Məhkəmə qərarları › İş №2(102)-4115/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-4115/2023

13.12.2023 · Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4115/2023 13.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3nə qarşı iş üzrə QƏRARİ Açar sözlər: pul tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xıdırov Əhliman Mehman oğlu (məruzəçi), Şamayev Elşad Yaquboviç və Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3nə qarşı "pulun ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1911/2023 nömrəli, 12 aprel 2023-cü il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında yazılı icraa t qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Bakı şəhəri, Nizami rayonu, Babək prospekti ünvanında yerləşən 0,049662 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2008-ci il tarixdə qeydiyyata alınmışdır.

2. İddiaçı həmin torpaq sahəsini xx.xx.2015-ci ildə bağlanmış və notariat qaydada təsdiqlənmiş AN-1 ******* saylı alğı-satqı müqaviləsi əsasında Cavabdeh1 80000 ABŞ dollarının ekvivalenti olan 84000 manata satmışdır. Müqavilə bağlanarkən İddiaçı etibarnamə üzrə nümayəndəsi X8 təmsil etmişdir.

3. Eyni zamanda xx.xx.2015-ci il tarixli “Borc müqaviləsi” adlandırılan sənəd tərtib olunmuşdur. Sənədin məzmunu ondan ibarətdir ki, Bakı şəhəri, Nizami rayonu, Babək prospekti ünvanda X8 0.049662 ha torpaq sahəsini Cavabdeh1 satır. Cavabdeh1 həmin torpaq sahəsini 200.000 ABŞ dollarına alır. Cavabdeh1 Rəsulzadə Rəşidə ödənişi aşağıdakı kimi olur: a)ünvan 1 ünvanda (123.81 kv.m, 3- cü mərtəbə) mənzil X1 Babəkin adına rəsmiləşdirir. Mənzilin dəyəri 105.238 AZN-dir. Rəsulzadə Babəkin adına 84.000 AZN pul ödəyir. Rəsulzadə Babək bu mənzilə görə 21.238 AZN "xxxx" MTK-ya borclu qalır. b) Nəğd olaraq 40.000 (qırx min) dollar ödəyib. c)Qalan (200.000 dollar - 40.000 dollar - 80.000 dollar) 80.000 dollar pulu noyabr ayının sonuna kimi Rəsulzadə Rəşidə hissə-hissə ödəyir. Müqavilə imzalandığı andan qüvvəyə minir.

4. Müqavilə “borc müqaviləsi” adlandırılmış, imza qrafalarında “borc verən” və “borc alan” deyil, “satıcı” və “alıcı” kimi qeyd olunmuş, satıcı qismində “Rəsulzadə.R.R.”, alıcı qismində “Cavabdeh1” göstərilmiş, müqavi lə Cavabdeh2 tərəfindən imzalanmış, onun imzasının üzərində "xxxx" MMC-yə məxsus möhür vurulmuşdur.

5. X8 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əsas borcun qalıq hissəsi üzrə 55000 ABŞ dolları, illik faiz dərəcəsi ilə hesablanan faiz olaraq 4851,40 ABŞ dollarının alınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Eyni zamanda Cavabdeh2 qarşılıqlı iddia ərizəsi verərək, xx.xx.2015-ci il tarixli AN-1 ******* saylı alğı-satqı müqaviləsinin etibarsız sayılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixi, 2(004)-8273 saylı qətnaməsi ilə iddia tələbləri təmin edilməmişdir. Həmin qətnamədən verilmiş apelyasiya və kassasiya şikayətləri müvafiq olaraq Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli və Ali Məhkəmənin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(102)-24/2019 saylı qərarı ilə təmin edilməmişdir.

6. Həmin iş üzrə məhkəmələrin mövqeyi ondan ibarət olmuşdur ki, İddiaçı (satıcı) ilə Cavabdeh1 (alıcı) arasında 12 sentyabr 2015-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, Babək prospektində ümumi sahəsi 0,049662 ha torpaq sahəsinin 80000 ABŞ dollarının ekvivalenti olan 84000 manat müqabilində alqı-satqısına dair notarial qaydada müqavilə bağlanmış, müqaviləni satıcının adından etibarnamə əsasında iddiaçı imzalamışdır. Göründüyü kimi, alğı-satqı münasibətləri iddiaçı ilə Cavabdeh1 arasında deyil, digər şəxs İddiaçı ilə Cavabdeh1 arasında yaranmışdır. Ona görə də, iddiaçı həmin müqavilədən irəli gələn tələbləri öz adından irəli sürmək hüququna malik deyildir.

7. Di gər tərəfdən, apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, iddiaçı iddia tələbinin əsası kimi 12 sentyabr 2015-ci il tarixli «Borc müqaviləsi» adlandırdığı sənədə istinad etmişdir. Həmin sənəddən görünür ki, imza edən şəxslər qismində iddiaçı və Cavabdeh1 göstərilsə də, müqavilə iddiaçı və Cavabdeh2 (Cavabdeh1 atası) tərəfindən imzalanmış, Cavabdeh2 imzasının üzərində "xxxx" MMC-yə məxsus möhür vurulmuşdur. Məhkəmə qeyd etmişdir ki, borc müqaviləsində Cavabdeh2 və ya "xxxx" MMC barəsində hər hansı müddəa və ya öhdəlik müəyyən olunmamışdır. Həmçinin bu sənəd tərtib olunma baxımından da kifayət qədər qüsurludur. Belə ki, sənədə "xxxx" MMCyə məxsus möhür vurulmuş, "xxxx" MTK adlı hüquqi şəxsə məxsus mənzilin iddiaçının oğluna verilməsi, mənzilə görə onun borcunun qalması barədə q eyri-müəyyən məsələlər öz əksini tapmışdır ki, həmin hüquqi şəxslərin torpağın alqı-satqısına aidiyyəti mülki işin araşdırılması zamanı müəyyən olunmamışdır. Eyni zamanda, qeyd edilən sənəd «borc müqaviləsi» adlandırılsa da, onun məzmunundan iddiaçının Cavabdeh1 borc pul verməsi müəyyən edilmir. Ona görə də, tərəflər arasındakı münasibətlər kredit münasibətləri kimi qiymətləndirilə bilməz. Sənəddə torpaq sahəsinin Cavabdeh1 200000 ABŞ dollarına satılması və onun dəyərinin ödənilməsi qaydası ilə bağlı müddəalar vardır. Halbuki, qanunverici daşınmaz əmlakların, o cümlədən torpaq sahəsinin özgəninkiləşdirilməsi qaydasına və formasını dəqiq müəyyən etmişdir ki, bunun da sadə yazılı formada («borc müqaviləsi» adı ilə və s.) rəsmiləşdirilməsi heç bir hüquqi nəticə yarada bilməz. Eyni zamanda, mü bahisəli torpaq sahəsinə dair alqı-satqı müqaviləsi İddiaçı ilə Cavabdeh1 arasında 12 sentyabr 2015-ci il tarixdə bağlanmış və notariat qaydasında təsdiq olunmuşdur. Qeyd edilən alqı-satqı müqaviləsində göstərilən pul vəsaitinin (satılmış torpaq sahəsinin dəyəri) isə ödənilməsi sahəsində mübahisə yoxdur.

8. Bundan sonra iddiaçılar İddiaçı və X8 Cavabdeh1 (üçüncü şəxs 2 saylı Bakı "Asan Xidmət” Mərkəzində notariat kontoru) Bakı şəhəri Nizami rayonu Babək prospektində yerləşən ümumi sahəsi 0,049662 ha olan torpaq sahəsinin satılması barədə xx.xx.2015-ci il tarixli AN-1 ******* saylı alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və onun əsasında daşınmaz əmlakın dövlət reyestri xidməti tərəfindən verilmiş mülkiyyət hüququna dair çıxarışın etibarsız hesab edilməsini xahiş etmişdir. Həmin i ddia tələbi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(004)-2843/2021 saylı qətnaməsi ilə təmin edilməmişdir. Həmin iş üzrə məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, hazırkı halda Cavabdeh1 bağladığı əqdə münasibətdə vicdanlı olmuş, əqdin legitimsizliyi barədə onda hər hansı şübhə olmamış və əqd üzrə üzərinə düşənləri edərək, torpaq sahəsinin dəyərini ödəməklə əldə etmiş, torpaq sahəsinə dair hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydə aldırmışdır. Bununla da vicdanlı əldə edən kimi cavabdeh iddiaçıya nisbətdə daha üstün hüquqi mövqeyə çıxmışdır. Alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, onun əsasında cavabdehin adına verilmiş çıxarışın ləğv edilməsi və torpaq sahəsinin İddiaçı mülkiyyətinə qaytarılması üçün qanuni əsaslar mövcud deyildir. İddi açı nümayəndəsi və vəkili məhkəmə iclasında tərəflərin torpaq sahəsini 200.000 ABŞ dollarına satmağa razılaşdıqlarını, torpaq sahəsinin dəyərindən 145.000 ABŞ dollarının ödənildiyini, 55.000 ABŞ dolları borcun ödənilmədiyini iddia etsə də, bu halı təsdiq edən mötəbər yazılı sübutları məhkəməyə təqdim edə bilməmişdir. Əksinə notariat qaydada təsdiq edilmiş xx.xx.2015-ci il tarixli müqavilə ilə təsdiq edilir ki, tərəflər torpaq sahəsini 80.000 ABŞ dollarına (84.000 manata) satmağa razılaşmışlar və alıcı həmin məbləği satıcıya tam şəkildə ödəmişdir. xx.xx.2015-ci il tarixli müqavilədə göstərilən 80.000 ABŞ dollarının (84.000 manatın) satıcıya ödənildiyini iddiaçılar özləri də təsdiq edirlər. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

9. İddiaçı (bundan son ra - iddiaçı) cavabdehlər Cavabdeh1, Cavabdeh2 və “Yusifoğlu-İnşaat" MMC-yə (bundan sonra cavabdehlər) qarşı “pulun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 55000 ABŞ dolları məbləğində əsas borcun, 5000 ABŞ dolları məbləğində faiz borcunun və 5000 ABŞ dolları dəbbə pulunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

10. İddia onunla əsaslandırılmışdır ki, 2015-ci ildə cavabdehlər ona müraciət edərək həmin torpaq sahəsinin daxil olduğu ərazidə hündürmərtəbəli yaşayış binası inşa etmək istədiklərini, bu məqsədlə həmin torpağı da almaq istədiklərini bildirmişlər. Həmin torpaq sahəsi ilə bağlı X7 etibarnamə ilə bütün səlahiyyətləri vermişdir ki, onun adından danışıqlar aparsın. Cavabdehlərlə razılıq əldə e dilərək torpaq sahəsi 200.000 ABŞ dolları məbləğində qiymətləndirilmişdir. Cavabdeh tərəf bildirmişdir ki, həmin məbləği birdəfəlik qaydada ödəmək imkanı yoxdur, əvvəlcədən yalnız 40000 ABŞ dolları beh kimi verə bilərlər, bununla belə torpaq təcili şəkildə sənədləşdirilməlidir ki, tikinti işlərinə başlamaq mümkün olsun. Adından danışıqlar aparan X8 bu şərtə razılıq vermiş, humanistlik edərək cavabdehləri düşdükləri çətin vəziyyətdən çıxarmağa razı olmuşdur. Bundan sonra cavabdeh X9 ilə xx.xx.2015-ci il tarixdə alğı-satqı müqaviləsi bağlanmış, torpağın qiyməti şərti olaraq 80000 ABŞ dolları kimi göstərilmiş, həmin pulun alıcıdan satıcıya dövriyyəsi barədə formal sənədləşdirmə aparılmış, torpaq cavabdeh X2 adına rəsmiləşdirilmişdir. Amma alğı-satqı müqaviləsində göstərilən 80000 ABŞ dollar ı X7 ödənilməmişdir. Həmin gün nümayəndəsi cavabdehlərlə birlikdə Cavabdeh2 ofisinə gedərək orada öz aralarında ikinci müqaviləni, yəni borc müqaviləsini tərtib və təsdiq etmişlər. Həmin müqavilədə göstərildiyi kimi, ilkin olaraq cavabdehlər tərəfindən 40000 ABŞ dolları beh verilmiş, 80000 ABŞ dollarının ödənilməsi əmlak verməklə, yəni naturada həyata keçirilmiş və ünvan 1 ünvanda yerləşən 123,81 kv.m. sahəsi olan mənzil nümayəndəsinin oğlu Rəsulzadə Babəkin adına rəsmiləşdirilmişdir. Borc müqaviləsində cavabdehlər öhdəlik götürmüşlər ki, qalıq 80000 ABŞ dollarını 2015-ci ilin noyabr ayına kimi ödəyəcəklər. Borc müqaviləsi X8 və cavabdehlər tərəfindən imzalanaraq təsdiq edilmişdir. Bundan sonra cavabdehlər tərəfindən həmin borcdan 25000 ABŞ dolları xx.xx.2015-ci ildə ödənilmiş və bu barədə borc müqaviləsinin cavabdehlərdə qalan nüsxəsində qeyd edilmişdir. Cavabdehlər qalan 55000 ABŞ dollarını da ödəyəcəkləri barədə öhdəlik götürmüş, lakin aylar keçsə də, həmin borcu ödəməmişlər. Torpağın dəyərinin ödənilməyən hissəsinin Rəsulzadə Rəşid tərəfindən məhkəmə qaydasında tələb edilməsi, amma bu tələbin Rəsulzadə Rəşidin öz adından tələb etmək üçün subyektiv hüququnun olmaması əsası ilə rədd edilməsi barədə 2021-ci ilin mart-aprel aylarında xəbər tutmuş, bu barədə Rəsulzadə Rəşid ona məlumat vermiş və Ali Məhkəmənin qərarını təqdim edərək öz adından tələb irəli sürməli olduğunu bildirmişdir. Mübahisənin mahiyyəti odur ki, cavabdehlər onlara olan inamından sui-istifadə edərək ona məxsus torpaq sahəsini müştərək qaydada ələ keçirmiş, ona zərər vurmuşlar. Cavabdehlər tərəfindən qalıq 55000 ABŞ dolları borc etiraf olunmuşdur. Belə ki, Cavabdeh3 MMC-nin möhürü və Cavabdeh2 imzası ilə təsdiq olunan yazılı iltizamla etiraf edilmişdir ki, ona məxsus torpaq sahəsinin satılması ilə bağlı 55000 ABŞ dolları borcları vardır və həmin borc məbləği ödəniləcəkdir. Lakin bu günə qədər cavabdehlər bu pulu iddiaçıya ödəməmişlər. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 ata-oğuldurlar. Cavabdeh3 MMC-ni Cavabdeh2 təsis etmiş və baxmayaraq ki, X3 cəmiyyətdə qanuni təmsilçidir, faktiki olaraq cəmiyyəti atası ilə birlikdə idarə edir. Yəni həmin cəmiyyət elə onlara aiddir. Cavabdehlər öz borclarını ödəməmək, izi azdıraraq məsuliyyətdən yayınmaq üçün ən müxtəlif üsullara əl atmış, torpağa dair alğı-satqı müqaviləsini bir cavabdeh imzalamış, həmin torpaqda tikintini cəmiyyət həyata keçirmiş, borcun etirafı haqqında sənədi isə MMC-nin möhürü və təsisçinin imzası ilə tərtib etmişlər. Bütün bunlar mülki məsuliyyətdən yayınmaq, borcu ödəməmək üçün atılan qarışıq addımlardır.

11. Cavabdeh1 iddia ərizəsinə etiraz edərək göstərmişdir ki, iddia ərizəsi yalan məlumatlara əsaslanmaqla, iddia tələbi hüquqi cəhətdən heç bir əsasa malik deyildir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(102)-24/2019 nömrəli qərarı və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2843/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi hazırda iddiaçının iddia ərizəsi üzrə preyudisial xarakter daşıdığı üçün nəzərə alınmalı və iddia tələbi rədd edilməlidir. Həmçinin nəzərə alınmalıdır ki, sözügedən torpaq sahəsi mülkiyyətçi İddiaçı (onun nümayəndəsi X8) ilə Cavabdeh1 arasında xx.xx.2015-ci il tarixli AN-İ ******* nömrəli alğı-satqı müqaviləsi əsasında cavabdehə 80000 ABŞ dollarının ekvivalenti olan 84000 manata satılmış və xx.xx.2016-cı il tarixdə ******* nömrəli çıxarışla tam mülkiyyətinə verilmişdir. Cavabdehlə iddiaçı arasında bağlanmış borc müqaviləsi isə heç bir hüquqi nəticə doğurmayan, yəni Mülki Məcəllənin 340.1-ci maddəsinə uyğun olaraq hüquqi nəticələr yaratmaq niyyəti olmadan, yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Həmçinin, iddia ərizəsində göstərilən 200.000 ABŞ dolları borc öhdəliyinin yerdə qalan 80.000 ABŞ dollarının ödənilməsi barədə öhdəliyə gəlincə iddiaçı X8 xx.xx.2015-ci il tarixində hal şahidləri X15 və X4 iştirakı ilə sözügedən torpaq sahəsini 115000 ABŞ dolları və 15000 manat ödənildikdən sonra Cavabdeh2 satmağı öhdəsinə götürmüşdür. Qeyd etmək lazımdır ki, bu məbləğ torpaq sahəsinin banka olan borcunun ödənilməsinə əsasən müəyyənləşdirilmişdir. Lakin iddiaçı üzərinə götürdüyü bu öhdəliyi icra etməkdən boyun qaçırmış və xx.xx.2015-ci il tarixli müqavilədə göstərdiyi cəmi 10000 manat artıq almasına baxmayaraq, torpaq alğı-satqısı həyata keçirilən zaman cavabdehə üzərinə götürdüyü öhdəlikdən boyun qaçırmaqla təsir göstərərək yeni borc müqaviləsini bağlamağa məcbur etmişdir. Artıq buna görə müəyyən xərc çəkmiş cavabdeh uydurma əqdi bağlamağa məcbur olmuşdur. Həmçinin cavabdeh iddiaçıya həm torpaq alğı-satqısından əvvəl, həm də sonra müxtəlif vaxtlarda - xx.xx.2015-ci il tarixdə 5000 manat (5000 dollar), xx.xx.2015ci il tarixində 5000 manat (5000 dollar), xx.xx.2015-ci il tarixində 84000 manat (80000 dollar), xx.xx.2015-ci il tarixində 21000 manat (20000 dollar), xx.xx.2015-ci il tarixində 21000 manat (20000 dollar), xx.xx.2015-ci il tarixində 26200 manat (25000 dollar), cəmi 162000 manat (145000 dollar) almaqla, həm xx.xx.2015-ci il tarixli müqavilə ilə razılaşdırılmış məbləğdən həm də torpaq sahəsinin mülkiyyətçisi İddiaçı ilə Cavabdeh1 arasında xx.xx.2015-ci il tarixli AN-İ ******* nömrəli alqı-satqı müqaviləsində müəyyən edilmiş məbləğdən artıq pulu müxtəlif vasitələrlə aldadaraq əldə etmiş və cavabdehə 78000 manat zərər vurmuşdur. Qeyd olunan vəsaitlərin alınması həm bilavasitə sənədlərlə, həm də iddiaçının iddia ərizəsində göstərilir, belə ki, iddiaçı özü də təsdiq edir ki, cavabdehdən müxtəlif vaxtlarda cəmi 145000 ABŞ dolları almışdır. Göründüyü kimi iddiaçının iddia tələbi tamamilə qa nunsuz və əsassızdır. Yuxarıda göstərilənləri nəzərə alaraq, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. Cavabdeh1 vəkili və nümayəndəsi Nümayəndə iddia müddətinin tətbiqi barədə ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, iddiaçı tələbinin əsası kimi xx.xx.2015-cu il tarixli borc müqaviləsinə istinad etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. Göründüyü kimi, müqavilə tələbləri üzrə iddia müddəti 3 il təşkil etsə də, bu müddət ötürüldükdən sonra iddiaçı məhkəməyə müraciət etmişdir. Yuxarıda göstərilənlərə əsasən iddia müddəti keçdiyi üçün iddia ərizəsi üzrə iddia müddəti tətbiq edilərək, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişd ir.

13. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-145/2022 saylı, 27 yanvar 2022-ci il qərardadı ilə (hakim T.Axundov) iddiaçının cavabdehlərə qarşı “pul tələbinə dair” mülki iş üzrə cavabdehlərin (tərəflərin) hərəkətlərində cinayət əlamətlərinin olubolmamasının araşdırılması üçün xüsusi qərardad çıxarılması və qərardadın təsviri hissəsində göstərilən hərəkətlər barədə Bakı şəhəri Nizami Rayon Prokurorluğuna məlumat verilməsi qərara alınmışdır.

14. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) 2(004)-145/2022 saylı, 27 yanvar 2022-ci il tarixli qətnaməsi ilə (hakim T.Axundov) iddia rədd edilmişdir.

15. Birinci instansiya məhkəməsi işin faktiki hallarına əsasən qeyd etmişdir ki, iddiaçı tərəfindən hər hansı məbləğin Cavabdeh1 borc verilməsi, cavabdeh lə aralarında borc münasibətlərinin olması sübuta yetirilməmiş, həmçinin aparılmış araşdırma zamanı Cavabdeh1 tərəfindən Cavabdeh2 onu təmsil etməsi ilə bağlı hər hansı səlahiyyət verməsi müəyyən olunmamışdır.

16. Həmçinin, birinci instansiya məhkəməsi bildirmişdir ki, mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud o lmadığına dair ehtimal ortaya çıxır.

17. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iş üzrə təqdim olunmuş, iddiaçının tələbinin əsası kimi istinad etdiyi xx.xx.2015-ci il tarixli “Borc müqaviləsi” adlandırdığı sənədə "xxxx" MMC-yə məxsus möhür vurulmuş, "xxxx" MTK adlı hüquqi şəxsə məxsus mənzilin iddiaçının etibarnamə əsasında nümayəndəsinin oğluna verilməsi, mənzilə görə onun borcunun qalması barədə qeyri-müəyyən məsələlər öz əksini tapmışdır ki, həmin hüquqi şəxslərin torpağın alqı-satqısına aidiyyəti mülki işin araşdırılması zamanı müəyyən olunmamışdır. Eyni zamanda, qeyd edilən sənəd “borc müqaviləsi” adlandırılsa da, onun məzmunundan iddiaçının Cavabdeh1 borc pul verməsi müəyyən edilmir. Ona görə də, tərəflər arasındakı münasibətlər kredit münasibətləri kimi qiymətləndirilə b ilməz. Əksinə notarial qaydada təsdiq edilmiş xx.xx.2015-ci il tarixli daşınmaz əmlakın alğı-satqısı barədə müqavilə ilə təsdiq edilir ki, tərəflər torpaq sahəsini 80.000 ABŞ dollarına (84.000 manata) satmağa razılaşmışlar və alıcı həmin məbləği satıcıya tam şəkildə ödəmişdir. Beləliklə, məhkəmə sübuta yetirilməyən tələbi əsaslı hesab edə bilməz. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən faktla birmənalı bağlı olmalı, yəni, həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Ona görə də, iddia tələbi əsassız hesab edilməli və rədd edilməlidir.

18. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14, 14.2, 386.1, 739-cu, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1, 9, 80, 89.3, 106.1, 359.1, 362.1-ci maddələrinə, Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına” qarşı xx.xx.2007-ci il tarixli, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M. Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli və “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli qərarlarına istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat

19. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkə məsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

20. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi təqdim edilən sənədlərə və sübutlara, tərəflərin izahatlarına düzgün hüquqi qiymət verməmişdir. Birinci instansiya məhkəməsi xx.xx.2015-ci il tarixli “Borc müqaviləsi” sənədini qüsurlu hesab etmiş, daşınmaz əmlakın özgəninkiləşdirmə qaydasının və formasının dəqiq müəyyən edildiyini, daşınmaz əmlaka dair sadə yazılı formada müqavilə bağlanılmasının hüquqi nəticə yaratmadığını qeyd etmişdir. Məhkəmənin gəldiyi bu nəticə tam qanunsuz və əsassızdır. Belə ki, tərəflər arasında tərtib edilən həmin müqavilə daşınmaz əmlakın alğı-satqı müqaviləsi yox, həmin alğı-satqıdan irəli gələn öhdəliklərin rəsmi ləşdirilməsi müqaviləsidir. Məhkəmənin həmin müqaviləni sırf borc müqaviləsi kimi qiymətləndirməsi və cavabdehlərin iddiaçıdan borc almamasını əsas götürüb iddianı rədd etməsi tam əsassız nəticədir. Məhkəmə iddiaçının izahatını düzgün qiymətləndirməmiş, işin hallarını nəzərə almamışdır. İddiaçı tərəflər arasındakı razılaşmanın bütün təfərrüatını məhkəməyə bildirmiş və həmin sənədin hansı səbəblərə görə tərtib edildiyini də qeyd etmişdir. Belə olan halda məhkəmə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 404cü maddəsinin tələblərini kobud şəkildə pozmuşdur. Məhkəmənin hüquqi əhəmiyyət kəsb etməyən sənəd kimi qiymətləndirdiyi həmin müqavilə birdən-birə, təsadüfən tərtib edilməyib. Həmin sənəd özündə həmin torpağın alğı-satqı şərtlərini ehtiva etmişdir. Həmin sənədi məhkəmə hüquqi nəticə k əsb etməyən sənəd kimi qiymətləndirsə də, cavabdeh tərəf həmin sənəd üzrə öhdəliyinin bir hissəsini yerinə yetirərək iddiaçıya xx.xx.2015-ci ildə 25000 ABŞ dolları pul ödəmişdir. Məhkəmə bu mənada Mülki Məcəllənin 404.2-ci maddəsində qeyd olunduğu kimi, həmin müqavilə üzrə tərəflərin sonrakı hərəkətlərini nəzərə almamış, onlara düzgün hüquqi qiymət verməmişdir. Həmçinin, birinci instansiyası məhkəməsi cavabdeh tərəfin xx.xx.2015-ci ildə eyni gündə həm alğı-satqı müqaviləsi, həm də borc müqaviləsini imzalamasına dair izahatına da düzgün hüquqi qiymət verməmiş, bu izahatı iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlamamış və qiymətləndirməmişdir. Birinci instansiyası məhkəməsi eyni gündə - xx.xx.2015-ci ildə həm alğı-satqı müqaviləsinin, həm də borc müqaviləsinin bağlanmasının səbəblərin i, borc müqaviləsində məhz həmin torpaq sahəsində tikinti inşa edən "xxxx" MMC-nin möhürünün vurulmasının səbəblərini araşdırmamışdır. Məhkəmə sonradan iddiaçıya pul ödənilməsinin, ona ev verilməsinin səbəblərini də araşdırmamış, bu fakta işin digər halları ilə birlikdə düzgün hüquqi qiymət verməmişdir.

21. Məhkəmə icraatı zamanı Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2929/2022 saylı, 13 aprel 2022-ci il tarixli qərardadı ilə satılmış əmlakın qiymətinin müəyyən olunması üçün qiymətləndirmə təyin edilmiş, rəyin verilməsi "xxxx" Qiymətləndirmə Şirkəti MMC-yə həvalə edilmişdir. MBA LTD” Qiymətləndirmə Şirkəti MMC-nin rəyi ilə müəyyən edilmişdir ki, Bakı şəhəri, Nizami rayonu, Babək Prospekti ünvanında yerləşən 0.049662 ha torpaq sahəsinin 12 sentyabr 2015-ci il tarixinə hesablanmış bazar dəyəri 208 500 AZN, yəni 198 571,4 ABŞ dolları təşkil edir.

22. Sonradan cavabdeh tərəfin sifarişi əsasında alınmış "xxxx" MMC və "xxxx" MMCnin qiymətləndirmə rəyləri məhkəməyə təqdim edilmişdir. "xxxx" MMC tərəfindən verilmiş rəydə sözügedən torpaq sahəsinin 2015-ci il tarixinə satış dəyəri 85000 (səksən beş min) manat, 14 iyun 2022-ci il tarixinə isə 98000 (doxsan səkkiz min) manat, "xxxx" MMC tərəfindən verilmiş rəydə isə həmin torpaq sahəsinin 2015-ci il tarixinə satış dəyəri 84000 (səksən dörd min) manat, hazırkı dövr üçün 100.000 (bir yüz min) manat qeyd olunmuşdur.

23. Bakı Apellyasiya Məhkəməsi (bundan sonra apellyasiya instasiya məhkəməsi) Mülki kollegiyasının 05 sentyabr 2022-ci il tarixli, 2(103)-2929/2022 saylı qətnaməsi ilə (hakimlər E.Kazımov (sədrlik edən və məruzəçi), A.İsgəndəro v və İ.Kərimli) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.

24. Apellyasiya instansiyası məhkəməsi işin müəyyən edilmiş faktiki hallarını nəzərə alaraq öz mövqeyini onunla əsaslandırmışdır ki, apellyasiya şikayətində göstərilən dəlillər mübahisələndirilən hissədə qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.

25. Məhkəmə kollegiyası bildirmişdir ki, məhkəmə aktları ilə müəyyən edilən hallar preyudisial əhəmiyyət kəsb etdiyindən, yəni iddiaçının istinad etdiyi xx.xx.2015-ci il tarixli “borc müqaviləsi” adlandırdığı sənədin heç bir hüquqi nəticə yaratmadığı qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə müəyyən edildiyindən və həmin sənədə əsasən tələb edilən pul tələbi rədd edildiyindən sözügedən halların əlavə a raşdırılmasına ümumiyyətlə zərurət yoxdur.

26. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, məhkəmə müdafiəsindən istifadə etmək hüququnun şəxslər, o cümlədən, iddiaçı üçün o zaman istəklərinə və arzularına uyğun nəticəsi ola bilər ki, bu cür mülki hüquq münasibətləri qurarkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsiplərinə və qanunvericiliyin tələblərinə ciddi riayət etmiş olsunlar. Əks halda qanuna riayət edilmədən yaranan münasibətlərin də mübahisə baş verdiyi halda məhkəmə müdafiəsindən istifadə etmək hüququ şəxsin arzuladığı nəticəni uğurlu etməyəcəkdir. Bu cür iddianın rədd olunması, həm də ona görə zəruri və vacibdir ki, mülki dövriyyənin iştirakçıları bu cür mülki hüquq münasibətlərinə girərkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsipl əri və qanunvericiliyin tələblərinə riayət etsinlər, intizamlı və vicdanlı olsunlar, hüquqdan pis niyyətlə sui-istifadə etməsinlər. Əks halda mülki hüquqda mülki hüquq subyektlərinin iradə sərbəstliyi və müqavilələr azadlığı institutlarının yaranmasına da zərurət və əsas olmazdı. Yəni, iddiaçı həqiqətən mülkiyyətində olmuş torpaq sahəsini cavabdeh tərəflə 200000 (iki yüz min) ABŞ dollarına satmaq barədə razılığa gəlmişdirsə bu məbləğin manata məzənnəsi ilə notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsində göstərilməsinə ona hər hansı bir maneə olmamışdır. Əgər belə bir maneə yaxud hansısa qanunsuz təsir olmuşdursa iddiaçı cinayət təqibi qaydasında hüquqlarından istifadə etməsini davam etdirə bilər.

27. Apellyasiya instasiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülk i Məcəlləsinin 385.1, 386.1, 390, 390.4, 390.5, 390.6, 390.7, 442, 443.1, 443.2, 448.1, 448.2, 528, 529.1, 739.1, 739.2-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 82.3, 233.3, 217.3, 217.4, 385.2-ci maddələrinə, Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli və “Q.Məmmədova və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 15 iyul 2015-ci il tarixli qərarına istin ad etməklə əsaslandırmışdır. c) Kassasiya instansiyası məhkəməsində birinci icraat

28. İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

29. Kassator şikayətini onunla əsaslandırmışdır ki, borc məbləğinin ödənilməməsi cavabdehlərin təqsirli hərəkəti ilə bağlıdır. Lakin işə baxan apellyasiya instansiya məhkəməsi təqdim edilən sənədlərə və sübutlara, tərəflərin izahatlarına düzgün hüquqi qiymət verməmişdir. Həmçinin, kassator bidirmişdir ki, prokurorluq orqanlarında araşdırma aparılarkən cavabdeh tərəf olan "xxxx" MMC-nin rəhbərliyi etiraf etmişdir ki, həmin muüqavilədəki möhür həqiqətən MMC-yə məxsusdur. Yəni, həmin alğı-satqı müqaviləsi ilə hazırkı borc müqaviləs i arasında bir əlaqənin olduğunu cavabdeh tərəf özü də təsdiqləmişdir. Bu isə həmin yazılı müqavilənin təsadüfən ortaya çıxmadığını, tərəflər arasında mövcud olan münasibətlərin real tərəflərini ifadə etdiyini bir daha təsdiq edir. Lakin apellyasiya instansiyası məhkəməsi bu halları düzgün qiymətləndirməmişdir.

30. Bundan başqa kassator MPM-in 9-cu maddəsini rəhbər tutaraq qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi cavabdehlərin şəxsən məhkəmədə iştirakını təmin etməməklə, iş üzrə faktlara düzgün hüquqi qiymət verməməklə qətnamə qəbul etmiş, bununla da qeyd olunan maddənin tələblərini pozmuşdur.

31. Kassator onu da qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi apellyasiya mərhələsində məhkəmənin öz təşəbbüsü ilə toplanılan sübutlara da düzgün hüquqi qiymət verməmişdir. Bel ə ki, cavabdeh tərəf apellyasiya baxışı zamanı məhkəmə kollegiyasına həmin borc müqaviləsinin bağlanma səbəbini təkrar olaraq belə izah etdi ki, guya əvvəlcə tərəflər həmin torpağın dəyərini 200000 (iki yüz min) ABŞ dolları qiymətləndirmiş və müqavilədə göstərilən qaydada və şərtlərlə satılmasını razılaşdırmış, lakin sonradan guya cavabdehlər bu fikirlərindən əl çəkmiş və iddiaçıya bildirmişlər ki, torpağı 80000 (səksən min) ABŞ dollarına ala bilərlər. Guya iddiaçı da bir neçə dəqiqənin içində bu təklifə razılaşmış, 200000 ABŞ dollarına satmaq istədiyi əmlaka birdən-birə 120000 ABŞ dolları endirim edərək 80000 ABŞ dollarına satmağa razılıq vermiş, elə həmin gün də axşam notariusa gedərək alqı-satqı müqaviləsi bağlamışlar. Məhkəmə kollegiyası cavabdeh tərəfin bu məzmunda izahatını ağlabatan hal hesab etməyərək həmin torpaq sahəsinin alqı-satqı dövrünə (2015-ci ilə) orta bazar qiymətinin müəyyən olunması üçün qiymətləndirmə keçirmişdir. Məhkəməyə təqdim edilən qiymətləndirmə rəyi ilə müəyyən olunmuşdur ki, həqiqətən alğı-satqı dövründə (2015-ci ildə) həmin torpaq sahəsinin real orta bazar dəyəri 195000 ABŞ dolları təşkil etmişdir. Həmin torpaq sahəsinə dair o dövrdə bağlanılan ipoteka müqaviləsinə əsasən də torpaq sahəsi 200000 ABŞ dolları qiymətləndirilmiş, həmin sənəd də məhkəmə kollegiyasına təqdim edilmişdir. Yəni sübut edilmişdir ki, torpaq sahəsinin real dəyəri borc müqaviləsində təsdiq olunan qiymətlə uyğundur və cavabdeh tərəfin izahatı tam yalandır. Lakin apellyasiya instansiyası məhkəməsi bu sübutlara düzgün qiymət verməmiş, öz təşəbbüsü ilə topladığı sübutu (rəyi) nəzərə almamışdır. Kassator şikayətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 404, 448-ci, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 9, 14, 106-cı maddələrinə istinad etməklə əsaslandırmışdır.

32. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra kassasiya instasiya məhkəməsi) 13 dekabr 2022-ci il tarixli, 2(102)-6181/2022 saylı qərarı ilə (hakimlər İ.Ə.Şəfiyev (sədrlik edən və məruzəçi), V.T.Həsənov və Ə.A.Əhmədov) kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir.

33. Kassasiya instansiyasının mövqeyinə görə İddia tələbi ümumən belə əsaslandırılıb ki, Cavabdeh1 satılmış torpaq sahəsinin dəyəri cavabdeh tərəfindən tam ödənilməmiş dir. Alğı-satqı müqaviləsində torpaq sahəsinin qiyməti 80000 ABŞ dollarının ekvivalenti olan 84000 manata qeyd edilməsinə baxmayaraq, torpağın həqiqi qiyməti 200000 ABŞ dollarına razılaşdırılmış, həmin məbləğin ödənilməsi qaydası da iddiaçının müqavilə bağlamağı etibar etdiyi nümayəndənin və alıcı Cavabdeh1 atası Cavabdeh2la razılaşdırılmış xx.xx.2015-ci il tarixli “Borc müqaviləsi” adlandırılmış müqavilədə əksini tapmışdır.

34. Birinci instansiya məhkəməsi iddiaçının tələbini əsaslandırdığı xx.xx.2015-ci il tarixli “Borc müqaviləsi” adı ilə tərtib olunmuş müqaviləyə qiymət verərək bildirmişdir ki, müqavilədə "xxxx" MMC-yə məxsus möhür vurulmuş, "xxxx" MTK adlı hüquqi şəxsə məxsus mənzilin iddiaçının etibarnamə əsasında nümayəndəsinin oğluna verilməsi, mənzilə görə onun borcunun qalması ba rədə qeyri-müəyyən məsələlər öz əksini tapmışdır ki, həmin hüquqi şəxslərin torpağın alqı-satqısına aidiyyəti mülki işin araşdırılması zamanı müəyyən olunmamışdır. Eyni zamanda, qeyd edilən sənəd “Borc müqaviləsi” adlandırılsa da, onun məzmunundan iddiaçının Cavabdeh1 borc pul verməsi müəyyən edilmir. Ona görə də, tərəflər arasındakı münasibətlər kredit münasibətləri kimi qiymətləndirilə bilməz.

35. İddiaçı apellyasiya şikayətində məhkəmənin bu əsaslandırması ilə razılaşmamış, müqaviləyə qiymət verilərkən Mülki Məcəllənin 404-cü maddəsinin tələblərinin pozulduğunu, həmin sənədin özündə torpağın alğı-satqı şərtlərini ehtiva etdiyini, cavabdeh tərəfin həmin sənəd üzrə öhdəliyinin bir hissəsini yerinə yetirərək iddiaçıya xx.xx.2015-ci ildə 25000 ABŞ dolları pul ödəməsinə Mülki Məcəllənin 404. 2-ci maddəsinə əsasən “müqavilə üzrə tərəflərin sonrakı hərəkətləri” kimi nəzərə alınmadığnı bildirmişdir.

36. Bu halda apellyasiya instansiyası məhkəməsi işdə olan “Borc müqaviləsi” adlanan razılaşmanın Mülki Məcəllənin 404-cü maddəsinin tələbləri baxımından təhlilini aparmalı idi.

37. Lakin apellyasiya instansiyası məhkəməsi bu cür təhlil aparmaqdan imtina etmiş və qeyd etmişdir ki, iddiaçının istinad etdiyi xx.xx.2015-ci il tarixli “borc müqaviləsi” adlandırdığı sənədin heç bir hüquqi nəticə yaratmadığı qanuni qüvvədə olan məhkəmə aktları ilə öz təsdiqini tapmışdır. Həmin məhkəmə aktları ilə müəyyən edilmiş faktlar hazırkı iş üzrə preyudisial əhəmiyyət kəsb edir.

38. Halbuki, “borc müqaviləsi” adlandırdığı sənədin heç bir hüquqi nəticə yaratmadığı iddiaçının tərəf kimi iştirak etdiyi mə hkəmə prosesində deyil, X5 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun qalıq hissəsinin ödənilməsi tələbinə dair iddiası üzrə Yasamal Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixi, 2(004)-8273 saylı qətnaməsi (həmin iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli və Ali Məhkəmənin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(102)-24/2019 saylı qərarı) ilə müəyyən edilmişdir. Bu halda həmin iş üzrə müəyyən olunmuş hallar İddiaçı iddiası üzrə preyudisial hal kimi qəbul oluna bilməzdi.

39. Çünki Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

40. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, məhkəmə müdafiəsindən istifadə etmək hüququnun iddiaçı üçün o zaman istəklərinə və arzularına uyğun nəticəsi ola bilər ki, bu cür mülki hüquq münasibətləri qurarkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsiplərinə və qanunvericiliyin tələblərinə ciddi riayət etmiş olsunlar. İddiaçı həqiqətən mülkiyyətində olmuş torpaq sahəsini cavabdeh tərəflə 200000 (iki yüz min) ABŞ dollarına satmaq barədə razılığa gəlmişdirsə bu məbləğin manata məzənnəsi ilə notarial qaydada təsdiq edilmiş alğı-satqı müqaviləsində göstərilməsinə ona hər hansı bir maneə olmamışdır.

41. Məhkəmə kollegiyası bu əsaslandırma ilə bağlı qeyd edir ki, Mülki Məcəllənin 390.1-ci maddəsinə görə fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

42. Ümumiyyətlə, məhkəmə kollegiyası alınmış əşyanın ödənilməsini tənzimləyən Mülki Məcəllənin müddəaları baxımından iddia tələbini təhlil etməmişdir.

43. Məhkəmə kollegiyası hesab etmişdir ki, məhkəmənin araşdırması MPM-nin 14-cü maddəsində müəyyən olunmuş işin hərtərəfli, tam və obyektiv tədqiqi prinsipinə cavab vermir.

44. Nəzərə alınmalıdır ki, məhkəmə fəaliyyətində qanunçuluq prinsipi bütün məhkəmə aktlarının və aparılmış prosessual hərəkətlərin qanunun tələblərinə tamamilə uyğun həyata keçirilməsini nəzərdə tutur. Məhkəmələr prosessual hərəkətləri qanunun tələblərinə uyğun həyata keçirməyə borcludurlar. Apellyasiya instansiyası məhkəmə sinin qətnaməsi işin hərtərəfli, tam və obyektiv araşdırılması tələbinə əməl olunmadan çıxarıldığına görə ləğv edilməli və yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir.

45. İşə yenidən baxan məhkəmə, qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı, apelyasiya araşdırmasının hədlərinə uyğun iş üzrə əhəmiyyət kəsb edən halların araşdırılmasının zəruriliyini müzakirə etməli və müəyyən edilən, eləcə də araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün qiymət verməlidir. Həmçinin cavabdehin iddia müddətinin tətbiq olunması barədə dəlillərini araşdırmalı, müqavilə öhdəliyindən irəli gələn tələb kimi iddia müddətinin başlandığı vaxtı müəyyən etməli, müddətin ötürülməsi müəyyən olunduğu halda iddia müddətini tətbiq etməlidir. d) Apellyasi ya instansiyası məhkəməsində ikinci icraat

46. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 12 aprel 2023-cü il tarixli, 2(103)1911/2023 saylı qətnaməsi ilə (hakimlər S.X.Bəhrəmzadə (sədrlik edən və məruzəçi), X.A.Mərdanova və E.M.Həsənov) apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 27 yanvar 2022-ci il tarixli, 2(004)-145/22 saylı qətnaməsi qismən – “cavabdehlər Cavabdeh1, Cavabdeh2 və “Yusifoğlu-İnşaat" MMC-dən müştərək qaydada 55 000 ABŞ dolları məbləğində pulun iddiaçının xeyrinə tutulması” tələbinin təmin edilməməsi hissəsində ləğv edilmiş, həmin hissədə iddia qismən təmin olunmuş, Cavabdeh2 və “Yusifoğlu-İnşaat" MMC-dən müştərək qaydada 55 000 ABŞ dolları məbləğində pul (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi bankının müəyyən etdiyi məzən nə üzrə manatla) alınaraq İddiaçı verilməsi, həmin iddia tələbinin Cavabdeh1 aid hissədə təmin edilməməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.

47. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən müqaviləyə qiymət verilərkən Mülki Məcəllənin 404-cü maddəsinin tələbləri pozulmuş, həmin borc müqaviləsi adlanan sənədin özündə əslində torpağın alğı-satqı şərtlərini ehtiva edildiyini, cavabdeh tərəfin həmin sənəd üzrə öhdəliyinin bir hissəsini yerinə yetirərək iddiaçıya sonradan xx.xx.2015-ci ildə 25000 ABŞ dolları pul ödəməsinə Mülki Məcəllənin 404.2-ci maddəsinə əsasən “müqavilə üzrə tərəflərin sonrakı hərəkətləri” kimi yanaşılmamışdır.

48. Halbuki, müqaviləyə qiymət verilərkən təkcə onun hərfi mənasına deyil, həm d ə həmin müqavilədə ehtiva olunan tərəflərin iradə ifadəsinin həqiqi mənasını, iradə ifadəsinin nəyə yönəldiyini müəyyən etmək zəruridir. Yəni, müqaviləyə qədərki danışıqlar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış sonrakı hərəkətləri də nəzərə alınmalıdır. Sözügedən tərəflər arasında bağlanmış müqavilə borc müqaviləsi adlandırılsa da, müqavilənin şərtlərindən tərəflərin iradə ifadəsinin borc pul veriməsinə deyil, torpaq sahəsinin əldə edilməsinə görə cavabdeh tərəfin qalıq məbləği iddiaçıya qaytarılması ilə bağlı razlığa gəlinməsi müəyyən edilir. Belə olan halda həmin müqaviləni borc müqaviləsinin bağlanması kimi qəbul etməklə həmin müqaviləyə əsaslanan iddia tələbinin təmin edilməməsi əsaslı hesab edilə bilməz.

49. Belə ki, tərəflər arasında müqavilə forması düzgün tərtib edilmə sə də, tərəflərin iradə ifadəsinin həqiqi mənası, niyyəti alınmış torpaq sahəsinə münasibətdə aralarında həmin torpaq sahəsinin ödənilməli olan dəyərindən qalıq hissəsinin müəyyən vaxt kəsiyində qaytarılmasından ibarət olmuşdur.

50. Bununla bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun F.Nəcəfovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 03 mart 2023-cü il tarixli qərarında da müqavilənin məcburi forma şərtinə riayət edilməməsi əsası ilə etibarsızlığı məsələsinə aydınlıq gətirilməklə qeyd edilmişdir ki, mülki hüquqi öhdəliklərin ən mühüm yaranma əsası olaraq müqavilələr tərəflərin iradə sərbəstliyi ilə ş ərtləndirilir və tərəflərin iradə sərbəstliyi, müqavilə azadlığı müqavilə münasibətlərinin tənzimlənməsinin əsas prinsipləri olaraq qəbul edilir. Göstərilən prinsiplər mülki hüquq subyektlərinin müqavilələrin forması ilə bağlı iradə azadlığını da ehtiva edir. Mülki hüquq subyektləri bir qayda olaraq müqavilələri arzu etdikləri istənilən formada (şifahi, fiziki hərəkətlərlə, sadə yazılı, notarial qaydada təsdiqlənməklə) bağlaya bilərlər. Müqavilənin forması ilə bağlı tərəflərin iradə azadlığı mülki dövriyyənin inkişafı, mülki münasibətlərin dinamikliyinin təmin olunması baxımından çox əhəmiyyətlidir.

51. Eyni zamanda həmin qərarda qeyd edilmişdir ki, notarial qaydada təsdiqlənmə tələbinə uyğun olmayan əqdin etibarlı hala gətirilməsi üçün, belə iddia irəli sürən şəxsin əqdi tamamilə icra etm əsi tələb edilir ki, məhz bu şərtlə onun tələbi məhkəmə tərəfindən təmin oluna bilər. Belə məhkəmə qərarı notarial təsdiqetməni əvəz edir. Nəzərə almaq lazımdır ki, notarial təsdiqetmə əqdə münasibətdə xarici element olaraq əqdin bağlanmasına təsir etmir, ona hüquqi qüvvə verir.

52. Kollegiya qeyd etmişdir ki, qanunvericiliyin müəyyən etdiyi forma (şəkil) tələbinin yerinə yetirilməməsi tərəflərə bu əsas ilə müqavilənin etibarsızlığını irəli sürmək haqqını verir. Lakin nəzərə alınmalıdır ki, digər haqların realizəsində olduğu kimi, bu halda da mülki dövriyyə subyektləri vicdanla hərəkət etməli, hüquqdan sui-istifadəyə yol verməməlidirlər. Belə ki, mülki qanunvericiliyin tələbləri baxımından mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludur lar. vicdanlılıq institutu mülki hüququn təməl prinsiplərindən olmaqla dürüstlük kimi əxlaqi və mənəvi keyfiyyətləri özündə ehtiva edən mühüm tərkib elementinə malikdir. Vicdanlılığın qorunması mülki dövriyyəni təmin etmək məqsədi daşımaqla yanaşı, həm də subyektlərin mənafelərinin qorunmasına xidmət edir.

53. Məhkəmə kollegiyası qeyd etmişdir ki, mülki işdə (İ cild 147-149 vərəqləri) olan protokolda cavabehlər Cavabdeh1 və X6 nümayəndələri Nümayəndə Cavabdeh3 MMCnin onların ailə şirkəti olduğunu qeyd etməklə hazırda iddia tələbinin əsasını təşkil edən müqavilənin mövcudluğunun mübahisələndirilmədiyini, yalnız həmin müqavilənin qüsurlu olmasını qanunvericiliyin tələblərinə uyğun olmadığını, şirkətin möhürünün həmin müqaviləyə hansı səbəbdən vurulduğu barədə məlumatının olmamasını, iddiaçı tərəfin müxtəlif yerlərə yazmasından narahat olaraq cavadbehlərin iddiaçıya 25000 ABŞ dolları pul ödədiyini qeyd etməklə iddanın təmin edilməməsini bildirmişdir.

54. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun F.Nəcəfovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 03 mart 2023-cü il tarixli qırarında qeyd edilmişdir ki, hüquqi baxımdan məcburi forma şərtinə tabe tutulan müəyyən bir əqdə dair təmsil olunanın konkludent hərəkətləri və rəftarı (məsələn, əqd üzrə icra olunanların qəbul edilməsi, əşyaya dair sənədlərin verilməsi, uzun müddət ərzində əşyadan əqd üzrə qarşı tərəfin öz əşyası kimi fasiləsiz və bariz i stifadəsinə etiraz etməməsi və s.) onun tərəfindən əqdin bəyənilməsinə dəlalət edir. Bu baxımdan, əqdin bağlanmasına zahirən razılığı olmayan ümumi mülkiyyət sahibinin bu əqddən xəbərdar olması və bəyəndiyini göstərən hərəkət və rəftarı işin hallarından bariz məlum olduğu təqdirdə, işin halları tam və hərtərəfli araşdırılıb bunlara hüquqi qiymət verilmədən, bu əqdə razılığının olmadığı qənaətinə gəlinməsi mülki hüququn vicdanlılıq və hüquqdan sui-istifadənin yolverilməzliyi prinsiplərinə zidd nəticənin yaranmasına səbəb olar.

55. Həmçinin qərarda qeyd edilmişdir ki, müqavilənin imzalanmaması (ona razılıq verilməməsi) və ya forma tələbinə riayət edilməməsi əsasları ilə hüquqi qüvvəsinin olmaması barədə tələbə baxılarkən məhkəmələr formal mülahizələrdən çıxış etməməli, tərəflərin vicdanlıl ığının və davranışlarının ardıcıllığının müəyyən edilməsi üçün işin bütün hallarını hərtərəfli araşdırmalı, yaranacaq nəticənin ədalətlilik və vicdanlılıq prinsiplərinə uyğunluğunu müəyyən etməli və yalnız bundan sonra müvafiq qərar qəbul etməlidir.

56. Hazırkı iş üzrə isə birinci instansiya məhkəmələri işin mühüm əhəmiyyət kəsb edən halları aydınlaşdırılmadan, yuxarıda qeyd olunanları nəzərə almadan, bağlanmış müqavilədə forma tələbinə riayət edilməməsi əsasları ilə hüquqi qüvvəsinin olmaması qənaətinə gəlməkdə haqlı olmamışdır. Belə ki, birinci instansiya məhkəməsi yuxarıda qeyd edilən halları nəzərə almadan işdə olan “Borc müqaviləsi” adlanan razılaşmanın Mülki Məcəllənin 404-cü maddəsinin tələbləri baxımından təhlilini aparmalı olduğu halda bu cür təhlil aparmaqdan imtina etmişdir. Həm çinin, məhkəmə cavabdeh tərəf qüsurlu hesab ediyi müqavilə üzrə müqaviləni bəyənməklə orada nəzərdə tutulan öhdəliyin icrası üzrə hərkətlər edərək 25000 ABŞ dolları pul ödəməsini də nəzərə almamaqla müqaviləsinin formal tələblərə uyğun bağlanmaması ilə kifayətlənmiş, işin müəyyən edilmiş halları əsasında tərəflər arasındakı həqiqi hüquqi vəziyyəti müəyyən etməmişdir.

57. Eyni zamanda birinci instansiya məhkəməsi həmçinin iddia tələbini rədd edərkən düzgün olmayaraq iddiaçının istinad etdiyi xx.xx.2015-ci il tarixli “borc müqaviləsi” adlandırdığı sənədin heç bir hüquqi nəticə yaratmadığı ilə bağlı mövcud olan qanuni qüvvədə olan məhkəmə qətnaməsinə istinad etməklə bunun MPM-nin 82.3-cü maddəsinin tələbləri baxımından preyudisial əhəmiyyət kəsb etməsini qeyd etmişdir. Halbuki, kassasiya inst ansiya məhkəməsinin də qeyd etdiyi kimi, “borc müqaviləsi” adlandırdığı sənədin heç bir hüquqi nəticə yaratmadığı iddiaçının tərəf kimi iştirak etdiyi məhkəmə prosesində deyil, X5 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun qalıq hissəsinin ödənilməsi tələbinə dair iddiası üzrə Yasamal Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixi, 2(004)-8273 saylı qətnaməsi (həmin iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli və Ali Məhkəmənin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(102)-24/2019 saylı qərarı) ilə müəyyən edilmişdir. Bu halda həmin iş üzrə müəyyən olunmuş hallar İddiaçı iddiası üzrə preyudisial hal kimi qəbul oluna bilməzdi. Çünki Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

58. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinə bu hissəsi ilə bağlı nəticəyə gələrkən maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol vermişdir.

59. Məhkəmə kollegiyası yuxarıda qeyd edilən butün halları nəzərə almaqla hesab edir ki, tərəflər arasında olan müqaviləyə əsasən qalıq məbləğ kimi ödənilməyən 55000 ABŞ dolları (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi bankının müəyyən etdiyi məzənnə üzrə manatla) cavabdehlər Cavabdeh2 və “Yusifoğlu-İnşaat" MMC-dən alınaraq İddiaçı verilməlidir. İddia tələbi Cavid Hüsynliyə aid hissədə təmin edilməməlidir. Həmin məbləğin digər Cavabdeh1 tutulmaması ilə bağlı qənaətini k ollegiya bununla əsaslandırır ki, həmin müqavilədə sonuncunun adı qeyd edilsə də, imza edən və möhürü ilə təsdiqləyən şəxslər fərqlidir. Eyni zamanda işin araşdırılmış hallarından müəyyən edildiyi kimi, həmin müqavilənin bağlanmasına əsas olmuş satılan torpaq sahəsi məhz “Yusifoğlu-İnşaat" MMC-nin mənafeyi üçün alınmış və istifadə edilmişdir. O cümlədən cavabdehlər Cavabdeh2 nümayəndəsi və vəkili də həmin MMC-nin cavabdeh tərəfin ailə şirkəti olmasını bildirmişdir. Dolayısı ilə həmin müqavilə Cavabdeh2 tərəfindən imzalanmaqla, o cümlədən “Yusifoğlu-İnşaat" MMC-nin möhürü vurulmaqla həmin müqavilə şərtləri onlar üçün mülki qanunvericiliyin tələbləri baxımından icra edilməli öhdəlik halına gəlmişdir.

60. Kassasiya instansiyası məhkəməsinin qərarında qeyd edilən mövqeyə uyğun olaraq cavabde hin iddia müddətinin tətbiq olunması barədə dəlilləri araşdırmış, müddətin ötürülməsi müəyyən olunmadığından iddia müddəti tətbiq edilməməlidir. Belə ki, həmin müqavilə 2015-ci ilin sentyabr ayında bağlanmaqla həmin ilin noyabr ayının sonuna kimi qalıq pulun hissə-hissə ödənilməsi nəzərdə tutulmuşdur. Bununla bağlı kollegiya qeyd edir ki, hazırki halda sözügedən müqavilə borc münasibətlərinin yaranması kimi qəbul edilməməklə, daşınmaz əmlakın əldə edilməsi ilə bağlı ödənilməli olan lakin qalıq qalmış məbləğin ödənilməsinin rəsmiləşdirilməsi kimi qəbul edir. Buna görə də kollegiya hesab edir ki, hazırki iddia tələbi üzrə iddia müddəti ötürülməmişdir. Belə ki, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti altı ildir və işdən müəyyən edildildiyi kimi, hazırki iş iddiaçının nü mayəndəsi tərəfindən (subyektiv hüququn olmaması əsası ilə tələb rədd edilmişdir), eləcə də iddiaçının özü tərəfindən hazırki iddia ərizəsi ilə 2021-ci ilin iyul ayında məhkəməyə müraciət edilərkən iddia müddəti ötürülməmişdir. Yəni, həmin müqavilə üzrə torpaq sahəsinin alınması ilə bağlı qalıq məbləğin qaytarılması üçün son müddət 2015-ci ilin noyabr ayının sonu nəzərədə tutulduğundan həmin müddətin axımının başlanğıcı da məhz həmin müddətdən götürüldüyü halda iddia müddətinin sonu 2021-ci ilin noyabr ayına kimi olmuşdur.

61. Məhkəmə kollegiyası iddia tələbinin 5000 ABŞ dolları faiz borcunun və 5000 ABŞ dolları dəbbə pulunun cavabdehlərdən iddiaçının xeyrinə tutulmasının təmin edilməməsi hissəsinə münasibətdə hesab edir ki, həmin tələb üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ə saslı olmaqla, apellyasiya şikayətinin dəlilləri bu hissədə qətnamənin ləğv edilməsi üçün əsas yaratmır.

62. Məhkəmə öz mövqeyini Аzərbаycаn Rеspublikаsı Mülki Məcəlləsinin 390, 390.4, 390.6, 390.7, 357, 404, 442-ci maddələrinə, MPM-nin 14.2, 77.1, 88-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

63. Cavabdeh2 (Vəkil2) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin edilməməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

64. Kassator şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiya məhkəməsi işin hallarını obyektiv araşdırmamış və nəticədə məlum olan nəticəyə gəlmişdir. Hazırkı mübahisə ilə bağlı Ali Məhkəmənin Mülki Kollegiyasını n xx.xx.2019-cu 1l tarixli, 2(102)24/2019 saylı qərarı ilə müəyyən mövqe formalaşmışdır. Lakin apellyasiya instansiya məhkəməsinin məlum qətnaməsi yuxarıda qeyd olunan qərarla ziddiyyət kəsb edir. Görünən isə odur ki, məhkəmə yalnız iddiaçının göstərdiyi dəlilləri əsas götürərək pulun tutulması ilə bağlı qətnamə qəbul etmişdir. Apellyasiya instansiya məhkəməsi əvvəlki məhkəmə qərarlarını nəzərə almamışdır. Belə ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 20 noyabr 2017-ci il tarixli qətnaməsi ilə iddiaçıX5 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı ckredit borcunun qalıq hissəsinin və ona hesablanmış faizlərin cavabdehlərdən tutulmasıp tələbinə dair ilkin iddiası və Cavabdeh1 və Cavabdeh2 X7 qarşı cəqdin etibarsız hesab edilməsi və vurulmuş zərərin ödənilməsiy barədə qarşılıqlı iddiası təmin edilməmişdir.Qətnamədən ilkin iddia üzrə iddiaçı R.R.Rəsulzadə apellyasiya şikayəti vermişdir. BakıApellyasiya Məhkəməsi Mülki Kollegiyasının 15 may 2018-ci il tarixli qətnaməsi ilə iddiaçı R.R.Rəsulzadənin apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 20 noyabr 2017-ci il tarixli qətnaməsi iddiaçı R.R.Rəsulzadənin apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmışdır. Ali Məhkəmənin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(102)-24/2019 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 15 may 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Ali Məhkəmənin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(102)-24/2019 saylı qərarındanda görünür ki, iddiaçı beh aldığı 40000 ABŞ dolları, ünvan 1 ünvanda (123.81 kv.m, 3c ü mərtəbə) mənzil X1 Babəkin adına rəsmiləşdirildiyi üçün hesablanmış 80000 ABŞ dolları və xx.xx.2015-ci il tarixdə verilmiş 25000 ABŞ dollarınımübahisələndirmir. Hazırda isə guya verilməmiş olan 55000 ABŞ dollarını tələb edir. Ali Məhkəmənin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(102)-24/2019 saylı qərarının 5-ci səhifəsi 2-ci abzasından görünür ki, apellyasiya instansiya məhkəməsinin müəyyən etdiyi hallar vardır. Həmin əsaslara diqqət yetirsək görərik ki, məhkəmə tərəflər arasında bağlanılmış borc müqaviləsinə qüsurlü müqavilə kimi qiymət verərək hüquqi əhəmiyyət kəsb etməməsi qənaətinə gəlmişlər və göstərilmişdir ki, tərəflər arasında borc münasibətlərinin olmasını sübuta yetirilməmişdir. Belə ki, həmin müqavilə üzrə ekspertiza təyin edilmiş və möhür və imzanın başqa şəxslərə aid olması məlum olmuşdur. Bu səbəbdən Ali Məhkəmənin mövqeyi ilə həmin borc müqaviləsi qüsurlu hesab edilmişdir. Lakin hazırda apellyasiya instansiya məhkəməsi həmin qüsurlu hesab olunan müqaviləyə başqa aspektdən yanaşaraq məlum nəticəyə gəlməsi nə dərəcədə ədalətlidir? Məlum olur ki, hazırda apellyasiya instansiya məhkəməsi tərəflər arasında olan müqaviləyə iddiaçının arzu etdiyi və ya görmək istədiyi formada yanaşması cavabdehlərin hüquqlarının pozulmasına gətirib çıxardır. Qeyd edim ki, ilk öncə Rəşid Rəsulzadə ilə Cavabdeh2 arasında tərəflərin və hal şahidlərin imzası ilə təsdiq edilmiş 27 iyun 2015-ci il tarixli sənəddən görünür ki, Rəşid Rəsulzadə 27 aprel 2015-ci il tarixdə 5000 manat, 27 may 2015-ci ildə isə əlavə olaraq 5000 manat almasını öz imzası ilə təsdiq edir (sənəd qoşmay a əlavə edilmişdir). Eyni zamanda 12 sentyabr 2015-ci il tarixdə tərəflər arasında alqı-satqı müqaviləsi bağlanmış, torpağa görə notariat ofisində 80.000 ABŞ dolları pul ödənilmişdir. Qeyd olunan bu hal notariat işində də öz əksini tapmışdır. İddiaçı isə bildirir ki, guya həmin pul cavabdehə qaytarılmışdır. Zərurət yaranarsa notariat sənədlərini tələb etmək olar. Qanunvericiliyin tələbinə əsasən həmin pulu bankdan yalnız alıcı götürə bilər. Eyni zamanda qeyd etmək istəyirəm ki, pulun naturada və hissə-hissə ödənilməsinə səbəb tərəflər arasında yaranmış münasibətlərdən irəli gəlmişdir. Belə ki, Rəşid Rəsulzadə ilə Cavabdeh2 arasında Bakı şəhəri Nizami rayonu Babək prospekti ünvanında yerləşən 0,049662 ha torpaq sahəsinin alınması üçün ilkin olaraq torpağın satışı 115060 ABŞ dolları və 15.00 0 manat dəyərində qiymətləndirilmişdir. Buna səbəb isə qeyd olunan torpaq sahəsinin bankda 115060 ABŞ dolları qarşılığında girovda olması idi. 15000 manat isə iddiaçıya öz şəxsi xərcləri üçün veriləcəkdi. Tərəflər arasında yazılı formada razılaşma olduqdan sonra Cavabdeh2 banka müraciət edir və bank borcunun 115060 ABŞ dolları olduğunu yox 155.000 ABŞ dolları olduğunu öyrənir. Hazırki vəziyyətə qədər artıq iki dəfə 5000 manat olmaqla 10000 manat və 40.000 ABŞ dolları beh kimi verilmişdir. Bir müddət sonra tərəflər torpağın satış qiymətini 155.000 ABŞ dollarına razılaşırlar. Daha sonra Rəşid Rəsulzadənin oğlunun adına Cavabdeh2 tərəfindən bir mənzil verilir. Mənzilin dəyəri 1sə 105.238 manat məbləğində müəyyənləşdirilir. Beləliklə, xx.xx.2015-ci il tarixdə torpaq sahəsinin alqı-satqısı üçün 80000 ABŞ dolları verilir. Həmin tarixdə də Rəşid Rəsulzadənin oğlunun adına mənzil verilməsi ilə bağlımüqavilə bağlanılır. Hazırda Ali Məhkəmənin qüsürlü hesab etdiyi müqavilə üzrə borcu hesablasaq belə yenədə Cavabdeh2 iddiaçıya artıq ödəniş etmişdir. Beləliklə iddiaçıya 40.000 ABŞ dolları verilmiş beh (etiraf edir), əlyazmada 2 dəfə 5000 manat verilməklə dollara münasibətdə hesablanmış 10.000 ABŞ dolları(öz imzası ilə təsdiq edir), 25000 ABŞ dolları(etiraf edir), notariat kontorunda alqı-satqı üçün verilmiş 80000 ABŞ dolları və 105238 manat dəyərində mənzil (mənzilə görə 21238. manat borcu var, çünki borca görə mənzil 80000 ABŞ dolları məbləğində hesablanıb). Ümumilikdə Cavabdeh2 iddiaçıda 235000 ABŞ dolları və mənzilin qalıq pulu olan 23238 manat borcu vardır. Lakin Cavabdeh2 hazırda iddiaçı qismində pulunu tələb etməli olduğu halda cavabdeh qismində iştirak edir. Məhkəmə isə bu məsələləri araşdırmadan qətnamə qəbul etmişdir. Məhkəmə qətnaməsinin 2-ci səhifəsində işin halları bölmündə 3-cü abzasda göstərir ki, “Cavabdeh1 həmin torpaq sahəsini 200.000 ABŞ dollarına alır. Cavabdeh1 Rəsulzadə Rəşidə ödənişi aşağıdakı kimi olur: a) ünvan 1 ünvanda (123.81 kv.m, 3-cü mərtəbə) mənzil X1 Babəkin adına rəsmiləşdirir. Mənzilin dəyəri 105.238 AZN-dir. Rəsulzadə Babəkin adına 84.000 AZN pul ödəyir. Rəsulzadə Babək bu mənzilə görə 21.238 AZN "xxxx" MTK-ya borclu qalır.) Nəğd olaraq 40.000 (qırx min) dollar ödəyib. c) Qalan (200.000 dollar - 40.000 dollar - 80.000 dollar) 80.000 dollar pulu noyabr ayının sonuna kimi Rəsulzadə Rəşidə hissəhissə ödəyir.” Əgər həqiqətəndə mübahisə i ddiaçının bildirdiyi kimidirsə niyə görə Rəsulzadə Babək bu mənzilə görə 21.238 AZN "xxxx" MTKya borclu qalır? Həmin borcu iddiaçının əgər borcu vardısa əvəzləşdirmək olmazdımı? Digər tərəfdən məhkəmə "xxxx" MMC-nin cavabdehlərin ailə şirkəti kimi qələmə verir və bunu cavabdehlərin vəkilinin adından səsləndirir. “Halbuki vəkil Elməddin Məhərromov "xxxx" MMC-nin nümayəndəsi və vəkili olmadığı halda əgər belə fikir səsləndirmişdirsədə, bu doğru olmayan məlumatdır. İş materiallarından da görünür ki, "xxxx" MMC-nin təsisçisi Zahir Şökürov, qanuni təmsilçisi isə İbadət Fərəcovdur. Yəni "xxxx" MMC-nin cavabdehlərə hər hansı bir aidiyyatı yoxdur. Məhkəmə həmçinin bu hissənidə araşdırmamışdı. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən, uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyə ti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. X8 ilə Cavabdeh2 arasında bağlanılmış “borc müqaviləsi” Mülki Məcəllənin 340.1-ci maddəsinə əsasən heç bir hüquqi nəticə doğurmayan əqddir. Eyni zamanda iddiaçı bildirir ki, Cavabdeh1 ilə aralarında bağlanılmış alqı-satqı müqaviləsi formal olaraq bağlanılmış və əslində notariat kontorunda ona 80000 ABŞ dolları verilməmişdir. Halbuki, həmin pulun verilməsini təsdiq edən 12 sentyabr 2015ci il tarixli, 1547 nömrəli 2 saylıAsan Xidmət Mərkəzində fəaliyyət göstərən notarius Elşad Əliyevin məktubu vardır. Məhkəmə bu hissənidə araşdırmamış və yan keçmişdir. Həmçinin əgər alqı-satqımüqaviləsində 80000 ABŞ dolları formal olaraq yazılmışdırsa elə iddiaçının guya razılaşdığı məbləğ olan 200000 ABŞ dolları niyə yazılmamışdır. Buna mane olan nə idi? Sonr a iddiaçı bildirir ki, 25000 ABŞ dollarının verilməsi ilə bağlı qeyd cavabdehlərdəki nüsxədədir. İddiaçı belə dəqiq adamdırsa niyə özündəki nüsxəyə cavabdehə imza etdirməmişdir? Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən, müqavilənin bağlanmış sayılması üçün tərəflərin təkcə müqavilənin bütün mühüm şərtləri barəsində razılığa gəlmələri kifayət etmir. Bunun üçün, həm də tərəflərin razılığının tələb edilən formada ifadə olunması gərəkdir. Mülki Məcəllənin müqavilənin forması ilə bağlı qaydaları müəyyən edən 406-cımaddəsinə əsasən, müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. İşin hallarından məlumdur ki, tərəflər arasında daşınmaz əmlakın alqı-satqısı müqaviləsi ba ğlanılmışdır. Lakin xx.xx.2015-ci il tarixli müqavilə notarial qaydada təsdiqlənmə tələbinə uyğun olmadığı üçün heç bir hüquqi nəticə yaratmır. Mülki Məcəllənin əqdlərin etibarsızlığı anlayışı və onun nəticələrini müəyyən edən 337-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Həmin məcəllənin 337.3-cü maddəsinə görə, əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Beləliklə, qanunvericiliyin müəyyən etdiyi forma (şəkil) tələbinin yerinə yetirilməməsi tərəflərə bu əsas ilə müqavilənin etibarsızlığını irəli sürmək haqqını verir. Bu faktlara əsasən, BakıApellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023- -cü il tarixli, 2(103)-1911/2023 saylı qətnaməsi tamamilə əsas sız və qanunsuzdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, iddiaçı cavabdehə vurulan 35000 ABŞ dolları və 21238 manat zərəri ödəməyə borcludur. İddiaçı tərəf bu zərəri ödəmək əvəzinə, əsassız iddia qaldıraraq vurduğu zərəri ödəməkdən boyun qaçırmağa çalışır. Məhkəmə bu faktları nəzərə almayaraq, əsassız qətnamə qəbul etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

65. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi

66. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrası nı tələb etmək hüququ vardır.

67. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

68. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

69. Maddə 390.4. Tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqaviləd ə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir. 70. 390.5. Müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir.

71. Maddə 390.6. Müqavilə şərti tərəflərin razılaşması ilə ayrı qaydanın müəyyənləşdirilmədiyi halda tətbiq edilən normada (dispozitiv norma) nəzərdə tutulubsa, tərəflər razılaşma əsasında bu normanın tətbiqini istisna edə bilər və ya onun nəzərdə tutduğundan fərqli şərt müəyyənləşdirə bilərlər. Bu cür razılaşma olmadıqda müqavilə şərti dispozitiv norma ilə müəyyənləşdirilir.

72. Maddə 390.7. Əgər müqavilə şərti onun iştirakçıları tərəfindən və ya dispozitiv norma ilə müəyyənləşdirilməyibsə, müvafiq şərtlər tərəflərin münasibətlərinə tətbiq edilə bilən işgüzar adətlərlə müəyyənləşdirilir.

73. Maddə

357. Əqd bağlanmasının bəyənilməsi (sonradan verilən razılıq), əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə malikdir.

74. Maddə

404. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.

75. Maddə 442.Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

76. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

77. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

78. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

79. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

80. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

81. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

82. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

83. Maddə 41 6.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

84. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

85. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tər əfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlara təsir göstərə bilər.

86. Hazırki kassasiya şikayətində qətnamə Cavabdeh2 tərəfindən mübahisələndirilir, ona görə də Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 12 aprel 2023-cü il tarixli 2(103)-1911/2023 nömrəli qətnaməsi iddianın Cavabdeh2 münasibətdə təmin olunan hissəsində yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

87. Məhkəmə kollegiyası hesab edir k i, yoxlanılan hissədə apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin yoxlanılan hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

88. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara, habelə kassasiya şikayətində göstərilən hüquqi hallara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Eləc ə də apelyasiya instansiyası məhkəməsi tətəfindən işə əvvəl kassasiya qaydasında baxmış məhkəmə tərkibinin göstərişləri icra edilmişdir. Kassasiya kollegiyası yoxlanılan hissədə apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

89. Məhkəmə kollegiyası hesab edir ki, yoxlanılan hissədə apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin yoxlanılan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas təşkil etmir.

90. Ona görə də Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 1 2 aprel 2023-cü il tarixli 2(103)1911/2023 nömrəli qətnaməsi iddianın Cavabdeh2 münasibətdə təmin olunan hissəsində dəyişdirilmədən saxlanılmalıdır.

91. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 12 aprel 2023-cü il tarixli 2(103)1911/2023 nömrəli qətnaməsi iddianın Cavabdeh2 münasibətdə təmin olunan hissəsində dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar