Məhkəmə qərarları › İş №2(102)-4092/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-4092/2021

06.09.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4092/2021 06.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ iş № 2(102)-4092/21 (Açar sözlər: əmlak tələbi, sübut etmə yükü) Bakı şəhəri, 06 sentyabr 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “cehiz, geyim və qızıl–zinət əşyalarının özlərinin və ya dəyərinin alınması” tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiy asının 2(104)-674/2020 nömrəli, 04 sentyabr 2020-ci il tarixli qətnaməsindən Cavabdeh2 kassasiya şikayətinə 06 sentyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı ilə Cavabdeh2 06.06.2013-cü il tarixdə faktiki nikaha daxil olmuşlar. Tərəflərin faktiki nikahından Məhəmməd adlı bir övladları var.

2. Hal-hazırda iddiaçı uşaqla birlikdə valideynləri ilə yaşayır.

3. Cavabdeh1 iddiaçının qayınanasıdır.

4. Tərəflər arasında iddiaçının cehiz əmlaklarının qayarılması ilə bağlı mübahisə yaranıb. a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Şəmkir rayon Məhkəməsinə müraciət edərək, 136 adda cehiz əşyaları (mebel, məişət əşyaları, geyim) və 8 adda qız ıl–zinət əşyalarının və ya onların dəyərinin alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılıb ki, iddiaçıya məxsus cehiz əşyaları cavabdehlərin yaşadıqları fərdi yaşayış evinə yığılmışdır. Ailə münasibəti pozulduğuna görə 2016-cı ilin dekabr ayında cavabdehlər iddiaçını azyaşlı uşağı ilə birlikdə yaşadıqları evdən qovmuşdur.

7. İddiaçı ilə Cavabdeh2 2012-ci ilin mart ayında nişanlanmış və iki ilə yaxın müddətə nişanlı qalmışlar. Qızıl əşyalarının bir hissəsi cavabdehlər tərəfindən iddiaçıya nişanlı olduğu vaxt, qalan hissəsi isə toyda hədiyyə olunmuşdur.

8. Cavabdehlər tərəfindən iddiaçıya nişan günü dəyəri 1000 manat olan 1 ədəd ağ qızıldan hazırlanmış brilyant qaşlı nişan üzüyü, qurban bayramında dəyəri 550 manat olan fianit qaşlı sı rğa-üzük dəsti, 8 mart bayramında dəyəri 1300 manat olan 1 ədəd gül formalı, brilyant qaşlı qızıl üzük, 1 mayda dəyəri 300 manat olan 1 ədəd qızıl üzük hədiyyə etmişlər. Digər qızılları, yəni dəyəri 2250 manat olan reket toxunuşlu qızıl boyunbağı, dəyəri 450 manat olan qızıl bilərzik və dəyəri 1350 manat olan 30 qramlıq tros toxunuşlu boyunbağı isə toyda, dəyəri 1200 manat olan ürək şəkilli klonu ilə birlikdə 1 ədəd qızıl boyunbağı isə toydan sonra uşağı doğulanda hədiyyə olunmuşdur.

9. Evləndiyi zaman qızıl əşyaları iddiaçının özündə, yəni yataq otağında mücrünün içində olmuşdur. İddiaçı ilə cavabdehlər arasında evin üstündə bir neçə dəfə mübahisə olmuşdur. Çünki cavabdehlər evi satmaq istəmiş, iddiaçı isə razı olmamışdır. Buna görə də aralarında yaranan mübahisə dərinləşmiş və mütəmadi o laraq dava şəklini almışdır.

10. Sonda, yəni 2016-cı ilin dekabr ayında cavabdehlər iddiaçını döyərək axşam vaxtı uşağı ilə birlikdə evdən qovmuşlar. Evdən çıxan vaxt iddiaçı özünə və uşağına bir dəst isti paltar belə götürə bilməmişdir. Həmin vaxt gec olduğuna görə iddiaçı yalnız yaxınlıqda yaşayan xalası evinə gedə bilmişdir.

11. Hazırda ona məxsus olan cehiz, geyim və qızıl əşyaları cavabdehlərin evindədir.

12. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 152.1 və Ailə Məcəlləsinin 34.1-ci maddələrinə istinad etmişdir.

13. Cavabdeh2 birinci instansiya məhkəməsində iddiaya etirazı: - iddia ərizəsində göstərilən əşyalardan uşaq çarpayısı və uşaq kolyaskası olmamışdır; - qızıl əşyalarından isə xəbəri yoxdur. Cavabdeh iddiaçıya qızıl əşyası almamışdır. Toy vaxt iddiaçının üzərində k lonlu boyunbağı və iki ədəd sadə üzük olmuşdur. Həmin üzük və boyunbağı qızıl olmamışdır; - toydan iki ay sonra cavabdeh Rusiyaya getmiş, qayıdanda iddiaçı atası evində olmuşdur. İddiaçı 2014-cü ildə atası evinə gedəndə digər Cavabdeh1 da qızıllarını özü ilə aparmışdır; - cavabdeh polisə verəcəyi hədəsi ilə sonradan iddiaçıdan anasına məxsus qızılları geri almışdır; - evləndikdən sonra iddiaçı davamlı olaraq cavabdehin evində 1 ay yaşamamışdır.

14. Cavabdeh1 iddiya etirazı: - iddiaçıya toy zamanı heç bir qızıl əşyası almayıb; - iddiaçının gətirdiyi cehiz əşyaları isə evdədir; - toyda iddiaçının üstündə olan qızl əşyalarından xəbəri yoxdur. Bir ədə 3 qramlıq qızl olub, onu da toydan sonra qaytarmışdır.

15. Şəmkir Rayon Məhkəməsinin 2(076)-2199/2019 nömrəli,19.08.2019-cu il tarixli qətnamə si ilə iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada dəyəri 8000 manat olan yataq və qonaq dəsti mebelləri (1 ədəd iki yerli çarpayı, 2 ədəd tumbuçka, 1 ədəd termo stolu, 1 ədəd paltar şkafı, 2 ədəd dolab, 1 dəst divan kreslo, 8 ədəd stul, l ədəd stol və 2 ədəd servant), dəyəri 400 manat olan 1 ədəd televizor və televizor altı, dəyəri 400 manat olan 1 ədəd soyuducu, dəyəri 50 manat olan 1 ədəd şüşə jurnalni stol, dəyəri 40 manat olan 1 ədəd güzgü, dəyəri 50 manat olan 1 ədəd güzgü, dəyəri 200 manat olan 6 ədəd ağlı–qaralı–qırmızılı bakallar, dəyəri 120 manat olan 6 ədəd boz rəngli rumkalar, dəyəri 130 manatolan 6 ədəd ağlı–qaralı rumkalar, dəyəri 200 manat olan 6 ədəd bəzəkli rumka stəkan, dəyəri 5 manat olan 2 ədəd qazan altı, dəyəri 5 manat olan 1 ədəd f ərtux, dəyəri 300 manat olan 1 ədəd divan kreslo üstü, dəyəri 30 manat olan 2 ədəd termos, dəyəri 12 manat olan 12 ədəd nəlbəki, dəyəri 12 manat olan 2 ədəd taxta, dəyəri 10 manat olan 12 ədəd mürəbbə nəlbəkisi, dəyəri 12 manat olan 6 ədəd kasa, dəyəri 20 manat olan 1 ədəd şirəli çaynik, dəyəri 105 manat olan 3 ədəd skater, dəyəri 20 manat olan 7 ədəd gülləri ilə birlikdə 1 ədəd böyük güldan, dəyəri 250 manat olan 6 ədəd xrustal tulpanlı bakal, dəyəri 200 manat olan 6 ədəd xrustal dairəvi bakal, dəyəri 150 manat olan 1 ədəd xustal kül qabı, dəyəri 102 mana tolan 6 ədəd naxışlı yastıq üzlüyü, dəyəri 20 manat olan 2 ədəd su qrafinkası, dəyəri 20 manat olan 1 ədəd lampa, dəyəri 100 manat olan 1 ədəd dvd, dəyəri 74 manat olan 8 ədəd konfet səbətləri, dəyəri 500 manat olan 1 ədəd uşaq çarpayısı, dəyəri 200 manat olan 1 ədəd uşaq kolyaskası, dəyəri 5 manat olan 6 ədəd xrustal duz qabı, dəyəri 10 manat olan 2 ədəd çaşka, dəyəri 10 manat olan 1 ədəd çörək qabı, dəyəri 4 manat olan 1 ədəd çörək qabı, dəyəri 5 manat olan 6 ədəd veşilka, dəyəri 200 manat olan 4 ədəd günə qarşı ayna örtüyü, dəyəri 16 manat olan 3 ədəd nabor, dəyəri 150 manat olan gümüş qaşıqlar, dəyəri 70 manat olan 1 ədəd lüstür, dəyəri 280 manat olan 1 ədəd lüstür, dəyəri 130 manat olan 1 ədəd lüstür, dəyəri 200 manat olan 1 ədəd lüstür, dəyəri 50 manat olan 1 ədəd lüstür, dəyəri 120 manat olan 1 ədəd gəvə, dəyəri 500 manat olan 1 ədəd gəvə, dəyəri 500 manat olan 1 ədəd gəvə, dəyəri 50 manat olan 1 ədəd gəvə, dəyəri 50 manat olan 3 ədəd podnos, dəyəri 10 manat olan 1 ədəd polağacı dəsti, dəyəri 150 manat olan 1 ədəd çəmədan qaşıq dəsti, dəyəri 3 manat olan 1 ədəd şüşə dəm çayniki, dəyəri 9 manat olan 1 ədəd şüşə dəm çayniki, dəyəri 20 manat olan 4 ədəd şirəli cəm, dəyəri 68 manat olan 4 ədəd üç mərtəbə vaz, dəyəri 3 manat olan 1 ədəd qozqran, dəyəri 2 manat olan 1 ədəd qəndqıran, dəyəri 20 manat olan 4 ədəd çaynı məhrəba, dəyəri 100 manat olan 10 ədəd əl məhrəbası, dəyəri 48 manat olan 4 ədəd can məhrəbası, dəyəri 50 manat olan l dəst hamam üçün əşyalar, dəyəri 30 manat olan 6 ədəd ağ rəngli yastıq dəyişəcəyi, dəyəri 50 manat olan 12 ədəd boşqab, dəyəri 50 manat olan 12 ədəd boşqab, dəyəri 50 manat olan 12 ədəd boşqab, dəyəri 50 manat olan 12 ədəd boşqab, dəyəri 50 manat olan 12 ədəd boşqab, dəyəri 16 manat olan 24 ədəd çəngəl, dəyəri 16 manat olan 24 ədəd qaşıq, dəyəri 12 manat olan 24 ədəd çay qaşığ ı, dəyəri 15 manat olan 1 ədəd taxta qaşıq dəsti, dəyəri 8 manat olan kapron ləyən, dəyəri 36 manat olan kapron vanna, dəyəri 6 manat olan 6 ədəd araq stəkanı, dəyəri 10 manat olan 2 ədəd kül qabı, dəyəri 50 manat olan 1 ədəd aura qazanı, dəyəri 80 manat olan 1 ədəd ədəd aura qazanı, dəyəri 400 manat olan 4 ədəd pərdə, dəyəri 100 manat olan 2 ədəd pərdə, dəyəri 120 manat olan 6 ədəd karniz, dəyəri 295 manat olan 3 ədəd yorğan, dəyəri 220 manat olan 2 ədəd tək yerli döşək, dəyəri 185 manat olan 1 ədəd iki yerli döşək, dəyəri 300 manat olan 6 ədəd balınc, dəyəri 400 manat olan 1 ədəd gəlincik, dəyəri 160 manat olan 2 ədəd ədyal, dəyəri 300 manat olan 1 ədəd divan kreslo üstü, dəyəri 120 manat olan 1 ədəd tozsoran, dəyəri 35 manat olan 1 ədəd divar saatı, dəyəri 50 manat olan 1 ədəd elektri k lampası, dəyəri 200 manat olan 1 ədəd ətçəkən maşın, dəyəri 5 manat olan 1 ədəd xətəngaz və süpürgə, dəyəri 80 manat olan1 ədəd tefal ütü, dəyəri 20 manat olan 2 ədəd slikon yastıq, dəyəri 500 manat olan 2 ədəd çexiya xrustal meyvəqabı, dəyəri 200 manat olan ədəd çexiya xrustal güldan, dəyəri 400 manat olan 2ədəd qazan dəsti, dəyəri 60 manat olan 2 ədəd şirəli ləyən, dəyəri 6 manat olan 1 ədəd nerjoveyka ləyən, dəyəri 34 manat olan 2 ədəd şirəli vedrə, dəyəri 12 manat olan 2 ədəd şirəli qluplu, dəyəri 200 manat olan 1 stol və altı ədəd stul, dəyəri 300 manat olan 1 dəst servislər, dəyəri 30 manat olan 1 ədəd çaşqa dəsti, dəyəri 50 manat olan 1 ədəd çarpayı, dəyəri 14 manat olan 4 ədəd mürəbbə qabı, dəyəri 6 manat olan 2 ədəd qənd qabı, dəyəri 16 manat olan 12 ədəd xrustal stəkan, dəyəri 12 manat olan 12 ədəd sadə stəkan, dəyəri 6 manat olan 6 ədəd ləpə qabı, dəyəri 10 manat olan 1 ədəd stalişni salat doğrayan, dəyəri 10 manat olan 1 ədəd stalişni salat doğrayan və dəyəri 40 manat olan 1 ədəd mikseldən ibarət cehiz, dəyəri 10 manat olan 1 dədə fen, dəyəri 8 manat olan 2 ədəd dezodorant, dəyəri 40 manat olan 1 ədəd duxi, dəyəri 5 manat olan 1 ədəd duxi, dəyəri 10 manat olan 1 ədəd duxi, dəyəri 8 manat olan 2 ədəd krem, dəyəri 8 manat olan 1 ədəd şotku daraq, dəyəri 20 manat 1 ədəd sumka, dəyəri 20 manat olan 1 ədəd kofta, dəyəri 22 manat olan 1 ədəd şalvar, dəyəri 20 manat olan lasin kofta, dəyəri 5 manat olan 1 ədəd çəkələk, dəyəri 30 manat olan 1 ədəd pünyar, dəyəri 50 manat olan 1 ədəd don, dəyəri 30 manat olan 1 ədəd don, dəyəri 25 manat olan 1 ədəd don, dəyəri 50 manat olan 1 ədəd don, dəyəri 25 manat olan 1 ədəd pasanoşki, dəyəri 20 manat olan 1 ədəd ayaqqabı, dəyəri 25 manat olan 1 ədəd ayaqqabı, dəyəri 17 manat olan 1 ədəd kofta, dəyəri 20 manat olan 1 ədəd kofta, dəyəri 20 manat olan 1 ədəd kofta, dəyəri 30 manat olan 1 ədəd kofta və dəyəri 30 manat olan 3 ədəd yay şalvarından ibarət geyim, dəyəri 1000 manat olan 1 ədəd ağ qızıldan hazırlanmış brilyant qaşlı nişan üzüyü, dəyəri 2250 manat olan reket toxunuşlu qızıl boyunbağı, dəyəri 1350 manat olan 30 qramlıq tros toxunuşlu boyunbağı, dəyəri 450 manat, çəkisi 10 qram olan qızıl bilərzik, dəyəri 300 manat olan 1 ədəd qızıl üzük, dəyəri 1300 manat olan 1 ədəd gül formalı, brilyant qaşlı qızıl üzük, dəyəri 550 manat olan fianit qaşlı sırğa–üzük dəsti, dəyəri 1200 manat olan ürək şəkilli klonu ilə birli kdə 1 ədəd qızıl boyunbağından ibarət qızıl əşyalarının natura halında, qətnamə icra olunan vaxt mövcud olmasa, həmin əşyaların dəyərinin alınıb İddiaçı verilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 30 (otuz) manat dövlət rüsumunun alınıb İddiaçı verilməsi qət edilmişdir. (hakim Nemət Paşayev)

16. Birinci instansiya məhkəməsi iş materiallarında olan sübutlara əsasən müəyyən edib ki, iddiaçı ilə Cavabdeh2 ilə əvvəl nişanlanmış, sonra isə 2013-cü ildə faktiki olaraq evlənmişlər. İddiaçı toy günü cavabdehlərin yaşadığı fərdi yaşayış evinə köçmüş, cehiz əşyaları da həmin evə yığılmışdır, İddiaçıya nişan olduğu vaxt və bayram günləri, həmçinin toy və uşağı doğulan vaxt cavabdehlər tərəfindən qızıl-zinət əşyaları hədiyyə edilmişdir. İddiaçı 2016-cı ilin dekabr ayınadək cavabdehl ərlə birgə yaşamış, göstərilən tarixdə isə iddiaçı yaranmış ailə daxili mübahisə nəticəsində cavbdehlərin evindən çıxmışdır. İddiaçı evdən çıxan zaman özünə məxsus cehiz əşyalarını apara bilməmişdir.

17. Cavabdeh tərəf məhkəmə iclası zamanı mübahisəli qızıl əşyalarının mövcud olmasını və iddiaçıya hədiyyə verilməsini etiraf etməyərək, iddianın qızıl əşyalarına aid hissəsini qəbul etməmişdir. Belə olan halda, sübutetmə iddiaçı tərəfin üzərinə düşmüş, iddiaçı isə qeyd olunan qızıl əşyalarının toy zamanı ona hədiyyə olunmasını əks etdirən video görüntülər yazılmış CD diskləri, həmçinin müxtəlif vaxtlarda çəkilmiş fotoşəkilləri məhkəməyə təqdim etmişdir. İddiaçının və cavabdehlərin iştirakı ilə məhkəmə iclasında həmin CD-lərdə toplanmış görüntülərə və fotoşəkillərə keçirilmiş baxış zamanı müəy yən edilib ki, iddia ərizəsində göstərilən qızıl əşyaları həqiqətən, nişan və toy zamanı, hmçinin müxtəlif vaxtlarda cavabdehlər tərəfindən iddiaçıya hədiyyə olunmuşdur. Bununla da, iddiaçının göstərdiyi xüsusatlar öz təsdiqini tapmışdır. Buna görə də qızıl əşyalarının nişan və bayram günlərində, həmçinin toy amanı və toydan sonra uşağı doğulanda iddiaçıya hədiyyə olunması barədə iddiaçının bildirdikləri, cavabdeh tərəfin bildirdiklərinə münasibətdə daha inandırıcıdır.

18. Birinci instansiya məhkəməsi bu qənaətini onunla əsaslandırıb ki, 2016-cı ilin dekabrında iddiaçı ilə cavabdehlər arasında yaranmış mübahisə zamanı tərəflər arasında formalaşmış ailə münaqişələri qısa zaman kəsiyində pozulduğu üçün iddiaçı ilə cavabdehlər arasında bir-birinə qarşı qərəzli münasibət formalaşdığından idd iaçıya məxsus qızıl əşyalarının cavabdehlər tərəfindən iddiaçının əlindən alınması, iddiaçıya məxsus geyim əşyalarının cavabdehlərdə qalması ilə bağlı iddiaçının dəlilləri işin həqiqi hallarına uyğun gəlir. Cavabdehlərin izahatı isə ziddiyyətli olmaqla, işin həqiqi hallarına uyğun deyil. Cavabdehlər toyda iddiaçının üzərində qızıl əşyaları olduğundan xəbərsiz olmasını bildirsələr də, təqdim edilmiş fotoşəkillər və video disklər bunu təkzib etmişdir.

19. Birinci instansiya məhkəməsi qızıl əşyalarının qiymət ilə bağlı qeyd edib ki, cavabdehlər mübahisəli qızıl əşyalarının iddiaçıya hədiyyə verilməsini, həmçinin onların mövcud olmasını qəbul etmədikləri üçün qeyd olunan qızıl əşyalarının dəyərini, çəkisini və tərkibini mübahisələndirməmişlər, eləcə də, sübut təqdim edilməsi barədə təklifi qəb ul etməmişlər, buna görə də qeyd olunan qızıl əşyalarının dəyəri, çəkisi və təkibi barədə iddiaçının bildirdikləri əsaslı hesab edilməlidir.

20. İddianın cehiz və geyim əşyaları ilə bağlı hissəsi ilə bağlı birinci instansiya məhkəməsi qeyd edib ki, cavabdeh tərəf iddia ərizəsində göstərilən cehiz əşyalarının tam həcmdə iddiaçının valideynləri tərəfindən alındığını və iddiaçıya hədiyyə olunduğunu etiraf etmişlər. Hətta cavabdeh tərəf iddiaçının cehiz əşyalarının çıxarılması ilə bağlı məhkəməyə müraciət etmişdir. Bu da onu deməyə verir iddia ərizəsində göstərilən cehiz və geyim əşyaları tam həcmdə cavabdehlərdə qalmışdır.

21. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına əsasən belə nəticəyə gəlib ki, nişan vaxtı, bayram günləri, toy şənliyində və toydan sonra alınmış qızıl əşy aları, həmçinin toy zamanı verilmiş cehiz əşyaları və geyim əşyaları iddiaçıya hədiyyə verilmiş, hədiyyə verənlər həmin daşınar əşyaların mülkiyyətçisi olmuş, həmin qızıl, cehiz və geyim əşyaları hazırda cavabdehlərdə qalmışdır İddiaçı mübahisəli daşınar əmlaklar üzərində mülkiyyət hüququ əldə etmişdir. İddiaçı mülkiyyətçi kimi həmin əşyaları cavabdehlərdən tələb edə bilər.

22. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 152.1, 152.2, 152.3, 157.1, 157.2, 225.2, 666.1, 668.1.3-cü, Mülki Prosessual Məcəllənin 14.2 və 77.1ci maddələri ilə əsaslandırmışdır. b) Apelyasiya instansiyası məhkəməsindəki icraat

23. Cavabdeh2 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək, iddia tələbinin 1 ədəd ağ qızıldan hazırlanmış üzük, 1 ədəd gül formalı qızıl üzük, 1 ədəd bilərzik, 1 ədəd tros toxunuşlu qızıl boyunbağı, 1 ədəd reket toxunuşlu boyunbağı, 1 ədəd qızıl boyunbağı, yataq və qonaq dəsti, televizor və televizor altı, soyuducu, jurnal stolu, 50 manat dəyərində güzgü, 6 ədəd boz rəngli rumkalar, 6 ədəd aölı-qaralı rumkalar, qazanaltı, fartuq, divan-kreslo üstü, 12 ədəd nəlbəki, 12 ədəd mürəbbə nəlbəkisi, 6 ədəd kasa, 1 ədəd çaynik, 3 ədəd skater, güldan, xrustal kül qabı, naxışlı yastıq üzü, 2 ədəd su krafinkası, 1 ədəd lampa, 6 ədəd duz qabı, 2 ədəd çaşka, 2 ədəd çörək qabı, 6 ədəd veşilka, 3 ədəd nabor, gümüş qaşıqlar, 5 ədəd lüstür, 3 ədəd gəvə, 2 ədəd çexiya xrustal meyvə qabı, çexiya xrustal güldan, qazan dəsti, konfet səbəti, 4 ədəd günə qarşı örtük, hamam əşyaları, ləyən, 2 ədəd qulplu, stol, stul, 1 dəst servis, çaşka dəsti, çarpayı, mürəbbə qabı, 12 ədəd stəkan, sadə stəkan, ləpə qabı, salat doğrayan, fen, polağacı dəsti, qaşıq dəsti, 4 ədəd şirəli cəm, dəm çayniki, qəndqabı, qozqıran, 4 ədəd çay məhrəbası, əl məhrəbaları, can məhrəbaları, 12 ədəd boşqab, 12 ədəd boşqab, 12 ədəd boşqab, 12 ədəd boşqab, çay qaşıqları, araq stəkanları, qazan, 4 ədəd pərdə, karniz, 3 ədəd yorğan, 2 ədəd döşək, 1 ədəd döşək, balınc, ədyal, tozsoran, saat, lampa, ətçəkən, xəkəndaz, süpürgə, tefal ütü, yastığa aid hissədə qismən təmin edilməsi, qalan hissədə iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

24. Apellyaisya şikayətinin dəlilləri: - iddia olunan qızıl zinət əşyalarının dəyəri düzgün müəyyən edilməyib. İddia tələbi cavabdehin təqdim etdiyi qızıl-zinət əşyaları hissəsində təmin edilməlidir; - nişan mərasimində cavabd ehlər tərəfindən iddiaçıya 1 ədəd nişan üzüyü alınıb. Toy vaxtı Cavabdeh2 iddiaçıya 1 ədəd qızıldan briliyant qaşlı qızıl üzük verib; Cavabdeh2 uşaqları doğulanda 2014-cü ildə iddiaçıya 1 ədəd bitişik güllər formalı boyunbağı bağışlayıb; - toyda cavabdehin bacısı iddiaçıya bir ədəd qızıl boyunbağı hədiyyə edib; - evə gələndə adətə görə qayınanası iddiaçıya bir ədəd qızıl qolbağı və 1 ədəd boyunbağı hədiyyə edib; - Qurban bayramında və 1 mayda iddiaçıya qızıl alınmayıb; Bu qızılların alınmasına dair sübut olmasa da, məhkəmə həmin hissədə də iddianı təmin edib; - məhkəmə əşyaların, xüsusilə də cehiz və geyim əşyalrının dəyərini müəyyən edərkən həmin əşyaların artıq neçə vaxtdır ki, istifadə olunmasını nəzərə almamışdır; - iddiaçının iddia etdiyi 1 ədəd DVD cavabdehə məxsusdur, uşaq arabası v ə uşaq çarpayısı isə olmayıb.

25. Cavabdeh apellyasiya baxışında bir neçə qızıl əşyasını təqdim edib, onların iddiaçıya məxsus olmasını və qaytarılmasına etiraz etmədiyini bildirsə də, iddiaçı həmin qızılların ona məxsus olan qızıllar olmadığını göstərib, onları qəbul etməkdən imtina etmişdir.

26. Apellyasiya baxışında tərəflərin vəsatəti əsasında mütəxəssis kimi dindirilmiş X1 iddiaçının iddia etdiyi qızıl zinət əşyalarının dəyəri ilə bağlı iş materiallarında olan fotoşəkillər əsasında bildirib ki, bir ədəd 30 qramlıq kimi qeyd edilən reket şəkilli qızıl boyunbağının çəkisi təxminən 25-27 qram, qiyməti isə 1500 manat, bir ədəd brilyant qaşlı gül şəkilli qızıl üzüyün qiyməti 450 manat, bir ədəd fionit qaşlı sırqa üzüyün qiyməti 550 manat məbləğlərini təşkil edir. Qalan qızıl zinət əşyaları nın dəyəri ilə bağlı mütəxəssis fikir bildirməyib.

27. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-674/2020 nömrəli, 04 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Şəmkir Rayon Məhkəməsinin 2(076)-2199/2019 saylı mülki iş üzrə 19 avqust 2019-cu il tarixli qətnaməsi iddianın təmin edilmiş dəyəri 500 manat olan bir ədəd uşaq çarpayısı və dəyəri 200 manat olan bir ədəd uşaq kolyaskasının natura halında, qətnamə icra olunan vaxt mövcud olmasa, həmin əşyaların dəyərinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınıb İddiaçı verilməsi hissədə ləğv edilmiş, həmin hissədə yeni qətnamə qəbul edilərək, iddia həmin hissədə təmin edilməmşdir, qətnamə iddianın təmin edilmiş, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınıb İddiaçı verilməli olan bir ədəd ağ qızıldan hazırlanmış brilyant qaşlı nişan üzüyün, bir ədəd reket toxunuşlu qızıl boyunbağının, çəkisi 10 qram olan bir ədəd qızıl bilərziyin, bir ədəd gül formalı, brilyant qaşlı qızıl üzüyün və bir ədəd fianit qaşlı sırğa-üzük dəstinin dəyərləri hissəsində dəyişdirilərək, bir ədəd ağ qızıldan hazırlanmış brilyant qaşlı nişan üzüyünün dəyərinin 500 (beş yüz) manat, bir ədəd reket toxunuşlu qızıl boyunbağının dəyəri 1500 (bir min beş yüz) manat, çəkisi 10 qram olan bir ədəd qızıl bilərziyin dəyərinin 200 (iki yüz) manat, bir ədəd gül formalı, brilyant qaşlı qızıl üzüyün dəyərinin 450 (dörd yüz əlli) manat və bir ədəd fianit qaşlı sırğa–üzük dəstinin dəyərinin 550 (beş yüz əlli) manat məbləğlərində müəyyənləşdirilməsi, qalan hissələrdə qətnamənin dəyişdirilmədən saxlanılmas ı qət edilnmişdir. (hakimlər Nuru Quliyev (sədrlik edən və məruzəçi), Ədil Məmmədov və Rəhman Muradov)

28. Apellyasiya instansiyası qeyd etmişdir ki, işə birinci instansiya məhkəməsində baxılarkən Cavabdeh2 məhkəmədə iştirak etmiş, iddiaçının iddia etdiyi qızıl zinət əşyalarının alınmasından xəbəri olmadığını, toy zamanı iddiaçının üzərində olan əşyaların isə qızıldan olmadığını bildirmişdir. Apellyasiya şikayətində işə Cavabdeh2 iddiaçının iddia etdiyi qızıl zinət əşyalarının əsas hissəsinin iddiaçıya hədiyyə edildiyini bildirmiş, nəticə etibarı ilə həmin əşyaların iddiaçıya hədiyyə edilib-edilməməsi ilə bağlı ziddiyyətli münasibət bildirmişdir. Digər cavabdehin qətnamədən apelyasiya şikayəti vermədiyini də nəzərə alan apellyasiya instansiyası hesab edib ki, iddia edilən qızıl zinət əşyal arının iddiaçıya hədiyyə edildiyi barədə iddiaçının izahatını daha mötbər sübut növü kimi qəbul etmiş birinci instansiya məhkəməsi həmin hissədə iş üzrə düzgün nəticəyə gəlmişdir.

29. Apellyasiya instansiyası iddiaçının iddia etdiyi qızıl zinət əşyalarının dəyəri ilə bağlı iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını və rəy vermiş mütəxəssisin rəyini əlaqəli şəkildə qiymətləndirərək belə qərara gəlib ki, 1 ədəd ağ qızıldan hazırlanmış brilyant qaşlı nişan üzüyün, bir ədəd reket toxunuşlu qızıl boyunbağının, çəkisi 10 qram olan bir ədəd qızıl bilərziyin, 1 ədəd gül formalı, brilyant qaşlı qızıl üzüyn və bir ədəd fianit qaşlı sırğa–üzük dəstindən ibarət qızıl-zinət əşyalarının dəyəri hissədə qətnamə dəyişdirilməli, 1 ədəd ağ qızıldan hazırlanmış brilyant qaşlı nişan üzüyün dəyəri c avabdehin nümayəndəsinin göstərdiyi qiymətə uyğun olaraq 500 (beş yüz) manat, bir ədəd reket toxunuşlu qızıl boyunbağının dəyəri mütəxəssis rəyinə uyğun olaraq 1500 (bir min beş yüz) manat, çəkisi 10 qram olan bir ədəd qızıl bilərziyin dəyəri cavabdehin nümayəndəsinin göstərdiyi qiymətə uyğun olaraq 200 (iki yüz) manat, 1 ədəd gül formalı, brilyant qaşlı qızıl üzüyün dəyəri mütəxəssis rəyinə uyğun olaraq 450 (dörd yüz əlli) manat və bir ədəd fianit qaşlı sırğa–üzük dəstinin dəyəri mütəxəssis rəyinə uyğun olaraq 550 (beş yüz əlli) manat dəyərində müəyyənləşdirilməli, qalan qızıl-zinət əşyalarının dəyəri hissədə qətnamə dəyişdirilmədən saxlanmalıdır.

30. Apellyasiya instansiyası qeyd edilən əşyaların dəyəri hissəsidə gəldiyi qənaətini onunla əsaslandırıb ki, iddiaçı qiymətləri dəyişdirilən h əmin əşyaların dəyərinin ona dəqiq məlum olmadığını bildirmiş, cavabdehin nümayəndəsi və rəy vermiş mütəxəssis isə həmin əşyaların dəyərləri ilə bağlı onlara məlum olan qiymətlər barədə məhkəmə kollegiyasına məlumat vermişlər.

31. Qalan qızıl zinət əşyalarının dəyəri ilə bağlı apellyasiya instansiyası iddiaçının göstərdiyi qiymətləri əsaslı hesab etmişdir.

32. Həmçinin, apellyasiya məhkəməsi qeyd edib ki, cavabdeh qızıl-zinət əşyaları istisna olmaqla, birinci instansiya məhkəməsində yalnız uşaq kolyaskası və çarpayısının mövcudluğunu mübahisələndirmiş, qalan əşyaların mövcudluğunu mübahisə etməmişdir. Buna görə də qalan əşyalar hissəsində iddia tələbi düzgün olaraq təmin edilib.

33. Bununla belə, apellyasiya məhkəməsi onu da vurğulayıb ki, iddiaçı da iddia etdiyi əşyalardan uşaq çarpayısı və uşaq kolyaskasından mövcudluğunu və cavabdeh tərəfdə qaldığını təsdiq edə bilən kifayət edən sübutları məhkəməyə təqdim edə bilmədiyi üçün bir ədəd uşaq çarpayısının və bir ədəd uşaq kolyaskasının cavabdehlərdən alınıb, iddiaçıya verilməsi hissədə qətnamə ləğv edilməli, həmin hissədə iddia rədd edilməlidir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

34. Cavabdeh Cavabdeh2 (Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qismən ləğv edilməsini, iddia tələbinin 1 ədəd ağ qızıldan hazırlanmış üzük, 1 ədəd gül formalı qızıl üzük, 1 ədəd bilərzik, 1 ədəd bitişik güllər formasında qızıl boyunbağı, 1 ədəd reket toxunuşlu boyunbağı, 1 ədəd qızıl boyunbağı, yataq və qonaq dəs ti, televizor və televizor altı, soyuducu, jurnal stolu, 50 manat dətərində olan güzgü. 6 ədəd boz rəngli rumkalar, 6 ədəd ağlı-qaralı rumkalar, qazan altı, fartuq, divan-kreslo üstü, 12 ədəd nəlbəki, 12 ədəd mürəbbə nəlbəkisi, 6 ədəd kasa, 1 ədəd çaynik, 3 ədəd skater, güldan, xrustal kül qabı, naxışlı yastıq üzü, 2 ədəd su krafmkası, 1 ədəd lampa, 6 ədəd duz qabı, 2 ədəd çaşka, 2 ədəd çörək qabı, 6 ədəd veşilka, 3 ədəd nabor, gümüş qaşıqlar, 5 ədəd lüstür, 3 ədəd gəvə, 2 ədəd çexiya xrustal meyvə qabı, çexiya xrustal güldan, qazan dəsti, konfet səbəti, 4 ədəd günə qarşı örtük, hamam əşyaları, ləyən, 2 ədəd qulplu,stol və stul, 1 dəst serviz, çaşka dəsti, çarpayı, mürəbbə qabı, 12 ədəd stəkan, sadə stəkan, ləpə qabı, salat doğrayan, fen, polağacı dəsti, qaşıq dəsti, 4 ədəd şirəli cəm, dəm çayniki, qənqabı, qozqıran, 4 ədəd çay məhrəbası, əl məhrəbaları, can məhrəbaları, 12 ədəd boşqab, 12 ədəd boşqab, 12 ədəd boşqab, 12 ədəd boşqab, çay qaşıqları, araq stəkanları, qazan, 4 ədəd pərdə, lcamiz, 3 yorğan,2 ədəd döşək, 1 ədəd döşək, balınc, ədyal, tozsoran, saat, lampa, ətçəlcən, xəkəndaz və süpürgə, tefal ütü, yastığa aid hissədə qismən təmin edilməsi, qalan hissədə iddianın rədd edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.

35. Kassasiya şikayəti də apellyaisya şikayətinin dəlillərinə uyğun əsaslandırılıb. Şikayətdə qət edilən əmlaklarn qiymətinin yüksək hesablanmasına istinad edilib. b) Kassasiya şikayətinə qarşı tərəfin etirazın dəlilləri

36. Kassasiya şikayətinə cavabdehin yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

37. İşə ba xılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş tərəflər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Buna görə də məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 415.3-cü maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Mülki Məcəllə Maddə 157.2-ci maddəsinə əsasən isə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tə tbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 222.1. Məhkəmə əmlakın natura şəklində alınmasını qət etdikdə onun adını, alınmalı əmlak qətnamə icra olunan vaxt mövcud olmasa, cavabdehdən alınmalı əmlakın dəyərini...qətnamənin nəticə hissəsində göstərir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsn a olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilm əməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

37. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

38. Cavabdeh kassasiya şikayətində sadaladığı əmlaklar istisna olmaqla, apellyasiya məhkəməsinin qətnaməsinin qismən, yəni qalan əmlaklara dair iddianın təmin edilən hissəsində ləğv, həmin hissədə iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsini də Cavabdeh2 eyni hissədə mübahisələndirb, apellyasiya baxışının predmeti də yalnız Cavabdeh2 apellyasiya şikayəti üzrə həmin hissə olub. Buna görə də qətnamənin tam yoxlanıması dedikdə, apellyasiya baxışının predmeti olmuş hissə başa düşülür. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

39. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması v ə ya dəyişdirilməsi üçün əsas yoxdur.

40. Baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsi işin müəyyən edilmiş hallarına uyğun olaraq qanuni nəticəyə gəlmişdir.

41. Apellyasiya məhkəməsi kassasiya şikayətinin dəlilləri ilə eyni olan apellyasiya şikayətinin dəlillərinə tam qiymət vermiş, uşaq arabası və çarpayısı, eləcə də qızılların qiyməti hissəsində həmin dəlilləri qismən əsaslı sayaraq yuxarıda göstərilən qaydada apellyaisya şikayətini qisməın təmin etmişdir.

42. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin iddia tələbi və apellyasiya şikayəti ilə bağlı hazırki qərarın 28-33-cü bəndlərində əks olunan dəyərləndirməsini əsaslı, qanuni sayır və həmin dəyərləndirməyə istinadən əlavə şərhə zərurət görmür. Həmin bəndlərdə əks olunanlardan görünür ki, apellyasiya məhkəməsi iddia tələbi və a pellyasiya şikayəti ilə bağlı məsələləri (iddiaçının mülkiyyətçi kimi özünə məxsus əmlakları tələb etmə hüququ, həmin əmlakların mövcudluğu, dəyəri, cavabdehin birinci instansiya məhkəməsində verdiyi izahatla apellyasiya şikayətindəki dəlillər arasında ziddiyyətlər) tam aydınlaşdırmaqla onlara tətbiq edilməli olan maddi hüquq normaları əsasında hüquqi qiymət verib.

43. Apellyasiya məhkəməsi apellyasiya şikayətinin dəlilləri əsasında iddia tələbində göstərilən əmlaklar üzrə işin bütün hallarını işdəki sübutlar və şahid ifadələrinə əsasən müəyyən etmiş, bütün sübutları, o cümlədən şahidlərin ifadlərini MPM-in 88-ci maddəsinin tələblərinə uyğun qiymətləndirmişdir.

44. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə işin hallarına uyğun olmaqla maddi və prosessual hüquq normaları düzgün t ətbiq edilmişdir.

45. Bu baxımdan məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini əsassız sayır.

46. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

47. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh2 kassasiya şikayəti təmin edilməsin. Gəncə Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 04 sentyabr 2020 il tarixli 2(104)-674/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar