Məhkəmə qərarları › İş №2(102)-405/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-405/2022

09.02.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-405/2022 09.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1nə, "xxxx" MMC-yə və "xxxx" QSC-yə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: hüquqi müəyyənlik prinsipi) Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Əhmədov Nurlan Vəli oğlunun katibliyi ilə, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-2502/2021 nömrəli iş üzrə 25 iyun 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-2145/2018 saylı, 04.06.2018-ci il tarixli qətnaməsi ilə "xxxx" QSC-nin cavabdehlər İddiaçı və qeyrilərinə qarşı 40179.83 ABŞ dolları borcun Bərdə şəhəri, H.Aslanov küçəsində yerləşən, İddiaçı mülkiyyətindəki 6 nömrəli fərdi yaşayış evinə (0.481 ha torpaq sahəsi ilə birlikdə) yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması və ipoteka predmetinin ilkin satış qiymətinin 42533 manat müəyyən edilməsi qət edilmişdir. Həmin qətnamə Azərbaycan Respublikası Ali Məhkəməsinin 05.03.2019-cu il tarixli, 2(104)-1801/2019 saylı qərarı ilə dəyişdirilmədən saxlanılmış və qətnamə qanuni qüvvəyə mindiyindən icraya yönəlmişdir.

2. Hazırda iddiaçı "xxxx" MMC tərəfindən evinin aşağı qiymətə hərracda satışa çıxarılması barədə hərəkətlər qanunsuz olduğunu bildirərək aşağıdakı tələbləri irə li sürmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdehlər Cavabdeh1nə, "xxxx" MMC-yə və "xxxx" QSC-yə qarşı iddia ərizəsi ilə Bərdə Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1 və "xxxx" MMC tərəfindən onun mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən evin, 0.0481 ha torpaq sahəsi ilə birlikdə yenidən qiymətləndirilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, aydın deyildir ki, ona məxsus olan evin 42.533 manat dəyərində qiymətləndirilməsi hansı qiymətləndirici tərəfindən həyata keçirilib, eləcə də ipoteka qoyulmuş evə yerındə baxış keçirilmədən, smeta və balans tutulmadan hansı meyarlar əsasında evə qiymət qoyulması onun üçün müəmmalıdır. İpoteka qoyulmuş evinin qiyməti ən azı 65.000-70.000 manat təşkil edir. Hesab edir ki, "xxxx" MMC tərəfindən evinin aşağı qiymətə hərracda satışa çıxarılması barədə hərəkətlər qanunsuz hesab edilməlidir.

5. Cavabdehlər birinci instansiya məhkəməsindəki icraatda iddiaya qarşı yazılı etiraz təqdim etməmişlər.

6. Bərdə Rayon Məhkəməsinin (hakim Q.Əbilov) 04 fevral 2021-ci il tarixli, 2(021)-42/2021 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir.

7. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, artıq qanuni qüvvəyə minmiş məhkəmə aktının icra olunduqdan sonra yeni iddia ilə məhkəməyə müraciət edilməsi hüquqi müəyyənlik prinsipinə zidd ola olar. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının ləğvi və ya dəyişdirilməsi üçün əsaslar konstitusiya əhəmiyyətli məqsədlərə cav ab verməli və mütənasiblik prinsipinə uyğun olaraq məhkəmə qərarının ədalətliliyini, stabilliyini və tarazlığını pozmamalıdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

8. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-A.Hüseynzadə (sədrlik edən və məruzəçi), Ş.Rzaquliyev və L.Süleymanov) 25 iyun 2021-ci il tarixli, 2(104)-2502/21 nömrəli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bərdə Rayon Məhkəməsinin 04 fevral 2021-ci il tarixli, 2(021)-42/21 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

9. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

10. İddia çı kassasiya şikayəti verərək qətnamənin ləğv, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.

11. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, Cavabdeh1 17.05.2019-cu il tarixli, 72197/05 saylı sifariş məktubu əsasında onun mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən evi 0.0481 ha torpaq sahəsi ilə birlikdə "xxxx" MMC tərəfindən hərraca çıxarılmışdır. İpoteka predmetinin ilkin satış qiyməti 42533 manat müəyyən edilmişdir. Hesab edir ki, "xxxx" MMC tərəfindən ona məxsus olan evin aşağı qiymətə hərracda satışa çixarılması barədə hərəkətləri qanunsuz hesab edilməlidir. "xxxx" MMC evin hərracda satışa çıxarılması üçün qanunun tələblərinə riayət edilməmişdir. Belə ki, əmlak haqqında məlumatın hansı qəzet və reklam bülletenində dərc olunması həmin bildirişdə öz əksinin tapmamışdır. Həmçinin iş üzrə qətnamələrin heç birində əmlakın ilkin satış qiyməti müəyyən olunmamışdır. Onlara məxsus olan evin 42533 manat dəyərində qiymətləndirilməsi hansı qiymətləndirici tərəfindən həyata keçirilməsi, eləcə də ipoteka qoyulmuş evə yerində baxış keçirilmədən, smeta və balans tutulmadan hansı meyarlar əsasında evə qiymət qoyulması müəammalıdır. Bundan başqa bildirir ki, sözügedən ev 1963-cü il tarixdə tikilib, sonradan evə heç bir artırma olmayıb yalnız təmir-bərpa işləri görülüb. Ancaq Bərdə Rayon Məhkəməsinin qətnaməsində, həmin qətnamə əsasında verilən icra sənədində və Cavabdeh1 tərəfindən verilən 07.05.2019-cu il tarixli, 72197/05 saylı bildirişdə evinin ölçüləri 80.4 kv.m. yaşayış, 58.9 kv.m yardımçı, 139.3 kv.m ümumi sahədən ibarət 3 otaqlı ev kimi göstərilmişdir. Hansı ki, onun evinin ölçüləri Daşınmaz Əmlakın Texniki Pasportunda qeyd edildiyi kimi 2 mərtəbəli, 8 otaqdan ibarətdir. 1-ci mərtəbənin ümumi ölçüsü 128.9 kv.m, 2-ci mərtəbənin isə 137,4 kv.m-dir. Belə olan halda evin texniki göstəriciləri düzgün göstərilmədiyindən, evin real bazar qiymətini müəyyən etmək üçün yenidən baxış keçirilməklə fərdi yaşayış evi yenidən qiymətləndirilməlidir. Əlbəttə ki, ümumi sahəsi 80,4 kv.m olan 1 mərtəbəli evlə, ümumi sahəsi 266,3 kv.m olan 2 mərtəbəli evin qiyməti eyni ola bilməz. Yalnız təqdim edilmiş natamam sənəd əsasında qiymətləndirilmiş evin dəyəri, həqiqətdə dəfələrlə baha qiymətədir. Pozulmuş hüququnun bərpası üçün mütləqdir ki, evi müstəqil qiymətləndərici tərəfindən yenidən qiymətləndirilsin. "İpoteka haqqında" Azərba ycan Respublikası Qanunun 39.3.3-cü maddəsinə görə, ipoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşma əsasında mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Göründüyü kimi, qanunvericilikdə ipoteka predmetinin ilkin satış qiymətinin iki qaydada müəyyənləşdirilməsi nəzərdə tutulmuşdur. Birincisi tərəflərin razılaşması, ikincisi qiymətləndiricinin rəyi əsasında. İpoteka müqaviləsi mahiyyətinə görə, ipoteka qoyanla ipoteka saxlayanın qarşılıqlı razılaşması olsa da, sözügedən Qanunun 39.3.3cü maddəsində nəzərdə tutulan razılaşma dedikdə ipoteka predmetinə tutma yönəldilməsi proseduru başlandıqdan sonra əldə edilmiş razılaşma nəzərdə tutulur. İpoteka müqaviləsi bağlanarkən hələ daşınmaz əmlaka tutmanın yönəld ilib-yönəlməyəcəyi bəlli olmadığı üçün, tərəflər ipoteka predmetinin ilkin satış qiymətini deyil, ipoteka predmetinin qiymətini müəyyənləşdirib razılaşırlar. "Qiymət" anlayışı ilə, "ilkin satış qiyməti' anlayışlarını eyniləşdirmək olmaz, ilkin satış qiyməti tutmanın reallaşdırılmasına xidmət etdiyinə görə tutmanın yönəldilməsi proseduru başlandıqdan sonra (Qanunun 36.1 -ci maddəsinə uyğun olaraq ipoteka saxlayanın ipoteka qoyana bildiriş göndərməsindən sonra) müəyyənləşdirilən qiymətdir. Eyni zamanda nəzərə alınmalıdır ki, ipoteka müqaviləsi bağlandıqdan sonra ötən müddət ərzində daşınmaz əmlakın dəyərinin dəyişməsi mümkündür və bu səbəbdən də daşınmaz əmlakın ipoteka muqaviləsində göstərilən qiymət bir müddətdən sonra real olmaya bilər, yəni azala və ya ipoteka predmetində aparılmış yaxşı laşdırmaların hesabına arta bilər. Odur ki, ipoteka müqaviləsində göstərılən qiymət ipoteka predmetinin real bazar qiyməti sayıla bilməz. Hesab edir ki, ipoteka predmeti orta bazar qiymətlərindən qat-qat aşağı qiymətləndirildiyindən evin qiymətinin «Qiymətləndirmə fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olmadığından həmin əmlakın yenidən qiymətləndirilməsi təmin olunmalıdır. «Qiymətləndirmə fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin tələbinə görə qiymətləndirici hesabatında qiymətləndirilən obyektin bazar və digər dəyərinin həqiqiliyi ilə əlaqədar mübahisələrə məhkəmə tərəfindən baxılır. Bu halda mübahisəni baxmaq üçün qəbul etmiş məhkəmənin mövcud prosessual qanunvericiliyin və bu Qanunun müddəalarını nəzərə alaraq qiymətləndiri lən obyektin yenidən ekspert qiymətləndirilməsini təyin etmək hüququ vardır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

13. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq işdə iştirak edən digər şəxslər məhkəmə iclasına gəlmədikləri və gəlməmələrinin səbəbləri barədə məlumat vermədikləri üçün Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq. “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanun:

14. Maddə

7. Qiymətləndirmənin nəticələri haqqında hesabatda əmlakın bazar və ya digər dəyərlərinin yekun göstəricisi məhkəmə qaydasında ləğv edilmədikdə, həqiqi sayılır. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu:

15. Maddə 39.3.3. Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İpoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

16. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

17. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiy a baxışının hədləri

18. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

19. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

20. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mü bahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

21. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər.

22. Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-2145/2018 saylı, 04.06.2018-ci il tarixli qətnaməsindən görünür ki, Accesbank QSC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunaraq, Bərdə Rayon Məhkəməsinin 08.05.2017-ci il tarixli, 2(021)-1523/2017 saylı qətnaməsi qismən ləğv olunaraq, ilkin iddia “tələbin Bərdə şəhəri, H.Aslanov küç əsində yerləşən, İddiaçı oğlunun mülkiyyətindəki 6 nömrəli fərdi yaşayış evinə (0.481 ha torpaq sahəsi ilə birlikdə) yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması və ümumilikdə cəmi 40179.83 ABŞ dolları borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumnunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqının ipoteka predmetinin hərracda satışdan əldə olunan vəsait hesabına "xxxx" QSC-yə ödənilməsi, Bərdə şəhəri H.Aslanov küçəsində yerləşən İddiaçı oğlunun mülkiyyətindəki 6 nömrəli fərdi yaşayış evinə tutma yönəldildikdə və satıldıqdan 1 ay sonra İddiaçı oğlu, X2 və Quliyev Zahid Qulu oğlunun həmin yaşayış evinə istifadə hüququnun itirilməsi, fərdi yaşayış evin in boşaldılması və alıcıya təhvil verilməsi hissəsində qismən təmin edilərək, tutma Bərdə şəhəri, H.Aslanov küçəsində yerləşən İddiaçı mülkiyyətindəki 6 nömrəli fərdi yaşayış evinə (0.481 ha torpaq sahəsi ilə birlikdə) yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması, ipoteka predmetinin ilkin satış qiymətinin 42533 manat müəyyən edilməsi, cəmi 40179.83 ABŞ dolları kredit borcunun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqının ipoteka predmetinin hərracda satışdan əldə olunan vəsait hesabına "xxxx" QSC-yə ödənilməsi, Bərdə şəhəri, H.Aslanov küçəsində yerləşən İddiaçı mülkiyyətindəki 6 nömrəli fərdi yaşayış evinə t utma yönəldildikdə və satıldıqdan 1 ay sonra İddiaçı oğlunun, X1 və Quliyev Zahid Qulu oğlunun həmin yaşayış evinə istifadə hüququnun itirilməsi, fərdi yaşayış evinin boşaldılması və alıcıya təhvil verilməsi, qarşılıqlı iddianın isə təmin olunmaması qət edilmişdir.

23. Azərbaycan Respublikası Ali Məhkəməsinin 05.03.2019-cu il tarixli, 2(104)-1801/2019 saylı qərarından görünür ki, Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-2145/2018 saylı 04.06.2018-ci il tarixli qətnaməsindən Quliyev Zahid Qulu oğlu və qeyriləri tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmamış və Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-2145/2018 saylı, 04.06.2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

24. İşə mahiyyəti üzrə baxan məhkəmələr haqlı olaraq hüquqi müəyyənlik prinsipinə istinad edərək iddianı tə min etməmişlər. Belə ki, "İpoteka haqqında" Azərbaycan Respublikası Qanunun 39.3.3-cü maddəsinin tələbinə əsasən ipoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşma əsasında mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Buna görə də Gəncə Apellyasiya Məhkəməsinin 2(104)2145/2018 saylı, 04.06.2018-ci il tarixli qətnaməsi ilə "İpoteka haqqında" Azərbaycan Respublikası Qanunun 39.3.3-cü maddəsinin tələbinə əsasən ipoteka predmetinin ilkin satış qiyməti müəyyən edilmişdir. Hazırkı iş üzrə iddiaçı isə həmin icraat çərçivəsində cavabdeh qismində müqavilə tərəfi kimi ipoteka müqaviləsi ilə müəyyən edilmiş ipoteka predmetinin dəyərini mübahisələndirməmiş, həmin iş üzrə qətnamə qanuni qüvvəyə mindikdən sonra digər cavabdehləri işə cəlb etməklə, hazırkı tələblə məhkəməyə müraciət etmişdir.

25. Konstitusiya Məhkəməsi Plenumunun C.İsmayılzadənin şikayəti üzrə 13 fevral 2007-ci il tarixli və G.İsmayılzadənin şikayəti üzrə 29 noyabr 2016-cı il tarixli qərarlarında qeyd olunmuşdur ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzibolunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xassələrə malikdir. İşlərə eyni tərəflər arasında, eyni mübahisə predmeti üzrə fərqli məhkəmə icraatında baxılması mahiyyət etibarı ilə fərqli nəticələrə və sonda hüquqi müəyyənlik prinsipinin pozulmasına səbəb ola bilər. 26. “Brumaresku Rumıniyaya qarşı” iş üzrə 28 oktyabr 1999-cu il tarixli Qərarda göstərilmişdir ki, hüququn aliliyinin əsas aspektlərindən biri olan hüquqi müəyyənlik prinsipi digərləri ilə yanaşı tələb edir ki, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır.

27. Avropa Məhkəməsinin “Ryabıx Rusiyaya qarşı” iş üzrə 24 iyul 2003-cü il tarixli Qərarında isə qeyd edilmişdir ki, hüquqi müəyyənlik, “res judicata” prinsipinə hörməti (yəni bir dəfə həll edilmiş işə təkrar baxılmanın yolverilməzliyini) nəzərdə tutur. Prinsip onu əks etdirir ki, tərəflərdən heç biri yalnız işə təkrar bax ılması və yeni qərara nail olmaq məqsədilə yekun, qanuni qüvvəyə minmiş qərara yenidən baxılmanı tələb edə bilməz. İşə yenidən baxılması üzrə yuxarı məhkəmə instansiyasının səlahiyyəti işə mahiyyəti üzrə yenidən baxmaq məqsədilə deyil, məhkəmə səhvlərini, ədalət mühakiməsinin qeyri-düzgün aparılmasını aradan qaldırmaq məqsədilə həyata keçirilməlidir. Yenidən baxma şikayətin gizli forması hesab edilə bilməz, eyni zamanda, yalnız bir məsələyə dair iki yanaşmanın mövcud olması yenidən baxma üçün əsas ola bilməz. Yalnız əsaslı və qarşısıalınmaz xarakterli hallara görə məcburiyyət qarşısında qalma bu prinsipdən geri çəkilməyə haqq qazandırır.

28. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kollegiya həmin əsaslandırma ilə razılaşaraq hesab edir ki, iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

29. Qeyd olunanları nəzərə alaraq Kollegiya belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.

30. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-2502/2021 nömrəli iş üzrə 25 iyun 2021- ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Zaur Əliyev Hakimlər: Abiddin Hüseynov İlqar Xələfov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar