Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4068/2019 10.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Ali Məhkəmənin hakimləri Rüstəmov Əli Məhəmməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Cumazadə Ceyhun Rizvan oğlunun katibliyi, İddiaçı Möhbü oğlunun və vəkili X3 iştirakı ilə. Cаvаbdеh “X2 “xxxx” ASC-nin Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 yanvar 2019-cu il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 14 sentyabr 2018-ci il il tarixli qətnaməsi ilə (hakim: A.Ş.Mirzəzadə; 2(004)-5480/2018) İddiaçı cavabdeh“X2 “xxxx” ASC-yə qаrşı «əmrin ləğv edilməsi,işə bərpa və məcburi işəburaxma müddəti üçün və iş vaxtından əlavə işlənmiş saatlara görə əmək haqının və mənəvi ziyanın əvəzinin ödənilməsi» tələbinə dаir iddiаsı qismən təmin edilmiş, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsini nəzərdə tutan X2 “xxxx” ASC-nin 17 may 2018-ci il tarixli əmrinin ləğv edilməsi, İddiaçı “X2 “xxxx” ASC-də quraşdırıcı-çilingər vəzifəsinə bərpa edilməsi və ona 03.03.2017-ci il tarixdən hesablanmaqla, məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi, mənəvi zərərin əvəzi kimi 500 (beş yüz) manat pul vəsaitinin cavabdehdən tutularaq İddiaçı ödənilməsi, 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq dövlət gəlirlərinə alınması qət edilmişdir. Bakı Apellyasiya Məhk əməsi Mülki Kollegiyasının 16 yanvar 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər: A.Ə.Hüseyn (sədrlik edən və məruzəçi), E.Q.Nəbiyev və R.Ə.Qurbanov; 2(103)-1429/2019), cavabdeh “X2 “xxxx” ASC-nin аpellyasiya şikayəti qismən təmin edilmiş, qətnamə dəyişdirilərək, iddiaçıya 17 may 2018-ci il tarixdən hesablanmaqla, məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi qət edilmişdir. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. İşin halları İddiaçı cavabdeh “X2 “xxxx” ASC-yə qarşı ərizə və dəqiqləşmə barədə ərizə ilə məhkəməyə müraciət edərək, onun işdən çıxarılması ilə bağlı verilmiş əmrin ləğv edilməsi, qaynaqçı vəzifəsinə bərpa olunması, məcburi işburaxma müddəti üçün, yəni 03.03.2017-ci il tarixdən əmək haqqının ödənilməsi, cavabdehdən 01.1.2014-cü ildən 03.03.2017-ci ilədə k ümumilikdə 5280 saat iş vaxtından əlavə işlədiyi saatlara görə saatlıq tarif maaşının ikiqat məbləğində əmək haqqının hesablanaraq onun xeyrinə tutulması, hüquqlarının kobud surətdə və davamlı pozulması nəticəsində vurulmuş mənəvi zərərin əvəzi kimi cavabdehdən 5000 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 14 mart 2010-cu ildən “xxxx” Açıq Səhmdar Cəmiyyətində quraşdırıcı-çilingər vəzifəsində işləmişdir. Tikintisində işlədiyi obyektlərdə iş şəraiti çox ağır olub. Məsələn, Ələt qəsəbəsində Bakı Beynəlxalq Limanının tikintisində iş yeri açıq dəniz şəraitində olmuşdur, eləcə də iş vaxtı normalara uyğun olmayaraq 12 saat təşkil etmişdir. Bundan əlavə, istirahət və bayram günləri də işə çıxıb işləyird ilər, lakin bunların heç biri əmək haqqı hesablanarkən hesaba alınmırdı. 03 mart 2017-ci il tarixdə rəhbərlik iş olmadığını bəhanə gətirərək ona bir aylıq ödənişsiz məzuniyyətə çıxmalı olduğunu bildirmişdir. Üç ay ərzində işə çağırılmadı, üç aydan sonra ona yenidən öz hesabına məzuniyyətə çıxmalı olduğunu bildirdilər. Beləliklə, bir ildən çox o, məcburi işi buraxdı. Halbuki, onlara, cəmiyyətin işçilərinə məlum idi ki, cəmiyyət kənardan muzdlu işçilər tutaraq onların əvəzinə işlədib. Bu müddət ərzində ailəni saxlamaq üçün o, banklardan kredit götürdü və ailənin maddi durumu daha pisləşdi. Nəhayət, o, bu halla və məcburi bu qədər ödənişsiz məzuniyyətdə olmağı ilə bağlı öz etirazını bildirəndə, ona məcbur ərizə yazıb işdən çıxmağını bildirdilər. Əlbəttə ki, bu qədər vaxt sərf edib məcbur öz h esabına məzuniyyətdə olandan sonra o, bu təkliflə razılaşmadı. Belə olan halda, onu nöqsanla işdən çıxarmaqla hədələdilər. Öz hesabına məzuniyyətə çıxmağa dair ərizəni cəmi bir dəfə bir ay üçün imzalamışdır.Bundan başqa o, gündəlik 8 saatlıq iş rejimində işləməli olsa da, faktiki olaraq azı 12 saatlıq rejimlə işləmişdir. Həftəlik istirahəti olmamışdır. Yalnız bir ay ərzində olan bazar günlərinin sayı cəmlənərək ay ərzində bir dəfə istirahət edirdi. Bütün bunların qarşılığında isə hər hansı əlavə ödəniş verilməmişdir. İşə başladığı gündən bəri eyni rejimdə işləmişdir. Məzuniyyətdə olduğu ayları çıxmaqla son üç il ərzində ümumilikdə 165 həftə ərzində hər həftə 40 saatlıq iş normasından əlavə olaraq 32 saat, cəmi 5280 saat əlavə ödəniş verilmədən çalışmışdır. Buna görə də müvafiq dövr üçün əl avə işlədiyi saatlara görə ödənişlər də verilməlidir.Nəhayət bu ilin aprel ayında o, “xxxx” Açıq Səhmdar Cəmiyyətinin ofisinə çağırıldı və ona bildirildi ki, güya ki o, 23.02.2018-ci il tarixdən həmin vaxta qədər işə çıxmır və yaxın günlərdə bu barədə heç bir məlumat cəmiyyətə verməsə onunla bağlanmış əmək müqaviləsinə işə çıxmama səbəbindən xitam veriləcək. O, bu məsələnin araşdırılması üçün cəmiyyətin ofisinə gedərək rəhbərliyə öz iradını bildirərək, demişdir ki, guya bilmirlər ki, o, bir ildən artıq müddətdir ki, məcbur işi buraxır və heç bir əmək haqqı almır. Ona yenidən hədə-qorxu gələrək ərizə yazıb könüllü işdən çıxmağını məcbur etməyə çalışdılar. Bildirildi ki, əks halda əmək qanunvericiliyin müvafiq maddələri ilə işdə buraxılmış nöqsanla işdən qovacaqlar.Ona göstərilən təzyiqlərlə bağlı olaraq, bu haqsızlığa son qoyulması və onun bir Azərbaycan Respublikasının vətəndaşı kimi hüquqlarının qorunması məqsədi ilə iş yoldaşı X6 ilə birgə onun telefonundan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin qaynar xəttinə müraciət etdilər. Ardınca cəmiyyətin ofisinə gedərək işə çıxmaq istəyini bildirdi, cavabında isə yenə də məcbur ərizə yazıb işdən çıxmağını tələb etdiər. Dəfələrlə xahiş etsə də ki, əgər iş yoxdursa, onda ixtisarla onu işdən azad etsinlər, buna da mənfi cavab oldu. “xxxx” Açıq Səhmdar Cəmiyyətinin ona ünvanlanmış 22 may 2018-ci il tarixli məktubunda cəmiyyətin rəhbərliyi ona bildirmişdir ki, 17.05.2018-ci il tarixdən AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (üzürsüz səbəbdən işə çıxmamağa görə) onunl a bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Əmək kitabçasını almağa gedəndə isə kitabça ona verilmədi və yalnız onun işdən çıxarılma səbəbinin haqlı olması barədə onun tərəfindən ərizə yazıldıqdan sonra veriləcəyi bildirildi. Kassasiya şikayətinin dəlilləri Cаvаbdеh “X2 “xxxx” ASC kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yеnidən bахılmаsı üçün аpеllyаsiyа instаnsiyаsı məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 386,405-cı maddələrinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.5,337.1,319.1-ci maddələrinin, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68,69,70, 71,73,74,75,79,300-cü maddələrinin tələblərinin pozulması ilə çıxarılmış, işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmiş və nəticədə əsassız və qanunsuz qətnamə qəbul edilmişdir. Tərəflərin izahatı Məhkəmə kоllеgiyаsının iclаsındа iddiaçı İddiaçı və vəkili X4 kаssаsiyа şikаyətinin təmin еdilməməsini хаhiş еtdilər. Cavabdeh “X2 “xxxx” ASC-nin nümayəndəsi X7 Mülki-Prosessual Məcəlləsinin 67.1ci maddəsinin tələblərinə əməl etməyərək məhkəmə kollegiyasının iclasına vəkilsiz gəldiyi üçün işin kassasiya baxışında onun izahatı dinlənilmədi. Hüquqi məsələlər Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kass asiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququn un pozulmasına dəlalət etməklə mübahisə ilə əlaqədar qəbul edilmiş hüquqi akta təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından və məhkəmə iclasında tədqiq edilmiş sənədlərdən o, cümlədən İş materiallarında olan sənədlərdən görünür ki, İddiaçı ilə “xxxx” ASC (indiki X2 “xxxx” ASC) ilə 16.03.2010-cu il tarixdə 2962 saylı əmək müqaviləsi bağlayaraq quraşdırıcı-çilingər vəzifəsinə işə qəbul olunmuşdur. İddiaçının 08.11.2017-ci il tarixli ərizəsinə əsaslanaraq cavabdehin 08.11.2017-ci il tarixli 240 saylı əmri ilə 08.11.2017-ci il tarixdən 08.01.2018-ci il tarixədək iddiaçıya öz hesabına məzuniyyət verilmişdir. Cavabdeh 20.04.2018 və 02.05.2018-ci il tarixlərdə iddiaçıya məktub göndərərək (məktublara əlavə olunan qəbzlərdən görünür ki, məktubl ar çatdırılmamışdır) 09.01.2018ci il tarixdən işə çıxmadığını, yaxın günlərdə heç bir məlumat verilmədiyi təqdirdə Əmək Məcəlləsinin 72-ci maddəsinin “a” bənbinə əsasən üzürsüz səbəbdən işə çıxmamağa görə əmək müqaviləsinə xitam verəcəklərini bildirmişdir. 07.05.2018-ci il tarixdə akt tərtib edilmişdir. Aktda İddiaçı ünvanına işə üzrsüz səbəbdən gəlmədiyi barədə məktub göndərildiyi, 07.05.2018-ci il tarixdə kadrlar şöbəsində olduğu, ona göndərilən məktubların nüsxələri ilə tanış olandan sonra imza etməkdən, həmçinin izahat verməkdən imtina etdiyi qeyd edilmişdir. 17.05.2018-ci il tarixdə yenidən akt tərtib edilərək əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən 72- ci maddəsinin “a” bəndi ilə xitam verildiyi qeyd olunmuşdur. Bu barədə iddiaçıya 22.05.2018-ci il t arixli məktub göndərilmişdir. Cavabdehin İddiaçı işdən çıxmasına əsas kimi göstərdiyi Əmək Məcəlləsinin 72-ci maddəsinin “a” bəndində qeyd olunur ki, özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən yalnız bir dəfə 08.11.2017-ci il tarixdə öz hesabına məzuniyyətə çıxması ilə bağlı ərizə yazılmış və həmin ərizə də cavabdehin eyni tarixli 240 saylı əmri ilə rəsmiləşdirilmişdir. Birinci instansiya məhkəməsinin sorğusuna əsasən təqdim olunan sənədlərdən görünür ki, 20.04.2018-ci il tarixdə iddiaçıya məktub ünvanlanaraq 09.01.2018-ci il tarixdən işə çıxmadığı qeyd olunmuş və səbəblə ri barədə məlumat verilməsi xahiş olunmuşdur. Cavabdehin 20 aprel 2018-ci il tarixli məktubundan (hansı ki, iddiaçının ərizəsinə əsasən 08.01.2018-ci il tarixə qədər ödənişsiz məzuniyyət verilmişdir) görünür ki, cavabdeh ilk dəfə olaraq iddiaçının işə çıxmalı vaxtdan 3 aydan artıq müddət keçikdən sonra işə gəlməməsinin səbəblərini araşdırmağa başlamışdır. Daha sonra ard-arda məktublar göndərərək və aktlar tərtib edərək iddiaçını heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi əsası ilə işdən çıxarması inandırıcı deyil. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Azərbaycan Respublikası MPM-in 82.3-cü maddəsində nəzərdə tutulmuş bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə pro sesində mübahisələndirilmir və yenidən sübut edilmir müddəası hazırkı işə birbaşa aid olmasa belə iş materiallarına əlavə olunmuş və yuxarı instansiya məhkəmələr tərəfindən də qüvvədə saxlanılmış məhkəmə aktlarından da görünür ki, iddiaçı X1 işi üzrə də cavabdeh X2 “xxxx” ASC olmuşdur. Həmin iş üzrə apellyasiya instansiyası məhkəməsinin 13.04.2017-ci il tarixli qətnaməsində çox sayda işçinin 2016-cı ilin yanvar, fevral, mart, aprel, may və iyun aylarında ödənişsiz məzuniyyətdə olduğu qeyd olunmuşdur. Öz hesabına məzuniyyətə çıxma hallarının çoxluğu bu ərizələrin işçilərin öz arzusu ilə deyil, cavabdehin təklifi və ya xahişinə əsasən yazıldığı təəsüratı yaradır. Bir şirkətdə çox sayda işçinin öz arzusu ilə ödənişsiz məzuniyyətə çıxmaq istəməsi və işə götürənin buna etiraz etməyərək onları ö dənişsiz məzuniyyət buraxması inandırıcı deyil. İş materialları ilə təsdiq olunur ki, işçinin heç bir üzrlü səbəb olmadan işə gəlməməsi barədə cavabdehin dəlili öz dəsdiqini tapmamış və onunla əmək müqaviləsiin ləğv edilməsi qaydaları pozulmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 300-cü maddəsinin 1-ci hissəsinə müvafiq olaraq əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddiaçının əmək müqaviləsinə xitam verilməsini nəzərdə tutan əmrin ləğv edilməsi, işə bərpa edilməsi barədə nəticəyə gəlməkdə haqlı olsa da, məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməsinin 03.03.2017-ci il tarixdən hesablanması hissəsində düzgün nəticəyə gəlməmişdir. Birinci instansiya məhkəməsi iddiaçının 03.03.2017-ci il tarixdən işə götürənin qanunsuz tələbi ilə öz iradəsi əleyhinə ödənişs iz məzuniyyətdə olduğundan məcburi iş buraxma tarixinin də həmin tarixdən hesablanmalı olduğunu bildirmişdir. Apellyasiya qydasında işə baxan məhkəmə kollegiyası düzgün olaraq nəticəyə gəlmişdir ki, qanunvericilik əmək müqaviləsinin ləğv edilməsi əsaslarının pozulması halında məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsini nəzərdə tutmuşdur ki, iddiaçıya da məhz əmək müqaviləsinə xitam verilən, yəni 17.05.2018-ci il tarixdən məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməlidir. İddiaçının iddia tələbinin əlavə işlədiyi saatlara görə saatlıq tarif maaşının ikiqat məbləğində əmək haqqının hesablanaraq onun xeyrinə tutulması hissəsinə münasibətdə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq kollegiya qeyd edir ki, iddia tələbinin həmin hissəsinə dair iddiaçı tərəfindən heç bir sübut təqdim edilmədiyindən birinci instansiya məhkəməsi iddia tələbini həmin hissədə təmin etməməkdə haqlı olmuşdur. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin işin müəyyən edilmiş hallarına “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 7 nömrəli 03 noyabr 2008-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeləri nəzərə alaraq cavabdehdən iddiaçının xeyrinə mənəvi zərərin əvəzi kimi 500 manat pulun tutulması barədə qənaəti düzgün olmuşdur. İddiaçının cavabdeh tərəfindən əsassız olaraq işdən çıxarılmış olması, həmin müddətdə hər hansı başqa iş yerində çalışmaması, ailəli olması, ailə üzvl əri qarşısında vəzifələrinin olması və s. halları da nəzərə alaraq kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi mənəvi ziyanın tutulması hissəsində də dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə toplanmış sübutları tədqiq edib onlara hüquqi qiymət verərək apеllyаsiyа instаnsiyаsı məhkəməsi düzgün оlаrаq nəticəyə gəlmişdir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə dəyişdirilməli, iddiaçıya 17 may 2018-ci il tarixdən hesablanmaqla, məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməli, qətnamə qalan hissdə dəyişdirilmədən saxlanılmalıdır. Beləliklə, apellyasiya qaydasında işə baxmış məhkəmə kollegiyası tərəfindən qanunun qeyd olunan normalarının tələblərinə tam əməl olunmuş, maddi və prosessual hüquq normalar düzgün tətbiq olunaraq birinci instansiya məhkəməsi nin qətnaməsində yuxarıda göstərilən dəyişiklik edilməklə iş üzrə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. İşin şərh olunan hallarını müzakirə edərək məhkəmə kollegiyası nəticəyə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməklə qanuni və əsaslı qətnamə qəbul edildiyinə görə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Kassasiya şikayətinin dəlilləri əsassız olduğu üçün qanuni və əsaslı olan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Ona görə də kassasiya şikayəti təmin olunmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellya siya Məhkəməsi Mülki Kollegiyasının bu iş üzrə 16 yanvar 2019-cu il tarixli qətnaməsi dəyişiklik еdilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4068/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-4068/2019
10.06.2019 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Əmək haqqı tələbi - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver