Məhkəmə qərarları › İş №2(102)-4082/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-4082/2022

03.10.2022 · Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4082/2022 03.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar İddiaçı1 Hacıbala oğlunun, İddiaçı2 Hacıbala oğlunun və İddiaçı3 Hacıbala qızının cavabdehlər Cavabdeh1 və Cavabdeh2, habelə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər Bakı şəhəri 50 saylı Notariat Ofisi, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Ərazi İdarəsinə və Maraqlı şəxs3 ASC-yə qarşı “alqı-satqı müqaviləsinin və onun əsasında verilmiş reyestrdən çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair ilk və iddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı1 Hacıbala oğluna, İddiaçı2 Hacıbala oğluna, İddiaçı3 Hacıbala qızına, habelə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər Bakı şəhəri 50 saylı Notariat Ofisinə, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Ərazi İdarəsinə, Maraqlı şəxs3 ASC-yə qarşı “mənzildən çıxarılma və pulun ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə QƏRARİ (Açar sözlər: müqavilənin etibarsızlığı, müqavilənin təmsilçi vasitəsi ilə bağlanması, mülkiyyətin müdafiəsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 01 mart 2022-ci il tarixli, 2(103)2197/2022 nömrəli qətnaməsindən ilk iddia üzrə iddiaçılar (qarşılıqlı iddia üzrə cavabdehlər) tərəfindən verilmiş kass asiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: 1. ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi İddiaçı1 Hacıbala oğlunun, İddiaçı2 Hacıbala oğlunun və İddiaçı3 Hacıbala qızının ümumi paylı mülkiyyətlərində olmuşdur.

2. İddiaçı1 Hacıbala oğlu, İddiaçı2 Hacıbala oğlu və İddiaçı3 Hacıbala qızı hər biri 09 dekabr 2020-ci il tarixli etibarnamə ilə həmin evin özünə aid hissəsi üzərində sərəncam verməyi, o cümlədən satmağı Cavabdeh2m səlahiyyət vermişdir. 3. 10 dekabr 2020-ci il tarixli müqavilə ilə İddiaçı1 Hacıbala oğlunun, İddiaçı2 Hacıbala oğlunun və İddiaçı3 Hacıbala qızının mülkiyyətlərinə olan həmin ev Cavabdeh1 50000 manata satılmışdır. Müqavilə satıcıların adından etibarna mə ilə Cavabdeh2 tərəfindən imzalanmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçılar İddiaçı1 Hacıbala oğlu, İddiaçı2 Hacıbala oğlu və İddiaçı3 Hacıbala qızı cavabdehlər Cavabdeh1 və Cavabdeh2, habelə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər Bakı şəhəri 50 saylı Notariat Ofisi, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Ərazi İdarəsinə və Maraqlı şəxs3 ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, fərdi yaşayış evinə dair Notariat ofisində bağlanmış AN-İ ******* saylı 10 dekabr 2020-ci il tarixli alqı-satqı müqaviləsinin və onun əsasında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Cavabdeh1 adına verilmiş çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmi şlər.

5. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı2 ilə X1 nikahları pozulmuş və Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 02 mart 2021-ci il tarixli qətnaməsi ilə Dadaşova Xatirə fərdi yaşayış evindən əşyaları ilə birlikdə çıxarılmışdır. Xatirə Dadaşovaya 21000 manat kompensasiyanı ödəmək üçün iddiaçılar alqı-satqı işləri ilə məşğul olan Cavabdeh2 etibarnamə verərək, fərdi yaşayış evinin 65000 manata satılması və ondan gələcək pul məbləğindən Xatirə Dadaşovaya 21000 manat ödənilməsini, qalan 44000 manat pul vəsaitinin onlara verməsini həvalə etmişlər. Cavabdeh2 fərdi yaşayış evini 10 dekabr 2020-ci il tarixdə Cavabdeh1 satmışdır. Lakin Notariat Ofisinin sənədləri ilə tanış olduqda iddiaçılara məlum olmuşdur ki, fərdi yaşayış evi 50000 manata satılmışdır.

6. İddiaçı Cavabdeh1 cavabdehlər İddi açı1 Hacıbala oğluna, İddiaçı2 Hacıbala oğluna, İddiaçı3 Hacıbala qızına, habelə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər Bakı şəhəri 50 saylı Notariat Ofisinə, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Ərazi İdarəsinə, Maraqlı şəxs3 ASC-yə qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilk iddia tələbinin rədd edilməsi, qarşılıqlı iddia üzrə cavabdehlərin xüsusi mülkiyyət hüququ ilə həmin tələb üzrə iddiaçının xüsusi mülkiyyətində olan fərdi yaşayış evindən çıxarılması və onların həmin fərdi yaşayış evində qaldıqları müddətin aylıq kirayə haqqı 250 manat məbləğində hesablanmaqla, iddiaçılardan həmin fərdi yaşayış evindən çıxan ayadək kirayə haqqı dəyərində pulun iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, Cavabdeh2 və Cavabdeh1 arasında olan razılaşmaya əsasən fərdi yaşayış evinin dəyəri 50000 manat müəyyən edilmiş və həmin məbləğ ödənilmişdir. Cavabdeh1 iddiaçılardan dəfələrlə evdən çıxmalarını tələb etsə də, bunun bir nəticəsi olmamışdır.

8. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 11 noyabr 2021-ci il tarixli, 2(003)3403/2021 nömrəli qətnaməsi ilə (hakim Z.M.Tağıyev) ilk iddia rədd edilmiş, qarşılıqlı iddia tələbi qismən təmin edilərək, İddiaçı1 Hacıbala oğlunun, İddiaçı2 Hacıbala oğlunun və İddiaçı3 Hacıbala qızının ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılmaları, qarşılıqlı iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir.

9. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu, Mülki Məcəlləs inin 6, 144.1, 152.1, 331.1, 337.1, 337.4, 339.1, 339.2, 359.1, 567 və 646-cı maddələrinə, “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 2.1-ci bəndinə istinad edərək hesab etmişdir ki, bağlanmış müqavilənin etibarlılığını şübhə altına alan hal müəyyən edilməmiş, mübahisəli daşınmaz əmlakla bağlı müqavilə bağlanılarkən qanunvericiliyin tələblərinə tam əməl edilmişdir.

10. Qarşılıqlı iddia tələbinə münasibətdə isə məhkəmə qeyd etmişdir ki, fərdi yaşayış evi Cavabdeh1 mülkiyyətində olduğundan iddia tələbi bu hissədə əsaslıdır. Lakin məhkəməyə tərəflər arasında hər hansı kirayə müqaviləsinin olmasını təsdiq edən sübut təqdim edilmədiyindən iddia tələbi kirayə haqqı dəyərində pulun ödənilməsi hissəsində əsaslı deyildir. b) Apellyasiya instansiyası məhkəməsində icr aat

11. İlk iddia üzrə iddiaçılar (qarşılıqlı iddia üzrə cavabdehlər) İddiaçı1 Hacıbala oğlu, İddiaçı2 Hacıbala oğlu və İddiaçı3 Hacıbala qızı apellyasiya şikayəti verərək, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 11 noyabr 2021-ci il tarixli, 2(003)-3403/2021 nömrəli qətnaməsinin qismən, yəni “ilk iddianın rədd edilməsi, qarşılıqlı iddianın qismən təmin edilməsi” hissəsində ləğv edilməsi və ilk iddianın təmin edilməsi, qarşılıqlı iddianın isə tam rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər.

12. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 01 mart 2022-ci il tarixli, 2(103)-2197/2022 nömrəli qətnaməsi ilə (hakim X.A.Mərdanovanın sədrliyi və məruzəsi ilə, hakimlər E.M.Həsənovdan və V.N.Sadıqovdan ibarət tərkibdə) apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xəzər R ayon Məhkəməsinin 11 noyabr 2021-ci il tarixli, 2(003)-3403/2021 nömrəli qətnaməsi “ilk iddianın rədd edilməsi, qarşılıqlı iddianın qismən təmin edilməsi” hissəsində dəyişdirilmədən saxlanmışdır.

13. Birinci instansiya məhkəməsinin əsaslandırılması və gəldiyi nəticə ilə razılaşan apellyasiya məhkəməsi göstərmişdir ki, tərəflər mübahisəli müqaviləni imzalamış, öz iradə ifadələrini bildirmiş və müqavilə üzrə nəzərdə tutulmuş şərtlərlə bağlı öz razılıqlarını bildirmişlər. Yəni, iddiaçılar alğı-satqı müqaviləsi ilə mülkiyyətlərində olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evini 50000 manat əvəzində Cavabdeh1 satılmasını öz iradə ifadəsi ilə təsdiq etmişlər. Həmçinin, cavabdeh izahatında bildirmişdir ki, alğı-satqı müqaviləsi bağlanan zaman iddiaçılar notariat kontorunda olmuş və əməliyyat aparılarkən onları Cavabdeh2 təmsil etməsinə etiraz etməmişlər. Belə olan halda alğı-satqı müqaviləsi qanunvericiliyin tələbləri nəzərə alınmaqla bağlanmış, müqavilənin etibarsız hesab edilməsi üçün əsas müəyyən edilməmiş və iddiaçıların aldadıldıqları iş materialları ilə müəyyən olunmur.

14. Apellyasiya şikayətinin qarşılıqlı iddianın rədd edilməsi barədə gətirdiyi dəlillərə münasibətdə apellyasiya məhkəməsi qeyd etmişdir ki, mübahisəli fərdi yaşayış evi üzərində mülkiyyət hüququ həmin hüququn daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh1 adına qeydə alındığı andan ona keçmiş və ilk iddiaçılar mülkiyyət hüququnun tərkib hissəsi olan mənzildən istifadə hüquqlarını itirmişlər. İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh1 məxsus fərdi yaşayış evində yaşamaları sonuncuya öz mülkiyyətindən dinc i stifadə hüququnu həyata keçirməyə mane olur. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:

15. İlk iddia üzrə iddiaçılar (qarşılıqlı iddia üzrə cavabdehlər) İddiaçı1 Hacıbala oğlu, İddiaçı2 Hacıbala oğlu və İddiaçı3 Hacıbala qızı kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 01 mart 2022-ci il tarixli, 2(103)-2197/2022 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

16. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Mülki Məcəllənin 337, Mülki Prosessual Məcəllənin 8 və 217.1-ci maddələri pozulmuşdur. Belə ki, Cavabdeh2 iddiaçıların etibarından istifadə edərək, iddiaçılardan etibarnamə almış, son ra isə digər Cavabdeh1lə formal alqı-saqı müqaviləsi bağlamışdır. Cavabdeh2 əməllərində dələduzluq əməlləri olması ilə bağlı Nərimanov Rayon Polis İdarəsinin İstintaq Şöbəsində aparılan araşdırma ilə bağlı qərarın və iş materiallarında olan izahatların məhkəməyə təqdim edilməsinə, vəkilin iştirakı ilə baxılması üçün iclasın təxirə salınması barədə vəsatət verilməsinə baxmayaraq, sübutlara tam qiymət verilmədən işə baxılaraq, yekun məhkəmə aktı qəbul olunmuşdur.

17. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.

18. Kassasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. Kassasiya baxışının hədləri:

19. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəm əsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.

20. Yuxarıda qeyd olunduğu kimi birinci instansiya məhkəməsinin qətnaməsi ilə qarşılıqlı iddia qi smən təmin olunsa da, həmin tələb üzrə iddiaçı apellyasiya şikayəti verməmişdir. Bu səbəbdən apellyasiya baxışının predmetini həmin qətnamənin ilk iddianın rədd edilməsi, qarşılıqlı iddianın isə qismən təmin edilməsi hissələrində yoxlanılması təşkil etmişdir.

21. Hazırda apellyasiya instansiyası məhkəməsinin qətnaməsi kassatorlar tərəfindən tam mübahisələndirildiyindən kassasiya baxışının hədlərini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılmasını təşkil edir. Tətbiq edilən hüquq:

22. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 6.1.5-ci maddəsinə əsasən müqavilələr azadlığı mülki qanunvericiliyin prinsiplərindən biridir. 157.2-ci m addəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 228.4-cü maddəsinə əsasən Yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir. 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlə r və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 359.1-ci maddəsinə əsasən əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdə n hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayə tində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

24. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün t ətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

25. Belə ki, məhkəmə kollegiyasının qənaətinə görə apellyasiya instansiyası məhkəməsi tərəflərin apellyasiya şikayətlərinin dəlillərinə hüquqi qiymət verərkən əsaslı olaraq hesab etmişdir ki, tərəflər arasında bağlanmış müqavilənin etibarsız əqd kimi tanınması üçün əsaslar mövcud deyildir.

26. İzah olunmalıdır ki, mülki qanunvericiliyin tələblərinə əsasən əqdin etibarsız hesab olunması üçün aşağıdakı ünsürlərdən heç olmasa biri qüsurlu olmalıdır: subyekt tərkibi; məzmunu; forması; iradə və iradə ifad əsi.

27. Hazırki halda qeyd olunan ünsürlərdən hər hansı birinin qüsurlu olması iddia olunmamış və məhkəmələr tərəfindən müəyyən edilməmişdir.

28. Müəyyən olunur ki, mübahisəli müqavilə iddiaçıların adından təmsilçi vasitəsi ilə bağlanmışdır ki, bu Mülki Məcəllənin 359.1-ci maddəsi ilə nəzərdə tutulmuşdur.

29. Təmsilçi tərəfindən satılan əmlakın təmsil olunanlarla razılaşdırılmış qiymətlə satılmaması alqı-satqı müqaviləsinin etibarsız hesab olunması üçün əsas kimi qanunvericiliklə nəzərdə tutulmamışdır. Belə ki, mənzilin satılmasına dair mülkiyyətçilərin iradələrinin mövcudluğu və cavabdehə buna dair səlahiyyət verilməsi mübahisəsizdir.

30. Həmçinin qeyd olunmalıdır ki, evin keçmiş mülkiyyətçiləri olan iddiaçılar evdən çıxmaqdan imtina etməklə, evin alıcısı olan qarşılıqlı iddia üzrə iddia çının mülkiyyət hüquqlarını pozmuş və onun mülkiyyətinin müdafiəsi ilə bağlı məhkəməyə müraciət etmək hüququ yaranmaqla, həmin tələbinin təmin edilməsi Mülki Məcəllənin 157.2-ci maddəsinə uyğun olmuşdur.

31. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır.

32. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421ci maddələrini rəhbər tutaraq, məhkəmə kol legiyası Qərara aldı: İlk iddia üzrə iddiaçılar (qarşılıqlı iddia üzrə cavabdehlər) İddiaçı1 Hacıbala oğlu, İddiaçı2 Hacıbala oğlu və İddiaçı3 Hacıbala qızı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 01 mart 2022-ci il tarixli, 2(103)-2197/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar