Məhkəmə qərarları › İş №2(102)-4080/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-4080/2023

21.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kir
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4080/2023 21.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh MMC-nə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kirayə müqaviləsi, öhdəliyin icra olunması, müqavilənin ləğvi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh MMC-nə qarşı “kirayə haqqının ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4009/2023 nömrəli, 2023-cü il 22 iyun tarixli qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydası nda baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Üzeyir Hacıbəyli küçəsi 128, 130, 132, 128B, 128A mənzil 514A (yeni qaydalarla AZ 1010, Bakı şəhəri, Nəsimi rayonu, Kövkəb Səfərəliyeva küçəsi, 8, MB, m4) mənzilləri Cavabdeh MMC ilə bağlanmış xx.xx.2022-ci il tarixli kirayə müqaviləsinə əsasən Cavabdeh MMC-nə 1 (bir) il müddətinə kirayəyə vermişdir. Aylıq kirayə haqqı 3000 manat məbləğində müəyyənləşdirilmişdir.

2. Kirayə müqaviləsinin 1.3-cü bəndində nəzərdə tutulmuşdur ki, kirayə obyektində olan əşyaların təqdim olunması, kirayəyə verənin kirayə obyektini verməsi və kirayəçinin kirayə obyektini qəbul etməsi hər iki tərəfin imzaladığı təhvil-təslim aktı ilə rəsmiləşdirilir. Müqavilənin 1.4-cü bəndinə görə isə, kirayəçi kirayə o byektini digər şəxsə kirayəyə verə bilər.

3. Kirayə müqaviləsinin 3.2-ci bəndində təsbit olunmuşdur ki, kirayə obyekti təhviltəslim aktı üzrə kirayəçiyə təhvil verildiyi 1 iyul 2022-ci il tarixdə kirayə obyektindən istifadəyə görə kirayəçi kirayəyə verənə ilk 1 (bir) ay üçün hesablanmış 3000 manat kirayə haqqını və depozit olaraq müəyyən olunan 3000 manat – cəmi 6000 manat vəsait ödəyir. Müqavilə tərəfləri bu tarixi hazırkı müqavilə üzrə kirayə haqqının ödəniş tarixi olaraq təyin edirlər. Sonrakı aylar üzrə kirayə haqqı da hər ayın 1-5 tarixləri arasında, əgər həmin tarix qeyri-iş gününə təsadüf edərsə, növbəti iş günündə ödənilir. Kirayəçi tərəfindən kirayə haqqı bu müqavilənin 3.5-ci bəndində göstərilən bank hesabına köçürülmə yolu ilə və ya kirayə verənin kart hesabına ödənilir.

4. Müqa vilənin 3.3-cü bəndində tərəflər razılığa gəlmişlər ki, müqavilə üzrə aparılan bütün ödənişlər rekvizitləri qeyd edilən bank hesabı üzrə və ya təqdim ediləcək kart hesabına həyata keçiriləcək və kirayəyə verən təsdiq edir ki, kirayəçi tərəfindən kirayə haqqının ödənilməsi həmin vəsaitlərin kirayəyə verənə çatması kimi qiymətləndiriləcək.

5. Müqavilənin 6.5-ci bəndinə əsasən, müqaviləyə tərəflərin qarşılıqlı razılığı əsasında, eləcə də müqavilədə və qanunvericilikdə nəzərdə tutulmuş digər əsaslarla vaxtından əvvəl xitam verilə bilər.

6. Müqavilənin 4.3.2-ci bəndinə görə kirayəçi, təqvim ayının birinci iş günü kirayəyə verənə müqavilənin ləğvinə dair bildiriş verməklə növbəti aydan sonrakı ayın axırı müqaviləyə birtərəfli qaydada vaxtından əvvəl xitam vermək hüququna malikdir.

7. Kirayə obye kti olan mənzil 01 iyul 2022-ci il tarixdə tərtib olunmuş təhvil-təslim aktı əsasında həmin tarixdə içərisindəki əşyalarla birlikdə kirayəçiyə (Cavabdeh MMCnə) təhvil verilmişdir.

8. İddiaçı Cavabdeh MMC-nin direktoru Nümayəndə xx.xx.2022-ci il tarixdə məktub ünvanlayaraq xx.xx.2022-ci il tarixli müqavilənin hazırda da qüvvədə olduğu bildirilmiş və kirayə müqaviləsinin tələblərinə əməl edilməsini, həmin dövrədək ödənilməyən kirayə haqqının ödənilməsi xahiş edilmişdir.

9. Həmin məktub xx.xx.2022-ci il tarixdə Nümayəndə tərəfindən müvafiq qəbzə imza edilməklə qəbul olunmuşdur.

10. Nümayəndə xx-xx.2022-ci il tarixlərdə Daxili İşlər Nazirliyinin 102 Xidmətinə şikayətlər edərək Cavabdeh turizm şirkətinin direktoru kimi fəaliyyət göstərdiyini, 2018-ci ildən “Port Baku” Rezidensdə mənzil kirayəyə götürüb xarici vətəndaşlara kirayəyə verməklə məşğul olduğunu, lakin bir müddət əvvəl “Port Baku” Rezidensin mühafizə xidmətinin əməkdaşlarının binaya xarici turistləri buraxmadıqlarını bildirmiş, tədbir görülməsini xahiş etmişdir.

11. Daxili İşlər Nazirliyinin Bakı şəhər Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışda göstərilmişdir ki, “həmin şikayətlər araşdırılmış, araşdırma zamanı “X4”-in inzibati və istismar işləri üzrə meneceri X1 yazdığı izahatda bildirmişdir ki, Nümayəndə kirayə tutduğu evlərə günlük olaraq xarici turistləri cəlb edir. Həmin xarici turistlər gecə saatlarında sərxoş halda evə yüngül həyat tərzi keçirən qadınlarla gələrək səs-küy salırlar, dəhlizdə yarıçılpaq vəziyyətdə gəzirlər ki, bu da orada yaşayan sakinl ərin etirazına səbəb olur. Dəfələrə Nümayəndə xəbərdarlıq edilməsinə baxmayaraq, heç bir nəticə olmamışdır”.

12. Daxili İşlər Nazirliyinin Bakı şəhər Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis şöbəsinin rəisi xx.xx.2022-ci il tarixdə Nümayəndə məktub ünvanlayaraq bildirmişdir ki, şikayətlərində qeyd olunan xüsusatlar mülki xarakterli olduğu üçün məhkəmədə iddia qaldıra bilər. İş üzrə qəbul edilmiş məhkəmə aktları a. Birinci instansiya məhkəməsində icraat

13. İddiaçı Cavabdeh MMC-nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 15.000 manat məbləğində ödənilməyən kirayə haqqının və 135 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

14. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh tərəfindən mənzilin aylıq kirayə haqqı vaxtlı-vaxtında ö dənilməməklə yanaşı, yuxarıda göstərilən müqavilə şərtlərinə uyğun olmayan qaydada müqaviləyə özbaşına və qanunsuz olmaqla birtərəfli xitam verildiyi şifahi qaydada ona bildirilmişdir. Halbuki, aralarında bağlanmış müqavilənin 6.5-ci bəndinin tələbinə görə müqaviləyə tərəflərin qarşılıqı razılığı, eləcə də müqavilədə və qanunvericilikdə nəzərdə tutulmuş əsaslarla vaxtından əvvəl xitam verilməsi nəzərdə tutulmuşdur. Nəzərə alınmalıdır ki, kirayəyə götürülmüş mənzildən istifadənin dayandırılması müqavilənin birtərəfli qaydada xitamı hesab olunmur. xx.xx.2022-ci il tarixli kirayə müqaviləsinin şərtlərinə əməl edilməsi və ödənilməyən kirayə haqqının ödənilməsinin təmin olunması üçün tərəfindən cavabdehə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktuba (pretenziyaya) hazırki vaxtadək cavab verilməm əklə yanaşı, keçən müddət ərzində ödənilməmiş kirayə haqqı məbləğinin ödənilməsi də təmin olunmamışdır.

15. Cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək izahatında bildirmişdir ki, ki, Cavabdeh turizm şirkətinin direktoru kimi fəaliyyət göstərir, 2018-ci ildən “Port Baku” Rezidensdə mənzil kirayə götürərək, xarici vətəndaşlara kirayə verməklə məşğul olur. Lakin 3 sentyabr 2022-ci il tarixdən həmin binanın mühafizə xidmətinin əməkdaşları binaya xarici turistləri buraxmadığından o, iddiaçıya məxsus mənzildən istifadə edə bilməmiş və xarici turistlərə kirayəyə verə bilməmişdir. Bu barədə xx.xx.2022-ci il tarixdə Nəsimi rayon Polis İdarəsinə də şikayətlə müraciət etmişdir. Mənzildən istifadə edə bilmədiyindən oktyabr ayından başlayaraq kirayə haqlarını ödəməmişdir. Tərəfindən kirayə haq ları 2022-ci ilin iyul ayından 2022-ci ilin sentyabr ayı da daxil olmaqla ödənilmişdir. Kirayə haqlarını iddiaçıya iddiaçının sürücüsü vasitəsi ilə nağd şəkildə ödəmişdir. Buna görə də hesab edir ki, iddia tələbi rədd olunmalıdır.

16. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-716/2023 nömrəli, 17 aprel 2023-cü il tarixli qətnaməsi ilə (hakim Təhminə Xəlilova) ilə iddia təmin edilərək, Cavabdeh MMC-dən 15.000 manat məbləğində kirayə haqqının və dövlət rüsumunun idiaçının xeyrinə tutulması qət edilmişdir.

17. Birinci instansiya məhkəməsi iş üzrə gəldiyi qənaəti onunla əsaslandırmışdır ki, cavabdeh onun tərəfindən 2022-ci ilin 1 oktyabr tarixinədək olan müddət üçün kirayə haqqlarının ödənilməsini bildirsə də, buna dair heç bir sübut növünü məhkəməyə təqdim edə bilməmişdir.

18. Bundan əl avə, kirayə müqaviləsinin 4.4.1-ci bəndinə əsasən cavabdeh (kirayəçi) kirayə obyektindən birbaşa təyinatı üzrə istifadə etmək və qonşuların hüquqlarına və qanuni mənafelərinə, yanğın təhlükəsizliyi tələblərinə, sanitariyagigiyena, ekoloji tələblərə və qanunvericiliyin digər tələblərinə riayət etmək vəzifəsini daşıyır.

19. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər Nəsimi Rayon Polis İdarəsi 22-ci Polis Şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərə əməl etməmiş və kirayə obyektindən birbaşa təyinatı üzrə istifadə etməyərək qonşuların hüquqlarına və qanuni mənafelərinə zidd hərəkətlərə yol vermişdir.

20. Belə ki, Polis Şöbəsi tərəfindən aparılan araşdırma zamanı “X4”-in inzibati və istismar işlə ri üzrə meneceri X1 yazdığı izahatda bildirmişdir ki, Nümayəndə kirayə tutduğu evlərə günlük olaraq xarici turistləri cəlb edir. Həmin xarici turistlər gecə saatlarında sərxoş halda evə yüngül həyat tərzi keçirən qadınlarla gələrək səs-küy salırlar, dəhlizdə yarıçılpaq vəziyyətdə gəzirlər ki, bu da orada yaşayan sakinlərin etirazına səbəb olur. Dəfələrə Nümayəndə xəbərdarlıq edilməsinə baxmayaraq, heç bir nəticə olmamışdır.

21. Göründüyü kimi, kirayə mənzildən cavabdeh özünün təqsirli hərəkətləri nəticəsində (ondan asılı olan səbəblərdən) 2022-ci ilin sentyabr ayından istifadə edə bilməmişdir.

22. Məhkəmə öz mövqeyini hüquqi cəhətdən əsaslandırarkən Mülki Məcəllənin 385.1, 448.1, 448.2, 448.3, 448.4 və 675-ci maddələrinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat

23. Cavabdeh MMC-nin nümayəndəsi apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

24. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, kirayə müqaviləsinin 3.2-ci bəndinə əsasən depozit kimi 3000 manat əvvəlcədən ödənilib. xx.xx.2022-ci il tarixdə 6000 manat İddiaçı, 300 manat “X5” daşınmaz əmlak firmasının vasitəçisi Rauf adlı şəxsə ödənilib. Ayda 2 dəfə İddiaçı yəni mənzil sahibinin köməkçisi zəng edərək gəlib mənzillərinə baxış keçirmişdir. Mənzildə əcnəbi vətəndaşlar yaşasa belə, nümayəndə mənzilə daxil olaraq baxış keçirtmişdir. Keçən müddət ərzində nə şikayət, nə də narazılıq olmamışdır. xx.xx.2022-ci il tarixdə Küveyt vətandaşı ilə “X3” yaşayış kompleksinə aidiyyatı üzrə daxil olmaq istədikdə təhlükəsizlik xidmət inin nümayəndəsi buna əngəl olaraq Nümayəndə və həmin ailənin kirayə götürülən binaya daxil olmalarına icazə verilməmişdir. Səbəb kimi bildirilmişdir ki, rəhbərlik dəyişmiş və onlara Nümayəndə və turistləri buraxmamaq tapşırığı verilmişdir. Xarici vətandaşın Booking platformasında rezervasiyası olmuş, onlara 3 sentyabrdan belə bir qərar veriləcəyi ilə bağlı hər hansı rəsmi bir məktubun təqdim edilmədiyi bildirilsə də xeyri olmamışdır. Nümayəndə 102 qaynar xəttinə zəng edib şikayətçi olmuşdur. 3 sentyabrda yaşayış kompleksinə buraxılmadıqda öncə İddiaçı sürücüsünə zəng edib məlumat vermiş, İddiaçı bildirmişdir ki, İstanbuldadı, Whatsappda öncə mesaj yazmış, sonra özü zəng etmişdir. Bakıya 3 gün ərzində gələcək, işləri özü qaydasına qoyacaq deyə məlumat vermişdir. 3-4 gün sonra görüşərək hər şeyi yoluna qoyacağını bildirmiş, komendantla danışmışdır. Təxminən 30 dəqiqə sonra çıxıb bildirmişdir ki, “onluq deyil, özün hörmət elə, həll elə məsələni”. İddiaçı işi həll etmədən getmişdir. Telefonla zəng edərək 01 oktyabra qədər etdiyi ödəməni və 3000 azn depoziti istədikdə qaytarmayacağını bildirərək “hara istəyirsən şikayət et” deyib telefonu söndürmüşdür. Bir neçə gün sonra sürücüsü mənzili də təhvil almışdır. Hadisə günü sahibkarlıq fəaliyyətinə maneə ilə əlaqədar şikayətlə əlaqədar sahə müvəkkili binaya daxil olub mühafizə xidməti ilə yaranmış vəziyyət barədə araşdırma aparmış, lakin nəticə olmamışdır. Nümayəndə və digər mənzil sahibi şikayətçi olmuş və dərhal ərizə yazmışlar. Sentyabr ayında ərizə yazsa da oktyabr ayında 22-ci polis bölməsindən zəng edib şikayətlə əlaqədar cava b məktubunu götürə biləcəkləri barədə məlumat verilmşdir. xx.xx.2022-ci il tarixli müqavilənin 3.2-ci maddəsinə əsasən kirayədar tərəfindən ilkin olaraq 3000 və depozit olaraq 3000 cəmi 6000 manat ödənilmiş, lakin məhkəmə iddianı təmin edərkən bunu nəzərə almamış, sanki belə də olmalı imiş. Müqavilənin 4.1.4-cü maddəsinə əsasən kirayəçinin bir ay əvvəldən müqavilənin ləğvinə dair bildiriş vermək hüququ olduğu halda o məqsədli şəkildə bu hüququnu unutmuş, lakin 5 aylıq kirayə haqqı almağı unutmamışdır. Halbuki kirayəçinin gözünün qabağında kirayə verdiyi şəxsləri mülkiyyətçisi olduğu binaya buraxmamışlar, o məsələni həll etmək əvəzinə, 5 ay rahat oturaraq özünə kirayə haqqı hesablamış, sonra da məhkəmə qaydasında tələb etmişdir. Ən maraqlısı da budur ki, kirayəçidən təhvil aldığı mənzilə görə kirayə haqqı toplanır və məhkəmə də bunu təsdiq edir. Məhkəmə mülkiyyətçinin kirayə verdiyi mənzildən kirayəçinin nəinki istifadə edə bilməməsini, hətta kirayə verilən mənzilin təhvil aldığını da görməzdən gəlmişdir. Müqavilənin 4.2.6-cı maddəsinə əsasən obyektin istismarı il əlaqədar kirayəçiyə köməklik göstərməlidir. Lakin məhkəmə müqaviəlnin bu öhdəliyini maddəsini görməmişdir. Kirayədar bina sahibləri ilə danışıq aparır, nəticə əldə edə bilmir. Kirayəçi polisə müraciət edir nəticə əldə edə bilmir, kirayə mənzildə üçüncü şəxs olan ailə yerləşdirildiyi halda bu edilmir, əsas müqavilə üzrə kirayəçi Nümayəndə özü də mənzilə buraxılmır, kirayə verilən mənzil Nümayəndə təvil alnır və sonra da 5 ay kirayə pulu hesablanır və məhkəmə də bu tələbi təmin edir. Müqavilənin 4.2.8-ci maddəsinə əsasən kirayəçinin təqsiri üzündən obyektdən təyinatı üzrə istifadə edə bilmədikdə səbəbləri aradan qaldırmalıdır. İndi sual olunur ki, Nümayəndə nə təqsiri var ki, mühafizə xidməti mülkiyyətçinin əvəzinə onu mənzilə buraxmır. Hər hansı pozuntu barədə xəbərdarlığı varmı, əksinə kirayəçinin nümayəndəsi ayda iki dəfə mənzilə gələrək evdə adam ola-ola mənzili hər ay təftiş edir və heç bir pretenziya bildirmir. Amma pul almaq üçün dərhal pretenziya etmişdir. Kirayəçinin mənzili istifadəyə vermək mülkiyyətçinin vəzifəsidir. İstifadəyə verə bilməməsinin təqsiri də mülkiyyətçiyə aiddir. Mülkiyyətçi özü guya danışıqlar aparır, lakin yaranmış vəziyyəti həll edə bilmir və bütün məsuliyyəti atır Nümayəndə üzərinə, hələ bu azmış evi geri alır, sonra da kirayə pulu alır.

25. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4009/2023 nömrəli, 2023-cü il 22 iyun tarixli qətnaməsi ilə (hakimlər Elnur Həsənov (sədrlik edən və məruzəçi), Sabit Bəhrəmzadə və Xumar Mərdanova) Cavabdeh MMC-nin nümayəndəsinin apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 17 aprel 2023-cü il tarixli qətnaməsi Cavabdeh MMC-dən 15.000 manat məbləğində kirayə haqqının İddiaçı xeyrinə tutulması” hissəsində dəyişdirilərək Cavabdeh MMC-dən 9000 (doqquz min) manat məbləğində kirayə haqqının İddiaçı xeyrinə tutulması qət edilmişdir.

26. Apellyasiya instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Nəsimi rayonu, Üzeyir Hacıbəyli küçəsi 128, 130, 132, 128B, 128A mənzil 514Anın (yeni qaydalarla AZ 1010, Bakı şəhəri, Nəsimi rayonu, Kövkəb Əhmədov) iddiaçı tər əfindən aylıq kirayə haqqı 3000 manat olmaqla Cavabdeh MMC-nə 1 (bir) il müddətinə kirayəyə verildiyi, kirayə obyekti olan mənzilin 01 iyul 2022-ci il tarixdə tərtib olunmuş təhvil-təslim aktı əsasında həmin tarixdə içərisindəki əşyalarla birlikdə kirayəçiyə (Cavabdeh MMC-nə) təhvil verildiyi işin mübahisələndirilməyən hallarıdır.

27. İddiaçının iddia tələbinin mahiyyətindən aydın olur ki, o, mülkiyyətindəki əmlakı cavabdehə təhvil verdiyi xx.xx.2022-ci il tarixindən cavabdehə pretenziya məktubu ünvanladığı xx.xx.2022-ci il tarixinədək olan dövr üçün (5 ay) icarə haqqının ödənilməsini tələb edir.

28. Yuxarıda qeyd olunduğu kimi tərəflər bağladıqları müqavilənin 6.5-ci bəndində razılaşdırmışlar ki, müqaviləyə onların qarşılıqlı razılığı əsasında, eləcə də müqavilədə və qanunvericilikdə nəzə rdə tutulmuş digər əsaslarla vaxtından əvvəl xitam verilə bilər. Eyni zamanda müqavilədə, təqvim ayının birinci iş günü kirayəyə verənə müqavilənin ləğvinə dair bildiriş verməklə növbəti aydan sonrakı ayın axırı müqaviləyə birtərəfli qaydada vaxtından əvvəl xitam vermək kirayəçinin hüququ kimi nəzərdə tutulmuşdur.

29. İşin hallarından aydın olur ki, cavabdeh müvafiq hüququndan istifadə etməmiş, onun tərəfindən müqavilənin ləğv olunmasına dair iddiaçıya iradə ifadəsi (qanunla və ya müqavilə ilə müəyyənləşdirilmiş qaydada) bildirilməmişdir (bəyan olunmamışdır). Baxmayaraq ki, cavabdeh apellyasiya şikayətinin əsas dəlili kimi, xx.xx.2022-ci il tarixindən etibarən iddiaçının müqaviləni əhəmiyyətli dərəcədə pozduğunu irəli sürür.

30. Bu səbəblə məhkəmə kollegiyası hesab etmişdir ki, tərəflər arasındakı müqavilə münasibətləri iddiaçının cavabdehə pretenziya məktubu göndərdiyi xx.xx.2022-ci il tarixinə qədər ləğv olunmuş hesab edilə bilməz və iddiaçı müvafiq dövr üçün kirayə haqqı məbləğlərini tələb etməkdə haqlı olmuşdur.

31. Bu qənaətə gələrkən məhkəmə onu da nəzərə almışdır ki, cavabdeh ona mənsub istifadə hüququnu hər hansı fərdi səbəblərə görə (iddiaçıdan asılı olmayan səbəblərə görə) həyata keçirə bilmədiyi üçün əmlak kirayəsi haqqını ödəməkdən azad edilmir.

32. Məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi iddiaçının həmin tələbini təmin edərkən müqavilənin 3.2-ci bəndinin məzmununu nəzərə almamış, həmin bəndin təfsirinin əmlakın cavabdehə təhvil verilməsi zamanı onun tərəfindən 6000 manatın iddiaçıya ödənilməsi nəticəsinə gəlməyə əsas yaratdığına əh əmiyyət verməmişdir.

33. Tərəflər arasında “WhatsApp” proqramı vasitəsilə aparılmış yazışmaların (yazışmaların bir hissəsi iddiaçının özü ilə cavabdeh arasında olmasa da, bilavasitə onun tapşırığı ilə hərəkət etdiyi aydın olan Tural adlı şəxslə cavabdehin nümayəndəsi arasında aparılmışdır) məzmunu da bu nəticəyə gəlməyə imkan verir ki, cavabdeh iddiaçıya 6000 manat ödəniş etmişdir.

34. Cavabdehin nümayəndələri təmsil etdikləri tərəfin daha artıq məbləğdə ödəniş etdiyinə dair məhkəməyə sübut təqdim etməmişlər.

35. Apellyasiya instansiyası məhkəməsi öz mövqelərini hüquqi cəhətdən əsaslandırarkən MM-in maddə 14.1, 14.2, 324.1, 324.4, 324.5, 385.1, 386.1. 390.1. 404.1, 404.2, 405.1, 421.1, 421.2, 421.3, 424.2, 424.3, 424.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

36. Cavabdeh MMC kassasiya şikayəti verərək, qətnamənin qismən- 9000 (doqquz min) manat məbləğində kirayə haqqının İddiaçı xeyrinə tutulması hissəsində ləğv edilməsi və həmin hissədə iddianın təmin edilməməsinə dair yeni qərar çıxarılmasını xahiş etmişdir.

37. Kassasiya şikayəti apelyasiya şikayətinin məzmununa uyğun əsaslandırılmışdır. b) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri

38. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi

39. Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifəl ər doğuran hərəkətlərindən əmələ gəlir.

40. Maddə 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər;...

41. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.

42. Maddə 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir.

43. Maddə 324.5. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir.

44. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

45. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

46. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

47. Maddə 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır.

48. Maddə 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.

49. Maddə 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müra ciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır.

50. Maddə 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür.

51. Maddə 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.

52. Maddə 421.3. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə v ə ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır.

53. Maddə 424.2. Müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir.

54. Maddə 424.3. Müqavilə dəyişdirilərkən və ya ləğv edilərkən, əgər tərəflərin razılaşmasından və müqavilənin dəyişdirilməsi xarakterindən ayrı qayda irəli gəlmirsə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında tərəflərin razılaşmasının bağlandığı andan, müqavilə məhkəmə qaydasında dəyişdirildikdə və ya ləğv edildikdə isə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi andan öhdəliklər dəyişdirilmiş və ya xətm edilmiş sayılır.

55. Maddə 424.4. Əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, tərəflər müqavilənin dəyişdirildiyi və ya ləğv edildiyi anadək öhdəlik üzrə icra etdiklərinin qaytarılmasını tələb edə bilməzlər.

56. Maddə 424.5. Əgər müqavilənin dəyişdirilməsinə və ya ləğvinə onu tərəflərdən birinin əhəmiyyətli dərəcədə pozması əsas vermişdirsə, digər tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi nəticəsində dəyən zərərin əvəzinin ödənilməsini tələb edə bilər.

57. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

58. Maddə

442. Öhdəliyin ic ra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

59. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.

60. Maddə

675. Əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür.

61. Maddə 684.1. Əmlak kirayəsi haqqı, əgər kirayə müddəti bir aydan qısadırsa, həmin müddətin sonunda ödənilməlidir. Əgər kirayə müddəti bir aydan çoxdursa, əmlak kirayəsi haqqı zərurət olduqda müvafiq surətdə hər ayın s onunda hissəhissə ödənilməlidir. Əgər əmlak kirayəsi haqqı zaman hissələri üzrə hesablanmışdırsa, ayrı-ayrı zaman hissələrinin sonunda ödənilir.

62. Maddə 684.2. Kirayəçi ona mənsub istifadə hüququnu hər hansı fərdi səbəblərə görə həyata keçirə bilmədiyinə görə əmlak kirayəsi haqqını ödəməkdən azad edilmir. Lakin kirayəyə verən kirayəyə verilmiş əşyadan istifadə zamanı qənaət edilmiş məsrəflərin hesabı, habelə əşyadan başqa şəkildə istifadə etsəydi, əldə edə biləcəyi faydaların hesabı ilə razılaşmalıdır.

63. Maddə 685.2. Kirayəyə verən xəbərdarlıq müddətini gözləmədən kirayə müqaviləsini aşağıdakı hallarda ləğv edə bilər: 685.2.1. kirayəçi iki ardıcıl müddət üçün kirayə haqqının və ya onun xeyli hissəsinin ödənilməsini gecikdirdikdə; 685.2.2 ikidən çox müddət üçün iki aylıq əmlak kirayəsi haqqının məbləğinə çatan məbləğdə əmlak kirayəsi haqqının ödənilməsini gecikdirdikdə. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

64. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

65. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

66. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

67. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

68. Maddə 407.

2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

69. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

70. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri

71. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin f aktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

72. Qətnamədən kassasiya şikayəti verən kassator qətnaməni qismən – iddianın təmin olunmasına aid hissədə ləğvini tələb edir. Buna görə də qətmübahisələndiri və tam mübahisələndirdiyindən məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

73. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası mə hkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

74. Kassasiya şikayətinin dəlilləri cavabdehin apelyasiya şikayətində irəli sürdüyü dəlillərlə eyni məzmundadır. Apelyasiya instansiyası məhkəməsi həmin dəlilləri araşdıraraq qiymət vermiş və işin hallarına uyğun nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası həmin əsaslandırma və gəlinən nəticə ilə razılaşır.

75. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərə findən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.

76. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

77. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutara q, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4009/2023 nömrəli, 2023-cü il 22 iyun tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar