Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4081/2021 06.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh Maqsud qızına, Cavabdeh Maqsud qızının İddiaçı cavabdeh qızına qarşı iş üzrə QƏRARİ iş № 2(102)-4081/21 (Açar sözlər: mənzilə köçürülmə, istifadə hüquqlarına xitam ) Bakı şəhəri, 06 sentyabr 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi, İddiaçı X1 nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh Maqsud qızına qarşı “mənzilə köçürülmə” tələbinə dair mülki iş üzrə Bakı A pellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4445/2020 nömrəli 14 oktyabr 2020-ci il tarixli qətnaməsindən İddiaçı kassasiya şikayətinə 06 sentyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı Cavabdeh Maqsud qızına qarşı Yasamal Rayon Məhkəməsinə iddia ərizəsi, sonradan iddia tələbinin azaldılması barədə ərizə ilə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, Y.Dağlı küçəsi 4 saylı evin sahəsi 36.0 kv.m olan 2 otağına köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş edib.
2. İddia tələbi onunla əsaslandırılıb ki, iddiaçı Bakı şəhəri, Yasamal rayonu, Y.Dağlı küçəsi 4 saylı evin sahəsi 36.0 kv.m olan 2 otaqlı yaşayış sahəsinin sahibidir. Bakı şəhəri Oktyabr ra yon XDS İcraiyyə Komitəsinin 08 sentyabr 1979 cu il tarixli 56 saylı qərarı ilə iddiaçı ailə tərkibi ilə birlikdə həmin ünvana mənzil almaq üçün növbəyə götürülüblər.
3. İddiaçı 1961-ci ildə ailə həyatı qurmuş, bir müddət həyətin yuxarı başında 2 otaqlı evdə ailəsi ilə bir yerdə yaşamışdır. Sonra 3 illik müvəqqəti olaraq Qazaxıstana ailəsi ilə birlikdə getmiş, daha sonra kiçik qardaşı ailə qurduqdan sonra, həmin evi boşaldıb ailə qurduğu üçün ona verməli olmuşdur, çünki həmin ev atasına məxsus idi.
4. İddiaçının atası sonradan Dağlı küçəsi, ev 17-də onlara kirayə ev götürüb, onlar da orda yaşamışlar.
5. Sonra iddiaçının qızının əri Nərimanov rayonunda ev almışdır, iddiaçı da 1991-ci ildən köçüb kirayə əsaslarla qızının evində qalmışdır.
6. Cavabdeh iddiaçının bacısı qızıdır. İddiaçının bac ısı xəstə olduğundan iddiaçı icazə verib ki, bacısı həmin evdə yaşasın. Bacısı 31 iyul 2017-ci ildə vəfat edəndən sonra iddiaçı evinə köçməyib istəyib, cavabdeh anasının il mərasiminə qədər gözləməyi xahiş edib. Vaxtın tamamında isə cavabdeh evdən çıxmayıb, üstəlik iddiaçını da evə buraxmır.
7. İddiaçı həmin ünvanda bu gün də daimi qeydiyyatdadır. İddiaçı daimi olaraq başqa yerə yaşamağa getməmişdir. İddiaçı həmin evin ona aid olan otaqlarından birininin sahəsindən digər həyətə olan qapını bağlamış və orada bir otaq düzəldib onu kirayə verərək həmin pulu da kommunal xərclərin ödənilməsi üçün bacısı və qardaşının uşaqlarına vermişdir.
8. İddiaçı tələbinin əsası kimi Mülki Məcəllənin 157.2, 159, 161, 164.2 və 165.1-ci maddələrinə istinad edib.
9. Cavabdeh Maqsud qızı da qarşılıqlı iddia verə rək, İddiaçı Bakı şəhəri, Yasamal rayonu, Y.Dağlı küçəsi 4 saylı evinə istifadə hüqunun itirilmiş hesab olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı mübahisəli mənzildə yaşamayıb. Bu, işin mübahisəsiz halıdır. İddiaçı mübahisəli mənzilin sahibi olduğunu bildirisə də, bununla bağlı hər hansı sübut təqdim edə bilməmişdir.
11. İddiaçı 30 ildən artıq müddətdir ki, bu evdə yaşamır. Bakı şəhəri, Yasamal rayonu, Y.Dağlı küçəsi 4 saylı evdə digər şəxslərlə qeydiyyatdadır. Belə olan halda iddiaçı daimi yaşamaq məqsədi ilə 30 ildən artıq müddətdir ki, tərk etdikləri mübahisəli yaşayış sahəsindən istifadə hüququ yoxdur və buna hər hansı hüquqi və faktiki əsaslar müəyyən edilməmişdir.
12. Nikahda olan vaxt İddiaçı ərinə yaş amaq üçün ev verilmişdirsə demək ki, onun da həmin evə hüququ yaranmışdır. İddiaçı mənzilin nikahının pozulmasından sonra əldə edilməsinə dair hər hansı sübut təqdim edə bilməmişdir.
13. Qarşılıqlı iddia tələbinin hüquqi əsası kimi Mənzil Məcəlləsinin (1982) 87-ci maddəsinə istinad edilmişdir.
14. Mübahisəli evə baxış keçirilməsi nəticəsinə görə mübahisəli 2 otaqlı ev İddiaçı kirayə verdiyi 1 otaqlı evdən ayrılmışdır, həmin evlər arasında heç bir əlaqə müəyyən edilməmişdir. Bakı şəhəri, Yasamal rayonu, Y.Dağlı küçəsi 17 saylı ev mübahisəli evdən bir qədər aralıda yerləşir. İddiaçı kirayə verilən evin mübahisəli 2 otaqlı evə əvvəllər bitişik olduğunu iddia etsə də, sahələr arasında divar olduğu üçün bu halı yerli baxış zamanı müəyyən etmək mümkün olmayıb.
15. Bakı şəhəri Yasamal Rayon Məh kəməsinin 17 yanvar 2020-ci il tarixli 2(004)126/2020 saylı qətnaməsi ilə ilk və qarşılıqlı iddia tələbləri rədd edilmişdir. (hakim Fərid Əyyubov)
16. Birinci instansiya məhkəməsi iş materiallarında olan sübutlara istinadən qeyd etmişdir ki, İddiaçı özünün Bakı şəhəri, Yasamal rayonu, Y.Dağlı küçəsi 4 saylı evin sahəsi 36.0 kv.m olan 2 otaqlı yaşayış sahəsinə hər hansı hüququnun olması barədə sübut təqdim etməmişdir. Əksinə, onun 1979-cu ildən sonra 30 ilə yaxın müddətdə mübahisəli evdə yaşamaması məhkəmə tərəfindən, həm İddiaçı, həm şahidlərin, həm də cavabdehin nümayəndəsinin izahatlar ilə təsdiq edilmişdir. İddiaçı oradakı 1 otaqlı evi kirayə verdiyini bildirmiş, lakin məhkəmə iş üzrə sübutlarla, kirayəyə verilən evlə mübahisəli ev arasında hər hansı əlaqə müəyyən edə bilməmişdir. Həmçi nin İddiaçı iddiasının əsası kimi 1979-cu il qərarına istinad etmişdir. Bu qərarda iddiaçının vaxtilə həmin evdə yaşaması (hansı ki, iş materialları ilə bunun əksinə olaraq müəyyən edilir ki 30 ilə yaxındır ki, iddiaçı mübahisəli evdən köçüb getmişdir), eləcə də, mənzil növbəsinə alınması qeyd edilmişdir ki, bu da iddiaçının mübahisəli evə hər hansı hüququnun yaranmasını göstərmir.
17. İddiaçı Bakı şəhəri, Yasamal rayonu, Y.Dağlı küçəsi 4 saylı evin sahəsi 36.0 kv.m olan 2 otaqlı yaşayış sahəsinə hər hansı hüququ müəyyən olunmadığından, birinci instansiya məhkəməsi onun həmin yaşayış sahəsinə köçürülməsi üçün əsas görməyib.
18. Məhkəmə vurğulayıb ki, mənzilə köçürülmə ilə bağlı tələbin əsaslı hesab edilməsi üçün iddiaçının əmlak hüquqlarının mövcud olması tələb olunur. Başqa sözlə, iddiaçı nın mübahisəli mənzilə mülkiyyət, istifadə hüququ və ya cavabdehlə bərabər hüququ mövcud olmalıdır ki, evə köçürülmə üçün əsas olsun.
19. Həmçinin birinci instansiya məhkəməsinin Cavabdeh Maqsud qızının qarşılıqlı iddia tələbi üzrə mövqeyi belə olub ki, İddiaçı Bakı şəhəri, Yasamal rayonu, Y.Dağlı küçəsi 4 saylı evin sahəsi 36.0 kv.m olan 2 otaqlı yaşayış sahəsinə hər hansı hüququnun olduğu məhkəmə tərəfindən müəyyən edilmədiyindən qarşılıqlı iddianın da təmin edilməsi üçün əsas yoxdur.
20. Məhkəmə gəldiyi nəticəni 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin 60, 87-ci, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 1ci, Mülki Prossesual Məcəllənin 4.1 və 217.2-ci maddələri ilə əsaslandırmışdır. b) Apelyasiya instansiyası məhkəməsindəki icraat
21. İddiaçı apellyasiya şikayəti verib, qətnamənin ləğv, iddianın təmin qarşılıqlı iddianın ləğv edilməsini xahiş etmişdir.
22. Apellyasiya şikayətinin dəlilləri: - maddi hüquq normaları düzgün tətbiq edilməyib, məhkəmənin gəldiyi nəticə səhvdir; - məhkəmə tərəfindən təqdim edilmiş sübutlara düzgün qiymət verilməmiş, yerli baxış zamanı müəyyən edilmiş hallar qətnamədə tam və düzgün göstərilməmişdir; - mübahisəli mənzil üzərində İddiaçı həmişə nəzarəti olmuş və mənzil iddiaçı tərəfindən idarə olunmuşdur. Məhkəmə tərəfindən mənzil növbəsinə dayanma haqqında qərara da düzgün hüquqi qiymət verilməmişdir.
23. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4445/2020 nömrəli 14 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 17 yan var 2020-ci il tarixli, 2(004)-126/2020 nömrəli qətnaməsi ilkin iddia üzrə İddiaçı apellyasiya şikayəti üzrə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Elşən Kazımov (sədrlik edən və məruzəçi) Akif İsgəndərov, İlham Kərimli)
24. Apellyasiya məhkəməsi ilk iddiaçının apellyasiya şikayəti üzrə birinci instansiya məhkəməsinin ilk iddiaçının mübahisələndiridiyi hissədə gəldiyi nəticə və tətbiq etdiyi maddi hüquq normaları ilə razılaşaraq qeyd etmişdir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
25. Apellyasiya məhkəməsinin mövqeyinə görə hazırki iş üzrə ilk iddia tələbinin faktiki əsası, tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dizpozisiya əlamətləri ilə uzlaşmadığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur. İlk iddiaçı məhkəmənin gəldiyi nəticənin niyə səhv olduğunu, onun hansı hüquqlarının pozulması nəticəsində qəbul edildiyini dəqiq və konkret hüquq normalarına istinad etməklə göstərməmişdir. İ ddiaçı mübahisəli mənzil üzərində həmişə hansı nəzarət olduğunu və mənzilin onun tərəfindən necə idarə olunduğunu da konkret açıqlamır. Bu cür vəziyyətdə isə ilk iddianın əsaslı olması ümumiyyətlə təsdiq olunmur.
26. İlk iddiaçının mübahisə predmeti olan evdə 30 ildən artıq müddətdə yaşamaması da onun həmin evə ehtiyacının olmaması ilə əlaqədar olmuşdur. Çünki, mübahisəli evdən istifadə hüququna ehtiyacı olsaydı, bu müddət ərzində həmin evə köçüb yaşamaq üçün hansısa formada bir tədbirlər görə bilərdi. Lakin qeyd olunan müddətdə hərəkətsiz qalması da ilk iddiaçının mübahisə predmeti olan evə dair hansısa marağının olmadığını bilavasitə təsdiq edir.
27. Apellyasiya məhkəməsinin qənaətinə görə ilk iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin mübahisələndirdiyi hissədə lə ğv edilməsi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi ilk iddiaçıya münasibətdə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla mübahisələndirdiyi hissədə ləğv edilə bilməz. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
28. İddiaçı İddiaçı kassasiya şikayəti verib, qətnamənin ləğv, iddianın təmin edilməsini xahiş etmişdir.
29. Kassasiya şikayətində işin faktiki hallarına, apellyasiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozulmasına istinad edilmişdir. uşdur. istinad edilmiş b) Kassasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
30. Kassasiya şikayətinə qarşı tərəfin yazılı eti razı daxil olmamışdır. c) Kassasiya icraatı iştirakçılarının izahatları
31. Məhkəmə kollegiyasının iclasında X1 nümayəndəsi və vəkili Vəkil kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etdi. 32.Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilsə də, cavabdeh (qarşılıqlı iddiaçı) məhkəmə kollegiyasının iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 415.3-cü maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Mənzil Məcəlləsi (1982) Maddə
60. İcarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə, onların yaşayış sahəsi altı ay saxlanılır. Maddə
87. İcarədar və ya onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış mə ntəqəsinə köçdükdə, yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir Mülki Prosessual Məcəllə Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apelly asiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
33. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
34. Kassasiya şikayətində ilk iddiaçı (qarşılıqlı cavabdeh) apellyasiya instansiyası məhkəməsinin aktının ləğvini xahiş etdiyindən məhkəmə kollegiyası qətnaməni tam yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsinin ilk iddia tələbinin təmin edilməməsi hissəsindən ilk İddiaçı apellyasiya şikayəti verib, apellyasiya baxışının predmeti də İddiaçı apellyasiya şikayəti üzrə ilk iddi anın təmin edilməyən hissəsi olub. Buna görə də qətnamənin tam yoxlanıması dedikdə, apellyasiya baxışının predmeti olmuş həmin hissə başa düşülür. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
35. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
37. Kassasiya şikayətinin dəlilləri ilə eynilik təşkli edən apellyasiya şikayətinin dəlillərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən tam qiymət verilib.
38. Baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsi qanuni nəticəyə gəlmişdir.
39. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin iddia tələbi bağlı hazırki qərarın 24-26-cı bəndlərində əks olunan dəyərləndirməsini əsaslı, qanuni sayır və həmin dəyərləndirməyə istinadən əlavə şərhə zərurət görmür. Həmin bəndlərdə əks olunanlardan görünür ki, apellyasiya məhkəməsi iddia tələbi ilə bağlı məsələləri tam aydınlaşdırmaqla onlara tətbiq edilməli olan maddi hüquq normaları əsasında hüquqi qiymət verib.
40. Apellyasiya məhkəməsi tərəfindən maddi hüquq normaları işin müəyyən edilmiş hallarına uyğun olaraq düzgün tətbiq edilib.
41. Bu baxımdan, məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətlərinin dəlillərini əsasız sayır.
42. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassas iya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
43. Yuxarıda göstərilənləri Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4445/2020 nömrəli 14 oktyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.