Məhkəmə qərarları › İş №2(102)-4085/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-4085/2020

06.10.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4085/2020 06.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, Dəmirov İlqar Kamal oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X3, İddiaçı, vəkili X2 və cavabdeh Şabanova (İbrahimova) Aidə Məmməd qızının nümayəndəsi X1 iştirakları ilə açıq məhkəmə iclasında, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(103)-1899/2020 saylı qətnaməsindən İddiaçı kasasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(003)-32/2019 s aylı qətnaməsi ilə (sədrlik edən, hakim R.H.Xəzri) İddiaçı Cavabdeh qarşı “birgə nikah dövründə əldə edilmiş əmlakların hərracdan satılması və əldə edilmiş vəsaitin paylara uyğun olaraq bölünməsi” barədə iddiası rədd edilib. İddiaçı qətnamədən apelyasiya şikayəti verib. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(103)-1899/2020 saylı qətnaməsi ilə (hakimlər F.F.Babayev sədrlik edən, məruzəçi, X.A.Mərdanova və E.M.Həsənov) apelyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxx 2019cu il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılıb. İddiaçı qətnamədən kasasiya şikayəti verib. İŞİN HALLARİ İşdən görünür ki, iddiaçı məhkəmədə cavabdehə qarşı iddia qaldıraraq, Bakı şəhəri, Xəzər rayonu, Xaşa-xuna ba ğ sahəsində 183 saylı bağın 0,02 ha torpaq sahəsinin, onun üzərində olan iki mərtəbəli fərdi yaşayış evindən ibarət tikilinin, “X7” minik markalı, **-CV-*** dövlət qeydiyyat nişanlı; “VAZ 21074” minik markalı, **-MD-*** dövlət qeydiyyat nişanlı; VAZ-21074 markalı, **-UL-*** dövlət qeydiyyat nişanlı avtomobillərin hərracda satılması və əldə edilən pul vəsaitinin cavabdehlə arasında bölünməsi; birgə nikah dövründə əldə olunmuş 1.000 manat dəyərində 1 ədəd divan və 2 ədəd kreslo ( Woodpeker, ağ-qara rəngli), 1.750 manat dəyərində 1 dəst kuxna mebeli (Viola, qırmızı-qara rəngli), 1.500 manat dəyərində 1 dəst yataq dəsti (Femina), 1.400 manat dəyərində 6 ədəd predmet qonaq dəsti (Woodpeker), 750 manat dəyərində 1 ədəd paltar asılan şkaf (Qraxovci Vuqon) 1.500 manat dəyərində uşaq dəsti (2 ədəd kravat) (Woodpeker), 230 manat dəyərində 1 ədəd Kenwood 510 ətçəkən, 1.200 manat dəyərində 1 ədəd 7 kq tutumu olan Bosch paltaryuyan, 800 manat dəyərində 1 ədəd Samsung 43 markalı televizor, 230 manat dəyərində 1 ədəd Samsung markalı tozsoran, 250 manat dəyərində 1 ədəd Philips markalı sokçəkən, 250 manat dəyərində 1 ədəd Braun markalı ütü və 150 manat dəyərində 1 ədəd Tefal çay dəstinin bölünərək yarısının ona verilməsinə, əgər bu mümkün olmazsa dəyərinin cavabdehdən alınıb ona ödənilməsi barədə qətnamə qəbul edilməsinə xahiş edib. Bakı şəhəri, Xəzər rayon məhkəməsinin xx xxxx 2019-cu il tarixli qərardadı ilə iddiaçının cavabdehə qarşı birgə nikah dövründə əldə edilmiş əmlakların hərracda satılması və əldə edilən vəsaitin bölünməsi tələbinə dair iddia ərizəsi “X7” minik markalı, 90- CV- 910 dövlət qeydiyyat nişanlı; “VAZ 21074” minik markalı, **-MD-*** dövlət qeydiyyat nişanlı; VAZ-21074 markalı, **-UL-*** dövlət qeydiyyat nişanlı avtomobillərin hərracda satılması və əldə edilən pul vəsaitinin tərəflər arasında bölünməsi hissəsində eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair başqa məhkəmənin icraatında iş olduğundan baxılmamış saxlanılıb. İddia belə əsaslandırılıb ki, o, cavabdehlə xx xxx 2005-ci ildə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurub. Bakı şəhəri, Xəzər rayon məhkəməsinin xx xxxxxxx 2014-cü il tarixli qətnaməsi ilə tərəflərin nikahı pozulub və uşaqların cavabdehin yanında saxlanılması və iddiaçıdan hər ay uşaqların saxlanması üçün 351 manat alimentin tutulub cavabdehə verilməsi qət edilib. Birgə nikah dövründə əldə etdik ləri torpaq sahəsi və avtomobillər Bakı şəhəri, Xəzər rayon məhkəməsinin xx xxxx 2016-cı il tarixli qətnaməsinə əsasən, Xəzər rayonu, Xaşaxuna qəsəbəsində 0,02 ha torpaq sahəsində yerləşən 183 saylı bağ sahəsində hər birinin payı ½ hissədə müəyyən edilməklə tərəflər arasında bölünmüşdür. Məhkəmə qətnaməsinin qəbulundan xeyli müddət keçməsinə baxmayaraq, cavabdeh ona torpaq sahəsindən istifadə etməyə imkan vermir. Bu da onun qanunla qorunan mülkiyyət hüququnu pozur. Adı çəkilən məişət əşyalarını birgə nikah dövründə əldə ediblər, lakin boşanma ərəfəsində cavabdeh evdən gedərkən həmin əşyaları özü ilə aparıb. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilib. KASASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kasasiya şikayəti onunla əsaslandırılıb ki, apelyasiya instansiyası məhkəməsi işə baxark ən maddi və prosessual hüquq normalarının tələblərini pozaraq, işin faktiki halları üzrə səhv nəticəyə gəlib və işə əlavə edilmiş sübutlara düzgün hüquqi qiymət verməyib. Kasasiya şikayətində iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın qismən təmin edilməsi barədə yeni qərar qəbul edilməsi xahiş olunub. Kasasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə iclasında İddiaçı və vəkili Orxan Qocayev kasasiya şikayətində göstərilənlərə uyğun olaraq eyni məzmunlu izahatlar verdilər. Cavabdeh Aidə Şabanovun nümayəndəsi Məmməd Şabanov məhkəmə iclasında iştirak etsə də vəkillə birgə təmsil olunmadığı üçün kasasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinin tələblərini izah etməklə on u məhkəmə iclasında dinləmədi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədiyi üçün kasasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. HÜQUQİ MƏSƏLƏLƏR Kasasiya instansiyası məhkəməsi məruzəçini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, kasasiya şikayətinin dəlillərini müzakirə edib, apelyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq etməsini yoxlayıb hesab edir ki, aşağıdakılara görə kasasiya şikayəti təmin edilmədən, iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, A zərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən, apelyasiya şikayətini təmin edilmədən saxlayarkən, iddianın əsassız olmasına, iddianı rədd etməklə birinci instansiya məhkəməsinin düzgün nəticəyə gəlməsinə istinad edib və hüquqi mövqeyini Mülki Məcəllənin 225.1-ci maddəsinin, Ailə Məcəlləsinin 32.1, 32.2, 37.1-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşır və hesab edir ki, apelyasiya instansiyası m əhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib, maddi hüquq normalarının tətbiqində və təfsirində səhvə yol verməyib və işdə, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin kasasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Belə ki, işin apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş həqiqi hallarından görünür ki, tərəflər xx xxx 2005-ci ildə rəsmi nikaha daxil olmuş, birgə nikahdan üç uşaqları doğulmuşdur. İşə əlavə edilmiş xx xxxxxx 2014-cü il tarixli qaimələrin surətlərindən görünür ki, iddiaçıya Kenwood markalı ətçəkən, Bosch markalı paltaryuyan, Samsung markalı televizor, Samsung markalı tozsoran, Plipis markalı sokçəkən, Braun markalı ütü, Tefal markalı çay dəsti, 1 ədəd di van, iki ədəd kreslo, woodpecker ağ qara, Viola mətbəx, yataq dəsti, qonaq dəsti, uşaq dəsti təhvil verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsinə əsasən, ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən, nikah müddətində ərarvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən, ər-arvadın ümumi birgə mülkiyyətinə onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ərarvadın qazandığı hər hansı sair əmlak daxildir. Həmin Məcəllənin 37.1-ci maddəsinə əsasən, ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. İşdən görünür ki, iddiaçı birgə nikah dövründə əldə olunmuş məişət əşyalarının bölü nərək yarısının ona verilməsi, əgər bu mümkün olmazsa dəyərinin cavabdehdən alınaraq ona ödənilməsi barədə tələb irəli sürmüş, tələbin əsası kimi qaimələrə istinad etmiş, lakin onların əsilləri məhkəməyə təqdim olunmamışdır. Halbuki prosessual qununvericiliyə görə, yazılı sübutlar- iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır (MPM-nin 89.1-ci maddəsi). İşə lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surətləri təqdim edilməlidir (MPM-nin 89.3-cü maddəsi). Qaimələrin əsli təqdim edilmiş olsaydı belə, yalnız bu hal əşyaların birgə nikah dövründə əldə olunmuş əmlak hesab edilməsini təsdiq edən birmənalı sübut kimi qəbul edilə bilməzdi. Belə ki, qaim ələrdə göstərilmiş əşyaların birgə nikah dövründə əldə olunmuş vəsait hesabına alınması və hansı ünvana yerləşdirilməsinə dair hər hansı sübutu məhkəməyə təqdim edilməmiş, cavabdeh iddia tələbini bu hissədə də etiraf etməmişdir. Belə olan halda qeyd olunan əşyaların tərəflərin birgə istifadəsində olması və hal-hazırda mövcud olması sübuta yetirilməmişdir. Digər tərəfdən, qaimələrdən görünür ki, məişət əşyaları 2014-cü ildə alınıb. Həmin əşyaların mövcud olub-olmaması və ya özgəninkiləşdirilib-özgəninkiləşdirilməməsi barədə iddiaçı tərəfindən məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Eyni zamanda, prosessual qanunvericiliyə görə, məhkəmə bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, o nların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz (MPM-nin 9.3-cü maddəsi). Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-nin 14.2-ci maddəsi). Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (MPM-nin 77.1-ci maddəsi). Prosessual qanunvericiliyin sadalanan normaları çəkişmə prinsipini mülki prosesin əsas prinsiplərindən biri kimi müəyyənləşdirir, hakimin üzərinə müstəsna olaraq tərəflərin təqdim etdikləri sübutları araşdırmaq və onlardan istifadə etmək vəzifəsi qoyur. Tərəflərin çəkişməli prosesdə iştirak dərəcəsi onların öz iradələrindən asılıdır. Tərəfin çək işmədəki passiv iştirakı onun özü üçün neqativ nəticələrə səbəb olur. Apelyasiya instansiyası məhkəməsi sadalanan maddi, prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə tətbiq edib, kasasiya şikayəti ilə eyni məzmunlu olan apelyasiya şikayətinin dəlillərini araşdırıb haqlı olaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddianı mübahisələndirilən hissədə rədd etməklə, işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və sadalanan maddi hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq etmişdir. Kasasiya instansiyası məhkəməsi kasasiya şikayətinin dəlillərini əsassız hesab edir və belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş faktiki halları və tərəflərin qarşılıqlı mü nasibətləri üzrə düzgün nəticəyə gəlib, işə əlavə edilmiş sübutlara sadalanan maddi və prosessual hüquq normalarının tələbləri baxımından düzgün hüquqi qiymət verib və gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halları tam, hərtərəfli və obyektiv araşdırıb. Ona görə də kasasiya instansiyası məhkəməsi kasatorun kasasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozması və düzgün tətbiq etməməsi barədə göstərdiyi dəlilləri əsassız hesab edir və belə qənaətə gəlir ki, kasasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığından, iş üzrə apelyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kasasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-420 -ci maddələrinin tələblərini rəhbər tutaraq kasasiya instansiyası məhkəməsi QƏRARA ALDİ: İddiaçı kasasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(103)1899/2020 saylı qətnaməsi kasasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar