Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-405/2025 21.01.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ (Açar sözlər: işçinin işəgötürənə vurduğu maddi və ya mənəvi ziyanın ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və X1 ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “avtomobilə vurulmuş zərərin alınıb verilməsi” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)1591/2024 nömrəli, 16 oktyabr 2024-cü il tarixli qətnaməsindən Cavabdeh (vəkil Nümayəndə3) tərəfindən verilmiş kassasiya şikayətinə 21 yanvar 20 25-ci il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. İşəgötürən İddiaçı MMC ilə işçi Cavabdeh arasında xx.xx.2022-ci il tarixdə bağlanmış əmək müqaviləsinə əsasən, Cavabdeh MMC-yə sürücü vəzifəsinə işə götürülmüşdür.
2. İşəgötürən İddiaçı MMC ilə işçi Cavabdeh arasında xx.xx.2022-ci il tarixdə tam maddi məsuliyyət haqqında müqavilə bağlanmışdır.
3. Sürücü kimi Cavabdeh İddiaçı MMC-yə məxsus olan, DAF FTXF 105 yük markalı **-JC-*** dövlət qeydiyyat nişanlı dartıcı və Krone markalı **-ZD-*** dövlət qeydiyyat nişanlı yarımqoşqu idarə edilməsi həvalə edilmişdir.
4. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsinin YNHDİ üzrə İstintaq və təhqiqat şöbəsinin müstəntiqi Elnur Cəfərov un “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Cavabdeh xx.xx.2022-ci il tarixdə saat 21 radələrində DAF FTXF 105 yük markalı **-JC-*** dövlət qeydiyyat nişanlı dartıcı və Krone markalı **-ZD-*** dövlət qeydiyyat nişanlı yarımqoşqulu avtomobillə Kürdəmir rayonunun Atakişili kəndi ərazisində Bakı istiqamətində hərəkətdə olarkən, avtomobilin qabaq qarşı hissəsi ilə eyni istiqamətdə və eyni zolaqda hərəkətdə olan sürücü X2 idarə etdiyi MAN markalı **-VO-*** dövlət qeydiyyat nişanlı dartıcı və Lecitrailer markalı **-ZA-*** dövlət qeydiyyat nişanlı yük qoşqulu avtomobilin arxa hissəsinə çırpılmış, nəticədə hər iki sürücü xəsarət almışdır. Araşdırmanın yekunu olaraq cinayət işi başlanması rədd edilmiş, lakin sürücü Cavabdeh bar əsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə inzibati tənbeh tədbiri görülməsi üçün qərarın surəti DİN-nin BDYPİ-nin Yol-Patrul Xidməti Alayının 7-ci tağımına göndərilmişdir.
5. TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Cavabdeh İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə inzibati xəta törətməkdə təqsirli bilinib 40 manat miqdarda inzibati cərimə olunmuşdur. 6. "xxxx" MMC tərəfindən xx.xx.2022-ci il tarixdə tərtib edilmiş qüsur aktına əsasən, İddiaçı MMC-yə məxsus 2010-cu il buraxılışlı DAF FTXF 105 yük markalı **-JC-*** dövlət qeydiyyat nişanlı dartıcıya 45.200 manat məbləğində zərər dəymişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:
7. İddiaçı (bundan sonra iddiaçı, yaxud MMC) Cavabdeh (bundan sonra cavabdeh) qarşı iddia ərizəsi ilə Ağcabədi Rayon Məhkəməsinə müraciət edərək, işçi tərəfindən işəgötürənə vurulmuş 45.200 manat məbləğində maddi ziyanın və dövlət rüsumuna görə ödənilmiş 225,6 manatın cavabdehdən tutulub iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
8. İddia tələbi işin yuxarıda qeyd olunan hallarına uyğun olaraq onunla əsaslandırılmışdır ki, cavabdeh xx.xx.2022-ci il tarixdə İddiaçı MMC-də “Sürücü” vəzifəsində işə qəbul olunmuş və müxtəlif hüquqi və ya fiziki şəxslərlə Cəmiyyət arasında bağlanan “Daşıma” müqavilələrinə əsasən, Cəmiyyətin mülkiyyətində və ya istifadəsində olan yük nəqliyyat vasitələri ilə yüklərin daşımasını həyata keçirmək məqsədilə sürücü olaraq çalışmışdır. Eyni zamanda cavabdehlə Cəmiyyət arasında “Tam madd i məsuliyyət haqqında” müqavilə imzalanmışdır. İşin faktiki halı belə baş vermişdir ki, cavabdeh xx.xx.2022-ci il tarixdə Cəmiyyətə məxsus DAF FTX F105 markalı, **-JC-*** dövlət qeydiyyat nişanlı dartıcı və Krone markalı, **-ZD-*** dövlət qeydiyyat nişanlı yarımqoşqu ilə Kürdəmir rayon, Atakişili kəndi ərazisində hərəkətdə olarkən MAN markalı, **-VO-*** dövlət qeydiyyat nişanlı dartıcı və Lecitrailer markalı, **-ZA-*** dövlət qeydiyyat nişanlı yük qoşqulu avtomobilin arxa hissəsinə çırpılmışdır. Nəticədə Cəmiyyətə 45.200 manat zərər dəymişdir. Hadisə Azərbaycan Respublikası DİN Baş İstintaq və Təhqiqat İdarəsi YNHDİ üzrə İstintaq və Təhqiqat Şöbəsinin müstəntiqi Elnur Cəfərov tərəfindən araşdırılmışdır. Cavabdeh araşdırma zamanı verdiyi izahatında da qeyd etmişdir ki, o, nəqliyyat vasitəsi ni idarə edərkən sükan arxasında yatmışdır. Araşdırmanın yekunu olaraq sürücü barəsində təqsir müəyyənləşmiş və inzibati pozuntu barədə ******* saylı qərar qəbul edilmişdir. Qərara əsasən cavabdeh İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 40 manat məbləğində cərimə tətbiq edilmişdir. Xidməti vəzifələrini yerinə yetirən zaman cavabdeh tərəfindən İddiaçı MMC-yə 45.200 manat miqdarında maddi ziyan dəymişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 199-cu maddəsinə əsasən həmin ziyanın əvəzi tam həcmdə ödənilməlidir.
9. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə2 iddianı qismən qəbul etməmiş və verdiyi izahatında göstərmişdir ki, baş vermiş yol nəqliyyat hadisəsində iddiaçıya məxsus “DAF FTX F105” markalı **-JC-*** dövlət qeydiyyat nişanlı dartıcıya maddi zərər dəym işdir. İddiaçı dartıcıya vurulmuş ziyanın məbləğini çox şişirtmişdir. Ona görə də iddianın qismən təmin olunmasını xahiş etmişdir.
10. Ağcabədi Rayon Məhkəməsi tərəfindən iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilərək müvafiq rəy alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/1144 nömrəli ekspert rəyinə əsasən, 2010-cu il buraxılışlı, mühərrik həcmi 212902 kub.sm, “DAF FTXF 105 yük” markalı **-JC-*** dövlət qeydiyyat nişanlı yəhərli dartıcının təyinatı üzrə istifadəyə yararlı (normal) vəziyyətdə 2022-ci ilin iyul ayına olan orta bazar qiyməti nəzəri qaydada təxminən 45.000 manat (qırx beş min manat) müəyyən olunur. Zədələnməmişdən əvvəlki orta bazar qiyməti 45.000 manat olmuş 2010-cu il buraxılışlı, mühərrik həcmi 212902 kub.sm, “DAF FTXF 105 yük” markalı **-JC-*** dövlət qeydiyyat nişanlı yəhərli dartıcıya, qüsur aktına müvafiq olaraq 45.200 manat xərc çəkilib təmir edilməsi məqsədə müvafiq və rentabelli hesab edilmir. Sözügedən yəhərli dartıcı avtoservis şəraitində söküldükdən, hissələri diaqnostoka olunduqdan, salamat qalmış hissələrin adı və dəyəri dəqiqləşdirildikdən sonra qalıq dəyəri müəyyən edilə bilər.
11. Ağcabədi Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) 2(017)-87/2024 nömrəli, 17 iyul 2024-cü il tarixli qətnaməsi ilə (hakim Etibar Quliyev) iddia qismən təmin edilərək, cavabdehdən maddi ziyana görə 45.000 manat məbləğində pul və dövlət rüsumuna görə ödənilmiş 225,6 manat məbləğində pul alınaraq iddiaçı MMC-yə verilməsi qət edilmişdir.
12. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, xx.xx.2022ci il tarixli qüsur aktı ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/1144 nömrəli ekspert rəyi müqayisəli şəkildə tədqiq edilmiş, ekspert rəyi xüsusi biliyə və iş stajına malik ekspert tərəfindən verildiyindən, daha mötəbər və əsaslı faktlara əsaslandığından həmin ekspert rəyi mötəbər sübut kimi qiymətləndirilərək qəbul edilməlidir.
13. Məhkəmə həmçinin qeyd etmişdir ki, iş materialları ilə İddiaçı MMC-nin mülkiyyətində olan “DAF FTXF 105 yük” markalı **-JC-*** dövlət qeydiyyat nişanlı avtomobilə cavabdeh tərəfindən 45.000 manat dəyərində ziyan vurulması sübut edildiyinə görə iddia qismən təmin edilməlidir.
14. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mü lki Məcəlləsinin 21.1, 21.2, 1096, 1097.1-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 119.1, 217.4-cü maddələrinə istinad edərək əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat:
15. Qətnamədən cavabdehin nümayəndəsi və vəkili Nümayəndə3 apellyasiya şikayəti vermiş birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır. Məhkəmə "xxxx" kimi olan iddiaçı MMC tərəfindən “İşçi”yə (cavabdehə) Azərbay can Respublikasının əmək qanunvericiliyində nəzərdə tutulmuş təminatlardan olan 8 (səkkiz) saatlıq “iş vaxtı”nın və 16 saatlıq “istirahət vaxtının”nın müddətinin pozmasını, nəticədə isə hadisənin cavabdehin “yuxusuzluğu” səbəbindən baş verdiyini, bununla da iddiaçının özünün həmin hadisəyə şərait yaratdığını qətiyyən nəzərə almamış, hadisə xx.xx.2022-ci il tarixdə baş verdikdən sonra iddiaçı MMC-nin xeyli müddət ərzində gözləmə mövqeyi tutmasına və məhkəməyə yalnız 2023-cü ilin oktyabr ayında müraciət etməsinin səbəblərini araşdırmamışdır.
17. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiya məhkəməsi) 2(106)-1591/2024 nömrəli, 16 oktyabr 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər Tofiq Heydərov (sədrlik edən və məruzəçi), Mahir Əsədli və Aytən No vruzova) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
18. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddia ərizəsindən görünür ki, DAF FTXF 105 yük markalı **-JC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi qəza nəticəsində yararsız hala düşmüş, onun bərpası kifayət qədər xərc tələb etdiyindən ekspert tərəfindən müəyyən edilmiş həmin nəqliyyat vasitəsinə görə bazar dəyəri kimi 45.000 manat məbləğində pulun cavabdeh tərəfindən ödənilməsinə etiraz etmir. Cavabdehin iddia tələbinə münasibətindən müəyyən edilir ki, o, 45.000 məbləğin çox olduğunu bildirərək, sözügedən yəhərli dartıcının avtoservis şəraitində söküldükdən, hissələri diaqonostoka olunduqdan, salamat qalmış hissələrin adı və dəyəri dəqiqləşdirildikdən sonra qalan məbləğin onun tərəfindən ödənilməsi ilə bağlı iddiaçı ilə razılığa gələ biləcəyini bildirmişdir. İddiaçı cavabdehin iddia tələbinə etirazı ilə bağlı apellyasiya icraatı zamanı göstərmişdir ki, həmin nəqliyyat vasitəsi qəzadan sonrakı vəziyyətdə təmir olunmadan MMC-yə məxsus qarajda saxlanılır. İddiaçının nümayəndəsi bildirir ki, həmin 45.000 manat məbləğ cavabdeh tərəfindən ödənildiyi halda həmin nəqliyyat vasitəsinin olduğu vəziyyətdə cavabdeh tərəfindən aparılmasına etiraz etmir. Məhkəmə kollegiyası məhz bu səbəbdən cavabdehin etirazının əsası kimi istinad etdiyi, yəhərli dartıcının avtoservis şəraitində söküldükdən, hissələri diaqonostoka olunduqdan, salamat qalmış hissələrin adı və dəyəri dəqiqləşdirildikdən sonra qalan məbləğin müəyyən edilməsinə zərurət görməmişdir.
19. M əhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin onun 8 saatlıq iş vaxtnın və 16 saatlıq istirahət vaxtının müddətinin pozması, istirahət edə bilmədiyindən yuxulu olması və qəza törətməsi barədə dəlili ilə bağlı qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə qanuni və əsaslı olmuşdur. Belə ki, işin hallarından müəyyən olunur ki, 003/2022 nömrəli əmək müqaviləsinin 003/2022 nömrəli tam maddi məsuliyyət haqqında müqavilənin surətindən görünür ki, MMC ilə iddiaçı arasında əmək müqaviləsi bağlanmış, sonuncu sürücü vəzifəsinə götürülmüş, MMC ilə iddiaçı arasında xx.xx.2022-ci il tarixdə tam maddi məsuliyyət haqqında müqavilə bağlanmışdır. Hadisənin baş vermə təfərrüatlarından da aydın olur ki, cavabdeh nəqliyyat vasitəsini idarə edərkən yuxulu olmuşdur. Tərəflər a rasında bağlanmış əmək müqaviləsinə əsasən, işçi ay ərzində müəyyən edilmiş reyslərin qrafikinə əsasən işə başlayır. Bundan başqa, əmək müqaviləsinə əlavə edilmiş Cədvəl A-da nəqliyyat vasitəsinin idarə olunmasının 4 saat və ya 120 km-dən artıq olmaması, hər 4 saatdan bir 15-20 dəqiqə istirahət edilməsi, ümumi olaraq 24 saat ərzində 10 saatdan çox nəqliyyat vasitəsinin idarə edilməməsi göstərilmişdir. Göründüyü kimi işə götürən tərəfindən nəqliyyat vasitəsinin idarə olunması zamanı cavabdehə istirahət imkanı tanınmış, lakin cavabdeh həmin imkanları ola-ola yuxulu vəziyyətdə nəqliyyat vasitəsini idarə edərək yol nəqliyyat hadisəsi törətmişdir. Müəyyən edilmişdir ki, işəgötürən tərəfindən işçinin əmək funksiyasına daxil olmayan işin görülməsinə cəlb edilməsi müəyyən edilməmişdir.
20. Məhkəmə kollegiyası qeyd etmişdir ki, həm qüsur aktı, həm də ekspert rəyi hər iki mötəbər sübut olmaqla dəymiş ziyanın müəyyən edilməsi barədə mötəbər sübut kimi qəbul edilməlidir. Belə ki, əvvala qüsur aktı ilə rəy arasında qiymətin müəyyən edilməsi ilə bağlı böyük fərq mövcud deyildir. Qüsur aktında cəmi təmir xərcləri 45.200 manat müəyyən edilmiş, ekspert rəyində isə 2010-cu il buraxılışlı, mühərrik həcmi 212902 kub.sm, “DAF FTXF 105 yük” markalı **-JC-*** dövlət qeydiyyat nişanlı yəhərli dartıcının təyinatı üzrə istifadəyə yararlı (normal) vəziyyətdə 2022-ci ilin iyul ayına olan orta bazar qiyməti nəzəri qaydada təxminən 45.000 manat (qırx beş min manat) müəyyən edilmişdir. Bu isə onu göstərər ki, qüsur aktında nəqliyyat vasitəsinin əvvəlki vəziyyətə gətirilməsi üçün çəkilən xərclə rəydə gö stərildiyi kimi nəqliyyat vasitəsinin istifadəyə yararlı vəziyyətdə yenisinin qiyməti eynidir. Ekspert rəyində həmçinin qeyd olunmuşdur ki, zədələnməmişdən əvvəlki orta bazar qiyməti 45.000 manat olmuş “DAF FTXF 105 yük” markalı, **-JC-*** dövlət qeydiyyat nişanlı yəhərli dartıcıya, qüsur aktına müvafiq olaraq 45200 manat xərc çəkilib təmir edilməsi məqsədə müvafiq hesab edilməmişdir. Sözügedən yəhərli dartıcı avtoservis şəraitində söküldükdən, hissələri diaqonostoka olunduqdan, salamat qalmış hissələrin adı və dəyəri dəqiqləşdirildikdən sonra qalıq dəyəri müəyyən edilə bilər. Beləliklə, maddi ziyana görə 45.000 manat məbləğində müəyyən edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur.
21. Apellyasiya instansiya məhkəməsi öz mövqeyini Azərbaycan R espublikası Konstitusiyasının 127-ci maddəsinin 2-ci və 7-ci hissəsi, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinə, Mülki Məcəllənin 21.1, 21.2, 459.5, 1096.1, 1096.2, 1097.1-ci, Əmək Məcəlləsinin 191.2, 192.2, 198, 199, 200-cü və Mülki Prosessual Məcəllənin 372.1, 385.2-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:
22. Qətnamədən cavabdeh (vəkili Nümayəndə3) kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.
23. Kassasiya şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə kollegiyası iş üzrə iddiaçının öz mənafeyinə uyğun əldə edil miş birtərəfli və formal sübutlara əsaslanmış, avtomaşına vurulmuş zərərin əsl məbləğini müəyyən etmək üçün zəruri araşdırma və tədqiqat aparmamış, nətcədə isə cavabdeh tərəfin üzərinə ağır pul öhdəliyi qoyulmuşdur. Bir sözlə, zərərin məbləği birtərəfli, yəni yalnız iddiaçı tərəfin xeyrinə şişirdilməklə müəyyən edilmiş, bu zaman cavabdeh tərəfin hüquqlarına və qanuni mənafeyinə ümumiyyətlə əhəmiyyət verilməmiş, həmin hüquq və mənafelər müdafiə edilməmişdir.
24. Məhkəmə kollegiyası cavabdeh tərəfin hüquq və mənafeyinə etinasız yanaşmış, avtomaşının qalıq dəyərinin müəyyən edilməsi istiqamətində hər hansı bir araşdırma aparmamış, bununla da zərərin həqiqi məbləğini müəyyən etməmiş, bununla da cavabdeh tərəfin üzərinə çox ağır bir pul öhdəliyi qoyulmuşdur.
25. Məhkəmə kollegiyası iş materiall arında olan sübutları, o cümlədən ekspert rəyində məsələnin mahiyyəti ilə bağlı halları nəzərə almamış, həmin sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxmamışdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/1144 nömrəli ekspert rəyində 2010-cu il buraxılışlı, mühərrik həcmi 212902 kub.sm, “DAF FTXF 105 yük” markalı **-JC-*** dövlət qeydiyyat nişanlı yəhərli dartıcıya, qüsur aktına müvafiq olaraq 45.200 manat xərc çəkilib təmir edilməsi məqsədə müvafiq və rentabelli hesab edilmədiyi, sözügedən yəhərli dartıcı avtoservis şəraitində söküldükdən, hissələri diaqonostoka olunduqdan, salamat qalmış hissələrin adı və dəyəri dəqiqləşdirildikdən sonra qalıq dəyərinın müəyyən edilə bilməsi birmənalı olara q göstərilsə də, həmin rəyi qətiyyən nəzərə almamış, onu iddiaçının xeyrinə yozmuşdur. İş üzrə zərərin həqiqi məbləğini müəyyən etmək üçün təyin edilmiş ekspertiza düzgün aparılmamış, ekspert özü hər hansı bir tədqiqat və araşdırma aparmadan yalnız iddiaçı tərəfin təqdim etdiyi qüsur aktına əsaslanmış, məhkəmə tərəfindən qoyulmuş suallara kifayət qədər aydın cavab verilməmişdir. Lakin məhkəmə kollegiyası bu hala əhəmiyyət verməmiş, yalnız həmin rəyə əsaslanmışdır.
26. Apellyasiya instansiyasında icraat zamanı zərərin həqiqi məbləğinin müəyyən edilməsi üçün əlavə ekspertiza (o cümlədən məhkəmə-əmtəəşünaslıq ekspertizası) təyin edilməsi barədə tərəflərindən vəsatət verilsə də, məhkəmə kollegiyası həmin vəsatəti təmin etməmişdir. Bu hal şübhəsiz ki, məhkəmə iclasının audio yazısında da öz əks ini tapmışdır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
27. İddiaçı MMC-nin direktoru X3 cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə qarşı etiraz göndərərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmiş, etirazda qeyd etmişdir ki, işəgötürən tərəfindən nəqliyyat vasitəsinin idarə olunması zamanı cavabdehə istirahət imkanı tanınmış, lakin cavabdeh həmin imkanları ola-ola, yuxulu, yatmış vəziyyətdə nəqliyyat vasitəsini idarə edərək yol nəqliyyat hadisəsi törətmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
28. Maddə 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər. 14.2.6. Başqa şəxsə zərər vurulması. 14.2.7. Əsassız varlanma. 14.2.8. Fiziki və hüquqi şəxslərin digər hərəkətləri.
29. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
30. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
31. Maddə 21.3. Zərərin ə vəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.
32. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
33. Maddə 459.5. Əgər ilkin vəziyyətin bərpası yolu ilə zərərin əvəzinin ödənilməsi mümkün deyildirsə və ya bunun üçün tənasübsüz surətdə böyük xərclər zəruridirsə, kreditora pul əvəzi verilə bilər.
34. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zə rərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
35. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
36. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
37. Maddə 1114.1. Başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənlə şdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Azərbaycan Respublikasının Əməkil Məcəlləsi.
38. Maddə 191 (1-ci hissə). Əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar.
39. Maddə 191 (2-ci hissə). Aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır: a) ziyanın həqiqətən vurulduğu aşkar olduqda; b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; c) təqsirkarın qanuna zidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda.
40. Maddə 199 (1-ci hissənin “ç” bəndi). İşçi qanunazidd hərəkətləri ilə əmlakı və ya digər maddi sərvətləri qəsdən korladıqda, məhv etdikdə, habelə digər üsulla işəgötürənə qəsdən ziyan vurduqda tam həcmdə maddi məsuliyyət daşıyır.
41. Maddə 200 (1-ci hissə). İstər bilavasitə əmək müqaviləsi bağlanarkən, istərsə də əmək münasibətləri prosesində işəgötürən etibar edərək verdiyi əmlakın maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması ilə bilavasitə əlaqədar işlər görən və ya xidmətlər göstərən 18 yaşına çatmış işçilərlə onların tam maddi məsuliyyət daşıması barədə yazılı müqavilə bağlaya bilər.
42. Maddə 202 (1-ci hissə). İşəgötürənə dəymiş ziyanın məbləği faktik itkilər üzrə müəyyən edilir.
43. Maddə 202 (2-ci hissə). İşəgötürə nin əsas fondu (vəsaitləri) hesab edilən əmlakının itirilməsi, korlanması və oğurlanması hallarında ziyanın məbləği, müvafiq aşınma normaları nəzərə alınmaqla maddi qiymətli əşyaların balans dəyərindən (maya dəyərindən) hesablanır. Digər hallarda ziyanın məbləği ziyan vurulan vaxtda mövcud olan bazar qiymətləri ilə hesablanır.
44. Maddə 205 (2-ci hissə). Əgər ziyan işçi tərəfindən tam maddi məsuliyyət daşıdığı hallarda vurulmuşdursa, onun məbləği isə işçinin orta aylıq əmək haqqından çoxdursa və işçi onu könüllü olaraq ödəməkdən imtina edirsə, onda işəgötürənin müraciəti əsasında həmin ziyan məhkəmə qaydasında ödənilə bilər.
45. Maddə 206 (1-ci hissə). Məhkəmə təqsirlilik dərəcəsini, konkret şəraiti, işçinin maddi vəziyyətini və iş üzrə əhəmiyyət kəsb edən digər halları nəzərə alaraq müəyy ən olunmuş ziyanın məbləğini azalda və ya ziyanın məbləğinin azaldılması barədə tərəflərin barışıq sazişini təsdiq edə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı.
46. Zərərin vurulmasında işçinin təqsiri olduğu halda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1114-cü maddəsinə uyğun olaraq zərərin əvəzini ödəmiş işəgötürən ona qarşı reqres tələb hüququna malikdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
47. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
48. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa ha lların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
49. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
50. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
51. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
52. Maddə 97.1. İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir.
53. Maddə 99.1. Ekspertiza çəkişmə prinsipinə və bu Məcəllənin müddəalarında nəzərdə tutulmuş işdə iştirak edən şəxslərin hüquqlarına riayət olunmaqla keçirilir. Məhkəmə və işdə iştirak edən şəxslər ekspertizanın keçirilməsinin gedişi haqqında məlumat əldə etməyə haqlıdır.
54. Maddə 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.
55. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və q iymətləndirilməlidir.
56. Maddə 106.2. Digər tərəf sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədikdə, məhkəmə tərəflərin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edə bilər.
57. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
58. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
59. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
60. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
61. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, m əhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
62. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
63. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
64. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəmə sinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər.
65. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri:
66. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlav ə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
67. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:
68. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi məsələsi kassasiya qaydasında yoxlanılarkən, iddia tələbinin həlli ilə bağlı məsələyə düzgün hüquqi qiymətin verilmədiyi, məhkəmə tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının düzgün tətbiq olunmaması və işin hallarının hərtərəfli, t am və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilməsi müəyyən edilmişdir.
69. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsi yoxlanılarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmur. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.
70. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinin tələblərinə riayət etməmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyini həmin normaya uyğun yoxlamamışdır.
71. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Tələbin qanuni əsası dedikdə qanunun elə müddəası başa düşülür ki, o, bir tərəfə qarşı tərəfdən nəyisə etməyi və ya nəyəsə etməməyi tələb etməyə imkan verir. Əgər irəli sürülmüş iddia tələb( lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. Məhkəmənin vəzifəsi ilk növbədə qanunun mətni ilə işdən, yəni ayrı-ayrı tələblərin qanuni əsaslarının tapılmasından, onların dispozisiya şərtlərinin müəyyənləşdirilməsindən və lazım olduğu halda onların hüquqi mənasını təfsirin köməkliyi ilə aydınlaşdırmaqdan ibarətdir. Sonraki mərhələdə məhkəmə qanunda yetərincə mücərrəd və ümumi formulə edilmiş dispozisiya şərtlərini konkret hala tətbiq etməlidir.
72. Məhkəmə kollegiyası yuxarıda qeyd olunan hüquq normalarının dispozisiyasına uyğun olaraq qeyd edir ki, qanuna əsasən zərərin ödənilməsi tələbi mövcudd ursa, bu tələbin huquqi nəticələri Mülki Məcəllənin 21-ci maddəsinə əsasən müəyyən edilir. Beləliklə zərərin ödənilməsi ilə bağlı istənilən tələb öncə həmin zərəri ona vuran şəxsə aid edilməsini nəzərdə tutur. İddiaçıya tələb etdiyi yalnız borclunun səbəb olduğu zərərin əvəzi ödənilir. Səbəb olması isə, həmçinin səbəbli əlaqəninin olmasını da ehtiva edir. Zərər onun yaranmasına səbəb olmuş şəxsə yalnız o halda aid edilməlidir ki, onun davranışı nəticənin yaranması üçün münasib səbəbli əlaqə yaratmış olsun. Borclu zərər dəymiş şəxsin hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclərin, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlərin (əldən çıxmış faydanın) əvəzini ödəməlidir.
73. Həmçinin qeyd olunmalıdır ki, öhdəliyin yaranma əsasları zərər vurma, əsassız va rlanma, iştirakçılar arasında müqavilə və qanunla nəzərdə tutulduğu halda digər hallardır. Təqsirli şəxsin mülki hüquq pozuntusu törədən hərəkətləri nəticəsində zərərçəkənə ziyan vurulması delikt öhdəliklərini, yəni zərərçəkənin həmin zərərin əvəzinin tam ödənilməsini tələb etmək hüququnu, cavabdehin isə həmin zərəri tam ödəmək vəzifəsini yaradır. Delikt öhdəliklərində zərər dedikdə isə real zərər və əldən çıxmış fayda başa düşülür.
74. Hazırkı iddia tələbindən görünür ki, iddiaçı onun müəssisəsində əmək müqaviləsinə əsasən “sürücü” vəzifəsində işləmiş və tam maddi məsuliyyət daşıyan şəxs olmuş cavabdehin təqsiri nəticəsində ona 45.200 manat məbləğində zərər vurulduğunu qeyd edərək, iddia ərizəsində cavabdehin ona vurduğu zərərin yəni, 45.200 manat məbləğində pulun və ödənilmiş 225,6 manat dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçı MMC-yə verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
75. Cavabdeh iddia tələbinə qarşı etirazında iddiaçı tərəfindən yəhərli dartıcıya vurulmuş ziyanın məbləğinin çox şişirtməsini qeyd etmiş, ona görə də iddianın qismən təmin olunmasını xahiş etmişdir.
76. Birinci instansiya məhkəməsi iddianın qismən təmin edilməsi ilə bağlı nəticəyə gələrkən, zərərin məbləğinin müəyyən edilməsi ilə bağlı qüsur aktını deyil, məhkəməəmtəəşünaslıq ekspertizasının rəyini mötəbər sübut kimi qəbul etdiyini, iddiaçı MMC-nin mülkiyyətində olan avtomobilə cavabdeh tərəfindən 45.000 manat dəyərində ziyan vurulmasının sübut edilməsini qeyd edərək, gəldiyi nəticəni Mülki Məcəllənin deliktlə bağlı normalarına və Əmək Məcəlləsinin işəgötürən və işçinin qarşıl ıqlı maddi məsuliyyətini müəyyən edən normaları ilə əsaslandırmışdır.
77. Apellyasiya instansiya məhkəməsi isə birinci instansiya məhkəməsinin iddianın qismən təmin edilməsi barədə gəldiyi nəticə ilə razılaşmış, eyni zamanda 45.000 manat məbləğin cavabdeh tərəfindən ödənildiyi halda həmin nəqliyyat vasitəsinin olduğu vəziyyətdə cavabdeh tərəfindən aparılmasına etiraz etməməsi haqqında iddiaçının nümayəndəsinin mövqeyinə əsaslanaraq, cavabdehin etirazının əsası kimi istinad etdiyi, yəhərli dartıcının avtoservis şəraitində söküldükdən, hissələri diaqonostoka olunduqdan, salamat qalmış hissələrin adı və dəyəri dəqiqləşdirildikdən sonra qalan məbləğin müəyyən edilməsinə zərurət görmədiyini qeyd edərək, qətnaməni qanuni və əsaslı hesab etməklə dəyişdirmədən saxlamışdır.
78. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən cavabdehin etirazının əsaslarına və işdə olan sübutlara Mülki Prosessual Məcəllənin 88, 103.1 və 206.1-ci maddələrinin tələblərinə uyğun qiymət verilmədiyindən qəbul edilən qətnamə qanuni və əsaslı sayıla bilməz.
79. Belə ki, apellyasiya instansiyası məhkəməsi 45.000 manat məbləğin cavabdeh tərəfindən ödənildiyi halda həmin nəqliyyat vasitəsinin olduğu vəziyyətdə cavabdeh tərəfindən aparılmasına etiraz etməməsi haqqında iddiaçının nümayəndəsinin mövqeyinə əsaslanaraq, yəhərli dartıcının avtoservis şəraitində söküldükdən, hissələri diaqonostoka olunduqdan, salamat qalmış hissələrin adı və dəyəri dəqiqləşdirildikdən sonra qalan məbləğin müəyyən edilməsinə zərurət görməməkdə səhvə yol vermiş, yəhərli dartıcıya dəymiş zərərin həqiqi məbləğinin müəyyən edilməsi üçün, onun qalıq dəyərinin müəyyən edilməsi istiqamətində, ekspert rəyinin nəticə hissəsində göstərilən qaydaya uyğun hər hansı əlavə araşdırma aparmamaqla, işdə olan həmin sübutlara düzgün hüquqi qiymət verməmişdir.
80. Məhkəmə kollegiyası qeyd edir ki, Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024cü il tarixli, 9/1144 nömrəli ekspert rəyində göstərilən qaydada yəhərli dartıcının avtoservis şəraitində söküldükdən, hissələri diaqnostoka olunduqdan, salamat qalmış hissələrin adı və dəyəri dəqiqləşdirildikdən sonra qalıq dəyərinin müəyyən edilməsi ilə yəhərli dartıcıya dəymiş zərərin həqiqi məbləğini müəyyən etmək mümkündür. Əks halda məhkəmələrin qəbul etdikləri qətnamə, yəhərli qoşqunun qalıq dəyəri məbləğində iddiaçının əsassız olaraq varlanmasına şərait yaratmış ol ar. Həm də iddiaçının nümayəndəsi 45.000 manat məbləğin cavabdeh tərəfindən ödənildiyi halda həmin nəqliyyat vasitəsinin olduğu vəziyyətdə cavabdeh tərəfindən aparılmasına etiraz etməməsini bildirsə də, cavabdeh tərəfindən həmin məbləğ ödənilənə kimi avtomobilin toxunulmaz şəraitdə mühafizə edilib saxlanılacağı, mövcud yararlı detallarının istifadə edilməyəcəyi şübhə doğurur.
81. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/1144 nömrəli ekspert rəyi üzrə yəhərli dartıcıya dəymiş zərərin məbləği mülki işin materiallarında olan qüsur aktı əsasında hesablanmış, ekspert tərəfindən avtomobilə bilavasitə baxış keçirilməmişdir. Bu halda 2010-cu il buraxılışlı avtomobilin texniki pasporta əsasən xx.xx.2020-ci ildən iddiaçı MMC-nin istismarınd a olması, müvafiq olaraq aşınmaya məruz qalması məhkəmələr tərəfindən araşdırılmamış, Əmək Məcəlləsinin 202-ci maddəsinin 2-ci hissəsində nəzərdə tutulmuş qaydada ziyanın məbləğinin müvafiq aşınma normaları nəzərə alınmaqla maddi qiymətli əşyaların balans dəyərindən (maya dəyərindən) hesablanması ilə bağlı ekspert qarşısında suallar qoyulmamışdır. Bu da həmin ekspert rəyinin dolğunluğunu şübhə altına almağa əsas verən hallardandır.
82. Belə ki, Əmək Məcəlləsinin 202-ci maddəsinin 2-ci hissəsinə əsasən işəgötürənin əsas fondu (vəsaitləri) hesab edilən əmlakının itirilməsi, korlanması və oğurlanması hallarında ziyanın məbləği, müvafiq aşınma normaları nəzərə alınmaqla maddi qiymətli əşyaların balans dəyərindən (maya dəyərindən) hesablanır. Digər hallarda ziyanın məbləği ziyan vurulan vaxtd a mövcud olan bazar qiymətləri ilə hesablanır.
83. Göründüyü kimi apellyasiya instansiya məhkəməsi işin hallarını tam, hərtərəfli və obyektiv olaraq araşdırmamış, işdə olan mövcud subutlara isə obyektiv baxıb onlara MPM-nin 88, 103.1, 106.1-ci maddələrinin tələbləri baxımından hüquqi qiymət verməmiş və ən əsası məhkəmə icraatı üzrə həqiqəti müəyyən etmədən, birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlamaq barədə nəticəyə gəlmişdir.
84. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə görə, məhkəmə icraatı ilk növbədə həqiqətin müəyyən edilməsini təmin etməlidir.
85. Eləcə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.1-ci maddəsində göstərilir ki, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının hayata keçirilməsinə kömək göstərir.
86. Kassasiya instansiyası məhkəməsi qeyd edir ki, sübutlara obyektiv baxılması dedikdə, məhkəmə tərəfindən subyektiv mülahizələrə yol vermədən sübutun məzmununu təşkil edən dəlillərin və faktların qiymətləndirilməsi başa düşülür. Obyektivlik ilk növbədə sübutun məzmununda olan dəlillərin və faktların həqiqi və mötəbər olduğunu yoxlamağı tələb edir. Sübut o, halda mötəbər hesab edilir ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatların həqiqətə uyğun olduğu, habelə bu sübutun qanunun bütün formal tələblərinə cavab verdiyi müəyyən edilsin. Sübutun mötəbərliyinə şübhələr mövcud olduğu halda məhkəmə müxtəlif üsullarla həmin şübhələri aydınlaşdırmağa çalışmalı, bunun üçün işdə iştirak edən şəxslərə əlavə sübut təqdim edilməsini təklif etməli, zəruri olduqda mövcud sübutu yenidən araşdırmalıdır. Sübutların məzmunundakı məlumatlarla bağlı şübhələrin aradan qaldırılmasının ən etibarlı üsullardan biri isə, müxtəlif sübutların müqayisəli təhlil edilməsidir.
87. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiya məhkəməsi işin hallarını ziddiyyətli olaraq müəyyən etmiş, nəticədə mübahisə düzgün həllni tapmamışdır.
88. Konstitusiya Məhkəməsi Plenumunun A.Şoşanovun şikayəti üzrə 11 fevral 2015ci il və F.Şirinovun şikayəti üzrə 16 noyabr 2016-cı il tarixli Qərarlarında qeyd olunmuşdur ki, məhkəmə tərəfin dən həqiqətə nail olunması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şəraitin yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi və bununla da qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab verməməsi bu aktların əsaslı olmasını şübhə altına alır.
89. Avropa İnsan Hüquqları Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə 19 aprel 1994-cü il tarixli qərarında sübutların qiymətləndirilməsi, onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələ ri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur.
90. Məhkəmə kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır.
91. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq hesab edir ki, kassasiya şikayəti qismən təmin olunmalı, apellyasiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
92. İşə yenidən baxılarkən məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı, işin müəyyən edilmiş hallarına uyğun olaraq hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq və iş üzrə əhəmiyyət kəsb edən halların araşdırılması üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, müəyyən edilən, eləcə də araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 106.1, 217.4-cü maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verməli, qanuni və əsaslı yekun məhkəmə aktı qəbul etməlidir.
93. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələri ni rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-1591/2024 nömrəli, 16 oktyabr 2024-cü il tarixli qətnaməsi ləğv edilsin və mülki iş yenidən baxılması üçün həmin apellyasiya instansiya məhkəməsinə göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.