Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4085/2021 11.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı1 Cavabdeh1 oğluna qarşı iş üzrə QƏRARİ (Açar sözlər: məhkəmə aidiyyəti ilə bağlı mübahisə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Xəlilov İsmayıl Kamil oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Kərimov Səyyad Əli oğlu və Qəribov Bəhman Fərhad oğlundan ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi ilə, İddiaçı1 Cavabdeh1 qarşı “pul” tələbinə dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1657/2021 nömrəli iş üzrə 05.03.2021-ci il tarixli qərardadından İddiaçı1 nümayəndəsi Nümayəndə tərəfindən verilmiş şikayətə baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin hall arı
1. İddiaçı1 deməsinə görə metal tikinti materiallarının satışı biznesi ilə məşğuldur. Cavabdeh1 mütəmadi olaraq ondan tikinti materiallarını nisyə alaraq pulunu sonra vermişdir. Yaranmış işgüzar münasibətlər zəminində cavabdehə nisyə tikinti materialları vermiş və cavabdeh materialların bir qisminin dəyərini qaytarmamışdır. Ona görə iddiaçı hazırkı mübahisəni başladaraq pul tələb etməyə başlamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
2. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1657/2021 nömrəli iş üzrə 05.03.2021-ci il tarixli qərardadı ilə (sədrlik edən hakim H.Əhmədova) İddiaçı1 Cavabdeh1 qarşı “pul” tələbinə dair 2(007)-1657/2021 nömrəli mülki işin aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmış dır.
3. Birinci instansiya məhkəməsi qərardadını Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.2, 26.1; “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli Qərarının 12-ci bəndi ilə əsaslandırmışdır. Məhkəmənin mövqeyi belə olmuşdur ki, mübahisə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olduğundan işə kommersiya məhkəməsində baxılmalıdır. b) Kassasiya instansiyası məhkəməsində icraat
4. İddiaçı1 nümayəndəsi Nümayəndə birinci instansiya məhkəməsinin qərardadından şikayət verərək, qərardadın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
5. Şikayət onunla əsaslandırılmışdır ki, cavabdehin materialları hansı məqsədlə alması, onun sahibkarlıq fəaliyyəti ilə məşğul olmasına dair işdə sübut yoxdur. Ona görə işə ümumi məhkəmədə baxılmalıdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
6. Maddə 24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir;
7. Maddə 25.1-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə ümumi məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır.
8. Maddə 26.1-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçir ilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə ümumi məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. 9. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli Qərarının 28-ci bəndində deyilir: Fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslərin iştirakı ilə olan, onların qanunsuz sahibkarlıq fəaliyyətindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı məhkəmələr nəzərə almalıdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 13-cü maddəsinə əsasən həyata keçirilən fəaliyyətin sahibkarlıq fəaliyyəti hesab olunması üçün üç şərtin mövcudluğu tələb edilir: müstəqillik, mənfəət götürmək məqsədi və fəaliyyətin iqtisadi xarakterli olması. Mülki Məcəllənin istinad edilən maddəsində qanunilik şərti nəzərdə tutulmasa da, “Sahibkarlıq fəaliyyəti haqqında” Qanunun 10-cu maddəsi sahibkarlıq fəaliyyətinin dövlət qeydiyyatının məcburiliyini müəyyən edir. Eyni zamanda, həmin Qanunun 12.1-ci maddəsinə əsasən mülkiyyət və təşkilati-hüquqi formalarından asılı olmayaraq öz fəaliyyətini Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun surətdə həyata keçirən sahibkarın hüquqlarının və qanuni mənafelərinin müdafiəsini dövlət təmin edir. Digər tərəfdən, qanunsuz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə görə İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsi ilə inzibati, habelə Cinayət Məcəlləs inin 192ci maddəsi ilə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Odur ki, fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslərin həyata keçirdiyi qanunsuz sahibkarlıq fəaliyyəti aidiyyəti üzrə inzibati və cinayət məsuliyyəti yaratdığından, habelə həmin fəaliyyətdən irəli gələn hüquq və qanuni mənafelərin müdafiəsinə dövlət təminat vermədiyindən bu fəaliyyətindən irəli gələn mübahisələrə onların sahibkarlıq xarakteri nəzərə alınmadan, ümumi məhkəmələrdə baxılmalıdır. Beləliklə, fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslərin iştirakı ilə olan mübahisələrin kommersiya məhkəmələrində baxılması imkanı yalnız bu Qərarın 25-ci bəndində qeyd edilən iki halla məhdudlaşacaqdır.
10. Maddə 403-1.8.2. kassasiya instansiyası məhkəməsi işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiy yəti haqqında ərizənin rədd edilməsi barədə qərardadı tamamilə ləğv edib, yeni qərar qəbul edə bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
11. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi mülki işin baxılması üçün aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməsi barədə qərardadını onunla əsaslandırmışdır ki, iddiaçı və cavabdeh sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər olmaqla onlar arasındakı münasibətlər kommersiya münasibətləridir.
12. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, aidiyyətlə bağlı iddiaçı tərəfin dəlilləri keçərli deyil. O, qeyd edir ki, cavabdehin materialları hansı məqsədlə alması, onun sahibkarlıq fəaliyyəti ilə məşğul olmasına dair işdə sübut yoxdur. Lakin, işin 14-cü səhifəsində olan VÖEN-dən görünür ki, Cavabdeh1 fərdi sah ibkar statusuna malikdir və onun materialları hansı məqsədlə alması əhəmiyyət kəbs etmir.
13. İddiaçının deməsini nəzərə alsaq əslində tərəflər arasındakı mübahisə iki fərdi sahbikar arasında baş verən kommersiya mübahisəsidir.
14. Lakin, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidməti İnternet Vergi İdarəsinin məlumatlarına görə iddiaçı özü fərdi sahibkar statusuna malik deyil. Qeyd olunan idarənin “bir pəncərə” vergi uçotuna alınmış vergi ödəyiciləri məlumatların verilməsi barədə çıxarışda (işə əlavə olunur) İddiaçı1 adına VÖEN müəyyən edilməmişdir.
15. Bu qərarın 9-cu bəndindəki Plenum qərarında deyilir ki, fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslərin iştirakı ilə olan, onların qanunsuz sahibkarlıq fəaliyyətindən irəli gələn mübahisələrin məhkəm ə aidiyyətinin müəyyən edilməsi ilə bağlı məhkəmələr nəzərə almalıdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 13-cü maddəsinə əsasən həyata keçirilən fəaliyyətin sahibkarlıq fəaliyyəti hesab olunması üçün üç şərtin mövcudluğu tələb edilir: müstəqillik, mənfəət götürmək məqsədi və fəaliyyətin iqtisadi xarakterli olması. Mülki Məcəllənin istinad edilən maddəsində qanunilik şərti nəzərdə tutulmasa da, “Sahibkarlıq fəaliyyəti haqqında” Qanunun 10-cu maddəsi sahibkarlıq fəaliyyətinin dövlət qeydiyyatının məcburiliyini müəyyən edir. Eyni zamanda, həmin Qanunun 12.1-ci maddəsinə əsasən mülkiyyət və təşkilati-hüquqi formalarından asılı olmayaraq öz fəaliyyətini Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun surətdə həyata keçirən sahibkarın hüquqlarının və qanuni mənafelərinin müdafiə sini dövlət təmin edir. Digər tərəfdən, qanunsuz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə görə İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsi ilə inzibati, habelə Cinayət Məcəlləsinin 192ci maddəsi ilə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Odur ki, fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslərin həyata keçirdiyi qanunsuz sahibkarlıq fəaliyyəti aidiyyəti üzrə inzibati və cinayət məsuliyyəti yaratdığından, habelə həmin fəaliyyətdən irəli gələn hüquq və qanuni mənafelərin müdafiəsinə dövlət təminat vermədiyindən bu fəaliyyətindən irəli gələn mübahisələrə onların sahibkarlıq xarakteri nəzərə alınmadan, ümumi məhkəmələrdə baxılmalıdır. Beləliklə, fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslərin iştirakı ilə olan mübahisələrin kommersiya məhkəmələrində baxılması imkanı yaln ız bu Qərarın 25-ci bəndində qeyd edilən iki halla məhdudlaşacaqdır.
16. Göründüyü kimi iddiaçının özünün qanuni sahibkarlıq fəaliyyəti ilə məşğul olmasına dair (sahibkarlıq statusu olmadığından) sübut təqdim edilmədiyindən həmin əsasla mübahisəyə kommersiya məhkəməsində baxıla biləz.
17. Qeyd olunanlara əsasən birinci instansiyası məhkəməsinin qərardadı ləğv edilərək, iş aidiyyəti üzrə baxılması üçün Bakı şəhər Nizami Rayon Məhkəməsinə göndərilməlidir. Məhkəmə prosesi zamanı mübahisənin kommersiya məhkəməsinə aid olması halı təsdiq olunarsa prosessual qanunvericiliyin müddəalarının tətbiqi istisna olunmur.
18. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 403.1-ci maddələsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçı1 nümayəndəsi Nümayəndə şikayəti təmin edilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1657/2021 nömrəli iş üzrə 05.03.2021-ci il tarixli qərardadı ləğv edilsin və iş aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.