Məhkəmə qərarları › İş №2(102)-4038/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-4038/2023

05.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kre
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4038/2023 05.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı2 QSC-nin cavabdehlər X3, Cavabdeh5 və Cavabdeh3 qarşı iş üzrə QƏRARİ Açar sözlər: kredit borcunun tutulması; zaminin məsuliyyətinin hədləri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Məmmədov Vidadi Məmməd oğlu (məruzəçi), Babayev Zəki Baba oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə İddiaçı2 QSC-nin cavabdehlər X3, Cavabdeh5 və Cavabdeh3 qarşı kredit borcunun tutulması tələbinə iddia ərizəsi ilə bağlı Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-269/2023 nömrəli iş qzrə 22 iyun 2023-cü il tarixli qətnaməsindən Cavabdeh3 kassasiya şikayətinə Ali M əhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı2 QSC ilə mərhum Cavabdeh1 arasında bağlanmış 20 dekabr 2013-cü il tarixli 16L000004876 nömrəli kredit müqaviləsinə əsasən, bank tərəfindən Cavabdeh1 120 ay müddətinə 30.000 ABŞ dollar məbləğdə kredit xətti açılmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh1 veriləcək məbləğ və müddət ayrıca olaraq Kredit razılaşması ilə müəyyən olunmuşdur. 2. 20 dekabr 2013-cü il tarixli 16L000004876 nömrəli kredit xətti müqaviləsi üzrə 04 dekabr 2014-cü il tarixdə bağlanmış 016R********** saylı kredit razılaşmasına əsasən, İddiaçı2 QSC tərəfindən Cavabdeh1 36 ay müddətinə aylıq 2,25% ödəmək şərti ilə 20.000 ABŞ dolları məbləğdə kredit verilmişdir.

3. İddiaçı2 QSC ilə Cavabdeh3 arasında bağlanmış 20 dekabr 2013-cü il tarixli 16С000008102 nömrəli zaminlik müqaviləsinə əsasən Cavabdeh3 İddiaçı2 QSC ilə Cavabdeh1 arasında bağlanmış 20 dekabr 2013-cü il tarixli 16L000004876 nömrəli Kredit xətti müqaviləsi və bu kredit xətti müqaviləsinin ayrılmaz hissəsi olan «Kredit razılaşması», «Bank qarantiyası verilməsi haqqında müqavilə» və «Аkkreditiv açılması üçün müqavilə» formasında bağlanacaq ayrıca razılaşma üzrə Cavabdeh1 İddiaçı2 QSC qarşısında olan öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh3 borclu ilə birlikdə Bank qarşısında tam məsuliyyəti öz öhdəsinə götürmüşdür.

4. İddiaçı2 QSC ilə Cavabdeh5 arasında bağlanmış 04 dekabr 2014-cü il tarixli 016S**********02 nömrəli zaminlik müqaviləsinə əsasən Cavabdeh2 İddiaçı2 QSC ilə Cavabdeh1 arasında bağlanmış 20 dekabr 2013-cü il tarixli 16L00 0004876 nömrəli kredit xətti müqaviləsi və bu kredit xətti müqaviləsinin ayrılmaz hissəsi olan «Kredit razılaşması», «Bank qarantiyası verilməsi haqqında müqavilə» və «Аkkreditiv açılması üçün müqavilə» formasında bağlanacaq ayrıca razılaşma üzrə Cavabdeh1 İddiaçı2 Qapalı Səhmdar Cəmiyyəti qarşısında olan öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh2 borclu ilə birlikdə Bank qarşısında tam məsuliyyəti öz öhdəsinə götürmüşdür.

5. Cavabdeh1 21 yanvar 2016-cı il tarixdə vəfat etmişdir.

6. Cavabdeh5 26 oktyabr 2015-ci il tarixdə vəfat etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı2 QSC cavabdehlər Cavabdeh1, Cavabdeh5 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı2 QSC-nin xeyrinə 17.458,32 ABŞ dolları məb ləğdə əsas borc, 1.450,01 ABŞ dolları məbləğdə faiz borcu və 2.042,63 ABŞ dolları məbləğdə cərimə, cəmi 20.950,96 ABŞ dolları kredit borcunun müştərək qaydada tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. Qazax Rayon Məhkəməsinin 2(023)-13/2017 nömrəli iş üzrə 08 sentyabr 2017-ci il tarixli qərardadı ilə X4, X3 və X2 Cavabdeh1 hüquqi varisləri kimi tanınmışl, X3 cavabdeh qismində işə cəlb olunmuşdur.

9. Qazax Rayon Məhkəməsinin 2(023)-2/2022 nömrəli iş üzrə 05 may 2022-ci il tarixli qərardadı ilə Cavabdeh5 aid hissədə iş üzrə işin icraatına xitam verilmişdir.

10. Qazax Rayon Məhkəməsinin 2(023)-2/2022 nömrəli iş üzrə 05 may 2022-ci il tarixli qətnaməsi ilə (hakim N.Musayev) iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh3 və X1 müştərək qaydada 17.458,32 ABŞ dolları məbləğdə ə sas borc, 1.450,01 ABŞ dolları məbləğdə faiz borcu və 42 ABŞ dolları məbləğdə cərimə, cəmi 18.950,33 ABŞ dolları məbləğdə kredit borcunun tutularaq, İddiaçı2 QSC-nin xeyrinə ödənilməsi, iddianın qalan hissədə rədd olunması qət edilmişdir.

11. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslarına görə, tərtib edilən cərimə pulunun miqdarı yaranmış müqavilə üzrə əsas borc 17.458,32 ABŞ dolları məbləğinə mütənasib olmadığından, 2.042,63 ABŞ dolları məbləğdə cərimə pulunun 42 ABŞ dolları məbləğinə azaldılması məqsədəuyğundur. b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat

12. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşmayan Cavabdeh3 ondan apellyasiya şikayəti vermişdir.

13. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-2065/2022 nömrəli iş üzrə 28 iyul 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər Ə.Məmmədov (sədrlik edən və məruzəçi), R.Muradov və Ə.Abdullayev) apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmışdır.

14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və müvafiq əsaslandırma ilə razılaşmış, həmçinin qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin Cavabdeh3 qarşı irəli sürülən tələbi təmin edərkən gəldiyi nəticə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 iyun 2018-ci il tarixli qərarında ifadə edilən hüquqi mövqeyə uyğun olmuşdur. c) Kassasiya instansiyası məhkəməsində icraat

15. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə razılaşmayan Cavabdeh3 ondan kassasiya şikayəti vermişdir.

16. Azərbaycan Respublikası A li Məhkəməsinin (sədrlik edən və məruzəçi hakim Ə.Nurməmmədov, hakimlər A.Hüseynov və Ə.Əliyevdən ibarət tərkibdə) 2(102)-706/2023 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli qərarı ilə Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 28 iyul 2022-ci il tarixli qətnaməsi qismən ləğv edilmiş, iş yeni apellyasiya baxışına qaytarılmışdır.

17. Ali Məhkəmənin hüquqi mövqeyinə görə, “... işin apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə İddiaçı2 QSC ilə mərhum Cavabdeh1 arasında bağlanmış 20 dekabr 2013-cü il tarixdə kredit xətti müqaviləsinə əsasən Nurəddin Sarıyevə 120 ay müddətinə 30000 ABŞ dollar məbləğində kredit xətti açılmışdır. Müqavilənin 1.3-cü bəndinə görə verilən hər bir kreditin məbləği, faiz dərəcəsi, müddəti, məqsədi və digər şərtləri hər dəfə tərəflər arasında bağ lanan və bu müqavilənin ayrılmaz hissəsi olan kredit razılaşmaları ilə müəyən edilir. Bank ilə cavbdeh Cavabdeh3 arasında bağlanmış 20 dekabr 2013-cü il tarixli zaminlik müqaviləsinə əsasən Cavabdeh3 İddiaçı2 QSC ilə Cavabdeh1 arasında bağlanmış 20 dekabr 2013-cü il tarixli Kredit xətti müqaviləsi üzrə borcalanın öhdəliklərinin icrasına görə məsuliyyəti üzərinə götürmüşdür. 20 dekabr 2013-cü il tarixli kredit xətti müqaviləsi üzrə 04 dekabr 2014-cü il tarixdə bağlanmış Kredit razılaşmasına əsasən, İddiaçı2 QSC tərəfindən Cavabdeh1 36 ay müddətinə aylıq 2,25 faiz ödəmək şərti ilə 20000 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh3 həmin kredit razılaşması üzrə borcalanın öhdəliklərinin icrasına görə məsuliyyət barədə bankla ayrıca zaminlik müqaviləsi bağlamasa da, 04 dekabr 2014-cü i l tarixli Ödəniş planında kredit məbləğinin banka qaytarılmasına zamin durması barədə qeydiyyat apararaq imzalamışdır. Lakin 30 mart 2015-ci il tarixdə 04 dekabr 2014-cü il tarixli Kredit razılaşmasının yeni Ödəniş planı tərtib edilmiş, həmin plan bank və borcalan Nurəddin Sarıyev tərəfindən imzalanmış, zamin Ceyhun Sadıqov tanış edilməmiş və onun tərəfindən imzalanmamışdır. 30 mart 2015-ci il tarixli Ödəniş planı nəzərdən keçirdikdə aydın olur ki, kreditin qaytarılma tarixi 04 dekabr 2017-ci il tarixdən 04 mart 2019-cu il tarixə kimi uzadılmış, ödəniləcək faiz borcunun məbləği 9560,09 manatdan 11464,8 manata, cəmir borcun məbləği isə 29560,06 manatdan 30538,06 manat artırılmışdır. Göründüyü kimi yeni Ödəniş planı cavabdeh-zaminin məsuliyyətinin artmasına və uzun müddət ödəmələrin həyata keçirməli olduğu halda onun üçün əlverişsiz nəticələrə səbəb olmuşdur. Lakin işə baxan məhkəmələr cavabdeh-zamin Cavabdeh3 qarşı iddianı təmin edərkən işin mübahisənin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən göstərilən hala diqqət yetirməmiş, 30 mart 2015-ci il tarixli Ödəniş planına hüquqi qiymət verməmiş, nəticədə düzgün olmyana qətnamə qəbul etmişdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin 31 may 2018-ci il tarixl i qərarında qeyd edilmişdir ki, “zaminlik və ipoteka müqavilələrinin bağlanması üçün kredit xətti müqaviləsində mühüm şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) yetərli dərəcədə aydın göstərilməlidir. Kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilmədikdə, bağlanan kredit müqavilələrində faiz dərəcəsi barədə zaminin və ya ipoteka qoyanın razılığı alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin “onun məsuliyyətinin artması və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması” müddəası kredit xətti müqaviləsində nəzərdə tutulan kreditin məbləğinin, müddətinin, faiz dərəcəsinin bağlanan kredit müqavilələrində artırılmasını, kreditin valyutasının zaminin razılığı olmadan dəyişdirilməsini və digər halları nəzərdə tutur”. Həmin qərarında Konstitusi ya Məhkəməsi özünün hüquqi mövqeyini aşağıdakı kimi əsaslandırmışdır: “... Mülki Məcəllənin 477.0.1-ci maddəsində qeyd edilmişdir ki, zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda zaminliyə xitam verilir. Zaminin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə gətirib çıxaran dəyişikliklər dedikdə, zaminin müqavilə bağlayarkən həmin müqavilə üzrə öhdəsinə götürdüyündən daha artıq öhdəliyinin yaranması nəzərdə tutulur. Göründüyü kimi, həmin maddə istənilən dəyişikliyə görə zaminliyin xitamını nəzərdə tutmur. Bu normaya əsasən, zaminliyin xitamı üçün təmin edilmiş öhdəliyə edilən dəyişiklik zaminin m əsuliyyətini artırmalı və ya onun üçün başqa əlverişsiz nəticələrə səbəb olmalıdır. Zaminliyə xitam verilməsi üçün hər iki şərtin, yəni zaminin razılığı olmadan öhdəliyin dəyişdirilməsi və belə dəyişdirilmənin onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması vacibdir. Zaminin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması hallarına: kreditin ümumi məbləğinin artırılması; kreditin faizinin artırılması; kreditin valyutasının dəyişdirilməsi; kreditin qaytarılma müddətinin uzadılması və digər mühüm hallar aid edilə bilər.” d) Apellyasiya instansiyası məhkəməsində ikinci icraat

18. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər L.Süleymanov (sədrlik edən və məruzəçi), İ.Həsənov və Ş.Rzaquliyev) 2(104)-269/2023 nömrəli iş üzrə 22 iyun 2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Qazax Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(023)-2/2022 nömrəli qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilərək, iddia qismən təmin edilmiş, 17.458,32 ABŞ dolları məbləğdə əsas borc, 1.450,01 ABŞ dolları məbləğdə faiz borcu və 42 ABŞ dolları məbləğdə cərimə, cəmi 18.950,33 ABŞ dolları məbləğdə kredit borcunun cavabdeh İ.Sarıyevdən ona çatan miras payı həcmində, qalan məbləğin isə Cavabdeh3 tutularaq, İddiaçı2 QSC-nin xeyrinə ödənilməsi, iddianın qalan hissədə rədd olunması qət edilmişdir.

19. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin əsaslarına görə, “Məhkəmə kollegiyası cavabdeh-zamin Cavabdeh3 münasibətdə Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixl i qərarında ifadə edilmiş göstərişlərini iş materialları ilə əlaqəli şəkildə tədqiq edərək, müəyyən etmişdir ki, hazırkı iddia tələbi onun məsuliyyətinin artmasına və uzun müddət ödəmələrin həyata keçirməli olduğu üçün əlverişsiz nəticələrə səbəb olmuş 30 mart 2015-ci il tarixli Ödəniş planına əsasən yox, özünün İddiaçı2 QSC ilə bağladığı 20 dekabr 2013-cü il tarixli 16S000008102 nömrəli zaminlik müqaviləsinə əsasən və 04 dekabr 2014-cü il tarixli Ödəniş planına uyğun olaraq irəli sürülmüşdür ki, (“Mən Cavabdeh3 ödəniş planı ilə tanış oldum və bu məbləğə zamin durmağa razıyam. 04.12.14” yazaraq, imzalamışdır.) bu halda, sonrakı 30 mart 2015-ci il tarixli Ödəniş planında nəzərdə tutulmuş şərtlərin tədqiq edilməsinə zərurət yaranmır. Belə ki, ona qarşı iddia tələbi razılaşdığı aylıq faiz d ərəcəsi 2.25 % ilə irəli sürülmüşdür. Kollegiya onu da qeyd edir ki, 30 mart 2015-ci il tarixli kredit razılaşmasına görə, məsuliyyətin ağırlaşması xx.xx.2016-cı il tarixdən başlamış, iddia tələbi isə 04 dekabr 2014-cü il tarixli kredit razılaşmasına əsasən xx.xx.2016-cı il tarixinədək yaranmış borc məbləği üzrə irəli sürülmüşdür. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun 04 iyun 2018-ci il tarixli “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” qərarına əsasən, borclunun ölümü zaminliyin xitamına səbəb olmur. Zaminin ölmüş borclunun kreditorları qarşısında məsuliyyətinin həddi miras əmlakın həcmi ilə məhdudlaşmır. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, vərəsələr öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, eləcə də miras əmlakın həcmi vərəsələrə öhdəliyi icra etməyə imkan vermədikdə, zamin kreditor qarşısında tam məsuliyyət daşıyır. Məhkəmə kollegiyası hesab edir ki, borcluların əsas və faiz borcunu ödəmək iqtidarında olmaması və yüksək dəbbə pulunun onların əmlak mənafelərinə mənfi təsir edə biləcəyi hallarını nəzərə alaraq, cavabdehdən 42 ABŞ dolları məbləğində cərimə tutulması qanuni və əsaslıdır.” KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

20. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə razılaşmayan Cavabdeh3 ondan kassasiya şikayəti verərək, zaminlik müqaviləsinə xitam verilərək, iddianın ona aid hissədə təmin edilməməsi barədə yeni qərar çıxarılmasını və ya qətnamənin iddia təmin olunan hissədə ləğv edilib, işin yenidən baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə qaytarılmasını xahiş etmişdir.

21. Kassasiya şikayətinin dəlillərinə görə, qanunvericiliyin tələbinə görə zaminin razılığı olmadan öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda, habelə zamin yeni borclu üçün cavabdeh olmaq barəsində kreditora razılıq verməmişsə, zaminliklə təmin edilmiş öhdəlik üzrə borc başqa şəxsə keçirildikdə zaminliyə xitam verilməlidir.

22. Apellyasiya instansiyası məhkəməsi Ali Məhkəmənin xx.xx.2023-cü il tarixli qərarında ifadə edilmiş göstərişinə uyğun olaraq 30 mart 2015-ci il tarixli Ödəniş planının məhz 04 dekabr 2014-cü il tarixli 2014-cü il tarixli Kredit razılaşmasının yeni Ödəniş planı olduğunu, habelə onun bank tər əfindən həmin planla tanış edilmədiyini və bu planı imzalamadığını, eyni zamanda, kreditin qaytarılma tarixinin 04 dekabr 2017-ci il tarixdən 04 mart 2019-cu il tarixə kimi uzadıldığını, ödəniləcək faiz borcunun məbləğinin 9.560,09 manatdan 11.464,8 manata, cəmi borcun məbləğinin isə 29.560,06 manatdan 30.538,06 manata artırıldığını, həmçinin, həmin ödəniş planının məsuliyyətinin artmasınaa və uzun müddət ödəmələrin həyata keçirməli olduğu halda onun üçün əlverişsiz nəticələrə səbəb olduğunu nəzərə almamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

23. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ

24. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə

60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir; Maddə

125. Məhkəmə hakimiyyətinin həyata keçirilməsi Vİİ. Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir; Maddə

129. Məhkəmə qərarları və onların icrası İİİ. Məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. 25. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiya: Maddə

6. Ədalətli məhkəmə araşdırması hüququ

1. Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.

26. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nət icəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; Maddə

442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyy ətdən qabaqcadan azad etmək olmaz; Maddə 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür; Maddə 477.0. Zaminliyə aşağıdakı hallarda xitam verilir: 477.0.1. zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda; 477.0.4. zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstəril mədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir.

27. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 13.7. Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilm əli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə

386. Maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin; Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırı lmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir; Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır; Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır; Maddə 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.4. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiy ası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər; Maddə 417.2. Bu Məcəllənin 417.1.4-cü maddəsində nəzərdə tutulmuş qərar yalnız o halda qəbul edilir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları pozulmuş və ya düzgün tətbiq edilməmiş olsun; Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır; Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələn sin və ya nəticələnə bilsin; Maddə

420. Kassasiya məhkəməsinin göstərişlərinin məcburiliyi Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.

28. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarları “K.Bunyatovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 12 yanvar 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2007-ci il tarixli Qərar: “... kassasiya qaydasında işə baxılması yalnız formal xarakter daşımamalı və məhz şikayətçi tərəfindən qanunvericiliyin tələblərinə müvafiq olaraq irəli sürülən dəlillərin yoxlanılmasına xidmət etməlidir.” “N.Əbilovun şikayəti üzrə Azərb aycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 09 fevral 2006-cı il tarixli qərarının və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 22 dekabr 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli Qərar: “... konstitusiya hüququnun doktrinası hüquqi müəyyənlik prinsipini Azərbaycan Respublikası Konstitusiyasının Preambulasında öz əksini tapan qanunun alilliyinin əsas elementlərindən biri kimi tanıyır. Hüquqi müəyyənlik prinsipi isə digər tələblərlə yanaşı ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, zi ddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır.“ “R.Zülfüqarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 02 avqust 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli Qərar: “Azərbaycan Respublikası Konstitusiyasının və beynəlxalq hüquq normalarının tələblərinə görə ədalət mühakiməsi mahiyyət etibarı ilə ədalət anlayışına cavab verməli və hüquqların təsirli şəkildə bərpa olunmasını təmin etməlidir. Qanunvericiliyin tələblərinin pozulması ilə baxılmış iş üzrə çıxarılan məhkəmə aktı ədalət mühakiməsinin qanuna uyğun aktı kimi qəbul edilə bilməz.” “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2018-ci il tarixli Qərar: Qərarın əsaslandırma hissəsi “Zaminliyə xitam verilməsi halları Mülki Məcəllənin 477-ci maddəsində göstərilmişdir. Belə ki, həmin Məcəllənin 477.0.1-ci maddəsində qeyd edilmişdir ki, zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda zaminliyə xitam verilir. Zaminin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə gətirib çıxaran dəyişikliklər dedikdə, zaminin müqavilə bağlayarkən həmin müqavilə üzrə öhdəsinə götürdüyündən daha artıq öhdəliyinin yaranması nəzərdə tutulur. Göründüyü kimi, həmin maddə istənilən dəyişikliyə görə zaminliyin xitamını nəzərdə tutmur. Bu normaya əsasən, zaminliyin xitamı üçün təmin edilmiş öhdəliyə edilən dəyişiklik zaminin məsuliyyətini artırmalı və ya onun üçün başqa əlverişsiz nəticələrə səbəb olmalıdır. Zaminliyə xitam verilməsi üçün hər iki şərtin, yəni zaminin razılığı olmadan öhdəliyin dəyişdirilməsi və belə dəyiş dirilmənin onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması vacibdir. Zaminin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması hallarına: - kreditin ümumi məbləğinin artırılması; - kreditin faizinin artırılması; - kreditin valyutasının dəyişdirilməsi; - kreditin qaytarılma müddətinin uzadılması və digər mühüm hallar aid edilə bilər. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1, 470.2 və 471-ci maddələrinin şərh edilməsinə dair” 2012-ci il 4 sentyabr tarixli Qərarında qeyd etmişdir ki, zaminlik müqaviləsi məhz əsas öhdəliyin icrasını təmin edən üsullardan biri olduğundan belə müqavilədə zaminliklə təmin edilən əsas öhdəliyin müəyyən olunması və ya müəyyən edilə bilməsi mümkün olmalı dır. Buna müvafiq olaraq zaminlik müqaviləsində aşağıdakılar göstərilməlidir: hansı əsas müqaviləyə dair zaminlik yaranır (müqavilənin tərəfləri, tarixi və nömrəsi göstərilməklə); əsas öhdəliyin (borclunun kreditor qarşısında öhdəliyinin) həddi barədə göstəriş. Zaminliklə təmin edilmiş öhdəliyin konkret məbləğinin müqavilədə göstərilməsi mühüm şərtlərdən biridir və zaminin qanuni maraqlarını qorumaq məqsədi daşıyır. Zaminin razılığı alınmadan bağlanmış kredit müqavilələrində nəzərdə tutulmuş öhdəliyin konkret həcmi kredit xətti müqaviləsi ilə müəyyən edilmiş ümumi məbləğ və müddət həddində olmalıdır. Kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilmədikdə bağlanmış kredit müqavilələrində faiz dərəcəsi barədə zaminin razılığı alınmalıdır. Belə razılığın olmaması zaminin məsuliyyətinin ar tması kimi qiymətləndirilməlidir.” Qərarın nəticə hissəsi “3. Zaminlik və ipoteka müqavilələrinin bağlanması üçün kredit xətti müqaviləsində mühüm şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) yetərli dərəcədə aydın göstərilməlidir. Kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilmədikdə, bağlanan kredit müqavilələrində faiz dərəcəsi barədə zaminin və ya ipoteka qoyanın razılığı alınmalıdır.

4. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin “onun məsuliyyətinin artması və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması” müddəası kredit xətti müqaviləsində nəzərdə tutulan kreditin məbləğinin, müddətinin, faiz dərəcəsinin bağlanan kredit müqavilələrində artırılmasını, kreditin valyutasının zaminin razılığı olmadan dəyişdirilməsini və digər halları nəzərdə tu tur.” “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2019-cu il tarixli Qərar: “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 472.2-ci maddələrinə müvafiq olaraq, zaminlik müqaviləsində başqa qayda nəzərdə tutulmamışdırsa və bu müqavilə qanunvericiliyin tələblərinə uyğun bütün şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) barəsində razılıq əldə edilməklə bağlanmışdırsa, zamin borclu ilə birlikdə kreditor qarşısında tam məsuliyyət daşıyır. Bu baxımdan və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477-ci maddəsinin məzmununa uyğun olaraq, zaminin məsu liyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olan hallar baş verdikdə, zaminliyə bütövlükdə xitam verilir.”

29. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.2005-ci il tarixli 4 nömrəli Qərarı: Bənd 2.2. Məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir; Bənd 2.4. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin həmin faktlara tətbiq edilən hüquqdan irəli gələn qəti nəticəsi şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun; Bənd

7. Apellyasiya instansiyası məhkəməsi şikayəti təmin etmədikdə və ya birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirdikdə hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur; Bənd

17. Kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

30. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilib, işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

31. Kassasiya şikayəti bir cavabdeh tərəfindən verildiyi və şikayətdə qətnamənin sonuncuya aid hissədə qismən ləğvi xahiş edildiyi üçün, apellyasiya instansiyasının yekun məhkəmə aktı yalnız həmin hissədə və şikayətdə irəli sürülən dəlillər üzrə yoxlanılır.

32. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən, kassasiya şikayətinə yazılı icraat qaydasında baxmışdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

33. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisələndirilən hissədə maddi və prosessual hüquq normaları pozulmuş, bu da həmin hissədə iş üzrə qanunsuz və düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir.

34. Mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları mübahisələndirilən hissədə düzgün tətbiq olunmadığı üçün apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv olunmalı, həmin instansiya məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edilməlidir.

35. İlk olaraq, apellyasiya instansiyası məhkəməsi Ali Məhkəmənin hazırkı iş üzrə xx.xx.2023-cü il tarixli qərarında şərh edilən və onun üçün məcburi sayılan göstərişləri nəzərə almamış, bununla da düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozuntusuna yol vermişdir.

36. İkincisi, işin apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə, iddiaçı ilə cavbd eh Cavabdeh3 arasında bağlanmış xx.xx.2013-cü il tarixli zaminlik müqaviləsinə əsasən sonuncu xx.xx.2013-cü il tarixli kredit xətti müqaviləsi üzrə borcalanın öhdəliklərinin icrasına görə məsuliyyəti üzərinə götürmüşdür. Kredit xətti müqaviləsi üzrə xx.xx.2014-cü il tarixdə bağlanmış kredit razılaşması üzrə borcalanın öhdəliklərinin icrasına görə məsuliyyət barədə iddiaçı ilə ayrıca zaminlik müqaviləsi bağlamasa da, xx.xx.2014-cü il tarixli ödəniş planında kredit məbləğinin banka qaytarılmasına görə zamin durması barədə Cavabdeh3 qeydiyyat apararaq, imzalamışdır. Lakin xx.xx.2015-ci il tarixdə xx.xx.2014-cü il tarixli kredit razılaşmasının yeni ödəniş planı tərtib edilmiş, həmin plan bank və borcalan Cavabdeh1 tərəfindən imzalanmış, zamin Cavabdeh3 isə tanış edilməmiş və imzalanmamışdır. x x.xx.2015-ci il tarixli ödəniş planını nəzərdən keçirdikdə aydın olur ki, kreditin qaytarılma tarixi xx.xx.2017-ci il tarixdən xx.xx.2019-cu il tarixə kimi uzadılmış, ödəniləcək faiz borcunun məbləği 9.560,09 manatdan 11.464,8 manata, cəmi borcun məbləği isə 29.560,06 manatdan 30.538,06 manata artırılmışdır.

37. Göründüyü kimi, yeni ödəniş planı Cavabdeh3 zamin kimi məsuliyyətinin artmasına və onun üçün əlverişsiz nəticələrə səbəb olmuşdur. Lakin işə yenidən baxan apellyasiya instansiyası məhkəməsi Ali Məhkəmənin xx.xx.2023-cü il tarixli qərarında bu barədə açıq göstərişlər əks olunmasına baxmayaraq, yenə də Cavabdeh3 qarşı iddianı təmin edərkən işin mühüm əhəmiyyət kəsb edən sözügedən hallarına düzgün hüquqi qiymət verməmişdir.

38. Apellyasiya instansiyası məhkəməsi öz qətnaməsində bu dəf ə göstərmişdir ki, “... hazırkı iddia tələbi onun məsuliyyətinin artmasına və uzun müddət ödəmələrin həyata keçirməli olduğu üçün əlverişsiz nəticələrə səbəb olmuş 30 mart 2015-ci il tarixli Ödəniş planına əsasən yox, özünün İddiaçı2 QSC ilə bağladığı 20 dekabr 2013-cü il tarixli 16S000008102 nömrəli zaminlik müqaviləsinə əsasən və 04 dekabr 2014-cü il tarixli Ödəniş planına uyğun olaraq irəli sürülmüşdür...”.

39. Lakin apellyasiya instansiyası məhkəməsinin gəldiyi həmin nəticə bilavasitə iddianın faktiki əsasları ilə təkzib olunur. Belə ki, iddia ərizəsində kredit borcu öhdəliyinin yaranmasının əsasları kimi xx.xx.2015-ci il tarixli sazişə və yeni ödəniş planına da istinad olunmuşdur.

40. Beləlilklə də, apellyasiya instansiyası məhkəməsi Cavabdeh3 münasibətdə Mülki Məcəllənin 477.0.1-c i maddəsinin (§26) tələbini pozduğu kimi, adıçəkilən normanın Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il və xx.xx.2019-cu il tarixli qərarları (§28) ilə verilən şərhini də nəzərə almamış, onun Cavabdeh3 zamin kimi məsuliyyətinin artmasına və sonuncu üçün əlverişsiz nəticələrə səbəb olan hal baş verən zaminliyə xitam verildiyinə diqqət yetirmədən, ona aid hissədə əsassız olan iddianı təmin etməklə əlaqədar gəldiyi nəticə qanuni olmamışdır.

41. Mülki işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, kassasiya şikayəti təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə ləğv edilməli, həmin hissədə iş üzrə yeni qərar qəbul edilməli, eyni hissədə iddia rədd edilməlidir.

42. Göstərilənlərə əsasən və MPM-in 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-269/2023 nömrəli iş üzrə 22 iyun 2023-cü il tarixli qətnaməsi qismən, Cavabdeh3 aid mübahisələndirilən hissədə ləğv edilsin. Həmin hissədə iş üzrə yeni qərar qəbul edilsin. Eyni hissədə iddia rədd edilsin. Cavabdeh3 kassasiya şikayəti təmin edilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar