Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4106/2022 25.07.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh2nə və Cavabdeh1 qarşı (Maraqlı şəxs qismində cəlb olunmaqla) ilkin, Cavabdeh1 İddiaçı qarşı qarşılıqlı iddia tələbinə dair iş üzrə QƏRARİ İş № 2(102)-4106/2022 ( Açar sözlər: kassasiya şikayətinin geri qaytarılması, prossesual müddətin buraxılması) Bakı şəhəri, 25 iyul 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi hakim), Abbasov Aqil Əzizağa oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh2nə və Cavabdeh1 qarşı (Maraqlı şəxs qismində cəlb olunmaqla) “aşağı vəzifəyə keçirmə barədə əmrin ləğvi və mənəvi zərərin ödənilməsinə” dair ilkin, Cavabdeh1 İddiaçı qarşı “işgüzar nüfuza vurulmuş zərərin əvəzinin ödənilməsinə” dair qarşılıqlı iddia tələbi barədə mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-937/2022 nömrəli, 17 may 2022-ci il tarixli qərardadından Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətinə 25 iyul 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı (bundan sonra- iddiaçı) məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, 7 yanvar 2021-ci il tarixli 02-K/2021 saylı əmrin (bundan sonra- Əmr) ləğv edilməsi, ona dəymiş mənəvi zərər olaraq 15.000 manat məbləğində pul ödənilməsi haqqında qətnamə q əbul edilməsini xahiş etmişdir.
2. Cavabdeh1 (bundan sonra- cavabdeh) məhkəməyə qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək, iddiaçıdan onun xeyrinə onun işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi olaraq, 50.000 manat məbləğində pul tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
3. Nəsimi Rayon Məhkəməsinin (bundan sonra-birinci instansiya məhkəməsi) 15 aprel 2022-ci il tarixli, 2(006)-1955/2021 nömrəli qətnaməsi ilə (hakim Natavan Tağıyeva) hər iki iddia tələbi təmin edilməmişdir.
4. İddiaçı qətnamədən apellyasiya şikayəti vermiş, qətnamənin ləğv edilərək, ilkin iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
5. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermiş, qətnamənin qarşılıqlı iddianın rədd edilməsi hissəsində ləğv edilərək, qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
6. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra- apellyasiya instansiyası məhkəməsi) 3 fevral 2022-ci il tarixli, 2(103)-937/2022 nömrəli qətnaməsi ilə (hakimlər-X.A.Mərdanova (sədrlik edən və məruzəçi), E.M.Həsənov və F.F.Babayev) iddiaçının apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ilkin iddia ərizəsinin rədd edilməsi hissəsində ləğv edilmiş, həmin hissədə iddia tələbi qismən təmin edilmiş, əmrin ləğv edilməsi, iddiaçının əmr qəbul edilməmişdən əvvəlki vəzifəsinə bərpa olunması qət edilmiş, cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanmışdır.
7. Cavabdeh2 MMC (vəkil Nümayəndə2) qətnamədən kassa siya şikayəti vermişdir.
8. Apellyasiya instansiyası məhkəməsinin 17 yanvar 2022-ci il tarixli, 2(103)-937/2022 nömrəli qərardadı ilə (hakimlər-X.A.Mərdanova (sədrlik edən və məruzəçi), E.M.Həsənov və V.N.Sadıqov) kassasiya şikayəti və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır.
9. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, Cavabdeh2 MMC kassasiya şikayətini qanunvericilikdə nəzərdə tutulan prosessual müddəti ötürməklə vermişdir. Belə ki, mülki işin materiallarına əlavə olunmuş çıxarışlardan görünür ki, apellyasiya instansiyası məhkəməsinin 03 fevral 2022-ci il tarixli qətnaməsi elektron qaydada Cavabdeh2 MMC-nin direktoru Cavabdeh1 elektron kabinetinə 10 fevral 2022-ci il tarixdə, həmçinin Cavabdeh2 MMC vəkili və nümayəndəsi Vəkil1 (etibarnamə xx.xx.2022-ci il tarixədək qüvvədədir, i.v 171) elektron kabinetinə 10 fevral 2022-ci il tarixdə, digər vəkili və nümayəndəsi Nümayəndə1 (etibarnamə xx.xx.2022-ci il tarixədək qüvvədədir, i.v 189) elektron kabinetinə 10 fevral 2022-ci il tarixdə yerləşdirilmişdir. Bundan başqa Dövlət Vergi Xidmətinin AVİS – X1 Sistemi ilə göndərilən məlumatından da görünür ki, qətnamənin yerləşdirilməsi barədə bildirişi Cavabdeh2 MMC 10 fevral 2022-ci il tarixdə oxumuşdur. Lakin, hazırda qeyd edilən qətnamədən Cavabdeh2 MMC və onun vəkili Nümayəndə2 kassasiya şikayəti vermək üçün qanunvericilikdə nəzərdə tutulmuş müddəti ötürərək, 14 may 2022-ci il tarixdə elektron qaydada kassasiya şikayəti ilə müraciət etmişdir.
10. Apellyasiya instansiyası məhkəməsi qərardad qəbul edərkən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 135.6, 403.1, 405.0.1 və 408.1.4-cü maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a)Kassasiya şikayətinin dəlilləri
11. Cavabdeh2 MMC (vəkil Nümayəndə2) kassasiya şikayəti verərək 17 may 2022-ci il tarixli, 2(103)-937/2022 nömrəli qərardadın ləğv edilərək, işin mahiyyəti üzrə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
12. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qərardadı əsassızdır. Belə ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi Cavabdeh2 MMC-yə rəsmi qaydada 11 may 2022-ci il tarixində təqdim olunmuşdur. Nümayəndə1 tərəfindən elektron kabinetə yerləşdirilən məlumat açılmamış və oxunmamışdır. Bundan başq a, Vəkil1 elektron kabinetiə yerləşdirilmiş məlumat hazırki iş üzrə əhəmiyyət kəsb etmir, belə ki, Cavabdeh2 MMC-ni kassasiya instansiyasında təmsil etmək hüququ olan vəkil Nümayəndə2 olmuşdur. Bu səbəblərdən apellyasiya instansiyası məhkəməsinin qərardadı əsassız hesab olunmalıdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
14. Maddə 130.3. Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır.
15. Maddə 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron mə hkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır.
16. Maddə 135.5. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir
17. Maddə 403.1. Bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qətnamə və ya qərardadlardan tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər.
18. Maddə 405.0.1. Apellyasiya instansiyası məhkəməsinin aktlarından kassasiya şikayəti qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində verilə bilər.
19. Maddə 408.1.4. Kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa, apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır.
20. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
21. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gəl ərək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
22. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadı Cavabdeh2 MMC tərəfindən bütövlükdə mübahisələndirildiyindən, məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
23. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsinin qeyd edilən qərardadı əsaslıdır, məhkəmə prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı nəticəyə gəlmişdir.
24. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 135.6-cı maddəsinə əsasən “Elektron məhkəmə ” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır.
25. Cavabdeh tərəfin özü və nümayəndələrinin elektron kabinetlərinə məhkəməin qətnaməsi xx.xx.2022-ci il tarixdə yerləşdirilməklə həmin tarixdə rəsmi çatdırılmış hesab edilmişdir. Buna görə də, apellyasiya məhkəməsi həmin tarixdən hesablanmaqla kassasiya şikayəti verilməsi üçün müddətin buraxılması nəticəsinə gəlmişdir.
26. Yuxarıda qeyd olunan hüquq normalarının məzmunundan göründüyü kimi, vaxtında şikayət verilməm əsi və prosessual müddətin buraxılması müəyyən hüquqi nəticələr yaradır. Belə ki, şikayətin verilmə müddətinin keçməsi ilə qətnamə qanuni qüvvəyə minir və icraya yönəldilir, prosessual müddətin bitməsi ilə müvafiq prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Cavabdeh isə müddətin bərpası haqqında ərizə ilə məhkəməyə müraciət etməmişdir.
27. Məhkəmə kollegiyası, kassasiya şikayətinin dəlillərini əsassız sayır və qeyd edir ki, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğvi üçün qanuni əsas deyildir. Odur ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişiklik edilmədən saxlanılmalıdır.
28. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh2 t ərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-937/2022 nömrəli iş üzrə xx.xx.2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.