gəlir (Mülki Məcəllənin 269.7 və 270.1-ci maddələri). Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əş yanın satılmasını tələb edə bilər (Mülki Məcəllənin 317.1-ci maddəsi). Apellyasiya instansiyası məhkəməsi sadalanan normaların tələblərini pozaraq, ipoteka müqaviləsinin borclu Cavabdeh1 ipoteka saxlayan iddiaçı təşkilat qarşısında sözügedən kredit müqaviləsi üzrə öhdəliklərinin icrasının təmin edilməsi üsulu kimi bağlanmasına, ipoteka ilə təmin edilmiş həmin öhdəlik üzrə borclu Cavabdeh1 öhdəliyini icra etmədiyi halda, iddiaçı təşkilatın ipoteka ilə yüklü edilmiş mənzilin dəyərindən həmin mənzilin mülkiyyətçisi olan Cavabdeh2 digər kreditorlarına nisbətən üstün qaydada təminat almaq hüququnun olmasına, eləcə də borclu Cavabdeh1 təminat vasitəsi ipoteka predmeti olan əsas öhdəliyini lazımınca icra etmədiyindən ipoteka saxlayan iddiaçı təşkilatın mənzilin satılmasını tələb etmək hüqunun ə mələ gəlməsinə əhəmiyyət vermədən, iddianı rədd etməklə əslində ipoteka qoyan Cavabdeh2 gələcəkdə ipoteka predmetini mənimsəməsinə hüquq verən qanunsuz əsas yaratmışdır. Halbuki, Mülki Məcəllənin 273-cü maddəsinin mənasına görə, girov saxlayana və ya ipoteka saxlayana girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanı mənimsəmək hüququ verən hər cür razılaşma etibarsızdır. Daha sonra apellyasiya instansiyası məhkəməsi “İpoteka haqqında” Qanunun 1.0.1, 1.0.5, 10, 34.1.1, 34.1.2-ci maddələrinin və digər normaların tələblərinə istinad edərək, borclu Cavabdeh1 öldüyü üçün mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi imkanının artıq itirildiyini, ipoteka qoyan Cavabdeh2 iddiaçı təşkilat qarşısında heç bir öhdəliyinin yaranmadığını və sair göstərsə də, kassasi ya instansiyası məhkəməsi bununla razılaşmır. Belə ki, “İpoteka haqqında” Qanunun 48.1-ci maddəsinə əsasən, ipoteka saxlayan və ipoteka qoyan bu barədə razılığa gəldikdə, əsas öhdəliyə xitam verildikdə, tutmanın yönəldilməsi nəticəsində ipoteka predmeti satıldıqda, ipoteka predmeti məhv olduqda, bu Qanunla nəzərdə tutulmuş digər hallarda ipotekaya xitam verilir. Qanunda borclunun ölümü halının əsas öhdəliyə və ipotekaya xitam verilməsinə əsas olması nəzərdə tutulmamışdır. Ona görə də apellyasiya instansiyası məhkəməsi sadalanan normalara istinad etməkdə səhvə yol verib. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 558-ci maddəsinə əsasən, borclunun şəxsi iştirakı olmadan icra mümkün deyilsə, onun ölümü öhdəliyin xitamına səbəb olur. İcra şəxsən kreditor üçün nəzərdə tutulmuşdursa, onun ölümü öhdəliyin xitamına səbəb olur. Qanunverici borclunun şəxsi iştirakı olmadan icranın mümkünsüzlüyü halında öhdəliyə xitam verilməsini nəzərdə tutur. Lakin, öhdəliyin hüquqi varisliyi əsasında keçməsi halı istisna olunur. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 4 iyun 2018-ci il tarixli qərarında göstərilir ki, borclunun ölümü ilə onun öhdəliklərinin aradan qalxmasının və bununla da bağlanmış müqavilələrin hüquqi təminatdan məhrum olmasının qarşısının alınmasına xidmət edən institutlardan biri vərəsəlik institutudur. Vərəsəlik hüququ ölmüş şəxsin əmlakının və bununla bağlı hüquq və vəzifələrinin qanun üzrə və ya vəsiyyət üzrə vərəsələrə keçməsi qaydalarını müəyyə nləşdirən hüquq normalarının məcmusudur. Mülki Məcəllənin 1151-ci maddəsinə müvafiq olaraq, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Yəni mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar. Mülki Məcəllənin 558-ci maddəsinə əsasən, əgər borclunun şəxsi iştirakı olmadan icra mümkün deyilsə, onun ölümü öhdəliyin xitamına səbəb olur. Həmin Məcəllənin 1153-cü maddəsinə görə, şəxsi xarakter daşıyan və yalnız miras qoyana mənsub ola bilən əmlak hüquqları və vəzifələr, habelə qanunda və ya müqavilədə nəzərdə tutulan, yalnız kreditorun və borclunun sağlığında qüvvədə olan və onların ölümü ilə xitam verilən hüquq və vəzifələr m irasın tərkibinə daxil deyildir. Beləliklə, şəxsi xarakterli hüquq və vəzifələr vərəsəlik qaydasında ölmüş şəxsin vərəsələrinə keçmir. Borclunun kredit müqaviləsindən irəli gələn vəzifələri isə şəxsə bağlı olmayan və şəxsən icranı tələb etməyən, üçüncü şəxslər tərəfindən icrası mümkün olan əmlak xarakterli öhdəliklərdir. Bu səbəbdən də kredit müqaviləsi üzrə borclunun ölümü ilə onun öhdəliklərinə xitam verilmir və bu öhdəliklər miras qoyanın vərəsələri tərəfindən icra edilməlidir. “İpoteka haqqında” Qanunun 29-cu maddəsinə görə, əsas öhdəlik üzrə borc başqasına keçdikdə ipoteka qoyan ipotekanın qüvvədə qalmasına ipoteka saxlayana yazılı razılıq vermədikdə ipotekaya xitam verilir. Borclunun ölümü ilə əlaqədar zaminliyə xitam verilib-verilməməsi məsələsinə münasibət bildirən Konstitusiya Məh kəməsinin Plenumu yuxarıda adı çəkilən qərarında mövqeyini belə izah etmişdir: “müraciət edən göstərir ki, bəzən borclunun ölümü və miras əmlakın vərəsələr tərəfindən qəbulu borcun başqa şəxsə keçirilməsi kimi qiymətləndirilir və zamin yeni borclu üçün cavabdeh olmaq barəsində kreditora razılıq vermədikdə, zaminliklə təmin edilmiş öhdəlik üzrə borcun başqa şəxsə keçirilməsi əsası ilə zaminlik müqaviləsinə xitam verilir. Bununla bağlı Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, Mülki Məcəllənin 477-ci maddəsində nəzərdə tutulmuş “borc başqa şəxsə keçirildikdə” ifadəsi borclunun öz iradəsi ilə əsas müqavilə üzrə hüquq və öhdəliklərini başqa şəxsə keçirməsi halını ehtiva edir. Belə ki, Mülki Məcəllənin 522-ci maddəsinə görə, kreditor ilə müqaviləyə əsasən öhdəlik üçü ncü şəxsə verilə bilər; bunun nəticəsində o, əvvəlki borclunu əvəz edir. Əgər borclu ilə öhdəliyin üçüncü şəxsə veriləcəyi barədə razılaşma əldə edilərsə, bu, yalnız kreditorun icazəsi ilə etibarlı olur. Göründüyü kimi, müqavilə üzrə borclunun hüquq və vəzifələrinin üçüncü şəxsə keçirilməsi borclunun iradəsi və kreditorun buna razılıq verməsi ilə baş verir. Bu halda həmin müqavilənin icrasını təmin etmək məqsədi ilə bağlanmış zaminlik müqaviləsinin hüquqi qüvvəsinin davam etməsi üçün zaminin razılığı mütləqdir. Borclunun ölümü halında isə onun hüquq və vəzifələri universal hüquq varisliyi qaydasında mirası qəbul etmiş vərəsələrə keçmiş olur. Yəni bu halda əsas müqavilə üzrə hüquq və vəzifələr tərəflərin iradəsindən asılı olmayaraq, borclunun ölümü və vərəsələrin mirası qəbul etməsi ilə son unculara keçmiş olur.” Kassasiya instansiyası məhkəməsi qeyd edir ki, analoji şərh ipotekaya da aid edilməlidir. Öhdəlik hüquq varisliyi üzrə keçirsə ipotekaya xitam verilməsindən söhbət gedə bilməz. Konstitusiya Məhkəməsinin Plenumunun qeyd olunan qərarının nəticə hissəsinin 2-ci bəndində göstərilir ki, borclunun ölümü zaminliyin xitamına səbəb olmur. Zaminin ölmüş borclunun kreditorları qarşısında məsuliyyətinin həddi miras əmlakın həcmi ilə məhdudlaşmır. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, vərəsələr öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, eləcə də miras əmlakın həcmi vərəsələrə öhdəliyi icra etməyə imkan vermədikdə, zamin kreditor qarşısında tam məsuliyyət daşıyır. “İpoteka haqqında” Qanunun 1.0.1, 1.0.5-ci maddələrinə görə, ipoteka əsas öhdəliyi n icrasının təmini üsulu kimi çıxış edir. Yəni hər hansı səbəbdən, o cümlədən borclunun ölümünə görə əsas öhdəlik icra olunmadıqda ipoteka saxlayan üstün qaydada ipoteka predmeti hesabına əsas öhdəliyin icrasını tələb etmək hüququna malikdir. Göründüyü kimi apellyasiya instansiyası məhkəməsi iddia tələblərini rədd edib, borclu Cavabdeh1 öldüyü üçün mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi imkanının artıq itirildiyini qeyd etməklə ziddiyətli nəticəyə gəlmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi işin məhkəmədən kənar həlli qaydasına əməl edilməməsi nəticəsinə gəlirdisə MPM-nin 259.0, 259.0.1-ci maddəsinə əsasən ərizənin baxılmamış saxlanmasına dair məsələni müzakirə etməli idi. Həmin normalara görə məhkəməyə müraciət etmiş iddiaçı mübahisənin qa baqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə məhkəmə ərizəni baxılmamış saxlayır. Bundan başqa apellyasiya instansiyası məhkəməsi iddiaçı təşkilatın əsas kredit müqaviləsinin şərtlərindən kənara çıxaraq əlavə kredit müqaviləsi üzrə borclu Cavabdeh1 Azərbaycan manatı ilə deyil, ABŞ dolları ilə kredit verməsini, lakin bunu ipoteka qoyan Cavabdeh2 bəyan etməməsini, eləcə də ipoteka müqaviləsində gələcəkdə borclu Cavabdeh1 verilməsi nəzərdə tutulan kreditin məbləğinin, valyutasının, geri qaytarılma müddətinin, faiz dərəcəsinin, öhdəliyin pozulması halında məsuliyyətin ölçüsünün (d əbbə pulunun) və sair şərtlərin öz əksini tapmamasını, borclu Cavabdeh1 verilən kreditin valyutası dəyişdiyi üçün onunla əlavə kredit müqaviləsi bağlandığı halda, ipoteka müqaviləsinə müvafiq əlavə və dəyişikliklərin edilməməsini və ipoteka müqaviləsinin əlavə dövlət qeydiyyatının aparılmamasını və beləliklə də ipoteka qoyan Cavabdeh2 razılığı alınmadan öhdəliyin dəyişdirildiyini və bu dəyişdirmənin onun məsuliyyətinin artmasına və onun üçün digər əlverişsiz nəticələrə səbəb olduğunu göstərsə də, kassasiya instansiyası məhkəməsi bununla da razılaşmır. Belə ki, əvvəla, 12 fevral 2013-cü il tarixli ipoteka müqaviləsinə əsasən, Cavabdeh2 müqavilədə nəzərdə tutulan əsas kredit müqaviləsi üzrə və əsas kredit müqaviləsi ilə müəyyən edilmiş müddət və kredit limiti çərçivəsində bağlanacaq əlavə kredit müqavilələri üzrə Cavabdeh1 öhdəliklərinin icrasının təmin edilməsi üsulu kimi mülkiyyətində olan mənzili iddiaçı təşkilatın xeyrinə ipoteka qoyub və müqavilənin şərtlərinə görə mənzilə dair iddiaçı təşkilatın ipoteka hüququ əsas kredit müqaviləsi çərçivəsində borclu Cavabdeh1 neçə dəfə kredit verilməsindən asılı olmayaraq əsas kredit müqaviləsi çərçivəsində əlavə kredit müqavilələri bağlanılmaqla sonuncu tərəfindən alınan bütün kreditlər üzrə öhdəliklərə şamil olunub. Eləcə də 07 avqust 2014-cü il tarixli sazişə əsasən, tərəflər arasında bağlanan 12 fevral 2013-cü il tarixli ipoteka müqaviləsi, 12 fevral 2013-cü il tarixli əsas kredit müqaviləsinə edilmiş 07 avqust 2014-cü il tarixli sazişə əsasən həmin əsas kredit müqaviləsinin limiti artırılaraq 1.000.000 manat, müddəti isə 07 av qust 2019-cu il tarixədək müəyyən edilib. Sazişin şərtlərinə görə, 12 fevral 2013-cü il tarixli ipoteka müqaviləsinin predmeti kimi qeyd olunan mənzil çıxış edib və Cavabdeh2 ipoteka predmeti olan mənzilə tutma yönəldikdə və o, satıldıqda mənzili tərk edəcəyinə dair üzərinə öhdəlik götürüb. İpoteka müqaviləsi və ipoteka müqaviləsinə dəyişiklik edilməsinə dair saziş borclu Cavabdeh1, ipoteka qoyan Cavabdeh2 və ipoteka saxlayan iddiaçı təşkilatın səlahiyyətli nümayəndəsi tərəfindən imzalanmaqla, iddiaçı təşkilatın dairəvi möhürü ilə təsdiq edilib. Digər tərəfdən kassasiya instansiyası məhkəməsi hesab edir ki, ipoteka qoyanın məsuliyyətinin artması və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olma faktının müəyyən edilməsi zamanı yalnız ipoteka qoyanın deyil, həmçinin tərəflərin hər biri nin qanuni maraqlarının nəzərə alınması zəruridir. Ona görə də kassasiya instansiyası məhkəməsi belə qənaətə gəlir ki, hər bir halda “məsuliyyətin artması və ya digər əlverişsiz nəticələrə səbəb olma” faktı qiymətləndirilərkən işin konkret halları, tərəflərin dəlilləri nəzərə alınmalı və bunun əsasında həmin halların nədən ibarət olması məhkəmə qətnaməsində əsaslandırılmalıdır. Nəzərə alınmalıdır ki, girov və ipoteka hüququ həm mövcud, həm də gələcək tələb üçün verilə bilər. Girov və ipoteka hüququnun verildiyi tələb yetərli dərəcədə aydın olmalıdır (Mülki Məcəllənin 269.11-ci maddəsi). Eyni hüquqi mövqe “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Qanunun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Mülki Məcəllənin 269. 11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Qanunun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2018-ci il tarixli Qərarında da təsbit edilib. Mülki Məcəllənin 307.4-cü maddəsinə əsasən, əgər ipoteka ilə təmin edilmiş öhdəliyin məbləği gələcəkdə müəyyənləşdirilməlidirsə, ipoteka müqaviləsində onun müəyyənləşdirilməsinin qaydası və digər zəruri şərtləri göstərilməlidir. İpoteka müqaviləsində göstərilməli olan şərtlər “İpoteka haqqında” Qanunun 10.5-ci maddəsində əks olunub. Həmin maddəyə görə, ipoteka müqaviləsində tərəflərin adı və yaşayış yeri (olduğu yer), ipotekanın predmeti, onun adı, olduğu yer və eyniləşdirilməsi üçün yetərli olan digər təsviri, əsas öhdəliyin mahiyyəti, ölçüsü (məbləği) əmələ gəlməsi əsasları və icra müddəti, bu öhdəliyin əsaslandığı müqavilənin tərəfləri, bsğlandığı yer və tarix göstərilməlidir. Əgər əsas öhdəliyin məbləği gələcəkdə müəyyənləşdirilməlidirsə, ipoteka müqaviləsində həmin məbləği müəyyən etmə qaydası göstərilməlidir. Lakin Mülki Məcəllənin 307.4-cü və “İpoteka haqqında” Qanunun 10.5-ci maddəsində ipoteka müqaviləsində göstərilməli olan zəruri şərtlər dəqiq müəyyən olunmamışdır. Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, ipoteka müqaviləsinin bağlanması üçün də kredit xətti müqaviləsində zəruri şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və sair) yetərli dərəcədə aydın göstərilməlidir. Kredit xətti müqaviləsinin mühüm şərtlərinə dəyişiklik edildikdə ipoteka müqaviləsində də müvafiq düzəliş edilməlidir. Belə ki, “İpoteka h aqqında” Qanunun 14-cü maddəsində qeyd olunur ki, ipoteka müqaviləsində əsas öhdəliyin mahiyyəti, ölçüsü və ya icra müddəti dəyişdikdə ipotekanın əlavə dövlət qeydiyyatı aparılmalıdır. Yəni həmin dəyişikliklər barədə ipoteka qoyan şəxsin məlumatı və razılığı olmalıdır. “Banklar haqqında” Qanunun 1.0.9-cu maddəsinə əsasən, bank krediti - bağlanmış müqaviləyə uyğun olaraq qaytarılmaq, müəyyən müddətə (müddətin uzadılması hüququ ilə) və faizlər (komisyon haqlar) ödənilmək şərti ilə, təminatla və ya təminatsız müəyyən məbləğdə borc verilən pul vəsaitidir. Göründüyü kimi, kredit müqaviləsinin mühüm şərtlərinə kreditin məbləği, müddəti, illik faiz dərəcəsi və s. aid edilə bilər. “İpoteka haqqında” Qanunun 48-ci maddəsində ipotekaya xitam verilməsinin konkret əsasları müəyyən edilib göstərilib və həmin maddəyə görə, ipoteka saxlayanla, ipoteka qoyan bu barədə razılığa gəldikdə; əsas öhdəliyə xitam verildikdə; tutmanın yönəldilməsi nəticəsində ipoteka predmeti satıldıqda; ipoteka predmeti məhv olduqda və bu Qanunla nəzərdə tutulan digər hallarda ipotekaya xitam verilir. Qanunun mənasına görə, ipoteka qoyanın məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə gətirib çıxaran dəyişikliklər dedikdə- ipoteka qoyan müqavilə bağlayarkən həmin müqavilə üzrə öhdəsinə götürdüyündən daha artıq öhdəliyinin yaranması nəzərdə tutulur. Göründüyü kimi, qeyd olunan maddə istənilən dəyişikliyə görə ipotekanın xitamını nəzərdə tutmur. Bu normaya əsasən, ipotekanın xitamı üçün təmin edilmiş öhdəliyə edilən dəyişiklik ipoteka qoyanın məsuliyyətini artırmalı və ya onun üçün başqa əl verişsiz nəticələrə səbəb olmalıdır. İpoteka qoyanın razılığı alınmadan bağlanmış kredit müqavilələrində nəzərdə tutulmuş öhdəliyin konkret həcmi kredit xətti müqaviləsi ilə müəyyən edilmiş ümumi məbləğ və müddət həddində olmalıdır. Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinin dəlilləri ilə razılaşıb hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən sadalanan normaların tələblərini pozaraq, 07 avqust 2014-cü il tarixli sazişə əsasən, tərəflər arasında bağlanan 12 fevral 2013cü il tarixli ipoteka müqaviləsi, 12 fevral 2013-cü il tarixli əsas kredit müqaviləsinə edilmiş 07 avqust 2014-cü il tarixli sazişə əsasən həmin əsas kredit müqaviləsinin limitinin artırılaraq 1.000.000 manat, müddətinin isə 07 avqust 2019-cu il tarixədək müəyyən edilməsinə, həmin sazişin şərtləri nə görə, 12 fevral 2013-cü il tarixli ipoteka müqaviləsinin predmeti kimi Cavabdeh2 mülkiyyətində olan mənzilin çıxış etməsinə, sonuncunun sazişi imzalayaraq qeyd olunan dəyişikliklərlə razılaşmasına, 11 avqust 2014-cü il tarixli əlavə kredit müqaviləsinin 07 avqust 2014-cü il tarixli sazişin şərtləri çərçivəsində bağlanmasına, yəni öhdəliyin konkret həcmi əlavə kredit xətti müqaviləsi ilə müəyyən edilmiş 1.000.000 manat ümumi kredit məbləğini aşmamasına, müddətinin isə sazişdə nəzərdə tutulan 07 avqust 2019-cu il tarixi keçməməsinə əhəmiyyət vermədən, iddianı rədd etməklə əslində qanuni əsaslar olmadığı halda faktiki olaraq ipotekaya xitam vermiş və mənzili faktiki olaraq bütövlükdə yüklülükdən azad etmişdir. Halbuki, sadalanan normaların mənasına görə, əlavə kredit müqaviləsinə əsasən Ca vabdeh1 Azərbaycan manatı ilə deyil, ABŞ dolları ilə 63.500 ABŞ dolları kredit verilməsi, 12 fevral 2013-cü il tarixli əsas kredit müqaviləsi üzrə 36.000 manat kredit borcunun da ipoteka predmetinə yönəldilməməsi üçün əsas ola bilməz. Apellyasiya instansiyası məhkəməsi bu günədək ipoteka qoyan Cavabdeh2 tərəfindən məhkəmə qaydasında mübahisələndirilməyən ipoteka müqaviləsi üzrə bütövlükdə tutmanı ipoteka predmetinə yönəltməməklə əslində digər tərəfin, yəni iddiaçı təşkilatın qanuni maraqlarını pozmuşdur. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya instansiyası məhkəməsi işin yuxarıda göstərilən faktiki hallarını və sadalanan maddi hüquq normalarının tələblərini nəzərə alıb, kassasiya şikayətində göstərilən digər dəlilləri də müzakirə edib, hesab edir ki, kassasiya şikayəti təmin edilməli, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalı və işə yenidən apellyasiya qaydasında baxılarkən sadalanan nöqsanlar aradın qaldırılmaqla yanaşı, işə əlavə edilmiş sübutlara MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-420-ci maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi QƏRARA A L D İ: İddiaçı kassasiya şikayəti təmin edilsin, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mül ki Kollegiyasının 14 yanvar 2019-cu il tarixli, 2(103)-71/2019 saylı qətnaməsi ləğv edilsin, mülki iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4035/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-4035/2019
18.06.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver