Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4063/2020 07.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, Xələfov İlqar Rəhim oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi, cavabdeh Cavabdeh2 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən “xxxx” ASC-nin kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(011)-2560/2019, hakim L.E.Rəhimli) “xxxx” İKB ASC-nin Cavabdeh1, Cavab deh2, XXX qızı və Cavabdeh4 qarşı iddiası qismən təmin edilmiş, Cavabdeh1 2305 manat məbləğində əsas borc, 44 manat məbləğində faiz borcu, 200 manat məbləğində cərimə, 236 manat məbləğində xx xxx 2017-ci il tarixdən xx xxxxxx 2018-ci il tarixinədək illik 5%-lə hesablanmış əldən çıxmış faydaya görə pul vəsaiti olmaqla, cəmi 2786 manat məbləğində kredit borcunun alınaraq iddiaçıya ödənilməsi, tələbin Cavabdeh2 məxsus Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-1 küçəsində yerləşən 4 otaqlı, 127 saylı mənzilinə yönəldilməsi, həmin mənzilin ilkin satış qiymətinin 105000 manat müəyyən edilməklə, açıq hərracdan satılması və həmin əmlakın satılmasından əldə edilən vəsaitdən iddiaçıya olan borcun ödənilməsi, əldə edilən pul vəsaitinin qalan hissəsinin Cavabdeh2 qaytarılması, həmin mənzilə tutma yönə ldikdən və o satıldıqdan 1 bir ay sonra cavabdehlərin çıxarılmaları və həmin mənzilin boşaldılması qət edilmiş, iddia qalan hissədə, o cümlədən (zamin) Cavabdeh2 münasibətdə rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (iş № 2(103)-2053/2020, hakimlər X.A.Mərdanova, E.M.Həsənov, F.F.Babayev) “xxxx” ASC-nin apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən iddiaçının nümayəndəsi verdiyi kassasiya şikayətində qətnamənin ləğv edilib iddianın tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: “xxxx İKB” ASC ilə Cavabdeh1 oğlu arasında bağlanmış xx xxxxxxx 2014-cü il tarixli kredit müqaviləsinə əsasən sonuncuya bank tərəfindən 36 ay müddətinə 22% ödəm ək şərti ilə 60.000 manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təminatı kimi “xxxx İKB” ASC ilə Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanmış, eyni zamanda Cavabdeh2 məxsus mənzil bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. xx xxxxxx 2018-ci il tarixdə “xxxx” İKB ASC Cavabdeh1, Cavabdeh2, XXX qızı və Cavabdeh4 qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri, kassasiya şikayətinə dair etirazlar və tərəflərin izahatları: Kassator şikayətini onunla əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinə görə müqavilə bağland ığı andan qüvvəyə minir və borcalanın üzərinə götürdüyü öhdəliyə görə hesablanmış faizlərin tam ödənilməsinə, həmçinin bank qarşısında müqavilədə nəzərdə tutulan bütün öhdəliklər yerinə yetirilənədək qüvvədə qalır. Bu səbəbdən, iddia tələbi məhkəmə qətnaməsi ilə təmin ediləcəyi təqdirdə belə ödənilməmiş əsas borc məbləğində görə faiz hesablanması öhdəlik tam icra edilənədək davam etdirilməlidir. Eyni zamanda zaminlik əsas öhdəliyin təminatı olduğundan və öhdəliyə xitam verilmədiyindən zaminlik də qüvvədədir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş kassatorun nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdeh vəkilsiz iştirak etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakı əsaslara görə hesab edir ki, kassasiya şikayə ti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiya məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. İddia tələbinin əsasını kredit müqaviləsi üzrə əsas və ona hesablanmış faiz borcu, o cümlədən cərimə və gecikdirilmiş faiz borcunun borclu və zaminlərdən müştərək qaydada tutulması təşkil edir. Birinci instansiya məhkəməsi tərəfindən iddia gecikdirilmiş faiz borcu, yəni müqavilədən sonrakı müddətdə faiz borcunun tutulma sı və iddianın zaminə aid hissəsində rədd edilmiş, iddiaçının nümayəndəsi həmin hissədə qətnamədən apellyasiya şikayəti vermişdir. Hazırda da iddiaçı apellyasiya şikayətinin təmin edilməməklə birinci instnasiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanllması barədə apellyasiya instnasiya məhkəməsinin qətnaməsini kasssasiya qaydasında mübahisələndirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair xx xxxx 2009-cu il tarixli qərarında göstərilmişdir ki, Mülki Məcəlləsinin 449.1-ci maddəsində əksini tapmış «ondan faydalanmağa görə» müddəası özgəsinin pul vəsaitinin qanunsuz saxlanılması, onu qaytarmaqdan boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitinin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Mülki Məcəllənin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəlməsini nəzərdə tutur. Mülki Məcəllənin 449.3-cü və 449.4-cü maddələrində əksini tapmış «pul vəsaitindən qanunsuz istifadə» və «özgə vəsaitindən istifadə» müddəaları həmin Məcəllənin 449.1-ci maddəsində göstərilmiş halların mövcudluğu ilə şərtləndir ilir. İşdən göründüyü kimi, cavabdehin müqavilə öhdəliyinin pozulmasının onun cavabdeh olduğu haldan irəli gəldiyi, həmçinin sonuncunun pul vəsaitini qanunsuz saxlamaqla müəyyən gəlir artım, bəhər və s. əldə edilməsi halı iddiaçı tərəfindən sübut edilməmişdir. Bununla bərabər, zaminlik müqaviləsinin əsaslarını müəyyən edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər. Göründüyü kimi xx xxx 2014-cü il tarixli kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi həmin tarixdə zaminlik müqaviləsi də bağlanmışdır. Həmin kredit müqaviləsinin icra müddəti xx xxx 2017-ci il tarixdə bitmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477-ci maddəsi ilə zaminliyə xitam verilməsinin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələblərinə görə zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Hazırkı zaminlik müqaviləsi üzrə z aminlik onun təmin etdiyi öhdəliklərin icrası vaxtının çatdığı gündən bir il ərzində qüvvədə olmuş, iddiaçı bank xx xxxxxx 2018-ci il tarixdə hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı bank müqavilələrin icra müddəti bitdikdən qanunla nəzərdə tutulmuş bir il müddət ərzində zaminə qarşı iddia irəli sürmədiyindən Cavabdeh2 zaminliyinə qanunun imperativ göstərişinə əsasən xitam verilmişdir. Bu halda, apellyasiya məhkəməsi iş üzrə iddiaçı tərəfindən mübahisələndirilən hissələrdə düzgün nəticəyə gəlmişdir. Kassasiya şikayətinin dəlillərinə gəldikdə isə öhdəliyin icrası müddətinin aydın şəkildə ifadə olunduğu kredit və zaminlik müqavilələrinin bütün öhdəlikləri tam ödənilənədək qüvvədə olması barədə şərti hüquqi müəyyənlik prinsipinə və mülki qanunvericiliyin müddətləri tənzi mləyən müddəalarına zidd olduğu üçün əhəmiyyətsiz olmaqla tərəflər üçün hüquqi nəticələr doğura bilməz. Beləliklə, apellyasiya məhkəməsi tərəfindən iş üzrə gəlinən nəticə qanunvericiliyin tələblərinə uyğun olmaqla, maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan RespublikasınınMülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4063/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-4063/2020
07.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver