Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-4089/2021 02.07.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARDADİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimi Əliyev Ələsgər Əliabbas oğlu Bakı şəhər Xətai Rayon Məhkəməsinin 13 aprel 2021-ci il tarixli qərardadından Cavabdeh verdiyi kassasiya şikayətini nəzərdən keçirərək MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “borcun və faizlərin qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh məhkəməyə vəsatət verərək, mülki işin məhkəmə aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Bakı şəhər Xətai Rayon Məhkəməsinin 13 aprel 2021-ci il tarixli qəra rdadı ilə Cavabdeh vəsatəti rədd edilmişdir. Həmin qərardaddan Cavabdeh kassasiya şikayəti vermişdir. Kassasiya şikayəti vəkil tərəfindən tərtib edilməmiş və imzalanmamışdır. Eyni zamanda kassasiya şikayətinə vəkil orderi də əlavə edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinə əsasən, kassasiya şikayəti yalnız vəkil tərəfindən tərtib edildikdə icraata qəbul edilir. Həmin Məcəllənin 403-1.3-cü maddəsinə əsasən kassasiya şikayətinə vəkilin orderi əlavə edilməlidir. Həmin Məcəllənin 407.3-cü maddəsinə əsasən şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən şikayətə onun səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməlidir. Yuxarıda göstərilən əsaslar a görə hesab edirəm ki, kassasiya şikayəti vəkil tərəfindən tərtib edilmədiyindən və imzalanmadığından, o cümlədən şikayətə vəkilin orderi əlavə edilmədiyindən kassasiya icraatına qəbul edilməməli və mülki işlə birlikdə Bakı şəhər Xətai Rayon Məhkəməsinə qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 402, 408-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Cavabdeh Xətai Rayon Məhkəməsinin 13 aprel 2021-ci il tarixli qərardadından verdiyi kassasiya şikayəti mülki işlə birlikdə kassasiya icraatına qəbul edilmədən Bakı şəhər Xətai Rayon Məhkəməsinə qaytarılsın.
Məhkəmə qərarları › İş №2(102)-4089/2021
Ali Məhkəmə Qərardad — İş №2(102)-4089/2021
02.07.2021 · Aidiyyəti üzrə daxil olan sənədlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver