Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4087/2025 03.02.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh İstehslatat Birliyinə və Birliyin Təmir Tikinti İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əmrin ləğv edilməsi, işə bərpa, əmək müqaviləsinə xitam verilməsinin qanuni əsasları) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu, Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdehnə və Cavabdeh Təmir Tikinti İdarəsinə qarşı “əmrin ləğv edilməsi və işə bərpa” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4467/2025 nömrəli, 2 3 sentyabr 2025-ci il tarixli qətnaməsindən Cavabdeh kassasiya şikayətinə 03 fevral 2026-cı il tarixdə yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı (bundan sinra “iddiaçı” və ya “işçi”) Cavabdeh (bundan sonra “cavabdeh” və ya “işəgötürən” və ya “Birlik”) X3 Sahəsi ilə bağlanmış 2002-ci il 2 sentyabr tarixli, 128/k nömrəli əmək müqaviləsinə əsasən QK AİB və QDX-yə 3-cü dərəcə ilə çilingər vəzifəsinə işə qəbul edilmiş, 2014-cü il 9 iyun tarixədək Birliyin tabeliyində olan müxtəlif idarələrdə çilingər peşəsində işləmiş, X3 Sahəsinin 2014-cü il 9 iyun tarixli, 409 nömrəli əmri ilə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən (ştatların ixtisar edilməsi ilə əlaqədar) iddiaçının əmək müqaviləsinə xitam verilmişdir.
2. Bakı şəhəri Xətai Rayon M əhkəməsinin 2014-cü il 9 iyul tarixli qətnaməsinə əsasən, iddiaçı ilə yenidən əmək müqaviləsi bağlanmış və o, X3 Sahəsinin 2015-ci il 11 iyun tarixli, 32/k saylı əmri ilə Nəsimi qaz isitismar sahəsinə sahə aparatına 5-ci dərəcəli qaz təsərrüfatında qəza bərpa işləri üzrə çilingər vəzifəsinə bərpa edilmişdir. Birliyin Nəsimi X2 2015-ci il 21 dekabr il tarixli, 109-k saylı əmri ilə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə, Əmək Məcəlləsinin 69(3)-cu maddəsinə əsasən (başqa işə götürənlə əmək müqaviləsi bağlanması əsası ilə) xitam verilimişdir.
3. Bir gün sonra, yəni 2015-ci il 22 dekabr tarixdə iddiaçı ilə yenidən əmək müqaviləsi bağlanaraq o, bir il müddətinə Birliyin Bakı Regional Qaz İstismarı Departamentinin mərkəzi rayonlar üzrə Texniki istismar xidmətinə 5-ci dərəcəli qaz avadanlıqların ın təmiri və istismarı üzrə çilingər vəzifəsinə təyin edilmiş, bu vəzifədə 2019cu il 10 iyun tarixədək işləmiş və həmin tarixdə onunla bağlanmış əmək müqaviləsi Əmək Məcəlləsinin 69.3-cü maddəsinə əsasən (başqa işə götürənlə əmək müqaviləsi bağlaması əsası ilə) ləğv edilmişdir.
4. İddiaçı sonuncu dəfə yenidən əmək müqaviləsi bağlamaqla Birliyin Təmir Tikinti İdarəsinin 2019-cu il 11 oktyabr tarixli əmri ilə yenidən bir il müddətinə İdarənin 104 çağrı sahəsinin 2 saylı çağrı xidmətinə 5-ci dərəcəli qaz avadanlıqlarının təmiri və istismarı üzrə çilingər vəzifəsinə təyin edilmişdir.
5. İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Birliyin Təmir Tikinti İdarəsinin 2023-cü il 21 iyul tarixli, 14-2-2-2/3-1k-290/2023 nömrəli əmri ilə Əmək Məcəlləsinin 74-cü maddəsinin 1-ci hissəsinin “c” bəndinə əsasə n (əmək qabiliyyətini fasiləsiz olaraq 6 aydan çox müddətə tam itirilməsi ilə əlaqədar əmək funksliyalarını yerinə yetirə bilməməsi) xitam verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Birliyin Təmir Tikinti İdarəsinin 2023-cü il 21 iyul tarixli, 14-2-2-2/3-1k-290/2023 nömrəli əmrinın ləğv edilməsi, onun Birliyin 104 çağrı sahəsinin 2 saylı çağrı xidmətinə 5-ci dərəcəli qaz avadanlıqlarının təmiri və istismarı üzrə çilingər vəzifəsinə bərpa edilməsi, məcburi iş buraxma üçün əmək haqqı ödənilməsi, hüquqi xidmət xərcinə görə ödədiyi 350 manat və mediasiyaya ödədiyi 55 manat pulun cavabdehlərdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddia onunla əsaslandırı lmışdır ki, iddiaçı 2002-ci ildən etibarən Birlikdə müxtəlif vəzifələrdə qüsursuz əmək fəaliyyəti göstərmiş, 2019-cu il 11 iyun tarixindən etibarən isə “Birliyin 104 çağrı sahəsinin 2 saylı çağrı xidmətində 5-ci dərəcəli qaz avadanlıqlarının təmiri və istismarı üzrə çilingər vəzifəsində çalışmış və işdən çıxarıldığı günədək həmin vəzifəni icra etmişdir. İddiaçı Birinci Qarabağ müharibəsində iştirak etmiş, aldığı xəsarətlər nəticəsində ona müddətsiz İİ qrup əlillik dərəcəsi müəyyən edilmişdir. Cavabdeh tərəfindən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə 2023-cü il 21 iyul tarixli əmrlə Əmək Məcəlləsinin 74-cü maddəsinin 1-ci hissəsinin “c” bəndinə istinad edilməklə xitam verilmişdir. Əmrdə iddiaçının əmək qabiliyyətinin fasiləsiz olaraq altı aydan çox müddətə tam itirməsi və bununla əlaqədar əmək funksiyasını yerinə yetirməsinin mümkün olmaması əsas kimi göstərilmişdir. Lakin əmrin verilməsinə əsas kimi göstərilən Tibbi Sosial Ekspert Komissiyasının 2019-cu il 26 iyul tarixli, **********6 nömrəli rəyində iddiaçının öz peşəsi üzrə işləyə biləcəyi açıq şəkildə qeyd edilmişdir. Bununla yanaşı, iddiaçı əmək fəaliyyətinə başladığı andan etibarən İİ qrup əlil olmuş, bu hal əmək münasibətləri dövründə dəyişməmiş və buna baxmayaraq uzun illər ərzində əmək funksiyasını faktiki olaraq yerinə yetirmişdir. Əmək Məcəlləsinin 74-cü maddəsində nəzərdə tutulmuş “əmək qabiliyyətinin fasiləsiz olaraq altı aydan çox müddətə tam itirilməsi” halı baş verməmiş, iddiaçı işdən azad edildiyi günədək öz vəzifə borclarını icra etmişdir. Həmçinin Tibbi Sosial Ekspert Komissiyasının 2016-cı il 26 iyul tarixli müayinə məlumatında da iddiaçının öz peşəsi üzrə işləyə biləcəyi təsdiq edilmişdir. Bu səbəbdən əmək müqaviləsinə xitam verilməsi üçün qanunla nəzərdə tutulmuş əsaslar mövcud olmadığından, mübahisəli əmr qanunsuzdur.
8. Cavabdehin nümayəndəsi iddia ərizəsinə yazılı etiraz vermişdir. Etiraz onunla əsaslandırılmışdır ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi Sosial Ekspert Komissiyasının son müayinəsinə dair məlumatlara əsasən iddiaçı müddətsiz əmək qabiliyyətsiz hesab edildiyindən, onunla bağlanmış əmək müqaviləsinə Birliyin 2023-cü il 21 iyul tarixli, 14-2-2-2/3-1K-290/2023 nömrəli əmri ilə xitam verilmişdir. Əmək müqaviləsinə xitam verilməzdən əvvəl iddiaçıya kifayət qədər vaxt verilmiş, iddiaçı elektron portal vasitəsilə əmək zəmanətinin “əmək qabiliyyətsiz” olması səbəbindən müqaviləyə xitam veriləcəyi barədə məlumatlandırılmışdır. Lakin iddiaçı tərəfindən bu istiqamətdə hər hansı tədbir görülməmiş, portal məlumatları yenilənməmiş, nəticədə əmək qabiliyyətsiz işçinin hər hansı işə cəlb edilməsinin mümkünsüzlüyü və işəgötürən tərəfindən hesablanan əmək haqqının yalnız işçinin faktiki icra etdiyi əmək funksiyalarına uyğun olması onun işdən azad edilməsini zəruri etmişdir. Bu səbəbdən iddiaçının əmək müqaviləsinə Əmək Məcəlləsinin 74-cü maddəsinin 1-ci hissəsinin “c” bəndinə uyğun olaraq, əmək qabiliyyətinin fasiləsiz olaraq altı aydan çox müddətə tam itirilməsi və əmək funksiyasının yerinə yetirilməsinin mümkün olmaması əsası ilə xitam verilmişdir. Eyni zamanda, iddiaçı əmək hüquqlarının mübahisələndirilməsi ilə bağlı hərəkətləri gecikdirmiş, məhkəmə yə müraciət üçün qanunla müəyyən edilmiş müddəti buraxmışdır. Belə ki, iddiaçı 2023-cü il 21 iyul tarixdə əmrlə tanış olmuş, müvafiq qaydada imza etmiş, əmək kitabçasının surətini və işdən azad olunma ilə bağlı sənədləri təhvil almış, lakin iddia müddəti ötürüldükdən sonra məhkəməyə müraciət etmişdir.
9. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 18 fevral 2025-ci il tarixli, 2(011)-46/2025 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin olunaraq Birliyin 2023-cü il 21 iyul tarixli, 14-2-2-2/3-1k-290/2023 saylı əmrinin ləğv edilməsi və iddiaçının Birliyin 104 çağrı sahəsinin 2 saylı çağrı xidmətinə 5-ci dərəcəli qaz avadanlıqlarının təmiri və istismarı üzrə çilingər vəzifəsinə bərpa edilməsi, 2023-cü il 21 iyul tarixdən hazırkı qətnamə qanuni qüvvəyə mindiyi günədək məcburi iş buraxma müddəti üç ün hesablanmış əmək haqqının iddiaçıya ödənilməsi qət edilmişdir. (hakim Pərviz Zamanlı)
10. Birinci instansiya məhkəməsi göstərmişdir ki, işin mübahisəsiz halına görə iddiaçı ilə cavabdeh arasında xx.xx.2002-ci il tarixdə əmək müqaviləsi bağlanmış və iddiaçı Birliyin tabeliyində olan Təmir-Tikinti İdarəsində çilingər vəzifəsinə işə qəbul edilmiş, müxtəlif vəzifələrdə işlədikdən sonra xx.xx.2023-cü il tarixdə isə onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 74-ci maddəsinin c) bəndinə əsasən xitam verilmişdir.
11. Əmək Məcəlləsinin 74-cü maddəsinin “c” bəndinin dispozisiya şərtinə görə əmək müqaviləsinə xitam verilməsi üçün, 1) əmək qabiliyyətinin fasiləsiz olaraq altı aydan çox müddətə tam itirilməsi və bununla əlaqədar işçinin əmək funksiyasını yerinə yetirə bilməməsi faktı baş v erməlidir.
12. İşəgötürən iddiaçının müddətsiz olaraq ikinci qrup əlil olması və bununla əlaqədar olaraq əmək funksiyalarını yerinə yetirə bilməməsi əsası ilə əmək müqaviləsinə xitam vermişdir. Lakin məhkəməyə təqdim edilmiş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 21 nömrəli Tibbi Sosial Ekspert tərəfindən xx.xx.2004-cü il tarixdə verilmiş 812004 nömrəli arayışa əsasən müəyyən edilmişdir ki, iddiaçı həmin tarixdə tibbi müayinədən keçmiş və xx.xx.2004-cü il tarixli müayinə aktına əsasən ona müddətsiz olaraq ikinci qrup əlillik dərəcəsi verilmiş, əlilliyin səbəbi Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar müəyyən edilmişdir. İddiaçı isə həmin müddətdə (xx.xx.2002-ci il tarixdə əmək müqaviləsi əsasında işə başlamışdır) QKAİB və QDX-ya 5-ci dərəcəli çilingər vəzifə sinə keçirilmiş və uzun illər cavabdeh qurumda müxtəlif vəzifələrdə işləmişdir. Qeyd edilənlərdən müəyyən olunduğu kimi iddiaçı ilə işəgötürən arasında əmək müqaviləsi bağlanan zaman da iddiaçı ikinci qrup əlil olmuş və əlillik dərəcəsi müəyyən olunduqdan sonra da işləməyə davam etmişdir. Bu müddət ərzində cavabdeh qeyd edilən əsasla iddiaçı ilə əmək münasibətlərinə son verməmişdir.
13. Digər bir tərəfdən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 3 nömrəli Tibbi Sosial Ekspert tərəfindən Birliyin Təmir-Tikinti İdarəsinə ünvanlanmış məktubda qeyd edilmişdir ki, ikinci dərəcəli əlil olan iddiaçı öz peşəsi üzrə işləyə bilər.
14. Beləliklə, birinci instansiya məhkəməsi Əmək Məcəlləsinin 74-cü maddəsinin “c” bəndini və işin faktiki hallarını nəzərə alaraq belə qənaətə gəlmişdir ki, iddiaçı iş də olduğu, əmək vəzifələrini icra etdiyi halda onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 74-cü maddəsinin 1-ci hissəsinin "c" bəndinə əsasən işəgötürən tərəfindən ləğv edilməsi qanunsuz olduğundan iddia tələbi əsaslıdır, odur ki, iddia təmin edilməli, iddiaçının əmək müqaviləsinə xitam verilməsi barədə Birliyin xx.xx.2023-cü il tarixli, 14-22-2/3-1k-290/2023 saylı əmri əğv edilməli, iddiaçı əvvəlki vəzifəsinə bərpa edilməlidir.
15. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, həmçinin xx.xx.2023-cü il tarixdən məhkəmə qətnaməsi qanuni qüvvəsini alana qədər buraxdığı məcburi iş müddəti üçün əmək haqqı verilməsi hissəsində də iddia təmin edilməlidir. Belə ki, bu halda əmək haqqının ödənilməsinin hüquqi əsasları Əmək Məcəlləsinin 300-cü maddəsində nəzərdə tutulmuşdur (§ 14).
16. Bununla belə, birinci instansiya məhkəməsi iddia tələbinin yalnız Birliyə aid hissədə təmin edilməli olması qənaətinə gəlmiş, gəldiyi qənaəti də onunla əsaslandırmışdır kİ, digər cavabdeh Təmir-Tikinti İdarəsi Birliyin tabeliyində olan idarə olduğundan, o, hazırki iddia tələbinə cavab verməli olan şəxs deyil. Buna görə də, iddia tələbi Təmir-Tikinti İdarəsinə aid hissədə təmin edilməməlidir.
17. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Əmək Məcəlləsinin 68(1), 74(c), 71(3), 296 və 300(1)-cü, Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
18. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddia tələbinin rədd edilməsini xahiş etmişdir.
19. Apellyasiya şikay əti onunla əsaslandırılmışdır ki, iş materiallarına əlavə edilmiş sənədlər və iddiaçının sağlamlıq vəziyyəti onun üzərinə düşən əmək funksiyalarını nə faktiki, nə də praktiki olaraq yerinə yetirmək imkanında olmadığını açıq şəkildə göstərir. Sənədləşmələrdən göründüyü kimi, iddiaçı əmək münasibətlərini hüquqazidd sənədlər əsasında davam etdirmiş, işdən azad olunma dövründə əmək zəmanəti kimi əmək qabiliyyətsiz hesab edilmiş, sağlamlıq vəziyyətində aşkar edilmiş qüsurla bağlı yenidən tibbi müayinədən keçməsi barədə xəbərdar edilmiş və bu məqsədlə ona kifayət qədər vaxt verilmişdir. Bununla yanaşı, iddiaçının əmək hüquqlarının mübahisələndirilməsi ilə bağlı hərəkətləri gecikdirdiyi, nəticədə qanunla müəyyən edilmiş məhkəməyə müraciət müddətini buraxdığı bildirilmişdir. Belə ki, iddiaçı 2023- cü il 21 iyul tarixdə Təmir Tikinti İdarəsinin 14-2-2-2/3-1K-290/2023 nömrəli əmri ilə işdən azad edilmiş, həmin tarixdə əmrlə tanış olaraq imza etmiş, habelə işdən azad olunma ilə bağlı bütün sənədləri və əmək kitabçasının surətini təhvil almışdır.
20. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2025-ci il 23 sentyabr tarixli, 2(103)-4467/2025 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (hakimlər C.Musayeva (sədrlik edən-məruzəçi), Fuad Babayev, Fuad Abdıyev).
21. Apellyasiya instansiyası məhkəməsi ilk növbədə onu qeyd etmişdir ki, mülki qanunvericilikdə iddia müddətinin tətbiqi məsələsini tənzimləyən qaydadan fərqli olaraq əmək qanunvericiliyində ilk növbədə mübahisəyə iddiaçı tərəfindən məhkə məyə müraciət edilərkən iddia müddətinin ötürülüb-ötürülməməsi aspektindən qiymət verilməsi zəruridir.
22. Hazırkı işdə də iddiaçı məhkəməyə xx.xx.2023-cü il tarixində müraciət edərək Əmək Məcəlləsinin 296.2-ci maddəsində nəzərdə tutulmuş 1 aylıq iddia müddəti ötürməmişdir. Belə ki, iş üzrə araşdırılmış hallardan müəyyən edildiyi kimi hazırki mübahisə üzrə iddia müddətinin axımı xx.xx.2023-cü tarixdən başlanmışdır. İddiaçı hüquqlarının pozulduğunu bildiyi bu tarixdən 10 gün keçdikdən sonra xx.xx.2023-cü il tarixdə mediasiya prosesinin tətbiqi barədə təklifini digər tərəfə ünvanlamışdır. Göndərilmiş təklifə cavab verilmədiyi üçün iddiaçı mediasiya təşkilatına xx.xx.2023-cü il tarixində müraciət etmiş, mediasiya sessiyasının keçirilməsi mümkün olmadığından təşkilat tərəfindən xx.xx.2023-cü il tarixində müvafiq məzmunlu arayış tərtib edilmişdir. İddiaçı xx.xx.2023-cü il tarixində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir.
23. Bundan başqa, işin mübahisələndirilməyən hallarına görə iddiaçı ilə cavabdeh arasında bağlanmış əmək müqaviləsi Əmək Məcəlləsinin 74-cü maddəsinin 1-ci hissəsinin “c” bəndinə əsasən ləğv edilmişdir. Həmin normaya görə, müqavilə tərəflərinin iradəsindən və istəyindən asılı olmayan hallarda, məsələn, əmək qabiliyyətinin fasiləsiz olaraq altı aydan çox müddətə tam itirilməsi ilə əlaqədar işçi əmək funksiyasını yerinə yetirə bilmədikdə onunla bağlanmış əmək müqaviləsinə xitam olunur.
24. İşdə olan Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair xx.xx.2004-cü il tarixli məlumata əsasən müəyyən edilir ki, iddiaçı Azərb aycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar xx.xx.2004-cü il tarixindən (Diaqnoz: keçirilmiş kəllə-beyin travması, astena nevrotik vəziyyət. Əmək zəmanəti - əmək qabiliyyətsiz) müddətsiz ikinci dərəcə əlilliyi olan şəxs statusuna malik olmuşdur.
25. Bununla belə iddiaçının ilk dəfə Birliyin X3 Sahəsi ilə bağlanmış xx.xx.2002-ci il tarixli, 128/k nömrəli əmək müqaviləsinə əsasən QK AİB və QDX-yə 3-cü dərəcə ilə çilingər vəzifəsinə işə qəbul edildiyi, xx.xx.2014-cü il tarixədək cavabdehin tabeliyində olan müxtəlif idarələrdə çilingər vəzifəsində işlədiyi, X3 Sahəsinin xx.xx.2014-cü il tarixli, 409 nömrəli əmri ilə, Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən (ştatların ixtisar edilməsi ilə əlaqədar) əmək müqaviləinə x itam verildiyi, daha sonra isə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli qətnaməsinin icrası nəticəsində, onun X3 Sahəsinin xx.xx.2015-ci il tarixli, 32/k saylı əmri ilə Nəsimi qaz isitismar sahəsinə sahə apartına 5-ci dərəcəli qaz təsərrüfatında qəza bərpa işləri üzrə çilingər vəzifəsinə bərpa edildiyi müəyyən edilmişdir.
26. X1 X2 xx.xx.2015-ci il tarixli, 109-k saylı əmrinə əsasən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə, Əmək Məcəlləsinin 69.3-cü maddəsinə əsasən (başqa işə götürənlə əmək müqaviləsi bağlanması əsası ilə), xitam verilimiş, bir gün sonra, yəni xx.xx.2015-ci il tarixdə iddiaçı ilə yenidən əmək müqaviləsi bağlanılaraq iddiaçı bir il müddətinə Birliyin Bakı Regional Qaz İstismarı Departamentinin mərkəzi rayonlar üzrə Texniki istismar xidmətinə 5-ci dərəcə li qaz avadanlıqlarının təmiri və istismarı üzrə çilingər vəzifəsinə təyin edilmiş, bu vəzifədə xx.xx.2019-cu il tarixədək işləmiş və həmin tarixdə onunla bağlanmış əmək müqaviləsi Əmək Məcəlləsinin 69.3-cü maddəsinə əsasən (başqa işə götürənlə əmək müqaviləsi bağlaması əsası ilə) ləğv edilmişdir. İddiaçı daha sonra müddətli əmək müqaviləsinə əsasən, cavabdeh qurumun Təmir Tikinti İdarəsinin xx.xx.2019-cu il tarixli əmri ilə yenidən bir il müddətinə İdarənin 104 çağrı sahəsinin 2 saylı çağrı xidmətinə 5-ci dərəcəli qaz avadanlıqlarının təmiri və istismarı üzrə çilingər vəzifəsinə təyin edilmişdir.
27. Apellyasiya instansiyası məhkəməsi işin qeyd edilən hallarına istinadən göstərmişdir ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2002-ci il tarixində başlanmış əmək münasibətləri sonuncu əmək müq aviləsinə xitam verilənədək iddiaçı eyni vəzifə üzrə davam etmiş, o, işdən çıxarıldığı günə kimi əmək fəaliyyəti ilə məşğul olmuş və gördüyü işə görə aylıq əmək haqqı almışdır. İddiaçının səhhətində müvafiq problemlərin mövcud olmasından işəgötürənin məlumatlı olması işin mübahisələndirilməyən halıdır.
28. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçının əlillik statusuna malik olması onun cavabdeh quruma çilingər vəzifəsi üzrə işə qəbul olmasına, həmin vəzifədə çalışmasına maneçilik törətməmiş, Əmək Məcəlləsinin 74-cü maddəsinin 1-ci hissəsinin “c” bəndinə əsasən işdən çıxarılana qədər iddiaçı tərəfindən əmək vəzifələrinin faktiki icra edilməsi mümkün olmuşdur.
29. Bundan başqa ikinci dərəcəli əlil olan iddiaçının öz peşəsi üzrə işləməsinin mümkün olduğu Tibbi Sosial Eksp ert Komissiyası tərəfindən (son müayinə məlumatı olan xx.xx.2019-cu il tarixli, 3 nömrəli **********6 saylı cavab məktubu ilə) məqbul hesab edildiyi müəyyən edilmişdir.
30. Beləliklə, apellyasiya instansiyası məhkəməsi belə nəticəyə gəlmişdir ki, iddiaçının iddiası əsaslıdır və mülki işin materialları ilə tam təsdiq olunur ki, onunla əmək müqaviləsinə xitam verilərkən işəgötürən tərəfindən əmək qanunvericiliyinin tələbləri pozulmuşdur.
31. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni 16 (“1” və “2” hissəsinə), 68 (1-ci hissə), 74 (1-ci hissə “c” bəndi), 71 (3-cü hissə), 76 (1-ci hissə), 83-ci maddəsinin 1ci bəndinə, 296-cı 300 (1)-cü, “Mediasiya haqqında” Qanununun 21.5-21.8, 24.7, 28.3, 32.4.2, 35-ci, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun 21-ci, Mülki Prosessual Məc əllənin 14.2 və 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
32. Cavabdeh kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir.
33. Şikayət belə əsaslandırılıb: iddiaçı iddia ərizəsində qeyd etmişdir ki, o, İİ qrup Qarabağ əlili olsa da, 2023-cü il 21 iyul tarixdə işlədiyi idarə tərəfindən əmək müqaviləsinə heç bir qanuni əsas olmadan xitam verilərək tutduğu vəzifədən azad edilmişdir. Qeyd edilməlidir ki, iddiaçı əlillik statusuna görə deyil, məhz əmək qabiliyyətsizliyi ilə bağlı olaraq işdən azad edilmişdir. Tibbi Sosial Ekspert Komissiyasının son müayinə məlumatlarında iddiaçının əmək qabiliyyətsizliyi təsd iq edilmiş, müvafiq olaraq müayinə sənədlərinin “əmək zəmanəti” hissəsində bu hal öz əksini tapmışdır. İddiaçı altı aydan artıq müddət ərzində fasiləsiz olaraq əmək qabiliyyətsiz vəziyyətdə Birlikdə işləmiş və bu səbəbdən onunla bağlanmış əmək müqaviləsinə Birliyin 2023-cü il 21 iyul tarixli, 14-2-2-2/3-1K-290/2023 nömrəli əmri ilə Əmək Məcəlləsinin 74-cü maddəsinin 1-ci hissəsinin “c” bəndinə əsasən xitam verilmişdir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun 21.3-cü bəndinə görə əlilliyi olan şəxs əmək qabiliyyətsiz hesab edildikdə, onun səhhəti peşə vəzifələrini yerinə yetirməyə mane olur, habelə digər şəxslərin və işçilərin səhhəti və əmək təhlükəsizliyi üçün təhlükə yarada bilər. Bu baxımdan, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-So sial Ekspert Komissiyası tərəfindən iddiaçının əmək qabiliyyətinə zəmanət verilmədiyi şəraitdə, onun əmək qabiliyyəti olmadan iş yerində təhlükəsiz fəaliyyət göstərməsinin işəgötürən tərəfindən qanuni hesab edilmədiyi qeyd olunmuşdur. Mülki Məcəllənin 1099-cu maddəsinə görə əmək qabiliyyətsiz olan iddiaçının iş yerində istehsalat zədəsi alması, iş yoldaşlarının və digər şəxslərin səhhətinə xəsarət yetirməsi, habelə ölüm hadisəsi kimi digər arzuolunmaz halların baş verməsi işəgötürənin qeyd olunan maddəyə uyğun olaraq mülki-hüquqi məsuliyyətə cəlb edilməsi üçün əsas yarada bilər. Bu baxımdan, hər iki instansiya məhkəməsi tərəfindən yekun məhkəmə aktları qəbul edilərkən qeyd olunan risklər və mümkün hüquqi nəticələr nəzərə alınmamış, əmək qabiliyyətsiz işçinin işə bərpası ilə işəgötürən fakt iki olaraq məsuliyyət qarşısında qoyulmuş, nəticə etibarilə məhkəmələr bu məsuliyyətin yaranmasına birbaşa zəmin yaratmışdır. Bundan əlavə MPM-in 261-ci maddəsinə uyğun olaraq, iddiaçının “əmrin ləğv edilməsi və işə bərpa” tələbi üzrə Xətai Rayon Məhkəməsində baxılmış 2(011)-46/2025 nömrəli iş üzrə 2025-ci il 18 fevral tarixli qətnamə ilə iddia tam təmin edilmiş, həmin qətnamə əsasında verilmiş 2025-ci il 7 may tarixli icra vərəqəsinə uyğun olaraq Ədliyyə Nazirliyi tərəfindən cavabdeh quruma 2025-ci il 8 may tarixli, e15540/2025-1-44 nömrəli könüllü icra bildirişi göndərilmişdir. Qeyd edilən qətnamədən cavabdeh tərəfindən iddia müddətinin bərpası ilə yanaşı, apellyasiya şikayəti verilmiş olsa da, cavabdehin aşağı struktur bölməsi olan Təmir-Tikinti İdarəsi icra sənədini faktiki olaraq icra etmişdir. Belə ki, Təmir-Tikinti İdarəsinin rəisi tərəfindən verilmiş 2025-ci il 1 iyul tarixli, 14-2-2-2/3-1K-144/2025 nömrəli əmrə əsasən iddiaçı 2025-ci il 1 iyul tarixdən əvvəlki vəzifəsinə bərpa edilmiş, ona 55 manat mediasiya xərci, 350 manat hüquqi xidmət haqqı, habelə 2023-cü il 20 iyul - 2025-ci il 1 iyul tarixləri üzrə məcburi iş buraxmaya görə 16.981,75 manat əmək haqqı ödənilmiş, həmçinin 2023-cü il 21 iyul tarixli, 14-2-2-2/3-1K-290/2023 nömrəli əmək müqaviləsinə xitam verilməsi barədə əmr ləğv edilmişdir. Eyni zamanda, iddiaçı özü də 2025-ci il 1 iyul tarixdə cavabdeh quruma müraciət edərək, icra sənədinə əsasən həmin tarixdən işə başladığını təsdiqləmişdir. Beləliklə, mübahisə predmeti olan əmrin ləğvi və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi tələbləri faktik i olaraq icra edildiyindən, iş üzrə hüquqi zərurət aradan qalxmışdır. Bu səbəbdən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə icraata xitam verilməlidir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
34. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi Maddə 12 (1-ci hissə “i” bəndi) Əmək münasibətləri sahəsində işə götürənin əsas vəzifələri:... “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq əlilliyi olan şəxslərin digər şəxslərlə bərabər səviyyədə əmək fəaliyyəti ilə məşğul olmasını təmin etmək. Maddə 16 (1). Əmək münasibətlərində vətəndaşlığına, ci nsinə, irqinə, dininə, etnik mənsubiyyətinə, dilinə, yaşayış yerinə, əmlak vəziyyətinə, ictimai-sosial mənşəyinə, yaşına, ailə vəziyyətinə və ailə vəzifələrinə, əqidəsinə, siyasi baxışlarına, həmkarlar ittifaqlarına və ya başqa ictimai birliklərə mənsubiyyətinə, qulluq mövqeyinə, həmçinin işçinin işgüzar keyfiyyətləri, peşəkarlıq səriştəsi, əməyinin nəticələri ilə bağlı olmayan digər amillərə görə işçilər arasında hər hansı birbaşa və ya dolayı ayrı-seçkiliyə yol verilməsi, həmin amillər zəminində bilavasitə və ya dolayısı ilə imtiyazların və güzəştlərin müəyyən edilməsi, habelə hüquqlarının məhdudlaşdırılması qəti qadağandır. Əlilliyi olan şəxsin səhhətinin peşə vəzifələrini yerinə yetirməsinə mane olduğu, yaxud başqa şəxslərin səhhəti və əmək təhlükəsizliyi üçün təhlükə törətdiyi hallar istisna olmaqla, onunla əlillik səbəbindən əmək müqaviləsini bağlamaqdan, işdə irəli çəkməkdən imtina edilməsinə, əmək müqaviləsinə xitam verilməsinə və öz razılığı olmadan başqa işə (peşəyə, vəzifəyə) keçirilməsinə yol verilmir. Maddə 16 (2). Qadınlara, əlilliyi olan şəxslərə, ailə vəzifələri olan işçilərə, yaşı 18-dən az olan və sosial müdafiəyə ehtiyacı olan digər şəxslərə, habelə Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssislərə əmək münasibətlərində güzəştlərin, imtiyazların və əlavə təminatların müəyyən edilməsi ayrıseçkilik hesab edilmir. Maddə 68 (1) Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Maddə 71(3-cü hissə). İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı bi ri ilə əmək müqaviləsinə xitam verilməsinin zəruriliyini əsaslandırmalıdır. Maddə 74 (1-ci hissə “c” bəndi”). Tərəflərin iradəsindən və ya istəyindən asılı olmayaraq əmək müqaviləsinə aşağıdakı hallarda xitam verilir: qanunla daha uzun müddət müəyyən edilməmişdirsə, əmək qabiliyyətinin fasiləsiz olaraq altı aydan çox müddətə davamlı itirilməsi ilə əlaqədar işçi əmək funksiyasını yerinə yetirə bilmədikdə və fərdi reabilitasiya proqramına uyğun olaraq iş yerinin uyğunlaşdırılması və ya yüngül işə keçirilməsi mümkün olmadıqda; Maddə 76 (1-ci hissə). İşəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. Maddə 83 (1-ci hissə). Əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci madd ələrində nəzərdə tutulan əsaslara və qaydalara uyğun olaraq xitam verilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Maddə 300 (1-ci hissə). Əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq ed ilməsi barədə qərardad çıxarır. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 21.1. Əlilliyi olan şəxslərin digər şəxslərlə bərabər səviyyədə əmək fəaliyyəti ilə məşğul olmaq, o cümlədən açıq, inklüziv və müyəssər iş şəraitində sərbəst seçdiyi və ya qəbul etdiyi əmək bazarında iştirak etməklə öz yaşayışını təmin etmək hüququ vardır. Maddə 21.2. Əmək münasibətlərində əlillik əlamətinə görə hər hansı ayrı-seçkiliyə yol verilməsi, habelə kollektiv və əmək müqavilələrində digər işçilərlə münasibətdə əlilliyi olan şəxslərin əmək hüquqlarının məhdudlaşdırlması qadağandır. Maddə 21.3. Əlilliyi olan şəxsin səhhətinin peşə vəzifələrini yerinə yetirməsinə mane olduğu, yaxud başqa şəxslərin səhhəti və əmək təhlükəsizliyi üçün təhlükə törətdiyi hallar istisna olm aqla, onunla əlillik səbəbindən əmək müqaviləsini bağlamaqdan, işdə irəli çəkməkdən imtina edilməsinə, əmək müqaviləsinə xitam verilməsinə və öz razılığı olmadan başqa işə (peşə, vəzifə) keçirilməsinə yol verilmir. Maddə 21.4. Müəssisənin ləğv edilməsi halları istisna olmaqla, müddətindən asılı olmayaraq, reabilitasiya müəssisəsində və digər reabilitasiya subyektlərində müalicə keçən əlilliyi olan şəxslərlə bağlanılmış əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilməsinə yol verilmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
88. Məhkəmə sübutlara obyek tiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadın ı dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
35. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olu nmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
36. Kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsi tam mübahisələndirildiyi üçün məhkəmə kollegiyası qətnaməni tam yoxlayır.
37. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
38. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tə rəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
39. Apellyasiya instansiyası məhkəməsi iddia tələbi və apellyasiya şikayəti üzrə qanuni nəticəyə gəlmişdir.
40. İddia tələbi işə bərpa barədədir. İddiaçı Əmək Məcəlləsinin 74-ci maddəsinin “c” bəndinə əsasən onunla əmək müqaviləsinə xitam verilməsini qanunsuz hesab etmişdir. Həmin normaya görə qanunvericiliklə daha uzun müddət müəyyən edilməyibsə, əmək qabiliyyətinin fasiləsiz olaraq altı aydan çox müddətə tam itirilməsi ilə əlaq ədar işçi əmək funksiyasını yerinə yetirə bilmədikdə tərəflərin iradəsindən və ya istəyindən asılı olmayaraq əmək müqaviləsinə xitam verilə bilər.Əmək şəraitinin şərtlərinin dəyişdirilməsi əmək müqaviləsinə xitam verilməsi üçün əsasdır.
41. İddianın təmin olunması iddiaçı ilə əmək müqaviləsinə xitam verilərkən həqiqətən də əmək qanunvericiliyinin pozulmasının müəyyən edilməsindən asılıdır.
42. Apellyasiya instansiyası məhkəməsinin müəyyən etdiyi işin hallarından da görünür ki, işəgötürən tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli əmrdə göstərilən əsas təsdiqlənmir. Belə ki, iddiaçının sağlamlıq vəziyyəti xx.xx.2002-ci il tarixindən, yəni işə götürülən, işləyən və onunla əmək müqaviləsinə xitam verilən günədək eyni olmuş, onun səhhətində ağırlaşmaya doğru dəyişmə olmamış, iddiaçı işd ən çıxarıldığı günə kimi (xx.xx.2023-cü il tarixinədək) əmək fəaliyyəti ilə məşğul olmuş və gördüyü işə görə aylıq əmək haqqı almış, üstəlik, iddiaçının səhhətində müvafiq problemlərin mövcud olmasından işəgötürən məlumatlı olmuşdur.
43. Beləliklə, müəyyən edilmişdir ki, Əmək Məcəlləsinin 74-cü maddəsinin 1-cü hissəsinin “c” bəndinin dispozisiyasında nəzərdə tutulmuş hal mövcud deyil; işə götürən iddiaçı ilə onun arasında bağlanmış əmək müqaviləsinə həmin normaya istinadən xitam verməkdə haqlı olmamışdır.
44. Bununla da tətbiq edilən maddi hüquq normaları işin müəyyən edilmiş hallarına uyğun olmaqla, gəlinən nəticə qanuni və əsaslı olmuşdur.
45. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini yuxarıda şərh edilənlər baxımından əsassız sayır.
46. Bundan əlavə, cavabdeh kassasiya şikay ətində həmçinin iş üzrə icraata xitam verilməsini xahiş edərək, xahişini onunla əsaslandırmışdır ki, cavabdeh birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qətnaməsini icra edərək iddiaçını əvvəlki işinə bərpa etmiş və məcburi iş buraxma müddəti üçün iddiaçıya müvafiq ödənişlər etmişdir, bu səbəbdən mübahisə predmeti olan əmrin ləğvi və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi tələbləri faktiki olaraq icra edildiyindən, iş üzrə hüquqi zərurət aradan qalxdığından icraata xitam verilməlidir.
47. Məhkəmə kollegiyası kassasiya şikayətinin bu dəlilini iş üzrə icraata xitam verilməsi üçün əsas hesab etmir. Belə ki, əvvəla, işin icraatına konkret olaraq hansı əsaslarla xitam verilməli olması MPM-in 261-ci maddəsində müəyyən edilib. Cavabdehin istinad etdiyi əsaslar (qətnamənin icra edilərək iddiaçının əvvəlki işinə bərpa edilməsi) üzrə isə icraata xitam verilməsi prosessual qanunvercilikdə nəzərdə tutulmayıb. Bundan əlavə, cavabdehin hazırkı iş üzrə məhkəmə qətnaməsini icra etməsi iş üzrə icraa xitam verilməsi üçün deyil, kassasiya şikayətindən imtina üçün əsas ola bilərdi ki, cavabdeh də şikayətindən imtina etməyib.
48. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
49. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4467/2025 nömrəli xx.xx.2025 -ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.