Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-4098/2021 14.06.2021 ALİ MƏHKƏMƏ Kassasiya şikayətinin icraata qəbul edilməsindən imtina haqqında QƏRARDAD Mən, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimi Vəliyeva Elşanə Rafiq qızı, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1595/2021 nömrəli, 11 fevral 2021-ci il tarixli qətnaməsindən Cavabdeh2 oğlu tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qızı X ünvan 1 ünvanında yerləşən 50 saylı mənzili qanunvericiliyin tələblərinə əməl etməklə 25.04.2018-ci il tarixli alqı-satqı müqaviləsi əsasında Cavabdeh1 satın aldığını, qızının mənzili 13 dekabr 2019-cu il tarixdə ona bağışladığını və a dına Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 17.12.2019-cu il tarixdə müvafiq çıxarış verildiyini, qızı mənzili alarkən, alqı-satqı müqaviləsinin 8-ci bəndində satıcının üçüncü şəxslərin hüquqlarından azad daşınmaz əmlak verməyi, 11-ci bəndində isə 25.05.2018-ci il tarixədək mənzili yardımçı vasitələri ilə birlikdə alıcının faktiki sahibliyinə və istifadəsinə verməyi öhdəsinə götürdüyünü, lakin onun bu öhdəliklərini yerinə yetirmədiyini və mənzildən çıxmadığını, bu halın isə mülkiyyətçi kimi özünün hüquqlarını pozduğunu bildirmiş, buna görə də Cavabdeh1 oğlunun ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 36,10 m2 olan 50 nömrəli mənzildən çıxarılması və özünün həmin mənzilə köçürülməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 22 sentyabr 2020-ci il tarixli 2(011)-2138/2020 saylı qətnaməsi ilə iddia təmin edilərək, Cavabdeh2 İddiaçı mülkiyyətində olan X mənzilindən çıxarılsın, İddiaçı Bakı şəhəri, Xətai rayonu, Afiyəddin Cəlilov küçəsi, 12 saylı evin 50 saylı mənzilə köçürülməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1595/2021 nömrəli 11.02.2021ci il tarixli qətnaməsi ilə Cavabdeh2 apelyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2138/2020 saylı iş üzrə 22 sentyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən Cavabdeh2 tərəfindən kassasiya şikayəti verilmişdir. İş materiallarından müəyyən olunur ki, kassasiya şikayətində apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməsi qeyd edilsə də, həmin pozuntuların nədən ibarət olması göstərilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 407.1.4. Kassasiya şikayətində şikayəti verən şəxsin tələbi, maddi və yaxud prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilməlidir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 408.1.5. kassasiya şikayətində maddi və prosessual hüquq normalarının pozulmasının, yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilməmişsə kassasiya şikayəti qaytarılır. Maddə 408.2-ci Bu Məc əllənin 408.1.1. və 408.1.3.- 408.1.5-ci maddələrində nəzərdə tutulmuş hallarda kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən, 408.1.2-ci maddəsində nəzərdə tutulmuş hallar mövcud olduqda kassasiya şikayəti kassasiya instansiyası məhkəməsi tərəfindən, 408.1.6-cı maddəsində nəzərdə tutulmuş hallar mövcud olduqda isə kassasiya şikayətinin qaytarılması barədə ərizənin daxil olduğu vaxt işin şikayətlə hansı instansiya məhkəməsində olmasından asılı olaraq apellyasiya və kassasiya instansiyası məhkəmələri tərəfindən qaytarılır. Maddə
409. Apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin bu Məcəllənin 407-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 407-ci maddəsinin tələblərinə cavab verən kassasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikd ə kassasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində kassasiya instansiyası məhkəməsinə göndərilir. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsinin üzərinə kassasiya şikayətinin bu Məcəllənin 407-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlamaq vəzifəsini qoymuşdur. Yalnız bundan sonra kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinə göndərilə bilər. Apellyasiya instansiyası məhkəməsi isə kassasiya şikayətin verilməsi qaydalarına riayət olunub-olunmamasını yoxlamadan, şikayəti kassasiya instansiya məhkəməsinə göndərmişdir. Hesab edirəm ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 408.1.5-ci maddəsinin tələbinə əsasən kassasiya şikayətinin icraata qəbulundan imtina edilməli, şikayət işlə birlikdə onun geri qaytarılması məsələsinin həlli üçün apellya siya instansiyası məhkəməsinə qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 408.1.5, 408.3-cü maddələrini rəhbər tutaraq QƏRA RA ALDİM: Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1595/2021 nömrəli, 11 fevral 2021-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti icraata qəbul edilməsin. Kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın.