Məhkəmə qərarları › İş №2(102)-4091/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-4091/2023

29.12.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4091/2023 29.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ (Açar sözlər: mülkiyyət hüququnun müdafiəsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3780/2023 nömrəli, 06 iyul 2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı Ağarza qızının adına Bakı şəhər İK-nin xx.x x.1992-ci il tarixli 120 nömrəli qərarına əsasən, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində 0,09 ha torpaq sahəsi olan 51 saylı bağ sahəsinin ayrılmasına dair 101 nömrəli order tərtib edilmişdir.

2. Göstərilən bağ evi xx.xx.2012-ci il tarixdə İddiaçı adına dövlət reyestrində qeydiyyata alınmışdır, hazırda onun mülkiyyətindədir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan Bakı şəhəri Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən 51 saylı bağ evindən Cavabdeh çıxarılması, bağ evinin boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, hazırkı iş üzrə Cavabdeh ilə qeyri-rəsmi münas ibətləri olmuş və ara-sıra qonaq qismində onun mülkiyyətində olan bağ sahəsində yaşamışdır. Əvvəllər qeyri-rəsmi münasibətdə olduğu Cavabdeh ailəlidir və ailədaxili problemlər olduğu üçün 2014-cü ildə ona məxsus, qanuni mülkiyyətində olan bağda müvəqqəti yaşamaq üçün xahiş etmiş və həmin bağ evinə köçmüşdür. Hazırda mübahisəli Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən bağ sahəsi uzun illər daimi istifadəsində olmuş və xx.xx.2008-ci il tarixində DT və XK-nin A-№ 098590 saylı, X6 kitabında 10680 nömrə ilə uçota alınaraq plan, ölçü verilmişdir. Bakı şəhəri İHB-nin X1 İnkişafı və İstismarı Birliyinin BTK-55 saylı orderi ilə bağ sahəsində tikdiyi yaşayış evinin qeydiyyata alınmasını xahiş etmişdir. Bakı şəhəri Xəzər rayonu (keçmiş Əzizbəyov) RİHnin 349 saylı xx.xx.2009-cu il tari xli sərəncamı ilə həmin bağ evinə çıxarış və texniki pasport verilməsi öz təsdiqini tapmışdır. İlkin olaraq 2012-ci ildə həmin bağ sahəsindəki mülkiyyətə dair onun adına texniki pasport və çıxarış verilmiş, 2019-cu ildə həmin bağ sahəsini qızına bağışlama yolu ilə hədiyyə etsə də, qızı xarici ölkədə vətəndaşlıq almaq və orada yaşamaq üçün getməli olduğundan həmin bağı 2021-ci ildə yenidən ona bağışlamışdır. DƏDRX tərəfindən xx.xx.2021-ci il tarixli ********** saylı tam paya malik yeni elektron çıxarış və texniki pasport verilmişdir. Cavabdehlə hər hansı qaydada müqavilə imzalanmamış, rəsmi qeydiyyatı, mülkiyyətinə dair heç bir hüquqi əsası olan sənədi yoxdur və bağ sahəsi onun şəxsi vəsaiti hesabına uzun müddətə tikilmişdir. Hazırkı cavabdehə qanuni mülkiyyətində olan özünə aid kiçik daşın ar əşyaları ilə birlikdə bağından çıxmasını dəfələrlə xahiş etsə də, müsbət nəticə olmamış, əksinə cavabdeh onu hədələyərək qanuni mülkiyyətindən məhrum etmişdir. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

5. Birinci instansiya məhkəməsində iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 izahatında bildirmişdir ki, Cavabdeh iddiaçı ilə 1988-ci ildən nikahdan kənar ailə münasibətlərində yaşamış və onların birgə münasibətlərindən 2 övladları var. Maraqlı şəxs hazırda öz ailəsi ilə birlikdə cavabdehin yanında qalır. Cavabdeh və övladı uzun illərdir ki, atası tərəfindən onlara verilmiş, lakin İddiaçı mülkiyyəti sayılan Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi 51 saylı bağ evində yaşayırlar. Orada cavabdeh və oğlunun ailəsindən başqa orada heç kim yaşamır və həmin m ənzildən başqa yaşayış yerləri yoxdur. Maddi imkanları kirayə mənzil tutmağa imkan vermir. İddiaçı və cavabdeh ailə münasibətləri quranda həmin bağ evində yaşamışlar. Bağ evi təxminən 1988-ci ildə dövlət tərəfindən cavabdehin atasına verilib. Mübahisəli evin tikilməsində və təmirində cavabdehin iştirakı olmuşdur. Cavabdeh bağ evinə xeyli xərc qoymuşdur, 40 ilə yaxındır ki, orada yaşayır, həmin vaxtdan mənzilə istifadə hüququ vardır.

6. Birinci instansiya məhkəməsi tərəfindən Maraqlı şəxs müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir.

7. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin (hakim: E.Məmmədli) 2(003)-1607/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir.

8. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, c avabdeh xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsus olan Bakı şəhəri Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən 51 saylı bağ evində yaşamış, lakin iddiaçı mülkiyyətində olan evin boşaldılmasını cavabdehdən tələb etmişdir. Cavabdehin hal-hazıradək evdən çıxmayaraq evi təhvil verməməsi mülkiyyətçinin qanunla tənzimlənən və qorunan hüquqlarını pozmuşdur. Hər bir halda qeyd olunan əmlakın xüsusi mülkiyyət hüququ ilə iddiaçının adına qeydiyyata alınmasının işin mübahisəsiz halı olması nəzərə alınmaqla cavabdehin bağ sahəsinə istifadə hüququ olmadığından, cavabdeh iddiaçıya məxsus Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsində 0.09 ha torpaq sahəsi olan 51 saylı bağ evindən çıxarılmalı, həmin bağ evi boşaldılaraq iddiaçıya təhvil verilməlidir.

9. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 148.2-ci, 152.1-ci, 152.5-ci, 157.2-ci, 157.4-cü maddələrinə, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə, Avropa Məhkəməsinin qərarlarına istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

10. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

11. Apellyasiya şikayəti tərəflərin 1986-cı ildən faktiki nikah münasibətlərində olmaqla həmin bağ evində yaşadıqları, orada birgə təsərrüfat apardıqları, bağ evinin bilavasitə cavabdeh tərəfindən tikildiyi, cavabdehin 40 ilə yaxındır orada yaşadığı və evə istifadə hüququnun yarandığı, tərəflərin iki övladlarının olduğu, hazırda cavabdehin iddiaçı ilə ailə münasibətindən doğulmuş oğlu ilə birlikdə həmin evdə yaşadığı arqumentləri ilə əsaslandırmaqla, məhkəmənin maddi hüquq normalarının tələblərini pozduğunu, qüvvədən düşmüş Mənzil Məcəlləsinin tətbiq edilməli olan 123-cü maddəsini tətbiq etmədiyini, sübutlara düzgün qiymət vermədiyini, gəldiyi nəticənin işin hallarına uyğun olmadığını irəli sürmüşdür.

12. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər E.M.Həsənov-sədrlik edən və məruzəçi, X.A.Mərdanova və S.X.Bəhrəmzadə) 2(103)-3780/2023 nömrəli, 06 iyul 2023-cü il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, tərəflərin təxminən 1988-ci ildən qe yri-rəsmi ər-arvad münasibətlərində olduqları işin mübahisəsiz halı olsa da, cavabdehin həmin dövrdən mübahisəsi gedən evə iddiaçının razılığı ilə köçüb orada daimi yaşadığı və iddiaçı ilə birgə təsərrüfat apardığı sübuta yetirilməmişdir.

14. Bu baxımdan, cavabdehin mübahisəsi gedən evə qüvvədən düşmüş Mənzil Məcəlləsinin 53-cü və 123-cü maddələri əsasında istifadə hüququnun yarandığı qənaətinə gəlmək mümkün deyildir.

15. Bu zaman həm də nəzərə alınmalıdır ki, sözügedən ev bağ evi olmaqla mövsümü yaşayış yeri kimi istifadə edilmiş, cavabdehin isə daimi birlikdə yaşadığı rəsmi ailəsi olmuşdur.

16. Cavabdehin həmin evə Mülki Məcəllənin qüvvəyə mindiyi tarixdən sonra həmin Məcəllənin müddəalarına əsasən də istifadə hüququ yaranmamışdır, çünkü tərəflər arasında belə bir hüququn əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı ilə bağlı notariat qaydasında təsdiqlənən yazılı razılaşma bağlanmamış və cavabdehin müvafiq hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır.

17. Tərəflər arasında rəsmi nikah münasibətləri olmadığından, cavabdehin mübahisəsi gedən evə Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən də istifadə hüququ yarana bilməz. Nəzərə alınmalıdır ki, yalnız qanunvericiliyin tələbinə uyğun şəkildə bağlanmış və dövlət qeydiyyatına alınmış nikah dövlət tərəfindən tanınır və belə nikahdan irəli gələn hüquq və vəzifələr, həmçinin əmlak və şəxsi qeyri-əmlak münasibətləri qanuni nikahdan irəli gələn münasibətlər kimi dövlət tərəfindən təminat altına alınır.

18. Cavabdehin həmin evə hazırda qüvvədə olan Mənzil Məcəlləsinin müddəaları baxımından da istifadə hüququ nun yaranması mümkün deyildir. Belə ki, cavabdeh iddiaçının nə digər qohumu, nə də onun himayəsindəki əmək qabiliyyəti olmayan şəxs deyildir.

19. Cavabdehin mübahisəsi gedən ev üzərində hər hansı hüququ yoxdur və onun iddiaçıya mülkiyyət hüququ əsasında məxsus olan evdə mülkiyyətçinin iradəsinin əleyhinə yaşaması, hüquqi əsaslar olmadan oradan istifadə və evdən çıxmaqdan imtina etməsi, sonuncunun sözügedən əmlaka mülkiyyət hüququnun “şərti və qeyri-sabit” xarakter almasına dəlalət edir. Apellyatorun müdaxiləsi nəticəsində iddiaçı öz əmlakı üzərində olan faktiki sahiblik və istifadə hüquqlarından məhrum olmuşdur.

20. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələrinə, Mülki Məcəlləsinin 152, 157 və 228-ci maddələrinə, 01 o ktyabr 2009-cu il tarixindən qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 53, 60, 87 və 123-cü maddələrinə, hazırkı Mənzil Məcəlləsinin 30-cu maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

21. Cavabdeh X4 (Vəkil2) kassasiya şikayəti verərək qətnamənin ləğv edilib işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması və ya iddianın rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

22. Şikayətdə qeyd olunmuşdur ki, iddiaçı ilə cavabdeh arasındakı münasibətlər 2001-ci il tarixindən əvvəl yarandığından Mənzil Məcəlləsinin 123- maddəsi tətbiq edilməli idi. Beləki, ilk öncə yaşayış sahəsinin tərkib hissəsindən istifadə hüququnun yaranmasına nəzər salınmalı idi. Nəticə eti barı ilə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228ci maddəsinin və Mənzil Məcəlləsinin123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli Plenum Qərarına əsasən müəyyən edilmişdir ki, 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. İddiaçı ilə Cavabdeh 1986-ci ildən birlikdə yaşayıb birgə təsərrüfat aparmışlar. Onlar faktiki olaraq birgə nikahda olmuşlar. Və onların bu nikahdan xx.xx.1988-ci təvəllüdlü X 2 adlı və xx.xx.1995-ci il təvəllüdlü Maraqlı şəxs adlı övladları var. Bu faktı öz özlüyündə cavabdehlə iddiaçı arasında faktiki nikahda olmasının sübutudur. Digər tərəfdən mübahisə predmeti olan bağ sahəsi 1988-ci ildə Bakı Şəhər İcraiyyə Komitəsi və X3 qərarı ilə müharibə iştirakçısı olan Cavabdeh atası Maraqlı şəxs bağçılıq təsərrüfatı üçün ayrılmışdır. Bundan sonra həmin bağ sahəsi atası tərəfindən Cavabdeh istifadəsinə verilmiş və həminki dövrdən cavabdeh tərəfindən torpaq sahəsində ev tikilmiş və təmir edilmişdir. Cavabdeh bağ evinə xeyli xərc qoymuşdur, 40 ilə yaxındır uşaqları ilə orada yaşayır. Hal-hazırda isə oğlu və onun ailəsi ilə faktiki olaraq orda yaşayır və yaşamağa başqa yaşayış yeri yoxdur. Digər tərəfdən mübahisəli bağ sahəsi qanunsuz olaraq iddiaçının mülkiyyətinə keçmi şdir, belə ki, cavabdehin atası Maraqlı şəxs mülkiyyətində olmuş, dövlət tərəfindən ona verilmişdir. Lakin sonrada hansı əsasla iddiaçının mülkiyyətinə keçdiyi məhkəmə tərəfindən araşdırlmamışdır. Digər tərəfdən mübahisə predmeti olan bağ sahəsi İddiaçı mülkiyyətində olsa belə iddia birinci instansiya məhkəməsi tərəfindən təmin edilməməli idi. Belə ki, həmin bağ sahəsi iddiaçı ilə cavabdehin birgə nikahları dövründə əldə edilmiş və birgə təsərrüfat apararaq bağ evi tikilmişdir. AR Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli Plenum Qərarına əsasən 2000-ci ilin sentyabrın 1-nə kimi yaranan münasibətlər, yəni yaşayış sahəsinin tərkib hissəsindən istifadə hüququnun yaranması və xitamı əsasları 2009-cu ilədək qüvvədə olan Mənzil Məcəlləsinə əsasən tənzimlənir. Lakin apellyasiya instans iya məhkəməsi tərəfindən işin bu halları nəzərə alınmamış və mühüm əhəmiyyəti olan bütün faktiki hallar araşdırılmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

23. İddiaçı kassasiya şikayətinə qarşı yazılı etirazla məhkəməyə müraciət edərək cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin heç bir hüquqi əsasının olmadığını və iş üzrə prosessual hüququ pozuntusuna yol verilmədiyini əsas göstərərək kassasiya şikayətinin təmin olunmamasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Mülki Məcəllə

24. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

25. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneə lər əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Mülki Prosessual Məcəllə

26. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

27. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

28. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

29. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məh kəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

30. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

31. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmə ləri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

32. Kassasiya şikayətində qətnamə tam mübahisələndirldiyi üçün apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

33. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunm ası və ya dəyişdirilməsi üçün əsas yoxdur.

34. Cavabdehin birinci instansiya məhkəməsində irəli sürmədiyi, lakin apelyasiya şikayətində göstərdiyi etirazlar apelyasiya məhkəməsi tərəfindən araşdıraraq bu qənaətə gəlinmişdir ki, cavabdehin iddiaçının mülkiyyətində olan evdəki sahibliyi sonunun mülkiyyət hüquqlarına qanunsuz müdaxilə təşkil edir.

35. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və cavabdehin mülki prosessual qanunvericiliyə əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

36. Belə ki, əgər mülkiyyətə qəs d və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər (§ 25).

37. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.

38. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin halla rının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

39. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

40. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3780/2023 nömrəli, 06 iyul 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar