Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4103/2024 20.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh4 qarşı “mülkiyyət hüququna dair Dövlət reyestr xidmətində aparılmış qeydin, müvafiq çıxarışın ləğv edilməsi və alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: iş üzrə icraata xitam verilməsi; işə mülki icraat qaydasında baxılmasının yolverilməzliyi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 01 oktyabr 2024-cü il tarixli, 2(104)2028/2024 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:
1. Şəmkir rayonu Aqrar İslaha Komissiyasının 29 yanvar 1998-ci il tarixli, 47 saylı qərarı ilə Şəmkir rayonu, Qapanlı kəndi ərazisində 2,52 ha torpaq sahəsi Cavabdeh2, X1, X2, X3 mülkiyyətinə verilmişdir.
2. Şəmkir şəhəri 1 saylı notariat kontorunda imzalanmış 21 aprel 2006-cü il tarixli müqavilə ilə Cavabdeh2, X4, X5, X6 mülkiyyətlərində olan həmin torpaq sahəsini İddiaçı satmışlar.
3. Şəmkir rayonu, Qapanlı kəndində 2,52 ha kənd təsərrüfatlı torpaq sahəsi üzərində Cavabdeh2, Cavabdeh3, Cavabdeh1, Ca vabdeh4 ümumi birgə mülkiyyət hüquqları 14 aprel 2023cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehlər Cəfərova (Əhmədova) Solmaz Qədim qızına, Cəfərova (Quliyeva) Təzəgül Yaşar qızına, Cəfərov (Qafarov) Rəşad Yaşar oğluna və Cəfərov (Qafarov) Elşad Yaşar oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin JN-139 (KOD ********) nömrəli Dövlət Aktı ilə paylı mülkiyyətində olmuş 2,52 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair Daşınmaz Əmlakın Dövlət Reyestrində aparılmış ********** nömrəli qeydin və müvafiq çıxarışın ləğv edilməsi, həmin torpaq sahəsinə dair cavabdehlərlə onun arasında olan alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməs i barədə qətnamə qəbul edilməsi xahiş etmişdir.
5. İddia onunla əsaslandırılmışdır ki, 2004-cü ildən torpaq sahəsi mübahisəsiz olaraq iddiaçının istifadəsində olmuşdur. Cavabdehlər 2024-cü ilin mart ayında ona satdıqları torpaq sahəsində şumlama işi aparmağa cəhd edərkən bəlli olmuşdur ki, torpaq sahəsinə dair öz adlarına mülkiyyət hüququna dair çıxarış almışlar. Məsələni araşdırmaq məqsədilə Dövlət Notariat Arxivinə müraciət edərək, cavabdehlərlə bağlanmış 21 aprel 2006-cı il tarixli alqı-satqı müqaviləsinin ləğv edilməsi və ya dəyişdirilməsi ilə bağlı hərəkətlərin olub-olmaması barədə məlumat verilməsini xahiş etmişdir. Dövlət Notariat Arxivinin 01 aprel 2024-cü il tarixli məktubu ilə məlumat verilmişdir ki, Şəmkir rayon 1 saylı Notariat Kontorunda cavabdehlərlə bağlanmış 21 aprel 2006- cı il tarixli alqı-satqı müqaviləsi reyestrdə qeydiyyatda yoxdur. Həmin tarix və nömrə altında alqı-satqı müqaviləsi başqa şəxslərə aid olmuşdur. Şəmkir rayon Dövlət Notariat Konturunun mərhum notariusu tərəfindən səhlənkarlıq və ya saxtakarlıq edilərək, alqı-satqı müqaviləsi reyestrə daxil edilməmişdir. Cavabdehlərlə bağlanmış alqı-satqı müqaviləsi dövlət reyestrində notariusun səhvi və ya səhlənkarlığı nəticəsində qeydiyyata alınmasa da, tərəflərin iradə ifadəsi olaraq cavabdehlərlə faktiki alqı-satqı müqaviləsi bağlanmış, alıcı olaraq iddiaçı torpaq sahəsinin pulunu cavabdehlərə vermiş, cavabdehlər isə mülkiyyətlərində olan kənd təsərrüfatı təyinatlı mübahisəli torpaq sahəsini onun istifadəsinə vermişlər.
6. Şəmkir Rayon Məhkəməsinin 07 avqust 2024-cü il tarixli, 2(076)-1771/2024 nömrəl i qərardadı ilə (hakim H.Məhəmmədi) İddiaçı cavabdehlər Cəfərova (Əhmədova) Solmaz Qədim qızına, Cəfərova (Quliyeva) Təzəgül Yaşar qızına, Cəfərov (Qafarov) Rəşad Yaşar oğluna və Cəfərov (Qafarov) Elşad Yaşar oğluna qarşı “mülkiyyət hüququna dair Dövlət Reyestr xidmətində aparılmış qeydin, müvafiq çıxarışın ləğv edilməsi və alqısatqı müqaviləsinin bağlanmış hesab edilməsi” tələbinə dair mülki iş üzrə icraata xitam verilmişdir.
7. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, İddiaçı Daşınmaz Əmlakın Dövlət Reyestrində aparılmış ********** nömrəli qeydin və müvafiq çıxarışın ləğv edilməsinə dair iddia ərizəsi verməklə inzibati aktın mübahisələndirilməsi haqqında iddia qaldırmışdır. Belə ki, 14 aprel 2023-cü il tarixli, ********** qeydiyyat nömrəli Hüquqların Dövl ət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış JN136 (kod ********) saylı, 07 avqust 1998-ci il tarixli Torpağa Mülkiyyət hüququna dair Dövlət Aktı əsasında verilmişdir.
8. Məhkəmə iddia tələbinin torpaq sahəsinə dair bağlanmış 21 aprel 2006-cı il tarixli, 4Ə-261 reyestr nömrəli alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi hissəsi ilə bağlı qeyd etmişdir ki, qeyd olunan alqı-satqı müqaviləsi mövcud olduğundan və mübahisələndirilmədiyindən həmin tələbə məhkəmədə baxılmalı deyildir.
9. Məhkəmə həmçinin qeyd etmişdir ki, iddiaçı ilk növbədə 14 aprel 2023-cü il tarixli, ********** qeydiyyat nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın ləğv edilməsi tələbi ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 11 saylı Şəmkir Ərazi İdarəsinə, həmin orqan imtina etdikdən isə aidiyyəti üzrə İnzibati Məhkəməyə müraciət etməlidir.
10. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 261.0.1 və 262.4-cü maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
11. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etmişdir.
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iddia tələbinin torpaq sahəsinə dair bağlanmış 21 aprel 2006-cı il tarixli, 4Ə-261 reyestr nömrəli alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi hissəsində iş üzrə icraata xitam verməkdə haqlı olmam ışdır. Belə ki, hansısa səbəbdən alqı-satqı müqaviləsinin notariusun reyestr kitabında qeydiyyatı mövcud deyildirsə, faktiki olaraq bağlanmış alqı-satqı müqaviləsi qeydiyyata alınmadığı üçün, qaydalara əsasən hüquqi əhəmiyyətli sənəd hesab edilə bilməz. Notariat orqanında aparılmış əməliyyatla əlaqədar notariat işi olmalıdır, notariat əməliyyatı aparan notarius da reyestr kitabında müvafiq qeydiyyat aparmalı, notariat işinin qovluğu yaradılmalıdır. Alqı-satqı müqaviləsinin mövcudluğu mübahisə üzrə alqı-satqı predmeti olan torpaq sahəsinə münasibətdə tərəflərin faktiki mövcud olmuş hərəkətləri, yəni alqı-satqı üçün tərəflərin iradə ifadəsinin mövcudluğunun göstəricisi olaraq sübut hesab edilməlidir. Ancaq hüquqi baxımdan alqı-satqı müqaviləsi qüvvəsinin olması kimi qəbul edilməsi mümkün hes ab edilə bilməz. Daşınmaz əmlak üzərində mülkiyyət hüququ bu hüquq yalnız dövlət reyestrində qeydə alındığı halda qanunla tanınır və qorunur. Təqdim edilmiş alqı-satqı müqaviləsinin notariusun reyestr kitabında qeydiyyatının olmaması bu müqavilənin hüquqi qüvvəsini şübhə altına almış olur. Bu müqavilənin mövcudluğu yalnız tərəflərin belə bir alqı-satqı müqaviləsini imzalamaqla iradə ifadəsi olaraq, alıcı aldığı torpaq sahəsinin pulunu verməsini, satıcı isə torpaq sahəsini (artıq 20 ildir mübahisəsiz olaraq torpaq sahəsi onun sahibliyindədir) alıcının mülkiyyətinə verməsinin faktiki olaraq icra etməsini müəyyən edir.
13. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 01 oktyabr 2024-cü il tarixli, 2(104)-2028/2024 nömrəli qərardadı ilə (hakim İ.Həsənovun sədrliyi və məruzəsi ilə, hakim lər L.Süleymanov, R.Muradov) iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Şəmkir Rayon Məhkəməsinin 07 avqust 2024-cü il tarixli, 2(076)-1771/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır.
14. Apellyasiya kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, iddiaçının ləğv edilməsini xahiş etdiyi çıxarışın verilməsinə əsas olan sənəd Şəmkir rayon Aqrar İslahat Komissiyasının JN-136 (kod ********) saylı xx.xx.1998-ci il tarixli Torpağa Mülkiyyət hüququna dair Dövlət Aktı olmuşdur. Göründüyü kimi, iddiaçının ləğv olunmasını tələb etdiyi daşınmaz əmlaka dair hüquqi sənədlərin verilməsinin kökündə inzibati akt dayandığından hazırkı tələbə mülki məhkəmə icraatında baxılması yolverilməzdir.
15. Məhkəmə kollegiyası həmçinin qeyd e tmişdir ki, iddiaçı mübahisəli torpaq sahəsinə dair cavabdehlərlə onun arasında olan alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsini xahiş etsə də, lakin tərəflər arasındakı müqavilə (əqd) onun iştirakçıları tərəfindən imzalanmış və notariat ofisinin möhürü ilə müvafiq qaydada təsdiq edilmişdir. Bu halda, alqı-satqı müqaviləsinin bağlanmış hesab olunması tələbinə məhkəmədə baxılması istisna təşkil etmişdir.
16. Apellyasiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 26, 60, 71-ci, Mülki Prosessual Məcəllənin 1.2, 4.1, 5.1, 261.0.1, 398.0.1-ci maddələri ilə, “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” 10 aprel 2015-ci il tarixli Qərarı ilə əsaslandırılmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:
17. İddi açı kassasiya şikayəti verərək, Gəncə Apellyasiya Mülki kollegiyasının 01 oktyabr 2024-cü il tarixli, 2(104)-2028/2024 nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir.
18. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci, Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddələrinin tələbləri pozulmuşdur.
19. Belə ki, məhkəmə hesab etmişdir ki, çıxarışın ləğv edilməsi hissəsində iddia tələbi inzibati məhkəməyə aiddir. Lakin, çıxarışın ləğvi üçün əsaslar inzibati orqanın hərəkət və hərəkətsizliyi nəticəsində deyil, məhz mülki münasibətlər, müqavilə öhdəlikləri baxımından yaranmışdır. Həmçinin qərardadda iddiaçının şikayətinin əsassız sayılmasına dair hüquqi əsaslandırma yalnız çıxarışın ləğv edilməsi hissəsində mövcuddur. Alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsinə münasibətdə hüquqi əsaslandırma mövcud deyildir.
20. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.
21. Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. Kassasiya baxışının hədləri:
22. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materi allarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.
23. İddiaçı apellyasiya instansiyası məhkəməsinin qərardadını bütövlüklə mübahisələndirdiyindən, hazırkı kassasiya baxışının predmetini həmin məhkəmə tərəfindən mübahisələndirilən qərardad qəbul edilərkən prosessual hüquq normalarının düzgün tətbiqinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:
24. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 141.1-ci maddəsinə əsasən əgər daşınmaz əmlakın dövlət reyestrinin məzm unu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs daşınmaz əmlakın dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər. 149.2-ci maddəsinə əsasən əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. 394-cü maddəsinə əsasən bir tərəfin daşınmaz əşyaya mülkiyyəti və ya digər əşya hüquqlarını digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir.
25. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəm əsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
26. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə icraata xitam verilməklə, prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur.
27. Belə ki, iddia iki tələbdən ibarətdir:
1. Mübahisəli torpaq sahəsinə dair cavabdehlərin adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydin və çıxarışın ləğv edilməsi;
2. Tərəflər arasınd a bağlanmış 21 aprel 2006-cü il tarixli alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi.
28. Birinci tələblə bağlı kassasiya kollegiyası apellyasiya məhkəməsinin gətirdiyi əsaslandırma ilə razılaşaraq qeyd edir ki, daşınmaz əmlakın dövlət reyestrindəki qeyd hər hansı bir mülki hüquqi əqdə əsasən deyil, cavabdehlərin adlarına verilmiş JN-139 (KOD ********) nömrəli Dövlət Aktına əsasən aparılmışdır. Yəni cavabdehlərin adlarına olan qeydiyyat inzibati orqan olan daşınmaz əmlakın dövlət reyestrinin ümumi (publik) hüquqdan irəli gələn səlahiyyətlərinin icrası çərçivəsində həyata keçirilən faktiki xarakterli fəaliyyətin nəticəsi hesab olunmalı və mübahisə inzibati icraat (o cümlədən inzibati məhkəmə icraatı) qaydasında həll edilməlidir. 29. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələ n mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015-ci il 10 aprel tarixli, 4 saylı Qərarının 17-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestri ndə qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər. Konkret mübahisənin hallarından asılı olaraq bəzən inzibati aktın və mülki- hüquqi əqdin hər ikisi reyestrdəki qeydiyyatın aparılması üçün birgə hüquqi əsas təşkil edirlər. Bu kimi hallarda iddiaçının hüquqi marağı və iddia tələblərinin hüquqi təbiəti nəzərə alınmaqla inzibati aktın mübahisələndirilməsinə inzibati məhkəmə icraatı qaydasında, mülki-hüquqi əqdin mübahisələndirilməsinə isə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat hər hansı mülki-hüquqi əqdə və ya inzibati akta əsaslanmadan aparılmışdırsa, bu hal, inzibati orqanın ümu mi (publik) hüquqdan irəli gələn səlahiyyətlərinin icrası çərçivəsində həyata keçirilən faktiki xarakterli fəaliyyətin nəticəsidir. Bu qaydada aparılmış qeydiyyatın mübahisələndirilməsi zamanı inzibati orqanın publik hüquqdan irəli gələn vəzifə və səlahiyyətlərinin qanuni və əsaslı olaraq həyata keçirilib-keçirilmədiyinə qiymət verilməli olduğu üçün həmin mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat mülki-hüquqi əqdə və yaxud inzibati akta əsaslansa da, iddiaçı həmin hüquq müəyyənedici sənədləri deyil, onlardan irəli gələn qeydiyyatın özünün inzibati orqan tərəfindən düzgün aparılmadığını mübahisələndirdiyi hallarda da işə inzibati məhkəmələrdə baxılmalıdır.
30. İkinci tələb üzrə məhkəmə kollegiyası həmçinin məhkəmən in gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, tərəflər arasında imzalanmaqla Mülki Məcəllənin 394-cü maddəsinə əsasən notariat qaydasında təsdiqlənmiş müqavilə iş materiallarında mövcuddur. Həmin müqavilənin etibarlılığı (o cümlədən cavabdehlərin müqaviləni imzalamamaları, müqavilənin onların iradələrinə uyğun olmamaları və s.) hazırkı mübahisənin predmetini təşkil etmir.
31. Həmçinin, notariat qaydasında təsdiq olunan müqavilənin notariat orqanının müvafiq qeydiyyat kitablarında qeydiyyatının aparılmaması hələ müqavilənin mövcudluğunu istisna etmir. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının Mülki Məcəllənin 141.1 və 149.2-cu maddələrinə uyğun müvafiq tələblərin irəli sürülməsi istisna olunmur.
32. Ali Məhkəməsi Plenumunun 2015-ci il 10 aprel tarixli Qərarının 15.4-c ü bəndinə əsasən... inzibati və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi MPM-də nəzərdə tutulmamışdır. Bu səbəblə nəzərə alınmalıdır ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi və ya kommersiya məhkəməsinə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi və ya kommersiya məhkəməsində baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən məhkəmənin ümumi və ya kommersiya məhkəməsinin icraatına qəbul edilmişdirsə, MPM-in 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır.
33. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, hazırkı tələblərə mülki mühakimə icraatında baxılmasının mümkünsüz olmasına dair apellyasiya instansiyası məhkəməsinin mövqeyi qanuni olmuşdur. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.
34. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 01 oktyabr 2024-cü il tarixli, 2(104)-2028/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qər