Məhkəmə qərarları › İş №2(102)-4102/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-4102/2024

26.12.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4102/2024 26.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ İş № 2(102)-4102/2024 (Açar sözlər: əmlak tələbi, ər-arvad arasında əmlak bölgüsü) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “əmlak və əmlakın bölünməsi” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-1064/2024 nömrəli, 02 iyul 2024-cü il tarixli qətnaməsindən iddiaçı Səidə Həsənova (Vəkil Binyət oğlu) tərəfindən verilmiş kas sasiya şikayətinə 26 dekabr 2024-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. İddiaçı ilə Cavabdeh 12 mart 2013-cü il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. Tərəflərin nikahlarından xx.xx.2014-cü il təvəllüdlü Aidə və xx.xx.2016-cı il təvəllüdlü Tuncay adlı iki uşaqları doğulmuşdur.

2. Ağdam Rayon Məhkəməsinin 2(013)-645/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə, iddiaçı Cavabdeh ilə cavabdeh İddiaçı arasında bağlanmış nikahın pozulması, tərəflərin birgə nikahdan olan, yetkinlik yaşına çatmamış uşaqlarının cavabdeh İddiaçı yanında saxlanılması, uşaqların yetkinlik yaşına çatana kimi saxlanması üçün iddiaçı Cavabdeh, cavabdeh İddiaçı xeyrinə alimentin tutulması qət edilmişdir.

3. Azərbay can Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubunda qeyd olunmuşdur ki, “Mersedes Benz 240” markalı, **-OM-*** dövlət qeydiyyat nişanlı minik avtomobil alğı-satqı müqaviləsinə əsasən xx.xx.2016-cı ildən xx.xx.2017-ci ilə qədər Ağdam rayon Əfətli kənd sakini Cavabdeh mülkiyyətində olmuşdur. Uçot bazasının məlumatına əsasən Cavabdeh mülkiyyətində hal-hazıradək nəqliyyət vasitəsi qeydiyyatdan keçmir. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:

4. İddiaçı (bundan sonra iddiaçı) Cavabdeh (bundan sonra cavabdeh) qarşı iddia ərizəsi ilə Ağdam Rayon Məhkəməsinə müraciət edərək, ərizənin təsviri hissəsində göstərilən qızıl-zinət əşyalarının naturada və ya onların pul ilə dəyəri olan cəmi 12.020 manat pulun, həmçinin birgə nika h dövründə əldə edilmiş ümumi dəyəri 7.500 manat olan 6 baş mal-qaranın ona çatası, yəni 1/2 hissəsinin naturada və ya pulla dəyəri olan 3.750 manat pulun, qiyməti 10.000 manat olan “Mersedes Benz 240” markalı, **-OM-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin 1/2 hissəsi olan 5.000 manat məbləğində pulun və dövlət rüsumu qismində ödədiyi 153 manatın cavabdehdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddia tələbi işin yuxarıda qeyd edilən faktiki hallarına istinad edilməklə onunla əsaslandırılmışdır ki, cavabdehlə aralarında olmuş nikah Ağdam Rayon Məhkəməsinin 2(013)-645/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə pozulmuşdur. Evdən gedən zaman ona nikaha daxil olan zaman hədiyyə olunan (bir ədəd 800 manat dəyərində çəkisi 3,5 qram, 583 əyarlı b riliyant qaşlı nişan üzüyü, bir ədəd 880 manat dəyərində 8 qram, 750 əyarlı sırğa üzük dəsti, bir ədəd 1.600 manat dəyərində 20 qram, 583 əyarlı sep, bir ədəd 1.760 manat dəyərində çəkisi 22 qram, 583 əyarlı sep, bir ədəd 800 manat dəyərində çəkisi 10 qram, 585 əyarlı qolbağı, bir ədəd 200 manat dəyərində çəkisi 2,5 qram, 585 əyarlı üzük və bir ədəd dəyəri 80 manat çəkisi 1 qram, 583 əyarlı sırğadan ibarət cəmi 4.520 manat dəyərində) qızıl-zinət əşyaları və birgə nikah dövründə əldə etdikləri 6 baş mal-qara cavabdehdə qalmışdır. Bundan başqa birgə nikah dövründə qiyməti 10.000 manat olan “Mersedes Benz 240” markalı, **-OM-*** dövlət qeydiyyat nişanlı minik avtomobili əldə etmişlər. Cavabdeh könüllü olaraq ona məxsus və birgə nikah dövründə əldə etdikləri əşyaları ona verməkdən imtina edir. 6. 05.10.2023-cü il tarixli mütəxəssis rəylərinə əsasən, iddia ərizəsində göstərilən bir ədəd 800 manat dəyərində çəkisi 3,5 qram, 583 əyarlı brilyant qaşlı nişan üzüyü, bir ədəd 880 manat dəyərində 8 qram, 750 əyarlı sırğa üzük dəsti, bir ədəd 1.600 manat dəyərində 20 qram, 583 əyarlı sep, bir ədəd 1.760 manat dəyərində çəkisi 22 qram, 583 əyarlı sep, bir ədəd 800 manat dəyərində çəkisi 10 qram, 585 əyarlı qolbağı, bir ədəd 200 manat dəyərində çəkisi 2,5 qram, 585 əyarlı üzük və bir ədəd dəyəri 80 manat çəkisi 1 qram, 583 əyarlı sırğadan ibarət qızılların cəmi dəyəri 4.520 manat, 6 baş iri buynuzlu mal-qara (balalı inək) (1 baş iri buynuzlu mal-qara 1.500 manat) 7.500 manat təşkil etmişdir.

7. Ağdam Rayon Məhkəməsinin 16(013)-27/2023 nömrəli xx.xx.2023-cü il tarixli müvvəqəti təminat t ədbirinin görülməsinə dair qərardadının icrası ilə əlaqədar xx.xx.2023cü il tarixdə Ağdam rayon İcra və Probasiya Şöbəsinin İcra məmurları tərəfindən tərtib edildiyi Aqil Alışzadə, Nurəddin Qarayev, Cavabdeh, Nümayəndə və Elnur Fərhadov tərəfindən imzalanmış akta əsasən, cavabdehə məxsus evdə, iddiaçının iddia ərizəsində göstərdiyi bir ədəd 800 manat dəyərində çəkisi 3,5 qram, 583 əyarlı brilyant qaşlı nişan üzüyü, bir ədəd 880 manat dəyərində 8 qram, 750 əyarlı sırğa üzük dəsti, bir ədəd 1.600 manat dəyərində 20 qram, 583 əyarlı sep, bir ədəd 1.760 manat dəyərində çəkisi 22 qram, 583 əyarlı sep, bir ədəd 800 manat dəyərində çəkisi 10 qram, 585 əyarlı qolbağı, bir ədəd 200 manat dəyərində çəkisi 2,5 qram, 585 əyarlı üzük və bir ədəd dəyəri 80 manat çəkisi 1 qram, 583 əyarlı sırğadan ibarət qızıl-zinət əşyalarının olub-olmaması öyrənilmiş, cavabdeh iddiaçı evdən gedərkən həmin qızılları apardığını bildirmişdir. Cavabdehə məxsus evin tövləsinə baxış keçirilmiş, tövlədə cavabdehə məxsus heyvanlar (6 baş) aşkar edilməmişdir.

8. Məhkəmə iclasında cavabdeh iddia tələbinin əsassız olduğunu qeyd edərək, izahatında bildirmişdir ki, iddiaçı onun xalası oğlu ilə ona xəyanət etmiş və bunun üstü açılmasından qorxaraq o, evdə olmadığı zaman evdən çıxıb getmişdir. İddiaçı gedərkən bütün sənədlərini, evdə olan pulu və iddia tələbində göstərilən, ona məxsus qızıl-zinət əşyalarını özü ilə aparmışdır. İddiaçının ərizədə göstərdiyi mal-qara ümumiyyətlə olmayıb, “Mersedes Benz 240” markalı, **-OM-*** dövlət qeydiyyat nişanlı minik avtomobili isə ona məxsus deyil. Odur ki, iddianın rədd olunması nı xahiş edir.

9. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nümayəndə izahatında bildirmişdir ki, o, cavabdehin atasıdır. İddiaçı oğlunun xalası oğlu ilə oğluna xəyanət etmiş və bunun üstünün açılmasından qorxaraq evdən çıxıb getmişdir. İddiaçı evdən gedərkən bütün sənədlərini, evdə olan pulu və qızıl-zinət əşyalarını aparıb. Onların mal-qaraları yoxdur. “Mersedes Benz 240” markalı, **-OM-*** dövlət qeydiyyat nişanlı minik avtomobili isə onun özünə məxsusdur.

10. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 (cavabdehin anası), digər şahid X2 (cavabdehin qardaşı) şahid Nümayəndə ilə eyni məzmunlu izahat vermişdir.

11. Ağdam Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) 2(013)-84/2024 nömrəli, 29 yanvar 2024-cü il tarixli qətnaməsi ilə (hakim Rafiq Məmmədov) iddia tələ bi təmin edilməmişdir.

12. Birinci instansiya məhkəməsi iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlmişdir ki, iddianın qanuni əsası olmadığına görə həmin iddia təmin edilməməlidir.

13. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Ailə Məcəlləsinin 157.2 və 225.2-ci, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1, 34.1 və 35-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4-cü maddələrinə istinad edərək əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat:

14. Qətnamədən iddiaçının nümayəndəsi və vəkili Vəkil Binyət oğlu apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

15. Apellyasi ya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, məhkəmə şahid qismində iş üzrə maraqlı olan tərəflərin izahatını alaraq şahid ifadələri olaraq qətnaməyə salmaqla, işin ədalətli və obyektiv həlli üçün tələb edilən qərəzsizlik və bitərəflilik prinsipini pozmuşdur. Bundan başqa, cavabdehin maraq və mənafeyi xüsusatında izahat vermiş, onun yaxın qohumları öz fikirlərini təsdiq edə biləcək heç bir mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə öz qətnaməsində cavabdehin onun qızıl-zinət əşyalarını özü ilə aparmağına dair sübut təqdim edə bilməməsi məsələsinə hüquqi qiymət verməmiş və bununla da cavabdehin şəxsi mülahizələrinə əsaslanan şəkild ə qızıl-zinət əşyalırının alınıb ona verilməsi tələbində iddianı rədd etmişdir. Həmçinin, məhkmədə cavabdehin xeyrinə izahat verən şahidlərdən Zaur İbrahimov ifadəsində göstərmişdir ki, iddiaçı onun xalası oğlu ilə oğluna xəyanət etmiş və bunun üstü açılmasından qorxaraq heç kimə dəmədən evdən çıxıb getmişdir. Yəni, şahidin dediyinə görə iddiaçı evi münaqişəli halda tərk etmişdir. Belə olan halda cavabdehin iddiaçıya qızıl-zinət əşyalarını aparmağa icazə verməsi ağlabatan deyil və buna dair də cavabdehin məhkəməyə təqdim etdiyi heç bir sübut növü olmamışdır. Bu kimi mübahisələrdə evin tərk edildiyi şərait sübut əhəmiyyətinə malikdir. İddiaçı evi mübahisəli şəraitdə tərk etmiş, evi tərk edəcəyini qabaqcadan planlaşdırmamışdır. Bununla bağlı məhkəmə öz qətnaməsində qeyd etmişdir. Bundan ba şqa, cavabdeh tərəf məhkəməyə, iddiaçının cavabdehin evindən ayrıldıqdan sonra hansısa mərasimdə, şənlikdə ya tədbirdə çəkdirdiyi, onda qaldığını iddia etdiyi qızıl-zinət əşyaları üzərində olmasını göstərən, fotoşəkil və ya video görüntü təqdim edə bilməmişdir. Cavabdehin iddiaçının xeyrinə ifadə verən şahidlərin ifadələri də məhkəmə tərəfindən iddiaçının əleyhinə sübut olaraq qəbul edilmişdir ki, bu da obeyktiv və ədalətli qərar qəbuluna maneə olan bir faktdır. Bundan başqa, məhkəmə mal-qaraya dair tələb hissəsində də düzgün nəticəyə gəlməyərək, yalnız icra məmurunun verdiyi sənəd üzrə cavabdehlə birgə nikah dövründə əldə edilmiş hansısa mal qaranın olmadığını özü üçün qəti qənaət hesab etmişdir. Ancaq, məlumdur ki, icra məmuru həyətə baxışa gedərkən həmin mal-qaranı cavabdeh başqa yerə k öçürdə bilərdi.

16. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, izahatında göstərmişdir ki, iddiaçı ona böhtan atır. İddiaçı ona xalası oğlu ilə xəyanət etmişdir. İddiaçı o, evdə olmayanda iddia ərizəsində tələb etdiyi qızılları, pulu və sənədləri götürərək evdən çıxıb getmişdir. Nikahları xx.xx.2023-cü ildə pozulmuşdur. Onların mal-qarası və avtomobili ümumiyyətlə olmamışdır. Mersedes markalı avtomaşın isə ona məxsus olmamışdır. Ona görə də apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

17. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiya məhkəməsi) 2(104)-1064/2024 nömrəli, 02 iyul 2024-cü i l tarixli qətnaməsi ilə (hakimlər Fikrət Mehtiyev-məruzəçi, Rəhman Muradov və Mustafa Mustafayev) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

18. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, mübahisəli avtomobil tərəflər nikaha daxil olmamışdan qabaq, cavabdehin mülkiyyətində olan əmlakın satılmasındən əldə edilmiş vəsait hesabına alınmışdır. Halbuki, həmin xüsusatları iddiaçının özü də verdiyi izahatda təsdiq etmişdir. Lakin, cavabdeh pul vəsaiti kifayət etmədiyi üçün qardaşından borca pulun alındığını və onun əsasında isə mübahisəli əmlakın alınmasını qeyd etmişdir. Ancaq, iddiaçı göstərdiyi dəlillər barəsində hər-hansı sübutlarını məhkəmələrə təqdim etməmişdir.

19. Məhkəmə kollegiyası iddianın qızıl-zinət hissəsi ilə bağlı qiymət verərək bildirmişdir ki, iddia həmin hissədə əsassız olmuşdur. Belə ki, iddiaçı tələb etdiyi qızıl-zinət əşyalarının cavabdehdə qalmasını sübuta yetirə bilməmişdir. Tələb olunan qızılların mövcudluğu sübut edilmiş və cavabdeh də bunu inkar etməmişdir. Lakin nəzərə alınmalıdır ki, əmlak tələbi üzrə mübahisə yaranan zaman əmlakların mövcudluğu sübut olunmaqla yanaşı onun tərəflərdən hansında qalması da, müəyyən edilərək sübut edilməlidir.

20. Məhkəmə kollegiyası qeyd olunan qızılların cavabdehdə qalması barədə iddiaçının dəlillərini inandırıcı saymayaraq onun izahatını yetərli sübut kimi qəbul etməmişdir. Çünki, bu növ iddialar üzrə sübutetmədə əsas diqqətin cəmləndiyi məqam, iddiaçını evdən çıxıb getməyə məcbur edən şərait və bu şəraitdə onun qızılları özü ilə aparmaq imkan ına malik olub-olması olmuşdur. Hazırkı işdə qızıl əşyalarının cavabdeh tərəfindən nəzarət olunması, onlardan istifadə etməkdə iddiaçı üçün cavabdeh tərəfindən hər hansı maneə törətməsi, evdən şiddət və ya mübahisə əsnasında çıxması birmənalı olaraq müəyyən olunmamışdır. Lakin iddiaçı israrlı olaraq bildirmişdir ki, həmin qızıllar cavabdeh tərəfindən götürülmüş və ona geri qaytarılmamışdır. İddiaçı tərəfin bu dedikləri yalnız formal mülahizələrə söykənərək hər hansı sübutla təsdiq edilməmişdir. Halbuki, həmin halları sübut etmə öhdəliyi cavabdehin üzərinə düşür.

21. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman tərəflərin hüquq bərabərliyi və çəkişmə prinsipinə əməl olunmuş, tərəflərin hər birinin öz mənafelərini müdafiə etməsi ü çün prosessual vasitələrdən real istifadə etmə imkanı yaradılmış, prosesin bütün mərhələlərində tərəflərin iştirakı təmin edilmiş və qətnamə tərəfləri qanunla müəyyən edilmiş qaydada dəvət etməklə, tərəflərin təqdim etdikləri dəlillərlə əsaslandırılmışdır.

22. Apellyasiya instansiya məhkəməsi öz mövqeyini Mülki Məcəllənin 152.1, 157.2, 225.2, 666.1-ci, Ailə Məcəlləsinin 31.1, 31.2, 32.1, 32.2.2, 33.1, 33.4, 34.1, 34.2, 35-ci maddələrinə, “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və 36-cı maddələri baxımından həmin Məcəllənin 37.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2021-ci il tarixli Qərarına,. “Ərarvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublika sı Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli, 1/2024 nömrəli Qərarına və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 217.3, 218.1, 372, 384.0.1, 385.2, 402.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:

23. Qətnamədən iddiaçı (Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.

24. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırmaqla əlavə olaraq qeyd edilmişdir ki, iddiaçı tərəfimdən təqdim olunmuş toy fotoşəkillərinə tələb etdiyi qızıl-zinət əşyalarının ona hədiyə edilmsəini göstərən faktiki halların mövcud olduğunu görsə də, lakin məhkəmə Mülki Mə cəllə 666.1-ci maddəsinin tələbini pozaraq yenə də qızılların təmin olunmasını rədd etmişdir. Bu faktın özü onu deməyə əsas verir ki, məhkəmə iş üzrə faktiki halların qiymətləndirlməsində və sübutların məcmusuna ədalətli və obyektiv qiymət verilməsində ciddi pozuntuya yol vermiş və obyektiv faktları nəzərdən qaçırtmaqla işin ədalətli həllini tapmasına nail olmamışdır. Apellysiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin diqqətə almadığı faktlar üzrə obyektiv qiymətləndrimə edə bilməmişdir.

25. Məhkəmə şahid qismində iş üzrə maraqlı olan tərəflərin izahatını alaraq şahid ifadələri olaraq qətnaməyə salmaqla, işin ədalətli və obyektiv həlli üçün tələb edilən qərəzsizlik və bitərəflilik prinsipini pozmuşdur. Bundan başqa, cavabdehin maraq və mənafeyi xüsusunda izahat vermiş, onun ya xın qohumları öz fikirlərini təsdiq edə biləcək heç bir mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişlər. Bundan başqa, iddiaçı apellyasiya instansiya məhkəməsində davamlı olaraq bəyan etmişdir ki, əvvəldən ona məxsus qızıl-zinət əşyaları qaynanasında olubdur və onun ixtiyarı olamyıbdır ki, öz qızılzinət əşyaları barədə sərbəst şəkildə istədiyi zaman istifadə edə bilsin. Həmçinin baxmayaraq ki, apellyasiya məhkəməsi Ailə Məcəlləsinin tələbinə uyğun olaraq iddiaçının nəqliyyat vasitəsi ilə bağlı tələbinə də ədalətli qiymət verməmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi.

26. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan h üququdur.

27. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

28. Maddə 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir.

29. Maddə 225.2. Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin ni kah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir.

30. Maddə 225.4. Ər-arvaddan hər birinin əmlakı o halda onların birgə mülkiyyəti sayıla bilər ki, nikah dövründə ərlə arvadın ümumi əmlakı və ya ərin (arvadın) şəxsi əmlakı hesabına həmin əmlakın dəyərini əhəmiyyətli dərəcədə artıran vəsait qoyulduğu (əsaslı təmir, yenidənqurma, yeni avadanlıqla təchizetmə və i.a.) müəyyənləşdirilsin. Əgər nikah kontraktında və ya ərlə arvadın razılaşmasında ayrı qayda nəzərdə tutulubsa, bu qayda tətbiq edilmir. Azərbaycan Respublikası Ailə Məcəlləsi.

31. Maddə 31.1. Ər-arvadın birgə mülkiyyətinin rejimi onların əmlakının qanuni rejimi hesab olunur.

32. Maddə 31.2. Nikah müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, ər arvadın əmlakının qanuni rejimi fəaliyyət göstərir. 3

3. Maddə 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır.

34. Maddə 32.2.2. Ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və ya sair kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak ər-arvadın ümumi birgə mülkiyyətinə daxildir.

35. Maddə 33.1. Ər-arvadın ümumi əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir.

36. Maddə 33.4. Ər-arvaddan birinin daşınmaz əmlak üzərində sərəncam vermək barədə notariat qaydas ında təsdiq edilən və (və ya) qeydiyyata alınan əqdlər bağlaması üçün digər tərəfin notariat qaydasında təsdiq edilmiş razılığı lazımdır. Ərin (arvadın) bu barədə notariat qaydasında təsdiq olunmuş razılığı olmadıqda, bu əqd Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş müddətdə mübahisələndirilə bilər.

37. Maddə 34.1. Nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır).

38. Maddə 34.2. Zinət əşyaları istisna olmaqla, fərdi istifadə şeyləri (geyim,ayaqqabı və s.) nikah zamanı ər-arvadın ümumi vəsaiti hesabına əldə edilsə də, ər-arvadın kimin istifadəsində olubsa, ona məxsusdur.

39. Ma ddə

35. Nikahda olduqları dövrdə ər-arvadın ümumi əmlakı və ya hər birinin əmlakı, yaxud da ər-arvadın hansınınsa əməyi hesabına ər-arvadın hər birinin əmlakının dəyərini xeyli artıran vəsaitin qoyulması (əsaslı təmir, yenidən quraşdırma, avadanlığı dəyişdirmə və s.) müəyyən edilərsə, həmin əmlak onların birgə mülkiyyəti sayıla bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

40. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

41. Maddə 76.1. tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 4

2. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

43. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

44. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

45. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

46. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki ha lların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

47. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

48. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

49. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

50. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri:

51. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətlə ndirilməməlidir.

52. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən tam mübahisələndirildiyindən hazırkı kassasiya baxışının hədlərini apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:

53. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

54. Belə ki, məhkəmə kollegiyasının qənaətinə görə işə mahiyyəti üzrə baxan apellyasiya instansiyası məhkəməsi işlə bağlı sübutetmə yükünü düzgün bölüşdürmüş, səlahiyyətləri çərçivəsində təqdim olunmuş sübutlara hüquqi qiymət vermiş, iddiaçının kassasiya şikayətinin dəlilləri ilə eyni olan apellyasiya şikayətinin dəlillərinə tam qiymət vermişdir.

55. İddia tələbi əmlakın qanunsuz sahiblikdən geri istənilməsi barədə olmaqla, iddianın hüquqi əsasını Mülki Məcəllənin 157.2-ci maddəsi təşkil edir. İddia tələbinin maddi-hüquqi əsasını təşkil edən həmin normanın dispozisiya şərtlərinə görə əmlakın tələb olunması üçün üç şərtin mövcudluğu tələb olunur: iddiaçı qaytarılması tələb olunan əşyanın mülkiyyətçisi olmalıdır; əşya faktiki olaraq özgəsinin sahibliyində olmalıdır; özgəsinin əşyaya sahibliyinin hüquqi əsası olmamalıdır. Bu şərtlərdən hər han sı birinin sübuta yetirilməməsi iddianın rədd olunmasına əsasdır. Ona görə də Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgənin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, ilk növbədə qaytarılması tələb olunan əşyanın mülkiyyətçisi olduğunu, bundan sonra əşyanın faktiki olaraq özgəsinin sahibliyində olduğunu və nəhayət özgəsinin əşyaya sahibliyinin hüquqi əsasının olmadığını sübut etməlidir.

56. Apellyasiya instansiya məhkəməsinin müəyyən etdiyi işin hallarından isə görünür ki, iddiaçı istinad etdiyi halları, yəni mübahisələndirdiyi əşyalarının, o cümlədən ona məxsus olduğunu iddia etdiyi qızıl-zinət əşyalarının, birgə nikah dövründə əldə etdikləri mal-qara və avtomobilin cavabdehin qanunsuz sahibliyində olmasını sübut edə bilməmiş, bununla bağlı məhkəməyə heç bir mötə bər sübut təqdim etməmişdir.

57. Halbuki Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə işin hallarına uyğun olmaqla maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmişdir.

58. Məhkəmə kollegiyası da öz növbəsində qeyd edir ki, iddia tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır. Məhkəmə qətnaməsinin əsaslılığı və qanuniliyi baxımından bu institut xüsusi əhəmiyyət kəsb edir. Mülki mühakimə icraatında da sübutetmə yükü bir qayda olaraq, inkar edənin deyil, iddia edənin üzərinə düşür. Odur ki, iddiaçının sübutetmə yükünü cavabdehin və şahidlərin üzərinə qoymağa cəhd etməsi barədə kassasiya şikayətinin dəlilləri əsassı zdır.

59. Həmçinin kassasiya şikayətində, iddiaçının əvvəldən ona məxsus qızıl-zinət əşyalarının qaynanasında olmasını, onun öz qızıl-zinət əşyaları barədə sərbəst şəkildə istədiyi zaman istifadə edə bilməməsini apellyasiya məhkəməsində bəyan etməsi qeyd olunsa da, iddia tələbi yalnız iddiaçının keçmiş ərinə qarşı yönəlmiş, iddiaçının qaynanasına qarşı iddia tələbi olmamışdır. Odur ki, kassasiya şikayətinin həmin dəlili də əsassızdır.

60. İş materiallarından da görünür ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi işin hallarını bu əsaslar üzrə ətraflı araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.

61. Məhkəmə kollegiyası diqqətə çatdırı r ki, kassasiya şikayətində qeyd edilən dəlillər əsas etibarilə işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına, qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması barədə dəlillərdir ki, kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Kassasiya icraatı müstəsna olaraq hüquqi məsələlərə baxmaqla məhdudlaşır.

62. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası həmçinin qeyd edir ki, kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəl illərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.

63. İzah olunmalıdır ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübu tetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.

64. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. 65. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərin ə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

66. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.

67. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

68. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu m addələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-1064/2024 nömrəli, 02 iyul 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar