Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4037/2024 13.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi yanında X3 Xidməti) qarşı iş üzrə QƏRARİ Açar sözlər: əmrlərin etibarsızlığı. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi yanında X3 Xidməti) qarşı “əmrlərin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)3753/2024 nömrəli, 26 avqust 2024-cü il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. "xxxx" MMC ilə Cavabdeh1 və Cavabdeh2 aralarında bağlanmış xx.xx.2022-ci il tarixli əmək müqavilələrinə əsasən, sonuncular satıcı vəzifəsinə işə qəbul edilmişlər. 2. "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli nizamnaməsinin 4.3-cü bəndinə əsasən, cəmiyyətin icra orqanlarının yaradılması və onların səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi, o cümlədən direktorun təyin edi lməsi və geri çağırılması "xxxx" MMC-nin ümumi yığıncağının müstəsna səlahiyyətlərinə aid edilmişdir. 3. "xxxx" MMC-nin təsisçilərinin xx.xx.2022-ci il tarixli qərarı ilə Cavabdeh1 "xxxx" MMC-nin direktoru vəzifəsinə təyin edilmiş, Cavabdeh1 "xxxx" MMC-də direktor vəzifəsinə işə qəbul edilməsi haqqında xx.xx.2022-ci il tarixli əmək müqaviləsi bağlanmışdır. 4. "xxxx" MMC-də Azərbaycan Respublikası Auditorlar Palatasının “Allahverdiyev M.A” sərbəst auditoru tərəfindən audit aparılmış, auditin nəticələri barədə xx.xx.2023-cü il tarixli rəy tərtib olunmuşdur. Həmin rəyə görə, audit nəticəsində "xxxx" MMC-də 87258.44 manat məbləğində kənarlaşma olduğu müəyyən edilmişdir. 5. "xxxx" MMC-nin təsisçilərinin xx.xx.2023-cü il tarixli qərarı ilə Cavabdeh1 "xxxx" MMC-nin direktoru vəzifəsindən Azərbayc an Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən azad edilmişdir.
6. Bundan sonra Cavabdeh1 "xxxx" MMC-nin direktoru kimi imzaladığı 20 sentyabr 2023-cü il tarixli 101 nömrəli əmrlə, onunla "xxxx" MMC arasında bağlanılmış xxxxxxx000100 nömrəli əmək müqaviləsinə Əmək Məcəlləsinin 68.2 “a” bəndinə əsasən xitam vermişdir.
7. Həmçinin Cavabdeh1 "xxxx" MMC-nin direktoru kimi imzaladığı 20 sentyabr 2023cü il tarixli 101 nömrəli əmrlə, Cavabdeh2 ilə "xxxx" MMC arasında bağlanılmış xxxxxxx000100 nömrəli əmək müqaviləsinə Əmək Məcəlləsinin 68.2 “a” bəndinə əsasən xitam vermişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı "xxxx" MMC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Əmək və Məşğu lluq altsistemində (ƏMAS) Cavabdeh2 əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2023-cü il tarixli, 101 nömrəli əmrin və Cavabdeh1 əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2023-cü il tarixli, 102 nömrəli əmrin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
9. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, MMC İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən xx.xx.2021-ci il tarixdə qeydiyyata alınmış və icarəyə götürdüyü ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 62,6 kv.m.olan qeyri-yaşayış sahəsində xüsusi lisenziya əsasında aptek təsərrüfat subyekti kimi fəaliyyət göstərir. İddiaçı xx.xx.2022-ci il tarixdə əmək müqaviləsi bağlamaqla cavabdehləri aptekdə satıçı vəzifəsinə iş ə qəbul etmiş, xx.xx.2022-ci il tarixdən isə Cavabdeh1 əmək müqaviləsinə dəyişikliklər edilmiş və o, xx.xx.2023-cü il tarixədək əmək fəaliyyətini MMC-nin direktoru kimi davam etdirmişdir. xx.xx.2022-ci il tarixdə MMC-nin direktoru vəzifəsində işləmiş Cavabdeh1 və mühasib İ.N.Şipilovanın iştirakı ilə akt tərtib edilərək imzaları ilə təsdiq edilmişdir. Həmin akta əsasən xx.xx.2022-ci ildən xx.xx.2022-ci il tarixədək olan dövrdə aptekdə olan tibbi preparatların faktiki mövcudluğu yoxlanılmışdır. Yoxlama nəticəsində müəyyən edilmişdir ki, bu müddət ərzində aptekə 76437,21 manat məbləğində mal daxil olmuş, 12845,38 manat geri qaytarılma olmuşdur. Həmin dövrdə aptekdə 63591,73 manat məbləğində mal qalığının olduğu müəyyən olunmuş və malların saxlanılması direktor Cavabdeh1 həvalə edilmişdir. 2 023-cü ilin sentyabr ayında aparılmış daxili araşdırma nəticəsində müəyyən edilmişdir ki, xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək MMC-nin qanuni təmsilçisi (direktoru) olmuş Cavabdeh1 və xx.xx.2023-cü il tarixədək MMC-də satıcı vəzifəsində işləmiş Cavabdeh2 qabaqcadan əlbir olaraq və etibardan və vəzifə səlahiyyətlərindən suiistifadə edərək ünvan 2 ünvanda yerləşən MMC-yə məxsus olan aptekdən 87258,44 manat məbləğində pul vəsaitini mənimsəməklə və bir qismini adlarına olan müxtəlif bank kartlarına (Leobank, Rabitəbank, Kapital Bank) köçürməklə ələ keçirmişlər. Sərbəst auditor X1 tərəfindən MMC-yə məxsus "xxxx" aptekdə malların dövriyyəsi və satışın nəticələrinin auditinə dair xx.xx.2023-cü il tarixli auditor rəyi tərtib edilmiş və həmin rəyə əsasən ümumilikdə 87258,44 manat kə narlaşma müəyyən edilmişdir. Kənarlaşmanın və nöqsanların müəyyən olunduğu dövr üzrə məsuliyyət maddi-məsul şəxs direktor Cavabdeh1 üzərində olmuşdur. Həmçinin, aparılan araşdırmaya mane olmaq və birgə törətdikləri cinayət əməllərini ört-basdır etmək məqsədi MMC-nin direktoru vəzifəsində işləmiş Cavabdeh1 xx.xx.2023-cü il tarixdə MMC-yə məxsus olan asan imzadan suiistifadə edərək, aparılan auditin nəticəsini gözləmədən və bu barədə təsisçinin qərarı olmadan özünü və bacısı Cavabdeh2 barəsində 101 və 102 nömrəli əmrlər verməklə əmək müqavilələrinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2 “a” bəndinə əsasən xitam vermiş və həmin əmrləri Əmək və Məşğulluq altsistemində (ƏMAS) asan imza vasitəsilə yerləşdirmişdir. Halbuki, "xxxx" MMC-nin təsisçisinin xx.xx.2023-cü il tarixli qərarına əsa sən Cavabdeh1 xx.xx.2023-cü il tarixdən "xxxx" MMC-nin direktoru vəzifəsindən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi qərara alınmışdır. Qeyd olunan əmrlərin mövcudluğu iddiaçıya yalnız xx.xx.2023-cü il tarixdə məlum olmuşdur. Belə ki, cavabdehlər qeyd olunduğu kimi yoxlamanın nəticəsini gözləmədən özbaşınalıq edərək iş yerlərini tərk etmişlər və cəmiyyətin adına olan asan imzanı və mühasibatlığa aid digər zəruri sənədləri də götürüb aparmışlar. Əmək və Məşğulluq altsistemində (ƏMAS) yerləşdirilmiş xx.xx.2023-cü il tarixli, 101 və 102 nömrəli əmrlərin məzmunu da ƏM-nin 84-cü maddəsinin tələblərinə də uyğun deyil.
10. Cavabdehlərin nümayəndəsi iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilən xx.xx.2022-ci il tarixli malların Cavabdeh1 təqdim edilməsinə dair xx.xx.2022-ci il tarixli aktdan cavabdehin məlumatı olmamış və həmin aktın əsli məhkəməyə təqdim edilməmişdir, O cümlədən akta olan imza Cavabdeh1 məxsus deyildir. Bundan başqa iddiaçı tərəfindən məhkəməyə təqdim edilən Cavabdeh1 "xxxx" MMC-nin direktorunun vəzifəsindən Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndinə əsasən azad edilməsinə dair əmr əsassız hesab edilməlidir, belə ki, mülki işin materiallarına əlavə edilmiş audit rəyindən görünür ki, audit rəyi xx.xx.2023-cü il tarixə verilmişdir. MMC isə bir ay əvvəldən direktorun fəaliyyətinə hələ audit rəyi olmadan xitam vermişdir. Bundan başqa, sözügedən audit rəyi audit haqqında qanunvericiliyə uyğun tərtib edilməmiş, şirkətin d axili əsasnaməsinə əsasən aparılmışdır. Eyni zamanda Cavabdeh1 işdən azad ediləməsinə dair ərizəsini "xxxx" MMC-nin rəhbərliyinə təqdim etmiş və bundan sonra Cavabdeh1 özünün işdən çıxarılmasına dair əmrini asan imza ilə imzalamışdır. Cavabdeh2 isə öz işdən çıxarılmasına dair ərizəsini MMC-nin direktoru olan Cavabdeh1 təqdim etmişdir. Lakin hər iki cavabdehlərin ərizələrinin surətləri hazırda onlarda saxlanılmır.
11. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 6 mart 2024-cü il tarixli, 2(008)986/2024 nömrəli qətnaməsi ilə (hakim N.Cəfərli) iddia tələbinin təmin edilməsi, Cavabdeh2 əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2023-cü il tarixli, 101 nömrəli əmri və Cavabdeh1 əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2023-cü il tarixli, 102 nömrəli əmrinin etibarsız hesab edilməsi qət edi lmişdir.
12. Birinci instansiya məhkəməsi iddia tələbinin Cavabdeh1 münasibətdə mövqeyini onunla əsaslandırmışdır ki, MMC-nin nizamnaməsinə əsasən MMC-nin direktorunun təyin edilməsi və onun geri çağırılması MMC-nin ümumi yığıncağının müstəsna səlahiyyətlərinə aid edilmişdir. İşin mübahisə olunmayan halı ondan ibarətdir ki, Cavabdeh1 əmək müqaviləsinə xitam verilməsi zamanı Cavabdeh1 MMC-nin direktoru vəzifəsində işləmiş və onun əmək müqaviləsinə xitam verilməsinə dair əmr ümumi yığıncağın qərarı olmadan özü tərəfindən imzalanmışdır. Beləliklə məlum olur ki, Cavabdeh1 ümumi yığıncağın qərarı olmadan sözügedən əmri vermək səlahiyyəti olmadığından xx.xx.2023-cü il tarixli 102 nömrəli əmr etibarsız hesab edilməlidir. Bundan başqa xx.xx.2023-cü il tarixli 102 nömrəli əmrin, yəni əmək müqavil əsinə xitam verilməsinin əsası kimi işçinin ərizəsi olduğu göstərilsə də, məhkəmə iclasında iştirak edən iddiaçının vəkili belə bir ərizənin olmadığını məhkəmənin diqqətinə çatdırmiş, cavabdeh tərəf isə belə bir ərizənin ümumi yığıncağa verilmiş olduğunu bildirsə də, bu halı təsdiq edəcək sübut mülki iş materiallarına əlavə etməmişdir.
13. Birinci instansiya məhkəməsi iddia tələbinin Cavabdeh2 münasibətdə mövqeyini onunla əsaslandırmışdır ki, mülki iş materiallarına əlavə edilmiş Cavabdeh2 ilə MMC arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsinə dair xx.xx.2023-cü il tarixli əmrə əsasən əmək müqaviləsinə işçinin ərizəsi əsasında xitam verilmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 vəkili sözügedən ərizənin işçi tərəfindən iş yerinə təqdim edildiyini bildirsə də, məhkəmə iclası nda iştirak edən iddiaçının vəkili belə bir ərizənin mövcud olmadığını bildirmiş, cavabdeh tərəfin isə ərizənin qanunla nəzərdə tutulmuş qaydada iş yerinə təqdim edilməsini təsdiq edən sübutu məhkəməyə təqdim edə bilməmişdir. Bundan başqa, sözügedən əmrlərin verilməsi zamanı digər cavabdehin direktoru olduğu MMC-nin fəaliyyətində maliyyə məsələləri ilə bağlı çatışmazlıqlar müəyyən edilmişdir. Cavabdehlər isə yaxın qohum olduğundan və onlar MMC-nin fəaliyyətində yaranmış çatışmazlıqlardan boyun qaçırmaq məqsədi ilə görünüş üçün əqd bağlayaraq əmək müqaviləsinə xitam verilmişdir. Qanunvericiliyin mənasından da görünür ki, görünüş üçün bağlanmış əqd əhəmiyyətsiz olduğundan iddia tələbi bu hissədə də təmin edilməli, Cavabdeh2 əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2023-cü il tarixli 10 1 nömrəli əmr etibarsız hesab edilməlidir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
14. Cavabdeh V. Heydərova (vəkili Vəkil2) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisə predmeti olan xx.xx.2023-cü il tarixli 102 saylı əmr cavabdeh V. Heydərova ilə bağlanmış xxxxxxx000100 nömrəli əmək müqaviləsinə xitam vermə ilə bağlıdır. Həmin əmək müqaviləsi üzrə isə Əmək və Məşğulluq altsistemi (ƏMAS) bildirişlərindən göründüyü kimi Cavabdeh1 direktor vəzifəsindən azad edilməsi ilə deyil, satıcı kimi vəziəsindən azad edilməsi ilə bağlıdır. İş materiallarına iddiaçı tərəfindən (məhkəmə baxışı zamanı) əlavə edilmiş MMC-nin xx.xx.2023-cü il tarixli təsisçilərin qərarından görünür ki, Cavabdeh1 heç də iddiada və məhkəmə qətnaməsində qeyd edildiyi kimi özü-özünü MMC-nin direktoru vəzifəsindən azad etməmişdir, direktor kimi təsisçilərin qeyd edilən qərarı ilə azad edilmişdir. İddiaçının iddiasının əsası kimi istinad etdiyi 2 mühüm sənəd bir-birinə ziddiyyət təşkil edir. Belə ki, iddiaçı iddia ərizəsində qeyd edir ki, guya cavabdehlərin 87258 manat məbləğində mənimsəməsinə görə onların Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə görə azad edilməli idi. Belə ki, belə azad edilmə iş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli audit rəyinə görə müəyyən edilmişdir. Lakin Cavabdeh1 Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə azad edilməsi barədə təsisçilərin qərarının tarixi xx.xx.2023-cü il tarixdir. Necə olur ki, kənarlaş maya dair audit rəyi xx.xx.2023-cü il tarix olduğu halda, kənarlaşma əsası kimi istinad etdikləri təsis qərarı əvvəlki tarix ola bilər. İddiaçı tələbinin hüquqi əsasını cavabdehlər tərəfindən aptekdən 87258,44 manat məbləğində pul vəsaitinin mənimsənilməsi ilə əsaslandırmışdır. Qeyd edilən mənimsəmə Cinayət Məcəlləsində nəzərdə tutulan cinayət əməlidir ki, iddiaçı cavabdehin mənimsəmə ilə bağlı məsuliyyətə cəlb edilməsinə dair hər hansı məhkəmə qərarını təqdim etməmişdir, ümumiyyətlə belə qərar mövcud deyil. Bundan başqa, qeyd edilən audit rəyi ziddiyyətlidir və məhkəmədə tədqiq olunmamışdır. Məhkəmə tərəfindən əmək müqaviləsi ilə cavabdehin hansı vəzifədə olması ilə bağlı olması ümumiyyətlə araşdırılmamışdır. Məhkəmə iddianı təmin edərkən qətnamənin əsaslandırıcı hissəsində Cavabdeh1 öz üözünü MMC-nin direktor vəzifəsindən çıxarmaq səlahiyyətinin olmaması ilə əsaslandırmışdır. Halbuki, mübahisə predmeti olan xx.xx.2023-cü il tarixli 102 saylı əmr Cavabdeh1 ilə bağlanmış əmək müqaviləsinə ƏM-nin 68.2 maddəsi ilə xitam verilməsi ilə bağlıdır və sözügedən əmək müqaviləsi üzrə Cavabdeh1 ƏMAS sistemində direktor kimi deyil, satıcı kimi qeydə alınmışıdr. İş materiallarına iddiaçı tərəfindən təqdim edilən xx.xx.2023-cü il tarixli MMC-nin təsis qərarından görünür ki, Cavabdeh1 özü-özünü azad etməmişdir və istəsə də azad edə bilməzdi, çünki həmin qərar təsisçilər tərəfindən imzalanmışdır və Cavabdeh1 direktor vəzifəsindən azad edilmişdir.
16. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3753/2024 nömrəli, 26 avqust 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər X. Mərdano va (sədrlik edən), E. Həsənov və M. Məmmədov) Cavabdeh1 apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qət etmişdir.
17. Apellyasiya instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, işin mübahisəsiz hallarından biri Cavabdeh1 əmək müqaviləsinə xitam verilməsi zamanı onun, "xxxx" MMC-nin direktoru vəzifəsində işləsə də özünün əmək müqaviləsinə xitam verilməsinə dair əmrin ümumi yığıncağın qərarı olmadan özü tərəfindən imzalanmasıdır.
18. Buna görə də məhkəmə kollegiyası, Cavabdeh1 ümumi yığıncağın qərarı olmadan sözügedən əmri vermək səlahiyyəti olmadığından və direktor olduğu halda əmrdə özünü satıcı kimi işdən azad etməsinə dair xx.xx.2023-cü il tarixli 102 nömrəli əmrin etibarsız hesab ed ilməli olmasına dair birinci instansiya məhkəməsinin nəticəsi ilə razılaşır.
19. Cavabdeh1 apellyasiya şikayətinin məhkəmə tərəfindən mübahisə predmeti olan xx.xx.2023-cü il tarixli 102 saylı əmrin aid olduğu xxxxxxx000100 nömrəli əmək müqaviləsi üzrə Cavabdeh1 satıcı kimi qeydə alınmasını, direktor olmadığını araşdırmamasına dair dəlili ilə bağı məhkəmə kollegiyası qeyd edib ki, iddiaçı "xxxx" MMC xx.xx.2022-ci il tarixdə əmək müqaviləsi bağlanmaqla satıcı vəzifəsinə işə qəbul edildikdən sonra xx.xx.2022-ci il tarixdən əmək müqaviləsinə dəyişikliklər edilməsi nəticəsində xx.xx.2023-cü il tarixədək əmək fəaliyyətini "xxxx" MMC-nin direktoru kimi davam etdirdiyi üçün o, MMC-də artıq satıcı vəzifəsində işləmədiyinə görə həmin vəzifədən də işdən çıxarıla bilməzdi. Cavabdeh1 özünün satıcı kimi əmək müqaviləsinə xitam verilməsinə dair “102” saylı əmri verərək əmri "xxxx" MMC-nin direktoru kimi imzalaması, onun əmr verilən tarixdə hansı vəzifədə işləməsini təsdiq edir.
20. Bundan başqa, MMC-nin nizamnaməsinə əsasən, MMC-nin direktorunun təyin edilməsi və onun geri çağırılması MMC-nin ümumi yığıncağının müstəsna səlahiyyətlərinə aid edildiyi halda Cavabdeh1 əmək müqaviləsinə xitam verilməsinə dair əmr ümumi yığıncağın qərarı olmadan özü tərəfindən imzalaması qanuni sayıla bilməz.
21. Digər tərəfdən xx.xx.2023-cü il tarixli 102 nömrəli əmrin, yəni əmək müqaviləsinə xitam verilməsinin əsası kimi işçinin, yəni özünün ərizəsi olduğunu göstərsə də, cavabdeh tərəfindən belə bir ərizəsinin verilməsi iş materialları ilə müəyyən edilməmişdir.
22. Hazırki mübahisə predmeti Cavabdeh1 Əmək Mə cəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə azad edilməsi barədə təsisçilərin xx.xx.2023-cü il tarixli qərarı deyil, onun əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2023-cü il tarixli 102 nömrəli əmrinin etibarsız hesab edilməsi olmuşdur ki, göstərilən əmrin işin qeyd olunan halları ilə etibarsız olması müəyyən edilmişdir.
23. Bundan əlavə, "xxxx" MMC-nin təsisçisinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Cavabdeh1 xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan fəaliyyəti dövrü müstəqil auditor tərəfindən cəmiyyətin direktoru kimi onun iştirakı ilə yoxlanılmış, yoxlama zamanı cəmiyyətdə ciddi pozuntular aşkar edilmiş və nəticəsi xx.xx.2023-cü il tarixli audit aktı ilə rəsmiləşdirilmişdir. Cəmiyyətin direktoru Cavabdeh1 yoxlamanın nəticələri ilə razı olmamış və audit aktını imzalamaqdan imtina etməklə yanaşı, özünün əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməmişdir.
24. Məhkəmə kollegiyası öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1, 337.3, 340.1, 349, 350-ci, Əmək Məcəlləsinin 2.1, 68.1, 68.2, 69.1, 69.2, 69.3, 70, 76.1, 80.1, 80.2-ci, MPM-in 14.2, 77.1, 80, 88, 106.1, 217.1, 217.3, 218.1, 384.0.1, 405-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
25. Cavabdeh V. Heydərova (vəkili Vəkil2) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
26. Cavabdeh kassasiya şikayətini iddia tələbinə etirazın və apelyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
27. Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi
28. Maddə
2. Azərbaycan Respublikası Əmək Məcəlləsinin vəzifələri və prinsipləri
1. Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir.
29. Maddə
3. Bu Məcəllədə istifadə edilən əsas anlayışlar...
3. İşəgötürən - tam fəaliyyət qabiliyyətli olub işçilərlə əmək müqaviləsi (kontrakt) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və y a onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, habelə fiziki şəxs....
9. Əmək funksiyası - əmək müqaviləsində nəzərdə tutulan bir və ya bir neçə vəzifə (peşə) üzrə işçinin yerinə yetirməli olduğu işlərin (xidmətlərin) məcmusu.
30. Maddə
11. Əmək münasibətləri sahəsində işəgötürənin aşağıdakı əsas hüquqları vardır: a) bu Məcəllə ilə müəyyən edilmiş qaydada işçilərlə əmək müqavilələri bağlamaq, onların şərtlərini dəyişdirmək; b) bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək;...
31. Maddə
68. Əmək müqaviləsinə xitam verilməsinin əsasları
1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.
2. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəb büsü;...
32. Maddə
69. Əmək müqaviləsinin işçi tərəfindən ləğv edilməsi qaydası
1. İşçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər.
2. Ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur.
3. İşçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək münasibətlərinə daxil olması ilə bağlı yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) razılığı olduqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər halla rda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər.
33. Maddə
83. Əmək müqaviləsinə xitam verilməsinin sənədləşdirilməsi qaydası
1. Əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir.
2. Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlid ir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi
34. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
35. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
36. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
37. Maddə 407.2. Kassasiya şikayətində işin hallarını n sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
38. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
39. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
40. Hazırkı kassasiya şikayətinə əsasən apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
41. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunmas ı və ya dəyişdirilməsi üçün əsas yoxdur.
42. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
43. Bu baxımdan işin hallarına nəzər salındıqda görünür ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddia tələbi ilə bağlı məsələlər lazımi qaydada araşdırılmışdır. Kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər, apelyasiya şikayətinin əsaslandırmasını təşkil edirdi və apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini qüvvədə saxlamaqla yanaşı, həmin dəlillərə kifayət qədər ətraflı qiymət vermişdir. Apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
44. Bununla yanaşı məhkəmə kollegiyası aşağıdakıarı qeyd etməyi zəruri hesab edir.
45. Baxılan iş üzrə düzgün nəticəyə gəlmək üçün həlledici fakt – mübahisələndirilən əmrləri verən şəxsin işəgötürən kimi səlahiyyətlərinin mövcud olub olmaması ilə bağlıdır. Buna görə də ilk növbədə, əmri vermiş şəxsin işəgötürən he sab etməyin mümkünlüyü araşdırılmalıdır.
46. Qanunvericinin Əmək Məcəlləsinin 3-cü maddəsinin 3-cü hissəsində işəgötürənə verdiyi anlayışa görə, işəgötürən tam fəaliyyət qabiliyyətli olub işçilərlə əmək müqaviləsi (kontrakt) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, habelə fiziki şəxsdir.
47. Məhkəmələr tərəfindən müəyyən olunan hallara görə, mübahisələndirilən əmrləri imzalamış Cavabdeh1 əmri imzalayan anda işəgötürən səlahiyyətinə malik olmadığı müəyyən edilmişdir.
48. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
49. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyəti etibarilə, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır. Qeyd olunmalıdır ki, işin faktiki halları ilə bağlı dəlillər üzrə kassasiya icraatında araşdırma aparılmır, onlara qiymət verilmir. Çünki kassasiya icraatı yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət verilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlər ə cavab verilməsi ilə məhdudlaşır. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.
50. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
51. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Kassasiya şik ayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3753/2024 nömrəli, 26 avqust 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.