Məhkəmə qərarları › İş №2(102)-405/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-405/2023

23.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-405/2023 23.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: pulun depozitə qəbul edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu, (məruzəçi) Əliyev Zaur Əli oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı pulun depozitə qəbul edilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5117/2022 nömrəli, 13 sentyabr 2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 23 fevral 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. X3 20 noyabr 2012-ci il tarixdə doğulmuşdur. 2. "xxxx" ASC ilə X1 mənafeyini təmsil edən anası İddiaçı arasında bağlanmış 03 dekabr 2014 tarixli Uşaq əmanət (depozit) hesabı haqqında (fiziki şəxslər üçün) müqaviləyə əsasən əmanətçi 1500 manat məbləğində pulunu Banka müddətli depozitə qoyur. Bank isə həmin pulu Əmanətçidən qəbul edərək, bu müqavilənin şərtlərinə uyğun qaydada Əmanətçiyə faizlərin hesablanması, ödənilməsi və əmanətçinin tələbinə əsasən Banka depozitə qoyulan pulun ona qaytarılması nəzərdə tutulmuşdur.

3. Müqavilənin 1.6-cı bəndinə görə uşaq 10 yaşına çatanadək depozit məbləği 100 (bir yüz) manat məbləğindən az olamamaq şərti ilə artırıla bilər.

4. Müqavilənin 3.1-ci bəndinə görə bu müqav ilə ilə əmanətçiyə ödənilən faizlər illik 20,14 faiz dərəcəsi ilə hesablanır və müddətin sonunda Əmanətçinin müvafiq bank hesabına köçürülür. 5. "xxxx" ASC-nin Nəsimi Filialının rəhbərliyinə X2 tərəfindən ünvanlanmış ərizəpretenziyadan görünür ki, o, ******************** saylı depozit hesabına onun tərəfindən vəsaitin ödənilərək artırılmasına bank tərəfindən maneələr yaradılmamasına göstəriş verilməsini xahiş etmişdir. 6. "xxxx" ASC-yə X2 tərəfindən ünvanlanmış pretenziya məktubunun surətinə əsasən, iddiaçı müqavilə öhdəliklərinə əməl edərək ******************** saylı depozit hesabına onun tərəfindən vəsaitin ödənilərək artırılmasına yaradılmış süni maneələrin aradan qaldırılması və pulun depozitə qəbul olunması üçün 3 gün ərzində üzərlərinə götürdükləri öhdəliyə əməl edilməsini bankdan xa hiş etmişdir.

7. İddiaçı tərəfindən Mərkəzi Banka ünvanlanmış şikayət məktubunun surətinə əsasən, iddiaçı uşaq əmanət (depozit) hesabı haqqında 03 dekabr 2014-cü il tarixli müqaviləyə uyğun olaraq ******************** saylı hesaba əmanətin qəbul edilməsi üçün Azərbaycan Beynəlxalq Bankına göstəriş verilməsini xahiş etmişdir. 8. "xxxx" ASC-nin Azərbaycan Respublikasının Mərkəzi Bankına və İddiaçı ünvanladığı xx.xx.2021-ci il tarixli, 04-15206/2021 saylı cavab məktubunun surətindən görünür ki, Bank bildirmişdir ki, uşaq əmanəti müqaviləsi üzrə əmanətə vəsait əlavə edilməsi imkanı məhsulun bitmə müddətinə əsasən tənzimlənir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

9. İddiaçı (bundan sonra – iddiaçı) cavabdeh "xxxx" ASC-yə qarşı "pulun depozitə qəbul edilmə si vəzifəsinin üzərinə qoyulması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2014-cü il tarixli uşaq əmanət (depozit) müqaviləsi üzrə illik faiz dərəcəsinin 20,14 faiz olmaqla depozitə qəbul edilməsi öhdəliyinin, depozitə qəbul ediləcək məbləğə xx.xx.2021-ci il tarixdən faizin hesablanması öhdəliyinin cavabdeh "xxxx" ASC-nin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

10. İddiaçı yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, o, 03 dekabr 2014-cü il tarixdə bankın Nəsimi filialı ilə əmanətçi oğlu Kamran Əliyevin adından onun mənafeyini təmsil edərək Uşaq əmanət (depozit) hesabı haqqında müqavilə bağlamışdır. Həmin müqaviləyə əsasən ******************** saylı hesaba 1500 (bir min beş yüz) manat vəsait ödənil mişdir. Həmin Müqavilənin 1.6-cı maddəsində göstərilir ki, uşaq 10 yaşına çatanadək depozit məbləği 100 (bir yüz) manat məbləğindən az olamamaq şərti ilə artırıla bilər. İddiaçı xx.xx.2021-ci il tarixdə müqavilənin şərtlərinə uyğun olaraq depozit məbləğini artırmaq istəsə də, bankın əməkdaşları tərəfindən pul vəsaiti depozitə qəbul edilməmişdir. Bunun səbəbi ilə maraqlandıqda bank daxili qərarın olması səbəbindən hesaba mədaxilin mümkün olmadığını göstərmişlər. Cavabdeh "xxxx" ASC-yə ərizə-pretenziya məktubları ilə müraciət etsə də bank tərəfindən cavab verilməmişdir. Məcbur qalaraq Azərbaycan Respublikası Mərkəzi Bankına müraciət etməli olmuşdur. Cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankının baş direktoruna və iddiaçıya 30 noyabr 2021-ci il tarixli məktub ünvanlayaraq bildirmişdir k i, uşaq əmanəti müqaviləsi üzrə əmanətə vəsait əlavə edilməsi imkanı məhsulun bitmə müddətinə əsasən tənzimlənir. Həmin cavab məktubu ilə cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməkdən imtina etmişdir.

11. Cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsində iddianı qismən, xx.xx.2014-cü il tarixli uşaq əmanət (depozit) müqaviləsi üzrə illik faiz dərəcəsinin 20,14 faiz olmaqla depozitə qəbul edilməsi hissəsini qəbul etdiklərini, lakin depozitə qəbul ediləcək məbləğə xx.xx.2021-ci il tarixdən faizin hesablanması hissəsi ilə razı olmadıqlarını göstərmişdir.

12. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) e-2(006)-1078/2022 nömrəli iş üzrə 17 mart 2022-ci il tarixli qətnaməsi ilə (hakim S.F.Cəfərov) iddia qismən təmin edilmiş, 03 dekabr 2014-cü il tarixli Uşaq əmanət (depozit) hesabı haqqında (fiziki şəxslər üçün) müqavilə üzrə illik faiz dərəcəsinin 20,14 faiz olmaqla depozitə qəbul edilməsi öhdəliyinin cavabdeh "xxxx" ASC-nin üzərinə qoyulması qət olunmuş, iddia qalan hissədə rədd edilmişdir.

13. Məhkəmə müəyyən etmişdir ki, iddiaçı cavabdeh bankla Uşaq əmanət (depozit) hesabı haqqında (fiziki şəxslər üçün) müqavilə bağlamış, Müqavilənin şərtlərində uşaq 10 yaşına çatanadək depozit məbləğinin 100 (bir yüz) manatdan az olamamaq şərti ilə artırıla bilməsi nəzərdə tutulmuşdur. Lakin cavabdeh bank müqavilə üzrə üzərinə düşən öhdəliyin icrasıdandan yayınaraq depozit məbləğinin artırılmasından imtina etmişdir.

14. Məhkəmənin qənaətinə görə depozitə qəbul ediləcək məbləğə 13 iyul 2021ci il tarixdən faizin hesablanması ö hdəliyinin cavabdeh Beynəlxalq Bankı ASC-nin üzərinə qoyulması hissəsində iddiaçı tərəfindən həmin tarixdə onun Banka depoziti hansı məbləğdə artırmaq niyyəti ilə müraciət etməsini təsdiq edən əsaslı sübut təqdim edilməmişdir. Ona görə də iddia qismən təmin edilməli, xx.xx.2014 tarixli Uşaq əmanət (depozit) hesabı haqqında (fiziki şəxslər üçün) Müqavilə üzrə illik faiz dərəcəsinin 20,14 faiz olmaqla depozitə qəbul edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Beynəlxalq Bankı ASC-nin üzərinə qoyulmalı, iddia qalan hissədə rədd edilməlidir.

15. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 385.1, 386.1, 425.1, 425.2, 430.1, 442, 445 və 448.1-ci, Mülki Prosessual Məcəllənin (bundan sonra – MPM) 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə i stinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

16. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və depozitə qəbul ediləcək məbləğə 13 iyul 2021-ci il tarixdən faizin hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə öz qətnaməsini iddianın rədd edilməsi hissəsində onunla əsaslandırmışdır ki, depozitə qəbul ediləcək məbləğə xx.xx.2021-ci il tarixdən faizin hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması hissəsində iddiaçı tərəfindən həmin tarixdə onun Banka depoziti hansı məbləğdə artırmaq niyyəti ilə müraciət etməsini təsdiq edən əsaslı sübut təqdim edilməmişdir. Halbuki, bu hal ilə qətiy yən razılaşmır. Belə ki, məhkəmədə cavabdeh tərəfin nümayəndəsinin sorğusuna cavab olaraq iddiaçı tərəf bildirmişdir ki, 10000 (on min ) manat ödəmək istəmişdir və bu onun hüququdur, müqavilədə minimal məbləğ 100 manat nəzərdə tutulsa da, maksimum məbləğ nəzərdə tutulmamışdır. Yəni, iddiaçı istədiyi məbləği ödəyə bilər.

18. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin edilmiş hissəsində ləğv edilməsi və iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

19. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, "xxxx" ASC-nin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri” haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli Fərmanı ilə bankın sağlamlaşdır ılma prosesi başlanmışdır. Həmin Fərmana əsasən sağlamlaşdırma prosesi keçən bankın maliyyə vəziyyətinin yaxşılaşdırılması üçün yüksək faiz xərclərinin azaldılması qarşıya qoyulan əsas məqsədlərdən biri olduğu üçün, bank iddiaçının əmanətə qoyulan məbləğini artırmaqdan imtina etməkdə haqlı olmuşdur. Birinci instansiya məhkəməsi tərəflər arasında imzalanmış müqavilə şərtlərinə və Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci il tarixli Fərmanının hüquqi əhəmiyyətinə fikir vermədən, iddia tələbini təmin etməklə qanuni əsası olmayan qətnamə çıxarmışdır.

20. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-5117/2022 nömrəli mülki iş üzrə 13 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər E.Ə.Mehdiyev (sədrlik edən və məru zəçi), N.Ş.Cəfərov və X.Ə.Sarıyev) apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmış və qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddianı depozitə qəbul ediləcək məbləğə 13 iyul 2021-ci il tarixdən faizin hesablanması öhdəliyinin cavabdeh "xxxx" ASC-nin üzərinə qoyulması hissəsində təmin etməməkdə haqlı olmuşdur. Belə ki, iddianın həmin hissəsi ilə bağlı iddiaçı tərəfindən həmin tarixdə onun Banka depoziti hansı məbləğdə artırmaq niyyəti ilə müraciət etməsini təsdiq edən əsaslı sübut təqdim olunmamışdır, iddia tələbi həmin hissədə qeyri-dəqiqdir, mülki prosessual qanunvericiliyə görə iş üzrə cavabdehin üzərinə qeyri müəyy ən vəzifələr qoyula bilməz.

22. Apellyasiya məhkəməsi cavabdehin apellyasiya şikayətinə münasibətdə daha sonra qeyd etmişdir ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən bank öz üzərinə üzrə illik faiz dərəcəsinin 20,14 faiz olmaqla pulun depozitə qəbul edilməsi öhdəliyini götürmüşdür. Həmin müqavilə "xxxx" ASC-nin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci il tarixli, 570 nömrəli Fərmanından öncə bağlanılmışdır və Bankın sağlamlaşdırılması üçün həyata keçirilən tədbirlər müqavilə şərtlərinin icrasından imtina etməyə əsas ola bilməz, bu tədbirlər əmanətçilərin hüquqlarının pozulması ilə nəticələnməməlidir.

23. Apellyasiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikas ı Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 6.2, 385.1, 386.1, 425.1, 944.1, 944.5, 946.1, 946.2, 947.1, 948.1, 948.2, 948.3, 949.1, 949.2 və 951-ci, Mülki Prosessual Məcəllənin (bundan sonra – MPM) 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

24. Cavabdeh kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

25. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, qanunvericilik fiziki və hüquqi şəxslərin azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilmək hüququnu, müqavilənin ləğv edilmə qaydasını müəyyən etmiş, eyni zamanda öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər birinin vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə əməl etməli olmasını təsbit etmişdir. İşin digər faktiki halı ondan ibarətdir ki, "xxxx" ASC-nin “dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri” haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli Fərmanı ilə bankın sağlamlaşdırılma prosesi başlanmışdır. Həmin fərmana əsasən sağlamlaşdırma prosesi keçən bankın maliyyə vəziyyətinin yaxşılaşdırılması üçün yüksək faiz xərclərinin azaldılması qarşıya qoyulan əsas məqsədlərdən biri olduğu üçün bank iddiaçının əmanətə qoyulan məbləğini artırmaqdan imtina etməkdə haqlı olmuşdur. Apellyasiya instansiyası məhkəməsi tərəflər arasında imzalanmış müqavilə şərtlərinə və Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli Fərmanının hüquqi əhəmiyyətinə fikir vermədən, iddia tələbini təmin etməklə qanuni əsası olmayan qətnamə qəbul etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

26. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi

27. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

28. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

29. Maddə 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır.

30. Maddə 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.

31. Maddə 404.5. Qarışıq müqavilələr təfsir edilərkən, icranın mahiyyətinə daha yaxın olan və ona uyğun gələn müqavilələr haqqında normalar tətbiq edilir.

32. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

33. Maddə 430.1. Əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir.

34. Maddə 944.1. Bank əmanəti (depozit) müqaviləsinə görə bir tərəf (bank) başqa tərəfdən (əmanətçidən) və ya başqa tərəf (əmanətçi) üçün daxil olmuş pul məbləğini (əmanəti) qəbul edə rək müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmanət məbləğini əmanətçiyə qaytarmağı və onun üçün faizlər ödəməyi öhdəsinə götürür.

35. Maddə 948.2. Əgər bank əmanəti müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, bankın tələbli əmanətlər üçün ödənilən faizlərin miqdarını dəyişməyə ixtiyarı vardır. Bank faizlərin miqdarını azaltdıqda faizlərin yeni miqdarı faizlərin azaldılması haqqında əmanətçilərə məlumat verilənədək qoyulmuş əmanətlərə həmin məlumatın verildiyi andan bir ay keçəndən sonra tətbiq olunur, bu şərtlə ki, müqavilədə ayrı qayda nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

36. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

37. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi isti nad etdiyi halları sübut etməlidir.

38. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

39. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

40. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

41. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

42. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

43. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

44. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

45. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olun ub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

46. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən iddianın təmin olunması hissədə mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı həmin hissədə yoxlanılır. İddiaçı iddianın rədd olunması hissədən kassasiya şikayəti verməmişdir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

1. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şika yəti təmin edilməli, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 13 sentyabr 2022-ci il tarixli qətnaməsi iddianın təmin olunması hissədə ləğv edilməli, iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

2. Belə ki, iddianın qismən təmin olunması barədə birinci instansiya məhkəməsinin qənaəti ilə razılaşan apellyasiya məhkəməsi hesab etmişdir ki, İddiaçı ilə cavabdeh bank arasında Uşaq əmanət (depozit) hesabı haqqında (fiziki şəxslər üçün) müqavilənin şərtlərində uşaq 10 yaşına çatanadək depozit məbləğinin illik faiz dərəcəsinin 20,14 faiz olmaqla 100 (bir yüz) manatdan az olamamaq şərti ilə artırıla bilməsi nəzərdə tutulmuşdur. Müqavilənin həmin şərtlərinə əsasən iddiaçı depozit hesabını artırmaq istəsədə, cavabdeh bank depoziti müqavilədə gö stərilən şərtlərlə qəbul etməkdən əsassız olaraq birtərəfli qaydada imtina etmişdir. Tərəflər arasındakı müqavilə "xxxx" ASC-nin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci il tarixli, 570 nömrəli Fərmanından öncə bağlandığından Bankın sağlamlaşdırılması üçün həyata keçirilən tədbirlər də müqavilə şərtlərinin icrasından imtina etməyə əsas ola bilməz. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi 03 dekabr 2014-cü il tarixli Uşaq əmanət (depozit) hesabı haqqında (fiziki şəxslər üçün) müqavilə üzrə illik faiz dərəcəsinin 20,14 faiz olmaqla İddiaçı depozitə qəbul edilməsi öhdəliyinin cavabdeh Bankın üzərinə qoyulması qənaətinə gələrkən həmin müqavilə şərtlərinin, xüsusi lə 1.6-cı bəndinin təfsir olunmasında səhvə yol vermişdir. Məhkəmə tərəflərin iradə ifadəsinin həqiqi mənasını digər şərtləri və mənası ilə müqayisələ təhlil etməmiş, 1.6-cı bənddə depozit məbləğinin artırılmasının əvvəlki faizlə olmasının nəzərdə tutulmamasını diqqətdən qaçırmışdır. Tərəflər arasındakı 03 dekabr 2014-cü il tarixli müqavilənin 9.1 və 9.2-ci bəndlərində göstərilmişdir ki, dövlət orqanlarının qərarları nəticəsində öhdəliyin icrası tamamilə və ya qismən qeyri-mümkün olduqda tərəflər müqavilə öhdəlikrənin icrası üçün məsuliyyyət daşımırlar. İşə baxan apellyasiya məhkəməsi müqavilənin 1.6-cı bəndinin cavabdeh banka münasibətdə tətbiq edərkən "xxxx" ASC-nin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respu blikası Prezidentinin 15 iyul 2015-ci il tarixli, 570 nömrəli Fərmanı nəzərə alınmaqla müqavilənin 9.1 və 9.2-ci bəndlərinin şərtləri ilə müqayisəli şəkildə müzakirə etməmişdir. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmadan, işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən sübutlara lazımi hüquqi qiymət vermədən iddianın təmin olunması hissədə iş üzrə gəldiyi nəticəsi qanuni və əsaslı sayıla bilməz. Ona görə də qətnamə həmin hissədə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir. İşə yenidən baxan məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, ta m və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5117/2022 nömrəli, 13 sentyabr 2022-ci il tarixli qətnaməsi iddianın təmin olunması hissədə ləğv edilsin və iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar