Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4057/2021 17.07.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə və Cavabdeh1 qarşı iddia tələbinə dair mülki iş üzrə QƏRARİ Açar sözlər: kredit borcunun tutulması, ipoteka predmetinə tutma yönəldilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, Şahvələdov Ümüd Nadir oğlunun katibliyi, iddiaçının vəkili X2, cavabdehlərin vəkili Vəkil iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiya sının 2(103)-965/2021 nömrəli iş üzrə 22 fevral 2021-ci il tarixli qətnaməsindən iddiaçı ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən, habelə cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və Cavabdeh1 tərəfindən birgə verilmiş kassasiya şikayətlərinə dair işə 17 iyul 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları "xxxx" Açıq Səhmdar Cəmiyyəti (bundan sonra – iddiaçı və ya Bank, ləğv prosesindədir) ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra – borcalan) arasında bağlanmış 03.02.2015-ci il tarixli, N-006 nömrəli kredit müqaviləsinə əsasən, Bank borcalana 12 ay müddətinə illik 18% faizlə 96.000 manat məbləğində kredit vermişdir. Həmin tarixdə, Bankla Cavabdeh1 (bundan sonra – ipoteka qoyan) a rasında kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə N-006-01 nömrəli ipoteka müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən, sonuncu özünün mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Mirzəbala Əhmədzadə küçəsi, ev 3, 1 nömrəli mənzili (bundan sonra – ipoteka predmeti) Bank qarşısında ipoteka ilə yüklü etmişdir. İpoteka müqaviləsinin 3.3-cü bəndinə əsasən ipoteka predmetinin bazar dəyəri 165.000 manat, likvid dəyəri isə 145.000 manat müəyyən edilmişdir. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-9061/2017 nömrəli iş üzrə 24.10.2017-ci tarixli qətnaməsinə əsasən, Cavabdeh1 "xxxx" MMC-yə, X1, ləğv prosesində olan "xxxx" ASC-yə və Bakı şəhəri 38 saylı Notariat Kontoruna qarşı ipoteka predmeti olan mənzilin ipoteka ilə yüklü edilməsinə dair 03.02.2015-ci il tari xdə Bakı Şəhəri 38 saylı Notariat Kontorunda bağlanmış ipoteka müqaviləsinin etibarsız sayılması və mənzilin ipoteka ilə yüklülükdən azad edilməsi barədə iddiası rədd edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat Bank "xxxx" MMC-yə və Cavabdeh1 (bundan sonra – cavabdehlər) qarşı iddia ərizəsi və əlavə ərizə ilə məhkəməyə müraciət edərək borcalandan iddiaçının xeyrinə 64.072,20 manat əsas borc, müqavilə müddətinin bitmə tarixinə 0 manat faiz borcu, 356.303,28 manat müqavilə üzrə borcun gecikdirildiyinə görə hesablanmış cərimə, müqavilənin bitdiyi tarixdən 22.07.2019-cu il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik 5% faiz olmaqla 11.116,10 manat borc, cəmi 431.491.58 manat məbləğində borcun və məhkəməyə iddia verilməsi üçün ödənilmiş 30 manat d övlət rüsumunun hesablanaraq ödənilməsi, tutmanın ipoteka predmeti olan mənzilə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması və borcun mənzilin hərracdan satışından əldə olunan vəsait hesabına Banka ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, mənzilə tutma yönəldildikdə və o, satıldıqdan 1 ay sonra ipoteka qoyanın mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi, sonuncunun mənzildən çıxarılması, mənzilin boşaldılması və Banka təhvil verilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. Bank tələbini onunla əsaslandırmışdır ki, borcalan müqavilə şərtlərini pozaraq ödəniş cədvəli üzrə dövri olaraq ödəməli olduğu kreditin ödənilməsinə dair öhdəliyini vaxtında və lazımi qaydada icra e tməmişdir. Nəticədə onun Banka borcu yaranmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 6335 nömrəli, 07 iyun 2019-cu il tarixli ekspert rəyinə əsasən, iş materiallarında olan hesabdan çıxarış məlumatları, maliyyə arayışı məlumatları və tərəflər arasında bağlanmış 03 fevral 2015-ci il tarixli, 006 nömrəli kredit müqaviləsinin qeyd olunan şərtləri əsas götürülməklə borcalanın Banka 03 fevral 2016-cı il tarixə (kredit müqaviləsinin müddətinin bitmə tarixinə) olan əsas borcu 65.030,57 manat, faiz borcu 72,25 manat təşkil edir. Bundan əlavə, borcalanın kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən, yəni 03.02.2016-cı il tarixdən sonra da Banka ayrı-ayrı tarixlərdə ümumilikdə 2.000,00 manat məbləğində ödəniş etməsi müəyyən olunmuşdur, lakin onun borcu 03 fevral 2016-cı il tarixə hesablandığından hazırkı ekspertiza zamanı 03.02.2016-cı il tarixdən sonra aparılan həmin ödənişlər nəzərə alınmamışdır. "xxxx" MMC-nin 17.02.2020-ci il tarixli, QXM/294M nömrəli rəyinə əsasən, ipoteka predmeti olan mənzilin bazar dəyəri 150.000 manat müəyyən edilmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(005)-9/2020 nömrəli iş üzrə 23 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim K.Əmirxanova) iddia qismən təmin edilmiş, Bankla borcalan arasında bağlanmış 03.02.2015-ci il tarixli, N-006 nömrəli kredit müqaviləsi üzrə borcalandan 64.072,20 manat əsas, 1000 manat cərimə, 11.116,10 manat 5%-lik cərimə, cəmi 76.188,3 manat borcun və 30 manat dövlət rüsumunun Bankın xeyrinə tutulması, tutmanın ipoteka predmeti o lan mənzilə yönəldilməsi, mənzilin ilkin satış qiyməti 150.000 manat müəyyən edilməklə açıq hərracdan satılması, əldə olunan vəsait hesabına borcun Banka ödənilməsi, mənzil satıldıqdan 1 ay sonra ipoteka qoyanın qeyd edilən mənzildən çıxarılması, mənzilin boşaldılması, aparılmış ekspertiza tədqiqatının dəyəri olan 140 manat məbləğində pulun borcalandan tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi qət edilmiş, iddia qalan hissədə təmin olunmamışdır. Məhkəmə gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, borcalan Bank ilə bağladığı kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Belə olan halda Bankın kredit müqaviləsi üzrə borcun cavabdehdən tutulmasını tələb etmək hüququ vardır. Məhkəmə hesab etmişdir ki, iddiaçının tələbi təqdim edilmiş sonuncu ekspert rəyi də nəzərə alınaraq, kredit müqaviləsi üzrə əsas və 5%-lik cərimə borcu hissəsində təmin edilməlidir. Bununla belə, məhkəmə 64.072,20 manat əsas borca nisbətdə 356.303,28 manat cərimə borcunu tənasübsüz dərəcədə yüksək hesab etmiş və 1000 manatadək azaltmışdır. Məhkəmə eyni zamanda iddianın tələbin ipoteka predmeti olan əmlaka yönəldilməsinə dair hissəsini əsaslı hesab etmiş və ekspert rəyini nəzərə almaqla onun ilkin satış qiymətini 150.000 manat müəyyən etmişdir. Bununla belə, məhkəmə iddia ərizəsini ipoteka ilə yüklü edilmiş əmlakın satışından eldə edilmiş məbləğ borc məbləğinin yönəldilməsi üçün kifayət etmədikdə borcun qalan hissəsinin ümumi qaydada icra edilməsi hissəsində qeyri-müəyyən hesab etməklə rəd d etmişdir. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 269.1, 279, 295, 385.1, 386.1, 442, 445, 448.1, 467, 739.1, 739.2-ci, maddələrinə, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – “İpoteka haqqında” Qanun) 59.3, 59.3.1, 59.3.2, 59.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Qətnamədən iddiaçı və cavabdehlər apellyasiya şikayətləri vermişlər. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat İddiaçı tərəfin apellyasiya şikayətində qətnamənin qismən ləğv edilməsi, iddia tələbinin cərimə hissəsində tam təmin edilməsi və təkrar qiymətləndirmə ekspertizası təyin edilərək əmlakın likvid dəyərinin müəyyən edilməsi və həmin rəy əsasında ilkin satış qiyməti nəzərə alınaraq yeni qətnamə qəbul olunması xahiş edilmişdir. A pellyasiya şikayətinin birinci dəlili ondan ibarət olmuşdur ki, ipoteka qoyulmuş əmlakın hazırkı bazar dəyəri hərracda satılması üçün qətnamə üzrə müəyyənləşdirilmiş ilkin hərrac qiymətindən dəfələrlə aşağıdır və qətnamə ilə müəyyən edilmiş qiymət əmlakın real dəyərini əks etdirmir. Bankın qiymətləndirmə üzrə mütəxəssisləri tərəfindən aparılmış araşdırmalar nəticəsində mənzilin hazırkı ilkin satış qiyməti 82.000 manat, likvid dəyəri isə 69.000 manat müəyyən edilmişdir. Qətnamədə əmlakın hərracda ilkin satış qiyməti müəyyən edilərkən qanuna müvafiq olaraq onun likvid qiyməti nəzərə alınmalı olduğu halda, məhkəmə bazar dəyərini nəzərə almışdır. Odur ki, ilkin satış (likvid) dəyərinin müəyyən edilməsi məqsədilə təkrar qiymətləndirmə keçirilməlidir. İkinci dəlil isə cərimə məbləğinin azaldıl ması ilə bağlı olmuşdur. Məhkəmə cərimə məbləğini azaldarkən kreditorun əmlak mənafelərini, bütün əsaslı mənafeləri nəzərə almamışdır. Cavabdehlərin apellyasiya şikayətində qətnamənin iddianın təmin edildiyi hissədə ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul olunması xahiş edilmişdir. Apellyasiya şikayətinə görə, məhkəmənin tutduğu borc qanunsuzdur. Mühasibatlıq ekspertizası ilə təsdiq edilir ki, müqavilənin müddətinin bitməsi tarixinə faiz borcu demək olar yoxdur, məhkəmə bunu nəzərə almamışdır. Ekspert rəyi ilə müəyyən edilmişdir ki, müqavilənin müddəti bitəndən sonra borcalan 2000 manat ödəniş etmiş və rəydə müqavilə müddətinin sonuna olan tarixə borc hesabladığından, həmin 2000 manat borcdan çıxılmamışdır. Məhkəmə 1000 manat cərimə və 11.116 manat 5 faizlik cərimə tutmuşdur. Məhkəmə kredit müqaviləsinin müddətinin bitməsindən sonrakı dövr üçün illik 5 faizlik cərimə tutubsa, bu qanunsuzdur, əvvəla əsas borcun illik 5 faizi 11.116 manat etmir, digər tərəfdən belə faiz o halda tutula bilər ki, iddiaçı sübut etsin ki, borclu müqavilə müddətindən sonra həmin vəsaitdən fayda götürmüşdür. Hesablamalar səhv aparıldığından dəbbə pulu da yüksəkdir. 150.000 manat ipoteka predmetinin ilkin satış qiyməti də obyektiv məbləğ deyil. Apellyasiya şikayətlərinin ipoteka predmetinin satış qiymətinin düzgün müəyyən olunmaması barədə dəlilinin araşdırılması məqsədi ilə məhkəmə kollegiyası tərəfindən ipoteka predmetinin qiymətləndirilməsi aparılmışdır. "xxxx" MMC-nin 08.02.2021-ci il tarixli qiymətləndirmə hesabatı ilə ipoteka predmeti olan mənzilin 08.02.2021-ci il tarixinə likvid dəyərinin 131.400 manat təşkil etdiyi müəyyən olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-965/2021 nömrəli iş üzrə 22 fevral 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – V.Sadıqov (sədrlik edən və məruzəçi), Q.Əsgərov və A.İmanov) iddiaçının və cavabdehlərin apellyasiya şikayətləri qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi gecikdirilmiş vaxt üçün illik 5% hesablanmaqla yaranmış faiz borcuna və ipoteka predmetinin ilkin satış qiymətinə aid hissədə dəyişdirilmiş, borcalandan gecikdirilmiş vaxt üçün illik 5% hesablanmaqla yaranmış borc üzrə tutulmalı məbləğ 9.116,10 manat müəyyən edilmiş, ipoteka predmeti olan mənzilin ilkin satış qiyməti 131.400 manat müəyyən edilmiş, qətnam ə mübahisələndirilən digər hissədə dəyişdirilmədən saxlanılmış, aparılmış tədqiqatın dəyərini təşkil edən 200 manat məbləğində pul vəsaitinin 100 manat hissəsinin iddiaçıdan, 100 manat hissəsinin isə borcalandan tutularaq "xxxx" MMC-nin hesabına ödənilməsi qət olunmuşdur. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Bankın apellyasiya şikayətini müdafiə edərək, müqavilə müddəti bitdikdən sonra ödənilmiş 2000 manat məbləğində pulun çıxılacağını qeyd etmişdir. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi gecikdirilmiş vaxt üçün illik 5% hesablanmaqla yaranmış borc tələbinə və ipoteka predmetinin ilkin satış qiymətinə aid hissədə dəyişdirilməlidir. Cavabdehin apellyasiya şikayətində qeyd etdiyi illik 5%-lə hesablanmış faiz borcu, həmçinin ödənilmiş 2000 manatın borcdan çıxılmaması ilə bağlı dəlilə münasibətdə məhkəmə qeyd etmişdir ki, borcalan pul məbləğinin ödənilməsini gecikdirmişdir, belə olan halda o, Mülki Məcəllənin 445.7-ci maddəsinin tələblərinə əsasən gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Gecikdirilmiş günlərin 1249 (müqavilə müddətinin bitdiyi 03.02.2016-ci il tarixdən maliyyə arayışının verildiyi 23.07.2019-cu il tarixədək), illik 5 faizlə hesablanan gündəlik faiz məbləğinin isə 8,90 manat (64.072,20x5%/360) olduğunu nəzərə aldıqda, həmin borcun (əldən çıxmış faydanın) 11.116,10 manat olduğu aydın olur, yəni Bank tərəfindən tələb olunan illik 5%-lik borc məbləği düzgün hesablanmışdır. Lakin birinci instansiya məhkəməsi illik 5%-lə hesablanmış borc məbləğinə aid hissədə iddia tələbini tam təmin edərkən nəzərə almamışdır ki, müqavilə müddəti bitdiyi tarixdən sonra cavabdeh tərəfindən iki dəfə 1000 manat olmaqla, cəmi 2000 manat ödəniş edilmişdir. Məhkəmə tərəfindən təyin edilmiş ekspertiza nəticəsində də müəyyən edilmişdir ki, cavabdehin borcu 03 fevral 2016-cı il tarixə hesablandığından ekspertiza zamanı 03.02.2016-cı il tarixdən sonra aparılan 2000 manat ödəniş nəzərə alınmamışdır. Belə olan halda, iddia tələbi müqavilə müddəti bitdiyi tarixdən sonra illik 5%-lə hesablanmış faiz borcuna (əldən çıxmış fayda) aid hissədə qismən təmin edilməli, tələb edilən 11.116,10 manat borc məbləğindən müqavilə müddəti bitdiyi tarixdən sonra cavabdehin ödədiyi 2000 manat çıxılmaqla, yerdə qalan məbləğ 9.116,10 (11.116,102000) manat iddiaçının xeyr inə tutulmalıdır. Məhkəmə, həmçinin “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsinə istinad edərək, "xxxx" MMC-nin 08.02.2021-ci il tarixli qiymətləndirmə hesabatını nəzərə almaqla ipoteka predmeti olan mənzilin ilkin satış qiymətini 131.400 manat müəyyən etmişdir. Bununla belə məhkəmə hesab etmişdir ki, birinci instansiya məhkəməsi borclunun və kreditorun əmlak mənafelərini, ümumi borc məbləğini nəzərə alaraq, dəbbə pulunun azaldılması barədə əsaslı nəticəyə gəlmişdir. Apellyasiya şikayətlərinin bununla bağlı dəlili əsassızdır. Qətnamədən iddiaçı və cavabdehlər kassasiya şikayətləri vermişdir. Kassasiya şikayətlərinin və onlara etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) İddiaçının kassasiya şikayətinin dəlilləri Bank (vəkil X3) kassasiya şikayətində apellyasiya inst ansiyası məhkəməsi qətnaməsinin qismən – kredit müqaviləsinin müddəti bitəndən sonra hesablanmış faiz məbləğinin, cərimə borcunun və ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən olunması hissəsində ləğv edilməsini, iddia tələblərinin tam təmin olunması barədə yeni qərar, yaxud işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri cərimə borcunun və ipoteka predmetinin ilkin satış qiymətinin mübahisələndirilməsi hissəsində apellyasiya şikayətinin dəlilləri ilə eynidir. Kassator, həmçinin qeyd etmişdir ki, kredit müqaviləsinin müddəti bitəndən sonra hesablanmış faiz məbləğindən 2000 manat çıxmaqla məhkəmə səhv nəticəyə gəlmişdir. Belə ki, iş materiallarında olan hesabdan çıxarışlardan və maliyyə arayışlarından da görünür ki, müqavilə müddəti bitdikdən sonra ödənilmiş 2000 manat pul borclunun gecikdirilmiş faiz borcundan tutulmuşdur. Məhkəmə isə silinmiş məbləği yenidən 5%-lə hesablanmış borc məbləğindən çıxmışdır. b) Cavabdehlərin kassasiya şikayətinin dəlilləri Cavabdehlər (Vəkil) kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi qətnaməsinin iddiaçının apellyasiya şikayətinin təmin edildiyi, cavabdehlərin apellyasiya şikayətinin təmin edilmədiyi hissələrdə ləğv olunmasını, iddiaçının apellyasiya şikayətinin təmin olunmaması, cavabdehlərin apellyasiya şikayətinin təmin edilmədiyi hissədə yeni apellyasiya baxışına qaytarılması barədə qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynidir. Kassasiya şikayətində qeyd olunmuşdur ki, məhkəmə müb ahisəyə Mülki Məcəllənin 741-ci maddəsini tətbiq etməli olduğu halda tətbiq etməmiş, həmin Məcəllənin 445.7-ci maddəsini, “İpoteka haqqında” Qanunun 59-cu maddəsini düzgün tətbiq etməmişdir. c) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri Kassasiya şikayətlərinə qarşı etiraz verilməmişdir. d) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən Bankın vəkili iddiaçı tərəfin kassasiya şikayətinin təmin edilməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qismən ləğv olunmasını xahiş etdi. Cavabdehlərin vəkili cavabdeh tərəfin kassasiya şikayətinin təmin olunmasını, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunmasını xahiş etdi. Kassasiya baxışının hədləri MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmam asına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsini hazırda mübahisələndirilən hissələrdə yoxlamış apellyasiya instansiyası məhkəməsinin aktı tərəflərin kassasiya şikayətləri əsasında tam yoxlanılır. Tətbiq edilən hüquq Mülki Məcəllə Borc müqaviləsinə görə iştirakçılar dan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır (maddə 739). “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir (maddə 39.3.3 ). MPM Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir (maddə 77.1). Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (maddə 14.2). Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (maddə 217.4). Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətlərinin dəlilləri apellyasiya şikayətlərinin dəlilləri ilə eynidir, apellyasiya instansiyası məhkəməsi tərəfindən həmin dəlillərə əsaslandırılmış qiymət verilmişdir və Məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayətləri təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən, habelə ca vabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və Cavabdeh1 tərəfindən birgə verilmiş kassasiya şikayətləri təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-965/2021 nömrəli iş üzrə 22 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.