Məhkəmə qərarları › İş №2(102)-4105/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-4105/2022

10.10.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4105/2022 10.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Ziyadinovanın Cavabdeh və X8 qarşı iş üzrə QƏRARİ Açar sözlər: əmlakın qanunsuz sahiblikdən geri tələb edilməsi, əldən çıxmış fayda Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlər, Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu, Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı Ziyadinovanın cavabdehlər Cavabdeh və X8 qarşı köşkün boşaldılması tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1487/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsindən Cavabdeh və maraqlarına toxunan şəxs X11 tərəfindən ayrı-ayrılıqda veril miş kassasiya şikayətlərinə 10 oktyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi İşin halları

1. Bakı şəhəri Əzizbəyov (indiki Xəzər) rayon İcra Hakimiyyətinin başçısının xx.xx.1997-ci il tarixli, 664 nömrəli sərəncamı ilə Mərdəkan qəsəbəsi mərkəzi avtobus dayanacağında şəhid ailəsi İddiaçı Ziyəddin qızına alqı-satqı köşkü üçün 3mx5m ölçüdə mağaza tikintisnə icazə verilmişdir. 2. xx.xx.2007-ci il tarixli etibarnaməyə əsasən İddiaçı Cavabdeh yuxarıda göstərilən sərəncama əsasən ayrılmış Mərdəkan qəsəbəsindəki mərkəzi avtobus dayanacağında yerləşən alqı-satqı köşkünə dair Vergi orqanları ilə sənədləşmə işlərini aparmağı, kod, VÖEN, kassa aparatı almağı, ona çatası kommunal xərcləri ödəməyi Cavabdeh həvalə edilmişdir. Etibarnamə 1 0 il müddətinə, yəni xx.xx.2017-ci ilədək verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı (bundan sonra – iddiaçı) Cavabdeh və X8 (bundan sonra – cavabdehlər) qarşı iddia ərizəsi və əlavə ərizələrlə məhkəməyə müraciət edərək, cavabdehlərin ona məxsus olan Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsindəki mərkəzi avtobus dayanacağında yerləşən alqı-satqı köşkündən çıxarılması, köşkün boşaldılaraq onun mülkiyyətinə qaytarılması və Cavabdeh xx.xx.2017-ci il tarixdən qətnamə icra edilən günədək hər ay 500 manat pulun onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, mərhum əri X1 İ Qarabağ müharibəsi zamanı gedən döyüşlərdə şəhid olmuşdur. Şəhid ailəsi olduğu üçün Bakı şəhəri Əz izbəyov (indiki Xəzər) rayonu İcra Hakimiyyəti başçısının xx.xx.1997-ci il tarixli, 664 saylı Sərəncama əsasən ona Mərdəkan qəsəbəsi, Mərkəzi avtobus dayanacağında 3x5 ölçüdə mağazanın tikintisi üçün torpaq sahəsi ayrılmışdır. xx.xx.2007-ci ildə həmin mağazanı işlətmək üçün Cavabdeh 10 illik etibarnamə vermişdir. Cavabdehlər köşkdən birlikdə istifadə edirlər. Etibarnamənin müddətinin çoxdandır bitməsinə baxmayaraq cavabdeh ona məxsus əmlakdan çıxmaqdan və oranı boşaltmaqdan imtina edir.

5. Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, təmsil etdiyi şəxsin istifadəsində olan köşk X6 məxsusdur. Həmin köşk Bakı şəhəri Əzizbəyov (indiki Xəzər) rayon İcra Hakimiyyətinin başçısının xx.xx.1997ci il tarixli 655 nömrəli sərəncamı ilə X6 verilmiş, s onuncu xx.xx.1998-ci il tarixdə ölmüş, köşk onun oğlu X11 tərəfindən Elşənə icarəyə verilmişdir.

6. İddiaçı tərəfindən sübut qismində məhkəməyə təqdim edilmiş daşınmaz əmlakın, obyektlərin, mənzillərin icarə qiymətləndirilməsinə dair X4 (VÖEN **********) verdiyi arayışda Mərdəkan qəsəbəsindəki mərkəzi avtobus dayanacağında yerləşən 15 kv.m-dən ibarət meyvə köşkünün hazırkı vaxta icarə qiymətinin 450-550 manat olduğu qeyd edilmişdir.

7. İşə baxılarkən məhkəmə tərəfindən işdə iştirak edən şəxslərin və yerli icra hakimiyyəti orqanının nümayəndəsinin iştirakı ilə mübahisəli tikilinin yerində müayinəsi keçirilmişdir. Yerind müayinənin nəticələri ilə bağlı tərtib edilmiş xx.xx.2021-ci il tarixli aktda qeyd edilmişdir ki, iddiaçının iddia etdiyi köşk Rəsulov Elman tərəfindən idarə edilir. Elman q eyd edir ki, bu köşk 16-17 ildir ki, icarə əsasında Elşən tərəfindən ona icarəyə verilmişdir. Aktın doğruluğu iddiaçı və cavabdeh tərəf imzalamışdır.

8. Bakı şəhər Xəzər Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(003)-223/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə (X17) iddia təmin edilmişdir.

9. Məhkəmə müəyyən etmişdir ki, Bakı şəhəri Əzizbəyov (indiki Xəzər) Rayon İcra Hakimiyyətinin başçısının xx.xx.1997-ci il tarixli 664 nömrəli sərəncamı ilə Mərdəkan qəsəbəsi mərkəzi avtobus dayanacağında şəhid ailəsi kimi iddiaçıya alqı-satqı köşkü üçün 3x5 kv.m ölçüdə mağaza tikintisinə icazə verilmişdir. Həmin köşkün istifadəsi ilə əlaqədar olaraq müvafiq hərəkətlərin aparılması sonuncu tərəfindən Cavabdeh həvalə edilmiş və buna dair sonuncuya 08 may 2007-ci ildə 10 il müddətinə etibarnamə verilmişdir.

10. Məhkəmə belə qənaətə gəlmişdir ki, iddiaçının qanunla qorunan hüquqları (adıçəkilən köşkə dair ona verilmiş istifadə hüququ) pozulmuş şəxsdir. Onun iradəsi olmadan mübahisəli əmlak üzərində sahiblik hüququndan məhrum edilmişdir. O, cavabdehlərin mübahisəli köşkdən çıxarılmasını tələb etməkdə haqlıdır.

11. Məhkəmə Cavabdeh vəkilinin dəlillərinə qiymət verərək qeyd etmişdir ki, təqdim edilən dəlillər əsassızdır. Belə ki, cavabdeh tərəfindən məhkəməyə Bakı şəhəri Əzizbəyov (indiki Xəzər) Rayon İcra Hakimiyyətinin başçısının X6 mağaza tikintisi üçün xx.xx.1997-ci il tarixli 655 nömrəli sərəncamın kserosurətini təqdim etmiş, həmin köşkün sonuncunun oğlu X11 tərəfindən Cavabdeh istifadəsinə və ya icarəsinə verilməsinə dair hər hansı bir sübut təqdim ed ilməmişdir.

12. Məhkəmə qeyd etmişdir ki, iddiaçı Mərdəkan qəsəbəsindəki mərkəzi avtobus dayanacağında yerləşən alqı-satqı köşkündən istifadə nəticəsində məqsədi mənfəət əldə etmək olmuş, məhz bu məqsədlə Cavabdeh etibarnamə vermişdir. Sonuncu tərəfindən bu vəzifələrin icrası etibarnamənin müddəti ilə bağlı olmuş və həmin müddət xx.xx.2017-ci il tarixdə bitmişdir. Beləliklə həmin dövrdən iddiaçı əldə edəcəyi gəlirlərdən (əldən çıxmış fayda) məhrum olmuşdur. Belə ki, bu müddət ərzində köşk ya iddiaçıya qaytarılmalı, ya da müəyyənləşdirilmiş qayda üzrə icarə haqqı ödənilməli idi. Həmçinin yerli baxış zamanı cavabdehlərdən X7 izahatından müəyyən olunmuşdur ki, bu günədək köşkün icarə haqqını Cavabdeh ödəyir.

13. İddiaçının məhkəməyə təqdim etmiş olduğu arayışdan da görünür ki, mübahisəli əraz idə, qeyd edilən ölçüdə köşk üzrə icarə haqqı 450-550 manat təşkil edir. Bu da onu deməyə əsas verir ki, iddiaçı adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlərdən məhrum olur. Qeyd edilənlərə əsasən məhkəmə hesab etmişdir ki, iddiaçı əldə edəcəyi gəlirlərdən (əldən çıxmış fayda) məhrum olmuşdur və köşk üzərində istifadə hüquqları təmin edilmədiyi üçün hazırkı müddətdə də əldə edəcəyi gəlirlərdən (əldən çıxmış fayda) məhrum olumaqdadır.

14. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 60, 71, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 21.1, 21.2, 21.3, 152.2, 152.3, 158.1, 158.2, 158.4, 164.1, 164.2, 165.1, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1-ci maddələrinə istinad etmişdir. Apellyasiya i nstansiyası məhkəməsində icraat

15. Cavabdeh və maraqlarına toxunan şəxs kimi X11 qətnamədən ayrı-ayrılıqda apellyasiya şikayətləri vermiş, qətnamənin ləğv, iddianın rədd olunmasını xahiş etmişlər.

16. Eyni məzmunlu apellyasiya şikayətləri onunla əsaslandırılmışdır ki, Mərdəkan qəsəbəsində mərkəzi avtobus dayanacağında çoxsaylı mağazalar (təqribən 50-ə yaxın) vardır. İddiaçıya ayrılmış torpaq sahəsinin və orada tikilmiş mağazanın faktiki yerləşdiyi yer məhkəmə prosesində müəyyən edilməmiş, yerləşmə sxemi (torpaq sahəsinin cizgisi) məhkəməyə təqdim edilməmişdir. Onun işlətdiyi mağaza X6 ayrılmış torpaq sahəsində tikilmişdir və hazırda onun oğlunun sahibliyindədir. Göründüyü kimi, iddiaçının tələbi qeyridəqiqdir və belə olan halda o, Mərdəkan qəsəbəsində mərkəzi avtobus dayanacağında yerləşə n istənilən mağazanı istifadə edən şəxsə qarşı iddia tələbi ilə məhkəməyə müraciət edə bilər ki, bu da əsassızdır. Məhkəmə prosesində ilk lövhədə iddiaçıya ayrılmış torpaq sahəsində tikilmiş mağazanın faktiki yerləşdiyi yer müəyyən edilməli, daha sonra həmin mağazanın onun işlətdiyi köşklə eyni sahədə yerləşib-yerləşmədiyi müəyyən edilməli idi. Eyni zamanda, iddiaçı xx.xx.1997-ci il tarixli 664 nömrəli sərəncamla ona ayrılmış sahədə 3x5 kv.metr ölçüdə mağaza tikməsinə və həmin mağazanı hansı səbəbdən bir gün də olsa işlətməməsinə dair məhkəməyə mötəbər sübutlar təqdim etməmişdir. Məhkəmə Xəzər Rayon İcra Hakimiyyətini və mağazanın əsl sahibi X5 Arif Hüseyn oğlunu işə cəlb etməmişdir. İddiaçı tərəfindən ona hansı əsaslarla etibarnamənin verilməsindən ümumiyyətlə məlumatı yoxdur. İddiaçı i lə aralarında ümumiyyətlə icarə münasibətləri olmamış, icarə müqaviləsi bağlanmamışdır. Odur ki, tək etibarnamənin mövcudluğu onun üçün hər hansı bir öhdəlik yarada bilməz, nə də ki məhkəmə etibarnamə əsasında onun üzərinə hər ay üçün 500 manat icarə haqqının ödənilməsinə dair öhdəlik qoya bilməz.

17. Apellyasiya baxışı zamanı X11 və Bakı Şəhəri Xəzər Rayon İcra Hakimiyyəti üçüncü şəxs qismində işə cəlb edilmişlər.

18. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-1487/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə (hakimlər Akif İsgəndərov (sədrlik edən və məruzəçi), İlham Kərimli və Elşən Kazımov) apellyasiya şikayətləri təmin edilmədən, qətnamə dəyişdirilmədən saxlanılmışdır.

19. Məhkəmə kollegiyası birinci instansiya məhkə məsinin gəldiyi nəticə ilə razılaşmış və hesab etmişdir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmışdır.

20. Məhkəmə apellyasiya şikayətlərinin dəlilləri ilə bağlı qeyd etmişdir ki, iş materiallarına əsasən iddiaçı tərəfindən verilmiş xx.xx.2007-ci il tarixli etibarnamənin qanuniliyi hər hansı şübhə doğurmur. Həmin etibarnamənin həqiqiliyi Bakı şəhəri 7 saylı xüsusi notariat ofisinin xx.xx.2020-ci il tarixli məktubu ilə də təsdiq olunur. Etibarnamə üzrə Cavabdeh verilmiş səlahiyyətlər isə Əzizbəyov Rayon İcra Hakimiyyəti başçısının 16.07.97-ci il tarixli 664 saylı sərəncamına əsasən iddiaçıya ayrılmış alqı-satqı köşkünə dair vergi orqanları ilə sənədləşmə işlərinin aparılması, kod, V ÖEN, kassa aparatı alınması, kommunal xərclərin ödənməsindən ibarət olmuşdur. Tərəflər arasında hər hansı qohumluq münasibətinin olması iş materialları ilə təsdiq olunmur. Bu baxımdan cavabdehin etibarnamədən xəbəri olmaması barədəki dəlili tamamilə əsassızdır. Yəni, iddiaçının onunla qohumluq münasibətində olmayan, tanımadığı şəxsə etibarnamə verməsi inandırıcı deyil. X3 apellyasiya şikayətindən göründüyü kimi, onunla Cavabdeh arasında dostluq münasibətləri vardır və Arif Hüseynov məhz bu dostluğa əsaslanaraq mağazanı onunla birlikdə işlətdiklərini bildirir. Mübahisəli köşkün Arif Hüseynova hər hansı aidiyyəti yoxdur və onun 3-cü şəxs kimi işdə iştirak etməyə cəlb olunmaq istəyi Cavabdeh yardım etmək, onun mülki məsuliyyətdən yayınmasına şərait yaratmaq məqsədi daşıyır.

21. Məhkəmə öz möv qeyini Mülki Məcəllənin 21.1, 21.2, 21.3, 152.2, 152.3, 158.1, 158.2, 158.4, 164.1, 164.2, 165.1 və MPM-in 14.2, 77.1, 78.1, 88-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

22. Cavabdeh və üçüncü şəxs X11 ayrı-ayrılıqda kassasiya şikayətləri verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişlər

23. Eyni məzmunlu kassasiya şikayətləri iddiaya etirazın və apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılmış, həmçinin qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi də birinci instansiya məhkəməsi kimi işi tam araşdırmamış, öz mövqeyini əsaslandırmamışdı r. Mövcud olmayan sübutlar əsasında məhkəmənin hər hansı nəticəyə gəlməsi tamamilə absurd olmaqla yanaşı, qanunvericiliyin tələblərinə də ziddir. Tətbiq edilən hüquq Mülki Məcəllə

24. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın

25. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

26. Maddə 21.3. Zərərin əvəzinin ödənilməsi il ə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır

27. Maddə 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.

28. Maddə 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər.

29. Maddə 164.1. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir.

30. Maddə 164.2. Sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Sahiblikdən məhrumetmə faktik sahib və ya onun hüquq sələfi barəsində səhv addım olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə iddia istisna edilir. Mülki Prosessual Məcəllə

31. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

32. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

33. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.

34. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

35. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

36. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq z ərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

37. Hazırkı kassasiya şikayətində cavabdeh və maraqlarına toxunan şəxs qətnaməni tam mübahisələndirdiklərindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

38. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

39. Kassasiya şikayətlərinin dəlilləri iddiaya etirazın və apellyasiya şikayətlərinin dəlilləri ilə eynidir. Məhkəmə kollegiyası maddi və prosessual hüquq normalarının tətbiqinə dair birinci və apellyasiya instansiyası məhkəməsinin əsaslandırılması ilə razılaşır.

40. Kassasiya şikayətlərinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması, habelə əvvəlki məhkəmə baxışları zamanı istinad edilməmiş faktlar və dəlillərlə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparıla, onlara qiymət verilə bilməz.

41. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayətləri təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

42. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh və üçüncü şəxs X11 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1487/2022 nömrəli, 16 mart 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar