Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4087/2021 12.07.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: əmlakın qanunsuz sahiblikdən geri tələb edilməsi, iddia müddətinin tətbiqi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi ilə, Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-640/2021 nömrəli iş üzrə 09 mart 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 12 iyul 2021-ci il tarixdə A li Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları İddiaçı (bundan sonra – iddiaçı) ilə Cavabdeh (bundan sonra – cavabdeh) 28.10.2005-ci ildə rəsmi nikaha daxil olmuş, tərəflərin birgə nikahından 17.06.2007-ci il təvəllüdlü xxxxxx və 12.12.2008-ci il təvəllüdlü xxxxxadlı uşaqları anadan olmuşdur. Tərəflərin nikahı Füzuli Rayon Məhkəməsinin 08.05.2020-ci il tarixli qətnaməsi ilə pozulmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia tələbi ilə məhkəməyə müraciət edərək cəvabdehdən ona məxsus, dəyəri 2700 manat olan «KORQ PAX-3» markalı sintezatorun (bundan sonra mübabisəli əmlak) və ya dəyərinin alınıb, ona verilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, bacısı X2 mübabisəli əmlakı toylarda ifa edib pul qazanmaq üçün ona hədiyyə etmişdir. Lakin cavabdeh ilə nikahları pozulduqdan sonra bir evdə yaşadıqlarından sonuncu ona məxsus mübabisəli əmlakı gizli yolla götürmüşdür. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı izahatında göstərmişdir ki, mübahisəli əmlak bir müddət onun istifadəsində olmuş, toylarda ifa etməklə pul qazanıb ailəsini dolandırmışdır. Həmin əmlak evdə olarkən oğlu xxxxxx marağı olduğundan arabir onu ifa etmişdir. Cavabdehlə ilə boşandıqdan sonra onu evə buraxmamış və mübahisəli əmlak evində qalmışdır. Dəfələrlə cavabdehə müraciət edərək əmlakı tələb etsə də heç bir nəticəsi olmamışdır. Cavabdeh iddia tələbini qəbul etməyərək bildirmişdir ki, iddiaçının tələb etdiyi əmlakı bir neçə il bundan əvvəl baldızı xxxxxxx2700 manat pul ödəməklə oğlu üçün almışdır. musiqi ilə məşğul olduğundan ona mübahisəli əmlakı almışdır ki, ifa etsin. Həmin əmlakı arabir iddiaçı toylarda istifadə etməklə pul qazanmışdır. O pulu baldızına Bakı şəhərindəki mənzilində qızı xxxxxx yanında vermişdir. Hazırda mübahisəli əmlak onun evindədir və hesab edİr ki, oğlu ə aid olduğuna görə iddia rədd olunmalıdır. Birinci instansiya məhkəməsində ifadə vermiş şahid X2 bildirmişdir ki, iddiaçı onun qardaşı, cavabdeh isə qardaşının keçmiş arvadıdır. İddiaçının tələb etdiyi mübahisəli əmlak ona məxsus olmuş və bir neçə il əvvəl qardaşı xxxxxx hədiyyə etmişdır ki, toylarda ifa etməklə, pul qazanaraq ailəsini dolandırsın. O, mübahisəli əmlakı əvvəlcə öz oğluna almiş, lakin oğlunun sonradan marağı gitaraya olduğundan əmlakı qardaşına hədiyyə ve rmişdir. Cavabdehin dedikləri həqiqətə uyğun deyil və ona heç bir məbləğdə pul verməmişdir. X1 şahid xxxxxx ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. X6 məhkəməyə ünvanladığı ərizəsində göstərmişdir ki, sintezator çalğı alətinin ifaçısı və mütəxəssisi kimi iddiaçı ilə birgə Bakı şəhər sakini X4 üçün Bakı şəhərində yerləşən musiqi alətləri dükanından 2015-ci ildə 2700 manat pula sintezator çalğı alətini almışlar. Füzuli Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(064)1232/2020 nömrəli iş üzrə 15 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim Y.Həşimov) iddia təmin edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla, o cümlədən şahidlərin ifadələri ilə müəyyən edilmişdir ki, tələb olunan mü bahisəli əmlak iddiaçının bacısıxxxxxxxxxxxxx ailəsinə məxsus olmuş və sonuncu tərəfindən iddiaçıya hədiyyə olunmuşdur. Cavabdeh iddia tələbinə etirazının əsası kimi istinad etdiyi halları sübut edə bilməmiş, onun məhkəmə iclasında səsləndirdiyi mülahizələr isə onun izahatından başqa hər hansı digər tutarlı sübutlarla öz təsdiqini tapmamışdır. Əksinə iş üzrə dindirilmiş şahidlər mübahisəli əmlakın onlardan 2700 manat pul verməklə alındığını inkar etmişlər. Məhkəmə hesab etmişdir ki, sintezator çalğı alətini ifa edərkən tərəflərin fotoşəkil və video görüntülərinin olması həmin çalğı alətinin ifa edən şəxsə məxsus olması anlamına gəlmir. Məhkəmə öz mövqeyini, Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra – Ailə Məcəlləsi) 34.1, 36.6-ci maddələrinə istinadla əsaslandırmışdır. Cava bdeh qətnamədən apellyasiya şikayəti vermişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(106)-640/2021 nömrəli iş üzrə 09 mart 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – T.Heydərov (sədrlik edən və məruzəçi), T.Kərimov və İ.Əhmədov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq apellyasiya şikayətinin dəlillərini əsasız hesab etmişdir. Məhkəmə kollegiyası öz mövqeyini Ailə Məcəlləsinin 32.1, 32.2.2, 34.1, 36.6, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 225.1-ci maddəsinə, Azərbaycan R espublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 9.1, 9.3, 217.1, 217.3, 385.2-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri Cavabdeh (Vəkil xxxxxxxoğlu) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsində verdiyi izahat qətnamədə qeyd olunmamışdır. Əgər hakim MPM-in 47.2-ci maddəsi ilə qorunan hüquqlarını ona izah etmiş olsaydı, bu izahatı bunu yazılı vəsatət şəklində verər və iddia 2020-ci ilin avqust ayında qaldırıldığı üçün Mülki Məcəllənin 181.4-cü maddəsinin tələbinə əsasən 5 illik iddia müddətinin ötürüldüyünü bildirərdi və bu vəsatət həmin Məcəllənin 375.2 maddəsinə əsasən iddianın rədd olunmasına əsas olardı. Məhkəmə, həmçinin maddi hüquq pozuntusuna yol vermişdir. Belə ki, həmin qətnamə Ailə Məcəlləsinin 36.6-cı maddəsinin tələbi pozulmaqla çıxarılmışdır. Məhkəmə sübuta yetməyən fakta əsaslanaraq və həmin normanın tələbini pozaraq, uşaq hüquqlarını nəzərə almamış, iddianı əsassız təmin edib, mübahisəli əmlakın iddiaçıya verilməsini qət etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı məhkəməyə teleqram göndərərək məhkəmə iclasında səhhəti ilə əlaqədar olaraq iştirak edə bilməyəcəyi ndən işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh hər hansı üzrlü səbəb göstərmədən Məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara q iymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kassasiya şikayətində iş üzrə yeganə cavabdeh olan kassator apellyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyi üçün həmin məhkəmə aktı tam yoxlanılır. Tətbiq edilən hüquq Mülki Məcəllə Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 181.4. Mülkiyyətçisi olan əmlaka mülkiyyət hüququ başqa şəxs tərəfindən alğı-satqı, dəyişdirmə, bağışlama müqaviləsi və ya bu əmlakın özgəninkiləşdirilməsinə dair digər əqd əsasında əldə edilə bilər. Əgər şəxs beş il fasiləsiz daşınar əşyaya öz mülkiyyəti kimi sahiblik etmişdirsə, o həmin əşyaya mülkiyyət hüququ əldə edir (əldə etmə müddəti). Əgər əldə edən əşyaya vicdansız sahiblik edirdisə və ya sonradan əşyanın ona məxsus olmamasını bilmişdirsə, daşınar əşyanın əldə edilməsi yolverilməzdir Maddə 225.2. Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 may 2008-ci il tarixli Qərarı İddia müddətlərinin və onla rın müəyyənləşdirilməsinin qaydalarını nəzərdə tutan qanunun tələbləri əsasən imperativ xarakter daşıyır. Eyni zamanda qanun məhkəmə tərəfindən iddia müddətinin yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilməsi barədə son dərəcə vacib qaydanı nəzərdə tutur (Mülki Məcəllənin 375.2-ci maddəsi). Bu o deməkdir ki, cavabdeh iddia müddətinin keçməsindən istifadə etmək istəmirsə və məsələ ilə bağlı ərizə vermirsə, məhkəmə işə mahiyyəti üzrə baxmalı və hər hansı müddətin keçməsinə baxmayaraq iddiaçı və cavabdeh arasında olan maddi-hüquqi mübahisə üzrə qərar qəbul etməlidir. Birinci instansiya məhkəməsində iddia müddətinin tətbiqi ilə bağlı iddiaçı və ya cavabdeh tərəfinin ərizəsi yazılı ərizə formasında təqdim olunmalı və iddia müddətinin keçməsi ilə əla qədar iddianın rədd edilməsi barədə məhkəməyə ünvanlanmış konkret və əsaslandırılmış xahişi ehtiva etməlidir. Qanunverici MM-in 375.2-ci maddəsində iddia müddətinin tətbiqi ilə bağlı qaydanı müəyyən edərkən, onu müvafiq ərizənin verilməsi ilə bağlasa da, bu ərizənin verilməsinin hansı məhkəmə qərarının çıxarılmasınadək mümkünlüyünu göstərməmişdir. Məsələni aydınlaşdırmaq üçün nəzərə alınmalıdır ki, iddia müddətinin tətbiqi ilə bağlı ərizə mahiyyətcə məhkəməyə ünvanlanmış, lakin işin həllinə yönəlmiş maddi-hüquq tələbidir. Maddi-hüquq tələbləri isə (məsələn, ilkin və ya qarşılıqlı iddia tələbləri) mövcud mülki prosessual qanunvericiliyin müddəalarına görə yalnız birinci instansiya məhkəməsində yazılı şəkildə verilə bilər. Təsadüfi deyildir ki, digər ölkələrin qanunvericilik təcrübəsində ( məsələn, Rusiya Federasiyasının) iddia müddətinin tətbiqi ilə bağlı ərizənin hər hansı məhkəmə qərarı çıxarılanadək deyil, məhz birinci instansiya məhkəməsinin qətnaməsi qəbul edilənədək verilə biləcəyi əks etdirilir. İddia müddətinin tətbiqi barədə ərizənin verilməsi qaydasını (subyekt, forma, verilmə anı, məzmun – iddia müddətlərinin keçməsini əks etdirən konkret faktoloji əsas və onun nəticəsində yaranan maddi-hüquq tələbi) ehtiva edən maddi hüquq normasının mövcudluğu, onun daxilində iddia müddətinin tətbiqi ilə bağlı məsələnin həllinin tənzimlənməsi, habelə maddi normanın hüquqyaradıcı və hüququ təminedici təbiəti, bir qayda olaraq, onun hüququn müdafiəsində prosessual normanı qabaqlamasını tələb edir. Ona görə də, MPM-in 372.2-ci maddəsinə istinadla və yaxud MPM-in 416-cı maddəsinin tələbləri baxımından tərəfin müvafiq olaraq apellyasiya və ya kassasiya instansiyası məhkəmələrində iddia müddətinin tətbiqi ilə bağlı ərizə təqdim etmək hüququ istisna olunur. MM-in 375-ci maddəsinin tələblərinə riayət edilməsi məhkəmələrin mülki işlərin baxılmasında və həll edilməsində müasir məhkəmə icraatının mahiyyətini cəmləşdirən qanunvericiliyin qanunçuluq və dispozitivlik prinsiplərinə əməl etməsini əks etdirir. Apellyasiya instansiyası məhkəməsi məhkəmə aktına (qərarına) yenidən baxılması zamanı birinci instansiya məhkəməsində yekun qərar çıxarılanadək tərəfin iddia müddətinin tətbiqi ilə bağlı verə biləcəyi ərizəni ona apellyasiya şikayəti üzrə bu məsələnin əlavə faktlar və sübutlar və ya yeni tələblər adı altında qəbul etməkdə və işi bunun əsasında həll etməkdə (tərəfin birinci instansiya məhkəməsində məhkəməyə müraciət etmək hüququndan məhrum olunduğu hal istisna edilməklə) haqlı deyildir. Bununla yanaşı, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsində tərəflərin hüquqlarının təmin olunmasına lazımi diqqət yetirməlidir. Lakin tərəflərdən hər hansı biri mülki məhkəmə prosesinin müxtəlif mərhələlərində ona aid olan hüquqlardan elə istifadə etməlidir ki, əks tərəfin hüquqları və qanunla müəyyən edilmiş məhkəmə icraatının qaydaları pozulmasın. Odur ki, birinci instansiya məhkəməsinin təqsiri nəticəsində cavabdeh bu məhkəmədə gedən icraat barədə məlumatlı olmamışsa və buna görə birinci instansiya məhkəməsinin qətnaməsi çıxarılanadək iddia müddətinin tətbiqi ilə bağlı ona qarşı verilmiş iddianın rədd edilməsi barədə xahişi əks etdirən ərizəni təqdi m edə bilməmişdirsə, həmin ərizə onun apellyasiya şikayətinə əlavə edilə bilər və bu halda apellyasiya instansiyası məhkəməsi ərizədə göstərilən məsələyə baxmalı və müvafiq qərar qəbul etməlidir Ailə Məcəlləsi Maddə 34.1. Nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Maddə 36.6. Yetkinlik yaşına çatmayan uşaqların tələbatını ödəmək üçün əldə olunan şeylər (geyim, paltar, ayaqqabı, məktəbli və idman ləvazimatları, musiqi alətləri, uşaq kitabxanası və s.) bölünmür və əvəzi ödənilmədən uşaqları ilə birgə yaşayan valideynə verilir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hes ab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. İddia müddətinin tətbiqi ilə bağlı kassasiya şikayətinin dəlili əsassızdır. Belə ki, cavabdehin istinad etdiyi Mülki Məcəllənin 181.4-cü maddəsinin ümumiyyətlə hazırkı mübahisəyə aidiyyəti yoxdur. Digər tərəfdən cavabdeh birinci instansiya məhkəməsinin iclasında iştirak etmiş, iddia müddətinin tətbiqi barədə ərizə, həmçinin məhkəmə iclas protokollarına qeydlər verməmişdir. Mülki Məcəllənin 375.2-ci maddəsinə və həmin maddə ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 may 2008-ci il tarixli Qərarında ifadə edilmiş hüquqi mövqelərə əsasən hazırkı mərhələdə iddia müddətinin tətbiqi barədə məsələnin müzakirəsi mümkün deyildir. Eyni zamanda məhkəmələr tərəfindən mübahisəli əmlakın bacısı tərəfindən iddiaçıya bağışlandığı müəyyən olunduğu üçün həmin əmlak tərəflərin yetkinlik yaşına çatmayan uşaqlarının tələbatını ödəmək üçün əldə olunan əşya sayıla və buna müvafiq olaraq Ailə Məcəlləsinin 36.6-cı maddəsi mübahisəyə tətbiq oluna bilməz. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-640/2021 nömrəli iş üzrə 09 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4087/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-4087/2021
12.07.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver