Məhkəmə qərarları › İş №2(102)-4107/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-4107/2021

17.07.2021 · Müqavilələrin ləğv edilməsi - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4107/2021 17.07.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər "xxxx" ASC, Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzinə və "xxxx" BOKT QSC-yə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsi və Səbail rayon icra və probasiya şöbəsi cəlb etməklə) iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: hərracın yekunlarına dair protokolların etibarsız hesab edilməsi, kəsici müddət Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-2318/2021 nömrəli iş üzrə 26 fevral 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 17 iyul 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları Bakı Apellyasiya Məhkəməsinin 26 oktyabr 2011 -ci il tarixli, 2(103)-193/2011 saylı qətnaməsi ilə "xxxx" Qrup MMC-dən "xxxx"ASC-nin xeyrinə 1.264.333 ABŞ dolları borcun tutulması və tutmanın ipoteka ilə yüklü edilmiş İddiaçı məxsus ünvan 1 ünvanlarında yerləşən mənzillərə yönəldilməsi qət edilmişdir. Qətnaməni qanuni qüvvəyə minərək icraya yönəldilmişdir. Qətnamənin icrası ilə əlaqədar olaraq Respublika Xammal və X2 və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi tərəfindən hərrac keçirilmişdir. Respublika Xammal və X2 və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzinin 23 dekabr 2013-cü il tarixli 01/3625 saylı məlumatında qeyd edilmişdir ki, Bakı şəhəri, Azərbaycan prospekti, ev 1/4 ünvanında yerləşən 2, 17 və 18 saylı mənzillər ilkin satış qiymətindən 25 faiz aşağı qiymətlə, yəni 63750, 178500 və 140250 manat olmaqla cavabdeh "xxxx" açıq səhmdar cəmiyyətinə təklif edilmişdir. 23 dekabr 2013-cü il tarixli 21/4375 saylı məktubda qeyd edilmişdir ki, cavabdeh "xxxx" açıq səhmdar cəmiyyəti Bakı şəhəri, Azərbaycan prospekti, ev 1/4 ünvanında yerləşən 2, 17 və 18 saylı mənzillərin hərracdakı ilkin satış qiyməti ndən 25 faiz aşağı qiymətlə alınmasına etiraz etməmişdir. 24 dekabr 2013-cü il tarixli 110/04 saylı “İpoteka saxlayana ipoteka predmetinin əldə edilməsi üçün keçirilmiş hərracın yekunları barədə” Protokola əsasən cavabdeh "xxxx" açıq səhmdar cəmiyyəti Bakı şəhəri, Azərbaycan prospekti, ev 1/4 ünvanında yerləşən 18 saylı mənzili 140250 manata almışdır. 24 dekabr 2013-cü il tarixli 110/03 saylı “İpoteka saxlayana ipoteka predmetinin əldə edilməsi üçün keçirilmiş hərracın yekunları barədə” Protokola əsasən, cavabdeh "xxxx" açıq səhmdar cəmiyyətiBakı şəhəri, Azərbaycan prospekti, ev 1/4 ünvanında yerləşən 17 saylı mənzili 63750 manata almışdır. 24 dekabr 2013-cü il tarixli 110/02 saylı “İpoteka saxlayana ipoteka predmetinin əldə edilməsi üçün keçirilmiş hərracın yekunları barədə” Protokola əsa sən cavabdeh "xxxx" açıq səhmdar cəmiyyətiBakı şəhəri, Azərbaycan prospekti, ev 1/4 ünvanında yerləşən 2 saylı mənzili 178500 manata almışdır. RX seriyalı ******* saylı “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” Çıxarışa əsasən, Bakı şəhəri, Azərbaycan prospekti, ev 1/4 ünvanında yerləşən 2 saylı mənzil mülkiyyət hüququ əsasında cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. 22 dekabr 2017-ci il tarixli S-ƏML113 saylı akta əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 fevral 2017-ci il tarixli, 101s nömrəli Sərəncamının icrası ilə əlaqədar "xxxx" ASC bank olmayan kredit təşkilatı tərəfindən "xxxx" açıq səhmdar cəmiyyətindən problemli aktivlərin (Bakı şəhəri, Azərbaycan prospekti, ev 1/4, mənzil 18) satın alınması ilə bağlı müvafiq sənədlər "xxxx" açıq səhmdar cəmiyyətindən iddiaçının idarəetməsinə təhvil verilmişdir. 22 dekabr 2017-ci il tarixli S-ƏML111 saylı aktda əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 fevral 2017-ci il tarixli, 101s nömrəli Sərəncamının icrası ilə əlaqədar "xxxx" qapalı səhmdar cəmiyyəti bank olmayan kredit təşkilatı tərəfindən "xxxx" açıq səhmdar cəmiyyətindən problemli aktivlərin (Bakı şəhəri, Azərbaycan prospekti, ev 1/4, mənzil 17) satın alınması ilə bağlı müvafiq sənədlər "xxxx" açıq səhmdar cəmiyyətindən iddiaçının idarəetməsinə təhvil verilmişdir. 22 dekabr 2017-ci il tarixli S-ƏML111 saylı akta əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 fevral 2017-ci il tarixli, 101s nömrəli Sərəncamının icrası ilə əlaqədar "xxxx" qa palı səhmdar cəmiyyəti bank olmayan kredit təşkilatı tərəfindən "xxxx" açıq səhmdar cəmiyyətindən problemli aktivlərin (Bakı şəhəri, Azərbaycan prospekti, ev 1/4, mənzil 2) satın alınması ilə bağlı müvafiq sənədlər "xxxx" açıq səhmdar cəmiyyətindən iddiaçının idarəetməsinə təhvil verilmişdir. RX seriyalı ******* saylı “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” Çıxarışa əsasən Bakı şəhəri, Azərbaycan prospekti, ev 1/4 ünvanında yerləşən 17 saylı mənzil mülkiyyət hüququ əsasında cavabdeh "xxxx" qapalı səhmdar cəmiyyəti bank olmayan kredit təşkilatının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. RX seriyalı ******* saylı “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” Çıxarışa əsasən Bakı şəhəri, Azərbaycan prospekti, ev 1/4 ünvanında yerləşən 2 saylı mənzil mülkiyyət hüququ əsasında cavabdeh "xxxx" qapalı səhmdar cəmiyyəti bank olmayan kredit təşkilatının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. RX seriyalı ******* saylı “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” Çıxarışa əsasən Bakı şəhəri, Azərbaycan prospekti, ev 1/4 ünvanında yerləşən 18 saylı mənzil mülkiyyət hüququ əsasında cavabdeh "xxxx" qapalı səhmdar cəmiyyəti bank olmayan kredit təşkilatının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət xidm əti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsi və Səbail rayon icra və probasiya şöbəsi cəlb etməklə cavabdehlər "xxxx" Açıq Səhmdar Cəmiyyətinə, Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzinə və "xxxx" Bank Olmayan Kredit X3 Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 24 dekabr 2013-cü il tarixli hərracın yekunlarına dair 110/02, 110/03, 110/04 saylı protokolların etibarsız hesab edilməsinə, ünvan 2 ünvanlarında yerləşən mənzillərin ipotekasına xitam verilməsinə və həmin mənzillərin ipoteka edilməsinə dair daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış yüklülüyün və sözü gedən mənzillərə dair cavabdeh "xxxx" ASCnin adına verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların ləğv edilməsinə dair qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, sözü gedən qətnamənin icrası ilə əlaqədar 13 aprel 2013-cü il tarixdə hərrac keçirilmiş, hərrac baş tutmamış və nəticədə “İpoteka haqqında” Qanunun tələbinə əsasən ipoteka predmetləri banka təklif olunmuşdur, iddia ərizəsinə əlavə edilmiş hərracın yekunlarına dair protokolun surətindən görünür ki, 24 dekabr 2013-cü il tarixdə "xxxx" ASC tərəfindən ipoteka predmetləri qəbul edilmişdir. Göründüyü kimi, sonuncu hərracın keçirilməsindən 8 ay keçdikdən sonra ipoteka predmetləri bank tərəfindən hərracın yekunlarına dair protokol tərtib edilərək qəbul edilmişdir ki, bu da “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsinin tələbinə ziddir. Belə ki, həmin normanın tələbinə əsasən ipoteka saxlayan təkrar hərrac baş tutmamış elan edil dikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. Həmçinin, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair“ Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 oktyabr 2014-cü il tarixli Qərarında «İpoteka haqqında» Qanunun 43.8-ci maddəsində göstərilən əsasla ipotekaya xitam verilməsinin proseduru ilə bağlı Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, ikinci hərrac keçirildikdən sonra 30 gün müddətində ipoteka saxlayan ipoteka predmetini əldə etmədikdə, ipoteka qoyanın iddiası ilə məhkəmə icraatı qaydasında ipotekaya xitam verilə bilər. Tələbkar və ipoteka saxlayan "xxxx" ASC ipoteka predmetləri olan ünvan 3 ünvanlarında yerləşən mənzillər «İpoteka haqqında» Qanunun 43.8- ci maddəsinə əsasən təkrar hərracın baş tutmamış elan edilməsindən sonra 30 təqvim günü ərzində əldə etmədiyinə görə ipotekaya xitam verilməli və həmin mənzillərin ipoteka edilməsinə dair daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış yüklülüyün və sözügedən əmlaklara dair "xxxx" ASC-nin adına verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların ləğv edilməlidir. Sonradan iddiaçı tərəfindən iddia tələbi dəqiqləşdirilərək, ünvan 2 ünvanlarında yerləşən mənzillərin ipotekasına xitam verilməsinə, 24 dekabr 2013-cü il tarixli hərracın yekunlarına dair 110/02, 110/03, 110/04 saylı protokolların etibarsız hesab edilməsinə və həmin mənzillərin ipoteka edilməsinə dair daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış yüklülüyün və sözügedən mənzillərə dair cavabdeh "xxxx" Bank Olmayan Kre dit X3 Cəmiyyətinin adına verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların ləğv edilməsinə dair qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (hakim Ramin Xəlilov) 2(006)-883/2020 saylı, 29.10.2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, ipoteka predmeti olan mənzillər 24 dekabr 2013-cü il tarixli hərracın yekunları barədə protokollara, yəni mahiyyət etibarı ilə alqı-satqı müqavilələrinə əsasən cavabdeh "xxxx" açıq səhmdar cəmiyyətinə 140250 manata, 63750 manata və 178500 manata satılmışdır. Hazırda mübahisələndirilən müqavilələr 24 dekabr 2013-cü il tarixdə bağlanmış, lakin həmin tarixdən 6 ilə yaxın müddət keçdikdən sonra 21.10.2020-ci il tarixdə iddiaçı hazırkı təl əblə məhkəmədə iddia qaldırmışdır. Məhkəmə qeyd etmişdir ki, qüvvədə olan mülki qanunvericiliyə görə, müddətin keçməsinə görə müqavilənin ləğv edilməsi üzrə tələblərə iddia müddəti tətbiq oluna bilər, müqavilənin etibarsızlığına dair tələblərə isə bundan fərqli olaraq qanunda nəzərdə tutulan “kəsici müddətlər” tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir a y ərzində mübahisə edilə bilər. Qeyd olunduğu kimi, Mülki Məcəllənin 354.2-ci maddəsinə əsasən, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Bu isə onu nəzərdə tutur ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığını mübahisə etmək hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Göründüyü kimi qeyd olunan müddət hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətlərinə aid deyil, kəsici müddətlərə aiddir. Bu kimi hallarda iddia müddətinin tətbiqi ilə bağlı ərizənin verilməsinə zərurət də yoxdur. Qanunvericliyə edilmiş dəyişikliklərdən müəyyən edilir ki, həmin müddətlər iddia müddəti kimi nəzərdə tutulmamış və iddia müddəti kimi nəzərdə tutulmadığından həmin müddətlərin tətbiq edilməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsi ilə müəyyən edilmiş mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında deyil, məhkəmə tərəfindən müəyyən edildiyi halda məhkəmənin özü tərəfindən tətbiq edilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab etmişdir ki, iddiaçı tələblə məhkəməyə müraciət etmək üçün qanunvericilikdə nəzərdə tutulmuş müddəti ötürməklə məhkəməyə müraciət etdiyindən iddia, hərracın yekunlarına dair protokolların etibarsız hesab edilməsi hissəsində rədd edilməlidir. Məhkəmə həmçinin müəyyən etmişdir ki, iddiaçının nümayəndəsi və vəkili tərəfindən məhkəmə prosesi zamanı təqdim edilmiş Ali Məhkəmənin 29 iyul 2013-cü il tarixli qərarına əsasən Bakı A pellyasiya Məhkəməsinin MK-nın 02 may 2013-cü il tarixli ica hərəkətlərinin dayandırılması barədə qərardadından iddiaçının özü şəxsən şikayət vermiş və qeyd olunan şikayət təmin edilməmişdir. Yəni iddiaçının gedən mülki proseslərdən 2013-cü il tarixdə daxil olmaqla xəbərdar olmuş və hərrac keçirilməsi barədə məlumatının olmaması barədə iddiaçının göstərdiyi dəlillər əsassızdır. İddia tələbinin digər hissələrinə münasibətdə məhkəmə qeyd etmişdir ki, iddia tələbinin həmin hissələri protokolların etibarsızlığına əsaslanmaqla ondan asılı olduğundan, prosessual qənaət prinsipi nəzərə alınaraq və həmin tələb üzrə iddia yuxarıda göstərilənlərə əsasən rədd edildiyindən iddia tələbi digər hissələrdə də əsassız hesab olunmaqla təmin oluna bilməz. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər: Anar Tanrıverdiyev - sədrlik edən və məruzəçi, Tofiq Səmədov, İkram Şirinov) 26 fevral 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Birinci intansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, mübahisələndirilən müqavilələr bağlanılarkən müqavilənin şərtlərinin konkret olaraq müəyyənləşdirilməsi, tərəflərin öz iradələrini ifadə edərək müqaviləni bağlaması, müqavilə bağlandıqdan sonra uzun müddət müqavilə şərtləri ilə bağlı heç bir iddia irəli sürülməməsi müəyyən edilmişdir. Müqavilələr bağlanarkən qanunverciliyin tələbəri pozulmadığınd an həmin müqavilələrə əqdlərin etibarsızlığı ilə bağlı müddəalar şamil edilə bilməz. Məhkəmə müddətin ötürülməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edərək iddiaçının Mülki Məcəllənin 384.0.4-cü maddəsinə istinad etməsi ilə bağlı apellyasiya şikayətinin dəlilinə münasibətdə qeyd etmişdir ki, həmin maddənin mənasına görə, mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələbləri, bu pozuntular sahiblikdən məhrum etmə ilə birləşdirilmiş olmasa belə iddia müddəti şamil edilmir. İddiaçının apellyasiya şikayətində qeyd etdiyi müddəa mətnindən də göründüyü kimi, mülkiyyətçinin və ya digər sahibin hüquq pozuntularının aradan qaldırılması ilə bağlı tələbləri ehtiva edir. İddiaçının hazırki tələbi is ə hərracın yekunlarına dair protokolların etibarsız hesab edilməsi, ipotekaya xitam verilməsi və dövlət reyestrində qeydə alınmış ipoteka yüklülüyünün və çıxarışların ləğv edilməsi ilə bağlı olduğundan apellyasiya şikayətində istinad olunan 384.0.4-cü maddə hazırki iddia tələbinə şamil edilə bilməz. Bundan başqa istinad edilən norma istinad edilən norma iddia müddəti ilə bağlı normadır. Hazırki halda isə məhkəmə iddia müddətini deyil, etibarsız əqdin mübahisələndirilməsi ilə hağlı kəsici müddəti tətbiq etmişdir. İddiaçı (vəkil X1) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahat ları a) Kassasiya şikayətinin dəlilləri Məzmunu apellyasiya şikayətinin məzmunu ilə eyni olan kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, maddi və prosessual hüquq normalarının hazırki mübahisəyə düzgün tədbiq edilməməsi nəticəsində qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə tərəflər gəlmədikləri üçün və gəlməmələrinin səbəbləri barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3- cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Kassasiya baxışının hədləri MPM-nin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Qətnamədən kassasiya şikayəti verən iddiaçı qətnaməni tam mübahisələn dirdiyindən məhkəmə aktı tam yoxlanılır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 416.1. Bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 354.1. Əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Maddə 354.2. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən hall arı bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. “İpoteka haqqında” Azərbaycan Respublikasmın Qanunu: Maddə 42.1. Hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, forması, onun predmeti və keçirilmə qaydası, ilkin satış qiyməti, hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qayda sı, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi miqdarında beh ödəməlidir. Maddə 42.3. Hərracın təşkilatçısı və onun əməkdaşları istisna olmaqla, hərracda istənilən şəxs, o cümlədən ipoteka saxlayan və ipoteka qoyan alıcı qismində iştirak edə bilər. Maddə

44. Bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətb iq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin maddi və prosessual hüquq normalarının pozulması ilə bağlı dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynidir və məhkəmə kollegiyası həmin hallar üzrə apellyasiya instansiyası məhkəməsinin əsaslandırılması ilə razılaşır. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbə r tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-2318/2021 nömrəli iş üzrə 26 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar