Məhkəmə qərarları › İş №2(102)-4106/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-4106/2020

06.10.2020 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahis
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4106/2020 06.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Dəmirov İlqar Kamal oğlunun sədrliyi və məruzəsi ilə hakimlər Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə Cəfərova Qəmər Muxtar qızının katibliyi İddiaçı vəkili Səmədov Ruzi Emin oğlunun maraqlarına toxunan şəxs X3 vəkili Abbasov Zaur Vaqif oğlunun üçüncü şəxs T2nun və vəkili Məmmədova Rəna Məhəmməd qızının iştirakları ilə İddiaçı Cavabdeh Mənzil Tikinti Kooperativinə qarşı bağlanmış müqavilə üzrə Bakı şəhəri **sində yerləşən ümumi sahəsi 106,5 kv.metr olan 4 saylı mənzilin İddiaçı sahibliyinə və i stifadəsinə verilməsi (qarşılıqlı iddialar: müqavilənin etibarsız hesab edilməsi və mənəvi zərər tələbi müqavilənin və maliyyə arayışının etibarsız hesab edilməsi və s.) tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-42/2020 saylı 27 yanvar 2020-ci il tarixli qətnaməsindən İddiaçı və üçüncü şəxs T2nun ayrı-ayrılıqda verdikləri kassasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5603/2014 saylı 23 iyul 2014-ci il tarixli qətnaməsi ilə (hаkim F.F.Babayev) iddia təmin edilmiş İddiaçı ilə Cavabdeh Mənzil Tikinti Kooperativi arasında 12.08.2012-ci il tarixdə bağlanmış müqavilə üzrə Bakı şəhəri **sində yerləşən ümumi sahəsi 106.5 kv.m. olan 4 saylı mənzilin İddiaçı sahibliyinə və istifadəsinə ve rilməsi iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh MTK-dan tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-7050/2014 saylı 15.12.2014-cü il tarixli qətnaməsi ilə (hakimlər E.Q.Nəbiyev (sədrlik edən və məruzəçi) R.Ə.Qurbanov S.F.Hacıyev) Cavabdeh Mənzil Tikinti Kooperativinin apellyasiya şikayəti təmin edilməmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 23 iyul 2014-cü il tarixli 2(004)-5603/2014 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri işdə iştirak etməyə cəlb edilməyən X3 ərizəsinə əsasən Ali Məhkəmənin Mülki Kollegiyasına təqdimatla müraciət edərək Bakı Apellyasiya Məhkəməsinin 2(103)-7050/2014 saylı 15.12.2014-cü il tarixli qətnaməsinin ləğv edib işin yenidən ba xılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəmənin Mülki Kollegiyasının 2(102)-8100/2017 saylı 27.11.2017-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin sədrinin təqdimatı təmin edilmiş Bakı Apellyasiya Məhkəməsinin 2(103)-7050/2014 saylı 15.12.2014-cü il tarixli qətnaməsi ləğv edilərək iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-112/2019 saylı başqa mülki iş üzrə ilk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı cavabdehlər Cavabdeh MTK və X4 qarşı iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək Bakı şəhəri Yasamal rayonunun M.Xiyabani küçəsində tikilməkdə olan çoxmənzilli yaşayı ş binasında ümumi sahəsi 106,5 kv.metr olan binanın birinci girişi ikinci mərtəbəsindəki 4 saylı 2 otaqlı mənzilin "Cavabdeh" MTK tərəfindən cavabdeh X4 satılması barədə 13 mart 2009-cu il tarixli "Yaşayış binasında mənzil tikintisi haqqında" müqavilənin və eyni tarixli maliyyə arayışının etibarsız hesab edilməsi ona vurulmuş mənəvi zərərə görə hər iki cavabdehdən onun xeyrinə 30 min manat pulun alınmasına "Cavabdeh" Mənzil-Tikinti Kooperativinin üzərinə mənzilin Malekzadeh Naser Məhəmməd oğluna satılmasına dair müqavilə bağlanılması vəzifəsinin həvalə edilməsi barədə qətnamə çıxarılmasını törədilmiş cinayət barədə prokurora xəbər verilməsini məhkəmədən xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı X8 İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək Bakı şəhəri Yasamal rayonu M.Xiyabani küçəsində Cavabdeh MTK-nın tikilməkdə olan binasının 1-ci girişi 2-ci mərtəbəsində yerləşən ümumi sahəsi 106,5 kv.m. olan 2 otaqlı 4 saylı mənzilinə dair Cavabdeh MTK ilə İddiaçı arasında bağlanmış 12.08.2012-ci il tarixli «yaşayış binasında mənzil tikintisi haqqında» müqavilənin və onun əsasında verilmiş maliyyə arayışının etibarsız hesab edilməsi mənzilin boşaldılması və ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə müstəqil tələb irəli sürən üçüncü şəxs iddiaçı T2 cavabdehlər İddiaçı və X40 Səfər oğluna qarşı tələb irəli sürərək Cavabdeh Mənzil-Tikinti Kooperativinin inşa etdiyi Bakı şəhəri Yasamal rayonunun M.Xiyabani küçəsində tikilməkdə olan çoxmənzilli yaşayış binasındakı ümumi sahəsi 106,5 kv.metr olan binanı n birinci girişi ikinci mərtəbəsindəki 4 saylı 2 otaqlı mənzilə görə verdiyi 45.000 manat pulun cavabdeh İddiaçı həmin mənzilin təmirinə və yenidən qurulması işlərinə xərclədiyi 23.688 manat pulun cavabdeh X1 alınaraq ona verilməsi mənzilin onun tərəfindən X4 təhvil verilməsi ilə onun təmir xərclərini ona ödəməsinin eyni vaxtda həyata keçirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 11 yanvar 2019-cu il tarixli 2(004)112/2019 saylı qətnaməsi ilə (hаkim T.B.Axundov) ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilk iddia tələbi təmin edilməmiş qarşılıqlı iddia üzrə iddiaçı X2 qarşılıqlı iddia tələbi təmin edilmiş Bakı şəhəri Yasamal rayonu M.Xiyabani küçəsində Cavabdeh MTK-nın tikilməkdə olan binasının 1-ci girişi 2-ci mərtəbəsi ndə yerləşən ümumi sahəsi 106,5 kv.m. olan 2 otaqlı 4 saylı mənzilinə dair Cavabdeh MTK ilə İddiaçı arasında bağlanmış 12.08.2012-ci il tarixli «yaşayış binasında mənzil tikintisi haqqında» müqavilənin və onun əsasında verilmiş 12.08.2012-ci il tarixli maliyyə arayışının etibarsız hesab edilməsi iş üzrə müstəqil tələb irəli sürən üçüncü şəxs T2nun cavabdehlər İddiaçı və X40 Səfər oğluna qarşı pul tələbi iddiası qismən təmin edilmiş İddiaçı 45000 manat pul X1 isə 7772 manat məbləğində pul vəsaitinin alınaraq T2na verilməsi iş üzrə müstəqil tələb irəli sürən üçüncü şəxs T2nun iddiasının qalan hissələrdə təmin edilməməsi iş üzrə məhkəmə məsrəfi olan 288 manat 25 qəpiyi və 173 manat ümumilikdə 461 manat 25 qəpiyin İddiaçı 100 manat məbləğində ekspertiza xərcinin 32 manat 80 qəpiyinin X1 qalan 67 manat 20 qəpiyinin T2ndan tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1027/2019 saylı 15.04.2019-cu il tarixli qərardadı ilə (hakimlər F.Ş.Talışinski (sədrlik edən və məruzəçi) R.Ə.Eyvazov Z.Ə.Əliyev) Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5603/2014 saylı 23 iyul 2014-ci il tarixli qətnaməsindən və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 11 yanvar 2019-cu il tarixli 2(004)-112/2019 saylı qətnaməsindən verilmiş apelyasiya şikayətlərinin birləşdirilərək bir icraatda baxılması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-42/2020 saylı 27.01.2020-ci il tarixli qətnaməsi ilə (hakimlər F.Ş.Talışinski (sədrlik edən və məruzəçi) R.Ə.Eyvazov Z.Ə.Əliyev) Cavabdeh MTK tərəfindən verilmiş apelyasiya şikayətinin təmin edilməsi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 23 iyul 2014-cü il tarixli qətnaməsinin ləğv edilməsi iş üzrə yeni qətnamənin qəbul edilməsi İddiaçı Cavabdeh MTK-ya qarşı “yaşayış sahəsinin təhvil verilməsi” tələbinə dair iddia ərisəzinin təmin edilməməsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs Malekzadeh Naser Məhəmməd oğlu və İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətlərinin qismən təmin edilməsi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 11 yanvar 2019-cu il tarixli qətnaməsinin qismən (İddiaçı və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs Malekzadeh Naser Məhəmməd oğlunun iddia ərizələrinin təmin edilməyən hissədə) ləğv edilməsi və (cavabdeh X2 qarşılıqlı iddia ərizəsinin təmin edilən hissəsində) dəyişdirilməsi İddiaçı ilkin idd ia ərizəsinin (təmin edilməyən hissədə) qismən təmin edilməsi mənəvi zərərə görə Cavabdeh MTK-dan 1000 (min) manat məbləğində pul vəsaitinin İddiaçı xeyrinə tutulması müstəqil tələb irəli sürən üçüncü şəxs Malekzadeh Naser Məhəmməd oğlunun iddiasının (təmin edilməyən hissədə) qismən təmin edilməsi mənzilin Malekzadeh Naser Məhəmməd oğlu tərəfindən X4 təhvil verilməsi ilə onun təmir xərclərinin Malekzadeh Naser Məhəmməd oğluna ödəməsinin eyni vaxtda həyata keçirilməsinin təmin edilməsi ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) X40 Səfər oğlunun qarşılıqlı iddia ərizəsinin qismən təmin edilməsi qət edilmiş Bakı şəhəri Yasamal rayonu M.Xiyabani küçəsində Cavabdeh MTK-nın tikilməkdə olan binasının 1-ci girişi 2-ci mərtəbəsində yerləşən ümumi sahəsi 106,5 kv.m. olan 2 otaqlı 4 s aylı mənzilinə dair Cavabdeh MTK ilə İddiaçı arasında bağlanmış 12.08.2012-ci il tarixli «yaşayış binasında mənzil tikintisi haqqında» müqavilə və maliyyə arayışı 4 saylı mənzilə (aid olan hissədə) münasibətdə etibarsız hesab edilmiş qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmış iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat Cavabdeh MTK-dan alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilmişdir. İşin halları: İddiaçı Cavabdeh MTK-ya qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri **sində yerləşən ümumi sahəsi 106,5 kv.metr olan 4 saylı mənzilin təhvil verilməsinin cavabdehə həvalə edilməsi tələbi ilə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki o 12 avqu st 2012-ci il tarixində Bakı şəhəri **sində yerləşən ümumi sahəsi 106,5 kv.metr olan 4 saylı mənzilin iddiaçıya verilməsi barədə Cavabdeh MTK ilə müqavilə imzalamışdır. Müqaviləyə əsasən cavabdeh mənzili 38.340 manata iddiaçıya satmışdır. Cavabdeh MTK-nın möhürü ilə təsdiqlənmiş maliyyə arayışına əsasən Bakı şəhəri M.Xiyabani küçəsində tikilməkdə olan binanın 1-ci girişində 2- ci mərtəbəsində yerləşən ümumi sahəsi 106.5 kv.m. olan 4 saylı mənzilin dəyəri tam ödənilmişdir. Lakin cavabdeh müxtəlif bəhanələrlə üzərinə götürdüyü öhdəliyi icra etməkdən boyun qaçırmışdır. Bu hal iddiaçıya yaşayış sahəsinə olan hüquqlarını həyata keçirməyə imkan vermir. Göstərilənlərə əsasən İddiaçı iddia ərizəsi təmin edilərək Bakı şəhəri **sində yerləşən ümumi sahəsi 106,5 kv.metr olan 4 saylı mənzilin ona veri lməsinin Cavabdeh MTK-ya həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Başqa mülki iş üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı cavabdehlər Cavabdeh MTK və X4 qarşı iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək Bakı şəhəri Yasamal rayonunun M.Xiyabani küçəsində tikilməkdə olan çoxmənzilli yaşayış binasında ümumi sahəsi 106,5 kv.metr olan binanın birinci girişi ikinci mərtəbəsindəki 4 saylı 2 otaqlı mənzilin "Cavabdeh" MTK tərəfindən cavabdeh X4 satılması barədə 13 mart 2009-cu il tarixli "Yaşayış binasında mənzil tikintisi haqqında" müqavilənin və eyni tarixli maliyyə arayışının etibarsız hesab edilməsi ona vurulmuş mənəvi zərərə görə hər iki cavabdehdən onun xeyrinə 30 min manat pulun alınmasına "Cavabdeh" Mənzil-Tikinti Kooperativ inin üzərinə mənzilin Malekzadeh Naser Məhəmməd oğluna satılmasına dair müqavilə bağlanılması vəzifəsinin həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki 02 avqust 2012-ci il tarixli “Yaşayış binasında mənzil tikintisi haqqında” müqavilə əsasında cavabdeh ünvan 1 ünvanında hüquqi qeydiyyatda olan Cavabdeh Mənzil-Tikinti Kooperativindən həmin kooperativin Bakı şəhəri Yasamal rayonunun M.Xiyabani küçəsində tikilməkdə olan çoxmənzilli yaşayış binasında ümumi sahəsi 106,5 kv.metr olan binanın birinci girişi ikinci mərtəbəsindəki 4 saylı 2 otaqlı mənzili dəyərini pay haqqı kimi tam olaraq yəni 38.340 manat məbləğində pul ödəməklə almış bu barədə ona eyni tarixli maliyyə arayışı verilmişdir. 2017-ci ilin axırlarından başlayaraq cavabdeh X10 iddia etməyə başlamışdır ki guya onun kooperativdən aldığı mənzil 13 mart 2009-cu il tarixli müqavilə və eyni tarixli maliyyə arayışı ilə ona satılıb mənzil ona məxsusdur. İşin aşağıdakı hallarına dəlillərə və sənədlərə əsasən kooperativin rəhbərliyi tərəfindən 4 saylı mənzilin guya cavabdeh Ələkbərov X5 barədə 13 mart 2009cu il tarixli müqavilə və eyni tarixli maliyyə arayışı qanunsuzdur. Belə ki 4 saylı mənzil 02 avqust 2012-ci il tarixli müqavilə ilə ona satıldıqdan sonra kooperativin rəhbərliyi mənzilə sahiblik və istifadə hüquqlarını həyata keçirməyə mənzili təmir etməyinə mane olmağa başlamış o mənzilə buraxılmamışdır. Ona görə də kooperativə qarşı iddia ərizəsi ilə Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. Yasamal Rayon Məhkəməsində iddia ərizəsinə baxılarkən kooperativin rəhbərl iyi nə də nümayəndəsi həmin mənzilin əvvəllər hazırkı iş üzrə digər cavabdehə satılması barədə məhkəməyə müvafiq sənədlər təqdim etməmiş bu barədə yazılı və ya şifahi bildirməmiş izahat verməmiş iddia ərizəsinə qeyd olunan məzmunda etiraz təqdim etməmişlər. Məhkəməyə mənzilin ona verilməsi barədə müqavilənin etibarsız hesab edilməsinə dair iddia ərizəsi verilməmişdir. Onun iddia ərizəsinə məhkəmədə baxılarkən kooperativin sədri Cahangir Alışov 50 min manatın müqabilində mənzili ona qaytarmağını təklif etmişdir. O 10 dekabr 2016-ci il tarixdə mənzili Malekzadeh Naser Məhəmməd oğluna satmağı barədə Notariat Kontorunda ərizə təsdiq etdirmiş ona sərəncam hüququ ilə etibarnamə vermişdir. Bundan sonra Naser Malekzadeh mənzili təmir etməyə başlamışdır. Hal-hazıradək mənzildə təmir işlərinin çoxu görülmüşdür. Kooperativin müdiriyyəti müntəzəm olaraq təmir işlərinin aparılmasına maneçilik törətməyə çalışmışdır. İlkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) X8 İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək Bakı şəhəri Yasamal rayonu M.Xiyabani küçəsində Cavabdeh MTK-nın tikilməkdə olan binasının 1-ci girişi 2-ci mərtəbəsində yerləşən ümumi sahəsi 106,5 kv.m. olan 2 otaqlı 4 saylı mənzilinə dair Cavabdeh MTK ilə X38 arasında bağlanmış 12.08.2012-ci il tarixli «yaşayış binasında mənzil tikintisi haqqında» müqavilənin və onun əsasında verilmiş maliyyə arayışının etibarsız hesab edilməsi mənzilin boşaldılması və ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki 13 mart 200 9-cu il tarixində onunla cavabdeh olan Cavabdeh MTK arasında «yaşayış binasında mənzil tikintisi haqqında» müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən Bakı şəhəri Yasamal rayonu M.Xiyabani küçəsində yerləşən Cavabdeh MTK-nın tikilməkdə olan binasının 1-ci girişi 2-ci mərtəbəsində yerləşən ümumi sahəsi 106,5 kv.m. olan 2 otaqlı 4 saylı mənzili alıcıya verməyi alıcı isə həmin mənzili qəbul etməyi və qabaqcadan müəyyənləşdirilmiş mənzil haqqını vaxtında ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin şərtlərinə əsasən müqavilə üzrə verilən mənzilin ümumi dəyəri 34.080 (otuz dörd min səksən) manat məbləğində müəyyən olunmuşdur. Həmin müqavilənin digər şərtlərinə müvafiq olaraq müqavilə bağlandığı gündən 5 gün ərzində alıcı tərəfindən mənzilin ümumi qiymətinin 30% məbləğindən az olmayaraq il k haqqın ödənilməsi nəzərdə tutulmuşdur. O aldığı mənzilin dəyərini bir dəfəyə ödəmək niyyətində olduğundan tərəflər arasında müqavilə bağlandığı gün mənzilin ümumi dəyərini yəni 13 mart 2009-cu il tarixində 34.080 (otuz dörd min səksən) manat məbləğində pul vəsaitini cavabdehə ödəmiş və ona Cavabdeh MTK tərəfindən mənzilin dəyərinin tam şəkildə ödənilməsini təsdiq edən 13 mart 2009-cu il tarixli maliyyə arayışı verilmişdir. Binanın tikintisi başa çatdıqdan və müəyyən maliyyə vəsaiti topladıqdan sonra özünə məxsus olan mənzildə təmir işlərinə başlamışdır. 2016-cı ilin sonlarına yaxın mənzildə təmir işləri davam etdiyi zaman icra məmurları onu və ustaları mənzildən çıxarmış və bu mənzilin X30 məxsus olmasını bununla bağlı məhkəmənin qanuni qüvvəsini almış məhkəmə qətnaməsinin olmasını bil dirmişlər. Ona məxsus olan bir mənzillə bağlı məhkəmə qətnaməsinin olması ona məlum olmamışdır. İşə baxan hakimlər onu iş üzrə tərəf kimi göstərmədən onun hüquqlarının pozulması ilə bağlı qətnamə qəbul etmişlər. 22.02.2017-ci il tarixində o Azərbaycan Respublikası Ali Məhkəməsinin sədrinin adına ərizə ilə müraciət edərək Azərbaycan Respublikası MPM-nin 403.2-ci maddəsinə müvafiq olaraq Bakı Apellyasiya Məhkəməsinin 2(103)-7050/2014 saylı 15.12.2014-cü il tarixli qətnaməsindən təqdimatın verilməsini xahiş etmişdi. Həmin qətnamədən Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri təqdimat vermis və Ali Məhkəmənin qəbul etdiyi 27.11.2017-ci il tarixli qərarı ilə təqdimatın təmin edilməsi qərara alınmışdır. Bildirir ki X25 ona qarşı qaldırdığı iddia tələblərini qəbul etmir və bununla bağlı bildi rmək istərdi ki mübahisəli mənzil ondan əvvəl ona satılmış və o onun dəyərini tam şəkildə ödəyərək satın almışdır. İş üzrə müstəqil tələb irəli sürən üçüncü şəxs iddiaçı T2 cavabdehlər İddiaçı və X40 Səfər oğluna qarşı tələb irəli sürərək Cavabdeh Mənzil-Tikinti Kooperativinin inşa etdiyi Bakı şəhəri Yasamal rayonunun M.Xiyabani küçəsində tikilməkdə olan çoxmənzilli yaşayış binasındakı ümumi sahəsi 106,5 kv.metr olan binanın birinci girişi ikinci mərtəbəsindəki 4 saylı 2 otaqlı mənzilə görə verdiyi 45.000 manat pulun cavabdeh İddiaçı həmin mənzilin təmirinə və yenidən qurulması işlərinə xərclədiyi 23.688 manat pulun cavabdeh X1 alınaraq ona verilməsi mənzilin onun tərəfindən X4 təhvil verilməsi ilə onun təmir xərclərinin ona ödənilməsinin eyni vaxtda həyata keçirilməsi barədə qətnamə çıxar ılmasını xahiş etmişdir. Müstəqil tələb irəli sürən 3-cü şəxsin iddiası onunla əsaslandırılmışdır ki T2 2016cı ilin dekabr ayının əvvəllərində tanışları vasitəsilə ilkin iddia üzrə İddiaçı ilə tanış olmuşdur. O T2na Cavabdeh Mənzil-Tikinti Kooperativinin inşa etdiyi Bakı şəhəri Yasamal rayonunun M.Xiyabani küçəsində tikilməkdə olan çoxmənzilli yaşayış binasındakı ümumi sahəsi 106,5 kv.metr olan binanın birinci girişi ikinci mərtəbəsindəki 4 saylı 2 otaqlı mənzilini satmaq istədiyini bildirmişdir. Mənzilə baxmiş xoşu gəlmiş almaq istədiyini bildirmişdir. Mənzilin qiymətini 45 min manata razılaşmişlar. Müqavilənin rəsmiləşdirilməsi üçün Cavabdeh Mənzil-Tikinti Kooperativinin rəhbərliyinə müraciət etmiş rəhbərlik müqavilə bağlamaqdan imtina etmişdir. Səbəb olaraq bildirilmişdir ki guya İddiaç ı mənzilin pulunu ödəməyib. Ancaq Xanbabada mənzilin pulunun hamısının ödənildiyini təsdiq edən maliyyə arayışı vardı. Xanbaba isə bildirmişdir ki kooperativin rəhbərliyi müqaviləni bağlamaqdan ona görə imtina edir ki kooperativin sədri bu mənzili ələ keçirmək istəyir. Kooperativin sədri bir dəfə mənzilə görə ona pul da təklif edib. Sonradan mənzilə sahiblik və istifadə hüquqlarının həyata keçirilməsinə maneçilik törədildiyinə görə kooperativi məhkəməyə verib və işi udub. Məhkəmə çəkişməsinin onun xeyrinə başa çatması barədə qətnamələr vardır. Həmin vaxtlar nə kooperativdə nə də Xanababa tərəfindən ona mənzilin X7 verilməsi barədə heç nə deyilməyib. Mənzilin Xanbabaya məxsus olması barədə qanuni gücünü almış məhkəmə qətnaməsinin olması onu doğrudan da mənzilin Xanbabaya məxsus olmasına ina ndırıb və buna şübhə olmayıb. Kooperativin rəhbərliyi müqaviləni bağlamaqdan imtina etdiyi üçün 10 dekabr 2016-cı il tarixdə Notariat Kontoruna gedib Xanbabadan mənzilə sahiblik və istifadə hüquqlarının həyata keçirilməsi hüquqların qaydiyyatının aparılmasına dair etibarnamə almışdır. Xanbabanın notarial qaydada təsdiq edilmiş ərizəsinə əsasən mənzilə görə ona 45 min manat pul vermişdir. Xanbaba mənzilə dair müqaviləni maliyyə arayışını və açarları ona vermiş bundan dərhal sonra mənzildə təmir işlərinə başlamışdır. Təmirə başlayanadək mənzildə heç bir təmir işi görülməmişdir. İş üzrə yuxarıda qeyd edilən məhkəmə qərarları qəbul edilmişdir. Apellyasiya instansiyası məhkəmə kollegiyasının iş üzrə qətnaməsindən narazı qalaraq İddiaçı həmin qətnamədən Ali Məhkəmənin Mülki Kollegiyasına kassasi ya şikayəti vermiş və kassasiya şikayətində apellyasiya instansiyası məhkəmə kollegiyasının qətnaməsinin ləğv edilib iddianın təmin edilməsinə yeni dair qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəmə kollegiyasının iş üzrə qətnaməsindən narazı qalaraq üçüncü şəxs T2 həmin qətnamədən Ali Məhkəmənin Mülki Kollegiyasına kassasiya şikayəti vermiş və kassasiya şikayətində apellyasiya instansiyası məhkəmə kollegiyasının qətnaməsinin T2na aid hissədə ləğv edilib mənzilin təmirinə sərf olunan 19.086 manat məbləğində təmir-tikinti xərclərinin də cavabdeh X1 alınaraq ona verilməsi mənzilin tərəfindən X4 təhvil verilməsi ilə onun təmir xərclərini T2na ödəməsinin eyni vaxtda həyata keçirilməsi barədə apelyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar əsasında yeni q ərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətlərinin dəlilləri: İddiaçı və vəkili Səmədov Ruzi Emin oğlu kassasiya şikayətini onunla əsaslandırmışlar ki işə apelyasiya qaydasında baxan məhkəmə instansiyası tərəflərindən təqdim edilmiş və ya vəsatətləri əsasında birinci instansiya məhkəməsində toplanaraq araşdırılmış sübutları öz qətnaməsinin əsaslandırıcı hissəsində əks etdirməmiş ekspert rəyinə düzgün hüquqi qiymət verməmiş işin faktiki hallarını tam obyektiv və hərtərəfli araşdırmamış işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Apellyasiya instansiyası məhkəmə kollegiyası tərəfindən qüvvədə olan maddi və prosessual hüquq normaları pozulmuş sübutlar tam yoxlanılmamış nəticədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul edilmişdir. Üçüncü şəxs T2 və vəkili Məmmədova Rəna Məhəmməd qızı kassasiya şikayətini onunla əsaslandırmışlar ki işə apelyasiya qaydasında baxan məhkəmə instansiyası mənzilin təmirinə çəkilmiş xərclərlə bağlı ekspertin rəyi ilə razılaşmamasını qətnaməsində əsaslandırmamış işin faktiki hallarını tam obyektiv və hərtərəfli araşdırmamış işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Apellyasiya instansiyası məhkəmə kollegiyası tərəfindən nəticədə qüvvədə olan maddi və prosessual hüquq normaları pozulmuşdur. Ali Məhkəmənin Mülki Kollegiyasının iclasında İddiaçı və vəkili Səmədov Ruzi Emin oğlu özlərinin kassasiya şikayətinin dəlillərini müdafiə edib təmin olunmasını xahiş etdilər. Ali Məhkəmənin Mülki Kollegiyasının iclasında üçüncü şəxs T2 və vəkili Məmmədova Rəna Məhəmməd qızı verdikləri kassasiya şikayətinin dəlillərini müdaf iə edib təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdilər. Ali Məhkəmənin Mülki Kollegiyasının iclasında maraqlarına toxunan şəxs X10 və vəkili Abbasov Zaur Vaqif oğlu kassasiya şikayətlərinin dəlillərinə etiraz edərək onların təmin olunmamasını xahiş etdilər. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq Cavabdeh MTK-nın nümayəndəsi heç bir üzrlü səbəb göstərmədən məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Bu səbəbdən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə məruzəçi hakimin məruzəsini İddiaçı vəkili Səmədov Ruzi Emin oğlunun üçüncü şəxs T2nun və vəkili Məmmədova Rəna Məhəmmə d qızının maraqlarına toxunan şəxs X3 vəkili Abbasov Zaur Vaqif oğlunun izahatlarını dinləyib hesab edir ki aşağıdakılara əsasən İddiaçı kassasiya şikayəti qismən təmin olunmalı üçüncü şəxs T2nun kassasiya şikayəti təmin olunmamalı iş üzrə apellyasiya instansiyası məhkəmə kollegiyasının qətnaməsi müqavilənin etibarsızlığına dair hissədə dəyişdirilməli Cavabdeh MTK-dan 38.340 manat alınaraq İddiaçı verilməli qətnamənin digər hissəsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinin tələbinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin Mülki Kollegiyası Azərbaycan Respublikasının MPM-nin 416-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsinın yoxlanılması ilə bağlı qeyd etməyi zəruri hesab edir ki hər bir halda kassasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında düzgün tətbiq olunubolunmamasına əsaslanıb apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib edilməməsini də yoxlamalıdır və bu yeni faktların müəyyən edilməsi kimi qiymətləndirilməməlidir. İş materiallarında olan: -Cavabdeh MTK ilə İddiaçız oğlu arasında bağlanmış 12 avqust 2012-ci il tarixli müqaviləyə əsasən həmin müqavilədə Cavabdeh MTK tərəfindən inşa edilən Bakı şəhəri M.Xiyabani küçəsində tikilməkdə olan binanın 1 -ci girişində 2-ci mərtəbəsi ndə yerləşən ümumi sahəsi 106.5 kv.m. olan 4 saylı mənzili iddiaçıya verməyi iddiaçı isə həmin mənzilin ümumi dəyəri 38340 (otuz səkkiz min üç yüz qırx) manatı ödəməyi öz öhdəsinə götürmüşdür (İİİ cild səh.22); -12.08.2012-ci il tarixli maliyyə arayışına əsasən İddiaçız oğlu mənzilin dəyəri olan 38340 (otuz səkkiz min üç yüz qırx) manat pulu Cavabdeh MTK-ya ödəmişdir və MTK-ya heç bir borcu yoxdur (İİİ cild səh.23). (səh.19); (səh.17); -Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin Hüquqi şəxslərin qeydiyyatı idarəsinin 23.07.2018-ci il tarixli məktubundan görünür ki Cavabdeh Mənzil Tikinti Kooperativinin (VÖEN **********) təsis edildiyi gündən indiyədək rəhbəri (qanun təmsilçisi) olmuş şəxslər aşağıdakılardır: 28.07.2005-ci il tarixli ümumi yığıncağın protokoluna əsasən X39,11.01,2007-ci il tarixli ümumi yığıncağın protokoluna əsasən X17,07.03.2011-ci il tarixli ümumi yığıncağın protokoluna əsasən X26 05.05.2017-ci il tarixli ümumi yığıncağın protokoluna əsasən X17 (İİ cild səh.115); -İddiaçı 18 saylı Notariat Kontorunda təsdiq edilmiş 10.12.2016-cı il tarixli ərizəsindən görünür ki o Bakı şəhəri Yasamal rayonunun M.Xiyabani küçəsində tikilməkdə olan çoxmənzilli yaşayış binasında ümumi sahəsi 106,5 kv.metr olan binanın birinci girişi ikinci mərtəbəsindəki 4 saylı 2 otaqlı mənzili T2n 45.000 manata satmışdır. Gələcəkdə həmin mənzilə dair heç bir iddiası və maddi tələbi olmayacaqdır (İ cild səh.66); -18.09.2018-ci il tarixli 17047 saylı 21.09.2018-ci il tarixli 17048 saylı və 29.11.2018-ci il tarixli 17046 saylı ekspert rəylərinə əsasən təqdim edilmiş Cavabdeh MT K sədri X17 ilə X8 arasında bağlanılmış "Yaşayış binasında mənzil tikintisi haqqında" 13 mart 2009-cu il tarixli müqavilə 2009-2014-cü ilə aid müqavilələrin nümunələri yəni "Cavabdeh" MTK tərəfindən X12 adına verilmiş 28 yanvar 2009-cu il tarixli "Yaşayış binasında mənzil tikintisi haqqında" "Cavabdeh" MTK tərəfindən X31 adına verilmiş 24 sentyabr 2009-cu il tarixli "Yaşayış binasında mənzil tikintisi haqqında" "Cavabdeh" MTK tərəfindən X36 adına verilmiş 23 dekabr 2009-cu il tarixli "Yaşayış binasında mənzil tikintisi haqqında" "Cavabdeh" MTK tərəfindən X18 adına verilmiş 30 avqust 2010-cu il il tarixli "Yaşayış binasında mənzil tikintisi haqqında" "Cavabdeh" MTK tərəfindən X13 adına verilmiş 12 fevral 2011-ci il tarixli "Yaşayış binasında mənzil tikintisi haqqında" "Cavabdeh" MTK tərəfin dən X9 adına verilmiş 19 avqust 2012-ci il tarixli "Yaşayış binasında mənzil tikintisi haqqında" "Cavabdeh" MTK tərəfindən Hümmətova Hicra Mahal qızının adına verilmiş 23 oktyabr 2012-ci il tarixli "Yaşayış binasında mənzil tikintisi haqqında" “Cavabdeh“ MTK tərəfindən X27 adına verilmiş 25 iyul 2013-cü il tarixli "Yaşayış binasında mənzil tikintisi haqqında" "Cavabdeh" MTK tərəfindən X16 adına verilmiş 01 may 2013-cü il tarixli "Yaşayış binasında mənzil tikintisi haqqında" "Cavabdeh" MTK tərəfindən X14 adına verilmiş 17 yanvar 2014-cü il tarixli "Yaşayış binasında mənzil tikintisi haqqında" "Cavabdeh" MTK tərəfindən X6 adına verilmiş 02 iyun 2014-cü il tarixli "Yaşayış binasında mənzil tikintisi haqqında" müqavilələrin çap mətnini təşkil edən rəqəm və hərflərin şriftlərinə tərtibatına g örə eynilik təşkil etmir. Tədqiq olunan müqavilə 2015-2017-ci illərə aid müqavilələrin nümunələri yəni "Cavabdeh" MTK tərəfindən X19 adına verilmiş 23 iyul 2015-ci il tarixli "Yaşayış binasında mənzil tikintisi haqqında" "Cavabdeh" MTK tərəfindən X15 adına verilmiş 11 iyul 2015-ci il tarixli "Yaşayış binasında mənzil tikintisi haqqında" "Cavabdeh" MTK tərəfindən X28 adına verilmiş 21 oktyabr 2016-cı il tarixli "Yaşayış binasında mənzil tikintisi haqqında" " " MTK tərəfindən X32 adına verilmiş 21 sentyabr 2016-cı il tarixli "Yaşayış binasında mənzil tikintisi haqqında" "Cavabdeh" MTK tərəfindən X20 adına verilmiş 05 iyun 2016-cı il tarixli "Yaşayış binasında mənzil tikintisi haqqında" "Cavabdeh" MTK tərəfindən X33 adına verilmiş 05 aprel 2017-ci il tarixli "Yaşayış binasında mənzil tikintis i haqqında" -Cavabdeh MTK tərəfindən X21 adına verilmiş 23 avqust 2017-ci il tarixli "Yaşayış binasında mənzil tikintisi haqqında" "Cavabdeh' tərəfindən X22 adına verilmiş 31 oktyabr 2017-ci il tarixli "Yaşayış binasında mənzil tikintisi haqqında" müqavilələrin çap mətnini təşkil edən rəqəm və hərflərin şriftlərinə tərtibatına görə eynilik təşkil edir. Təqdim olunmuş "Cavabdeh" MTK sədri X17 ilə İddiaçı arasında "Yaşayış binasında mənzil tikintisi haqqında" bağlanılmış 12 avqust 2012-ci il tarixli müqavilə 2012ci ilə aid müqavilələrin nümunələrində yəni "Cavabdeh" MTK tərəfindən X9 adına verilmiş 19 avqust 2012-ci il tarixli "Yaşayış binasında mənzil tikintisi haqqında" "Cavabdeh" MTK tərəfindən Hümmətova Hicra Mahal qızının adına verilmiş 23 oktyabr 2012-ci il tarixli "Yaşayış binasında m ənzil tikintisi haqqında" müqavilələrin çap mətnini təşkil edən rəqəm və hərflərin şriftlərinə tərtibatına görə eynilik təşkil edir. Ekspertizaya təqdim edilmiş mülki işin 134-cü vərəqəsində "Cavabdeh" MTK ilə X8 arasında olan 13 mart 2009-cu il tarixli Yaşayış binasında mənzil tikintisi haqqında müqavilədə "Cavabdeh" MTK-nın Sədri: qrafasındakı imza; 135-ci vərəqəsində olan 13 mart 2009-cu il tarixli Maliyyə arayışında "Cavabdeh" MTK-nın Sədri: qrafasındakı imza - X17 tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş mülki işin 152-ci vərəqəsində "Cavabdeh" MTK ilə X38 arasında olan 12 avqust 2012-ci il tarixli Yaşayış binasında mənzil tikintisi haqqında müqavilədə "Cavabdeh" MTK-nın Sədri: qrafasındakı imza; 153-cü vərəqəsində olan 12 avqust 2012-ci il tarixli Maliyyə arayışında "C avabdeh" MTK-nın sədri: qrafasındakı imza X17 tərəfindən yo xbaşqa şəxs tərəfindən icra olunmuşdur aparılmış tədqiqatların dəyəri 461.25 manat təşkil edir.(İİ cild səh.8 16 24); -Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə-Ekspertiza Mərkəzinin 29.11.2019-cu il tarixli 17046 saylı ekspert rəyinə əsasən Bakı şəhəri Yasamal rayonunun M.Xiyabani küçəsində həmin kooperativ tərəfindən tikilmiş çoxmənzilli yaşayış binasındakı ümumi sahəsi 106.5 kv.metr olan binanın birinci girişi ikinci mərtəbəsindəki 2 otaqlı 4 saylı mənzilində yerinə yetirilmiş müxtəlif növ tikinti təmir və quraşdırma işlərinin təqribi dəyərinin mövcud bazar qiymətlərinə uyğun olaraq 7.772,0 manat məbləğində olduğu müəyyən edilir aparılmış tədqiqatın dəyəri 100 manat müəyyən edilmişdir (İİ cild səh.2627). -Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə-Ekspertiza Mərkəzinin 21.11.2019-cu il tarixli 15801 saylı ekspert rəyinə əsasən Bakı şəhəri M.Xiyabani küçəsində yerləşən binanın 1-ci girişində 2-ci mərtəbəsində yerləşən mənzilin daxilində müxtəlif növ və eləcədə gizli gözə görünməyən təmir işləri aparıldığından mənzilin ilkin vəziyyəti üzrə məlumatın olmadığını nəzərə alaraq həmin mənzildə aparılmış təmir tikinti işlərinə sərf olunan vəsaitin miqdarını dəqiqliklə müəyyən etmək mümkün olmamışdır. Lakin mülki iş materiallarına əlavə olunmuş qaimə və smeta sənədlərinə əsasən təmirtikinti işlərinə 26.858,0 manat məbləğində vəsait sərf olunduğu müəyyən edilmiş aparılmış tədqiqatın dəyəri isə 100 manat məbləğində müəyyən edilmişdir (səh.İV cild 18); iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı 24.01.2020-ci il tarixli iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək yaşayış sahəsinin təhvil verilməsi tələbi çıxarılmalı müqavilənin və eyni tarixli maliyyə arayışının etibarsız hesab edilməsi mənəvi zərər və mənzilin Malekzadeh Naser Məhəmməd oğluna satılmasına dair müqavilə bağlanması vəzifəsinin həvalə edilməsi barədə qətnamə çıxarılmasını qeyd etmişdir (İV cild səh.38); Malekzadeh Naser Məhəmməd oğlu iddia ərizəsinin məzmunundakı qeyri- dəqiqliyin aradan qaldırılması barədə ərizə təqdim edərək iddia ərizəsində tələbin “Cavabdeh“ Mənzil-Tikinti Kooperativinin inşa etdiyi Bakı şəhəri Yasamal rayonunun M.Xiyabani küçəsində tikilməkdə olan çoxmənzilli yaşayış binasındakı ümumi sahəsi 106.5 kv.metr olan binanın birinci girişi ikinci mərtəbəsindəki 4 saylı 2 otaqlı mənzilə görə verdiyi 45 min manat pulun cavabdeh İddiaçı həmin mənzilin təmirinə və yenidən qurulması işlərinə xərclədiyi 23.688 manat pulun cavabdeh X1 alınaraq ona verilməsi mənzilin təhvil verilməsi ilə onun təmir xərclərinin ödənilməsinin eyni vaxtda həyata keçirilməsinə dair tələb kimi oxunmasını xahiş etmişdir (İV cild səh.39). Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını Azərbaycan Respublikası Konstitusiyasının 13 26; “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun 2 5 25 63- 67 75 82; MM-in 324 328 337 340.2 360 385-388,403 404 409 425 431 442 443 454 560 646-654 752 760 MPM-nin 14 77 88 384-386-cı maddələrinə; “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 03. 11.2008ci il tarixli Qərarına əsasən mübahisələndirilən hissələrdə yoxlayan apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki apelyasiya şikayətləri üzrə mübahisə edilən hissədə düzgün nəticəyə müəssər olması üçün iddialarda qeyd edilmiş əsaslar baxımından qətnamələrə qiymət verilməsi zəruridir. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki münasibətlər müqavilələr və maliyyə arayışı əsasında (bir mənzildə sahiblik hüququ əldə etmək müqabilində) tarixi ardıcıllıq üzrə Cavabdeh MTK-nın X40 Səfər oğlu sonra isə İddiaçı ilə tərəflər iştirakçı olmuş lakin X40 Səfər oğlunun İddiaçı və Malekzadeh Naser Məhəmməd oğlunun X40 Səfər oğlu ilə qarşılıqlı mülki məsuliyyətini müəyyən edən hallar müəyyən edilməmiş İddiaçı ilə Malekzadeh Naser Məhəmməd oğlunun mülki münasibətləri zəminində isə mənzi l sonuncunun sahibliyinə verilmişdir. Onların heç biri cinayət təqibi üzrə zərərçəkmiş (mülki iddiaçı) qismində tanınmamışlar. Bununla belə İddiaçı mənzili özünə yox Malekzadeh Naserə sonuncu isə mənzilin X4 təhvil verilərək pulunu tələb edir. Məhkəmənin (müqavilənin imzalandığı dövrdə başqa) vəzifəli şəxsin imzasına əsasən əqdin etibarsızlığına dair gəldiyi nəticə əsassızdır. Məlumdur ki eyni ünvana dair iki müqavilə mövcud ola bilməz və bunun hansısa digər şəxslərə aid mülki münasibətlərlə əlaqəndirilməsi sübuta yetirilmir. Hətta digər mülki münasibətləri pərdələmək üçün müqavilə münasibətlərinə daxil olması onların yalnız birinin-digəri qarşısında olan mülki məsuliyyətini müəyyən edir. Başqa məsələ ki müqavilələrdən biri saxta əqd kimi cinayət təqibinin araşdırma predmeti olaraq müvafiq qənaətin nəticəsi olardı. Mülki icraat çərçivəsində (cinayət mühakimə icraatında araşdırılmalı olan) hüquq və vəzifələr (və sairə) müəyyən edən sənədin saxta olmasına qiymət verilməsi hüquqlardan sui-istifadəyə şərait yaradan normatətbiqetmə (təfsiretmə) olaraq yolverilməzdir. Cavabdeh MTK-nın illər öncə İddiaçı ilə müqavilə münasibətlərinin mübahisələndirməməsi və Əliəkbərov Ağasəfərlə olan müqavilə münasibətləri barəsində susması cinayət əməlləri kimi təfsir ediləsi məsələ olduğundan onun gizlədilməsi də bu səciyyənin məntiqi davamıdır (xüsusi qərardad qəbul edilmişdir). Ümumiyyətlə mülki icraat çərçivəsində mülki iş üzrə araşdırmanın nəticəsi olaraq hər hansı müqavilənin (hüquq müəyyən edən sənədin) yalnız saxtalığına qiymət verilməsi və bu əsasla onun etibarsızlığının müəyyən edilməsi hüququn və mülki icraatın (müqavilə azadlığının) prinsiplərinə ziddir. Ona görə hər iki müqavilə üzrə mülki məsuliyyət Cavabdeh MTK-ya aiddir lakin tarixi ardıcıllıq baxımından habelə İddiaçı iddialarla mənzili tələb etmədiyindən daha doğrusu mənzilin Malekzadeh Naserə verilməsini istədiyindən sonuncunun isə Cavabdeh MTK ilə mülki münasibətlərdə olmadığından və mənzil deyil pulu tələb etdiyindən məhz mübahisəli mənzilə münasibətdə üstünlük Əliəkbərov Ağasəfərə verilməli Bakı şəhəri Yasamal rayonu M.Xiyabani küçəsində Cavabdeh MTK-nın tikilməkdə olan binasının 1-ci girişi 2-ci mərtəbəsində yerləşən ümumi sahəsi 106,5 kv.m. olan 2 otaqlı 4 saylı mənzilinə dair Cavabdeh MTK ilə X38 arasında bağlanmış 12.08.2012-ci il tarixli «yaşayış binasında mənzil tikintisi haqqında» müqavilə və maliyyə a rayışı məhz 4 saylı mənzilə münasibətdə etibarsız hesab edilməlidir. Lakin İddiaçı Cavabdeh MTK ilə ümumiyyətlə müqavilə münasibətlərinə xitam verilməsi və ya etibarsızlığına dəlalət edən digər hallar müəyyən edilmədiyindən Cavabdeh MTK-ya münasibətdə başqa mənzil pul zərər və sair barədə tələb hüquqları saxlanılır. Mülki qanunvericiliyə əsasən qeyd edilmişdir ki hazırki mülki münasibətlərdə əqdin mübahisəli mənzilə münasibətdə etibarsız olması bütövlükdə müqavilə münasibətləri üzrə öhdəliklərə xitam verilməsinə əsas ola bilməz. Göründüyü kimi hazırki mülki iş üzrə tələb həddində prosessual məhdudiyyət baxımından araşdırma imkanları yolverilməz olduğundan onların mülki münasibətdə olduqları şəxslərdən mülki və ya cinayət təqibi proseduru qaydasında tələb hüququ habelə pul-əmlak dövriyyəs i üzrə mübahisələrin həlli imkanları tükənməmişdir. Müqavilə öhdəlik pozuntuları (tələb) üzrə mülki məsuliyyət həddində mənəvi zərərə görə Cavabdeh MTK-dan 1000 manat məbləğində pulun İddiaçı xeyrinə tutulmasını apelyasiya instansiyası məhkəmə kollegiyası qanuni hesab etmişdir. Belə ki Cavabdeh MTK tərəfindən yaradılan şərait nəticəsində iddiaçının illər boyu mənəvi iztirablar keçirməsi istisna edilmir. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki Malekzadeh Naserin həmin mənzilin təmiri ilə bağlı sübutların mötəbərliyi müəyyən edilmədiyindən ziddiyyətli ekspert rəyinin təkzibedilməz sübut kimi qəbul edilməsi mümkün olmadığından habelə onun Əliəkbərov Ağasəfərlə mülki münasibətlərdə olması müəyyən edilmədiyindən sonuncunun isə apelyasiya şikayəti verməyərək qət edilmiş məbləği qəbul etdiyindən habelə İddiaçı Malekzadeh Naserlə mülki münasibətlərin mövcudlunu müəyyən edən əqd olduğundan Malekzadeh Naser Məhəmməd oğlunun tələbi üzrə onun və ona münasibətdə İddiaçı apelyasiya şikayətlərinin təmin edilməsi üçün əsaslar müəyyən edilməmiş və Malekzadeh Naserin şikayətinin “mənzilin onun tərəfindən X4 təhvil verilməsi ilə onun təmir xərclərini ona ödəməsinin eyni vaxtda həyata keçirilməsi” hissəsində təmin edilməsi məhkəmə qərarlarların icrası və tərəflərin hüquqlarının bərabərliyi baxımından əsaslıdır. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat Cavabdeh MTK-dan alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə apellyasiya instansiyası məhkəmə kollegi yasının gəlmiş olduğu nəticəni işin faktiki halları ilə müqayisəli tərzdə öyrənib həmin nəticənin Cavabdeh MTK ilə İddiaçı arasında bağlanmış 12.08.2012-ci il tarixli müqavilənin etibarsızlığına dair hissə istisna olmaqla digər hissədə qanunauyğun olması qənaətinə gəlir və hesab edir ki işə apellyasiya instansiyası məhkəməsi tərəfindən qeyd olunan digər hissədə düzgün baxılmış həmin mübahisəli hüquq münasibətlərinə faktlar nöqteyi nəzərincə və tərəflərin qarşılıqlı münasibətləri zəminində düzgün hüquqi qiymət verilməklə iş üzrə qanunauyğun və əsaslı nəticəyə gəlinmişdir. Lakin bununla yanaşı Ali Məhkəmənin Mülki Kollegiyası hesab edir ki apelyasiya instansiyası məhkəməsinin qətnaməsi Cavabdeh MTK ilə İddiaçı arasında bağlanmış 12.08.2012-ci il tarixli müqavilənin etibarsızlığına dair hissə də dəyişdirilməlidir. Belə ki yuxarıda qeyd olunduğu kimi apelyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə müqavilənin etibarsızlığı ilə bağlı mənəvi zərərə görə Cavabdeh MTK-dan 1000 manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulmuş, həmin hissə kassasiya qaydasında Cavabdeh MTK tərəfindən mübahisələndirilməmişdir. Belə olan halda apelyasiya instansiyası məhkəməsi müqavilənin etibarsızlığına dair hissədə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.5-ci maddəsinin tələbləri baxımından tam düzgün hüquqi nəticəyə gəlməmişdir. Həmin maddəyə görə əqd etibarsız olduqda əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alın anlar əmlakdan istifadədə görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Buna görə 12.08.2012-ci il tarixli müqavilə üzrə ödənilmiş 38.340 manat Cavabdeh MTK-dan alınaraq İddiaçı ödənilməlidir. Göstərilənlərə və AR MPM-nin 417.1.2-ci və 419-cu maddələrinin tələbinə əsasən Ali Məhkəmənin Müki Kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti qismən təmin olunsun. Üçüncü şəxs T2nun kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-42/2020 saylı 27 yanvar 2020-ci il tarixli qətnaməsi müqavilənin etibarsızlığına dair hissədə dəyişdirilsin Cavabdeh MTK-dan 38.340 (otuz səkkiz min üç yüz qırx) manat alınaraq İddiaçı verilsin.Qətnamənin digər hissəsi dəyişdirilmədT2ildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar