Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4084/2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı1 cavabdeh X2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: məhkəmə aidiyyəti ilə bağlı mübahisə) 11.06.2021 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Xəlilov İsmayıl Kamil oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Kərimov Səyyad Əli oğlu və Qəribov Bəhman Fərhad oğlundan ibarət tərkbdə, İddiaçı1 cavabdeh X2 qarşı mənzilinə istifadə hüququna xitam verilməsi tələbinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 04 may 2021-ci il tarixli, 2(011)-2534/2021 nömrəli qərardadından cavabdeh X1 nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikayətə baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Bakı şəhəri Xətai rayonu V.Tau küçəsi 6A saylı evin 22 saylı mənzili İddiaçı1 mülkiyyətindəldir. Cavabdeh X3 iddiaçının qızıdır. İddiaçı cavabdehin mənzildən istifadə hüququna kompensasiya verilməklə xitam verilməsini tələb edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı1 cavabdeh X2 qarşı Bakı şəhəri Xətai rayonu V.Tau küçəsi 6A saylı evin 22 saylı mənzilinə istifadə hüququna xitam verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
3. Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil vəsatətlə məhkəməyə müraciət edərək hazırki mülki işin aidiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Vəsatətini onunla əsaslandırmışdır ki, iddia tələbi cavabdehin pasport qeydiyyatının ləğvi ilə bağlı olduğundan mü bahisəə inzibati məhkəmə icraatında baxılmalıdır.
4. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 04 may 2021-ci il tarixli, 2(011)2534/2021 nömrəli qərardadı ilə (sədrlik edən hakim S.Mehrəliyev) Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil qeyd edilən mülki işin Bakı İnzibati Məhkəməsinə göndərilməsi barədə vəsatəti təmin edilməmişdir.
5. Birinci instansiya məhkəməsi qərardadını Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 25.1, 25.2, 26.1, 26.2-ci maddələri ilə əsaslandırmışdır. b) Kassasiya instansiyası məhkəməsində icraat 6. cavabdeh X1 nümayəndəsi və vəkili Vəkil birinci instansiya məhkəməsinin qərardadından şikayəti verərək, qərardadın ləğv olunaraq vəsatətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
7. Şikayət birinci instansiya məhkəməsi tərəfindən prosessual hüquq normalarının tələblərinin pozulması, həmin normaların düzgün tətbiq olunmaması ilə əsaslandırılmışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: Maddə 25.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır.
9. Maddə 31.1. Aidiyyət qaydalarının pozulmasına yol verilmir.
10. Maddə 31.2. Aidiyyət qaydalarına riayət etməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir.
8. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi Maddə 2.2.1. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır; şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inz ibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia); inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialara (müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia); inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etib arsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia); Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin səlahiyyətlərinə aid olan məsələlər istisna olmaqla, normativ xarakterli aktların qanunauyğunluğunun yoxlanılmasına dair iddialara (qanunauyğunluq haqqında iddia); inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara; bələdiyyələrin inzibati nəzarət orqanlarının hərəkətlərinə qarşı və ya inzibati nəzarət orqanlarının bələdiyyələrə qarşı iddialarına; “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq bankın sağlamlaşdırılması, rezolyusiyası çərçivəsində verdiyi, bankın məcburi ləğvi və ləğvedicinin təyin edilməsi, bankın iflas proseduruna başlanması, bankın kapitalında mühüm iştirak payı olan şəxsin payının özgəninkiləşdirilməsi və ya bank tərəfindən geri alınması və digər nəzarət tədbirləri ilə bağlı maliyyə bazarlarına nəzarət orqanının ərizələrinə.
11. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
12. Birinci instansiya məhkəməsi vəsatəti rədd edərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 25.1, 25.2, 26.1, 26.2-ci maddəsinə istinad edərək, hesab etmişdir ki, hazırkı mübahisə subyektiv tərkibinə, hüquq münasibətlərinin xarakterinə, mübahisənin predmetinə görə iqtisadi mübahisə olmadığından mülki iş Bakı şəhəri Xətai Rayon Məhkəməsinin icraatına düzgün olaraq qəbul edilmişdir.
13. Məhkəmə kollegiyası 1-ci instansiya məhkəməsinin m övqeyi ilə razılaşır. Beləki, iddiaçı özünə məxsus olan mənzildə istifadə hüququ olan cavabdehin hüquqlarına ona kompensasiya verilməklə xitam verilməsini tələb edir. Tələb mülki-hüquqi tələbdir. İddiaçı onun xüsusi mülkiyyətində olan əmlakda digər şəxsin istifadə hüququna kompensasiya verilməklə xitam verilməsini tələb edir. Hazırkı işdə cavabdehin pasport qeydiyyatından çıxarılması məsələsi mübahisələndirilmir. İddia təmin olunacağı təqdirdə həmin məsələ qəbul edilmiş qərarın hüquqi nətiəsi kimi baş verə bilər. Lakin, yenə də hazırkı işdə inzibati orqana qarşı hər-hansı tələbin olması istisnadır.
14. Qərarın 11-ci bəndində işə hansı hallarda inzibati məhkəmə icraatı qaydasında baxılmalı olmasına dair Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin qadaları sadalanmışdır. Hazırkı işdə həmin halların heç biri mövcud deyil.
15. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, 1-ci instansiyası məhkəməsi məhkəmə aidiyyəti ilə bağlı məsələni həll edərkən prosessual qanunvericilik düzgün tətbiq etmişdir. Birinci instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
16. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 403.1-ci maddələsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil şikayəti təmin edilməsin. Həmin iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 04 may 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.