Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4084/2022 25.07.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı qarşı iş üzrə QƏRARİ (Açar sözlər: hərracın nəticələrinin, hərrac protokolu və alqı-satqı müqaviləsinin etibarsızlığı, iddia qaldırmış şəxsin subyektiv hüququ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “hərracın nəticələrinin, hərrac protokolu və alqı-satqı müqaviləsinin etibarsızlığı” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103) -2410/2022 nömrəli, 5 aprel 2022-ci il tarixli qətnaməsindən İddiaçı kassasiya şikayətinə 25 iyul 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi 88 nömrəli evin 16-cı mənzili, xx.xx.2004-cü il tarixdə bağlanmış alqı-satqı müqaviləsi əsasında Sadıqova Ziba Yusif qızı tərəfindən satın alınmış, xx.xx.2014-cü il tarixdə onun mənzil üzərində xüsusi mülkiyyət hüququ qeydiyyata alınmışdır.
2. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 13 mart 2018-ci il tarixli, 2(007)78/2018 saylı qətnaməsi ilə iddiaçı "xxxx" KB ASC-nin cavabdehlər İddiaçı və Sadıqova Ziba Yusif qızma qarşı iddiası qismən təmin edilmiş, 35211,91 ABŞ dolları borcun (qətnamənin icra olunduğu günə ABŞ dollarının m anata məzənnəsi nəzərə alınmaqla manatla) və dövlət rüsumuna görə 30 manat və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün xidmət haqqı kimi ödənilmiş 30 manatın İddiaçı "xxxx" KB ASC-nin xeyrinə tutulması, borcun Sadıqova Ziba Yusif qızının mülkiyyətindəki ipoteka predmeti olan Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, 88 saylı evin 16 saylı mənzilinə yönəldilməsi qət edilmişdir.
3. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 29 iyun 2018-ci il tarixli qətnaməsi ilə "xxxx" KB ASC-nin apellyasiya şikayəti qismən təmin edilərək, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 13 mart 2018-ci il tarixli qətnaməsi ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməməsi və ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və o satıldıqda ən geci 1 ay ərzində həmin yaşayış sahəsindən çıxarılmanın təmin edilməməsi hissəsində ləğv olunmuş, həmin hissədə iddia təmin edilərək ipoteka predmetinin ilkin satış qiyməti 50000 (əlli min) manat müəyyən edilmiş, ipoteka predmeti olan mənzilə tutma yönəldikdə və o satıldıqda ən geci 1 ay ərzində Sadıqova Ziba Yusif qızının, İddiaçı, X2 və X1 həmin mənzildən çıxarılması qət olunmuş, qətnamə iddiaçının apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmış, cavabdehlər İddiaçı və Sadıqova Ziba Yusif qızının apellyasiya şikayəti təmin edilməmişdir.
4. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli, 2(102)-7830/2108 saylı qərarına əsasən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 29 iyun 2018-ci il tarixli qətnaməsi ndən cavabdeh Sadıqova Ziba Yusif qızının kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 29 iyun 2018-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.
5. Qanuni qüvvəsini almış həmin məhkəmə aktı icraya yönəldilmişdir. Nizami rayon icra və probasiya şöbəsi tərəfindən mənzilin alqı-satqısı ilə bağlı "xxxx" MMC-yə sifariş verilmişdir. 6. "xxxx" KB ASC xx.xx.2019-cu il tarixdə ipoteka predmetinin əldə olunmasına dair tərəflərə təklifə cavab olaraq xx.xx.2019-cu il tarixdə "xxxx" MMC-yə məktub ünvanlamış və mübahisəli mənzili təkrar hərracdakı ilkin satış qiymətinin 25 faiz az olmayan qiyməti ilə bankın adına rəsmiləşdirilməsinə etiraz etmədiklərini bildirmiş və tələb edilən sənədləri göndərmişdir.
7. Hərracın yekunları barədə xx.xx.2019-cu il tarixli, 51/03 nömrəli protokola əsasən mübahisəli mənzili 31875 manata tələbkarın nümayəndəsi X5 əldə etmiş və həmin tarixdə bağlanmış alqı-satqı müqaviləsi əsasında sözügedən əmlak "xxxx" MMC tərəfindən həmin şəxsə satılmışdır.
8. Mübahisəli mənzil xx.xx.2020-ci il tarixdən "xxxx" KB ASC-nin xüsusi mülkiyyətindədir.
9. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 05 avqust 2021-ci il tarixli, 2(007)1889/2021 saylı qətnaməsi ilə "xxxx" KB ASC-nin cavabdehlər Sadıqova Ziba Yusif qızına, X7 qızına, X3 qarşı cavabdehlərin Bakı şəhəri, Nizami rayonu, Cəmşid Naxçıvanski küçəsində yerləşən 88 saylı evin 16 saylı mənzilindən istifadə hüquqlarına xitam verilməsi barədə iddia tələbi təmin edilmiş, müstəqil tələb irəli sürən 3-cü şəxs İddiaçı "xxxx" Kommersiya Bankı ASC-yə qarşı cavabdeh təşkilatın üzərinə yeni kredit müqaviləsinin bağlanılması öhdəliyinin həvalə edilməsi və qanunsuz məhkəmə qətnaməsindən sonra hesablanmış faiz borclarının silinməsinə dair qətnamə qəbul edilməsi barədə iddia tələbi təmin edilməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
10. İddiaçı (bundan sonra “iddiaçı”) Nərimanov Rayon Məhkəməsinə yə müraciət edərək, "xxxx" (bundan sonra “cavabdeh” və ya “Hərrac Mərkəzi”) tərəfindən mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi 88 nömrəli evin 16-cı mənzili ilə əlaqədar keçirilən hərracın nəticəsi olaraq bağlanmış hərracın yekunu protokolu və həmin əmlakın alğı-satqısı ilə əlaqədar bağlanmış müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
11. Niz ami rayon İcra Şöbəsi və "xxxx" ASC mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilmişlər.
12. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, iddiaçının qətnamənin icra olunması ilə bağlı heç bir məlumatı olmamışdır. Bankdan zəng edərək, evin boşaldılmasını tələb edəndə iddiaçı bilmişdir ki, ipoteka predmeti olan mənzili ilə bağlı Hərrac Mərkəzində hərraclar keçirilmiş və mənzil bank tərəfindən əldə edilmişdir.
13. İddiaçı keçirilən hərraclarla bağlı sənədlərin təsdiq olunmuş surətlərini əldə etmək üçün Hərrac Mərkəzinə müraciət etsə də, ona heç bir sənəd təqdim etməmişlər.
14. Hərraclar qanunsuz keçirilmiş, hərracın keçirilməsinə dair iddiaçıya heç bir məlumat verilməmişdir. Belə ki, hərracın keçirilməsinə dair bildirişlər iddiaçıya göndərilmə miş, nəticədə əmlakın mülkiyyətçisi kimi hərraclarda iştirak hüququ pozulmuşdur.
15. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 415.2, 416-cı, “İpoteka haqqında” Qanunun 42.1, 42.3 və 44-cü maddələrinə istinad etmişdir.
16. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC-nin nümayəndəsi yazılı etiraz təqdim etmişdir. Etirazın dəlilləri: - sözügedən əmlak qanuni qüvvəsini almış məhkəmə qətnamələri çıxarıldıqdan sonra, hərraca çıxarılmış, alıcı olmadığı üçün “İpoteka haqqında” Qanunun müvafiq maddələrinin tələbinə əsasən bankın mülkiyyətinə keçmişdir; - əmlak həm ipoteka ilə yüklü edilərkən, həm də qanuni qüvvəsini almış qətnamələrin icrası zamanı qanuna müvafiq olaraq bankın mülkiyyətinə keçərkən daşınmaz əmlakın dövlət reyestrində Sadıqova Ziba Yu sif qızına məxsus olmuşdur. İddiaçı ona məxsus olduğunu iddia etdiyi əmlak ilə bağlı heç bir hüquq müəyyənedici sənədə əsaslanmayaraq fərdi yaşayış evi üzrə “hərracın nəticələrinin etibarsızlığı, hərrac protokolu və alqı-satqı müqaviləsinin etibarsızlığı“ tələbini irəli sürmüşdür; - mülki mübahisənin qanuni həlli üçün ilk növbədə iddia qaldırmış iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması araşdırılmalıdır. İddiaçının mübahisələndirdiyi əmlak üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış və onun əmlak üzərində sərəncam vermək hüququ yoxdur. Hazırki halda sözügedən əmlakın iddiaçıya aid olmasını təsdiq edən hər hansı bir sübutu olmadığından iddiaçı irəli sürdüyü tələbə münasibətdə ümumiyyətlə subyektiv hüquqa malik olan şəxs deyildir, yəni hazırki iddia tələbi ilə müraciət etmək hüququ iddiaçının deyil, Sadıqova Ziba Yusif qızının hüququdur; - Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında da qeyd olunan məsələ ilə bağlı ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır; - iddiaçının mübahisəsini etdiyi əmlaka dair qanunla nəzərdə tutulmuş qaydada hər hansı hüququ olmadığı üçün iddia tələbi təmin edilməməlidir.
17. İddiaçı sübut qismində Salyan Rayon İcra Hakimiyyətinin Qızılağac kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş arayışa əsasən İddiaçı 1995-ci ildən 2018-ci ilin may ayına kimi Bakı şəhərində onlara məlum olmayan ünvanda yaşayıb, 2018ci ilin may ayından Salyan rayonu Alçalı kəndində qeydiyyatdadır.
18. Birinci instansiya məhkəməsinin sorğusuna əsasən cavabdeh tərəfindən təqdim edilmiş sənədlərə görə, Hərrac Mərkəzi-nin xx.xx.2019-cu il tarixli 01 saylı hərracın keçirilməsinə dair bildiriş tərəflərə və icra şöbəsinə göndərilmiş, borclular İddiaçı və Ziba Sadıqovanın mübahisə predmeti olan ünvanında xx.xx.2019-cu il tarixdə Sadıqlı Gülnar tərəfindən qəbul edilmişdir. xx.xx.2019-cu il tarixdə 01/2 saylı bildiriş tərəflərə göndərilmiş xx.xx.2019-cu il tarixdə mübahisəli ünvanda Sadıqlı Əlövsət tərəfindən qəbul edilmişdir. xx.xx.2019-cu il tarixdə 02 saylı bildiriş tərəflərə göndərilmiş, Sadıqova Ziba Yusif qızı və İddiaçı bildirişi qəbul etməkdən imtina etmiş, bu məzmunda “Fabo Express” tərəfindən akt tərtib edilmişdir. Habelə, “B irja” qəzetinin 17-23 may 2019-cu il, 31 may-06 iyun 2019-cu il və 21-27 iyun 2019-cu il tarixli buraxılışlarında hərracın keçirilməsi ilə bağlı elanlar yerləşdirilmişdir. Bundan başqa, xx.xx.2019-cu il tarixdə ipoteka predmetinin əldə olunmasına dair tərəflərə təklif göndərilmiş, təklif xx.xx.2019-cu il tarixdə mübahisəli ünvanda İddiaçı təqdim edilərək bu barədə qəbz imzalanmışdır.
19. Nərimanov Rayon Məhkəməsinin 2(005)-4528/2021 saylı, 28 dekabr 2021-ci il qətnaməsi ilə iddia rədd edilmişdir. (hakim Aytən Novruzova)
20. Birinci instansiya məhkəməsinin iddia tələbinin “hərracın nəticələrinin etibarsız hesab edilməsi” hissəsi ilə bağlı mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı hərrac barədə məlumatlı olmadığını, habelə hərracın keçirilməsi zamanı qanunvericiliyin tələblərinin pozulduğunu bildirir. Eyni zamanda, iddiaçı tərəf onun qeydiyyatda olduğu üçün üzrə hərrac bildirişlərinin göndərilmədiyini (Salyan rayonu, Alçalı kəndinə) qeyd edir. Halbuki hərracın keçirilməsi ilə bağlı bildirişlər mənzilin mülkiyyətçisi Sadıqova Ziba Yusif qızının qeydiyatda olduğu və yaşadığı ünvan üzrə göndərilmişdir.
21. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına əsasən belə nəticəyə gəlmişdir ki, keçirilən hərracda qanunvericiliyin tələbləri pozulmamış, iddiaçının iddia ərizəsində göstərdiyi dəlillər, o cümlədən hərracın ondan xəbərsiz keçirilməsi məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Belə ki, təqdim edilmiş poçt qəbzlərinə əsasən Hərrac Mərkəzi tərəfindən mənzilin mülkiyyətçisinin ünvanı üzrə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, habelə ö zündə qanunvericiliklə müəyyən edilmiş digər məlumatları əks etdirən bildirişlər göndərilmişdir. Məhkəmə araşdırılması zamanı iddiaçı tərəfindən hərracın keçirilməsi zamanı qanunvericiliyin tələblərinin pozulması hallarına yol verilməsi ilə bağlı hər hansı sübut təqdim edilməmiş (iddiaçı yalnız həracın ondan xəbərsiz keçirilməsini və hərrac barədə məlumatlı olmadığını bildirir), məhkəmə tərəfindən də hər hansı hal müəyyən edilməmişdir.
22. Birinci instansiya məhkəməsi həmçinin vurğulamışdır ki, həmin bildirişlərin ipoteka qoyanın deyil, iddiaçının faktiki ünvanı üzrə göndərilməsi istisna edilir. Belə ki, qanunvericilikdə bu qəbildən olan işlər üzrə hərracın keçirilməsinə məsul olan təşkilat borclunun faktiki yaşadığı ünvanı axtarıb tapmaq, habelə onun olduğu yeri müəyyən etmək və bildirişl ərin borclunun faktiki ünvanına göndərmək, habelə onun ozünü şəxsən tapıb, bildirişi şəxsən onun özünə təqdim etmək, hərrac barədə özündə məlumatları əks etdirən qəzetləri göndərmək öhdəliyi daşımır. Qanunverici hərrac təşkilatının üzərinə hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirmək, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərmək vəzifəsi qoymuşdur. Bununla belə, hərrac təşkilatı qeyd edilən şəxslərə təsdiq etmə üsulu ilə bildiriş göndərməklə və qəzetlərdə elanlar dərc etdirməklə üzərinə qoyulmuş bu öhdəliyi yerinə yetirmiş olur. Araşdırma zamanı da müəyyən edilmişdir ki, bütün bildirişlər iddiaçının arvadının pasport qeydiyyatında olduğu və ipoteka predmeti olan əmlakın ünvanı üzrə göndərilmişdir.
23. Birinci instansiya məhkəməsi bu sahəni tənzimləyən qanunvericiliyin (“İpoteka” haqqında Qanunun 46-cı maddəsinin) tələblərinə istinadən onu da qeyd etməyi zəruri hesab etmişdir ki, məhkəmə araşdırılması zamanı iddiaçının həmin əmlakı almaq üçün tələb olunan vəsaitə malik olmadığı müəyyən edilmişdir. Hətta 3-cü şəxs "xxxx" ASC qətnamə ilə müəyyən edilmiş borc məbləğinin ödənildiyi təqdirdə mübahisənin barışıqla həlli üçün məhkəmə iclasları təxirə salınmışdır. Lakin bu, bir nəticə verməmiş, qısa müddətdə müəyyən edilmiş borc məbləğini ödəmək vədlərini verən iddiaçı nəticə etibarı ilə bu istiqamətdə hər hansı addım atmamışdır. Bu da öz növbəsində belə qənaətə gəlməyə imkan verir ki, hərracın etibarsız hesab edilməsi hüquqi nəticə etibarı ilə iddiaçıya münasibətdə hər hansı dəyişikliyə səbəb olmayaca qdır. Hərracın etibarsız hesab edilməsi onun yenidən keçirilməsinə səbəb olacaqdır və belə olan vəziyyətdə yenidən təşkil edilmiş hərracda iddiaçının iştirakı yalnız formal xarakter daşıyacaqdır.
24. Birinci instansiya məhkəməsi onu da qeyd etmişdir ki, hazırda mübahisələndirilən hərrac artıq başa çatmış, əmlakın mülkiyyətçisi hazırda "xxxx" ASC-dir. İddiaçı isə Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsində yerləşən 88 saylı evin 16 saylı mənzilin keçmiş mülkiyyətçisi deyil, evin əvvəlki mülkiyyətçisinin əridir. Belə olan halda, iddiaçının hərracın nəticələrini mübahisələndirmək üçün subyektiv hüququ yoxdur. İddiaçını hazırki iddia tələbini irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul etmək mümkün deyildir. Çünki o, mübahisəli mənzil üzərində qanunla nəzərdə tutulmuş qaydada hər hansı hüquq əldə etməmiş, bu isə o deməkdir ki, hərracın nəticələrinin etibarsızlığı ilə bağlı tələb etmək barədə iddianı tələb hüququ olmayan şəxs olaraq verdiyinə görə iddiaçının subyektiv hüququ yaranmamışdır.
25. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 415.2, 416.1, 416.2, “İpoteka haqında” Qanunun 41.2, 41.3, 41.5, 42.1, Mülki Prosessual Məcəllənin 4.1, 82.3-cü maddələri, “F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 30 dekabr 2008-ci il tarixli Qərarı ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
26. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
27. Apellyasiya şikayətinin dəlilləri: - məhkəmə iddiaçının subyektiv hüquqa malik olub-olmaması məsələsinin araşdırılmasını qeyd etsə də, gəldiyi yekun nəticədən görünür ki, bu məsələni tam aydınlaşdırmamışdır. Belə ki, praktikada da oxşar işlər üzrə yekun məhkəmə aktlarından görünür ki, əmlakın mülkiyyətçisi olmasa da belə, ər-arvad birgə mülkiyyətçi kimi bir-birinin əmlakının müdafiəsi ilə bağlı qarşılıqlı razılıq əsasında iddia qaldıra bilər. Hərracın təşkilatçısı borclu və birgə mülkiyyətçi kimi iddiaçıya hərracın keçirilməsi ilə bağlı bildirişlər göndərərək, onu da məlumatlandırmalı idi. Lakin iddiaçıya bununla bağlı heç bir bildiriş göndərilməmiş, hər hansı məlumat verilməmişdir. Elanlar kütləvi yayımı olan mətbu orqanda nəşr edilməmişdir. Alıcı kütləsi məlumatsız olmuşdur; - birinci instansiya məhkəməsi yanlış olaraq iddi açı ilə əmlakın mülkiyyətçisi X4 ərarvad olduğunu qəbul etsə də, birgə nikah dövründə əldə olunmuş əmlakla bağlı iddia qaldırılmasında İddiaçı subyektiv hüquqa malik olmaması qənaətinə gəlmişdir.
28. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2410/2022 saylı, 05 aprel 2022-ci il tarixli qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Emin Mehdiyev (sədrlik edən və məruzəçi), Namiq Cəfərov, Xəyal Sarıyev)
29. Apellyasiya instansiyası məhkəməsi qənaətini birinci instansiya məhkəməsinin qətnaməsinin məzmunu ilə eyni məzmunda əsaslandıraraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi aidiyyatı maddi hüquq normalarına istinad edərək, iddianı rədd etməklə mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı mahiyyət i üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarına, təqdim edilmiş sübutlara mövcud qanunvericilik normaları tətbiq edilməklə düzgün qiymət verilmişdir. İddianın rədd edilməsinə dair məhkəmə qətnaməsi qanuni və əsaslıdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
30. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək, qətnamənin ləğv, iddia tələbinin təmin edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir.
31. Şikayət belə əsaslandırılıb: - birgə mülkiyyətçi kimi iddiaçıya keçirilən hərrac barədə məlumat verilməli olduğu halda, hərrac təşkilatı öz öhdəliyini yerinə yetirməmişdir. Hərrac təşkilatı həm birgə mülkiyyətiçi, həm də borclu kimi iddiaçını məlumatlandırmamaqla onu borcu ödəyib əmlakın hərracda satılmasının qarşısını almaq və ya əmlakı hərracda əldə etmək kimi imkanlardan məhrum etmişdir. Həmçinin iddiaçının birgə mülkiyyətçi kimi satın almaqda üstünlük hüququ vardır və bu halda da hərrac təşkilatı iddiaçını məlumatlandırmalı idi; - mübahisələndirilən hərracda satılan əmlak birgə nikah dövründə əldə edilmiş əmlakdır. Yəni, iddiaçı birgə mülkiyyətçi kimi həmin əmlaka sahiblik, sərəncam və istifadə ilə bağlı mütləq hüquqlara malikdir. İddiaçının həm mülkiyyətçi, həm də borclu kimi borca görə ipoteka ilə yüklü edilmiş əmlakın hərraca çıxarılaraq real bazar qiymətinə satılmasına nəzarət etmək, həmin hərracda iştirak etmək hüququ vardır; - iddiaçı mülkiyyətçi olaraq mənzilin 40% ucuzuna bankın əldə etm əsindən çox, əmlakının real bazar qiymətinə satılmasına maraqlıdır. Bunun üçün iddiaçı hərrac prosesindən xəbərdar olmalıdır; - apellyasiya məhkəməsi iddiaçının ipoteka müqaviləsi bağlanmasına mülkiyyətçi kimi razılıq ərizəsi verdiyini belə nəzərə almamışdır; - bundan başqa, iddiaçı borclu olaraq borcun bağlanmasında maraqlı olduğundan və ipoteka saxlayan qarşısında məsuliyyət daşıdığından əmlakın real bazar qiymətinə satılmasına nəzarət etmək hüququna malikdir. Hərracın iddiaçıya məlumat verilmədən və kütləvi informasiya vasitələrində məlumat dərc edilmədən, o cümlədən internetdə yerləşdirilmədən xəbərsiz keçirilməsi (məhkəmə hərrac barədə dərc ediləın qəzetin kütləvi satışda olmadığını və cəmi 200 tiraj çap edildiyini belə nəzərə almamışdır) iddiaçının kreditor qarşısındakı öhdəliklərini n icrasını məhdudlaşdırır. Belə ki, əmlak borclunun xeyrinə 90000 manat likvid qiymətlə qiymətləndirilmiş tələbkar 15% və 25% tətbiq edilməklə əmlakı 57 375 manata əldə etmişdir. Əmlak dəyərindən 50% ucuz qiymətə satıldığından borc bağlanmamışdır. Tələbkar borcu iddiaçıdan tələb edir. Göründüyü kimi hərracın nəticələri borcu kimi bir başa iddiaçının da hüquqlarına toxunur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
32. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 415.2. Qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda i ştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. Maddə 416.1. Bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Maddə 416.2. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. “İpoteka haqqında” Qanun Maddə 41.2. Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İc ra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata (bundan sonra - hərracın təşkilatçısı) hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verir. Maddə 41.3. Hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir. Maddə 41.5. Hərrac açıq auksion formasında keçirilir. Maddə 42.1. Hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 (beş) iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələr ində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 (iyirmi) təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 (otuz) təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 (üç) faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın işt irakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 (beş) faizi məbləğində beh ödəməlidir. Maddə 44. “İpoteka haqqında” Qanunun müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikası Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilir. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansi yası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
33. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarını n düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir
34. Kassasiya şikayətində iddiaçı apellyasiya məhkəməsinin qətnaməsini tam mübahisələndirdiyi üçün məhkəmə kollegiyası qətnaməni tam yoxlayır.
35. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
36. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya insta nsiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
37. Kassasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edən apellyasiya şikayətinin dəlillərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən tam qiymət verilib.
38. Baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsi qanuni nəticəyə gəlmişdir.
39. İddia tələbi hərracın etibarsızlğı barədədir və iddiaçı tələbinin əsası kimi hərrascın qanunverciliyə uyğun qaydada keçirilməməsinə (ipoteka predmeti olan əmlakın b irgə mülkiyyətçisi kimi ona bildiriş göndərilməməsinə, hərrac barədə az tirajlı KİV-də elan verilməsinə) istinad edib.
40. İşin məhkəmələr tərəfindən tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən hallarına görə isə iddiaçının istinad etdiyi bu hallar təkzib edilmiş, habelə hərrac barədə KİV-də elan verilməsi, ipoteka saxlayan Ziba Saqıqovaya bildiriş göndərilməsi təsdiq edilmişdir.
41. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, “İpoteka haqqında” Qanunun 42.1-ci maddəsinə görə hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 (beş) iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. İşin mü əyyən edilmiş hallarına görə iddiaçı ipotekaqoyan deyil, ipoteka qoyan olan şəxsə (iddiaçının arvadına) bildiriş göndərilib.
42. İpoteka predmeti olan və hərracda sayılan əmlakın birgə mülkiyyətçisi kimi iddiaçıya da məlumat verilməli oması barədə kassasiya şikayətinin dəlilləri “İpoteka haqqında” Qanunun 42.1-ci maddəsi baxımından əsassızdır. Çünki həmin normada hərrac təşkilatçısının hərrac barədə məlumat verməli olduğu şəxslərin dairəsi müəyyən edilib və bunlar da ipotekasaxlayan və ipoteka qoyandır. Hərrac təşkilatçısının hərrac barədə bildirişləri qeyd edilən şəxslərdən savayı hər hansı başqa şəxsə göndərməsi vəzifəsi yoxdur.
43. Bu baxımdan, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlayan apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni yuxarıda qeyd edilən maddi və prosessual hüquq normalarının tələbi baxımından düzgün hesab edir.
44. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
45. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2410/2022 nömrəli, 5 aprel 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.