Məhkəmə qərarları › İş №2(102)-4037/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-4037/2021

08.06.2021 · Aidiyyəti üzrə daxil olan sənədlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4037/2021 08.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki, Kommersiya və İnzibati kollegiyalarına daxil olan hakimlərin qarışıq tərkibinin QƏRARİ İddiaçı Qanuni nümayəndə cavabdeh Azərbaycan Respublikası Milli Elmlər X1rşı iddia tələbinə dair iş üzrə Açar sözlər: məhkəmə aidiyyətinə dair ümumi və kommersiya məhkəmələri arasında fikir ayrılığı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimi Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən) İnzibati kollegiyasının hakimi Rəsulbəyova Nigar İmran qızı və Kommersiya kollegiyasının hakimi Məmmədli Bəhram Məmməd oğlundan ibarət qarışıq tərkibdə, iddiaçı xxxxxxxxxxcavabdeh Azərbaycan Respublikası xxxxxxxx borcun ödənilməsi tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsi ilə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi arasında məhkəmə aidiyyətinə dair fikir ayrılığı ilə bağlı məsələyə Ali Məhkəmənin binasında məhkəmə baxışı keçirilmədən və tərəflər dəvət olunmadan baxaraq, aşağıdakı qərarı qəbul etdi İŞİN HALLARİ Qanuni nümayəndə (bundan sonra – iddiaçı) Azərbaycan Respublikası Milli X2 Elmi Kitabxanasına (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək cavabdehdən əlavə dəyər vergisi daxil olmaqla 596,03 manat məbləğində xidmət haqqı, borcun ödənilmədiyi bütün müddət üçün 73,37 manat dəbbə pulu və 31 manat məbləğində dövlət rüsumu, ümumilikdə 700,37 manat məbləğində pulun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 06 aprel 2021-ci il tarixli qərardadı ilə (hakim A.Əliyeva, iş № e-2-2(113)-962/2021) işin baxılması üçün aidiyyəti üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi 18 may 2021-ci il tarixli qərardadı ilə (hakim T.Axundov, iş № 2(004)-3650/2021) işin kommersiya məhkəməsinə aid olduğunu hesab etmiş və aidiyyət məsələsinin həll edilməsi üçün işin Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilməsini qərara almışdır. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 32.7ci maddəsinə əsasən bir məhkəmədən digərinə göndərilən iş onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol ve rilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda kassasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. Bakı Kommersiya Məhkəməsi MPM-nin 24.2, 25.1, 35.1, 36.1-ci maddələrinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 13-cü maddəsinə istinadla qeyd etmişdir ki, iddiaçının tələbi tərəflər arasında bağlanmış xidmət müqaviləsi üzrə cavabdehin göstərilmiş xidmətin müqabilində ödəmədiyi pul vəsaitinin tutulmasından ibarətdir. Cavabdeh qeyri-kommersiya hüquqi şəxsidir və hazırkı iş üzrə mübahisə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar deyildir. Ona görə də işə məhkəmə aidiyyəti üzrə ümumi məhkəmədə - cavabdehin hüquqi ünvanı üzrə (xxxxxxxxxxxxxx) Bakı Şəhəri Yasamal Rayon Məhkəməsində baxılmalıdır. Bakı Şəh əri Yasamal Rayon Məhkəməsi həmin əsaslarla razılaşmayaraq MPM-nin 24.2, 26.1, 31.1, 44.1, 44.2.2-ci maddələrinə istinadla qeyd etmişdir ki, tərəflərin hər ikisi hüquqi şəxs olmaqla, aralarında yaranmış mübahisə 28.02.2020-ci il tarixli, C-060-S-İM-20 nömrəli xidmət müqaviləsindən irəli gəlmişdir. Belə olan halda, hazırkı işə Bakı Kommersiya Məhkəməsində baxılmalıdır. Qarışıq məhkəmə tərkibi hər iki məhkəmənin gətirdiyi dəlilləri və iş materiallarını araşdıraraq hesab edir ki, hazırkı iddiaya Bakı Kommersiya Məhkəməsində baxılmalıdır. Belə ki, MPM-in 24.2-ci maddəsinin tələbinə görə, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 25.1-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır (maddə 26.1). “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli qərarına müvafiq olaraq MPM-in 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir (bənd 11). Bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçiril ən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır (bənd 12). Mübahisə tərəflərindən birinin dövlət orqanı və bələdiyyə olduğu halla bağlı isə məhkəmələrə izah edilməlidir ki, qanunvericiliyin tələbinə görə dövlət və bələdiyyə orqanları hakimiyyət səlahiyyətlərini icra etməkdən başqa mülki dövriyyənin bərabər hüquqlu subyektləri qismində malların (işlərin və xidmətlərin və s.) dövlət və bələdiyyə vəsaiti hesabına alınmasında, sahibkarlıq subyektləri ilə mülki hüquqi əqdlərin bağlanmasında, həmçinin investisiya fəaliyyətinin həyata keçirilməsində eyni ilə digər hüquqi şəxslər kimi iştirak edə bilərlər. Bu zam an sahibkarlıq subyektləri tərəfindən dövlət orqanlarına və bələdiyyələrə qarşı və ya sonuncuların sahibkarlıq subyektlərinə qarşı tələbləri mahiyyət etibarı ilə iqtisadi məzmunlu olduğundan, habelə bu tələblərdən irəli gələn mübahisələrə tətbiq edilən maddi hüquq normalarının sahibkarlıq fəaliyyətini tənzimləyən normalara aid olduğundan həmin mübahisələrə kommersiya məhkəmələrində baxılmalıdır (bənd 23). Baxılan iş üzrə iddiaçı kommersiya hüquqi şəxsi, cavabdeh Azərbaycan Respublikasının elm sahəsində dövlət siyasətini həyata keçirən dövlət təşkilatı olan xxxxxxxxxxxxstrukturuna daxil olan qurumdur. Bu qurum, həmçinin mülki dövriyyənin bərabər hüquqlu subyekti qismində malların (işlərin və xidmətlərin və s.) dövlət vəsaiti hesabına alınmasında, sahibkarlıq subyektləri ilə mülki hüquqi əqd lərin bağlanmasında digər hüquqi şəxslər kimi iştirak edir. Hazırkı mübahisə tərəflər arasında bağlanmış avtomobillərə texniki xidmət və təmir haqqında müqavilədən irəli gəlir. Qüvvədə olan mülki prosessual qaydalara və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda istinad olunan 18 sentyabr 2020-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqelərə əsasən işə kommersiya məhkəməsində baxılmalıdır. MPM-ə müvafiq olaraq bir məhkəmədən digərinə göndərilən iş onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda kasasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir (32.7). Kasasiya instansiyası məhkəməsi tərəfindən məhkəmə aidiyyətinə dair mübahisələrə bu maddədə müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla, bu Məcəllənin 43-cü fəslində müəyyən olunmuş qaydalara uyğun olaraq baxılır (403-1.2). Kassasiya instansiyası məhkəməsində məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayətlərə mülki, kommersiya və inzibati kollegiyalara daxil olan hakimlərin qarışıq tərkibində tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan 10 gün müddətində baxılır (403-1.6). Qarışıq məhkəmə tərkibi qeyd edilənləri nəzərə alaraq, MPM-in 32.7 və 403-1-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı xxxxxxxxxxxxcavabdeh xxxxxxxxxxxxx borcun ödənilməsi tələbinə dair iş aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edild

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar