Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4066/2020 11.08.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Hüseynov Abiddin Qabil oğlu, Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı Ləğv prosesində olan QSC “xxxx” KB-nin vəkili Vnın, cavabdehlər Cavabdeh1 MMCnin və Cavabdeh3 nümayəndəsi və vəkili Znun iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli xxx nömrəli qətnaməsindən iddiaçı Ləğv prosesində olan QSC “xxxx” KB tərəfindən verilmiş kasasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏ N ETDİ: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (hakim R.Quliyev) xx.xx.2018-ci il tarixli xxx nömrəli qətnaməsi ilə iddiaçı Ləğv prosesində olan QSC “xxxx” KB-nin cavabdehlər Cavabdeh1 MMC-yə, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 qarşı “kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin və cərimənin ödənilməsi, tələbin girov predmetinə yönəldilməsi” tələbinə dair iddiası qismən təmin edilərək, Cavabdeh1 MMC-dən xx.xx.2010-cu il tarixli, 170/00/613/10 saylı kredit müqaviləsi üzrə 259.008,43 manat məbləğində əsas, 6.971,64 manat məbləğində faiz, 2.000 manat məbləğində cərimə, 8.035,8 manat gecikdirilmiş vaxt üçün əldən çıxmış fayda olmaqla, cəmi 276.015,87 manat məbləğində borcun, cavabdehlər Cavabdeh1 MMC-dən və Cavabdeh3 müştərək qaydada xx.xx.2014-cü il tarixli 1xx/xx/3355/14 nömrəl i kredit müqaviləsi üzrə 70.299,73 manat məbləğində əsas, 6.915,08 manat məbləğində faiz, 1.000 manat məbləğində cərimə olmaqla, cəmi 78.214,81 manat borc və ödənilmiş 31 manat dövlət rüsumunun iddiaçı Ləğv prosesində olan QSC “xxxx” KB-nin xeyrinə tutulması, tutulan məbləğlərin ilkin satış qiyməti 200 manat müəyyən edilməklə Cavabdeh4 məxsus və banka girov qoyulmuş ünvan 1 ünvanında yerləşən və dəyəri 200 manat 100% təsisçi payına yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması və satışdan əldə ediləcək vəsait hesabına Ləğv prosesində olan QSC “xxxx” KB-yə olan borcun ödənilməsi, satışdan götürülən və ya əldə edilən məbləğ göstərilən məbləğdən artıq olduqda əldə edilən vəsaitin qalıq hissəsinin Cavabdeh4 qaytarılması, aparılmış ekspertiza tədqiqatının dəyəri 120 manatın Cavabdeh1 MMC -dən dövlət nəfinə tutulması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər V.Həsənov, Ş.Məmmədova, N.Cəfərov) xx.xx.2019-cu il tarixli xxx nömrəli qətnaməsi ilə iddiaçı Ləğv prosesində olan QSC “xxxx” KB tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilməyərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli xxx nömrəli qətnaməsinin “Cavabdeh1 MMC-dən xx.xx.2010-cu il tarixli, 170/00/613/10 saylı kredit müqaviləsi üzrə 259.008,43 manat məbləğində əsas, 6.971,64 manat məbləğində faiz, 2.000 manat məbləğində cərimə, 8.035,8 manat gecikdirilmiş vaxt üçün əldən çıxmış fayda olmaqla, cəmi 276.015,87 manat məbləğində borcun tutulması” və həmin müqavilə üzrə iddianın qalan hissəsinin rədd edilməsi hissələrində ləğv olunması, həmin hissədə iddi anın qismən təmin olunması, xx.xx.2010-cu il tarixli, 170/00/613/10 saylı kredit müqaviləsi üzrə 256.996 ABŞ dolları məbləğində əsas, 10.281,56 ABŞ dolları məbləğində faiz, 1000 ABŞ dolları məbləğində cərimə, 8101,63 ABŞ dolları gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcunun Cavabdeh1 MMC-dən tutularaq iddiaçı QSC “xxxx” KB-nə ödənilməsi, qətnamənin QSC “xxxx” KB-yə münasibətdə qalan mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının (hakimlər V.İbayev, A.Kalbalıyev, Ə.Əliyev) xx.xx.2019-cu il tarixli, xxx nömrəli qərarı ilə Cavabdeh1 MMC tərəfindən verilmiş kasasiya şikayəti təmin edilərək, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsinin qismən, borcun ABŞ dolları ilə tutulması hissəsində ləğv edilməsi, işin həmin hissədə yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər İ.Şirinov, T.Səmədov, E.Kazımov) xx.xx.2019-cu il tarixli xxx nömrəli qətnaməsi ilə iddiaçı Ləğv prosesində olan QSC “xxxx” KB tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli xxx nömrəli qətnaməsinin apelyasiya baxışının predmeti olan hissədə onun apelyasiya şikayətinə münasibətdə (mübahisələndirilən hissədə) dəyişdirilmədən saxlanması qət edilmişdir. İddiaçı Ləğv prosesində olan QSC “xxxx” KB iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsindən kasasiya şikayəti vermi şdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. İşin halları: İddiaçı Ləğv prosesində olan QSC “xxxx” KB cavabdehlər Cavabdeh1 MMC-yə, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 qarşı “kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin və cərimənin ödənilməsi, tələbin girov predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 MMC-dən, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 müştərək qaydada xx.xx.2010-cu il tarixli, 170/00/613/10 saylı kredit müqaviləsi üzrə 256.996 ABŞ dolları məbləğində əsas, 10.281,56 ABŞ dolları məbləğində faiz, 27.184,45 ABŞ dolları məbləğində cərimə borcu, 8.101,63 ABŞ dolları məbləğində gecikdirilmiş vaxt üçün hesablanmış faiz məbləği olmaqla, cəmi 302.563,64 ABŞ dolları məbləğində borcun, xx.xx.2014-cü il tarixli 1xx/xx/3355/14 nömrəli kredit müqaviləsi üzrə 70.299,73 manat məbləğində əsas, 6.915,08 manat məbləğində faiz, 4.809,69 manat məbləğində cərimə borcu olmaqla, cəmi 82.024,50 manat borcun və ödənilmiş 31 manat dövlət rüsumunun müştərək qaydada Ləğv prosesində olan QSC “xxxx” KB-nin xeyrinə tutulması, girov predmetlərinin ilkin satış qiymətinin 200 manat məbləğində müəyyən edilməklə Cavabdeh1 MMC-dən, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 tutulmalı olan məbləğin Bank qarşısında girov ilə yüklü edilmiş ünvan 1 ünvanında yerləşən və dəyəri 200 manat 100% təsisçi payına yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması, girov predmetinin satışından əldə edilən gəlir borcun bağlanmasına kifayət etmədikdə cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 digər əmlaklarına və pul vəsait lərinə yönəldilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kasasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: İddiaçı Ləğv prosesində olan QSC “xxxx” KB-nin vəkili V kasasiya şikayətini onunla əsaslandırmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, xxx saylı qətnaməsinin müəyyən edici hissəsində gəldiyi nəticə üzrə hesab etmişdir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüququ nəticəyə gələrək, borcun manatla tutulması barədə düzgün qətnamə qəbul etmişdir kimi valnıs nəticəyə gəlmişdir. Lakin belə nəticəyə hansı əsaslarla gəldiyi hər hansı bir formada əsaslandırılmamışdır. Halbuki, Bakı şəhər Nərimanov rayon Məhkəməsinin xxx saylı mülki iş üzrə xx xxxxxx 2018-ci il tarixli Qətnaməsinin müə yyən edici hissəsinin 81-ci abzasından göründüyü kimi, 613 saylı Kredit müqaviləsinə “06 saylı əlavə saziş vasitəsilə düzəliş edilərək kredit xətti dollarla ifadə edilmişdir. Lakin bu tarixdən sonra bank tərəfindən Cavabdeh1 MMC-və dollarla heç bir vəsait təqdim edilməmişdir”, habelə kredit müqaviləsində kredit borcunun digər valyutaya çevrilməsi haqqında heç bir razılığın mövcud olmaması və s. qənaətini əsas gətirərək dollarla ifadə ediləsi üçün heç bir əsasın olmaması bununla da məhkəməyə verilmiş kreditin dollarla qaytarılması üçün hüquqi əsasın varanmamasını göstərilmişdir. İş materialarında olan 613 saylı Kredit müqaviləsinin 2.1-ci bəndinə əsasən Kreditor borc alana 200 000 manat məbləğində kredit xətti verir. Daha sonrakı əlavə sazişlərdən bəlli olur ki, həmin məbləğ artırılmış, kre dit borcunun qaytarılmasının son müddəti uzadılmışdır. 613 saylı Kredit müqaviləsinin tərəfləri arasında imzalanmış xx.xx.2015-ci il tarixli 06 saylı əlavə sazişə əsasən müqavilənin 2-ci bəndinin 2.1 və 2.3-cü yarımbəndlərinə dəyişiklik edilmiş və 9-cu bənd ləğv edilmişdir. Belə ki, 2.1-ci yarımbəndə edilən dəyişikliyə görə kreditor borc alana 256.996.00 ABŞ dolları məbləğində kredit xətti verir. Göründüyü kimi 06 saylı əlavə sazişlə müddəalarının mətni dəyişdirilmişdir və həmin kredit müqaviləsindən irəli qələn, tərəflərin bütün öhdəliklərinə şamil olunur. Kredit müqaviləsinin mətnində verilən kreditin ABŞ dolları ilə ifadə olunması həmin kreditin valyutasının ABŞ dolları olması kimi başa düşülməlidir. Cəmiyyətin tapşırığı əsasında həyata keçən pul ödənişləri də bu halda artıq ABŞ dolla rı ilə olmasını nəzərdə tutur. Məhkəməyə 06 saylı əlavə sazişlə yanaşı təsisçinin kredit xəttinin əməliyyat gününə ARMB-nin məzənnəsi ilə ABS dolları ekvivalentinə keçirilməsi qərarı, ərizəsi, Bankın protokolundan çıxarışı və əmri təqdim edilmişdir. Həmin sənədlər 06 saylı əlavə sazişin imzalanması ilə bağlı tərəflərin iradəsinin olmasını əks etdirmişdir. Eyni zamanda Cavabdeh3 ilə Bank arasında 613 saylı Müqaviləsi üzrə Cəmiyyətin üzərinə götürdüyü öhdəliklərə görə xx.xx.2010-cu il 170/00/613/10/170/00/610/10 saylı zaminlik müqaviləsi bağlanmışdır. Məhkəmə qətnaməsində bu hal öz əksini tapsa da məhkəmə bununla razılaşmamışdır. Hesab edirik ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərinə əsasən kredit müqaviləsi üzrə iddia müddətinin axımının başlanğıcı tərəflərin öhdəliklə rini tam həcmdə yerinə yetirilməsindən sonra başlayır. Bu səbəbdən də müqaviləsi üzrə öhdəliklər icra edilmədiyi üçün iddia müddətinin axımı başlamamışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 374.1-ci maddəsində isə qeyd edilmişdir ki, əgər müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətləri və onların hesablar qaydası bu Məcəllə ilə müəyyənləşdirilir. Lakin cavabdeh ilə bağlanılan kredit müqaviləsinin 11.1-ci bəndində qeyd edilmişdir ki, tərəflərin səlahiyyətli nümayəndələri tərəfindən imzalanmasından sonra qüvvəyə minir və tərəflərin öz öhdəliklərini tam həcmdə yetirməsinə qədər qüvvədədir. Digər tərəfdən, birinci instansiya məhkəməsində aparılan araşdırması zamanı məhkəmə-mühasibatlıq ekspertizası təyin etmişdir. Ekspert qarşısında 2 sual qoyulmuşdur. Birinci sual 613 saylı Kredit müqaviləsinə olan 06 saylı əlavə sazişin bəndini nəzərə alınmaqla, ikinci sual 613 saylı Kredit müqaviləsinə olan 06 saylı əlavə sazişin 2.1-ci bəndinin nəzərə alınmamaqla hesablanmasını özündə əks etdirir. Sualların bu formada qoyulması təəccüb doğurur. Ekspertiza təyin olunarkən Bankın mövqeyi nəzərə alınmamış, ekspertə ünvanlanan suallarla bağlı Bank məlumatlandırılmamışdır. Ekspert qarşısında qoyulmuş suallar barədə məlumat yalnız Bank tərəfindən ekspert rəyini rəsmi aldıqdan sonra məlum olmuşdur. Hesab edir ki, ekspert qarşısında sualların belə formada qoyulması məhkəmə tərəfindən işin nəticəsini yekun məhkəmə aktının çıxarılmasından əvvəl məlum etmişdir. Bu hissədə də yeni apelyasiya baxışı zamanı hüquqi qiymət verilməmişdir. Beləliklə, apelyasiya məhkəməsi maddi və pros essual hüquq normalarının pozuntusu ilə qətnamə qəbul etmişdir. Göstərilənlərə əsasən o, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli xxx saylı qətnaməsinin qismən (mübahisələndirilən hissədə) ləğv edilib apelyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edilməsini, yaxud həmin qətnaməni qismən (mübahisələndirilən hissədə) ləğv edib işi yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin cavabdehlər Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının MPM-in 415.3-cü maddəsinə əsasən, məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən iddiaçı Ləğv prosesində olan QSC “xxxx” KB-nin vəkili V kasasiya şikayətini müdafiə edərək, məhkəmədən şikayətin təmin edilməsini edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehlər Cavabdeh1 MMC-nin və Cavabdeh3 nümayəndəsi və vəkili Z kasasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli xxx saylı qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq n ormalarının düzgün tətbiqini yoxlayır. Birinci instansiya məhkəməsinin iddianın qismən təmin edilməsi barədə qəbul etdiyi qətnamənin dəyişdirilmədən saxlanması qənaətinə gələn apelyasiya kollegiyası qənaətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin x xxxxxxxx 2019-cu il tarixli qərarı ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxx 2019-cu il tarixli qətnaməsini qismən, borcun ABŞ dolları ilə tutulması hissəsində ləğv etmiş, işi həmin hissədə yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarmış, qətnaməni qalan hissədə dəyişdirmədən saxlamışdır. Bu baxımdan, hazırkı halda apelyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının yalnız kasasiya instansiyasının təkrar baxışa göndərdiyi borcun ABŞ dolları ilə tutulm ası hissəsində yoxlanılması təşkil edir. Bundan öncəki apelyasiya instansiya məhkəməsinin qətnaməsini ləğv etmiş Ali Məhkəmə öz qərarında qeyd etmişdir ki, tərəflər arasında bağlanmış xx.xx.2010-cu il tarixli müqavilə kredit xətti açıldıqdan sonra kreditin verilmə qaydası və şərtlərini nəzərdə tutur. Kredit verən Bank yalnız həmin şərtlərə riayət edib verdiyi kreditin geri qaytarılmasını tələb edə bilər. Mülki işdə cavabdeh MMC-nin ona “xxxx” tərəfindən ABŞ dolları ilə kredit verilməsi barədə yazılı müraciətləri və bankın həmin müraciətlərə müvafiq olaraq MMC-yə ABŞ dolları ilə kredit verməsi barədə müvafiq sənədlər mövcud deyildir. Beləliklə, apelyasiya kollegiyası Ali Məhkəmənin x xxxxxxxx 2019-cu il tarixli qərarındakı göstərişləri ilə razılaşaraq hesab etmişdir ki, iddiaçı “Bank Standa rt” “MMC krediti manatla vermiş, cavabdeh bankdan ABŞ dolları ilə hər hansı məbləğdə kredit götürməmişdir. Belə olan halda birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gələrək kredit üzrə banka ödənilməli olan borcu manatla tutmaqda haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinin məzmununa görə, fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin, həmçinin müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Həmin prinsip müəyyən edir ki, müqavilə qüvvəyə mindiyi andan tərəflər üçün mə cburi xarakterə malik olur və onun şərtləri, bir qayda olaraq, dəyişdirilmir. Bu, mülki dövriyyənin sabitliyini, möhkəmliyini və dayanıqlığını təmin edir. Eyni zamanda, mülki qanunvericilik müqavilənin qüvvədə olduğu müddət ərzində dəyişdirilməsinin və ləğv edilməsinin mümkünlüyünü nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Kasasiya kollegiyası apelyasiya instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşır və kasasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, kasasiya şikayəti formal dəlillərlə əsaslandırılmağa çalışılmışdır. Belə ki, kasasiya yoxlaması zamanı da müəyyən ed ilmişdir ki, işdə cavabdeh MMC-nin ona “xxxx” tərəfindən ABŞ dolları ilə kredit verilməsi barədə yazılı müraciətləri və bankın həmin müraciətlərə müvafiq olaraq MMC-yə ABŞ dolları ilə kredit verməsi barədə müvafiq sənədlər mövcud deyildir. Odur ki, kasasiya şikayətinin dəlilləri apelyasiya instansiyası məhkəməsinin qəbul etdiyi qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən, ekspertin rəyi bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələ r tərəfindən qiymətləndirilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Beləliklə kasasiya kollegiyası belə qənaətə gəlir ki, kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 417.1.1-ci maddəsinə əsasən kasasiya məhkəməsi işə baxarkən apelyasiya i nstansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı Ləğv prosesində olan QSC “xxxx” KB tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli xxx nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4066/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-4066/2020
11.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver