Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4107/2020 15.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi ilə, İddiaçı KB ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh1 verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Cavabdeh1 Bakı Apelyasiya Məhkəməsinin Mülki Kol legiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı KB ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Sabunçu rayon məhkəməsinin xx xxxxxxx 2017-ci il tarixli qətnaməsi ilə (hakim A.Rzayev, iş № 2(008)-1951/2017) iddia qismən təmin edilərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 37.989,45 ABŞ dolları əsas borc, 5.007,67 ABŞ dolları faiz borcu və 500 ABŞ dolları cərimə borcu olmaqla cəmi 43.497,12 ABŞ dolları məbləğində borcun (qətnamənin icra olunduğu vaxta məzənnəyə uyğun manatla) və iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun İddiaç ı KB ASC-nin xeyrinə tutulması, cavabdehlərdən tutulmalı olan məbləğin borc öhdəliyinin təminatı kimi İddiaçı KB ASC-nin qarşısında ipoteka ilə yüklü edilmiş “Mercedes-Benz GL 550” minik markalı, buraxılışı 2013-cü il olan, 10-GV004 dövlət nömrə nişanlı avtomobilə yönəldilməsi, avtomobilin açıq hərrac yolu ilə satılması, avtomobilin satışından əldə olunacaq məbləğdən 43.497,12 ABŞ dolları məbləğində borcun (qətnamənin icra olunduğu vaxta məzənnəyə uyğun manatla hesablanmalı) İddiaçı KB ASC-nin xeyrinə ödənilməsi, ekspertiza xərci olan 50 manatın cavabdehlər Cavabdeh1 və Ouliyeva Könül Qafar qızından müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin büdcə təsnifatı kodu 142319, büdcə səviyyəsinin kodu 3, dövlət xəzinədarlığı agentliyi kodu 21 0005, müxbir hesabı -Z41NABZ**********0000003944, AZ34CTRE******************** bank hesabına köçürülməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər A.Hüseyn (sədrlik edən və məruzəçi), E.Nəbiyev və R.Qurbanov, iş № 2(103)265/2020) Cavabdeh1 apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1951/2017 saylı, xx xxxxxxx 2017-ci il tarixli qətnaməsi dəyişdirilmiş, ipoteka predmeti olan “Mercedes-Benz GL 550” minik markalı, **-GV-*** dövlət nömrə nişanlı avtomobilin ilkin satış qiymətinin 93.500 manat müəyyən edilməsi qət edilmiş, qətnamə iddianın Cavabdeh1 qarşı təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılmışdır. Kassasiya şikayətlərin in dəlilləri: Cavabdeh1 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini xahiş edir. Kassasiya şikayətinə qarşı verilmiş etiraz: Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasında iştirak edənlərin izahatları: Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə müvafiq olaraq kassasiya instansiyası məhkəməsi a pelyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlayır. Kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktik i hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apelyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 11 BK/14 saylı kredit müqaviləsinə əsasən borcalana 36 ay müddətinə, illik 19 faiz ödəmək şərti ilə 84.000 ABŞ dollar məbləğində kredit verilmiş, borc alan krediti qəbul etməyi və bu müqavilədə göstərilən müddətdə və qaydada krediti və ona hesablanmış faizləri borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. xx.xx.2014-cü il tarixli 11 BK/14 saylı kredit müqaviləsinə dəyişikliklər edilməsi haqqında xx.xx.2015-ci il tarixli sazişə əsasən kredit müqaviləsinin 1.3-cü bəndində nəzərdə tutulmuş kreditdən istifadəyə görə 2 ay güzəşt müddəti müəyyən edilmiş, xx.xx.2015-ci il tarixli sazişə əsasən kredit müqaviləsinin 1.3-cü bəndində nəzərdə tutulmuş faiz dərəcəsi dəyişdirilərək illik 17.5 faiz müəyyən edilmişdir. Müqaviləyə iki saylı əlavəyə əsasən kreditin qaytarılmasının son müddəti xx.xx.2017-ci il tarixi müəyyən edilmişdir. Kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasını təmin etmək üçün xx.xx.2014-cü il tarixli, 11BKg/14 saylı girov müqaviləsinə əsasən, Cavabdeh1 ona məxsus “Mercedes-Benz GL 550” minik markalı, buraxılışı 2013-cü il olan, **-GV-*** dövlət nömrə nişanlı avtomobili Bank qarşısında girovla yüklü etmişdir. İpoteka müqaviləsinin qeydiyyata alınması ilə əlaqədar daşınar əmlakın müvafiq rəsmi reyestrindən AA 117038 nömrəli, xx xxxxxx 2014-c ü il tarixli çıxarışa əsasən “MercedesBenz GL 550” minik markalı, buraxılışı 2013-cü il olan, **-GV-*** dövlət nömrə nişanlı avtomobilin bank qarşısında yüklü edilməsini nəzərdə tutan müvafiq ipoteka müqaviləsi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət X1 qeydə alınmışdır. xx.xx.2017-ci il tarixli 17692 saylı məhkəmə-mühasibatlıq ekspertizasının rəyinə görə, Cavabdeh1 xx.xx.2017-ci il tarixə banka olan borcu 44.497,28 ABŞ dolları məbləğində müəyyən olunmuş, o cümlədən əsas borcu 37.989,45 ABŞ dolları, faiz borcu isə 6.507,83 ABŞ dolları məbləğində müəyyən edilmişdir. Həmçinin, rəydə qeyd edilmişdir ki, İddiaçı KB ASC ilə borclu arasında bağlanmış xx.xx.2014-cü il tarixli 11 BK/14 saylı kredit müqaviləsinin 6.3-cü bəndinə əsasən cərimə faiz dərəcəsi (illik 360 % - 720%) dəqi q göstərilmədiyindən ekspertiza zamanı Cavabdeh1 cərimə borcu hesablanmamışdı. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mübahisəli hüquq münasibətinə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317, 319.1, 385, 427, 442, 445, 448, 462, 467, 470, 472-ci, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33, 34.1.1-ci maddələrini maddələrinin tətbiqi ilə razılaşmışdır. Apelyasiya instansiyası məhkəməsi mübahisəli hüquq münasibətinə həmçinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsini tətbiq etmişdir. Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinin dəlilləri ilə apelyasiya şikayətinin dəlilləri eyni olmuşdur. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsa s hesab etmir. Belə ki, apelyasiya instansiyası məhkəməsi qətnaməsində qeyd olunanlara hüquqi qiymət vermiş və aşağıdakıları göstərmişdir: “...Cavabdeh Bankla aralarında bağlanmış kredit müqaviləsinin həqiqiliyini şübhə altına alan, habelə etdiyi ödənişlər nəticəsində daha az borcunun yarandığı barədə heç bir sübut təqdim etməmişdir. Bundan başqa, birinci instansiya məhkəməsi əsas borc məbləğini ekspert rəyi ilə müəyyən etmişdir. Tələb olunan faiz borcu və cərimə borcunun təmin olunmuş hissəsi tərəflərin əmlak mənafelərinə uyğun, əsas borca mütənasibdir.” Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, apelyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Bundan əlavə kassator Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq öz etirazının əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Kassasiya şikayətinə baxılmasının nəticələri: Məhkəmə kollegiyası hesab edir ki, mülki işə baxıldıqda hüquq normaları düzgün tətbiq olunmuş, qətnamənin ləğvi üçün əsas olan maddi və prosessual qanun pozuntularına yol verilməmişdir. Kassasiya şikayətinin dəlilləri Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi üçün əsas hesab edilmir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Cavabdeh1 kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsi Cavabdeh1 kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4107/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-4107/2020
15.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver