Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4108/2024 25.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: vindikasiya tələbi, cehiz və qızıl-zinət əşyaların qaytarılması, sübutetmə vəzifəsi ) Azərbaycan Respublikasının Ali Məhkəməsi Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi hakim), Şəfiyev İspəndiyar Əsəd oğlu və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “cehiz və qızıl-zinət əşyalarının qaytarılması” tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-1155/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsindən Cav abdeh1 kassasiya şikayətinə 25 dekabr 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı (bundan sonra “iddiaçı”) ilə Cavabdeh1 2018-ci ilin sentyabr ayında faktiki ailə qurmuşlar.
2. İddiaçının cehiz və qızıl-zinət əşyaları Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, hərbi şəhərcik, blok e1, mənzil 21-ə yerləşdirilmiş, faktiki ailə münasibətləri davam etdiyi dövrdə onlar həmin mənzildə yaşamışlar.
3. Sonradan onların ailə münasibətləri pozulduğundan ayrılmış və iddiaçı Cavabdeh1lə birgə yaşamış olduqları evi tərk edib valideynlərinə məxsus evə getmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı iddia ərizəsi ilə Gəncə Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavab deh1 və Cavabdeh2 1 ədəd divan-kreslo, 1 ədəd mətbəx mebeli, 1 ədəd qarderob, 1 ədəd zal üçün, 2 ədəd yataq üçün, 1 ədəd mətbəx üçün, 1 ədəd dəhliz üçün olmaqla ümumilikdə 5 ədəd çılçıraq, 1 ədəd tablo, 1 ədəd jaluz pərdə və 3 ədəd karnizin alınıb ona verilməsi, 1 ədəd brilyant komplekt – 6600 manat, 1 ədəd qızıl komplekt – 1800 manat, 1 ədəd qızıl nişan üzüyü – 1300 manat, 1 ədəd brilyant qaşlı üzük – 1800 manat, 1 ədəd qızıl onluq – 740 manat, 1 ədəd qızıl boyunbağı – 250 manat, 1 ədəd qızıl üzük – 350 manat dəyərində olmaqla qızıl-zinət əşyalarının, bu mümkün olmadıqda qızıl-zinət əşyalarının maddi dəyəri olaraq 12840 manat məbləğində pulun cavabdehlərdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı el adəti ilə 2018-ci ilin sentyabr ayında toy edərək Cavabdeh1 ilə Gəncə şəhəri, Yeni Gəncə yaşayış massivi, Hərbi şəhərcik, blok e1, mənzil 21-də birgə yaşamışdır. Həmin mənzil iddiaçının anası tərəfindən təmir edildikdən sonra, iddiaçı özünə məxsus cehiz əşyalarını mənzilə yığmışdır. Cavabdeh1lə aralarında kəskin mübahisələr və sonuncunun ona zorakılıqla nümayiş olunan hərəkətlərindən sonra ailə münasibətləri pozulmuş və ayrılmışlar. İddiaçıya toy zamanı hədiyyə edilən qızıl-zinət əşyaları cavabdeh tərəfindən götürülüb indiyə qədər də ona qaytırılmamış, əvəzində isə bildirilmişdir ki, yaşamış olduqları mənzil satıldıqdan sonra qızılların dəyəri ödəniləcək.
6. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 225.2 və Ailə Məcəlləsinin 34.1-ci maddələrinə istinad etmişdir.
7. Məhkəmə baxışında Cavabdeh1 iddiaya etiraz edərək göstərib ki, iddia tələbində göstərilən qızıl-zinyət əşyalarının 6000 manat dəyərində qeyd edilmiş bir dəst komplekt və bir ədəd nişan üzüyü onlar tərəfindən hədiyyə verilmiş, qızıl onluq isə iddiaçının qardaşı tərəfindən iddiaçının əlinə bağlanmışdır. Digər qızıl komplekt və tək qaşlı brilyant üzük isə anası Xa məxsus olmuş, toyda taxmaq üçün verilmiş, iddiaçıya hədiyyə edilməmişdir. İddiaçı birgə yaşadıqları evdən gedərkən iddia tələbində göstərilən qızıl-zinət əşyaları Yeni Gəncə yaşayış Massivi, Hərbi şəhərcik blok e1, mənzil 21-də qalmış, lakin həmin evin açarı iddiaçının özündə də olduğundan sonradan iddiaçı tərəfindən toya taxmaq adı ilə götürülmüş və geri qaytarılmamışdır. Belə ki, iddiaçı ayrılıb evdən gedəndən sonra o, başqa evləri olduğu üçün həmi n evi bağlayaraq başqa evdə qalmış, sonradan gəlib mənzilə baş çəkərkən qızılların yerində olmadığını görmüşdür. İddiaçının iddia ərizəsində qeyd etdiyi cehiz əşyaları onlarda qalmışdır. Həmin cehiz əşyalarının pulunu iddiaçıya ödəmişdir. Həmin pulu o şəxsən verməmişdir. İddiaçı pulu kimin vasitəsilə aldığını bilir, lakin həmin adamın adını deyə bilməz. İddiaçının tələbi şər, böhtandan ibarətdir.
8. Məhkəmə baxışında Cavabdeh2 Möysüm qızı da iddianı qəbul etməyərək, Cavabdeh1 ilə eyni məzmunlu izahat vermişdir.
9. Cavabdehlər iddia müddətinin tətbiqi barədə ərizə də vermişlər.
10. Məhkəmə baxışında şahid X9 bildirmişdir ki, iddiaçı onun qızıdır. Qızına toy zamanı hədiyyə edilmiş brilyant komplekt qızıl onun iştirakı ilə alınmışdır. 2020-ci ildə iki dəfə cehiz əşyalarını götürmək üçün getmi şlər. Bir dəfə evdən cehiz əşyalarının yarısını çıxartmışlar. Sonradan evin kilidini dəyişdiklərindən digər əşyalar və qızıllar həmin evdə qalmışdır. Onlar həmin evdən qızıl götürməmişlər.
11. Məhkəmə baxışında şahid X4 bildirmişdir ki, Cavabdeh1 onun bacısı oğludur. Üç il əvvəl bayramı ərəfəsində bacısı X ilə anasıgilə getmiş, oradan da çıxanda bacısı onu iddiaçı və cavabdehin yaşadıqları evə qonaq dəvət etmiş, o da onunla bərabər həmin evə getmişdir. Həmin vaxt onlarla bacısının baldızı və xalası oğlu xxx də getmişdir. Bacısı onlara evin otaqlarını göstərmiş, həmin vaxt məlum olmuşdur ki, qızıllar evdə yoxdur. a zəng etdikdə, onlara qızılları qız evinin götürdüyünü demişdir.
12. Məhkəmə baxışında şahid X2 bildirmişdir ki, o, Cavabdeh2 baldızıdır. Üç il əvvəl bayramı ərəfəsində X onu ev lərinə qonaq dəvət etmiş, o da onunla bərabər ünvan 1 ünvanına getmişdir. Orada olarkən X qızılların evdə olmadığını demiş, evi axtarmağa başlamışlar. Qızılların oğurlandığını fikirləşmiş, a zəng etmişlər. isə onlara qızılları qız evinin götürdüyünü demişdir.
13. Məhkəmə baxışında şahid X6 bildirmişdir ki, Cavabdeh2 onun xalası, Cavabdeh1 isə xalası oğludur. 2019-cu ilin mart ayında xalası onu ın evinə dəvət etmiş, o da getmişdir. Otaqları göstərərkən xalası qızılların evdə olmadığını görmüş və onlara deyəsən evə oğru girdiyini bildirib a zəng eləməsini demiş, isə ona söhbət zamanı qızılları qız evinin götürdüyünü demişdir.
14. Məhkəmə baxışında şahid X7 bildirmişdir ki, Cavabdeh1 onun dostudur. 2019-cu ilin mart ayında İlhamla bir yerdə olarkən onlara zəng edib evə oğru girdiyini bildirmi ş və onlar birlikdə ın yaşadığı evə getmişlər. Onlar evə daxil olmamış, həyətdə la görüşmüşlər. onlara demişdir ki, qızılları oğurlayıblar. Onlar bir az gözləyib, nəsə lazım olduğunu soruşduqdan sonra getmişlər.
15. Məhkəmə baxışında şahid X5 bildirmişdir ki, Cavabdeh1 onun dostudur. 2019-cu ilin mart ayında Zaurla bir yerdə olarkən onlara zəng edib evə oğru girdiyini bildirmiş və onlar birlikdə ın yaşadığı evə getmişlər. Onlar evə daxil olmamış, həyətdə la görüşmüşlər. onlara demişdir ki, qızılları oğurlayıblar. Onlar bir az gözləyib, nəsə lazım olduğunu soruşduqdan sonra getmişlər.
16. Mütəxəssis rəyinə əsasən qızıl-zinət əşyalarının qiyməti müəyyən edilmişdir.
17. Gəncə Şəhər Məhkəməsinin 2(125)-333/2023 nömrəli, 31 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, C avabdeh1 divan-kreslo dəsti-4200 manat dəyərində, mətbəx mebeli-3500 manat dəyərində, qarderob-1800 manat dəyərində, listura (zal)-860 manat dəyərində, listura (yataq otağı)-420 manat dəyərində, listura (yataq otağı)-360 manat dəyərində, listura (mətbəx)- 270 manat dəyərində, listura (dəhliz)-360 manat dəyərində, tablo-280 manat dəyərində, jalüz pərdə (mətbəx)-200 manat dəyərində, 3 ədəd karniz-160 manat dəyərində olmaqla cehiz əşyaları, 6000 manat dəyərində 1 ədəd briliant komplekt, 1500 manat dəyərində 1 ədəd qızıl komplekt, 700 manat dəyərində 1 ədəd qızıl üzük, 1200 manat dəyərində 1 ədəd briliant qaşlı nişan üzüyü, 740 manat dəyərində 1 ədəd qızıl onluq, 250 manat dəyərində 1 ədəd qızıl boyunbağı olmaqla qızıl zinət əşyalarının, bu mümkün olmadıqda həmin əşyaların dəyərinin alınıb İdd iaçı verilməsi, iddianın qalan hissədə təmin edilməməsi, Cavabdeh1 128.52 manat dövlət rüsumunın alınıb İddiaçı verilməsi qət edilmişdir. (hakim Mustafa Mustafayev)
18. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçı ilə Cavabdeh1 el adəti üzrə 2018-ci ilin sentyabr ayında toy edərək ilə Gəncə şəhəri, Yeni Gəncə yaşayış Massivi, Hərbi şəhərcik, blok e1, mənzil 21-də birgə yaşamışlar. Qeyd edilən ünvan iddiaçının anası tərəfindən təmir edildikdən sonra, iddiaçıya məxsus cehiz əşyaları həmin ünvana yığılmışdır. Tərəflər arasında kəskin mübahisələr və cavabdeh tərəfin iddiaçıya zorakılıqla nümayiş olunan hərəkətlərindən sonra iddiaçı ilə Cavabdeh1 münasibəti pozulmuş və ayrılmışlar.
19. Birinci instansiya məhkəməsinin mövqeyinə görə iddiaçının tələbi ona hədiyyə edilmiş əmlakla bağl ı olduğundan həmin münasibətlərə mülki qanunvericiliyin bağışlama və mülkiyyət münasibətlərini tənzimləyən normalar tətbiq edilməlidir.
20. Birinci instansiya məhkəməsi ilk növbədə tələb edilən cehiz əşyalarının mövcudluğu, dəyəri və kimdə qalması ilə bağlı qeyd etmişdir ki, 1 ədəd divan-kreslo, 1 ədəd mətbəx mebeli, 1 ədəd qarderob, 1 ədəd zal üçün, 2 ədəd yataq üçün, 1 ədəd mətbəx üçün, 1 ədəd dəhliz üçün olmaqla ümumilikdə 5 ədəd çil-çıraqlar, 1 ədəd tablo, 1 ədəd jaluz pərdə, 3 ədəd karnizin cavabdehdə qalması tərəflərin, həmçinin cavabdehin izahatı ilə təsdiqini tapmışdır. Cavabdeh həmin əşyaların dəyərini iddiaçıya ödədiyini qeyd etsə də, həmin halı təsdiqləyəcək sübutları məhkəməyə təqdim edə bilməmişdir.
21. İddia tələbinin 1 ədəd briliyant komplekt – 6600 manat, 1 ədəd qızıl kom plekt – 1800 manat, 1 ədəd qızıl nişan üzüyü – 1300 manat, 1 ədəd briliyant qaşlı üzük – 1800 manat, 1 ədəd qızıl onluq – 740 manat, 1 ədəd qızıl boyunbağı – 250 manat dəyərində qızıl zinyət əşyaları ilə bağlı birinci instansiya məhkəməsi göstərmişdir ki, həmin qızıl-zinət əşyalarının iddiaçıya toy zamanı və toydan sonra hədiyyə verilməsi tərəflərin izahatı, o cümlədən cavabdehin izahatı, həmçinin işdə olan şəkillərlə təsdiqini tapmışdır. Cavabdehlər 1800 manat dəyərində 1 ədəd qızıl komplekt və 1800 manat dəyərində 1 ədəd briliyant qaşlı üzüyün Cavabdeh2 məxsus olması və yalnız toya taxmaq üçün verildiyini qeyd etsələr də, həmin halı təsdiqləyəcək sübutları məhkəməyə təqdim edə bilməmişlər. Cavabdehlər həmin əşyaların iddiaçı tərəfindən aparıldığını göstərmiş, bu halı təsdiqləyəcək sübut qismində məhkəməyə “Whatsapp” yazışmaları təqdim etmişlər. Həmin yazışmaların bir qismi iddiaçının anası XXX ilə, bir qismi isə XX adlı üçüncü şəxslədir. Həmin Whatsapp yazışmalarının XXX ilə olan hissəsində XXXnin adından 3 mart 2020-ci il tarixdə yazılan hissədə qeyd edilir ki, “cəmi qızılınız 10 min pul tutar. Anan şişirib ki, 1800 min qızıla pul vermişik.... Utanmaz-utanmaz, görməmiş kimi hər dəfə qızılın adını çəkirsiniz. Haram olsun sizə. Harda görmüsünüz ay yazıqlar”. Whatsapp yazışmalarının digər hissəsi isə XX adlı şəxslə olan yazışmalardır. xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixlərdə olan yazışmalarda cavabdeh bir neçə dəfə təkrar edir ki, “2 gün keçmədi evə girdi qızılları apardı”.
22. Birinci instansiya məhkəməsi qeyd edilən “Whatsapp” yazıları ilə bağlı bildirmişdir ki, X XXyə aid hissədə yazı mətni yarımçıq olduğundan yazan şəxsin, yəni XXXnin nə demək istədiyini anlamaq olmur. Belə ki, iddiaçının anası XXX yazışmada haram olsun ifadəsini işlədir ki, bununla qızılın onlarda, yaxud cavabdehdə olmasını aparılan yazışma əsasında müəyyən etmək olmur. Yazıda qızılla bağlı mübahisənin olduğu, qızılın qiymətinin şişirdildiyi ilə bağlı mübahisənin olduğu hiss olunsa da, qızılın kimdə olmasını dəqiq müəyyən etmək olmur. “Whatsapp” yazımalarının XX adlı şəxslə olan hissəsində Cavabdeh1 tərəfindən tez-tez qızılın 2 gün sonra iddiaçının anası tərəfindən götürüldüyü qeyd edilir. Lakin həmin yazıların nə məqsədlə qeyd edilməsini, danışılan şəxsin kim olmasını, tərəflərə hansı münasibətdə olmasını müəyyən etmək mümkün olmur. Bu baxımdan “Whatsapp” yazıları cavabdehin möv qeyi baxımından inandırıcı hesab edilə bilməz.
23. Şahid ifadələri ilə bağlı birinci instansiya məhkəməsi qeyd etmişdir ki, şahid ifadələrində cavabdehin anasının evə baxarkən qızılların evdə olmadığını aşkar etməsi, bununla bağlı Cavabdeh1 zəng vurduqda cavabdehin qızıl-zinət əşyalarının iddiaçının aparmasını bildirdiyi qeyd edilir. Təqdim edilmiş sübutlarda - həm “Whatsapp” yazışmalarında, həm də şahid ifadələrində məhz Cavabdeh1 qızılların iddiaçının, yaxud anasının apardığını qeyd etməsinə əsaslanır. Həmçinin cavabdehlər izahatında qeyd etmişlər ki, qızıl komplekt və tək qaşlı brilyant üzük Cavabdeh2 məxsus olmuş, toyda taxmaq üçün verilmiş, iddiaçıya hədiyyə edilməmişdir. Eyni zamanda cavabdehlər bütün qızılların iddiaçı tərəfindən aparıldığını qeyd etmişlər. Bu baxımdan, Cavabdeh1 öz ündən, yaxud özünün dediklərinə istinaddan başqa, qızılların iddiaçı tərəfindən aparılmasını təsdiqləyəcək sübutları olmadığından və qızılların hədiyyə verilməsi ilə bağlı cavabdehlərin izahatları ziddiyyətli olduğundan həmin sübutlar inandırıcı hesab edilə bilməz.
24. Birinci instansiya məhkəməsi iddia tələbinin 350 manat dəyərində bir ədəd qızıl üzük hissəsinə qiymət verərək bildirmişdir ki, həmin üzüyün mövcudluğunu təsdiqləyəcək sübutlar olmadığından iddia tələbi həmin hissədə təmin edilməməlidir. Bundan başqa tələb edilən cehiz əşyalarının dəyəri barəsində məsələyə gəldikdə, iddiaçı tərəfindən həmin əşyaların dəyəri ilə bağlı təqdim edilmiş mütəxəssis rəyində göstərilmiş qiymətlər real olmaqla həqiqəti əks etdirir. Cavabdehlər tərəfindən həmin qiymətlər mübahisələndirilsə də, bununl a bağlı sübutlar məhkəməyə təqdim edilməmişdir.
25. Birinci instansiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, iddia ərizəsində göstərilən cehiz əşyalarının dəyəri real olmaqla həqiqətən də iddiaçıya toy hədiyyəsi olaraq verilmişdir. Tələb edilən cehiz əşyalarının dəyəri hər bir əşyaya münasibətdə iddia ərizəsində göstərilən dəyərlə müəyyən edilməlidir.
26. Birinci instansiya məhkəməsi iddia tələbində göstərilən qızıl-zinət və cehiz əşyalarının, bu mümkün olmadıqda əşyaların dəyərinin müştərək qaydada digər Cavabdeh2 Möysüm qızından tutulması hissəsi üzrə qeyd etmişdir ki, iddia tələbi bu hissədə əsassız olduğundan təmin edilməməlidir.
27. Cavabdehlərin müddətin tətbiqi barədə ərizəsi ilə bağlı birinci instansiya məhkəməsinln mövqeyi belə olmuşdur ki, iddiaçının tələbi mülkiyyətçini mülkiyyə tçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması ilə bağlı olduğundan və Mülki Məcəllənin 384-cü maddəsinə uyun olaraq həmin tələbə iddia müddəti şamil edilmdiyindən müddətin tətbiqi barədə ərizə əsaslı sayıla bilməz.
28. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 152.1, 157.2, 181.1, 181.2, 384, 666.1-ci, Ailə Məcəlləsinin 34.2-ci, Mülki prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
29. Cavabdeh1 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddia tələbinin rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
30. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və pros essual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, məhkəmə iclasında çox saylı şahidlər dindirilmişdir. Həmin şahidlərin ifadələrindən görünür ki, mübahisə edilən qızıl-zinət əşyaları iddiaçı tərəfindən onun anasına məxsus mənzildən götürülmüşdür. Şahidlərin ifadələri ilə yanaşı, iddiaçı və onun ailə üzvləri özü də yaxşı bilir ki, anasına məxsus mənzilin açarları ailə qurmamışdan əvvəl onlarda olmuşdur. İddiaçı və onun ailə üzvləri cehiz yığılması ilə əlaqədar mənzilin açarlarını ondan istəmiş, o da həmin açarları onlara vermişdir. Hazırkı iş üzrə iddiaçının yalnız anası X3 şahid qismində ifadə vermişdir. X3 ifadəsində cehiz əşyalarının yarısını çıxardıqların ı, lakin sonradan mənzilin kilidinin dəyişdirildiyi səbəbindən cehiz və qızıl əşyalarının mənzildə qaldığını, həmçinin onun “Whatsapp” yazışmalarına müdaxilə olunduğunu bildirmişdir. X3 iddiaçının anasıdır. Onun məhkəmədə vermiş olduğu şahid ifadəsi sübut hesab oluna bilməz. Çünki, heç bir ana övladının ziyanına ifadə verməz. Deməli, həmin şəxs maraqlı şəxs olmuşdur. Bundan başqa, iddiaçının anası məhkəmə iclasında onun telefonunda “Whatsapp” yazışmalarına müdaxilə olunduğu bildirmişdir. Mobil telefon X1 olduğu halda, onun “Whatsapp” yazışmalarına cavabdeh tərəfindən müdaxilə edilməsi mümkün deyil. İşin faktiki halları ilə müəyyən olunur ki, iddiaçının iddia etdiyi qızıl-zinət əşyalarının bir qismi anasına məxsus olmuşdur. Həmin əşyalar ona istifadə olunması üçün müvəqqəti verilmişdir. Lak in məhkəmə həmin əşyaların da iddiaçıya hədiyyə olunduğu qənaətinə gəlmişdir. Ümumiyyətlə, qızıl-zinət əşyalarının iddiaçı tərəfindən aparılması kifayət qədər sübut olunduğu halda, məhkəmə qətnaməsində iddiaçıya aid olmayan və onun tərəfindən aparılmış əşyaların da ona məxsus olmasını qeyd etmişdir. İşə baxılan zaman onun tərəfindən məhkəməyə vəsatətlər verilmişdir. Bu vəsatətlərin əksəriyyəti mövcud mübahisənin şahidlərinin dindirilməsi ilə bağlı olmuşdur. Məhkəməyə təqdim edilmiş vəsatətlərin bəziləri təmin olunaraq bir neçə şahid dindirilmişdir. Lakin həmin şahidlərin ifadələri düzgün qiymətləndirilməmiş və ümumiyyətlə, vermiş olduqları ifadələri sübut hesab edilməmişdir. Məhkəməyə bu faktları təsdiq edən “Whatsapp” yazışmaları təqdim etmişdir. İş üzrə yeganə şahid qismində ifadə verən iddiaçının anası bu yazışmaların olmadığını və ona müdaxilə edildiyini bildirmişdir. Bu yazışmaların həqiqiliyinin müəyyən edilməsi üçün məhkəmə tərəfindən ekspertiza təyin olunmuşdur. Ekspertiza rəyi ilə müəyyən edilmişdir ki, həmin yazışmalara müdaxilə edilməmiş və yazışmalar həqiqidir. Deməli, təqdim olunmuş yazışmalar məhkəmə tərəfindən sübut kimi qəbul edilməli idi. Lakin məhkəmə bu hissədə də qeyd olunan sübutları onun xeyrinə dəyərləndirməmiş və ümumiyyətlə, sübut kimi qəbul etməmişdir. Bu səbəbdən də yekun qərar qəbul edilən zaman düzgün nəticəyə gəlinməmişdir.
31. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-1155/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsi ilə Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Gəncə Şəhər Məhkəməsinin 31 oktyab r 2023-cü il tarixli 2(125)333/2023 nömrəli qətnaməsi yoxlanılan, yəni iddia tələbinin təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılmışdır. (hakimlər İslam Həsənov (sədrlik edən və məruzəçi), Şamil Rzaquliyev və Loğman Süleymanov)
32. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçıya məxsus əşyaların qaytarılmasına dair tələb, qanunvericiliyin mülkiyyətin müdafiəsini tənzimləyən müddəaları əsasında həll olunmalıdır. İddia ərizəsində göstərilən cehiz və qızıl-zinət əşyalarının qaytarılması tələbinin hüquqi əsasını təşkil edən Mülki Məcəllənin 157.2-ci maddəsinə görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
33. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçının tələbi cehiz və qızıl-zinət əşyalarının qaytarılması ilə bağlı olduğundan iddia tələblərinə ayrı-ayrılıqda hüquqi qiymət verilməli və ilk növbədə iddia tələbinin cehiz əşyalarının qaytarılması hissəsi üzrə hüquqi dəyərləndirmə aparılmalıdır.
34. Apellyasiya instansiyası məhkəməsi göstərmişdir ki, iddia ərizəsində göstərilən divan kreslo dəsti - 4200 manat dəyərində, mətbəx mebeli - 3500 manat dəyərində, qarderob - 1800 manat dəyərində, listura (zal) - 860 manat dəyərində, listura (yataq otağı) - 420 manat dəyərində, listura (yataq otağı) - 360 manat dəyərində, listura (mətbəx) - 270 manat dəyərində, listura (dəhliz) - 360 manat dəyərində, tablo - 280 manat dəyərində, jalüz pərdə (mətbəx) - 200 manat dəyərində, 3 ədəd karniz - 160 manat dəyərində cehiz əşyalarının mövcudluğu, iddiaçıya məxsus olması, habelə tərəflər ayrıldıqdan sonra onların birgə yaş amış olduqları mənzildə qalması işin mübahisəsiz hallarıdır. Qeyd olunan hal Cavabdeh1 birinci instansiya məhkəməsində icraat zamanı verdiyi izahatı ilə öz təsdiqini tapır. (iş v. 111).
35. Cavabdehin həmin cehiz əşyalarının əvəzi kimi öz aralarındakı razılaşmaya uyğun olaraq iddiaçıya 3000 manat pul verməsi və bu səbəbdən cehiz əşyalarının iddiaçıya qaytarılmaması barədə dəlilinə münasibətdə apellyasiya instansiyası məhkəməsi göstərmişdir cavabdeh bununla bağlı məhkəməyə sübut təqdim etməmişdir. Digər tərəfdən, bu xüsusatın aydınlaşdırılması üçün apellyasiyua baxışında suala cavab olaraq iddiaçı da bildirmişdir ki, cavabdeh evdə qalan cehiz əşyalarına görə ona pul verməyib.
36. Apellyasiya instansiyası məhkəməsi onu da vurğulamışdır ki, mübahisə predmeti olan cehiz əşyalarının dəyəri ilə bağlı cavabdeh tərəfin arqumenti olmadığından, həmin hissə üzrə hüquqi dəyərləndirmə aparılmasına da zərurət yoxdur.
37. Bu baxımdan, cehiz əşyalarının və ya onların dəyərinin Cavabdeh1 alınaraq iddiaçıya verilməsi hissədə iddia tələbinin təmin edilməsi qanuni əsaslara söykənir.
38. Apellyasiya instansiyası məhkəməsi iddia tələbinin qızıl-zinət əşyaları ilə bağlı hissəsinə hüquqi qiymət verərək bildirmişdir ki, Mülki Məcəllənin 157.2-ci maddəsinin dispozisiya şərtlərinə uyğun olaraq ilk növbədə yoxlanılan hissədə mübahisə predmeti olan 6 adda, yəni 6000 manat dəyərində 1 ədəd brilyant komplekt, 1500 manat dəyərində 1 ədəd qızıl komplekt, 700 manat dəyərində 1 ədəd qızıl üzük, 1200 manat dəyərində 1 ədəd brilyant qaşlı nişan üzüyü, 740 manat dəyərində 1 ədəd qızıl onluq, 250 manat dəyərində 1 ədəd qızıl boyunbağı olan qızıl-zinət əşyalarının mövcudluğu, habelə həmin əşyaların iddiaçının mülkiyyətində olub-olmaması barədə araşdırma aparılmalıdır
39. Cavabdeh1 birinci instansiya məhkəməsində verdiyi izahatında 6000 manat dəyərində 1 ədəd brilyant komplekt, 700 manat dəyərində 1 ədəd qızıl üzük və 250 manat dəyərində 1 ədəd qızıl boyunbağının toy mərasimində onlar tərəfindən, 740 manat dəyərində 1 ədəd qızıl onluğun isə iddiaçının qardaşı tərəfindən iddiaçıya hədiyyə edildiyini, bununla yanaşı, 1500 manat dəyərində 1 ədəd qızıl komplekt və 1200 manat dəyərində 1 ədəd brilyant qaşlı nişan üzüyünün onun anasına məxsus olmasını, həmin qızılların yalnız toy mərasimində taxmaq üçün iddiaçıya verildiyini bildirsə də, bu dəlillərini təsdiq edəcək sübutlarını məhkəməyə təqdim etməmiş dir. Əksinə, apellyasiya baxışında tərəflərin toy mərasimində çəkilmiş foto şəkillər onların iştirakı ilə tədqiq edilmiş və iddia ərizəsində göstərilən 1500 manat dəyərində 1 ədəd qızıl komplekt və 1200 manat dəyərində 1 ədəd brilyant qaşlı nişan üzüyünün iddiaçının üzərində olması müəyyən edilmişdir ki, bu halda həmin qızıl-zinət əşyalarının iddiaçıya hədiyyə edilmiş olması inandırıcı və ağlabatandır.
40. Həmçinin diqqət yetirilməli haldır ki, iddiaçı və Cavabdeh1 ailə qurduqdan sonra Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, hərbi şəhərcik, blok e1, mənzil 21-də yaşamışlar. Başqa sözlə, Cavabdeh1 anası onlarla birgə yaşamamışdır. Cavabdeh1 iddiaçı ilə faktiki ailə münasibətləri davam etdiyi dövrdə, habelə bu münasibətləri pozulduqdan sonra mübahisə predmeti olan qızılların onların yaşadığı evdə qaldığını bildirir ki, bu halda 1500 manat dəyərində 1 ədəd qızıl komplekt və 1200 manat dəyərində 1 ədəd brilyant qaşlı nişan üzüyünün cavabdehin anasına məxsus olduğu təqdirdə bu qızılların həmin şəxsin (mülkiyyətçinin) yaşadığı evdə deyil də, onun oğlu və gəlininin yaşadığı evdə qalması inandırıcı və məntiqli deyil. Halbuki, 1500 manat dəyərində 1 ədəd qızıl komplekt və 1200 manat dəyərində 1 ədəd brilyant qaşlı nişan üzüyünün tərəflərin toy mərasimində iddiaçının üzərində olması və faktiki ailə münasibətləri davam etdiyi dövrdə həmin qızılların onlara məxsus evdə iddiaçının sahiblik və istifadəsində olması barədə işin halları ağlabatan mühakimə əsasında sözügedən qızılların iddiaçıya məxsus olması qənaətinə gəlməyə əsas verir. Beləliklə, işin müəyyən olunmuş və faktiki halları ilə müb ahisə predmeti olan 6 adda qızıl-zinət əşyalarının iddiaçının mülkiyyətində olması öz təsdiqini tapır.
41. Apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə artıq növbəti araşdırılmalı məsələ və işin həlli üçün mühüm əhəmiyyət kəsb edən hal həmin qızıl-zinət əşyalarının tərəflərin hansının sahibliyində qalmasının müəyyən edilməsidir. Çünki iddiaçı mübahisə predmeti olan 6 adda qızıl-zinət əşyasının Cavabdeh1 qanunsuz sahibliyində qaldığını iddia edir. Cavabdeh tərəf isə birgə yaşamış olduqları evdən getdikdən sonra qızıl-zinət əşyalarının iddiaçı tərəfindən aparıldığını bildirir.
42. Apellyasiya instansiyası məhkəməsi göstərmişdir ki, iddiaçının cavabdeh Xlə birgə yaşamış olduğu mənzili tərk etdikdən sonra mübahisə predmeti olan 6 adda qızılzinət əşyasının həmin mənzildə qalması işin mü bahisəsiz halıdır. Qeyd olunan hal Cavabdeh1 birinci instansiya məhkəməsində icraat zamanı (iş v. 111), habelə apellyasiya baxışı zamanı keçirilmiş məhkəmə iclasında verdiyi izahatı ilə öz təsdiqini tapır.
43. Cavabdehin qızıl-zinət əşyaları ilə bağlı dəlili ondan ibarətdir ki, 2019-cu ilin mart ayının 20-də iddiaçı bayramını öz valideyinləri ilə birlikdə qeyd etmək üçün onların evinə getmişdir. Bundan sonra aralarında mübahisələri yaranmış, o da iddiaçının bu hərəkətlərinə əsəbləşərək iddiaçı ilə birgə yaşamış olduqları evi tərk edib atasıgilin yaşadığı evə getmişdir. Həmin gündən 2-3 gün sonra iddiaçı ilə birgə yaşadıqları evə qayıtmış, həmin vaxt mübahisə predmeti olan qızıl-zinət əşyaları evdə olmuş, lakin 2019cu ilin mart ayının 20-25 tarixi aralığında anasıgil həmin evə gedəndə qızıl lar evdə olmamışdır, bu barədə qayınanası isə danışdıqda sonuncu onun anasına bildirmişdir ki, qızılları onlar götürmüşlər, iddiaçı onları toya taxıb sonra geri qaytaracaq. Göründüyü kimi, cavabdeh mübahisə predmeti olan 6 adda qızıl-zinət əşyasının 2019-cu ilin mart ayının 20-25 tarixi aralığında, yəni tərəflər faktiki ayrıldıqları vaxtdan bir neçə gün sonra iddiaçının birgə yaşamış olduqları evə gələrək onun tərəfindən aparıldığını bildirir.
44. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, mübahisə predmeti olan qızıl-zinət əşyalarının mövcudluğu, habelə tərəflər ayrıldıqdan sonra qızılların Cavabdeh1 məxsus mənzildə qalması öz təsdiqini tapdığına görə iddiaçının həmin əşyaları sonradan gəlib evdən aparması barədə Cavabdeh1 irəli sürdüyü dəlili sübut etmə öhdəliyi də MPMin 77.1-c i maddəsinə əsasən cavabdehin üzərinə düşür. Lakin cavabdeh tərəf bu sübutetmə öhdəliyinin öhdəsindən gələ bilməmiş və mübahisə predmeti olan 6 adda qızılzinət əşyasının ayrıldıqdan sonra iddiaçı tərəfindən birgə yaşadıqları mənzildən götürülməsini sübuta yetirə bilməmişdir.
45. Həmçinin birinci instansiya məhkəməsində dindirilmiş şahid ifadələri ilə də cavabdehin bu dəlili sübuta yetirilmir. Belə ki, həmin şahidlər ifadələrində iddiaçı tərəfin qızılları apardıqlarını bildirsələr də, lakin bu ifadəni Cavabdeh1 tərəfindən onlara ötürülmüş informasiya əsasında bildirmişlər. Buna görə də həmin şahid ifadələri sübut kimi qəbul edilməməlidir. İddiaçı isə apellyasiya baxışı zamanı keçirilmiş məhkəmə iclasında 2019-cu ilin mart ayının 21-dən sonra Cavabdeh1lə barışmadığını və sonuncu ilə birgə yaşamış olduqları evə qayıtmadığını, ayrıldıqdan xeyli müddət sonra cehizlərinin bir hissəsini həmin evdən çıxartdığını bildirmişdir.
46. Həmçinin Cavabdeh1 apellyasiya baxışı zamanı verdiyi izahatında 2019-cu ilin mart ayının 20-25 tarixi aralığında anasıgilin evə gedəndə qızılların evdə olmadığını və beləliklə qızılların həmin vaxt aralığında iddiaçı tərəfindən evdən aparılmış olduğunu göstərsə də, cavabdeh apellyasiya şikayətində “mübahisə edilən qızıl-zinət əşyaları iddiaçı tərəfindən onun anasına məxsus mənzildən götürülmüşdür. Şahidlərin ifadələri ilə yanaşı, iddiaçı və onun ailə üzvləri özü də yaxşı bilir ki, anasına məxsus mənzilin açarları ailə qurmamışdan əvvəl onlarda olmuşdur. İddiaçı və onun ailə üzvləri cehiz yığılması ilə əlaqadar mənzilin açarlarını ondan istəmiş, o da həmi n açarları onlara vermişdir” barədə dəlil irəli sürməklə qızıl-zinət əşyalarının cehiz əşyaları ilə birlikdə iddiaçı tərəfindən evdən aparıldığını bildirmişdir. Diqqət yetirilməli haldır ki, Cavabdeh1 14 iyun 2024-cü il tarixdə keçirilmiş məhkəmə iclasında suala cavab olaraq iddiaçı tərəfin cehiz əşyalarını hissəhissə, təxminən 2-3 dəfəyə apardığını və ilk dəfə cehiz aparmaqlarının ayrıldıqları vaxtdan (xx.xx.2019) 1 ay sonraya təsadüf etdiyini bildirmişdir.
47. Beləliklə, Cavabdeh1 apellyasiya şikayətində qızıl-zinət əşyalarının cehiz əşyaları ilə birlikdə iddiaçı tərəfindən aparıldığını bildirmiş, lakin apellyasiya baxışı zamanı verdiyi izahatında şikayətin dəlilləri ilə əhəmiyyətli dərəcədə ziddiyyət yaradan izahat verərək qızıl-zinət əşyalarının ayrıldıqları vaxtdan bir neçə gün sonra (20-25 mart aralığı) aparıldığını göstərmişdir.
48. Apellyasiya instansiyası məhkəməsi işin göstərilən hallarını ağlabatan mühakimə əsasında tədqiq edərək iddiaçının səmimi olduğu və həqiqəti bəyan etdiyi qənaətinə gəlmişdir.
49. Bundan əlavə, Cavabdeh1 mübahisə predmeti olan qızıl-zinət əşyalarının iddiaçı tərəfindən evdən götürülməsini təsdiqləyəcək sübut qismində “Whatsapp” sosial şəbəkə yazışmalarına istinad edərək bildirmişdir ki, iddiaçının anası XXX adlı xanımla, habelə digər şəxs XX adlı xanımla aralarında olan yazışmalarda qızıl-zinət əşyaları ondan tələb edilməmiş, eləcə də qızılların qaytarılmaması barədə aralarında hər hansı danışıq olmamışdır.
50. Apellyasiya instansiyası məhkəməsi həmin sosial şəbəkə yazışmalarını sistemli şəkildə tədqiq edərək qeyd etmişdir ki, yazışmalar ap arılan şəxslərdən biri iddiaçının anası XXX adlı xanım, digəri isə XX adlı iş üzrə tərəf olmayan şəxsdir. İlk növbədə qeyd edilməlidir ki, XX adlı şəxs hazırkı mübahisə üzrə tərəf olmadığından onunla Cavabdeh1 arasında gedən sosial şəbəkə yazışması sübut kimi qiymətləndirilə bilməz. Həmçinin yazışmaların iddiaçının anası XXX xanımla olan hissəsinə münaisəbtdə isə qeyd edilməlidir ki, sosial şəbəkə yazışmalarının mətni geniş əhatəli olmadığından XXX adlı xanımın nə demək istədiyini anlamaq olmur. İddiaçının anası XXX yazışmada “haram olsun” ifadəsini işlədir ki, bununla qızılın onlarda, yaxud cavabdeh tərəfdə olmasını aparılan yazışma əsasında müəyyən etmək olmur. Yazıda qızılla bağlı mübahisənin olduğu, qızılın qiymətinin şişirdildiyi ilə bağlı mübahisənin olduğu nəzərə dəysə də, qızılın k imin sahibliyində olmasını dəqiq müəyyən etmək üçün kifayət qədər dəqiq məlumatların olması müəyyən edilmir.
51. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsində şahid XXX Məmmədovanın iddiaçının anası olmasına istinad edərək, onun ifadəsini sübut kimi qiymətləndirməmiş və bunu onula əsaslandırmışdır ki, bu şahid iddiaçının anası olmaqla, işin iddiaçının xeyrinə həll olunmasında maraqlı olduğu istisna edilmir.
52. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1, 157.2 və 666.1-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
53. Cavabdeh1 (Vəkil2) apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
54. Kassasiya şikayəti apellyasiya şikayəti ilə oxşar məzmunda əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
55. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 181.1. Daşınar əşyaya mülkiyyət hüququnun əldə edənə verilməsi üçün mülkiyyətçi əşyaya sahibliyi həqiqi hüquq əsasında ona verməlidir. Maddə 181.2. Əşyanın verilməsi bunlardır: əşyanın əldə edənin birbaşa sahibliyinə verilməsi, əşyaya dolayı sahibliyin müqavilə üzrə verilməsi, bu zaman əvvəlki mülkiyyətçi birbaşa s ahib kimi qala bilər; mülkiyyətçinin üçüncü şəxsdən sahibliyi tələb etmək hüququnu əldə edənə verməsi. Maddə 666.1. Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Azərbaycan Respublikasının Ailə Məcəlləsi Maddə 34.1. Nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər -arvadın hər birinin əmlakıdır). Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına i stinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərarda dına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əs asdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
56. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
57. Kassasi ya şikayətində cavabdeh apellyasiya instansiyası məhkəməsinin qətnaməsini tam mübahisələndirdiyi üçün kollegiya qətnaməni tam yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya baxışının predmeti və apellyasiya instansiyası məhkəməsinin qətnaməsi yalnız iddianın təmin edilən hissəsi üzrə olub. Buna görə də qətnamənin tam yoxlanılması dedikdə, apellyasiya baxışını predmeti olan həmin hissə başa düşülür.
58. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
59. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
60. Apellyasiya instansiyası məhkəməsi işin müəyyən edilmiş hallarına uyğun olaraq qanuni nəticəyə gəlmiş, cavabdehin kassasiya şikayətinin dəlilləri ilə eyni olan apellyasiya şikayətinin dəlillərinə tam qiymət vermişdir.
61. İddia tələbi əmlakın qanunsuz sahiblikdən geri istənilməsi barədədir. İddianın hüquqi əsasını Mülki Məcəllənin 157.2-ci maddəsi təşkil edir. Həmin normanın tələbinə görə bu iddianın təmin edilməsinin əsas şərti iddiaçının mülkiyyətində olan əşyaların cavabdehin qanunsu z sahibliyində olması faktının sübut edilməsindən asılıdır.
62. Apellyasiya instansiyası məhkəməsinin müəyyən etdiyi işin hallarından da görünür ki, iddiaçı istinad etdiyi halları, yəni iddia ərizəsində göstərilən və təmin edilən hissədə qızılların mövcudluğunu, onların cavabdehin qanunsuz sahibliyində olmasını sübut edə bilmişdir. Apellyasiya instansiyası məhkəməsi də məhz buna görə cavabdehlərin apellyasiya şikayətini təmin etməmişdir. Mülki Prosessual Məcəllənin 77.1ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə işin hallarına uyğun olmaqla maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmişdir.
63. Buna görə də məhkəmə kollegiyası iddia tələb i və apellyasiya şikayəti üzrə apellyasiya instansiyası məhkəməsinin hazırki qərarın 32-51-ci bəndlərində əks edilən hüquqi dəyərləndirməsi ilə razılaşır.
64. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi iddia tələbi üzrə ətraflı hüquqi dəyərləndirmə aparmış, həmin tələb üzrə işin faktiki hallarını işdəki sübutlarla müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, sübutları, o cümlədən şahid ifadələrini MPMin 88-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmiş, sübut etmə yükünü düzgün müəyyənləşdirmiş, qanuni və əsaslı qətnamə qəbul edilmişdir.
65. Kassasiya şikayətini dəlillərinə gəldikdə, bu dəlillər iddiaya etirazın və apelyasiya şikayətinin dəlilləri olub və məhz həmin dəlillər qiymət verilmə klə, cavabdehin etirazı qəbul edilməmiş, iddia qismən təmin edilmişdir. Məhkəmə kollegiyası həmin qiymətləndirmə ilə razılaşdığı üçün əlavə hər hansı şərhə zərurət görmür.
66. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
67. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-1155/2024 nömrəli, 12 avqust 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.